Məhkəmə qərarları › İş №2-2(113)-4651/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №2-2(113)-4651/2024

08.07.2024 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(113)-4651/2024 08.07.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi, Ərizəçi nümayəndəsi X1 iştirakı ilə, Ərizəçi ilə X7 arasında mediasiya prosesində bağlanmış barışıq sazişinin təsdiq edilməsi barədə Ərizəçi tərəfindən verilmiş ərizəyə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, X7 ilə bağlanmış 17 fevral 2023-cü il tarixli barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, X7 ilə Ərizəçi arasında bağlanmış xx.xx.2021-ci il tarixli, D101 saylı lizinq müqaviləsindən irəli gələn öhdəliklərin yerinə yetirilməməsi ilə bağlı mübahisə yaranmışdır. Qeyd edilən mübahisənin mediasiya vasitəsi ilə həlli üçün mediasiya təşkilatına müraciət edilmişdir. Mediasiya sessiyası nəticəsində X5 nümayəndəsi X6 ilə 17 fevral 2023-cü il tarixində barışıq sazişi bağlanmışdır. Barışıq sazişinin şərtlərinə əsasən tərəflər razılaşırlar ki, xx.xx.2021-ci il tarixli, D101 saylı daxili lizinq müqaviləsi üzrə xx.xx.2023-cü il tarixinə qədər borclunun ödəməli olduğu 10.000 manat ilkin ödəniş edildikdən sonra 73.963 manat müəyyən olunur və illik 27% lizinq mükafatı olmaqla, 12 aylıq ödəniş qrafikinə uyğun olaraq verilir. Sazişdə qeyd olunan müddət ərzində X7 tərəfindən heç bir ilkin ödəniş həyata keçirilməmişdir. Məhkəmə iclasında iştirak edən ərizəçinin nümayəndəsi ərizənin məzmununa uyğun izahat verərək ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. Maraqlı şəxs məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılsa da məhkəmə iclasında iştirak etmirlər, iştirak etməməklərinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə ərizəyə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəni və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, ərizə aşağıda göstərilənlərə əsasən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prossesual Məcəllənin 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 355-24-cü maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. Həmin Məcəllənin 355-25.3-cü maddəsinə görə məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Həmin Məcəllənin 355-26.1-ci maddəsinə əsasən Məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: 355-26.1.1. barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; 355-26.1.2. barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. Həmin Məcəllənin 355-26.2-ci maddəsinə əsasən Barışıq sazişinin bir hissəsinin təsdiq edilməsinə o hallarda yol verilir ki, təsdiq edilməsindən imtina edilən hissənin təsdiq edilən hissədən ayrılması mümkün olsun. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Həmin Qanunun 34.2-ci maddəsinə əsasən barışıq sazişinin könüllü icrasından boyun qaçırma Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq barışıq sazişində müəyyən olunan məsuliyyətə səbəb olur. Həmin Qanunun 34.3-cü maddəsinə əsasən əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə və ya notariusa müraciət edə bilər. Həmin Qanunun 34.4-cü maddəsində isə təsbit olunmuşdur ki, barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). Məhkəməyə təqdim edilən xx.xx.2024-cü il tarixli MŞB/8/2024-00599 saylı barışıq sazişi aşağıdakı şərtlərlə bağlanmışdır: Mübahisənin həlli istiqamətində tərəflərin qəbul etdiyi şərtlər, həmin şərtlərin yerinə yetirilməsinin üsul və müddətləri:

1. Tələbkar xx.xx.2021-ci il tarixli, D101 saylı daxili lizinq müqaviləsi üzrə hesablanmış borcun ödənilməsi üçün Borcluya möhlət verir. Bu məqsədlə həmin müqavilənin müddəti xx.xx.2024-cü il tarixədək uzadılır. Borclu isə bu müddət ərzində borcu hər ay bərabər məbləğlərdə olmaqla Tələbkara ödəyir.

2. Müəyyən olunmuş möhlət müddəti ərzində lizinq predmeti olan Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mikrorayon, Mir Cəlal küçəsi, ev 143b, mənzil 188/Yeni qaydalarla: Bakı şəhəri, Binəqədi rayonu, Mir Cəlal küçəsi 495, M.9, m.3 daşınmaz əmlak Borclunun istifadəsində qalır.

3. Tərəflər razılaşırlar ki, xx.xx.2021-ci il tarixli, D101 saylı daxili lizinq müqaviləsi üzrə xx.xx.2023-cü il tarixinə qədər Borclunun ödəməli olduğu 10.000 manat ilkin ödəniş edildikdən sonra 73.963 (yetmiş üç min doqquz yüz altmış üç) manat müəyyən olunur və illik 27% lizinq mükafatı olmaqla, 12 (on iki) ay ödəniş qrafikinə uyğun olaraq müddətinə verilir.

4. Borclunun Tələbkara hər ay ödəməli olduğu məbləğ 7.102 manat müəyyən olunur. Ödənişin aparılmalı olduğu gün hər ayın 17-i təyin edilir. Həmin gün qeyri-iş günü olarsa, ödəniş növbəti iş günündən gec olmayaraq həyata keçirilməlidir. Borclunun bu Sazişlə müəyyən olunmuş borcu ona verilmiş möhlət müddətindən tez ödəmək hüququ vardır.

5. Borclu 3-cü bənddə qeyd olunan əsas məbləğ və hesablanacaq lizinq mükafatını 17 fevral 2024-cü il tarixə qədər ödəməyi öz öhdəliyinə götürür. Borclunun bu Sazişlə müəyyən olunmuş borcu ona verilmiş möhlət müddətindən tez ödəmək hüququ vardır.

6. Bu sazişin 3-cü və 4-cü bəndlərində göstərilən ödənişlərin həmin bəndlərdə göstərilən tarixlərə qədər olan müddətdə təmin edilməməsi və ya gecikdirilməsi bu Barışıq sazişinin şərtlərinin pozulması kimi qiymətləndiriləcəkdir.

7. Əgər bu sazişin şərtləri borclu tərəfindən pozularsa, onun lizinq predmetinə olan bütün hüquqlarına xitam verilməklə mənzil boşaldılaraq tələbkara təhvil verilməlidir. Bu zaman borc qalığı borcludan tələb olunmayacaq və möhlət müddəti ərzində ödənilmiş məbləğ də ona geri qaytarılmayacaqdır.

8. Bu sazişlə müəyyən olunmuş borc Borclu tərəfindən tam ödənildikdən sonra Tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli, D101 saylı daxili lizinq müqaviləsi ləğv edilir. Bundan sonra ən geci 5 (beş) iş günü ərzində Tələbkar lizinq predmeti olan mənzilin Borclunun mülkiyyətinə keçməsi üçün tələb olunan sənədləşməni təmin etməlidir.

9. Tərəflərin bu Barışıq sazişinin şərtlərini pozması Sazişin məcburi icra qaydasında icrası üçün əsasdır. İcra icraatı lizinq predmetinin yerləşdiyi ərazi üzrə Bakı şəhəri, Binəqədi rayon icra şöbəsi tərəfindən həyata keçiriləcəkdir.

10. Borclunun öz öhdəliyini yerinə yetirməməyi ilə əlaqədar Tələbkarın gələcəkdə çəkəcəyi məhkəmə-hüquq xərcləri borclu tərəfindən ödəniləcəkdir.

11. X9 xərci-400 AZN məbləği Ərizəçi ödəməyi öhdəsinə götürür. Barışıq sazişi 3 nüsxədə tərəflərin hər birinə vermək üçün tərtib edilir. xx.xx.2023-cü il tarixli MŞB/9/2023-00350 saylı barışıq sazişi Ərizəçi nümayəndəsi X2 imzası və hüquqi şəxsin möhürü, X5 nümayəndəsi X4 imzası və mediator X3 imzası və Bakı şəhəri 9 saylı Mediasiya Təşkilatının möhürü ilə təsdiq edilmişdir. Məhkəmə qeyd edir ki, mediasiya sessiyasında mediatorun iştirakı ilə tərəflər arasında bağlanmış və imzalanmış xx.xx.2023-cü il tarixli MŞB/9/2023-00350 saylı barışıq sazişi qanunvericiliyin və “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 33cü maddəsinin tələblərinə uyğun tərtib olunmuş və ərizəçi və maraqlı şəxs tərəfindən imzalanmışdır. Lakin maraqlı şəxs üzərinə götürdüyü öhdəliyi icra etməmişdir. Beləliklə, məhkəmə hesab edir ki, ərizə təmin edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 355-25, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi ilə X7 arasında mediasiya prosesi nəticəsində bağlanılmış xx.xx.2023-cü il tarixli MŞB/9/2023-00350 saylı aşağıdakı məzmunda olan barışıq sazişi təsdiq edilsin: Mübahisənin həlli istiqamətində tərəflərin qəbul etdiyi şərtlər, həmin şərtlərin yerinə yetirilməsinin üsul və müddətləri:

1. Tələbkar xx.xx.2021-ci il tarixli, D101 saylı daxili lizinq müqaviləsi üzrə hesablanmış borcun ödənilməsi üçün Borcluya möhlət verir. Bu məqsədlə həmin müqavilənin müddəti xx.xx.2024-cü il tarixədək uzadılır. Borclu isə bu müddət ərzində borcu hər ay bərabər məbləğlərdə olmaqla Tələbkara ödəyir.

2. Müəyyən olunmuş möhlət müddəti ərzində lizinq predmeti olan Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mikrorayon, Mir Cəlal küçəsi, ev 143b, mənzil 188/Yeni qaydalarla: Bakı şəhəri, Binəqədi rayonu, Mir Cəlal küçəsi 495, M.9, m.3 daşınmaz əmlak Borclunun istifadəsində qalır.

3. Tərəflər razılaşırlar ki, xx.xx.2021-ci il tarixli, D101 saylı daxili lizinq müqaviləsi üzrə xx.xx.2023-cü il tarixinə qədər Borclunun ödəməli olduğu 10.000 manat ilkin ödəniş edildikdən sonra 73.963 (yetmiş üç min doqquz yüz altmış üç) manat müəyyən olunur və illik 27% lizinq mükafatı olmaqla, 12 (on iki) ay ödəniş qrafikinə uyğun olaraq müddətinə verilir.

4. Borclunun Tələbkara hər ay ödəməli olduğu məbləğ 7.102 manat müəyyən olunur. Ödənişin aparılmalı olduğu gün hər ayın 17-i təyin edilir. Həmin gün qeyri-iş günü olarsa, ödəniş növbəti iş günündən gec olmayaraq həyata keçirilməlidir. Borclunun bu Sazişlə müəyyən olunmuş borcu ona verilmiş möhlət müddətindən tez ödəmək hüququ vardır.

5. Borclu 3-cü bənddə qeyd olunan əsas məbləğ və hesablanacaq lizinq mükafatını 17 fevral 2024-cü il tarixə qədər ödəməyi öz öhdəliyinə götürür. Borclunun bu Sazişlə müəyyən olunmuş borcu ona verilmiş möhlət müddətindən tez ödəmək hüququ vardır.

6. Bu sazişin 3-cü və 4-cü bəndlərində göstərilən ödənişlərin həmin bəndlərdə göstərilən tarixlərə qədər olan müddətdə təmin edilməməsi və ya gecikdirilməsi bu Barışıq sazişinin şərtlərinin pozulması kimi qiymətləndiriləcəkdir.

7. Əgər bu sazişin şərtləri borclu tərəfindən pozularsa, onun lizinq predmetinə olan bütün hüquqlarına xitam verilməklə mənzil boşaldılaraq tələbkara təhvil verilməlidir. Bu zaman borc qalığı borcludan tələb olunmayacaq və möhlət müddəti ərzində ödənilmiş məbləğ də ona geri qaytarılmayacaqdır.

8. Bu sazişlə müəyyən olunmuş borc Borclu tərəfindən tam ödənildikdən sonra Tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli, D101 saylı daxili lizinq müqaviləsi ləğv edilir. Bundan sonra ən geci 5 (beş) iş günü ərzində Tələbkar lizinq predmeti olan mənzilin Borclunun mülkiyyətinə keçməsi üçün tələb olunan sənədləşməni təmin etməlidir.

9. Tərəflərin bu Barışıq sazişinin şərtlərini pozması Sazişin məcburi icra qaydasında icrası üçün əsasdır. İcra icraatı lizinq predmetinin yerləşdiyi ərazi üzrə Bakı şəhəri, Binəqədi rayon icra şöbəsi tərəfindən həyata keçiriləcəkdir.

10. Borclunun öz öhdəliyini yerinə yetirməməyi ilə əlaqədar Tələbkarın gələcəkdə çəkəcəyi məhkəmə-hüquq xərcləri borclu tərəfindən ödəniləcəkdir.

11. X9 xərci-400 manat məbləği Ərizəçi ödəməyi öhdəsinə götürür. Barışıq sazişi 3 nüsxədə tərəflərin hər birinə vermək üçün tərtib edilir. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar