Məhkəmə qərarları › İş №2-2(113)-630/2020

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №2-2(113)-630/2020

05.02.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(113)-630/2020 05.02.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Əliyev Emin Zöhrab oğlunun sədrliyi, Hümbətov Eldəniz Məhəddin oğlunun katibliyi ilə, İddiaçı “KÜR-ARAZ X2” MMC-nin cavabdeh LPO Cavabdeh-yə qarşı kreditor tələbinin icra edilməsi və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddia ərizəsinə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı “KÜR-ARAZ X2” MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh LPO Cavabdeh-yə qarşı kreditor tələbinin təxirəsalınmadan icra edilməsi və “KÜR-ARAZ X2” MMC-nin Əməliyyat İdarəsi filialındakı AZ85NABZ******************** nömrəli hesablaşma hesabında qalan subsidiya kimi ayrılmış 18305 manat məbləğində pul vəsaitinin nağd şəkildə cavabdeh ləğv prosesində olan Cavabdeh-dən alınıb “KÜR- ARAZ X2” MMC-yə verilməsi, eləcə də həmin pul vəsaitinin vaxtında verilməməsinə görə “KÜR-ARAZ X2” MMC-yə vurulmuş maddi ziyanın əvəzi kimi 3600 manat məbləğində pul vəsaitinin cavabdehdən tutulması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. İddiaçı “KÜR-ARAZ X2” MMC-nin cavabdeh LPO Cavabdeh-yə qarşı kreditor tələbinin icra edilməsi və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddia ərizəsi “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə daxil olmamışdır. “Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının xx xxxxxx 2018-ci il tarixli 1436-VQD№-li qanunu ilə (xx xxxxxx 2018-ci il tarixdə qüvvəyə minmişdir) həmin məcəlləyə “Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatının elektron qaydada aparılması” adlanan 10-1-ci maddə əlavə edilmişdir. Həmin maddənin 10-1.3-cü hissəsinə əsasən iqtisadi mübahisələr üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Azərbaycan Respublikası MPM-nin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.1.2 və 152.1.5-ci maddələrinə əsasən, iddia ərizəsi imzalanmadıqda və ya onu imzalamağa hüququ olmayan şəxs tərəfindən, yaxud xidməti vəziyyəti göstərilməyən şəxs tərəfindən imzalandıqda, həmçinin müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçı məhkəməyə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə müraciət etmədiyindən iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Həmçinin, məhkəmə qeyd edir ki, iddia ərizəsinə onu imzalamış X1 verilən etibarnamə əlavə olunsa da, sonuncunun əsas iş yerinin “Kür-Araz X2” MMC olmasını təsdiqləyən sənəd və dövlət rüsumunun ödənilməsi barədə sübut işə əlavə olunmamışdır. Azərbaycan Respublikası MPM-nin 263 və 264-cü maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: İddiaçı “KÜR-ARAZ X2” MMC-nin cavabdeh LPO Cavabdeh-yə qarşı kreditor tələbinin icra edilməsi və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçı “KÜR-ARAZ X2” MMC-yə izah edilsin ki, iddia ərizəsi onu imzalamağa hüququ olan şəxs tərəfindən imzaladıqda və dövlət rüsumu ödənildikdə iddia ərizəsi ilə məhkəməyə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə müraciət olunmalıdır. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim:Emin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar