Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(113)-7600/2024 03.12.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Ərizəçi Maraqlı şəxs ilə mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi barədə ərizəsi üzrə (açar sözlər: mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişi, barışıq sazişinin təsdiqlənməsi üzrə icraatda yoxlamanın predmeti, sübutetmə) Hakim Əhmədova Nərmin Məzahir qızının sədrliyi, Quluzadə Gülçin Təhmasib qızının katibliyi, Maraqlı şəxs iştirakı ilə Ərizəçi Maraqlı şəxs ilə mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi barədə ərizəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Xüsusi icraat üzrə ərizənin mahiyyəti
1. Ərizəçi ərizə ilə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, mediasiya prosesi nəticəsində ərizəçi ilə Maraqlı şəxs arasında bağlanmış 11 yanvar 2024-cü il tarixli MŞB/13/2024-00018 nömrəli barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Ərizə onunla əsaslandırılmışdır ki, maraqlı şəxsə xx.xx.2023-cü il tarixli yazılı qəbzə əsasən 56 000 manat məbləğində pul verilmişdir. Qəbzə əsasən maraqlı şəxs həmin pulun 11 yanvar 2023-cü il tarixində qaytarmasını öhdəsinə götürmüşdür. Lakin Maraqlı şəxs qeyd olunan pul məbləğini qaytarmamışdır. Bundan sonra Maraqlı şəxs borcun ödənilməsinə möhlət verilməsin xahiş etmiş və mediasiyada mübahisənin həll edilməsini təklif etmişdir. Ərizəçi maraqlı şəxsin təklifini qəbul edərək onunla birlikdə mediasiya prosesində iştirak etmiş, xx.xx.2024-cü il tarixdə Bakı şəhəri 13 saylı mediasiya təşkilatında ərizəçi və maraqlı şəxs arasında MŞB/13/2024-00018 nömrəli barışıq sazişi bağlanmışdır. Maraqlı şəxsin pulun ödənilməsi üçün götürdüyü möhlət müddəti 07 fevral 2024-cü il tarixində başa çatmışdır və maraqlı şəxs müxtəlif bəhanələr gətirərək pulun verilməsindən yayınmışdır. Bu səbəbdən də barışıq sazişi təsdiq edilməlidir.
3. Ərizədə tələbin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə) 355-23-cü maddəsi göstərilmişdir.
4. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(001)- 5676/2024 nömrəli qərardadı ilə işin məhkəmə aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.
5. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-2(113)-7600/2024 nömrəli qərardadı ilə Ərizəçi Maraqlı şəxs ilə mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi barədə ərizəsi üzrə işin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün Azərbaycan Respublikasının Ali Məhkəməsinə göndərilməsi qərara alınmışdır.
6. Azərbaycan Respublikasının Ali Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-2(102)- 694/2024 nömrəli qərarı ilə işin məhkəmə aidiyyəti qaydalarına uyğun olaraq mahiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.
II. Ərizəçi və maraqlı şəxsin mövqeyi:
7. Maraqlı şəxs məhkəmə iclasında iştirak edərək bildirdi ki, ərizəçidən borc almamışdır. Belə ki, xaricə göndərmək üçün ümumi dəyəri ******* manat olan mal almış, malların dəyərini ödəmiş, az məbləğdə borc qalmışdır. Bununla bağlı barışıq sazişini imzalamış, ümumilikdə 54500 manat borcu qalmışdır.
8. Əvvəlki məhkəmə iclasında iştirak edən ərizəçi ərizənin məzmununa uyğun izahat verdi və ərizənin təmin edilməsini xahiş etdi.
9. Ərizəçi məhkəmənin sonuncu iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş, bunun səbəbləri və ya mümkünsüzlüyü barədə isə məhkəməyə məlumat verməmişdir.
10. Məhkəmə Mülki Prosessual Məcəllənin 355-25.2-ci maddəsinə əsasən maraqlı şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.
III. Məhkəmənin mövqeyi:
a) 11 yanvar 2024-cü il tarixli barışıq sazişinin təsdiq edilməsi tələbi ilə bağlı
11. Əvvəla qeyd edilməlidir ki, mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiqlənməsi özü-özlüyündə yalnız prosessual hüquqa tabedir. Bu səbəbdən məhkəmə barışığı təsdiqlədiyi anda onun görünən qanuni tələblərə uyğun olub-olmadığını (subyekt tərkibinə aid şərtləri – fiziki və ya hüquqi şəxsin mövcud olmasını, fəaliyyət qabiliyyətini, sazişi imzalayan təmsilçinin səlahiyyətlərini, razılaşmanın tərəflərin ifadə etdikləri iradələrini əks etdirməsini, sazişin şəxsiyyətin hüquqlarına, məcburi hüquq normalarına, ictimai qaydaya və ya əxlaqa zidd olmamasını, yaxud hansısa şərtin etimad və vicdanlılıq prinsiplərinə zidd olaraq müqavilənin bir tərəfinə zərər vurub-vurmadığını və s.) yoxlayır.
12. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “Məhkəmə qərarı ilə təsdiq edilmiş barışıq sazişinin etibarsızlığı barədə iddianın mümkünlüyünə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə” 23 fevral 2024-cü il tarixli 01/2024 nömrəli qərardadının 47-ci bəndində göstərilmişdir ki, mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinə məhkəmənin məhz xüsusi icraatda və on gün müddətində baxması (Mülki Prosessual Məcəllə, fəsil 40-7) proseduru da onu göstərir ki, belə təsdiqləmə (yaxud imtina) prosessual mahiyyət daşımaqla, mübahisəli maddi hüquqi məsələlərin araşdırılmasını ehtiva etmir.
13. Məhkəməyə təqdim edilən Maraqlı şəxs (İ Tərəf kimi) ilə Ərizəçi (İİ Tərəf kimi) arasında mediasiya prosesi nəticəsində bağlanmış 11 yanvar 2024-cü il tarixli MŞB/13/2024-00018 nömrəli barışıq sazişindən görünür ki, aşağıdakı məzmunda saziş təsdiq edilmişdir:
1. (borcun ödənilməsinə möhlət verilməsi tələbi) Tərəflər 1-ci tərəf Maraqlı şəxs 2-ci tərəf Ərizəçi xx.xx.2023-cü il tarixli qəbzə əsasən 56000 (əlli altı min) manat məbləğində pul almış və həmin pulu 11 yanvar 2023-cü il tarixində qaytarmasını öhdəsinə götürmüşdür. 1-ci tərəf Maraqlı şəxs 2-ci tərəf Ərizəçi xx.xx.2023-cü il tarixli qəbzə əsasən aldığı 56000 (əlli altı min) manat məbləğində pulun ödənilməsinə 07 fevral 2024-cü il möhlət verilməsini 2-ci tərəfə Ərizəçi təklif edir.
2. 2-ci tərəf Ərizəçi 1-ci tərəf Maraqlı şəxs tələbini və təklifini qəbul edərək xx.xx.2023-cü il tarixli qəbzə əsasən verdiyi 56000 (əlli altı min) manat məbləğində pulun ödənilməsi üçün 1-ci tərəf Maraqlı şəxs 07 fevral 2024-cü il tarixinə kimi möhlət verir, 56000 (əlli altı min) manat məbləğində pulun 07 fevral 2024-cü il tarixində ödənilməsinə razılaşır.
14. Məhkəmə müəyyən edir ki, maraqlı şəxs xx.xx.2023-cü il tarixli qəbz əsasında ərizəçidən 56 000 manat məbləğində borc götürmüş, xx.xx.2024-cü il tarixədək qaytaracağını bildirmişdir. Həmin tarixədək borc məbləği ödənilmədiyindən tərəflər arasında yaranmış mübahisə üzrə mediasiya prosesi keçirilmiş, 11 yanvar 2024-cü il tarixli MŞB/13/2024-00018 nömrəli barışıq sazişi bağlanmış, maraqlı şəxs xx.xx.2024-cü il tarixədək borcu ödənilməsinə razılıq vermişdir. Qeyd olunan dövrdə öhdəlik könüllü şəkildə icra edilməmiş, bu səbəbdən ərizəçi barışıq sazişinin məcburi icra edilməsi məqsədilə təsdiq olunması üçün məhkəməyə müraciət etmişdir.
15. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 33.1-ci maddəsində göstərilmişdir ki, barışıq sazişi tərəflər arasında yazılı formada bağlanır. Barışıq sazişində aşağıdakı məlumatlar göstərilir: müqavilənin tarixi və tərtib olunduğu yer; tərəflər haqqında məlumat; mübahisənin predmeti; mediator (mediatorlar) və mediasiya prosesi mediasiya təşkilatı vasitəsilə həyata keçirildikdə mediasiya təşkilatı haqqında məlumatlar; mübahisənin həlli istiqamətində tərəflərin qəbul etdiyi şərtlər, həmin şərtlərin yerinə yetirilməsinin üsul və müddətləri; barışıq sazişinin şərtlərinin icra edilməməsinin və ya düzgün icra edilməməsinin nəticələri; Azərbaycan Respublikasının Mülki Məcəlləsinə, bu Qanuna və digər normativ hüquqi aktlara uyğun olaraq başqa şərtlər. Barışıq sazişi tərəflər və mediator (mediatorlar) tərəfindən imzalanır. Barışıq sazişinin nüsxələri tərəflərin və təqdim ediləcəyi orqanların (qurumların) sayına uyğun olaraq tərtib olunur. Barışıq sazişi qanuna və bu Qanunun 3.3-cü maddəsinin birinci cümləsinin müddəalarına zidd olmamalıdır. Barışıq sazişi imzalandığı gündə tərəflərə təqdim edilməlidir. Barışıq sazişinin müvafiq orqana (quruma) təqdim edilməli olan nüsxəsini tərəflərdən biri həmin nüsxənin ona təqdim edildiyi tarixdən 1 iş günü müddətində müvafiq orqana (quruma) təqdim edir.
16. Həmin Qanunun 34-cü maddəsinə əsasən, barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Barışıq sazişinin könüllü icrasından boyun qaçırma Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq barışıq sazişində müəyyən olunan məsuliyyətə səbəb olur. Əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). Barışıq sazişi bu Qanunun 33.3cü maddəsinə zidd olduqda, onun təsdiq edilməsindən imtina olunur.
17. Mülki Prosessual Məcəllənin 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər.
18. Həmin Məcəllənin 355-26.1-ci maddəsinə əsasən məhkəmə barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda, barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir.
19. Məhkəmə qeyd edir ki, mediasiya sessiyasında mediatorun iştirakı ilə ərizəçi və maraqlı şəxs arasında bağlanmış və imzalanmış 11 yanvar 2024-cü il tarixli MŞB/13/2024- 00018 nömrəli barışıq sazişi qanunvericiliyin və “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin tələblərinə uyğun tərtib edilmiş, ərizəçi və maraqlı şəxs tərəfindən imzalanmış və mediatorun möhürü ilə təsdiq edilmişdir.
20. Göründüyü kimi, 11 yanvar 2024-cü il tarixli MŞB/13/2024-00018 nömrəli barışıq sazişi hər iki tərəfdən səlahiyyətli şəxslər tərəfindən imzalanaraq mediator tərəfindən təsdiq edilmişdir. Lakin maraqlı şəxs üzərinə götürdüyü öhdəliyi icra etməmişdir. Belə ki, o, sazişi könüllü surətdə icra etdiyini bildirsə də, borcu qaytardığını təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir.
21. Bundan başqa, məhkəmə qeyd edir ki, hazırkı iş üzrə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-26-ci maddəsində göstərilmiş hallar da mövcud deyildir. Belə ki, barışıq sazişi qanunazidd deyildir, mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunmur.
22. Belə olan halda, məhkəmə hesab edir ki, ərizəçi və maraqlı şəxs arasında bağlanmış 11 yanvar 2024-cü il tarixli MŞB/13/2024-00018 nömrəli barışıq sazişi məcburi icra edilməsi üçün təsdiq edilməlidir.
b) Məhkəmə xərcləri ilə bağlı
23. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2024-cü il tarixli ********** nömrəli mədaxil qəbzindən görünür ki, ərizəçi tərəfindən 100 manat məbləğində dövlət rüsumu xüsusi icraat qaydasında ərizənin təqdim edilməsi üçün dövlət büdcəsinə ödənilmişdir.
24. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
25. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.2-ci maddəsinin tələbinə görə xüsusi icraat qaydasında baxılan iş üzrə ərizələrdən 100 manat dövlət rüsumu tutulur.
26. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
27. Belə olan halda, məhkəmə ərizənin təmin olunduğunu nəzərə alaraq hesab edir ki, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 100 manat məbləğində pul Maraqlı şəxs tutularaq Ərizəçi ödənilməlidir. IV. Nəticə:
28. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 355-25, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
Ərizə təmin edilsin. Maraqlı şəxs (İ Tərəf kimi) ilə Ərizəçi (İİ Tərəf kimi) arasında mediasiya prosesi nəticəsində bağlanmış 11 yanvar 2024-cü il tarixli MŞB/13/2024-00018 nömrəli barışıq sazişi aşağıdakı məzmunda təsdiq edilsin:
1. (borcun ödənilməsinə möhlət verilməsi tələbi) Tərəflər 1-ci tərəf Maraqlı şəxs 2-ci tərəf Ərizəçi xx.xx.2023-cü il tarixli qəbzə əsasən 56000 (əlli altı min) manat məbləğində pul almış və həmin pulu 11 yanvar 2023-cü il tarixində qaytarmasını öhdəsinə götürmüşdür. 1-ci tərəf Maraqlı şəxs 2-ci tərəf Ərizəçi xx.xx.2023-cü il tarixli qəbzə əsasən aldığı 56000 (əlli altı min) manat məbləğində pulun ödənilməsinə 07 fevral 2024-cü il möhlət verilməsini 2-ci tərəfə Ərizəçi təklif edir.
2. 2-ci tərəf Ərizəçi 1-ci tərəf Maraqlı şəxs tələbini və təklifini qəbul edərək xx.xx.2023-cü il tarixli qəbzə əsasən verdiyi 56000 (əlli altı min) manat məbləğində pulun ödənilməsi üçün 1-ci tərəf Maraqlı şəxs 07 fevral 2024-cü il tarixinə kimi möhlət verir, 56000 (əlli altı min) manat məbləğində pulun 07 fevral 2024-cü il tarixində ödənilməsinə razılaşır.
Ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 100 (bir yüz) manat məbləğində pul Maraqlı şəxs tutularaq Ərizəçi ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim Nərmin Əhmədova