Məhkəmə qərarları › İş №e-2-2(113)-79/2020

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-79/2020

22.10.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-79/2020 22.10.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Əliyeva Aytən Heydər qızının sədrliyi ilə, Zeynalova Leyla Afiq qızının katibliyi ilə, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı Elmi-İstehsalat Müsəssisəsinin cavabdehlər Əmanətlərin Sığortalanması Fonduna və Azərbaycan Respublikasının Mərkəzi Bankına qarşı “pul tələbi”nə dair iqtisadi mübahisəyə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Elmi-İstehsalat Müsəssisəsi cavabdeh Əmanətlərin Sığortalanması fonduna qarşı “pul tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2017-ci il tarixdə icra edilmiş ödəniş tapşırığı əsasında iddiaçının bank hesabından silinmiş 988200 manat pul vəsaitinin və iş üzrə ödənilmiş 30 manat dövlət rüsumunun əvəzinin cavabdeh Əmanətlərin Sığortalanması Fondundan alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı Elmi-İstehlat Müəssisəsi ilə “xxxx” ASC arasında bağlanmış xidmət müqaviləsixx.xx.2016-cı ildə müəssisənin Bankda 51- 70203712-5 saylı AZN hesabı açılmış, həmin müqaviləyə uyğun olaraq iddiaçıya bank xidmətlərini təklif etmişdir. xx.xx.2017-ci ildə SOCAR-ın Geofizika və Geologiya idarəsi tərəfindən alqı-satqı müqaviləsi əsasında “Nağdsız hesablaşmalar haqqında” AR Qanununa uyğun olaraq “İddiaçı" Elmi-lstehlat Müəssisəsinin qeyd olunan bank hesabına 1.088200 manat pul vəsaiti köçürülmüşdür. İddiaçı tərəfindən xx.xx.2017-ci ildə verilmiş ödəniş tapşırığı əsasında “X4” MMC-nin 45019014 saylı bank hesabına xx.xx.2017-ci il tarixli 32 saylı alqı-satqı müqaviləsi əsasında 988200 manat məbləğində pul vəsaiti köçürülmüşdür. Bank tərəfindən 62 manat xidmət haqqı tutulmuş, iddiaçının bank hesabında cəmi 66790,90 manat qalıq qalmışdır. Bakı Apellyasiya Məhkəməsi tərəfindən “xxxx” ASC-nin müflis elan edilməsi və barəsində iflas proseduruna başlanılması haqqında xx xxxxxx 2017-ci il tarixli qərar qəbul edilib. Eyni qərarla “xxxx” ASC-yə Əmanət Sığortalanması Fondu xx xxxxxx 2017-ci il tarixindən ləğvedici təyin edilib. 988200 manat məbləğində pul vəsaiti iddiaçının bank hesabından silindikdən 20 gün artıq müddət keçəndən sonra, yəni xx xxxxxx 2018-ci ildə “xxxx” ASC-yə ləğvedici təyin edilmiş Əmanətlərin Sığortalanması Fondu qeyd olunan pul vəsaitini səbəbi göstərmədən iddiaçının bank hesabına geri qaytarmış, sonradan iddiaçının həmin pulu tələb etməsini görüb, tələbin “Bank haqqında” Azərbaycan Respublikası Qanunun 76.1-ci maddəsinə uyğun olaraq xx xxxx 2018-ci ildə 0764 nömrəsi ilə qeydiyyata alınıb, Qanunun 82-ci maddəsinə uyğun olaraq növbəlilik daxilində ödəniləcəyi bildirilmişdir. Bundan sonrakı müddətdə iddiaçı yenidən xx.xx.2019-cu il tarixli pretenziya qaydasında cavabdehə müraciət edərək, iddiaçının bank hesabından silinmiş 988200 manat pul vəsaitinin 5 gün müddətində geri qaytarılmasım xahiş etmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq etmiş (xəbərdarlıq xx.xx.2019-cu ildə rəsmi qaydada Fonda təqdim edilmiş) həmin vaxtdan 10 gündən artıq müddət keçməsinə baxmayaraq cavabdeh müraciətə münasibət bildirməmiş, şifahi formada əlaqə saxlayarkən də, yenə də pulun ödənilinəcəyini bəyan etmişlər. Hesab edir ki, cavabdeh iddiaçının mülkiyyəti sayılan pul vəsaitini qanunusz və əsassız olaraq özündə saxlama iddiaçının mülkiyyət hüququnu pozmuşdur. Belə ki, qeyd olunan pul vəsaiti tərəflər arasında hər hansı alqı-satqı və kredit öhdəliklərindən yaranmamış, Pul vəsaiti “xxxx” ASC-nin lisenziyası ləğv olunan vaxtadək iddiaçının verdiyi ödəniş tapşırığı artıq icra edilərək, pul vəsaiti iddiaçının hesabından silinmişdir.Cavadehin istinad etdiyi növbəlilik prinsipi isə hazırki mübahisəyə aidiyyəti olmamaqla, hüquqi və fiziki şəxslərin banklar təminatsız pul vəsaitləri ilə əlaqədar yaranan münasibətlərə şamil olunur. İddiaçıya isə aidiyyəti ola bilməz ona görə ki, iddiaçının pul vəsaiti ödəniş tapşırığı əsasında artıq xx.xx.2017-ci ildə icra edilmiş, bununla bağlı xidmət haqqı tutulmuş, eləcə də həmin pulun ƏDV-si dövlət büdcəsinə ödənilmişdir, lakin qeyd olunan əsas vəsait bugünədək “DEADİNG SUPPLY SOLİTİON MMC-nin hesabına daxil olmamışdır. Hazırda isə qeyd olunan pul vəsaitinin ödənilməməsi səbəbindən ‘DEADİNG SUPPLY SOLUTİONS” MMC ilə müəssisə arasında işgüzar münasibətlərə cidd xələl gəlmiş, həmin müəssisə pulun qısa müddət ərzində ödənilməsinin həyata keçirilməsin tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq etmişdir. AR Milli Bankı tərəfindən xx.xx.2005-ci ildə təsdiq edilməklə AR Ədliyyə Nazirliyində xx.xx.2005-ci ildə 3201 nömrəsi ilə qeydə alınmış “Azərbaycan Respublikasında fəaliyyət göstərən kredit təşkilatlarında mühasibat uçotunun aparılmas Qaydaları”nın 14.9-cu bəndinə əsasən Banklar çek və ödəniş sənədlərini, onların yazıldığı günü hesaba almadan, 3 iş günü ərzində icraya qəbul edir. Hesab edir ki, qeyd olunan pul vəsaitinin köçürülməsi barədə ödəniş tapşırığı xx.xx.2017-ci ildə qəbul edilib artıq həmir gün də icra edildiyinə, pul vəsaiti Bankda əmanət və ya depozit kimi qoyulmadığına, “xxxx”ASC-nin və Əmanətlərin Sığortalanması Fondunun həmin pul vəsaiti üzərində hər hansı hüququ olmadığına, Azərbaycan Respublikası Maliyyə X1 Direktorlar Şurasının 2017-ci il 22 dekabr tarixli qərarına əsasən “xxxx” Açıq Səhmdar Cəmiyyətinin lisenziyası dekabrın 23dən etibarən ləğv edildiyində görə, sonradan xx xxxxxx 2018-ci ildə iddiaçının bank hesabına qaytarılmış qeyd olunan pul vəsaiti Əmanətlərin Sığortalanması Fondu tərəfindən maddi zərər qismində alınıb iddiaçıya ödənilməlidir. Məhkəmə iclasında iddiaçının nümayəndəsinin şifahi vəsatətinə əsasən mhəkəmə iclasında Azərbaycan Respublikasının Mərkəzi Bankı cavabdeh qismində cəlb olunmuşdur. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdeh nümayəndəsi iddia tələbinə etiraz edərək izahatında bildirmişdir ki, iddia ərizəsindən görünür ki, iddiaçı Əmanətlərin Sığortalanması Fondunu cavabdeh kimi qeyd edərkən səhvə yol vermiş, “Əmanətlərin Sığortalanması” haqqında Qanunun mahiyyətindən bixəbər olmuşdur. Belə ki, “Əmanətlərin Sığortalanması haqqında” Qanunun 1-ci maddəsində göstərilmişdir ki, əmanətlərin sığortalanması sisteminin yaradılmasının məqsədi banklar və xarici bankların yerli filialları ödəmə qabiliyyətini itirdikdə, fiziki şəxslərdən əmanətə qəbul olunmuş pul vəsaitinin itirilməsi riskinin qarşısını almaq, maliyyə və bank sisteminin sabitliyini və inkişafını təmin etməkdir. Həmin Qanunun 4-cü maddəsini Əmanətlərin Sığortalanması Fondunun funksiyalarını sadalayır. Göründüyü kimi, iddiaçı Əmanətlərin Sığortalanması Fondunun hüquqi təbiətini və fəaliyyət istiqamətini düzgün qiymətləndirə bilməmişdir. Belə ki, nəzərə almamışdır ki, Əmanətlərin Sığortalanması Fondu iki istiqamətdə yəni, ləğvedici kimi (ləğv prosesində olan bankların ləğvini həyata keçirən) və sığortaçı kimi (qanunla qorunan hesab edilən əmanətlərə görə kompensasiya ödənişi həyata keçirən) fəaliyyət göstərir. Yuxarıda sadalanan normalardan və Konstitusiya Məhkəməsi Plenumunun məlum qərarından görünür ki, Əmanətlərin Sığortalanması Fondunun fəaliyyət istiqaməti fiziki şəxslərdən əmanətə qəbul olunmuş pul vəsaitinin itirilməsi riskinin qarşısını almaqdan ibarətdir. Göründüyü kimi, Əmanətlərin Sığortalanması Fondu sığortaçı qismində yalnız əmanətlərlə bağlı olan münasibətləri tənzimləyir, ləğv prosesində olan Banklara münasibətdə sığortaçı kimi heç bir öhdəlik daşımır. Lakin iddiaçı bunu aydınlaşdıra bilməmiş, sığortaçı olaraq Fondu Bankın öhdəliklərinə görə öhdəliklə yükləmək niyyətində olmuşdur. Həmçinin “Banklar haqqında” Qanunun 71-ci maddəsində ləğvedicinin səlahiyyətləri, vəzifələri və məqsədi sadalanmışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2017-ci il tarixli qərarına əsasən “..bankın adından ləğvedici və ya onun vəkil etdiyi şəxsinə hərəkətlərinin hüquqi qüvvəyə malik olması bankın öhdəlikləri və ya tələblərinin ləğvediciyə keçməsi anlamını ifadə etmir. Bu halda ləğvedici müflis elan olunan bankın adından hüquqi şəxsi təmsil etmək səlahiyyətinə malik olur və qanunvericilikdə hüquqi şəxsin səlahiyyətli orqanının malik olduğu hüquqları həyata keçirməklə bərabər, müvafiq vəzifələri daşıyır..” Banklar haqqında qanunun 72-ci maddəsinə əsasən Bankın müflis elan olunmasına dair qərar qüvvəyə mindiyi anından banka qarşı məhkəmə icraatı prosesində olan bütün iddialar dayandırılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2017-ci il tarixli qərarında qeyd olunur ki, “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 72.1.2-ci maddəsinin “dayandırma” ifadəsi bankın müflis elan olunmasına dair məhkəmənin qərarı qüvvəyə mindiyi andan banka qarşı kreditor tələblərlə bağlı mülki məhkəmə icraatında olan işlərin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254-cü maddəsində nəzərdə tutulmuş qaydada icraatının dayandırılmasını deyil, bu Məcəllənin 261.0.1 -ci maddəsinə əsasən icraatına xitam verilməsini nəzərdə tutur. Həmin andan daxil olan ərizələrin qəbul edilməsindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə əsasən imtina olunmalıdır..” “Banklar haqqında” Qanunun 72-ci maddəsində göstərilmişdir ki, bankın müflis elan olunmasına dair qərar qüvvəyə mindiyi anından bankın adından yalnız ləğvedici və ya onun vəkil etdiyi şəxs tərəfindən edilən hərəkətlər hüquqi qüvvəyə malik olur. Həmin Qanunun 76.1-ci maddəsinə müvafiq olaraq müflis banka qarşı tələblər bankın müflis elan olunmasına dair məhkəmə qərarının kütləvi informasiya vasitələrində ilk dəfə dərc edildiyi gündən 60 təqvim günü ərzində ləğvedici tərəfindən yazılı şəkildə qeydə alınmalıdır. Həmin Qanunun 77.1-ci maddəsində göstərilmişdir ki, Bankın mühasibat uçotu və hesabatı sənədlərində əks etdirilmiş depozitlərlə bağlı tələblər istisna olmaqla, yalnız bu Qanunun 76-cı maddəsinə uyğun qəbul edilmiş tələblər qeydə almır. Depozitlərlə bağlı tələblər isə mühasibat uçotu sənədlərində əks etdirilmiş məbləğlərdə qəbul edilir. “Banklar haqqında” Qanunun 77.8-ci maddəsində göstərilmişdir ki, məhkəmənin təsdiq etdiyi tələblər qəti xarakter daşıyır. Bu tələblər qəbul olunmuş tələblər siyahısından və ya etiraz edilmiş tələblər siyahısından çıxarılır və təsdiqlənmiş tələblər siyahısına daxil edilir. Həmin siyahı məhkəmədə və ləğvedicidə saxlanılır. Tələbləri məhkəmə tərəfindən təsdiqlənmiş kreditorlara bu barədə ləğvedici tərəfindən yazılı bildiriş göndərilir. Belə ki, “Banklar haqqında” Qanunun 72.1.3-cü maddəsində göstərilmişdir ki, bankın müflis elan olunmasına dair qərar qüvvəyə mindiyi andan bank barəsində digər məhkəmə icraatına başlanılmır və banka qarşı bütün tələblər yalnız bu qanunda nəzərədə tutulan iflas proseduru çərçivəsində irəli sürülür. Həmin Qanunun 77-ci maddəsində göstərilmişdir ki, qeydə alınmış tələblərin təhlilindən sonra ləğvedici qəbul etdiyi tələbləri qəbul edilmiş tələblər siyahısına, etiraz etdiyi tələbləri isə etirazın səbəblərini göstərməklə, etiraz edilmiş tələblər siyahısına daxil edir. Qismən etiraz edilərək qeydə alınmış tələblər müvafiq olaraq qəbul edilmiş və etiraz edilmiş hissədə hər iki siyahıya daxil edilir. Hər iki siyahıda tələbi olanın adı və ünvanı, tələblərin məbləği və irəli sürülən tələblərin təminatı üçün sübutların mövcudluğu göstərilir. Siyahılara daxil edilən tələblər kateqoriyalar üzrə birləşdirilir və ödəniş növbəliyi qaydasında yerləşdirilir. Məlumdur ki, qanunvericilik ləğv olunmuş banklara münasibətdə xüsusi qaydanı nəzərdə tutur. Belə ki, ləğv olunmuş banklarla əlaqədar məhkəmə çəkişmələri ümumi məhkəmələr vasitəsilə deyil, yalnız ləğv prosesinə nəzarət edən məhkəmə tərəfindən həyata keçirilməlidir. Hazırki iş üzrə iddiaçı da qanunvericiliyin müəyyən etdiyi qaydada məhkəməyə müraciət etmiş, xx xxxx 2018-ci il tarixli 2-1(103)-282/2018 nömrəli qərardadı ilə ərizələri təmin edilməmiş, Ali Məhkəməninin xx xxxxxxx 2018-ci il tarixli 2-1 (102)-1942/2018 tarixli qərarı ilə iddiaçı tərəfindən verilmiş şikayət təmin edilməmişdir. Göstərilənlərə əsasən iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarında olan sübutlara məcmu halda qiymət vərərək hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, iş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının xx.xx.2018-ci il tarixli 2-1(103)-282/2018 saylı qərardadının surətindən görünür ki, ərizəçi İddiaçı” Elmi-İstehsalat Müsəssisəsinin ləğvetmə prosesində olan “xxxx” ASC-də qeydə alınmış kreditor tələbi üzrə pul vəsaitinin növbədənkənar köçürülməsi haqqında ərizəsi təmin edilməmiş, müəssisənin cari hesablaşma hesabından xx.xx.2017ci ildə “X5” MMC-nin “xxxx” ASC-də olan hesabına köçürülmüş 988.200,00 manat məbləğində vəsaitin və müvafiq olaraq 177876 manat məbləğində ƏDV-nin növbədənkənar köçürülməsinin icra edilməsi öhdəliyinin Əmanətlərin Sığortalanması Fonduna həvalə edilməsindən imtina edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2018-ci il tarixli, 2-1(102)-1942/2018 saylı qərarının surətindən görünür ki, ərizəçi İddiaçı Elmi-İstehsalat Müsəssisəsininin kassasiya şikayəti qismən təmin edilərək, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)- 282/218 saylı, xx xxxx 2018-ci il tarixli qərardadı ləğv edilmiş və ərizəçi İddiaçı Elmi- İstehsalat Müsəssisəsinin ləğvetmə prosesində olan “xxxx” ASC-də qeydə alınmış kreditor tələbi üzrə pul vəsaitinin növbədənkənar köçürülməsi haqqında əzirəsi mümkün sayılmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Süleyman İsmayılov tərəfindən İddiaçı” Elmi-İstehsalat Müsəssisəsinə ünvanlanmış məktubun surətindən görünür ki, İddiaçı” Elmi-İstehsalat Müsəssisəsinin “xxxx” ASC ilə əlaqədar müraciətinə X3 Palatasında baxılmışdır. Məsələyə “xxxx” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu ilə birlikdə araşdırılmış və fond tərəfindən bildirilmişdir ki, müəssisə Banklar haqqında Qanunun 76.1-ci maddəsinə əsasən bankın siyahısı təsdiq olunmuş kreditorları siyahısına daxil edilmişdir. Müəssisənin 1.054.935 manat məbləğində tələbi sözügedən qanunun 82-ci maddəsinə əsasən növbəlilik qaydasında ödəniləcəkdir. İş materiallarında olan xx.xx.2017-ci il tarixli ödəniş planının surətindən görünür ki, İddiaçı Elmi-İstehsalat Müsəssisəsinin hesabından 988200.00 manat məbləğində pul vəsaiti “X4” MMC-yə köçürülmüşdür. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı Elmi-İstehlat Müəssisəsi ilə “xxxx” ASC arasında bağlanmış xidmət müqaviləsixx.xx.2016-cı ildə müəssisənin Bankda 51-70203712-5 saylı AZN hesabı açılmış, həmin müqaviləyə uyğun olaraq iddiaçıya bank xidmətlərini təklif etmişdir. xx.xx.2017-ci ildə SOCAR-ın Geofizika və Geologiya idarəsi tərəfindən alğı-satqı müqaviləsi əsasında “Nağdsız hesablaşmalar haqqında” AR Qanununa uyğun olaraq “İddiaçı" Elmi-lstehlat Müəssisəsinin qeyd olunan bank hesabına 1.088200 manat pul vəsaiti köçürülmüşdür. İddiaçı tərəfindən xx.xx.2017-ci ildə verilmiş ödəniş tapşırığı əsasında “X4” MMC-nin 45019014 saylı bank hesabına xx.xx.2017-ci il tarixli 32 saylı alqı-satqı müqaviləsi əsasında 988200 manat məbləğində pul vəsaiti köçürülmüşdür. Lakin xx.xx.2017-ci il tarixdə Azərbaycan Respublikası Maliyyə X1 Direktorlar Şurasının qərarına əsasən “xxxx” Açıq Səhmdar Cəmiyyətinin lisenziyası dekabrın 23-dən etibarən ləğv edildiyində görə, sonradan xx xxxxxx 2018-ci ildə iddiaçının bank hesabına qaytarılmış qeyd olunan pul vəsaiti Əmanətlərin Sığortalanması Fondundan maddi zərər qismində 988200 manatın alınıb iddiaçıya ödənilməsini məhkəmədən xahiş etmişdir. Göründüyü kimi iddiaçı tərəfindən xx.xx.2017-ci il tarixdə “xxxx” Açıq Səhmdar Cəmiyyətinə verilmiş ödəniş tapşırığı əsasında “X4” MMC-nin 45019014 saylı bank hesabına xx.xx.2017-ci il tarixli 32 saylı alğı-satqı müqaviləsi əsasında 988200 manat məbləğində pul vəsaiti köçürülmüşdür. “xxxx” Açıq Səhmdar Cəmiyyətinin lisenziyası dekabrın xx.xx.2017-ci il tarixdən etibarən ləğv edilmişdir. Bu səbəbdən də iflas proseduru çərçivəsində iddiaçının bankda olan 1054934.90 manat məbləğində pul vəsaiti üzrə kreditor tələbi “xxxx” Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən “qəbul olunmuş tələblər siyahısına daxil edilmiş və təminat kreditorların tələbləri kimi 7-ci növbədə yerləşdirilmiş və bu siyahı Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-282/18 nömrəli xx.xx.2018-ci il tarixli qərardadı ilə təsdiq edilmiş və həmin qərardad qanuni qüvvəsini almışdır. Azərbaycan Respublikası “Banklar haqqında” Qanunun 72.1-ci maddəsinə əsasən Bankın müflis elan olunmasına dair qərar qüvvəyə mindiyi anından: bankın adından yalnız ləğvedici və ya onun vəkil etdiyi şəxs tərəfindən edilən hərəkətlər hüquqi qüvvəyə malik olur; banka qarşı məhkəmə icraatı prosesində olan bütün iddialar dayandırılır; bank barəsində digər məhkəmə icraatına başlanılmır və banka qarşı bütün tələblər yalnız bu Qanunda nəzərdə tutulan iflas proseduru çərçivəsində irəli sürülür; qanunvericiliyə müvafiq hallarda aktivlərin üzərinə qoyulmuş bütün həbslər hüquqi qüvvəsini itirir; girovla təmin edilmiş aktivlər barəsində borc məbləği həddində bu Qanunun 81 -cı maddəsinə uyğun icraat istisna olmaqla, bankın aktivlərinə yönəldilmiş icra sənədlərinin icrası dayandırılır; bankın öhdəlikləri üzrə faizlərin və digər haqların hesablanması dayandırılır. Bu zaman bankın aktivlərinə faizlərin və digər haqların hesablanması davam etdirilir. Həmin Qanununun 72.2-ci maddəsinə əsasən Bankın müflis elan olunmasına dair qərar qüvvəyə mindikdən sonra müflis bankın səhmlərinin ləğvedici tərəfindən digər şəxsə köçürülməsi bu Qanunun 74-cü maddəsinə müvafiq olaraq yalnız məhkəmənin qərarı ilə həyata keçirilir. Həmin Qanununun 77.8-ci maddəsinə əsasən, məhkəmənin təsdiq etdiyi tələblər qəti xarakter daşıyır. Bu tələblər qəbul olunmuş tələblər siyahısından və ya etiraz edilmiş tələblər siyahısından çıxarılır və təsdiqlənmiş tələblər siyahısına daxil edilir. Həmin siyahı məhkəmədə və ləğvedicidə saxlanılır. Tələbləri məhkəmə tərəfindən təsdiqlənmiş kreditorlara bu barədə ləğvedici tərəfindən yazılı bildiriş göndərilir. Həmin qanunun 81.4-cü maddəsinə əsasən Təminatlı kreditorların tələbləri növbədənkənar qaydada təminatın satılmasından əldə edilən vəsait hesabına ödənilir. Təminat kreditorların tələbini tam ödəmədikdə, ödənilməmiş məbləğ təminatsız kreditor tələbi kimi bu Qanunun 82-ci maddəsində göstərilmiş növbəliliklə ödənilir. Yuxarıda qeyd olunan maddi hüquq normalarının imperativ tələblərindən göründüyü kimi X3 orqanı tərəfindən lisenziyası ləğv edildikdən və iflas proseduruna başlanılması barədə məhkəməyə ərizə təqdim edildikdən sonra, dərhal morotorium qüvvəyə minir və həmin moratoriuma görə məhkəmənin icazəsi olmadan heş bir kreditor borcu qaytarıla və bank barəsində digər məhkəmə icraatına başlanıla bilməz, banka qarşı bütün tələblər yalnız bu qanunun nəzərdə tutulan iflas proseduru çərçivəsində irəli sürülə bilər. Məhkəmə araşdırması iddiaçı tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli ödəniş tapşırığı verildiyi gündən sonra yəni xx.xx.2017-ci il tarixdə “xxxx” Açıq Səhmdar Cəmiyyətinin lisenziyası ləğv edilmiş və bankın müflis elan edilməsi üçün məhkəməyə müraciət etmişdir ki, qeyd olunan maddi hüquq normasının tələblərinə görə moratorium qüvvəyə minmişdir ki, bu zaman iddiaçı tərəfindən verilmiş ödəniş tapşırığı da daxil olmaqla “xxxx” Açıq Səhmdar Cəmiyyətinin sərəncamında olmuş bütün aktivlər üzrə əməliyyatlar qüvvədən düşmüşdür. Azərbaycan Respublikası “Əmanətlərin Sığortalanması” haqqında qanunun 1-ci maddəsinə əsasən əmanətlərin sığortalanması sisteminin yaradılmasının məqsədi banklar və xarici bankların yerli filialları ödəmə qabiliyyətini itirdikdə, fiziki şəxslərdən əmanətə qəbul olunmuş pul vəsaitinin itirilməsi riskinin qarşısını almaq, maliyyə və bank sisteminin sabitliyini və inkişafını təmin etməkdir. Həmin Qanunun 4-cü maddəsini Əmanətlərin Sığortalanması Fondunun funksiyalarını sadalayır. Göründüyü kimi, iddiaçı Əmanətlərin Sığortalanması Fondunun hüquqi təbiətini və fəaliyyət istiqamətini düzgün qiymətləndirə bilməmişdir. Belə ki, nəzərə almamışdır ki, Əmanətlərin Sığortalanması Fondu iki istiqamətdə yəni, ləğvedici kimi (ləğv prosesində olan bankların ləğvini həyata keçirən) və sığortaçı kimi (qanunla qorunan hesab edilən əmanətlərə görə kompensasiya ödənişi həyata keçirən) fəaliyyət göstərir. Yuxarıda sadalanan normalardan və Konstitusiya Məhkəməsi Plenumunun məlum qərarından görünür ki, Əmanətlərin Sığortalanması Fondunun fəaliyyət istiqaməti fiziki şəxslərdən əmanətə qəbul olunmuş pul vəsaitinin itirilməsi riskinin qarşısını almaqdan ibarətdir. Göründüyü kimi, Əmanətlərin Sığortalanması Fondu sığortaçı qismində yalnız əmanətlərlə bağlı olan münasibətləri tənzimləyir, ləğv prosesində olan Banklara münasibətdə sığortaçı kimi heç bir öhdəlik daşımır. Lakin iddiaçı bunu aydınlaşdıra bilməmiş, sığortaçı olaraq Fondu Bankın öhdəliklərinə görə öhdəliklə yükləmək niyyətində olmuşdur. Həmçinin “Banklar haqqında” Qanunun 71-ci maddəsində ləğvedicinin səlahiyyətləri, vəzifələri və məqsədi sadalanmışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2017-ci il tarixli qərarına əsasən “..bankın adından ləğvedici və ya onun vəkil etdiyi şəxsinə hərəkətlərinin hüquqi qüvvəyə malik olması bankın öhdəlikləri və ya tələblərinin ləğvediciyə keçməsi anlamını ifadə etmir. Bu halda ləğvedici müflis elan olunan bankın adından hüquqi şəxsi təmsil etmək səlahiyyətinə malik olur və qanunvericilikdə hüquqi şəxsin səlahiyyətli orqanının malik olduğu hüquqları həyata keçirməklə bərabər, müvafiq vəzifələri daşıyır..” Banklar haqqında qanunun 72-ci maddəsinə əsasən Bankın müflis elan olunmasına dair qərar qüvvəyə mindiyi anından banka qarşı məhkəmə icraatı prosesində olan bütün iddialar dayandırılır. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən olunmuş hallara əsasən iddiaçının “xxxx” Açıq Səhmdar Cəmiyyətində olan hesabında silinmiş vəsaitin aparılan iflas proseduru çərçivəsində həyata keçirilmişdir ki, bu hal qüvvədə olan qanunvericiliklə cavabdehin üzərinə vəzifə olaraq qoyulmuşdur. Bundan başqa cavabdeh tərəfindən iddiaçının hesabında olan pul vəsaitinin qaytarılması qanunla müəyyən edilmiş qaydada həyata keçirilməlidir ki cavabdeh tərəfindən bu hal artıq iddiaçıya bildirilmişdir. Göründüyü kimi cavabdeh Əmanətlərin Sığortalanması Fondu tərəfindən hərəkət və hərəkətsizliyi, yəni iddiaçının bank hesabında yerinə yetirdiyi əməliyyatlar qanuvericliklə, qeyd olunan vəsaitin iddiaçıya geri qaytarılması növbəliyi yəni müddəti isə qanuni qüvvəsini almış məhkəmə aktı ilə artıq müəyyən edilmişdir. Odur ki, hazırkı tələb üzrə cavabdehin hərkətlərində qanunsuzluq aşkar olunmadığından onun üzərinə hər-hansı öhdəliyin qoyulması əsassızdır. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, İddiaçı Elmi-İstehsalat Müsəssisəsinin cavabdeh “Əmanətlərin Sığortalanması Fonduna qarşı xx.xx.2017-ci il tarixdə icra edilmiş ödəniş tapşırığı əsasında iddiaçının bank hesabından silinmiş 988200 manat pul vəsaitinin və iş üzrə ödənilmiş 30 manat dövlət rüsumunun əvəzinin cavabdeh Əmanətlərin Sığortalanması Fondundan alınaraq iddiaçıya ödənilməsi tələbi ilə bağlı iddiası əsassız olduğundan təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Elmi-İstehsalat Müsəssisəsinin cavabdeh “Əmanətlərin Sığortalanması Fonduna qarşı xx.xx.2017-ci il tarixdə icra edilmiş ödəniş tapşırığı əsasında iddiaçının bank hesabından silinmiş 988200 manat pul vəsaitinin və iş üzrə ödənilmiş 30 manat dövlət rüsumunun əvəzinin cavabdeh Əmanətlərin Sığortalanması Fondundan alınaraq iddiaçıya ödənilməsi tələbi rədd edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Aytən Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar