Məhkəmə qərarları › İş №2-2(115)-6/2025

Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №2-2(115)-6/2025

15.08.2025 · Sair işlər - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2-2(115)-6/2025 15.08.2025 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Quliyeva Gülnaz Elxan qızının sədrliyi, Novruzov Maarif Vidadi oğlunun katibliyi, Cavabdeh2 nümayəndəsi Vəkil və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X5 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 (üçüncü şəxs X8) qarşı qeyri-yaşayış sahəsinin cavabdehlərin hesabına sökülməsi və torpaq sahəsinin iddiaçıya təhvil verilməsi tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə Bərdə Rayon Məhkəməsinə müraciət edərək Bərdə şəhəri H.Əliyev prospekti 60 ünvanında inşa edilmiş qeyri-yaşayış sahələrinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 hesabına sökülməsinə, torpaq sahəsininin İddiaçınə təhvil verilməsinə və ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, İddiaçı X4 Bərdə şəhəri H.Əliyev prospekti 60 ünvanında yerləşir. Yerləşdiyi torpaq sahəsi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti (əvvəlki Əmlak Məsələləri Dövlət Komitəsi) Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidməti publik hüquqi şəxsin 7 saylı ərazi idarəsi tərəfindən xx.xx.2014-cü il tarixdə verilmiş texniki pasportdan da göründüyü kimi "xxxx" MMC-nin balansındadır. "xxxx" MMC-nin nizamnamə kapitalının 100%-i dövlətə məxsus olduğundan onun balansında olan bütün daşınmaz əmlaklar və torpaq sahələri də dövlətə məxsusdur. X2 yerləşdiyi torpaq sahəsində, yəni "xxxx" MMCnin balansında olan dövlətə məxsus torpaq sahəsində rabitə məqsədli inzibati və yardımçı binalardan əlavə qanunsuz tikililər vardır. Həmin tikililərin qanunsuz olması faktı texniki pasportun 3-cü bolməsinin təsnifat hissəsində D-tikililərin tikinti altı sahəsinin (133,3 kvm) icazəsiz olaraq tikilməsi kimi qeyd edilməklə öz təsdqini tapmışdır. Həmin D tikililərdən biri texniki pasportda yaşıl rəngdə rənglənmişdir. X2 həyətyanı yaşıllıq sahəsinin yanında yerləşir. Bu tikili X9 tərəfindən tikilmiş, daha sonra o vəfat etmiş və həmin tikili oğlu Cavabdeh1 vərəsəlikə keçmişdir. Daha sonra həmin qanunsuz tikili Cavabdeh1 tərəfindən etibarnamə əsasında Cavabdeh2 satılmışdır. İddiaçı tərəfindən cavabdehlərə X2 ərazisində inşa edilmiş qeyri-yaşayış sahələrinin sökülməsi barədə xəbərdarlıq məktubları təqdim edilsə də heç bir tədbir görülməmişdir. Bərdə Rayon Məhkəməsinin 30 yanvar 2023-cü il tarixli 2(021)-133/2023 nömrəli qətnaməsi ilə iddiaçı "xxxx" MMC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı qanunsuz tikilinin sökülməsi tələbinə dair iddiasının təmin edilməməsi, ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi və 50 manat ekspertiza xərcinin iddiaçıdan alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir. İddiaçı "xxxx" MMC Bərdə Rayon Məhkəməsinin 30 yanvar 2023-cü il tarixli 2(021)- 133/2023 nömrəli qətnaməsindən apellyasiya şikayəti vermişdir. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 06 iyul 2023-cü il tarixli 2(104)-1325/2023 nömrəli qərardadı ilə apellyasiya şikayəti qismən təmin edilərək Bərdə Rayon Məhkəməsinin 30 yanvar 2023-cü il tarixli 2(021)-133/2023 nömrəli qətnaməsi ləğv edilmiş və iş məhkəmə aidiyyəti üzrə Gəncə Kommersiya Məhkəməsinə göndərilmişdir. Məhkəmənin qənaətinə görə iddiaçı hüquqi şəxs, cavabdeh isə sahibkarlıq subyekti olmaqla, tərəflərin arasında yaranmış hüquq münasibətlərinin xarakteri də məhz cavabdehin sahibkarlıq fəaliyyətini həyata keçirməsi ilə bağlı olmuşdur. Ona görə də mübahisəyə aidiyyəti üzrə Gəncə Kommersiya Məhkəməsində baxılmalıdır. Məhkəmənin hazırlıq iclaslarında iştirak edən iddiaçının nümayəndələri X19 və X18 iddia tələbini müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etmişlər. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 nümayəndəsi Vəkil izahatında göstərdi ki, iddiaçının təqdim etdiyi texniki pasport çıxarış deyildir, lakin vətəndaşın çıxarışı vardır. Texniki sənəd hüquq müəyyənedici sənəd deyildir. İddiaçının iddia qaldırmaqda subyektiv hüququ da yoxdur. İddia qaldıran zaman obyekt Cavabdeh2 idi. Aqlı-satqı Cavabdeh1 ilə Cavabdeh2 arasında olmuşdur. Obyekt çayçı kimi fəaliyyət göstərmişdir. Məhkəmə iclasında iştirak edən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X11 izahatında göstərdi ki, Cavabdeh2 onun oğludur, mübahisə edilən yerin qabağında Cavabdeh1 yeri var idi, İcra Hakmiyyəti oranı söküb başqa yerdən ona yer verdi. Həmin obyekt satılanda, X3 oğlu obyekti satışa qoyanda təxminən 2012-ci ildə onu almışdır. İddiaçıya məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir, təmin etməməyinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməməlidir. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı ərazi idarəsi tərəfindən verilmiş **********35- 12301 reyestr nömrəli texniki pasportdan görünür ki, Bərdə şəhəri H.Əliyev prospekti nömrə 60-ın balans saxlayıcısı Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyi "xxxx" İstehsalat Birliyi X4 qeyd edilmiş, pasport 02 sentyabr 2014-cü ildə olan vəziyyətə əsasən tərtib olunmuşdur. İş materiallarında olan Bərdə rayon İcra Hakimiyyətinin xx.xx.2012-ci il tarixli sahəseçmə aktından görünür ki, sahəseçmə komissiyasının 12 üzvü Bərdə şəhəri əraziində olan dövlət fondu torpağından 52 kv.m torpaq sahəsi ayrılıb sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün zəruri tikintilər tikilməsi məqsədilə Bərdə şəhər sakini X3 icarəsinə verilməsinə etiraz etməmişlər və həmin akta torpaq sahəsinin planı və ölçüsü əlavə edilmişdir. İş materiallarında olan Bərdə rayon İcra Hakimiyyətinin xx.xx.2012-ci il tarixli 137 saylı qərarından görünür ki, Bərdə şəhər sakini X3 ərizəsi nəzərə alınmış, sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün 52 kv.m torpaq sahəsi icarə yolu ilə 15 il müddətinə ayrılıb ona verilməsi qərara alınmışdır. İş materiallarında olan Bərdə rayon İcra Hakimiyyəti ilə X9 arasında xx.xx.2012-ci il tarixdə bağlanmış 304 saylı torpaq icarəsi müqaviləsindən görünür ki, 52 kv.m torpaq sahəsi 15 il müddətinə icarəyə verilmiş, icarə haqqı hər il 52 manat müəyyən edilmişdir. İş materiallarında olan 2012-ci il tarixli 62 nömrəli eskiz layihəsindən görünür ki, Bərdə şəhəri H.Əliyev prospektində X6 məxsus qeyri-yaşayış binasının eskiz layihəsi hazırlanmışdır. İş materiallarında olan Bərdə RİHB aparatının Memarlıq və Tikinti şöbəsinin DT və XK Bərdə rayon şöbəsinin xx.xx.2012-ci il tarixli 2/79 saylı məktubu ilə əlaqədar verdiyi rəydən görünür kli, X9 həmin sahəni icarəyə götürdükdən sonra həmin sahədə tikiləcək binanın layihə sənədlərini rayon İcra Hakimiyyətinin Memarlıq və Tikinti şöbəsi ilə razılaşdıırldıqdan və tikintiyə icazə sərəncamı verildikdən sonra tikinti işlərinə başlaya bilər. İş materiallarında olan Bərdə rayon İcra Hakimiyyətinin xx.xx.2012-ci il tarixli 167 nömrəli qərarından görünür ki, Bərdə şəhər sakini X3 ərizəsi nəzərə alınmış, ona sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün Bərdə şəhəri H.Əliyev prospektində istifadəsində olan 52 kv.m torpaq sahəsində təqdim etdiyi eskiz layihəsi əsasında mağaza binasının tikintisinin aparılmasına icazə verilmişdir. İş materiallarında olan Bərdə rayon İcra Hakimiyyətinin xx.xx.2012-ci il tarixli 3/613 saylı məktubundan və obyektlərin qəbul komissiyası tərəfindən istismara qəbul edilməsi aktından görünür ki, Bərdə şəhəri H.Əliyev prospektində X6 məxsus mağaza binası istismara qəbul edilmişdir. İş materiallarında olan X20 Xidmət Mərkəzində Notariat Ofisinin xx.xx.2020-ci il tarixli 810/2020 saylı məktubundan görünür ki, vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsinə dair müraciət etmiş Cavabdeh1 mərhum X3 qanun üzrə 1-ci növbədə vərəsələri kimi tanınmaq hüququna malikdirlər. İş materiallarında olan Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidməti X17 Nəzarəti İdarəsinin xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, Bərdə şəhəri H.Əliyev prospektində inşa edilmiş bir mərtəbəli ticarət obyektinin istismara qəbul aktı razılaşdırılaraq Cavabdeh1 göndərilmişdir. İş materiallarında olan Məhkəmə Ekspertiza Mərkəzinin 10 noyabr 2022-ci il tarixli 10/4541 saylı rəyindən görünür ki, Cavabdeh2 istifadəsində olan Bərdə şəhəri H.Əliyev prospektində yerləşən qeyri-yaşayış sahəsi 16151 inventar və **********35-12301 reyestr nömrəli texniki pasporta əsasən "xxxx" İstehsalat Birliyi X2 icarəsində və ya istifadəsində olan Bərdə şəhəri H.Əliyev prospekti 60 ünvanında yerləşən torpaq sahəsində inşa edilmişdir. Xidmət haqqı 50 manat qeyd edilmişdir. İş materiallarında olan "xxxx" MMC-nin 2-ci redaksiyada nizamnaməsindən görünür ki, "xxxx" MMC Azərbaycan Respublikası Prezidentinin 1992-ci il 2 iyul tarixli 13 nömrəli sərəncamına əsasən Azərbaycan Respublikası Rabitə Nazirinin xx.xx.1992-ci il tarixli 107 nömrəli əmri ilə “X12 Birliyi”nin bölünməsi nəticəsində yaranmış, Azərbaycan Respublikası Ədliyyə Nazirliyində xx.xx.1996-cı il tarixli D-1102 nömrəsi ilə dövlət qeydiyyatına alınmış İddiaçı İstehsalat Birliyinin çevrilməsi nəticəsində yaradılaraq xx.xx.2015-ci il tarixində müvafiq qaydada qeydiyyatdan keçmişdir və onun hüquqi varisidir. Cəmiyyətin nizamnamə kapitalı 22525383 manat, hər birinin dəyəri 11262691,50 manat olmaqla 2 paydan ibarətdir. Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi 100% 22525383 manat, 2 pay şəklində mülkiyyətçidir. İş materiallarında xx.xx.2024-cü il tarixli icarə müqaviləsindən görünür ki, Cavabdeh1 X8 Bərdə şəhəri H.Əliyev prospektində yerləşən 0.0078 ha torpaq sahəsinə dair icarə hüququnu icarəyə vermişdir. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin xx.xx.2024-cü il tarixli **********85 reyestr nömrəli, ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Bərdə şəhəri H.Əliyev prospektində yerləşən 0.0078 ha torpaq sahəsinə xx.xx.2024-xx.xx.2025-ci il müddətinə X5 icarə hüququ qeydə alınmışdır. Daşınmaz əmlak üzərində qüvvədə olan digər hüquqlar Əmlak Məsələləri Dövlət Xidmətinə və Cavabdeh1 məxsusdur. İş materiallarında olan Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli 10/3443 nömrəli ekspert rəyindən görünür ki; Qərardadın 1-ci sualı üzrə: Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 7 saylı Bərdə Ərazi İdarəsinin Daşınmaz əmlakın kadastrı, texniki inventarlaşdırma, qiymətləndirmə və ünvan reyestri şöbəsinin müdiri Əhməd Bəhrəmiyyənin mütəxəssis rəyində qeyd edilir ki, Bərdə rayon İcra Hakimiyyətinin xx.xx.2012-ci il tarixli 137 saylı qərarına, Bərdə rayon İcra Hakimiyyəti ilə X9 arasında bağlanımış xx.xx.2012-ci il tarixli torpaq sahəsinin icarə müqaviləsinə əsasən icarəyə verilmiş 52 kv.m torpaq sahəsində Bərdə rayon İcra Hakimiyyətinin 08.10 2012-cı il tarixli 167 nömrəli qərarı ilə tikintisinə icazə verilmiş mağaza binası iş materiallarının 70-ci səhifəsində olan torpaq sahəsinin yerquruluşu planında və 56-62-ci səhifələrində olan eskiz layihədə nəzərdə tutulmuş torpaq sahəsində inşa edilmişdir. Qərardadın 2-ci sualı üzrə: Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 7 saylı Bərdə Ərazi İdarəsinin Daşınmaz əmlakın kadastrı, texniki inventarlaşdırma, qiymətləndirmə və ünvan reyestri şöbəsinin müdiri Əhməd Bəhrəmiyyənin mütəxəssis rəyində qeyd edilir ki, Bərdə rayon İcra Hakimiyyəti ilə X9 arasında bağlanmış xx.xx.2012-ci il tarixli torpaq sahəsinin icarə müqaviləsinə əsasən icarəyə verilmiş 52 kv.m torpaq sahəsində inşa edilmiş mağaza binası iş materiallarının 9.14-cu səhifələrində olan Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyi İddiaçı İstehsalat Birliyi X2 adına tərtib edilmiş **********35-12301 reyestr nömrəli texniki pasportda qeyd edilən torpaq sahəsinin sərhədləri daxilindədir. Qərardadın 3-cü sualı üzrə: Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 7 saylı Bərdə Ərazi İdarəsinin Daşınmaz əmlakın kadastrı, texniki inventarlaşdırma, qiymətləndirmə və ünvan reyestri şöbəsinin müdiri Əhməd Bəhrəmiyyənin mütəxəssis rəyində qeyd edilir ki, xx.xx.2024-cu il tarixli **********85 reyestr nömrəli ********** qeydiyyat nömrəli hüquqlarin dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən X5 icarə hüququ tanınmış 0.0078 ha torpaq sahəsi Bərdə rayon İcra Hakimiyyəti ilə X9 arasında bağlanmış 01,08.2012-ci il tarixli torpaq sahəsinin icarə müqaviləsinə əsasan icarəyə verilmiş 52 kv.m torpaq sahəsi ilə üstüstə düşür. Qeyd: bundan əlavə məktubda qeyd edilir ki, X3 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış əmlak aşkar edilməmişdir. Xidmət haqqı 100 manat müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139.2-ci maddəsinə əsasən daşınar əmlaka hüquqlar yalnız qanunvericilikdə nəzərdə tutulan hallarda dövlət qeydiyyatına alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Həmin Məcəllənin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyətçı öz əmlakı üzərində sahiblik, istifadə və sərəncam hüquqlarını sərbəst həyata keçirir və bu hüquqlar dövlət tərəfindən tanınır və qorunur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Həmin Məcəllənin 180.2-ci maddəsinə əsasən özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Həmin Məcəllənin 180.4-cü maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Həmin Məcəllənin 238.1-ci maddəsinə əsasən daşınmaz əmlak kimi torpaq mülkiyyət hüququnun obyektidir. Torpaq sahəsinin ərazi sərhədləri daşınmaz əmlakın dövlət reyestrinin ixtiyarlı şəxsinin mülkiyyətçiyə verdiyi sənədlər əsasında təyin edilir. Həmin Məcəllənin 240.1-ci maddəsinə əsasən torpaq sahəsinin mülkiyyətçisi şəhərsalma və tikinti normalarını və qaydalarını, habelə torpaq sahəsinin təyinatı ilə bağlı tələbləri gözləmək şərti ilə sahədə binalar və qurğular ucalda bilər, onları yenidən qura və ya uçura bilər, öz sahəsində başqa şəxslərin tikinti aparmasına icazə verə bilər. Məhkəmə qeyd edir ki, Bərdə rayon İcra Hakimiyyəti tərəfindən təsdiq edilmiş sahəseçmə komissiyasının (həmin komissiyanın 15 üzvündən biri də Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin Bərdə ərazi idarəsi olmuşdur) xx.xx.2012-ci il tarixli sahəseçmə aktı ilə Bərdə şəhəri ərazisində olan dövlət fondu torpağından 52 kv.m torpaq sahəsi ayrılıb sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün zəruri tikintilər tikilməsi məqsədilə Bərdə şəhər sakini X3 icarəsinə verilməsinə razılıq verilmiş, həmin akta torpaq sahəsinin planı və ölçüsü əlavə edilmişdir. Bərdə rayon İcra Hakimiyyətinin xx.xx.2012-ci il tarixli qərarı ilə sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün 52 kv.m torpaq sahəsi icarə yolu ilə 15 il müddətinə ayrılıb X6 verilməsi qərara alınmışdır. Bərdə rayon İcra Hakimiyyəti ilə X9 arasında xx.xx.2012-ci il tarixdə 52 kv.m torpaq sahəsinin 15 il müddətinə icarə verilməsi ilə bağlı müqavilə bağlanmışdır. Bərdə rayon İcra Hakimiyyətinin xx.xx.2012-ci il tarixli qərarı ilə torpaq sahəsində təqdim edilmiş 2012-ci il tarixli eskiz layihə əsasında mağaza binasının tikintisinin aparılmasına icazə verilmişdir. Bərdə rayon İcra Hakimiyyəti tərəfindən xx.xx.2012-ci il tarixdə Bərdə şəhəri H.Əliyev prospektində X6 məxsus mağaza binası istismara qəbul edilmişdir. X9 ölmüş onun vərəsəsi Cavabdeh1 müəyyən edilmişdir. Mübahisəli torpaq sahəsi və tikili Cavabdeh1 tərəfindən faktiki olaraq Cavabdeh2 istifadəsinə və sahibliyinə verilmişdir. xx.xx.2024-cü il tarixdə Cavabdeh1 Bərdə şəhəri H.Əliyev prospektində yerləşən 0.0078 ha torpaq sahəsinə dair icarə hüququnu icarə müqaviləsi əsasında X8 (Cavabdeh2 atasına) vermiş, icarəçi xx.xx.2024-xx.xx.2025-ci il müddətinə icarə hüquqlarını dövlət qeydiyyatına aldırmışdır. Bundan başqa Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı ərazi idarəsi tərəfindən Bərdə şəhəri H.Əliyev prospekti 60 nömrəli ünvana dair Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyi "xxxx" İstehsalat Birliyi X2 adına texniki pasport verilmişdir. Pasport 02 sentyabr 2014-cü ildə olan vəziyyətə əsasən tərtib olunmuşdur. Həmçinin məhkəmə bildirir ki. "xxxx" MMC İddiaçı İstehsalat Birliyinin hüquqi varisidir. Cəmiyyətin nizamnamə kapitalı 2 paydan ibarət olmaqla Əmlak Məsələləri Dövlət Komitəsinə 100% olaraq məxsusdur. Həmçinin müəyyən edilir ki, X6 icarəyə verilmiş 52 kv.m torpaq sahəsi və üzərində inşa edilmiş mağaza binası İddiaçı İstehsalat Birliyi X2 adına tərtib edilmiş texniki pasportda qeyd edilən torpaq sahəsinin sərhədləri daxilindədir. X5 icarə hüququ tanınmış 0.0078 ha torpaq sahəsi X3 icarəsinə verilmiş 52 kv.m torpaq sahəsi ilə üst-üstə düşür. Məhkəmə ilk öncə onu bildirmək istəyir ki, cavabdehin nümayəndəsi iddiaçının bu iddianı qaldırmaqda subyektiv hüququnun olmamasına istinad etmişdir. Məhkəmə isə qeyd edir ki, "xxxx" MMC İddiaçı İstehsalat Birliyinin hüquqi varisidir. Cəmiyyətin nizamnamə kapitalı 2 paydan ibarət olmaqla Əmlak Məsələləri Dövlət Komitəsinə 100% olaraq məxsusdur. Mübahisəli torpaq sahəsi dövlət mülkiyyətində olan torpaq sahəsidir və iddiaçının balansına texniki pasport əsasında verilmişdir. İddiaçı onun balansına verilən torpaq sahəsi ilə bağlı iddia qaldırmaq hüquqi vardır. Bundan başqa məhkəmə bildirir ki, X6 2012-ci ildə torpaq sahəsi ayrılmış, həmin torpaq sahəsinin icarəçiyə icarəyə verilməsinə 12 komissiya üzvlərindən, biri də Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin Bərdə ərazi idarəsi olmaqla razılıq vermiş, həmin torpaq sahəsi ayrılarkən torpaq sahəsinin ölçüsü və planı hazırlanmış, torpaq sahəsi icarə müqaviləsi əsasında icarəyə verilmiş, üzərində mağaza binası tikilməsi üçün icazə verilmiş, mağaza binası tikilmiş və istismara qəbul edilmişdir. Bundan iki il sonra, yəni 2014-cü il vəziyyəti nəzərə alınmaqla İddiaçı İstehsalat Birliyinin adına texniki pasport tərtib edilmişdir. X1 fəaliyyətini həyata keçirmək məqsədilə qanuni üsullarla torpaq sahəsi ayrılmış, tikintiyə icazə verilmiş və tikintinin istismarına icazə verilmişdir. Cavabdeh1 torpaq sahəsindən istifadəsi üçün müqavilə əsası olmuşdur. Sonuncu digər Cavabdeh2 faktiki olaraq torpaq sahəsindən və mağaza binasından istifadə etməsi üçün icazə vermiş, sonra isə Cavabdeh1 icarə hüquqlarını X8 icarəyə vermişdir. Göründüyü kimi torpaq sahəsi müqavilə əsasında Cavabdeh1 və üçüncü şəxs X5 istifadəsindədir. Hazırkı vaxta isə Cavabdeh2 torpaq sahəsindən istifadə etmədiyi müəyyən edilir. Torpaq sahəsindən qanunsuz və əsassız istifadə edilməsi halı müəyyən edilmir. Mağaza binasının isə hələ torpaq sahəsi iddiaçının balansına verilməmişdən əvvəl tikilmiş və istismara qəbul edilmişdir. Ona görə də iddia tələbi təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmçinin məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarında olan qəbzdən görünür ki, iddiaçı iddia tələbi ilə məhkəməyə müraciət etməsi üçün 100 manat dövlət rüsumu ödəmişdir. İddia təmin edilmədiyindən dövlət rüsumu iddiaçıya aid edilməlidir. Həmçinin iş üzrə məhkəmə-tikinti-texniki ekspertizasının keçirilməsi ilə bağlı 150 manat ekspertiza xərci iddiaçıdan tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Məhkəmə yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini əsasən QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 (üçüncü şəxs X8) qarşı qeyri-yaşayış sahəsinin cavabdehlərin hesabına sökülməsi və torpaq sahəsinin iddiaçıya təhvil verilməsi tələbinə dair iddiası təmin edilməsin. İş üzrə məhkəmə-tikinti-texniki ekspertizasının keçirilməsi ilə bağlı 150 (bir yüz əlli yüz) manat ekspertiza xərci İddiaçındən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (X7, kodu: 210005, VÖEN: **********, müxbir hesab: AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN:**********, hesab AZ34CTRE********************) ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Kommersiya Məhkəməsinə təqdim edilməklə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Gülnaz Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar