Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2-2(115)-604/2023 05.07.2023 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Vəliyev Kənan Hafiz oğlunun sədrliyi, Abdullayev Hörmət Uğurlu oğlunun katibliyi ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 07 mart 2019-cu il tarixli, 800850- 662182/1 saylı kredit müqaviləsi üzrə 37177.99 manat məbləğində əsas borc və 3882.74 manat faiz borcu, ümumilikdə 41060.73 manat, 07 mart 2019-cu il tarixli 800875-663590/1 saylı kredit müqaviləsi üzrə 69708.75 manat məbləğində əsas borc və 7280.42 manat faiz borcu, ümumilikdə 76989.17 manat məbləğində borcun, ipoteka predmetinə tutma haqqında bildirişlərin dövlət qeydiyyatına alınması üçün köçürülmüş 31.95 dövlət rüsumu və 62.13 manat xidmət haqqı olmaqla, cəmi 94.08 manat xərcin və iddia ərizəsinin verilməsi üçün küçürülmüş 30 manat dövlət rüsumunun tutularaq ona ödənilməsi, tutmanın Bank qarşısında ipotekaya qoyulmuş və tam mülkiyyət hüququ ilə Cavabdeh1 tam mülkiyyətində olan Gəncə şəhəri, Nizami rayonu, Cavadxan küçəsində yerləşən 20 nömrəli qeyri-yaşayış sahəsinə (16.1 kv.m.); Gəncə şəhəri, Nizami rayonu, Cavadxan küçəsi, 56 nömrəli binanın, 41 nömrəli mənzilinə (42.6 kv.m.) və Cavabdeh2 tam mülkiyyətində olan Gəncə şəhəri, Kəpəz rayonu, Üzeyir Hacıbəyli küçəsi, 81 nömrəli binanın, 4 nömrəli mənzilinə (30.7 kv.m.) yönəldilməsi, ipoteka predmeti olan Gəncə şəhəri, Nizami rayonu, Cavadxan küçəsində yerləşən 20 nömrəli qeyri-yaşayış sahəsi (16.1 kv.m.); Gəncə şəhəri, Nizami rayonu, Cavadxan küçəsi, 56 nömrəli binanın, 41 nömrəli mənzili (42.6 kv.m.); Gəncə şəhəri Kəpəz rayonu, Üzeyir Hacıbəyli küçəsi, 81 nömrəli binanın, 4 nömrəli mənzili (30.7 kv.m. ilkin satış qiymətinin müəyyən edilməsi, əmlakın açıq hərracdan satılması və satışdan əldə olunacaq vəsait hesabına borcun ödənilməsi, ipoteka predmetləri hərracda satıldıqdan 10 gün sonra Cavabdeh1 və Cavabdeh4 Gəncə şəhəri. Nizami rayonu, Cavadxan küçəsində yerləşən 20 nömrəli qeyri-yaşayış sahəsinin və Gəncə şəhəri, Nizami rayonu, Cavadxan küçəsi, 56 nömrəli binanın, 41 nömrəli mənzilin boşaldılması barədə və Cavabdeh2 Gəncə şəhəri, Kəpəz rayonu, Üzeyir Hacıbəyli küçəsi, 81 nömrəli binanın, 4 nömrəli mənzilin boşaldılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçinin nümayəndəsi iddia həcminin artırılması barədə ərizə verərək, Cavabdeh1 və Cavabdeh3 04 mart 2022-ci il tarixə 07 mart 2019 il tarixli, 800875-663590/1 nömrəli kredit müqaviləsi üzrə 69,708.75 manat əsas borc və 32,790.95 manat faiz borcu olmaqla, cəmi 102,499.70 manat və 07 mart 2019 il tarixli, 800850- 662182/1 nömrəli kredit müqaviləsi üzrə 37,177.99 manat əsas borc və 17,451.08 manat faiz borcu olmaqla, cəmi 54,629.07 manat məbləğində borcun, ipoteka predmetinə tutma haqqında bildirişlərin dövlət qeydiyyatına alınması üçün köçürülmüş 31.95 manat dövlət rüsumu və 62.13 manat xidmət haqqı olmaqla, cəmi 94.08 manat xərcin və iddia ərizəsinin verilməsi üçün köçürülmüş 30 manat dövlət rüsumunun tutularaq İddiaçı ASC-yə ödənilməsi, tutmanın bank qarşısında ipotekaya qoyulmuş və tam mülkiyyət hüququ ilə Cavabdeh1 oğlmun tam mülkiyyətində olan Gəncə şəhəri, Nizami rayonu, Cavadxan küçəsində yerləşən 20 nömrəli qeyri-yaşayış sahəsinə (16.1 kv.m), Gəncə şəhəri, Nizami rayonu, Cavadxan küçəsi, 56 nömrəli binanın, 41 nömrəli mənzilinə (42.6 kv.m) və Cavabdeh2 tam mülkiyyətində olan Gəncə şəhəri, Kəpəz rayonu, Üzeyir Hacıbəyli küçəsi 81 nömrəli binanın, 4 nömrəli mənzilinə (30,7 kv.m) yönəldilməsi, ipoteka predmeti olan Gəncə şəhəri, Nizami rayonu, Cavadxan küçəsində yerləşən 20 nömrəli qeyri- yaşayış sahəsi (16.1 kv.m.), Gəncə şəhəri, Nizami rayonu, Cavadxan küçəsi, 56 nömrəli binanın, 41 nömrəli mənzili (42.6 kv.m.), Gəncə şəhəri, Kəpəz rayonu, Üzeyir Hacıbəyli küçəsi, 81 nömrəli binanın, 4 nömrəli mənzili (30.7 kv.m.) ilkin satış qiymətinin müəyyən edilməsi, əmlakların açıq hərracdan satılması və satışdan əldə olunacaq vəsait hesabına borcun ödənilməsi, ipoteka predmetləri hərracda satıldıqda ən geci bir ay ərzində Cavabdeh1 və Cavabdeh4 Gəncə şəhəri, Nizami rayonu, Cavadxan küçəsində yerləşən 20 nömrəli qeyriyaşayış sahəsindən və Gəncə şəhəri, Nizami rayonu, Cavadxan küçəsində yerləşən 56 nömrə binanın, 41 nömrəli mənzilindən çıxarılması və Cavabdeh2 Gəncə şəhəri. Kəpəz rayonu, Üzeyir Hacıbəyli küçəsində yerləşən 81 nömrəli binanın, 4 nömrəli mənzilindən çıxarılması və həmin əmlakların boşaldılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Gəncə Kommersiya Məhkəməsinin 05 iyul 2023-cü il tarixli, e-2-2(115)-604/2023 nömrəli qərardadı ilə iddia tələbinə cavabdehlərin Gəncə şəhəri Cavadxan küçəsində yerləşən 20 nömrəli qeyri-yaşayış sahəsindən və Gəncə şəhəri Cavadxan küçəsində yerləşən 56 nömrə binanın 41 nömrəli mənzilindən və Gəncə şəhəri Üzeyir Hacıbəyli küçəsində yerləşən 81 nömrəli binanın, 4 nömrəli mənzilindən çıxarılması və həmin əmlakların boşaldılması hissəsi üzrə xitam verilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "Expressbank” ASC Gəncə filialı ilə Cavabdeh1 arasında 07 mart 2019-cu il tarixli, 800850-662182/1 saylı kredit müqaviləsi və 07 mart 2019cu il tarixli, 800875-663590/1 saylı kredit müqaviləsi imzalanmışdır. Bağlanmış 800850- 662182/1 nömrəli kredit müqaviləsinin şərtlərinə görə İddiaçı ASC tərəfindən Cavabdeh1 illik 19% dərəcəsi ilə əsas borcun ödənilməsinə 3 ay güzəşt dövrü ilə 36 ay müddətinə 40,000.00 manat məbləğində kredit ayrılmışdır. 800875- 663590/1 nömrəli kredit müqaviləsinin şərtlərinə görə "Expressbank” ASC tərəfindən Cavabdeh1 illik 19% dərəcəsi ilə 3 ay güzəşt müddəti olmaqla, yalnız faiz ödənilməklə 36 ay müddətinə 75,000.00 manat məbləğində kredit ayrılmışdır. Eyni zamanda, İddiaçı ASC ilə Cavabdeh3 arasında 07 mart 2019-cu il tarixli 800850-662182/1 nömrəli zaminlik müqaviləsi imzalanmışdır. Həmin kredit müqavilələrinin təminatı kimi İddiaçı ASC ilə Cavabdeh1 arasında xx.xx.2019-cu il tarixli, 800850-662182/1 nömrəli ipoteka müqaviləsinə əsasən Banka girov qoyulmuş Cavabdeh1 tam mülkiyyətində olan Azərbaycan Respublikası DƏDRX-nin Gəncə şəhər Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı, ******* nömrəli çıxarışa əsasən (qeydiyyat nömrəsi: **********, qeydiyyat tarixi: xx.xx.2017) Bank qarşısında ipoteka ilə yüklü edilmiş ünvan 1 ünvanında yerləşən qeyri yaşayış sahəsi (ümumi sahə 16.1 kv.m ) Bank qarşısında ipoteka ilə yüklü edilmiş ünvan 2 ünvanında yerləşən qeyri yaşayış sahəsi (ümumi sahə 16.1 kv.m.) Bank qarşısında ipoteka ilə yüklü edilişdir. İpoteka müqaviləsi notarial qaydada təsdiq edilmiş və qanunvericiliyə uyğun olaraq dövlət qeydiyyatına alınmışdır. Bununla bağlı, Əmlakın yüklü edilməsi barədə xx.xx.2019-cu il tarixli, RX seriyalı, ******* nömrəli çıxarış alınmışdır. Bundan əlavə, kredit müqavilələrinin təminatı kimi İddiaçı ASC ilə Cavabdeh1 arasında xx.xx.2019-cu i! tarixli, 800850- 662182/1/2 nömrəli ipoteka müqaviləsinə əsasən Banka girov qoyulmuş Cavabdeh1 tam mülkiyyətində olan Azərbaycan Respublikası DƏDRX-nin Gəncə şəhər Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı, ******* nömrəli çıxarışa əsasən (qeydiyyat nömrəsi: **********, qeydiyyat tarixi: xx.xx.2014) Bank qarşısında ipoteka ilə yüklü edilmiş Gəncə şəhəri, Nizami rayonu, Cavadxan küçəsi, 56 nömrəli binanın, 41 nömrəli mənzili (ümumi sahə 42.6 kv.m.) Bank qarşısında ipoteka ilə yüklü edilmişdir, ipoteka müqaviləsi notarial qaydada təsdiq edilmiş və qanunvericiliyə uyğun olaraq dövlət qeydiyyatına alınmışdır. Bununla bağlı, Əmlakın yüklü edilməsi barədə xx.xx.2019-cu il tarixli, RX seriyalı, ******* nömrəli çıxarış alınmışdır. Bundan əlavə, kredit müqavilələrinin təminatı kimi İddiaçı ASC ilə Cavabdeh2 arasında xx.xx.2019- cu il tarixli, 800850-662182/3 nömrəli ipoteka müqaviləsinə əsasən Banka girov qoyulmuş Cavabdeh2 tam mülkiyyətində olan Azərbaycan Respublikası DƏDRX- nin Gəncə şəhər Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı, ******* nömrəli çıxarışa əsasən (qeydiyyat nömrəsi: **********, qeydiyyat tarixi: xx.xx.2013) Bank qarşısında ipoteka ilə yüklü edilmiş Gəncə şəhəri, Kəpəz rayonu, Üzeyir Hacıbəyli küçəsi, 81 nömrəli binantn, 4 nömrəli mənzili (ümumi sahə 30.7 kv.m.) Bank qarşısında ipoteka ilə yüklü edilmişdir, ipoteka müqaviləsi notarial qaydada təsdiq edilmiş və qanunvericiliyə uyğun olaraq dövlət qeydiyyatına alınmışdır. Bununla bağlı, Əmlakın yüklü edilməsi barədə 15.03.209-cu il tarixli, RX seriyalı, ******* nömrəli çıxarış alınmışdır. Borcalan Kredit müqaviləsi üzrə, üzərinə götürdüyü öhdəliyin bir hissəsini icra etmiş, qalan hissədə isə öhdəliyi yerinə yetirməmişdir. Bununla əlaqədar, dəfələrlə şifahi yazılı qaydada xəbərdarlıq edilməklə Xəbərdarlıq məktublarının göndərilməsinə mayaraq, Borcalan bundan heç bir nəticə çıxarmamışdır və yenə də Kredit Müqaviləsi üzrə öhdəliyini icra etməmişdir. Bu halda, Bank tərəfindən ipoteka predmetinə tutma yönəldilməsi barədə 001/007/0653/2020 nömrəli Bildiriş (ipoteka predmetinə tutma barədə) ipoteka qoyanlara poçt vasitəsi ilə təqdim edilmişdir. İpoteka qoyanlara qeyd edilən bildirişi rəsmi təqdim olunduqdan sonra, bildiriş xx.xx.2020-ci il tarixdə tərəfimizdən İmiş Ərizə əsasında dövlət qeydiyyatına alınmışdır. Kredit müqaviləsi üzrə borclu Cavabdeh1 öz üzərinə götürdüyü öhdəliyi yerinə yetirmədiyinə görə, İddiaçı ASC-nin ipoteka predmetlərinə tutmanın yönəldilməsinə başlamaq hüququ yaranmışdır. Bununla bağlı olaraq, qanunvericiliyin tələbinə uyğun ipoteka predmetinə tutmanın yönəldilməsinin tam əsaslı olması Qanunvericiliklə bağlı müddəalarda ətraflı qeyd edilmişdir. Cavabdeh4 Aiiq qızının imzaladığı xx.xx.2019-cu il tarixli 8İ-871 saylı ərizəyə əsasən Gəncə şəhəri, Nizami rayonu, Cavadxan küçəsi, ev 56 ünvanında yerləşən, 41 nömrəli mənzili və xx.xx.2019-cu il tarixli 8İ-889 saylı ərizəyə əsasən ünvan 3 ünvanda yerləşən qeyri yaşayış sahəsinə ipotekaya qoyulmuş əmlaklara gələcəkdə tutma yönəldikdə və ya həmin əmlaklar satıldıqda onu qeydşərtsiz tərk etməyi (boşaltmağı) və ipoteka predmetindən qeydiyyatdan çıxmağı öz öhdəsinə götürüb. Cavabdehlər Cavabdeh1 , Cavabdeh3 əvvəlki məhkəmə iclaslarında iştirak etmiş və iddia tələbinə münasibət bildirmişlər. İddiaçının nümayəndəsi əvvəlki məhkəmə iclasında iştirak etmiş, məhkəməyə ərizə ünvanlayaraq işə onların iştirakları olmadan baxılmasını xahiş etmiş, cavabdehlər isə gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə, Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan: “Expressbank" ASC ilə Cavabdeh1 arasında bağlanmış 07 mart 2019-cu il tarixli, 800850-662182/1 saylı kredit müqaviləsindən görünür ki, “Expressbank" ASC tərəfindən Cavabdeh1 illik 19% dərəcəsi ilə 36 ay müddətinə 40000 manat məbləğində kredit verilmişdir. X10 surətindən görünür ki, Cavabdeh1 “Expressbank" ASC-dən 40000 manat kredit götürmüşdür. xx.xx.2019-cu il tarixli xəbərdarlıq məktubundan görünür ki, İddiaçı ASC tərəfindən 07 mart 2019-cu il tarixli, 800850-662182/1 saylı kredit müqaviləsi üzrə yaranmış borca görə borcalan Cavabdeh1, ipoteka qoyan Cavabdeh2 və zamin Cavabdeh3 7 gün müddətində borcun ödənilməsi, əks təqdirdə məhkəmə qaydasında borc tutularaq ipoteka qoyanın əmlakına yönəldiləcəyi və əlavə xərclər tutulacağı barədə məlumat verilmişdir. İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 07 mart 2019-cu il tarixli, 800875- 663590/1 saylı kredit müqaviləsindən görünür ki, İddiaçı ASC tərəfindən Cavabdeh1 illik 19% dərəcəsi ilə 36 ay müddətinə 75000 manat məbləğində kredit verilmişdir. xx.xx.2019-cu il tarixli xəbərdarlıq məktubundan görünür ki, İddiaçı ASC tərəfindən 07 mart 2019-cu il tarixli, 800875-663590/1 saylı kredit müqaviləsi üzrə yaranmış borca görə borcalan Cavabdeh1, ipoteka qoyan Cavabdeh2 və zamin Cavabdeh3 7 gün müddətində borcun ödənilməsi, əks təqdirdə məhkəmə qaydasında borc tutularaq ipoteka qoyanın əmlakına yönəldiləcəyi və əlavə xərclər tutulacağı barədə məlumat verilmişdir. 07 mart 2019-cu il tarixli, 800850-662182/1 saylı Zaminlik müqaviləsindən görünür ki, zamin Cavabdeh3 borclu Cavabdeh1 07 mart 2019-cu il tarixli, 800850-662182/1 saylı və 07 mart 2019-cu il tarixli, 800875-663590/1 saylı kredit müqavilələri üzrə Bank qarşısında götürdüyü öhdəliklərin yerinə yetirilməsinə görə onunla birgə məsuliyyəti öz üzərinə götürmüşdür. 11 mart 2019-cu il tarixli, 800850-662182\1 saylı ipoteka müqaviləsindən görünür ki, 07 mart 2019-cu il tarixli, 800850-662182/1 saylı və 07 mart 2019-cu il tarixli, 800875- 663590/1 saylı kredit müqavilələrinin təminatı kimi İddiaçı ASC ilə Cavabdeh1 arasında ipoteka müqaviləsi bağlanmış və həmin müqavilənin şərtlərinə görə sonuncuya məxsus ünvan 3 ünvanında yerləşən qeyri-yaşayış sahəsi bank qarşısında ipoteka ilə yüklü edilmişdir. RX seriyalı, ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 3 xüsusi mülkiyyət hüququ ilə Cavabdeh1 mülkiyyətindədir. RX seriyalı, ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışdan görünür ki, Cavabdeh1 mülkiyyətində olan ünvan 4 ünvanında yerləşən qeyri-yaşayış sahəsi İddiaçı ASC -nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. Cavabdeh4 notariusda təstiq edilmiş ərizəsindən görünür ki, o, əri Cavabdeh1 məxsus ünvan 3 ünvanda yerləşən qeyri-yaşayış sahəsini ipoteka müqavilələrinə əsasən İddiaçı ASCnin xeyrinə ipoteka qoyulmasına razılıq vermiş, ipotekaya qoyulmuş əmlaka gələcəkdə tutma yönəldikdə və ya həmin əmlak satıldıqda onu qeyd-şərtsiz tərk etməyi və həmin ünvandan qeydiyyatdan çıxmağı öz öhdəsinə götürmüşdür. 07 mart 2019-cu il tarixli, 800850-662182/1/2 saylı ipoteka müqaviləsindən görünür ki, 07 mart 2019-cu il tarixli, 800850-662182/1 saylı və 07 mart 2019-cu il tarixli, 800875-663590/1 saylı kredit müqavilələrinin təminatı kimi İddiaçı ASC ilə Cavabdeh1 arasında ipoteka müqaviləsi bağlanmış və həmin müqavilənin şərtlərinə görə sonuncuya məxsus Gəncə şəhəri, Nizami rayonu, Cavadxan küçəsi, ev 56 ünvanında yerləşən 41 nömrəli mənzili bank qarşısında ipoteka ilə yüklü edilmişdir. RX seriyalı,0299251 nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 7 xüsusi mülkiyyət hüququ ilə Cavabdeh1 mülkiyyətindədir. RX seriyalı, ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışdan görünür ki, Cavabdeh1 mülkiyyətində olan ünvan 7 "xxxx" ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. Yaşayış yeri üzrə qeydiyyatda olan şəxslər haqqında məlumatdan görünür ki, ünvan 5 ünvanında Cavabdeh4 qeydiyyatdadır. Cavabdeh4 notariusda təstiq edilmiş ərizəsindən görünür ki, o, əri Cavabdeh1 məxsus ünvan 7 ünavnını ipoteka müqavilələrinə əsasən “Expressbank" ASC- nin xeyrinə ipoteka qoyulmasına razılıq vermiş, ipotekaya qoyulmuş əmlaka gələcəkdə tutma yönəldikdə və ya həmin əmlak satıldıqda onu qeyd-şərtsiz tərk etməyi və həmin ünvandan qeydiyyatdan çıxmağı öz öhdəsinə götürmüşdür. 07 mart 2019-cu il tarixli, 800850-662182/1/3 saylı ipoteka müqaviləsindən görünür ki, 07 mart 2019-cu il tarixli, 800850-662182/1 saylı və 07 mart 2019-cu il tarixli, 800875-663590/1 saylı kredit müqavilələrinin təminatı kimi “Expressbank" ASC ilə Cavabdeh2 arasında ipoteka müqaviləsi bağlanmış və həmin müqavilənin şərtlərinə görə sonuncuya məxsus Gəncə şəhəri, Kəpəz rayonu, Üzeyir Hacıbəyov küçəsi, ev 81 ünvanda yerləşən 4 nömrəli mənzili bank qarşısında ipoteka ilə yüklü edilmişdir. RX seriyalı, ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Gəncə şəhəri, Kəpəz rayonu, Üzeyir Hacıbəyov küçəsi, ev 81 xüsusi mülkiyyət hüququ ilə Cavabdeh2 mülkiyyətindədir. RX seriyalı, ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışdan görünür ki, Cavabdeh2 mülkiyyətində olan Gəncə şəhəri, Kəpəz rayonu, Üzeyir Hacıbəyov küçəsi, ev 81 İddiaçı ASC -nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. Yaşayış yeri üzrə qeydiyyatda olan şəxslər haqqında məlumatdan görünür ki, Gəncə şəhəri, Kəpəz rayonu, Üzeyir Hacıbəyov küçəsi, ev 81 ünvanında X1, X3, X7 və X8 qeydiyyatdadırlar. Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 06 noyabr 2017-ci il tarixli 2(043)- 7207/2017 saylı qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh2 iddiası təmin edilmiş, cavabdehlər X1, X8, X3 və X7nun Gəncə şəhəri, Kəpəz rayonu, Üzeyir Hacıbəyov küçəsi, ev 81, 4 saylı mənzilə dair istifadə hüquqları itirilmiş hesab edilmişdir. xx.xx.2020-ci il tarixli bildirişdən görünür ki, bildirişi aldığı gündən 3 iş günü ərzində borcun ödənilməsi təmin olunmazsa, qanuna əsasən notariat qaydasında razılaşmanın məhkəməyə müraciət edilmədən bağlanması üçün Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Banka gəlmələri barədə xəbərdarlıq edilmiş, əks təqdirdə məhkəmədə onlara qarşı borc tələbi və tələbin girov qoyulmuş əmlaka yönəldilməsinə dair iddia qaldırılacağı bildirilmişdir. İddiaçı ASC-nin 17.02.202-ci ərizəsinin və Əmlak Məsələləri Dövlət Komitəsinin Elektron Xidmətlər Portalından çıxarışların surətlərindən görünür ki, ipoteka predmetlərinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 3 sayıl Ərazi İdarəsinə müraciətlər edilmiş və həmin müraciətlər qəbul olunmuşdur. Nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh1 ilə X4 02 iyun 2014cü il tarixdə Gəncə şəhəri Nizami rayon qeydiyyat şöbəsində rəsmi nikaha daxil olmuşlar. Nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, X9 ilə X5 arasında olan nikah xx.xx.2010-cu il tarixdə ləğv edilmişdir. 07 mart 2019-cu il tarixli arayışdan görünür ki, xx.xx.2010-cu il tarixdən 07 mart 2019-cu il tarixədək Vətəndaşlıq vəziyyəti aktları avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və Cavabdeh2 nikahı haqqında akt qeydi aşkar edilməmişdir. xx.xx.2020-ci il tarixli maliyyə arayışlarından görünür ki, Cavabdeh1 bank ilə bağlanmış 12 mart 2019-cu il tarixli 800850-662182/1 nömrəli kredit müqaviləsinə əsasən 19 faiz dərəcəsilə, 36 ay müddətinə 40000 manat məbləğində kredit götürmüş, 18 mart 2020-ci il tarixə borcalanın banka 37,177,99 manat əsas borc və 3,882,74 manat faiz borcu olmaqla, cəmi 41,060.73 manat borcu mövcuddur və kredit müqaviləsi üzrə gecikmə 156 gün təşkil edir. Həmçinin Cavabdeh1 12 mart 2019-cu il tarixli 800***-*******/1 nömrəli kredit müqaviləsinə əsasən 19 faiz dərəcəsilə, 36 ay müddətinə 75000 manat məbləğində kredit götürmüş, 18 mart 2020-ci il tarixə borcalanın banka 69708.75 manat əsas borc və 7280.42 manat faiz borcu olmaqla, cəmi 76989,17 manat borcu və kredit müqaviləsi üzrə gecikmə 156 gün təşkil edir. Mülki iş üzrə borc məbləğinin dəqiq müəyyən olunması məqsədilə Cavabdeh1 vəsatəti ilə Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(044)-1554/2020 saylı qərardadına əsasən məhkəmə - mühasibatlıq ekspertizası təyin olunmuşdur. Ekspertizanın 18 mart 2021-ci il tarixli, 9/5634 saylı rəyində qeyd olunmuşdur ki, 1- ci və 2-ci suallar üzrə rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, Cavabdeh1 krediti üzrə banka ödənilmiş pul vəsaitlərinə dair ödəniş elanları, hesabdan çıxarış məlumatları, xx.xx.2019-cu il tarixli 800850-662182/1 saylı kredit müqaviləsinin şərtləri nəzərə alınmaqla Cavabdeh1 xx.xx.2020-ci il tarixə banka olan əsas və faiz borcu 40,812,20 manat məbləğində və xx.xx.2020-ci il tarixə banka olan əsas və faiz borcu 44.723,06 manat məbləğində müəyyən edilir, o cümlədən xx.xx.2020-ci il tarixə əsas borc üzrə 37.235,60 manat, faiz borcu üzrə 3.576,69 manat, xx.xx.2020-ci il tarixə əsas borc üzrə 37.235,60 manat, faiz borcu üzrə 7.487,46 manat, 3-cü və 4-cü suallar üzrə rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, Cavabdeh1 krediti üzrə banka ödənilmiş pul vəsaitlərinə dair ödəniş elanları, hesabdan çıxarış məlumatları, xx.xx.2019-cu il tarixli 800875-663590/1 saylı kredit müqaviləsinin şərtləri nəzərə alınmaqla Cavabdeh1 xx.xx.2020-ci il tarixə banka olan əsas və faiz borcu 76.687,14 manat məbləğində və xx.xx.2020-ci il tarixə banka olan əsas və faiz borcu 84.035,56 manat məbləğində müəyyən edilir, o cümlədən xx.xx.2020-ci il tarixə əsas borc üzrə 69.966,47 manat, faiz borcu üzrə 6.720,67 manat, xx.xx.2020-ci il tarixə əsas borc üzrə 69.966,47 manat faiz borcu üzrə 14,069,09 manat müəyyən edilir. Cavabdeh1 vəsatəti ilə Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2021 -ci il tarixli 2(044)-185/2021 saylı qərardadına əsasən əlavə mühasibatlıq ekspertizası təyin edilmiş, ekspertizanın 21 aprel 2022-ei il tarixli 9/35 saylı rəyində qeyd edilmişdir ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən Cavabdeh1 krediti üzrə banka ödənilmiş pul vəsaitlərinə dair ödəniş elanları, hesabdan çıxarış məlumatları, xx.xx.2019-cu il tarixli 800850-662182/1 saylı kredit müqaviləsinin şərtləri nəzərə alınmaqla Cavabdeh1 xx.xx.2020-ci il tarixə banka olan əsas və faiz borcu 44.723,06 manat məbləğində xx.xx.2021-ci il tarixə banka olan əsas və faiz borcu 53.075,21 manat məbləğində və xx.xx.2022-ci il tarixə banka olan əsas və faiz borcu 54.686,68 manat məbləğində müəyyən edilir, o cümlədən 07.10.2020- ci il tarixə 37.235,60 manat, faiz borcu üzrə 7.487,46 manat, xx.xx.2021-ci il tarixə əsas borc üzrə 37.235,60 manat faiz borcu üzrə 15.839,61 manat, xx.xx.2022-ci il tarixə: əsas borc üzrə 37.235,60 manat, faiz borcu üzrə 17.451,08 manat, ikinci və dördüncü suallar üzrə rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, Cavabdeh1 krediti üzrə banka ödənilmiş pul vəsaitlərinə dair ödəniş elanları, hesabdan çıxarış məlumatları, xx.xx.2019-cu il tarixli 800875-663590/1 saylı kredit müqaviləsinin şərtləri nəzərə alınmaqla Cavabdeh1 xx.xx.2020ci il tarixə (sualda göstərilən tarix) banka olan əsas və faiz borcu 84.035,56 manat məbləğində, xx.xx.2021-ci il tarixə (sualda göstərilən tarix) banka olan əsas və faiz borcu 99.729,43 manat məbləğində və xx.xx.2022-ci il tarixə (təqdim edilmiş əlavə sənədlərin son tarixi) banka olan əsas və faiz borcu 102.757,42 manat məbləğində müəyyən edilir, o cümlədən: xx.xx.2020-ci il tarixə əsas borc üzrə 69.966,47 manat, faiz borcu üzrə 14.069.09 manat, xx.xx.2021-ci il tarixə əsas borc üzrə 69.966,47 manat, faiz borcu üzrə 29.762,96 manat, xx.xx.2022-ci il tarixə əsas borc üzrə 69.966,47 manat, faiz borcu üzrə 32.790,95 manat müəyyən edilmişdir. Bundan başqa məhkəmə tələbin ipoteka predmetinə yönəldilməsinə dair hissədə iddianı araşdırıb, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 317.1-ci maddəsinin tələbini rəhbər tutmaqla hesab edir ki, iddia bu hissədə əsaslı olduğuna görə təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 317.1 maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Həmin Məcəllənin 319.1 -ci maddəsinə əsasən əgər borclu icranı təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Həmçinin ‘İpoteka haqqında" Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsinə əsasən əsas əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən haldır. Məhkəmə hesab edir ki, borcun ödənilməsi məqsədilə tutma ipoteka ilə yüklü edilmiş, Cavadxan küçəsində yerləşən 20 nömrəli qeyri yaşayış sahəsinə (16.1 kv.m.), Gəncə şəhəri, Nizami rayonu, Cavadxan küçəsi, 56 nömrəli binanın, 41 nömrəli mənzilinə (42.6 kv.m.), Gəncə şəhəri Kəpəz rayonu, Üzeyir Hacıbəyli küçəsi, 81 nömrəli binanın, 4 nömrəli mənzilinə (30.7 kv.m.) yönəldilməli, həmin əmlaklar açıq hərracdan satılaraq əldə olunan vəsait hesabına iddiaçıya olan borc ödənilməlidir. “İpoteka haqqında" Azərbaycan Respublikası Qanununun 39.3-cü maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin mühafizəsi və satışı xərcləri istisna olmaqla, həmin əşyanın dəyərindən ipoteka saxlayana ödənilməli məbləğlər, ipoteka predmetinin təsviri, ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Həmin Qanunun 1.0.9-cu maddəsinə görə ilkin satış qiyməti - bu Qanunun tələblərinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir. İpoteka predmeti olan Cavadxan küçəsində yerləşən 20 nömrəli qeyri yaşayış sahəsinin (16.1 kv.m.), Gəncə şəhəri, Nizami rayonu, Cavadxan küçəsi, 56 nömrəli binanın, 41 nömrəli mənzilinin (42.6 kv.m.), Gəncə şəhəri Kəpəz rayonu, Üzeyir Hacıbəyli küçəsi, 81 nömrəli binanın, 4 nömrəli mənzilinin (30.7 kv.m.) ilkin satış qiymətinin (likvid) müəyyən olunması məqsədi ilə Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(044)- 185/2021 saylı qərardadına əsasən iş üzrə ekspertiza təyin olunmuşdur. "FAME PRO” MMC-nin 15 sentyabr 2021-ci i! tarixli, 01/21-451 saylı rəyində göstərilmişdir ki, ünvan 6 ünvanında yerləşən 1 otaqlı mənzilin likvid dəyəri 32 000 manat müəyyən edilmişdir. "xxxx" MMC-nin 15 sentyabr 2021-ci il tarixli, 01/21-449 saylı rəyində göstərilmişdir ki, ünvan 3 ünvanında yerləşən 16.1 m3 ümumi sahədən ibarət qeyri yaşayış sahəsinin likvid dəyəri 36 000 manat müəyyən edilmişdir. “FAME PRO" MMC-nin 15 sentyabr 2021 -ci il tarixli, 01/21-450 saylı rəyində göstərilmişdir ki, ünvan 7 ünvanında yerləşən 2 otaqlı mənzilin likvid dəyəri 46 000 manat müəyyən edilmişdir. Cavabdeh1 vəsatət verərək, iş üzrə ünvan 3 ünvanında yerləşən 16.1 m3 ümumi sahədən ibarət qeyri yaşayış sahəsinin ekspertiza rəyi ilə razı olmadığı üçün təkrar qiymətləndirmə ekspertizası keçirilməsini tələb etmiş, Gəncə şəhər Nizami Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(044)-185/2021 saylı qərardadı ilə təkrar məhkəməqiymətləndirmə ekspertizası təyin edilməsi qərara alınmışdır. "xxxx" MMC-nin 27 iyul 2022-ci il tarixli G-07/22-180 saylı rəyində göstərilmişdir ki, ünvan 3 ünvanında yerləşən 16.1 m3 ümumi sahədən ibarət qeyri yaşayış sahəsinin likvid dəyəri 80 000 manat müəyyən edilmişdir. İş üzrə mütəxəssis rəyi ilə ipoteka predmeti olan əmlakların ilkin satış qiyməti (likvid) müəyyən edildiyindən, “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 39.3-cü maddəsinin məhkəmənin ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən, qərarda ipoteka predmetinin ilkin satış qiymətinin (likvid) göstərməli olmasına dair müddəalarını nəzərə alaraq məhkəmə hesab edir ki, ipoteka predmeti olan ünvan 6 ünvanında yerləşən 1 otaqlı mənzilin ilkin satış qiyməti (likvid) 32 000 manat, ünvan 7 ünvanında yerləşən 2 otaqlı mənzilin ilkin satış qiyməti (likvid) 46 000 manat və ünvan 3 ünvanında yerləşən 16.1 m3 ümumi sahədən ibarət qeyri yaşayış sahəsinin ilkin satış qiyməti (likvid) 80 000 manat müəyyən olunmalıdır. Beləliklə, işin faktiki hallarından görünür ki, Cavabdeh1 07 mart 2019-cu il tarixli, 800850- 662182/1 saylı kredit müqaviləsi üzrə 40,000.00 manat məbləğində, 800875- 663590/1 nömrəli kredit müqaviləsi üzrə isə 75,000.00 manat məbləğində kredit verilmişdir. Borclu tərəfindən kredit müqaviləsinin şərtləri pozularaq ödənişlər edilməmiş, bu səbəbdən kreditor haqlı olaraq məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır (AR MM-in 386.1-ci maddəsi). Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır (AR MM-in 389.1-ci maddəsi). 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur (AR MM-in 443.1-ci maddəsi). İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır (AR MM-in 445.1-ci maddəsi). 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər (AR MM-in 449.1-ci maddəsi). Əgər kreditorun pul vəsaitindən qanunsuz istifadə nəticəsində ona dəyən zərər bu Məcəllənin 449.1-ci maddəsinə əsasən ona çatası faizlərin məbləğindən çoxdursa, kreditor borcludan həmin məbləğdən çox olan hissədə zərərin əvəzini ödəməyi tələb edə bilər (AR MM-in 449.3-cü maddəsi). Əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər (AR MM-in 465.2-ci maddəsi). 460.1-ci maddəsinə əsasən öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. 472.3-cü maddəsinə əsasən birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 269.1-ci maddəsinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Həmin Məcəllənin 269.7-ci maddəsinə əsasən girovla və ipoteka ilə təmin edilmiş öhdəlik üzrə kreditorun (girov saxlayanın və ipoteka saxlayanın) hüququ var ki, borclunun həmin öhdəliyi icra etmədiyi halda girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşyanın dəyərindən həmin əşyanın mənsub olduğu şəxsin (girov qoyanın və ipoteka qoyanın) digər kreditorlarına nisbətən üstün qaydada təminat alsın. Həmin Məcəllənin 279-ci maddəsinə əsasən əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, girov saxlayanın tələbini girov faktik təminat məqamında malik olduğu həcmdə təmin edir. Bu tələbə həmçinin faizlər, dəbbə pulu, icranın gecikdirilməsi ilə vurulmuş zərərin əvəzinin ödənilməsi, habelə girov qoyulmuş əşyanın saxlanması və salamatlığı üçün girov saxlayanın zəruri xərcləri və tutma xərcləri daxildir. Beləliklə, məhkəmə Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada xx.xx.2019-cu il tarixli, 800875-663590/1 nömrəli kredit müqaviləsi üzrə 69708,75 manat əsas, 32790,95 manat faiz, cəmi 102499,70 manat borc və xx.xx.2019-cu il tarixli 800850-662182/1 nömrəli kredit müqaviləsi üzrə 37177,99 manat əsas borc və 17451,08 manat faiz borcu olmaqla, cəmi 54629,07 manat borc tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməli, borc tələbi ipoteka qoyulmuş likvid dəyəri 80 000 manat olan Cavabdeh1 məxsus olan ünvan 8 ünvanında yerləşən 16.1 m3 ümumi sahədən ibarət qeyri-yaşayış sahəsinə, likvid dəyəri 46 000 manat olan ünvan 9 ünvanında yerləşən 2 otaqlı mənzilə, likvid dəyəri 32 000 manat olan Cavabdeh2 mülkiyyətində olan ünvan 10 ünvanında yerləşən 1 otaqlı mənzilə yönəldilsin, həmin mənzillər və qeyri-yaşayış sahəsi açıq hərrac yolu ilə satılsın və satışdan əldə olunan vəsait kredit borcuna yönəldilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsində qeyd olunur ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Həmin Məcəllənin 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 222 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, q ə t e t d i: İddia tələbi təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada xx.xx.2019-cu il tarixli, 800875-663590/1 nömrəli kredit müqaviləsi üzrə 69708,75 manat əsas, 32790,95 manat faiz, cəmi 102499,70 manat borc və xx.xx.2019-cu il tarixli 800850-662182/1 nömrəli kredit müqaviləsi üzrə 37177,99 manat əsas borc və 17451,08 manat faiz borcu olmaqla, cəmi 54629,07 manat borc tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. Borc tələbi ipoteka qoyulmuş likvid dəyəri 80 000 manat olan Cavabdeh1 məxsus olan ünvan 8 ünvanında yerləşən 16.1 m3 ümumi sahədən ibarət qeyri-yaşayış sahəsinə, likvid dəyəri 46 000 manat olan ünvan 9 ünvanında yerləşən 2 otaqlı mənzilə, likvid dəyəri 32 000 manat olan Cavabdeh2 mülkiyyətində olan ünvan 10 ünvanında yerləşən 1 otaqlı mənzilə yönəldilsin, həmin mənzillər və qeyri-yaşayış sahəsi açıq hərrac yolu ilə satılsın və satışdan əldə olunan vəsait kredit borcuna yönəldilsin. İş üzrə ekspertiza xərcləri cavabdehlər Cavabdeh1 və Cavabdeh3 tutularaq 400 manat ekspertiza xərci ”Məhkəmə Ekspertizası Mərkəzi”, VÖEN **********, AZ34CTRE********************, X2, KOD 210005 VÖEN ********** müxbir hesab AZ 41 NABZ013601**********3944 SFİFT BİK CTREAZ 22 saylı hesaba, 600 manat ekspertiza xərci ”Fame Pro“ MMC, VÖEN:**********, Bank: ”Bank Respublika“ ASC-nin Azadlıq filialı, m/h: AZ80NABZ********************4, h/h:AZ49BRES**********1170279901, Kod: 507547, VÖEN:**********, SWİFT:BRESAAZ22 saylı hesaba, 300 manat ekspertiza xərci “AB Consulting“ MMC, VÖEN: ********** „Azərbaycan Beynəlxalq Bankı“ ASC Abşeron filalı, VÖEN: **********, M/h: AZ03NABZ013501**********2944, Kod: 805539, S.W.İ.F.T BİC: İBAZAZ2X, H/h: AZ51İBAZ******************** saylı hesaba ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Kommersiya Məhkəməsinə təqdim edilməklə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayət verilə bilər. Hakim: Kənan Vəliyev
Məhkəmə qərarları › İş №2-2(115)-604/2023
Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №2-2(115)-604/2023
05.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver