Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-2(117)-1/2020 18.02.2020 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Məcidov Rüfət Azadəli oğlunun sədrliyi, Həmidov Vüsal Namiq oğlunun katibliyi ilə, İddiaçı-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə yaranmış 889 USD məbləğində kredit və 613 USD məbləğində faiz borcu olmaqla cəmi 1502 USD məbləğində borcun, dövlət büdcəsinə ödənilmiş 20 manat dövlət rüsumu və sənədlərin notarial qaydada təsdiq edilməsi üçün ödənilmiş 12 manat dövlət rüsumunun cavabdehlərdən tutularaq İddiaçı-nin xeyrinə ödənilməsi” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə yaranmış 889 USD məbləğində kredit və 613 USD məbləğində faiz borcu olmaqla cəmi 1502 USD məbləğində borcun, dövlət büdcəsinə ödənilmiş 20 manat dövlət rüsumu və sənədlərin notarial qaydada təsdiq edilməsi üçün ödənilmiş 12 manat dövlət rüsumunun cavabdehlərdən tutularaq İddiaçı-nin xeyrinə ödənilməsi” barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsinin qaytarılması barədə ərizə ilə məhkəməyə müraciət edərək kredit və faiz borcunun Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanına əsasən restrukturizasiya olunduğunu bildirmiş və iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxmışdır. Məhkəmə iş materiallarını və iddiaçının ərizəsini araşdırıb, cavabdehlərin məhkəmə iclasında iştirak etməməsini, habelə tərəflər arasında mübahisənin aradan qalxmasını cavabdehlər tərəfindən işin mahiyyəti üzrə həll olunmasını tələb etməməsi kimi qiymətləndirib hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə ərizə baxılmamış saxlanılır. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 266 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə yaranmış 889 USD məbləğində kredit və 613 USD məbləğində faiz borcu olmaqla cəmi 1502 USD məbləğində borcun, dövlət büdcəsinə ödənilmiş 20 manat dövlət rüsumu və sənədlərin notarial qaydada təsdiq edilməsi üçün ödənilmiş 12 manat dövlət rüsumunun cavabdehlərdən tutularaq İddiaçı-nin xeyrinə ödənilməsi” tələbinədair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan, rəsmi qaydada verildikdən 10 (on) gün müddətində Şəki Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rüfət Məcidov
Məhkəmə qərarları › İş №2-2(117)-1/2020
Şəki Kommersiya Məhkəməsi Qərardad — İş №2-2(117)-1/2020
18.02.2020 · Aidiyyəti üzrə daxil olan işlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver