Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2-2(117)-1/2025 11.02.2025 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Hüseynov Mübariz Rahil oğlunun sədrliyi, Mövsümova Günel Namizət qızının katibliyi ilə, İddiaçı ləğv prosesində olan "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh2 qarşı “12211,67 manat əsas borc, 22,71 manat faiz borcu, 18867,13 manat cərimə borcu, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli Plenum qərarına əsasən hesablanmış 1431,40 manat faiz borcunun Cavabdeh1 tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş, tam mülkiyyət hüququ üzrə Cavabdeh2 məxsus Ünvan 1ndə yerləşən 0,06 ha torpaq sahəsi və onun üzərində olan 56 nömrəli fərdi yaşayış evinə yönəldilməsi, əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi və həmin əmlakın açıq hərracda satılması, satışdan əldə olunmuş vəsaitin kredit borcuna yönəlməsi və ipoteka predmetinin satışından əldə olunan vəsait borcun tam bağlanması üçün kifayət etmədiyi halda, qalan borc məbləğinin Cavabdeh1 tutulması, ipoteka predmeti olan əmlaka tutma yönəldildikdə və əmlak satıldıqdan sonra cavabdehlərin həmin mənzilə istifadə hüquqlarının itirilmiş hesab edilməsi və evdən çıxarılaraq ləğv prosesində olan İddiaçı ASC-yə təhvil verilməsi” tələbi üzrə mübahisəyə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı ləğv prosesində olan "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh2 qarşı “12211,67 manat əsas borc, 22,71 manat faiz borcu, 18867,13 manat cərimə borcu, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli Plenum qərarına əsasən hesablanmış 1431,40 manat faiz borcunun Cavabdeh1 tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş, tam mülkiyyət hüququ üzrə Cavabdeh2 məxsus Ünvan 1ndə yerləşən 0,06 ha torpaq sahəsi və onun üzərində olan 56 nömrəli fərdi yaşayış evinə yönəldilməsi, əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi və həmin əmlakın açıq hərracda satılması, satışdan əldə olunmuş vəsaitin kredit borcuna yönəlməsi və həmin əmlakın açıq hərracda satılması, satışdan əldə olunmuş vəsaitin kredit borcuna yönəlməsi və ipoteka predmetinin satışından əldə olunan vəsait borcun tam bağlanması üçün kifayət etmədiyi halda, qalan borc məbləğinin Cavabdeh1 tutulması, ipoteka predmeti olan əmlaka tutma yönəldildikdə və əmlak satıldıqdan sonra cavabdehlərin həmin mənzilə istifadə hüquqlarının itirilmiş hesab edilməsi və evdən çıxarılaraq ləğv prosesində olan İddiaçı ASC-yə təhvil verilməsi” tələbinə dair iddia ilə Qəbələ Rayon Məhkəməsinə müraciət etmişdir. Qəbələ Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(025)-29/2022 nömrəli qərardadı ilə iş aidiyyəti üzrə baxılması üçün Şəki Kommersiya Məhkəməsinə göndərilmişdir. xx.xx.2015-ci il tarixli 111.LN.2004.270515.00001 nömrəli kredit müqaviləsinə əsasən bank tərəfindən Cavabdeh1 dövriyyə vəsaitinin artırılması məqsədilə istifadə müddəti 36 ay olan 15000 manat kredit verilmiş, borcalan Cavabdeh1 kredit borcunu və müqavilə ilə müəyyən edilmiş qaydada illik 6% olmaqla faiz borcunu müqaviləyə əlavə edilmiş qrafikə əsasən ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 2.5-ci bəndinə əsasən borcalan kredit müqaviləsi üzrə əsas borcun və faizlərin ödənilməsini bu müqavilənin tərkib hissəsi olan ödəniş qrafikinə uyğun olaraq həyata keçirir. Borcalan kredit və ona hesablanmış faizləri ödəniş qrafikində nəzərdə tutulmuş tarixlərdə ödəmədikdə vaxtı keçmiş kredit üzrə 50% faiz ödəyir. xx.xx.2015-ci il tarixli 111.LN.2004.270515.00001 nömrəli kredit müqaviləsinin təminatı olaraq xx.xx.2015-ci il tarixli 111.CL.270515.00001/a nömrəli ipoteka müqaviləsində göstərilmiş Ünvan 1ndə yerləşən 0,06 ha həyətyanı torpaq sahəsi və onun üzərində olan 56 nömrəli fərdi yaşayış evi ipoteka predmeti kimi qəbul olunmuşdur. Cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərini tam yerinə yetirməmiş və nəticədə onun ödənilməmiş borcu qalmışdır. İddiaçı ləğv prosesində olan "xxxx" ASC hazırkı tələblə məhkəməyə müraciət etmişdir. ƏMDK DƏDRX-in Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ******* nömrəli çıxarışdan göründüyü kimi Ünvan 1ndə yerləşən 56 nömrəli fərdi yaşayış evi, 0.06 ha torpaq sahəsi ilə birlikdə İddiaçı ASC-nin Ağdaş filialının xeyrinə xx.xx.2015-ci il tarixli 111.LN.2004.270515.00001 nömrəli kredit müqaviləsinin təminatı olaraq xx.xx.2015-ci il tarixdən 36 ay müddətinə ipoteka ilə yüklü edilmişdir. AR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən təqdim edilmiş xx.xx.2021-ci il tarixli 9/6054 nömrəli məhkəmə-mühasibatlıq ekspertizası ilə bağlı ekspert rəyi ilə kredit müqaviləsi üzrə Cavabdeh1 iddiaçıya borcu müqavilənin müddətinin bitmə tarixinə, yəni xx.xx.2018-ci il tarixinə əsas borcu 14556.94 manat, faiz borcu 174.68 manat, maliyyə arayışının tərtib edildiyi xx.xx.2020-ci il tarixinə əsas borcu 14217.75 manat, əsas borca illik 5% hesablamaqla faiz borcu 1231.98 manat müəyyən edilmişdir. Eyni zamanda həmin rəydə kredit müqaviləsində cərimə ilə bağlı bəndin nəzərdə tutulduğunu, lakin bank tərəfindən təqdim edilmiş hesabdan çıxarış məlumatlarında bankın cərimə hesablamadığını, bu səbəbdən həmin tədqiqatla cərimə hesablanmadığı qeyd edilmişdir. “X2” MMC tərəfindən təqdim edilmiş xx.xx.2021-ci il tarixli mütəxəssis rəyi ilə Ünvan 1ndə yerləşən 0,06 ha torpaq sahəsi və onun üzərində olan 56 nömrəli fərdi yaşayış evinin həmin dövr üçün bazar dəyəri ümumilikdə 111288 manat müəyyən edilmişdir. Tələb edilən əmlakın real bazar dəyəri ilə likvid dəyəri eyni götürülmüşdür. Eyni zamanda təqdim edilmiş daşınmaz əmlakın qiyətləndirilməsinə dair aktdan göründüyü kimi əmlakın yerləşdiyi həyətyanı sahəsinin giriş qapısının bağlı olması, həmin əmlakda yaşayan Cavabdeh4 əmlaka baxışın keçirilməsini təmin etməməsi səbəbindən əraziyə daxil olmaq mümkün olmamışdır. AR X3” MMC tərəfindən təqdim edilmiş xx.xx.2022-ci il tarixli 569 nömrəli mütəxəssis rəyi ilə Ünvan 1ndə yerləşən 0,06 ha torpaq sahəsi və onun üzərində olan 56 nömrəli fərdi yaşayış evinin bazar dəyəri 115 500 manat, likvid dəyəri isə 106 838 manat müəyyən edilmişdir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən məhkəməyə təqdim edilmiş ƏMDK DƏDRX-in Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan göründüyü kimi Ünvan 1ndə yerləşən 56 nömrəli fərdi yaşayış evi Cavabdeh2 tam, həmin fərdi yaşayış evinin üzərində yerləşdiyi 0.06 ha torpaq sahəsi isə Cavabdeh4 ilə onun ümumi birgə mülkiyyətindədir. AR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2024-cü il tarixli 3-16-16/2-10/1959-9/1929 nömrəli “məhkəmə tikinti-texniki ekspertizasının aparılmasından imtina” barədə məlumatdan göründüyü kimi nəzərdə tutulan tarixdə iş üzrə tərəflərin baxışda iştirak etməməsi və tədqiqat obyektinin təqdim edilməməsi səbəbindən baxış baş tutmamışdır. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilmiş, İddiaçı ASC-nin nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək cavabdehlə razılıq əldə etməyə çalışdıqlarını, bu səbəbdən də məhkəmə prosesində iştirak edə bilməyəcəklərini bildirmiş, məhkəmə iclasının başqa vaxta təxirə salınmasını xahiş etmişdir. Cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh2 məhkəmə iclasına gəlməmiş və bunun üzürlü səbəbləri barədə məlumat verməmişdirlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxmışdır. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara kredit müqaviləsi, ipoteka müqaviləsi, bildiriş, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, ekspert rəyi, mütəxəssis rəyi, ödəniş cədvəli və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Müki Məcəlləsi ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər (Azərbaycan Respublikası Mülki Məcəlləsi maddə - 385.1, 386.1, 449.1, 470.1, 472.1, 739.2). İşin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, xx.xx.2015-ci il tarixli 111.LN.2004.270515.00001 nömrəli kredit müqaviləsinə əsasən bank tərəfindən Cavabdeh1 dövriyyə vəsaitinin artırılması məqsədilə istifadə müddəti 36 ay olan 15 000 manat kredit verilmiş, borcalan Cavabdeh1 kredit borcunu və müqavilə ilə müəyyən edilmiş qaydada illik 6% olmaqla faiz borcunu müqaviləyə əlavə edilmiş qrafikə əsasən ödəməyi öhdəsinə götürmüşdür. Müqavilə üzrə borcun və əsas borca hesablanmış faizlərin təminatı olaraq xx.xx.2015-ci il tarixli 111.CL.270515.00001/a nömrəli ipoteka müqaviləsində göstərilmiş Ünvan 1ndə yerləşən 0,06 ha həyətyanı torpaq sahəsi və onun üzərində yerləşən 56 nömrəli fərdi yaşayış evi ipoteka predmeti kimi qəbul olunmuşdur. Məhkəmə ilkin olaraq iddia tələbinin “12211,67 manat əsas borc, 22,71 manat faiz borcu, 18867,13 manat cərimə borcu, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli Plenum qərarına əsasən hesablanmış 1431,40 manat faiz borcunun Cavabdeh1 tutulması” hissəsinə münasibətdə hesab edir ki, iddia bu hissədə qismən əsaslı olduğu üçün qismən təmin edilməlidir. Belə ki, məhkəmə hesab edir ki, iddia tələbinə bu hissədə baxılarkən AR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən təqdim edilmiş xx.xx.2021-ci il tarixli 9/6054 nömrəli məhkəmə-mühasibatlıq ekspertizası ilə bağlı ekspert rəyi işdə olan digər sübutlarla əlaqəli formada qiymətləndirilməlidir. İş materiallarından da göründüyü kimi cavabdeh həmin tarixdən sonra ödəniş edilib-edilməməsi, məbləğin daha az olması ilə bağlı etirazını bildirməmiş, ödənişlə bağlı hər hansısa sənəd məhkəməyə təqdim etməmişdir. Bu səbəbdən məhkəmə o qənaətə gəlir ki, ekspert rəyinin verildiyi tarixə cavabdehin borcu müəyyənləşdirilərkən müvafiq olaraq xx.xx.2020-ci il tarixli maliyyə arayışı və ekspert rəyi nəzərə alınmalıdır. Göründüyü kimi qeyd edilən ekspert rəyi ilə cavabdehin əsas borcu müqavilənin müddətinin bitmə tarixinə, yəni xx.xx.2018-ci il tarixinə 14556.94 manat, maliyyə arayışının tərtib edildiyi xx.xx.2020-ci il tarixinə 14217.75 manat, faiz borcu isə xx.xx.2018-ci il tarixinə 174.68 manat müəyyən edilmişdir. İddiaçı bu məbləğlərdən daha az tələb etdiyindən və məhkəmə iddia tələbindən kənara çıxa bilmədiyindən iddia bu hissədə iddia tələbinə uyğun olaraq təmin edilməlidir. Bundan başqa iddiaçı “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli Plenum qərarına əsasən hesablanmış 1431,40 manat faiz borcunun tutulması”nı tələb etsə də, həmin ekspert rəyi ilə cavabdehə 1231.98 manat faiz borcu hesablanmış və məhkəmə hesab edir ki, iddia bu hissədə ekspert rəyi digər arqumentlər və sübutlarla təkzib edilmədiyindən qeyd edilən illik 5% lə hesablanan faiz borcu qeyd edilən ekspert rəyinə əsasən müəyyən edilmiş məbləğ əsas götürürlməlidir. Məhkəmə iddia tələbinin “18867,13 manat məbləğində cərimə borcunun tutulması” hissəsinə münasibətdə bildirir ki, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər (Mülki Məcəllə maddə - 462.1, 462.3, 467)... Məhkəmə tərəflərin mənafelərini nəzərə alıb tənasübsüz yüksək müəyyən edilən cərimə məbləğinin 610.58 manat (əsas borcun 5%-i həcmində) həddində təmin edilməsini ədalətli və qanuni hesab edir. Ümumilikdə, iddiaçı “Cavabdeh1 12211,67 manat əsas borc, 22,71 manat faiz borcu, 610.58 manat cərimə borcu, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli Plenum qərarına əsasən hesablanmış 1231,98 manat faiz borcunun tutulması”nı tələb etməkdə haqlıdır. Bundan başqa, məhkəmə iddia tələbinin “tutmanın ipoteka ilə yüklü edilmiş, tam mülkiyyət hüququ üzrə Cavabdeh2 məxsus Ünvan 1ndə yerləşən 0,06 ha torpaq sahəsi və onun üzərində olan 56 nömrəli fərdi yaşayış evinə yönəldilməsi, əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi və həmin əmlakın açıq hərracda satılması, satışdan əldə olunmuş vəsaitin kredit borcuna yönəlməsi” hissəsinə münasibətdə məhkəmə hesab edir ki, cavabdeh müqavilə üzrə öhdəliklərini yerinə yetirmədiyindən iddaçıya borcu yaranmış və bu səbəbdən də məhkəmə hesab edir ki, iddiaçı tələbin ipoteka predmetinə yönəldilməsini tələb etməkdə müəyyən hissədə haqlıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1-ci maddəsinə əsasən, girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinə əsasən, borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. 39.3.3-cü maddəsinə əsasən, ipoteka predmetinin ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Məhkəmə bu hissədə ilkin olaraq qeyd edir ki, iş materiallarına əlavə edilmiş ƏMDK DƏDRX-in Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan və müvafiq məhkəmə qərarlarından göründüyü kimi hazırda qeyd edilən ipoteka predmetinin bir hissəsi olan 0.06 ha torpaq sahəsi Cavabdeh2 ilə Cavabdeh4 ümumi birgə mülkiyyətindədir. Lakin ipoteka müqaviləsi hər iki şəxs arasında deyil, sadəcə Cavabdeh2 ilə iddiaçı arasında bağlanmışdır. İş materiallarında olan razılıq ərizəsindən göründüyü kimi Cavabdeh4 digər mülkiyyətçiyə məxsus əmlakın ipotekaya qoyulmasına öz razılığını vermişdir. Lakin bu ərizə əmlakın həmin şəxsə aid olan hissəsinə deyil, ipoteka müqaviləsinə əsasən digər mülkiyyətçiyə aid olan hissəsinin ipotekaya qoyulmasına razılıq verməsini təsdiqləyir. Bu səbəbdən məhkəmə o nəticəyə gəlir ki, borc məbləği üzrə tələb Cavabdeh2 tam mülkiyyətində olan Ünvan 1ndə yerləşən 56 nömrəli fərdi yaşayış evinə və həmin fərdi yaşayış evinin üzərində yerləşdiyi onun ümumi birgə mülkiyyətində olan 0,06 ha torpaq sahəsinin ona aid hissəsinə yönəldilməlidir. Bundan başqa ipoteka predmeti olan daşınmaz əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi ilə bağlı məhkəmə qeyd edir ki, işin məhkəmə araşdırması zamanı AR X3 MMC tərəfindən təqdim edilmiş xx.xx.2022-ci il tarixli 569 nömrəli mütəxəssis rəyinə əsasən ipoteka predmeti olan Ünvan 1ndə yerləşən 0,06 ha torpaq sahəsi və onun üzərində olan 56 nömrəli fərdi yaşayış evinin likvid dəyəri 106 838 manat müəyyən edilmişdir. Belə ki, iş materiallarından göründüyü kimi, “X2” MMC tərəfindən təqdim edilmiş mütəxəssis rəyi tərtib edilərkən müvafiq səbəblərdən həmin əmlaka baxış keçirilmədən qiymətləndirilmə aparılmış, eyni zamanda tərəflər bu səbəbdən həmin rəyin nəticəsi ilə razılaşmamışlar. Bundan başqa AR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən xx.xx.2024-cü il tarixli 3-16-16/2-10/1959-9/1929 nömrəli məlumatla iş üzrə tərəflərin baxışda iştirak etməməsi, tədqiqat obyektinin təqdim edilməməsi səbəbindən baxışın baş tutmaması bildirilərək ekspertiza aparılmasından imtina edilmişdir. Məhkəmə hesab edir ki, yekun olaraq ipoteka predmetinin likvid dəyəri 106 838 manat məbləğində qəbul edilməlidir. Məhkəmə iddia tələbinin “ipoteka predmetinin satışından əldə olunan vəsait borcun tam bağlanması üçün kifayət etmədiyi halda, qalan borc məbləğinin Cavabdeh1 tutulması” hissəsinə münasibətdə qeyd edir ki, hazırkı vəziyyətdə ilkin olaraq əsas borc məbləğinin borcalandan tutulması barədə qətnamə qəbul edilir. Bu tələb əsasən icra mərhələsində həll edilməli məsələ yəni ipotekanın predmetinin hansı qiymətə satışından asılı olduğundan və məhkəmə qətnaməsi özündə mübahisə edilən hüquq münasibətləri ilə bağlı ehtimallara deyil, mövcud vəziyyətə əsaslanmalı olduğundan məhkəmə hesab edir ki, iddia həmin hissədə rədd edilməlidir. Şəki Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-2(117)-309/2022 nömrəli hazırkı iş üzrə qəbul etdiyi qərardadına əsasən iddiaçı "xxxx" ASC-nin cavabdehlərə qarşı hazırkı tələb üzrə iddianın “əmlak satıldıqdan sonra Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh2 əmlakdan istifadə hüquqlarının itirilmiş hesab edilməsi və əmlakdan çıxarılaraq əmlakın banka təhvil verilməsi” hissəsi üzrə icraata xitam verilmişdir. MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Bu səbəbdən də məhkəmə hesab edir ki, məhkəmənin təşəbbüsü ilə aparılmış tədqiqatın dəyəri olan 100 manat pul Cavabdeh1 tutularaq AR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh1 xx.xx.2021-ci il tarixə, 12211,67 manat əsas borc, 22,71 manat faiz borcu, 610.58 manat cərimə borcu, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli Plenum qərarına əsasən hesablanmış 1231,98 manat faiz borcu tutularaq ləğv prosesində olan "xxxx" ASC-yə (LPO) ödənilsin. Borc məbləği üzrə tələb Cavabdeh2 tam mülkiyyətində olan Ünvan 1ndə yerləşən 56 nömrəli fərdi yaşayış evinə və həmin fərdi yaşayış evinin üzərində yerləşdiyi 0,06 ha torpaq sahəsinin ona aid hissəsinə yönəldilsin. İpoteka predmeti olan Ünvan 1ndə yerləşən 0,06 ha torpaq sahəsi və onun üzərində olan 56 nömrəli fərdi yaşayış evinin ilkin satış qiyməti (likvid dəyəri) 106 838 manat məbləğində müəyyən edilsin və həmin əmlak açıq hərrac vasitəsi ilə satılsın. Satışdan əldə edilmiş vəsait Cavabdeh1 ləğv posesində olan "xxxx" ASC-yə olan borcunun ödənilməsinə yönəldilsin. İddia qalan hissələrdə rədd edilsin. Aparılmış tədqiqatın dəyəri olan 100 manat pul Cavabdeh1 tutularaq AR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (X1, kod: 210005, VÖEN: **********, Müxbir hesab: AZ41NABZ********************, swift bik: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN: **********, hesab: AZ34CTRE********************) ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Mübariz Hüseynov
Məhkəmə qərarları › İş №2-2(117)-1/2025
Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №2-2(117)-1/2025
11.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver