Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2-2(117)-259/2025 05.03.2025 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hüseynov Mübariz Rahil oğlunun sədrliyi, Mövsümova Günel Namizət qızının katibliyi, Cavabdeh nümayəndəsi X3 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “xx.xx.2024-cü il tarixdə tərtib edilmiş razılaşma protokolunun əsassız hesab edilməsi, Cavabdeh İB tərəfindən sayğacdan kənar qaz xəttindən istifadəyə görə əsassız hesablanaraq **********02030 nömrəli abonent koduna yazılmış 24300 manat itirilmiş təbii qazın dəyərinin tam şəkildə silinməsi və 164 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi” tələbinə dair iddiasına məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı (bundan sonra mətndə iddiaçı) Cavabdehnə qarşı “xx.xx.2024-cü il tarixdə tərtib edilmiş razılaşma protokolunun əsassız hesab edilməsi, Cavabdeh İB tərəfindən sayğacdan kənar əlavə qaz xəttindən istifadəyə görə əsassız hesablanaraq **********02030 nömrəli abonent koduna yazılmış 24300 manat itirilmiş təbii qazın dəyərinin məbləğinin azaldılaraq 4050 manat müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bundan sonra xx.xx.2025-ci il tarixdə iddiaçı iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəmə müraciət edərək tələbinin “xx.xx.2024-cü il tarixdə tərtib edilmiş razılaşma protokolunun əsassız hesab edilməsi, Cavabdeh İB tərəfindən sayğacdan kənar qaz xəttindən istifadəyə görə əsassız hesablanaraq **********02030 nömrəli abonent koduna yazılmış 24300 manat itirilmiş təbii qazın dəyərinin tam şəkildə silinməsi və 164 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi” kimi oxunmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Göyçay rayonu Cəyirli kəndində yaşayır. 2024-cü ilin əvvəllərində həyətyanı sahəsindən aralıda yerləşən özünə məxsus pay torpağında istixana quraraq tərəvəz məhsulları yetişdirmək qərarına gəlmişdir. Quraşdırdığı istixanaya qaz çəkdirmək üçün müraciət etmiş, lakin çox böyük məbləğdə pul vəsaiti tələb edildiyindən quraşdıra bilməmişdir. İstixananı quraşdıraraq ora pomidor şitilləri əkmiş və içərini odunla qızdırmış, lakin maddi imkanı olmadığında odun ala bilməmişdir. Buna görə də təxminən fevral ayının 10-da çarəsizlikdən sahənin yaxınlığından keçən yeraltı qaz xəttindən gizlincə xətt çəkərək istixananı qızdırmağa başlamışdır. Lakin 2024-cü ilin fevral ayının 24-ü Göyçay qaz idarəsinin əməkdaşları istixanaya gəlmiş və qazdan istifadə etdiyini aşkar etmişlər. Onlara hər şeyi səmimi olaraq etiraf etmiş, qazdan 15 gün müddətində istifadə etdiyini bildirmiş və qazı kəsməmələrini xahiş etmişdir. Qaz İdarəsinin əməkdaşları bir şərtlə mart ayı ərzində və cəmi 20 gün olmaq şərti ilə qazı kəsməməyə razı oldular ki, onlarla razılaşma protokolu imzalasın. Həmin razılaşma protokoluna isə onların istədiklərini yazacaqlarını və həmin protokolu imzalamalı olduğunu bildirmişlər. Əlacsız olduğu üçün onlarla razılaşmışdır. Qaz idarəsinin əməkdaşları savadsızlığından istifadə edərək ona 202500 m3 qazın dəyəri olan 24300 manat məbləğində cərimə yazmışlar və həmin cəriməni evindəki qazdan istifadəyə görə açılmış **********02030 nömrəli abunə koduna yazmışlar. 11 mart 2024-cü il tarixdə Razılaşma Protokolu tərtib edilərkən həmin bu xəttdən cəmi 20 gün ərzində istifadə etdiyini yenidən bildirsə də, onlar cəriməni 180 gün müddətində hesablamışlar. Qanunsuz xətt aşkar edildikdən təxminən 20 gün sonra onlarla razılaşma protokolu imzalamışdır. Həmin razılaşma protokoluna əsasən xx.xx.2024-cü il tarixədək 10000 manat,xx.xx.2024cü il tarixə qədər isə qalan 14300 manatı ödəyəcəyinə razılaşmışdır. Lakin istixanada yetişdiridiyi məhsul zay olduğundan xx.xx.2024-cü il tarixə qədər yalnız 2024-cü ilin mart ayı üçün ona əlavə sərfiyyat olaraq yazılmış 5000 manatı ödəyə bilmişdir. Beləliklə də Cavabdeh Göyçay qaz idarəsinin əməkdaşları ona həddindən çox cərimə yazmışlar. Halhazırda 2024-cü ilin mart ayında cərimə olaraq yazılmış 24300 manat borcu ödəyə bilmir. Bununla bağlı qurumlara şifahi müraciət edərək məsləhətlər almış və dəqiq olaraq müəyyən etmişdir ki, Göyçay qaz idarəsinin əməkdaşları onun savadsızlığından istifadə edərək heç böyük zavod və fabriklərə yazılmayan miqdarda cərimə yazmışlar, bununla da öz hüquqlarından sui istifadə edərək onu ağır vəziyyətə salmışlar. Ona görə də öz pozulmuş hüquqlarının bərpa edilməsi üçün məhkəməyə müraciət etmişdir. Hesablanaraq yazılmış məbləğ ilə razı deyil, tamamilə qanunsuz və həddən artıq şişirdilərək yazılmış və hesablanmışdır. Belə ki, itirilmiş təbii qazın dəyərinin hesablanması zamanı hesabat aparılarkən istixanada istifadə edilən təbii qazın dəyərinin 180 gün müddətində və sutkanın 18 saatı ərzində hesblanması heç bir qanunla tənzimlənmir, tam qanunsuz və absurddur, çünki arxaya hesablanmış aylarda nə istixana əkilmir, nə də istixanada qızdırıcı vasitələrdən istifadə edilmir. Ona görə də yazılmış cərimə məbləği tamamilə qanunsuzdur. Cavabdeh İB-nin əməkdaşları xx.xx.2024-cü il tarixdə dəymiş zərəri müəyyənləşdirərkən Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin Kollegial idarəetmə orqanı olan Şurasının xx.xx.2011-ci il tarixli, 11 nömrəli qərarı ilə təsdiqlənmiş “İstehlakçılar tərəfindən təbii qazdan istifadə qaydalarının pozulması hallarında qanunsuz istifadə olunmuş qazın dəyərinin bərpasının hesablanması qaydalarına və daxili təlimatlarına istinad etmişdir. Cavabdeh İB-nin istinad etdiyi həmin sənəd və ya sənədlər o vaxt sübut kimi qəbul edilə bilər ki, Azərbaycan Respublikası Konstitutsiyasının müvafiq normasına istinad edilməklə qəbul edilsin. Həmin sənəd və ya sənədlər Azərbaycan Respublikası Konstitutsiyasının müvafiq normasına istinad edilməklə qəbul edilmədiyindən həmin sənədlər vətəndaşların sosial vəziyyətini ağırlaşdırır. Bu səbəbdən dəymiş zərərin müəyyənləşdirildiyi “İstehlakçılar tərəfindən təbii qazdan istifadə qaydalarının pozulması hallarında qanunsuz istifadə olunmuş qazın dəyərinin bərpasının hesablanması qaydaları”na və daxili təlimatları sübut kimi qəbul edilə bilməz. Cavabdeh iddia ərizəsinə etirazla məhkəməyə müraciət edərək bildirmişdir ki, xx.xx.2024-cü il tarixində "Azəriqaz” X2 RQİİ-nin Göyçay XS-nin əməkdaşları Göyçay rayonu Cəyirli kəndində yaşayan İddiaçı Əlimövsüm oğluna məxsus olan, həmin kəndin ərazisində yerləşən pay torpağında quraşdırılmış istixanaya baxış keçirdilərkən istixanada sayğacsız, qeyri-qanuni çəkilmiş qaz xətti vasitəsi ilə təbii qazdan istifadə edildiyini aşkar etmişlər. Xəttin aşkar edilməsi zamanı əməkdaşlar tərəfindən mobil telefon vasitəsi ilə video çəkiliş aparılmışdır. Aşkar edilmiş qanunsuz qaz xətti ilə bağlı xx.xx.2024-cü il tarixli, ******* nömrəli "Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” akt tərtib edilmişdir. Həmin akt itirilmiş qazın dəyərinin hesablanması məqsədi ilə Cavabdeh İB-nin Ağsu RQİİ-nə göndərilmişdir. Həmin akta əsasən xx.xx.2024-cü il tarixdə Ağsu RQİİ-nin istehlakçılara satılan qaza nəzarət şöbəsində itirilmiş qazın bərpası üzrə akt İddiaçı Əlimövsüm oğlunun Göyçay XS-nin abonent bazasındakı Cəyirli kəndindəki fərdi yaşayış evinə aid **********002030 nömrəli abonent koduna 202500 m3 – 24300 manat məbləğində itirilmiş qazın dəyəri hesablanaraq vurulmuşdur. Bundan başqa 11 mart 2024-cü il tarixdə "Azəriqaz” X2 RQİİ- nin rəhbərliyi ilə İddiaçı Əlimövsüm oğlu arasında Razılaşma Protokolu imzalanmışdır. Həmin Protokola əsasən İddiaçı Əlimövsüm oğlu ona yazılmış 202500 m3 ziyanı qəbul etdiyini və dəyəri olan 24300 manatı ödəməyi öhdəsinə götürmüşdür. Hesablanmış 24300 manat məbləğin 10000 manatını xx.xx.2024-cü il tarixinə, yerdə qalan 14300 manatını isə xx.xx.2024-cü il tarixə qədər ödəməyi üzərinə götürmüşdür. X1 əsasən üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmiş, 2024-cü ilin aprel ayında cəmi 5000 manat pul ödəmişdir. Göründüyü kimi İddiaçı Əlimövsüm oğlu onunla bağlanmış Razılaşma Protokolunun bəndlərini pozmuşdur. İddiaçı Əlimövsüm oğlunun abonent koduna hesablanaraq vurulmuş məbləğ sayğacsız, qeyri-qanuni qaz xətti vasitəsi ilə qanunsuz olaraq istifadə nəticəsində qeydə alınmayan itirilmiş qazın dəyərləridir və abonentin özü tərəfindən ödənilməlidir. İddiaçı Əlimövsüm oğlu ilə Göyçay Xidmət Sahəsi arasında bağlanmış təbii qazın alqı-satqısına dair müqavilənin 2.3.4 bəndinə əsasən İstehlakçı təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində Paylayıcıya dəymiş zərərin əvəzini ödəməlidir. İddianın təmin edilməməsini məhkəmədən xahiş etmişdir. İş materiallarına əlavə edilmiş qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə xx.xx.2023-cü il tarixli müqavilədən görünür ki, İddiaçı ilə Cavabdeh İB arasında qazdan istifadəyə dair müqavilə bağlanmışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli ******* saylı təbii qazdan istifadə qaydalarının pozulması haqqında Aktdan görünür ki, Göyçay Xidmət Sahəsinin əməkdaşları istehlakçı İddiaçı məxsus 0.48 ha torpaq sahəsində inşa edilmiş istixana kompleksində təbii qazdan qeyri-qanuni istifadə halı aşkar edilmişdir. Məhkəməyə təqdim edilmiş **********002030 saylı Abonentin saldosundan görünür ki, İddiaçı akta əsasən Azəriqaz İB-nə 24.300 manat borcu vardır. İş materiallarına əlavə edilmiş Dəymiş ziyanın bərpasına dair xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, sayğacdan kənar qeyri-qanuni qaz xətti ləğv edilsin. Qaz işlədicilərindən 1 ədəd su qızdırıcı qazan (ALFA-ASSF 500000) maksimal saatlıq qaz sərfi 62.5 m3/saat, orta günlük iş rejimi 18 saat və hesabat müddəti 180 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılsın. (62.5 x 18 x 180 =202500 m3). Təbii qazdan istifadəyə görə debitor borcun ödənilməsi haqqında 11 mart 2024-cü il tarixli razılaşma protokolundan görünür ki, Azərbaycan Respublikasının qanunları və öz Nizamnaməsi əsasında fəaliyyət göstərən, "Azəriqaz” X2 X6 İdarəsinin rəisi X4 şəxsində təmsil olunan SOCAR-ın Azəriqaz” İstehsalat Birliyi bir tərəfdən və qazın alqı-satqısı müqaviləsi əsasında təbii qazdan istifadə edən abonent İddiaçı şəxsində təmsil olunan digər tərəfdən, birlikdə Tərəflər adlanmaqla, istehlakçının (abonent kodu: **********02030) təbii qaza görə yaranmış debitor borcunun aşağıda göstərilən şərtlərlə ödənilməsinə dair razılığa gəlmişlər: 1.1. Abonent xx.xx.2024-cü il tarixində ona məxsus istixanada aşkar edilmiş təbii qazdan qanunsuz istifadəyə görə hesablanmış 202500 m3 dəymiş ziyanı qəbul edir və dəyəri 24300 manat olmaqla ödənilməsini öhdəsinə götürür; 1.2. Aparılmış hesabat nəticəsində yaranmış 24300 manat borcdan xx.xx.2024-cü il tarixinə 10 000 manat, xx.xx.2024-cü il tarixinə 14 300 manat olmaqla "Azəriqaz” İstehsalat Birliyinə ödəməyi öhdəsinə götürür; 1.3. xx.xx.2024-cü il tarixindən etibarən gündəlik istixanada istifadə olunan qaz qurğusunun sərfiyyatı 62,5 m³ və işləmə müddəti 6 saat olmaqla hesabatı qəbul edir; 1.4. X5nun 1.2-ci və 1.3-cü bəndində göstərilən məbləğdən əlavə olaraq hər ay ərzində **********02030 abonent kodu üzrə fərdi yaşayış evində istifadə olunan təbii qaza görə yaranmış borcu "Qazdan istifadə Qaydaları"nın 5.5-ci və qazın alqı-satqısı müqaviləsinin 3.4-cü bəndinə uyğun olaraq ödəməyi öhdəsinə götürür; 1.5. hər ay hesab faktura təqdim edildikdən sonra X5nun 1.2- ci və 1.3-cü yarımbəndlərinin tələblərinə uyğun olaraq götürdüyü öhdəlikləri icra və ya vaxtında icra etmədiyi təqdirdə təbii qazın verilməsinin dayandırılmasını qəbul edir və bununla bağlı "Azəriqaz” İstehsalat Birliyinə qarşı heç bir tələb irəli sürməyəcəyini bildirir.
2. X5 üzrə nəzərdə tutulmayan və tənzimlənməyən digər məsələlər Azərbaycan Respublikasının qanunvericiliyinin tələblərinə uyğun olaraq tənzimlənir.
3. "İstehlakçı" X5 üzrə öhdəliklərini yerinə yetirmədiyi təqdirdə "Azəriqaz” İstehsalat Birliyi borcun tələb edilməsi üçün məhkəməyə müraciət etmək hüququnu öz üzərində saxlayır.
4. Tərəflər bu razılaşıma üzrə ona məlum olan, kommersiya və xidməti sirrini təşkil edən məlumatları üçüncü şəxslərə verməmək barədə öhdəlik götürür. Bundan başqa xx.xx.2025-ci il tarixdə iddiaçı iddia tələbinin həcminin artırılması barədə ərizə ilə bildirmişdir ki, iddia tələbini artıraraq yazılmış cərimənin tam şəkildə silinməsini tələb etmək qərarına gəlmişdir. Belə ki, cavabdeh tərəfindən yoxlama qanunvericiliyin tələbləri pozulmaqla aparıldığından onun heç bir hüquqi nəticəsi ola bilməz və yüksək məbləğdə cərimə yazmaqla əsassız varlanmağa cəhd etmişlər. İşin hallarından və əvvəlki məhkəmə icraatlarından göründüyü kimi cavabdeh təşkilat onun sahibkarlıq fəaliyyəti həyata keçirdiyi yerə vahid məlumat reyestrində qeydə alınmadan gəlmiş və qanunsuz olaraq yoxlama keçirmişdir. Eyni zamanda aşkar edilmiş faktla bağlı inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün Energetika Nazirliyinə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına müraciət etməmişdir. Belə bir vəziyyətdə isə aparılmış qanunsuz yoxlamanın heç bir hüquqi əsası yoxdur və hər hansı zərərin tələb edilməsindən söhbət belə gedə bilməz. Ona görə də iddia tələbinin həcminin artırılması barədə ərizəsinin icraata götürülməsini xahiş etmişdir. Cavabdeh nümayəndəsi buna münasibətdə xx.xx.2025-ci il tarixdə etiraz ərizəsi ilə elektron kabinet vasitəsilə məhkəməyə müraciət etmiş və iddia ərizəsinin əsassız hesab edilərək iddianın təmin edilməməsi barədə qətnamə çıxarlmasını xahiş etmişdir. İddiaçı tərəf xx.xx.2025-ci il tarixli ərizəsində qeyd etmişdir ki, cavabdeh tərəfindən maliyyə sanksiyası tətbiq edilərkən “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin və “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” AR Qanunun tələbləri pozulmaqla qanunsuz yoxlama aparılmışdır. Cavabdeh tərəf əsas arqument kimi tərəflər arasında olan Razılaşma Protokolunu qeyd etsə də, qanuna uyğun olaraq vahid məlumat reyestrində qeydiyyata alınmadan aparılan hər hansı yoxlamanın hüquqi nəticəsinin olmadığını unutmuşlar, eyni zamanda əlavə edilən razılaşma protokolu öz özlüyündə etibarsızdı. Çünki, qanunsuz aparılan yoxlamanın nəticəsi olaraq yazılmış cərimənin razılaşma prokoluna salınması sadəcə tərəfin bu hərəkətlərinə qanuni formaya salmağa çalışmasından ibarətdir. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iddia tələbinin rədd edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş, ərizə ilə məhkəməyə müraciət edərək işə iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə MPM-nin 185.5-ci maddəsinə əsasən, işə İddiaçı iştirakı olmadan baxmışdır. İddiaçı tərəfindən elektron qaydada icraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara müqavilə, abonentin saldosu, akt, tələbnamə, razılaşma protokolu, etiraz, ərizə və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər.
Əsaslandırma hissəsi:
Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdırıb sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra mətndə MM): 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə MPM):
80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.
81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 82.1. Hamıya bəlli olan hallar və ya faktlar mübahisə edilə bilməz və onların sübuta ehtiyacı yoxdur. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun: 1.1.2-ci maddəsində deyilir ki, sahibkar - əsas məqsədi müstəqil surətdə əmlak istifadəsindən, malların istehsalından və (və ya) satışından, işlərin görülməsindən və ya xidmətlərin göstərilməsindən mənfəət götürülməsi olan hüquqi və fiziki şəxslərdir. 2.1-ci maddəsinə görə, bu Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir. Qeyd olunan Qanununun 3.1-ci, 3.2-ci, 13.2-ci, 13.3-cü, 20.1-ci, 20.2-ci və 34.1-ci maddələrinin tələblərinə əsasən, yoxlamalar yalnız bu Qanunda nəzərdə tutulmuş hallarda və qaydada aparılır. Bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Yoxlayıcı orqanlar apardıqları hər bir yoxlama barədə məlumatı “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 13.2-ci maddəsində nəzərdə tutulmuş qaydaya uyğun olaraq müvafiq icra hakimiyyəti orqanına verməyə borcludurlar. Yoxlama başlamazdan əvvəl yoxlayıcı xidməti vəsiqəsini, yoxlamanın aparılması haqqında qərarın surətini və yoxlamanın yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınması barədə çıxarışı sahibkara və ya onun səlahiyyətli nümayəndəsinə təqdim edir, yoxlamanın hüquqi əsasları, predmeti, müddəti, yoxlama zamanı tərəflərin hüquq və vəzifələri haqqında məlumat verir. Qanunun 20.1-ci maddəsində göstərilən sənədlər təqdim edilmədikdə və ya yoxlamanın aparılması haqqında qərarda və yoxlamaların vahid məlumat reyestrindən çıxarışda göstərilən yoxlama müddətlərinə riayət edilmədikdə, sahibkar yoxlayıcını yoxlamaya buraxmaqdan imtina edə bilər. Yoxlama aparılarkən yoxlayıcı orqanların (yoxlayıcıların) qərarları və hərəkətləri (hərəkətsizliyi) nəticəsində yoxlanılan sahibkarın hüquqları və qanuni mənafeləri pozulduqda, habelə yoxlanılan sahibkar yoxlamanın nəticələrindən razı qalmadıqda inzibati və məhkəmə qaydasında şikayət verə bilər. Göründüyü kimi, cavabdeh tərəfindən aparılmış yoxlama “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olmalıdır. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2011-ci il tarixli 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin 1.1-ci bəndinə əsasən bu Əsasnamə “Sahibkarlıq sahəsində yoxlamaların nizama salınması və istehlakçıların hüquqlarının qorunmasının təmin edilməsinə dair bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 13 aprel tarixli 246 nömrəli Fərmanının 1.2-ci bəndinə uyğun olaraq sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin formasını, habelə onun aparılması, istifadə edilməsi və məlumatların mühafizəsi qaydalarını müəyyən edir. Həmin Əsasnamənin 1.4, 1.5 və 1.6-cı bəndlərinə əsasən, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq sahibkarlıq fəaliyyəti subyektlərində hər hansı yoxlama (nəzarət) funksiyalarına malik icra hakimiyyəti orqanları, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırmaların, müayinələrin, monitorinqlərin, müşahidələrin, təftişlərin, nəzarətlərin, xronometrajların, reydlərin, baxışların və s.) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər. Sahibkarlıq sahəsində aparılan hər bir yoxlama Reyestrdə qeydiyyata alındıqdan sonra həyata keçirilə bilər. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 4-2.1.3-cü bəndinə əsasən yoxlama zamanı istifadə olunacaq və yoxlamanın hüquqi əsasını təşkil edən bütün hüquqi aktlardan, habelə yoxlayıcı orqanın qərarlarından çıxarışları sahibkara təqdim etmək və bu Qanunun 8-ci maddəsinə uyğun olaraq sahibkarlara məsləhətlərin və izahatların verilməsini yoxlayıcı təmin etməlidir. Həmçinin həmin qanunun 4-2.1.6-cı bəndinin tələblərinə əsasən yoxlama başlamazdan əvvəl xidməti vəsiqəsini, yoxlamanın aparılması haqqında qərarın surətini və yoxlamanın yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınması barədə çıxarışı sahibkara və ya onun səlahiyyətli nümayəndəsinə təqdim etmək, sahibkarın yoxlamada iştirakına mane olmamaq, yoxlamanın hüquqi əsasları, predmeti, müddəti, yoxlama zamanı tərəflərin hüquq və vəzifələri haqqında məlumat vermək və sahibkara bu sənədlərlə tanış olmaq imkanı yaratmaq yoxlayıcının vəzifəsidir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 1ci bəndinə əsasən energetika müqaviləsinə müvafiq olaraq qaz paylayıcısı müqavilə ərazisində istənilən şəxsin sifarişilə onu qaz şəbəkəsinə birləşdirib təchiz etməlidir və paylayıcının şəbəkəsinə qoşulan istehlakçıların tələblərinin keyfiyyət və kəmiyyətcə daim təmin ediləcəyi dərəcədə qazın istehsalını, alınmasını, ötürülməsini və sаtılmаsını təşkil etməlidir. Bu Qanunun 12-ci maddəsinin 1-ci, 2-ci, 4-cü, 5-ci və 6cı hissələri eyni qaydada qazın paylanmasına da tətbiq edilir. 2-ci bəndinə əsasən qazın istehsalını, alınmasını və topdansatış təchizatını etibarlı və müvafiq qiymətlərlə təşkil və təmin etmək məqsədilə qaz paylayıcılarına assosiasiya və müəssisələrlə birləşməyə icazə verilir. Bu Qanunun 12-ci maddəsinin 6-cı hissəsi eyni qaydada müvafiq sazişlərə tətbiq edilir. 2-1-ci bəndinə əsasən istehlakçıya sаtılаn qаzın kеyfiyyət göstəriciləri (tərkibi, sıxlığı, rütubətliliyi, istilik yaratmaq qabiliyyəti və digər) dövlət stаndаrtlаrının tələblərinə uyğun оlmаlıdır. Dövlət stаndаrtlаrının tələblərinin pоzulmаsı qаnunlа müəyyən еdilmiş məsuliyyətə səbəb оlur. Qаzın kеyfiyyət göstəriciləri nəzаrət оrqаnı tərəfindən lаbоrаtоriyа şərаitində və yа хüsusi tехniki vаsitələrlə yохlаnılmаlı və nəticələri bаrədə istеhlаkçılаrа və qаz pаylаyıcısınа məlumаt verilməlidir. Yoxlama nəticəsində qаzın kеyfiyyət göstəriciləri dövlət stаndаrtlаrının tələblərinə cavab vermədikdə, qaz paylayıcısından qazın həmin standartlara uyğunlaşdırılması üçün tədbirlərin həyаtа kеçirilməsi tələb еdilməlidir. 13-cü maddəsinin 8-1 bəndinə əsasən qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6-cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın: 2.11-2. Qaz paylayıcısının səlahiyyətli nümayəndələri sahibkarlıq subyektlərinin qaz sayğaclarının göstəricilərinin oxunması zamanı həmin sayğaca müdaxilə, habelə qaz paylayıcısının razılığı olmadan qazpaylayıcı şəbəkəyə sayğacdan kənar qoşulma (bundan sonra – qanunsuz qoşulma) hallarını müəyyən etdikdə, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla yoxlama keçirilməsi ilə bağlı tədbirlər görməlidirlər. 3.1.10. bu Qaydaların 2.11-1-ci və 2.11-2-ci bəndlərinin tələbləri nəzərə alınmaqla istehlakçıların qaz sayğaclarının işlək və toxunulmaz vəziyyətdə olmasını müəyyən etmək məqsədilə yaşayış sahələrinin daxilində quraşdırılmış qaz sayğaclarına 6 (altı) ayda 1 (bir) dəfə, digər qaz sayğaclarına isə 3 (üç) ayda 1 (bir) dəfə onlara baxış keçirməli, nəticəsini aktla rəsmiləşdirməli və aktın 1 (bir) nüsxəsini istehlakçıya təqdim etməlidir; 3.1.11. qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma hallarının qarşısının alınması məqsədilə qaz paylayıcısı tərəfindən müəyyən edilən, lakin bu Qaydaların 3.1.10-cu yarımbəndində nəzərdə tutulan qaydada və müddətlərdə şəbəkəyə baxış keçirməli və nəticəsini aktla rəsmiləşdirməlidir. 5.1. Qazın pərakəndə satış qiyməti (tarifləri) Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası tərəfindən tənzimlənir. 5.2. Bu Qaydaların 5.4-cü, 6.5-ci, 6.5-2-ci və 6.5-3-cü bəndlərində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz. 5.5. Qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. 5.6. Qaz paylayıcısı hər bir istehlakçının adına qazın alqı-satqı müqaviləsi bağlandığı gündən fərdi hesab açır və istehlakçıya qaz sayğacının göstəricilərini qeyd etmək üçün üzləşmə kitabçası verir (5 nömrəli əlavə). 6.5. Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın 1 (bir) nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), 1 (bir) nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün Energetika Nazirliyinə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. 6.5-1. İstehlakçı tərəfindən qazın talanması məqsədilə sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması zamanı aşağıdakı şərtlər nəzərə alınır: 6.5-1.1. sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə edildiyi müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü; 6.5-1.2. əvvəlki dövrün orta gündəlik qaz sərfi; 6.5-1.3. istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası. 6.5-3. İstehlakçı tərəfindən qanunsuz qoşulma hallarında qaz paylayıcısı tərəfindən pozuntu aradan qaldırılmalı və qazpaylayıcı şəbəkəyə keçirilmiş sonuncu baxış tarixindən qanunsuz qoşulma halları aşkar edildiyi tarixədək, lakin on iki aydan çox olmayan müddətdə istifadə edilmiş qazın dəyəri hər bir hal üzrə bu Qaydaların 6.5-1-ci bəndi ilə müəyyən edilmiş şərtlərin, habelə məişət abonentlərinə münasibətdə sutkanın on iki saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla hesablanır. 6.5-4. Qaz paylayıcısının işçisi bu Qaydaların 6.5-ci bəndinə uyğun olaraq tərtib etdiyi akta vurulmuş zərərin bu Qaydaların 6.5-2-ci və 6.5-3-cü bəndlərinə uyğun olaraq hesablanmış məbləği barədə ilkin məlumatı əlavə edir. Akt qaz paylayıcısının işçisi və istehlakçı (və ya onun səlahiyyətli nümayəndəsi, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən biri) tərəfindən imzalanmalıdır. İstehlakçı (və ya onun səlahiyyətli nümayəndəsi, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən biri) aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. İstehlakçı (və ya onun səlahiyyətli nümayəndəsi, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən biri) izahat və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, xx.xx.2024-cü il tarixdə "Azəriqaz” X2 RQİİ-nin Göyçay XS-nin əməkdaşları İddiaçı məxsus Göyçay rayonu Cəyirli kəndində yerləşən pay torpağında quraşdırılmış istixanaya baxış keçirmişlər, baxış zamanı qeyri-qanuni çəkilmiş qaz xətti vasitəsi ilə iddiaçının təbii qazdan istifadə etdiyini aşkar etmişlər. Aşkar edilmiş qanunsuz qaz xətti ilə bağlı xx.xx.2024-cü il tarixli, ******* nömrəli "Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” akt tərtib edilmişdir. Həmin akt itirilmiş qazın dəyərinin hesablanması məqsədi ilə Cavabdeh İB-nin Ağsu RQİİ-nə göndərilmiş və həmin akta əsasən xx.xx.2024-cü il tarixdə Ağsu RQİİ-nin İstehlakçılara satılan qaza nəzarət şöbəsində itirilmiş qazın bərpası üzrə Akt tərtib edilmiş, o cümlədən xx.xx.2023- cü il tarixli Dəymiş ziyanın bərpasına dair Tələbnaməyə əsasən dəymiş ziyan hesablanmış, İddiaçı Əlimövsüm oğlunun Göyçay XS-nin abonent bazasındakı Cəyirli kəndindəki fərdi yaşayış evinə aid **********002030 nömrəli abonent koduna 202500 m3 - 24300 manat məbləğində itirilmiş qazın dəyəri hesablanaraq vurulmuşdur. Qeyd edilən iş materiallarından, eyni zamanda məhkəməyə təqdim edilmiş **********002030 saylı Abonentin saldosundan görünür ki, İddiaçı akta əsasən Azəriqaz İBnə 24.300 manat borcu vardır. Lakin Cavabdeh İB tərəfindən qeyd edilmiş yoxlamaların sahibkarlıq subyektlərində yoxlamaların aparılması qaydalarına uyğun qeydiyyatdan keçib-keçməməsi ilə bağlı sənədlər məhkəməyə təqdim edilməmiş, eyni zamanda Elektron Məhkəmə İnformasiya Sistemi vasitəsilə iddiaçının adına dövlət orqanları tərəfindən açılmış yoxlamaların siyahısına baxılmış, lakin qeyd olunmuş tarixə iddiaçının adına açılmış hər hansı bir yoxlama qeydə alınmamışdır. Məhkəmə hesab edir ki, sahibkarlıq subyektində aparılan yoxlamalar qanunsuz olduğundan iddia təmin edilməlidir. Məhkəmə əsassız hesablanmış borca münasibətdə o qənaətə gəlmişdir ki, abonent saldosunda borc məbləği əks edilsə belə aparılmış yoxlama qanunvericiliyin tələbləri pozularaq tərtib edildiyindən və yaranma əsası olan hərəkət qanunsuz olduğundan həmin borc məbləğinin konkret məbləğini hesablamağa ehtiyac yoxdur və iddiaçı Cavabdeh ümumiyyətlə həmin aktın nəticəsində hesablanmış borc məbləğinin tutulmasını tələb etməkdə haqlı olmamışdır. Bundan başqa xx.xx.2024-cü il tarixli ******* nömrəli təbii qazdan istifadə qaydalarının pozulması haqqında akta əsasən cərimə hesablanarkən Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2023-cü il tarixli 218 saylı qərarına əməl edilməli olduğu halda cavabdeh tərəfindən bu qərara əməl edilib-edilməməsini özündə əks etdirən heç bir sübut və ya dəlil təqdim edilməmişdir. Belə ki, iddiaçıya münasibətdə tərtib edilmiş xx.xx.2024-cü il tarixli ******* saylı təbii qazdan istifadə qaydalarının pozulmasına dair Akt qanunvericiliyin tələbinə uyğun tərtib edilməyib, ona görə onun iddia üçün hər hansı bir mənfi hüquqi nəticəsi ola bilməz. Məhkəmə yuxarıda qeyd olunanlara əsasən hesab edir ki, İddiaçı məxsus sahibkarlıq subyektində aparılmış yoxlama qanunvericiliyin tələbinə riayət etməməklə qanunsuz aparıldığından yoxlama zamanı tərtib edilmiş akta əsasən hesablanmış 24 300 manat borc İddiaçı abonent hesabından silinməlidir. Bundan başqa məhkəmə iddia tələbinin “xx.xx.2024-cü il tarixdə tərtib edilmiş razılaşma protokolunun əsassız hesab edilməsi” hissəsinə münasibətdə qeyd edir ki, qeyd edilən razılaşma protokolu xx.xx.2024-cü il tarixli ******* saylı təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt əsasında tərəflər arasında bağlanmış və həmin akta əsasən hesablanmış cərimənin hissə-hissə ödənilməsi barədə tərəflər razılaşmışlar. Lakin məhkəmə araşdırması zamanı cavabdeh tərəfin həmin aktı qanunvericiliyin tələblərinə riayət etməyərək tərtib etdiyi müəyyən edilmişdir. Qanunvericiliyin tələblərini pozan, tərəflərin hüquqları və qanuni maraqlarının təmin edilməsi baxımından qeyd edilən razılaşma qanuni hesab edilmir. Lakin, iddiaçı qeyd edilən razılaşmanın əsassız hesab edilməsi barədə iddia qaldırdığından və məhkəmənin qeyd edilən iddia tələbindən kənara çıxmaq hüququ olmadığından məhkəmə qeyd edilən məsələyə yalnız iddia təlbi həcmində hüquqi qiymət verə bilər. Qanunvericilikdə nəzərə tutulmuş normalar baxımından yanaşsaq məlum olar ki, hüququ pozulan şəxs məhkəmədə əsasən müqavilə və ya razılaşmanın ləğv edilməsi və ya etibarsız hesab edilməsi barədə iddia tələbləri irəli sürür. Qeyd edilən məsələ barədə iddiaçı məhkəmədə tələb irəli sürməsə də, razılaşmanın əsassız hesab edilməsi barədə tələb irəli sürməsi əslində tərəflər arasında bağlanmış müqavilə və ya razılaşmanın məhkəmə tərəfindən hüquqi qiymətləndirilməsini zəruri edir. Bu baxımından tələbin qeyd edilən hissəsinə münasibətdə tərəflər arasında bağlanmış razılaşmanı əsassız hesab edir, yəni qanunvericiliyin tələbinə uyğun olamyan müqavilə olaraq qiymətləndirir. Çünki həmin aktın tərtibi zamanı qanunların tələblərinə riayət edilməmiş, bu qanunar qətnamənin əsaslandırıcı hissəsində ətraflı sadalanmışdır. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia bu hissədə təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı tərəfindən 164 manat məbləğində dövlət rüsumu tələb edilsə də, iddia tələbinə münasibətdə ödənilməli olan dövlət rüsumunun məbləği 162.9 manat təşkil edir. Bu səbəbdən iddia tələbi təmin edildiyindən ödənilmiş 162.9 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya aid edilməli, artıq ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir.
Nəticəvi hissə :
Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin edilsin. Tərəflər arasında xx.xx.2024-cü il tarixdə tərtib edilmiş razılaşma protokolu əsassız hesab edilərək Cavabdeh tərəfindən xx.xx.2024-cü il tarixli ******* nömrəli akt əsasında hesablanmış 24 300 manat cərimə məbləği İddiaçı **********02030 nömrəli abonent hesabından silinsin. Cavabdehndən 162.9 manat ödənilmiş dövlət rüsumu tutulub iddiaçıya ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.
Sədrlik edən: Mübariz Hüseynov