Məhkəmə qərarları › İş №2-2(117)-470/2022

Şəki Kommersiya Məhkəməsi Qərardad — İş №2-2(117)-470/2022

08.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-2(117)-470/2022 08.06.2022 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Məcidov Rüfət Azadəli oğlunun sədrliyi, Məmmədov Rafiq Rasim oğlunun katibliyi ilə, İddiaçı1 ASC-nin cavabdehlər Cavabdeh4, Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı “Cavabdeh4 13 avqust 2015-ci il tarixli kredit müqaviləsi üzrə 11841,88 ABŞ dolları əsas, 14990,34 ABŞ dolları faiz, 4683,78 ABŞ dolları cərimə və kredit müqaviləsi üzrə 15.03.2021-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 1337,80 ABŞ dolları məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə cəmi 32853,80 ABŞ dolları məbləğində borcun, 30 manat dövlət rüsumunun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumu və 30 manat xidmət haqqının tutulması, tutmanın cavabdehlərin mülkiyyətində olan Qəbələ şəhəri, İmran Mahmudov küçəsində yerləşən fərdi yaşayış evinə 0,07 ha torpaq sahəsi ilə birlikdə yönəldilməsi, həmin əmlakın açıq hərracdan satılması və borcun əmlakın hərracdan satışından əldə olunan vəsait hesabına ödənilməsi, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi, əmlak satıldıqdan 1 ay sonra cavabdehlərin istifadə hüquqlarının itirilmiş hesab edilməsi, onların fərdi yaşayış evindən çıxarılması, həmin əmlakın boşaldılması və banka təhvil verilməsi” tələbinə dair işə məhkəmənin binasında, məhkəmənin hazırlıq iclasında baxaraq, müəyyən etdi: İddiaçı1 ASC cavabdehlər Cavabdeh4, Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “Cavabdeh4 13 avqust 2015-ci il tarixli kredit müqaviləsi üzrə 11841,88 ABŞ dolları əsas, 14990,34 ABŞ dolları faiz, 4683,78 ABŞ dolları cərimə və kredit müqaviləsi üzrə 15.03.2021-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 1337,80 ABŞ dolları məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə cəmi 32853,80 ABŞ dolları məbləğində borcun, 30 manat dövlət rüsumunun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumu və 30 manat xidmət haqqının tutulması, tutmanın cavabdehlərin mülkiyyətində olan Qəbələ şəhəri, İmran Mahmudov küçəsində yerləşən fərdi yaşayış evinə 0,07 ha torpaq sahəsi ilə birlikdə yönəldilməsi, həmin əmlakın açıq hərracdan satılması və borcun əmlakın hərracdan satışından əldə olunan vəsait hesabına ödənilməsi, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi, əmlak satıldıqdan 1 ay sonra cavabdehlərin istifadə hüquqlarının itirilmiş hesab edilməsi, onların fərdi yaşayış evindən çıxarılması, həmin əmlakın boşaldılması və banka təhvil verilməsi” barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı elektron kabinet vasitəsilə ərizə ilə məhkəməyə müraciət edərək cavabdeh tərəfindən əsas borcun ödənildiyini bildirmiş və bu səbəbdən iddia ərizəsinin geriqaytarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh4 elektron kabinet vasitəsi ilə məhkəməyə müraciət edərək iddianın baxılmamış saxlanılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə rəsmi məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə tərəflərin iştirakı olmadan məhkəmə hazırlıq iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını və tərəflərin ərizəsini araşdırıb hesab edir ki, iddia ərizəsi qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə əsasən bu Məcəllənin 254, 255, 261.0.1-261.0.3 və 261.0.6-261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. 170.3-cü maddəsinə əsasən bu Məcəllənin 170.1-ci və 170.2-ci maddələrində göstərilən qaydada qəbul edilmiş qərardaddan şikayət verilə bilər. Bundan başqa hazırki iş üzrə Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən dəyəri 145 manat olan ekspert rəyi və X2 MMC tərəfindən 110 manat xidmət haqqı olan qiymətləndirmə rəyi məhkəməyə təqdim edilmişdir. Ekspert rəyi və qiymətləndirmə rəyinin dəyərinin ödənilməsi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 13.4-cü maddəsinə əsasən barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. 260.3-cü maddəsinə əsasən iddianın baxılmamış saxlanılması haqqında qərardadda işdə iştirak edən şəxslərin arasında məhkəmə xərclərinin bölünməsi, büdcədən dövlət rüsumunun qaytarılması məsələləri həll edilə bilər. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 13.4-cü maddəsinə uyğun analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edərək hesab edir ki, ekspert rəyinin dəyəri olan 145 manat və qiymətləndirmənin dəyəri olan 110 manat pul iddiaçı və əsas borclu olan cavabdehdən tutularaq müvafiq qaydada ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin, 263, 264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı1 ASC-nin cavabdehlər Cavabdeh4, Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı “Cavabdeh4 13 avqust 2015-ci il tarixli kredit müqaviləsi üzrə 11841,88 ABŞ dolları əsas, 14990,34 ABŞ dolları faiz, 4683,78 ABŞ dolları cərimə və kredit müqaviləsi üzrə 15.03.2021-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 1337,80 ABŞ dolları məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə cəmi 32853,80 ABŞ dolları məbləğində borcun, 30 manat dövlət rüsumunun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumu və 30 manat xidmət haqqının tutulması, tutmanın cavabdehlərin mülkiyyətində olan Qəbələ şəhəri, İmran Mahmudov küçəsində yerləşən fərdi yaşayış evinə 0,07 ha torpaq sahəsi ilə birlikdə yönəldilməsi, həmin əmlakın açıq hərracdan satılması və borcun əmlakın hərracdan satışından əldə olunan vəsait hesabına ödənilməsi, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi, əmlak satıldıqdan 1 ay sonra cavabdehlərin istifadə hüquqlarının itirilmiş hesab edilməsi, onların fərdi yaşayış evindən çıxarılması, həmin əmlakın boşaldılması və banka təhvil verilməsi” tələbinə dair iddia ərizəsi geri qaytarılsın. İş üzrə təyin edilmiş məhkəmə ekspertizası üzrə 145 manat eskpertiza xərcinin 72,50 manat hissəsi İddiaçı1 ASC-dən, qalan 72,50 manat hissəsi Cavabdeh4 tutularaq dövlət büdcəsinə (keçiriləcək hesab: Büdcə təsnifatının kodu:142319, Büdcə səviyyəsinin kodu:3, SAP (XİİS) hesabı-X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ 22. Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, AZ34CTRE********************) ödənilsin. İpoteka predmetinin qiymətləndirilməsi üçün aparılmış tədqiqatın dəyəri olan 110 manat pulun 55 manatı İddiaçı1 ASC-dən və 55 manatı Cavabdeh4 tutularaq “X2” MMCnin hesabına ödənilsin. Qərardaddan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki Kommersiya Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Sədrlik edən: Rüfət Məcidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar