Məhkəmə qərarları › İş №2-2(117)-5/2022

Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №2-2(117)-5/2022

26.04.2022 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2-2(117)-5/2022 26.04.2022 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məcidov Rüfət Azadəli oğlunun sədrliyi, Məmmədov Rafiq Rasim oğlunun katibliyi, İddiaçı, nümayəndəsi X1, cavabdehlər Cavabdeh1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “icarəsində olan İsmayıllı rayonu ərazisində yerləşən “xxxx” 78 və “xxxxİ” 79 saylı 144 ha yay otlaq sahəsindən cavabdehlərin çıxarılmaları, onlar tərəfindən torpaqdan istifadəyə törədilən maneçiliklərə qadağa qoyulması, Cavabdeh1 73300 manat maddi ziyan və 20000 manat mənəvi ziyan, Cavabdeh2 116 manat maddi ziyanın tutularaq ödənilməsi” tələbi üzrə mübahisəyə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: Ağsu rayon İcra Hakimiyyəti Başçısının 16.10.2012-ci il tarixli 323 nömrəli Sərəncamı ilə İsmayıllı rayonu ərazisində yerləşən “xxxx” 78 və “xxxxİ” 79 saylı 144 ha yay otlaq sahəsi 15 il müddətinə İddiaçı icarəsinə verilmiş, həmin torpaq sahəsinin qoyunçuluğun inkişafı məqsədilə aylıq 280 manat icarə haqqı ödəmək şərtilə sonuncunun icarəsinə verilməsi barədə tərəflər arasında 16.10.2012-ci il tarixli 12 nömrəli müqavilə imzalanmış və İddiaçı adına A seriyalı 461720 nömrəli torpaq sahəsinin planı və ölçüsü hazırlanmışdır. Şamaxı Rayon İcra Hakimiyyəti Başçısının 12.01.1998-ci il tarixli 26 nömrəli Sərəncamı ilə Şamaxı rayonu 14 saylı xxxx adlanan qış otlaq sahəsindən 250 ha torpaq sahəsi heyvandarlığın inkişafı məqsədilə 15 il müddətinə Cavabdeh1 icarəsinə verilmiş, həmin torpaq sahəsinin icarəyə verilməsi barədə tərəflər arasında 12.01.2002-ci il tarixli 02 nömrəli müqavilə bağlanmış və Cavabdeh1 adına JN seriyalı **** nömrəli torpaqdan müvəqqəti istiadə hüququna dair şəhadətnamə hazırlanmışdır. Cavabdeh1 icarəsinə verilmiş torpaq sahəsinin bir hissəsi Dəmirçi bələdiyyəsinin mülkiyyətində olan torpaq sahəsi ilə üst-üstə düşdüyündən Şamaxı Rayon İcra Hakimiyyəti Başçısının 13.11.2012-ci il tarixli 182 nömrəli Sərəncamı ilə Cavabdeh1 icarəsində olan torpaq sahəsinin sxemində qismən dəyişiklik edilərək Dəmirçi bələdiyyəsi və Dəmirçi kənd sakinlərinin pay torpaqları ilə üst-üstə düşən hissəsi başqa sahə ilə əvəz edilmişdir. Şamaxı Rayon İcra Hakimiyyəti Başçısının 03.10.2013-cü il tarixli 95 nömrəli sərəncamı ilə Cavabdeh1 icarəsində olan 536 ha “xxxx” adlı qış, 250 ha “xxxx” və “xxxx” adlı yay otlaq sahəsinin müqavilə müddəti 15 il artırılmışdır. İddiaçı icarəsində olan 144 ha torpaq sahəsi ilə Cavabdeh1 icarəsinə verilmiş torpaq sahələrinin qonşuluqda yerləşdiyini, Cavabdeh1 onun qanuni icarəsində olan torpaq sahəsinin bir hissəsini özünün icarəsinə verilməsi əsası ilə istifadə etdiyini və onun istifadəsinə maneçilik törətdiyini bildirirərək hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İşin məhkəmə araşdırması zamanı Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən verilmiş mütəxəssis rəyi və yerquruluşu planı ilə müəyyən edilmişdir ki, Ağsu rayon İcra Hakimiyyəti Başçısının 16.10.2012-ci il tarixli 323 nömrəli Sərəncamı ilə İddiaçı icarəsinə verilmiş və A seriyalı 461720 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədində göstərilən 144 ha torpaq sahəsi ilə Şamaxı Rayon İcra Hakimiyyəti Başçısının 12.01.1998-ci il tarixli 26 nömrəli Sərəncamı ilə Cavabdeh1 icarəsində verilmiş və JN seriyalı **** nömrəli torpaqdan müvəqqəti istiadə hüququna dair şəhadətnamədə göstərilən torpaq sahəsi sənəd üzrə 1,4 ha, faktiki istifadə vəziyyətinə görə 35,58 ha hissədə üst-üstə düşür. Eyni zamanda İddiaçı faktiki istifadəsində olan torpaq sahəsinin koordinatları ilə adına hazırlanmış A seriyalı 461720 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədində göstərilən koordinatlar üst-üstə düşür. Cavabdeh1 faktiki istifadəsində olan 295,31 ha torpaq sahəsinin 177,73 ha hissəsi adına hazırlanmış JN seriyalı **** nömrəli torpaqdan müvəqqəti istiadə hüququna dair şəhadətnamədə göstərilən koordinatlar ilə üst-üstə düşür. İddia tələbi onunla əsaslandırlmışdır ki, Cavabdeh1 onun qanuni icarəsində olan 144 ha torpaq sahəsindən 40 ha hissəsini 2012-ci ildən olmaqla 8 ildir ki, ayrı-ayrı şəxslərə icarə adı altında qanunsuz olaraq istifadəyə verməklə onun hüquqlarını pozmuşdur. Qanunvericiliklə 1 ha torpaq sahəsində 3 baş qoyun otlaması nəzərdə tutulduğundan cavabdehin onun icarəsində olan 40 ha torpağı zəbt etməsi onun 120 baş heyvanının həmin torpaq sahəsində otlamasına mane olmuşdur. Hər il o, 144 ha üçün 280 manat icarə haqqı ödəmişdir. 40 ha üçün 77 manat icarə haqqı ödəsə də, həmin torpaq sahəsindən cavabdehlər istifadə etmişdir. Bu da 8 il ərzində 616 manat Cavabdeh1 ona icarə haqqı kimi ödədiyi pula görə ona vurulan ziyandır. Bundan başqa 1 ha torpaq sahəsində 3 qoyunun otlaması nəzərə alınarsa 40 ha torpaqda 120 baş qoyun otlayar. Lakin cavabdehlərin qanunsuz əməlləri nəticəsində o hər il məcburiyyət qarşısında qoyun sürüsünü 100 baş azaltmağa məcbur olmuşdur. Əgər ərazisində lazımi qaydada istifadə etsəydi ildə 70-80 baş əlavə quzu almaqla xeyli miqdar gəlir əldə edərdi. Bir quzunun bazar qiymətinin 130 manat olduğu nəzərə alınarsa il ərzində 9100 manat gəlirdən məhrum olmuşdur. Həmin məbləğ 8 il ərzində 72800 manat təşkil edərdi. Cavabdeh1 ona qarşı törətdiyi qanunsuz hərəkətlərdən əsəb gərginliyi keçirərək bir neçə dəfə müalicə almışdır. Cavabdeh1 ona vurduğu mənəvi ziyan 20000 manat təşkil edir. Beləliklə cavabdehlərin qanunsuz əməllləri nəticəsində ona dəymiş 616 manat icarə haqqı kimi ödədiyi pulun 116 manatını Cavabdeh2, 72800 manat maddi ziyan və 20000 manat mənəvi ziyanın Cavabdeh1 tutulmasını xahiş edir. İddiaçının nümayəndəsi məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, onlara dövlət tərəfindən 144 hektar icarəyə torpaq sahəsi verilmişdir. Həmin torpağın 40 hektarı cavabdeh tərəfindən zəbt olunub. Əvvəllər aralarındakı münasibətlər normal olsa da, sonradan cavabdehin hərəkətləri nəticəsində korlanmışdır. Dəfələrlə müraciət etsələr də, cavabdeh onlara məxsus torpaq sahəsindən çıxmır. İddianın təmin edilməsini məhkəmədən xahiş etdi. İddiaçı məhkəmə iclasında nümayəndəsinin izahatına əlavəsinin olmadığını bildirdi və iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh1 məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, həmin ərazidə 250 hektar icarə torpaq sahəsi var. Həmin torpaq sahəsinin cəmi 140 hektarı yararlıdır. İddiaçının torpaq sahəsinə girməmişdir, əksinə iddiaçı onun torpağından istifadə edir. Cavabdeh2 onun çobanıdır. İddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və bunun üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə Cavabdeh2 iştirakı olmadan baxmışdır. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: İHB-nın sərəncamları, Rəylər, Sxemlər, İcarə müqaviləsi, Mütəxəssis rəyi və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyən olunduğu kimi, Şamaxı Rayon İcra Hakimiyyəti Başçısının 12.01.1998-ci il tarixli 26 nömrəli Sərəncamı ilə Şamaxı rayonu 14 saylı xxxx adlanan qış otlaq sahəsindən 250 ha torpaq sahəsi heyvandarlığın inkişafı məqsədilə 15 il müddətinə Cavabdeh1 icarəsinə verilmiş, həmin torpaq sahəsinin icarəyə verilməsi barədə tərəflər arasında 12.01.2002-ci il tarixli 02 nömrəli müqavilə bağlanmış və Cavabdeh1 adına JN seriyalı **** nömrəli torpaqdan müvəqqəti istiadə hüququna dair şəhadətnamə hazırlanmışdır. Eyni zamanda müəyyən edilmişdir ki, Ağsu rayon İcra Hakimiyyəti Başçısının 16.10.2012-ci il tarixli 323 nömrəli Sərəncamı ilə İsmayıllı rayonu ərazisində yerləşən “xxxx” 78 və “xxxxİ” 79 saylı 144 ha yay otlaq sahəsi 15 il müddətinə İddiaçı icarəsinə verilmiş, həmin torpaq sahəsinin qoyunçuluğun inkişafı məqsədilə aylıq 280 manat icarə haqqı ödəmək şərtilə sonuncunun icarəsinə verilməsi barədə tərəflər arasında 16.10.2012-ci il tarixli 12 nömrəli müqavilə imzalanmış və İddiaçı adına A seriyalı 461720 nömrəli torpaq sahəsinin planı və ölçüsü hazırlanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 706.1-ci maddəsinə əsasən, torpaq icarəsi müqaviləsinə əsasən icarəyə dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan bütün kateqoriyalara aid torpaqlar verilə bilər. Göründüyü kimi, tərəflərin icarəsinə qanuni əsaslarla dövlət mülkiyyətində olan yay otlaq sahələrindən torpaq sahələri verilmiş, icarə müqavilələri bağlanmış və adlarına hüquqi və texniki sənədlər hazırlanmışdır. Məhkəmə araşdırması zamanı mütəxəssis rəyi ilə müəyyən edilmişdir ki, cavabdeh iddiaçının icarəsinə verilmiş 144 ha torpaq sahəsinin x=* y=* koordinatlar daxilində yerləşən 30,8978 ha hissəsindən istifadə edir. Bununla bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.8-ci maddəsinə əsasən, mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Göründüyü kimi, iddiaçı mübahisə predmeti olan torpaq sahəsinin mülkiyyətçi olmasa da qanuni əsaslarla, yəni icarə əsasında mübahisə predmeti olan torpaq sahəsinə sahiblik edir və onun mülkiyyətçi olmasa da sahibliyində olan torpaq sahəsini başqasının qanunsuz sahibliyindən geri tələb etmək və bununla da hazırki iddianı irəli sürmək üçün subyektiv hüququ vardır. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən olunanlara əsasən məhkəmə hesab edir ki, cavabdeh iddiaçının icarəsinə verilmiş torpaq sahəsinin bir hissəsindən heç bir hüquqi əsas olmadan istifadə etdiyindən o və diğər cavabdeh olan Cavabdeh2 iddiaçının icarəsində olan və koordinatları yuxarıda qeyd edilmiş torpaq sahəsindən çıxarılmalıdırlar. Belə ki, cavabdehin məhkəmə iclasında verdiyi izahatı ilə müəyyən olunduğu kimi Cavabdeh2 Cavabdeh1 işçisidir və onlar birgə iddiaçıya məxsus torpaq sahəsindən istifadə edirlər. Cavabdeh1 məhkəmə iclasında iddiaçının icarəsinə verilmiş torpaq sahəsindən istifadə etmədiyini, iddiaçının onun icarəsinə verilmiş torpaq sahəsindən istifadə etdiyini bildirsə də bu hal sübutlarla təsdiqini tapmamışdır. Əksinə məhkəmə araşdırması zamanı cavabdehlərin iddiaçının icarəsinə verilmiş torpaq sahəsinin 35,5798 ha hisəsindən heç bir hüquqi əsas olmadan istifadə edildiyi təsdiqini tapmışdır ki, bu səbəbdən də cavabdehlər həmin torpaq ahəsindən çıxarılmalıdır. Bundan başqa iddia tələbinin Cavabdeh1 73300 manat maddi ziyanın və 20000 manat mənəvi ziyanın cavabdehdən tutulması hissəsi ilə bağlı məhkəmə hesab edir ki, iddia bu hissədə əsassız olduğundan rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsaən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Hazırki iş üzrə iddiaçı maddi ziyan tələbini Cavabdeh1 onun qanuni icarəsində olan 144 ha torpaq sahəsindən 40 ha hissəsini 2012-ci ildən etibarən 8 il müddətinə ayrı-ayrı şəxslərin qanunsuz istifadəsinə verməsi, cavabdehin onun icarəsində olan 40 ha torpağı zəbt etməsi onun 120 baş heyvanının həmin torpaq sahəsində otlamasına mane olması, hər il 40 ha torpaq sahəsi üçün 77 manat icarə haqqı ödəsə də, həmin torpaq sahəsindən cavabdehlərin istifadə etməsi, cavabdehlərin qanunsuz əməlləri nəticəsində hər il məcburiyyət qarşısında qoyun sürüsünü 100 baş azaltmağa məcbur olması, habelə ərazisindən lazımi qaydada istifadə etsəydi ildə 70-80 baş əlavə quzu almaqla il ərzində 9100 manat gəlir əldə edə bilməsi, mənəvi ziyan tələbini isə Cavabdeh1 ona qarşı törətdiyi qanunsuz hərəkətlərdən əsəb gərginliyi keçirərək bir neçə dəfə müalicə alması ilə əsaslandırsa da, iddiasının hüquqi əsasını təşkil edən sübutları məhkəməyə təqdim etməmişdir. Belə ki, cavabdehlərin mübahisə predmeti olan torpaq sahəsindən nə vaxtdan qanunsuz istifadə etmələri, 40 ha üçün icarə haqqı ödəməsi, eyni zamanda Cavabdeh1 ona qarşı törətdiyi qanunsuz hərəkətlərdən əsəb gərginliyi keçirərək bir neçə dəfə müalicə alması və digər sübutlar məhkəməyə təqdim edilmədiyindən, cavabdehlərin mübahisə predmeti olan torpaq sahəsindən məhz 2012-ci ildən qanunsuz istifadə etmələri, habelə iddiaçının istinad etdiyi digər hallar öz təsdiqini tapmır. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi qiymət verilən hissədə rədd edilməlidir. Məhkəmə iddia tələbinin Cavabdeh2 116 manat maddi ziyanın tutularaq ödənilməsi hissəsinə münasibətdə qeyd edir ki, iddia tələbi bu hissədə də əsassızdır və rədd edilməlidir. Belə ki, iddiaçı iddia tələbinin qiymət verilən hissəsini onun qanuni icarəsində olan 144 ha torpaq sahəsindən 40 ha hissəsinin 2012-ci ildən etibarən 8 il müddətinə cavabdehlərin istifadə etməsi və hər il 40 ha torpaq sahəsi üçün 77 manat icarə haqqı ödəməsi ilə əsaslandırsa da, əvvəla məhkəmə onu qeyd edir ki, iddiaçı həmin torpaq sahəsi ilə bağlı icarə haqqı ödəməsini təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Bundan başqa məhkəmə araşdırması zamanı müəyyən edildiyi kimi Cavabdeh2 digər cavabdehin işçisi olmaqla çobanlıq fəaliyyəti həyata keçirir. Belə olan halda Cavabdeh2 digər Cavabdeh1 iradəsindən kənara çıxması və iddiaçıya ziyan vurmasına dair məhkəməyə sübut təqdim edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, iddiaçının qanuni icarəsinə verilmiş 144 ha torpaq sahəsinin mütəxəssis rəyi ilə müəyyən edilmiş 4,6820 ha və 30,8978 ha hissəsindən cavabdehlər çıxarılmalı, iddia tələbi maddi və mənəvi ziyanın ödənilməsi hissələrində isə istinad olunan halları təsdiq edən sübutlar təqdim edilmədi yindən rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi təmin edilsə də, iddiaçı dövlət rüsumunu tələb etmədiyindən ödənilmiş 10 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İddiaçı icarəsinə verilmiş İsmayıllı rayonu ərazisində yerləşən “xxxx” 78 və “xxxxİ” 79 saylı 144 ha yay otlaq sahəsinin x=* y=* koordinatlar daxilində yerləşən 30,8978 ha hissəsindən çıxarılsın və cavabdehlər tərəfindən torpaq sahəsindən İddiaçı istifadəsinə törədilən maneçiliklər aradan qaldırılsın. İddia qalan hissədə rədd edilsin. Ödənilmiş 10 manat dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rüfət Məcidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar