Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2-2(117)-52/2020 16.06.2020 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Məcidov Rüfət Azadəli oğlunun sədrliyi, Həmidov Vüsal Namiq oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “müxtəlif vaxtlarda alınmış 20000 manat məbləğində pulun və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən tutularaq ödənilməsi” tələbi üzrə mübahisəyə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2017-ci il tarixli kredit müqaviləsinə əsasən iddiaçı cavabdehə 6000 manat, xx.xx.2017-ci il tarixli kredit müqaviləsinə əsasən 6000 manat, xx.xx.2018-ci il tarixli kredit müqaviləsinə əsasən 8000 manat borc pul vermiş, cavabdeh müqavilə ilə müəyyən edilmiş müddətdə pulu qaytarmağı öhdəsinə götürmüşdür. Cavabdeh müqavilə üzrə öhdəliklərini yerinə yetirməyərək heç bir ödəniş etməmiş və bu səbəbdən tərəflər arasında hazırkı mübahisə yaranmışdır. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, cavabdehlə xx xxxx 2017-ci il tarixdə kommersiya işləri ilə əlaqədar tanış olmuşdur. Bir müddət sonra cavabdeh ona özünə məxsus obyektləri göstərmiş və ondan həmin obyektləri işlətmək üçün borc pul verməyi xahiş etmişdir. Cavabdehin səmimiyyətinə inanaraq xx xxxxxxx 2017-ci il tarixdə 6000 manat, xx xxxxxx 2017-ci il tarixdə 6000 manat, xx xxxx 2018-ci il tarixdə 8000 manat məbləğində borc pul vermişdir. Cavabdeh xx.xx.2017-ci il tarixdə almış olduğu pulu xx.xx.2018-ci il tarixə qədər, xx.xx.2017-ci il tarixdə götürdüyü borc pulu xx.xx.2018-ci il tarixə qədər, xx.xx.2018-ci il tarixdə götürdüyü borc pulu isə xx.xx.2019-cu il tarixə qədər qaytarmağı öhdəsinə götürmək barədə söz versə də, uzun müddət keçməsinə baxmayaraq o, pul borclarını qaytarmamış və müxtəlif bəhanələrlə pulları qaytarmaqdan imtina etmişdir. Bu səbəbdən ağır maddi vəziyyətə düşmüş və aralarında hazırkı mübahisə yaranmışdır. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasında iştirak etməmiş, iddiaçı xx.xx.2020-ci il tarixdə teleqramla məhkəməyə müraciət edərək Naxçıvan şəhərində olması və yolların bağlanması səbəbindən məhkəmə iclasında iştirak etməyəciyini bildirmiş və işə iştirakı olmadan baxılmasını xahiş etmiş, cavabdeh xx.xx.2020-ci il tarixdə teleqramla məhkəməyə müraciət edərək karantin rejimi ilə əlaqədar məhkəmə prosesində iştirak edə bilməyəciyini və bu səbəbdən məhkəmə başqa tarixə təxirə salınmasını xahiş etmişdir. Məhkəmə, cavabdehin ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamasını və hazırkı vaxtda ölkə üzrə sərt karantin rejiminin mövcud olmamasını, habelə məhkəmənin xx.xx.2020-ci il tarixdə keçirilən məhkəmə iclasının cavabdehin eyni məzmunlu teleqramına əsasən təxirə salınmasını nəzərə alaraq cavabdehin teleqramda qeyd etdiyi halı və onun məhkəmə iclasında iştirak etməməsi səbəbləri üzrsüz hesab edərək Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmışdır. İddiaçı tərəfindən aşağıdakı sənədlər məhkəməyə təqdim olunmuşdur: xx.xx.2017-ci il tarixli, xx.xx.2017-ci il tarixli və xx.xx.2018-ci il tarixli kredit müqavilələri. Arayış, Dövlət rüsumunun ödənilməsi barədə qəbz və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, sübutların məcmusuna hüquqi qiymət verib hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. Əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Öhdəliyə əsasən bir şəxs (borclu) başqaşəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir,məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Müki Məcəlləsi ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır (Azərbaycan Respublikası Mülki Məcəlləsi maddə - 406.1, 329.2, 385.1, 386.1, 442, 445.2, 448-ci maddəsinin 1-ci və 2-ci bəndləri, 449.1, 739.1, 739,2). Məhkəmə araşdırması zamanı müəyyən edildiyi kimi, iddiaçı və cavabdeh fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs kimi vergi orqanında qeydiyyatdadırlar. Tərəflər arasında yazılı formada notarial qaydada borc (kredit) müqavilələri bağlanmış, müqavilələrə əsasən xx.xx.2017-ci il tarixdə iddiaçı tərəfindən cavabdehə 6000 manat, xx.xx.2017-ci il tarixdə 6000 manat, xx.xx.2018-ci il tarixdə 8000 min manat borc pul verilmiş, cavabdeh müqavilələr üzrə xx.xx.2017-ci il tarixdə aldığı borc pulu xx.xx.2018-ci il tarixə qədər, xx.xx.2017-ci il tarixdə götürdüyü borc pulu xx.xx.2018-ci il tarixə qədər, xx.xx.2018-ci il tarixdə götürdüyü borc pulu isə xx.xx.2019-cu il tarixə qədər qaytarmağı öhdəsinə götürmüşdür. Göründüyü kimi iddiaçı xx.xx.2017, xx.xx.2017 və xx.xx.2018-ci il tarixli kredit müqavilələri ilə cəmi 20000 manat məbləğində borc pulu cavabdehə verməklə üzərinə düşən öhdəliyi yerinə yetirmiş və hazırda hər üç müqavilə üzrə borcların qaytarılma vaxtı ötürülmüşdür. Cavabdeh həmin pul məbləğlərini qəbul etməsinə baxmayaraq, borcunu müqavilələrdə nəzərdə tutulan müddətlərdə qaytarmamış, bununla da müqavilələrin şərtlərini pozmuşdur. Cavabdeh tərəfindən kredit müqavilələri üzrə yaranmış borc pul məbləğlərindən ödəniş edilməsinə dair məhkəməyə hər hansı sübut təqdim edilmədiyindən məhkəmə iddiaçı tərəfindən təqdim edilmiş mövcud sübutlar əsasında iddia tələbinə hüquqi qiymət verərək hesab edir ki, iddia tam təmin edilməli və 20000 manat məbləğində borc cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi MPM-in 119-cu maddəsinə əsasən həll edilir. İddia tələbi təmin edildiyindən ödənilmiş 30 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Cavabdeh 20000 manat borc və ödənilmiş 30 manat dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rüfət Məcidov
Məhkəmə qərarları › İş №2-2(117)-52/2020
Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №2-2(117)-52/2020
16.06.2020 · Aidiyyəti üzrə daxil olan işlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver