Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-2(117)-641/2020 10.12.2020 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Hüseynov Mübariz Rahil oğlu, iddiaçı “Şəki rayon Mərkəzi Xəstəxanası” PHŞin direktoru İddiaçı cavabdehlər “xxxx” ASC-nin X1 və “xxxx” ASC-nin Qəbələdəki Şimal- Qərb RETSİ-yə qarşı “xx xxxx 2020-ci il tarixli NDQ N007503 saylı aktın ləğv edilərək 10092.51 manat məbləğində vəsaitin silinməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlərə baxaraq, müəyyən etdi: İddiaçı “Şəki rayon Mərkəzi Xəstəxanası” PHŞ-nin direktoru İddiaçı cavabdehlər “xxxx” ASC-nin X1 və “xxxx” ASC-nin Qəbələdəki Şimal-Qərb RETSİ-yə qarşı “xx xxxx 2020-ci il tarixli NDQ N007503 saylı aktın ləğv edilərək 10092.51 manat məbləğində vəsaitin silinməsi” tələbinə dair barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iddia ərizəsi və ona əlavə edilmiş sənədləri araşdırıb hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə 10-1.3-cü maddəsində deyilir ki, kommersiya mübahisələri üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. 10-1.7-ci maddəsinə əsasən, “Elektron məhkəmə” informasiya sistemində elektron sənəd dövriyyəsi üçün gücləndirilmiş elektron imzadan və sertifikatlaşdırılmış elektron imza vasitələrindən istifadə edilir. 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. İddiaçı hazırkı iddia ərizəsini "Elektron məhkəmə" informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə deyil, kağız daşıyıcıda məhkəməyə təqdim etmiş və gücləndirilmiş elektron imzadan və sertifikatlaşdırılmış elektron imza vasitələrindən istifadə etməmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, iqtisadi mübahisələr üzrə məhkəmə icraatı "Elektron məhkəmə" informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilməli olduğundan və bununla da iddia ərizəsi forma və məzmununa dair tələblərə riayət edilmədən bu Məcəllənin tələblərinə riayət edilməklə verilmədiyindən iddianın hazırkı vəziyyətdə məhkəmə icraatı mümkün deyildir. Bu səbəbdən də məhkəmə hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.2-ci maddəsinə əsasən, iddia ərizəsi imzalanmadıqda və ya onu imzalamağa hüququ olmayan şəxs tərəfindən, yaxud xidməti vəziyyəti göstərilməyən şəxs tərəfindən imzalandıqda hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. İddiaçının diqqətinə çatdırılır ki, qeyd olunan nöqsanlar aradan qaldırıldıqdan sonra "Elektron məhkəmə" informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə ümumi qaydada yenidən məhkəməyə müraciət edə bilər. Bundan əlavə hazırkı iddia ərizəsində qeyd edilən cavabdehlər müstəqil hüquqi şəxs olmadığından cavabdeh olaraq yalnız “xxxx” ASC-nin cavabdeh olaraq qeyd edilməsi hüquqa uyğundur. Eyni zamanda, iddiaçı məhkəməyə müraciət etməmişdən əvvəl iddia ərizəsinin bir surətinin cavabdehə təqdim edilməsini təsdiq edən sənədi ərizəsinə əlavə etməlidir. İddiaçının cavabdehə pretenziya təqdim edilməsi iş materiallarından müəyyən edilsə də, iddia ərizəsinin surətinin cavabdehə təqdim edilməsi ilə bağlı iddiaçı sübut təqdim etməmişdir. Belə ki, Mülki Prosessual Məcəllənin 152.1.4-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin alınmasına dair sübut təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Bununla yanaşı iddia ərizəsi “Şəki rayon Mərkəzi Xəstəxanası” PHŞ-in direktoru İddiaçı adından təqdim edilmiş, lakin iddia ərizəsi hüquqi şəxsin öz adından verilməli, həmin hüquqi şəxsin rəhbəri hüquqi şəxsin təmsilçisi olaraq yalnız iddia ərizəsini imzalamalıdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin, 263, 264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı “Şəki rayon Mərkəzi Xəstəxanası” PHŞ-in direktoru İddiaçı cavabdehlər “xxxx” ASC-nin X1 və “xxxx” ASC-nin Qəbələdəki Şimal-Qərb RETSİ-yə qarşı “xx xxxx 2020-ci il tarixli NDQ N007503 saylı aktın ləğv edilərək 10092.51 manat məbləğində vəsaitin silinməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki Kommersiya Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Hakim: Mübariz Hüseynov
Məhkəmə qərarları › İş №2-2(117)-641/2020
Şəki Kommersiya Məhkəməsi Qərardad — İş №2-2(117)-641/2020
10.12.2020 · Sair işlər - Maliyyə sanksiyaları, cərimələr və s. tutulmalar üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver