Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-2(117)-658/2022 05.07.2022 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Hüseynov Mübariz Rahil oğlunun sədrliyi, Mövsümaova Günel Namizət qızının katibliyi İddiaçının nümayəndəsi X4, Cavabdeh1, Cavabdeh2 nümayəndəsi X2 iştirakı ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “Cavabdeh1 İddiaçı ASC-nin xeyrinə xx.xx.2016-cı il tarixli kredit müqaviləsi üzrə banka 4391,11 manat əsas borc, 340,72 manat faiz, 235,05 manat cərimə və kredit müqaviləsi üzrə xx.xx.2019-cu il tarixdən xx.xx.2021-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 437,05 manat məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə cəmi 5404,38 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 30 manat xidmət haqqının ödənilməsi, tutmanın X1 məxsus olan Ağdaş şəhəri, X7 küçəsi, dalan 2 ünvanında yerləşən, 3 otaqlı, 73,9 kv.m ümumi, 43.9 kv.m yaşayış, 30 kv.m yardımçı sahədən ibarət 23 nömrəli evin 14 nömrəli mənzilinə yönəldilməsi, həmin mənzilin açıq hərracdan satılması və borcun Ağdaş şəhəri, X7 küçəsi, dalan 2 ünvanında yerləşən, 3 otaqlı, 73,9 kv.m ümumi, 43,9 kv.m yaşayış, 30 kv.m yardımçı sahədən ibarət 23 nömrəli evin 14 nömrəli mənzilinin hərracdan satışdan əldə olunan vəsait hesabına İddiaçı ASC-yə ödənilməsi, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi, Cavabdeh2 məxsus olan Ağdaş şəhəri, X7 küçəsi, dalan 2 ünvanında yerləşən, 3 otaqlı, 73,9 kv.m ümumi, 43.9 kv.m yaşayış, 30 kv.m yardımçı sahədən ibarət 23 nömrəli evin 14 nömrəli mənzilinə yönəldikdə və o satıldıqdan 1 ay sonra Cavabdeh2 Ağdaş şəhəri, X7 küçəsi, dalan 2 ünvanında yerləşən, 3 otaqlı, 73,9 kv.m ümumi, 43.9 kv.m yaşayış, 30 kv.m yardımçı sahədən ibarət 23 nömrəli evin 14 nömrəli mənzilinə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, Cavabdeh2 həmin mənzildən çıxarılmaları, həmin mənzilin boşaldılması və Banka təhvil verilməsi” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “Cavabdeh1 İddiaçı ASC-nin xeyrinə xx.xx.2016-cı il tarixli kredit müqaviləsi üzrə banka 4391,11 manat əsas borc, 340,72 manat faiz, 235,05 manat cərimə və kredit müqaviləsi üzrə xx.xx.2019-cu il tarixdən xx.xx.2021-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 437,05 manat məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə cəmi 5404,38 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 30 manat xidmət haqqının ödənilməsi, tutmanın X1 məxsus olan Ağdaş şəhəri, X7 küçəsi, dalan 2 ünvanında yerləşən, 3 otaqlı, 73,9 kv.m ümumi, 43.9 kv.m yaşayış, 30 kv.m yardımçı sahədən ibarət 23 nömrəli evin 14 nömrəli mənzilinə yönəldilməsi, həmin mənzilin açıq hərracdan satılması və borcun Ağdaş şəhəri, X7 küçəsi, dalan 2 ünvanında yerləşən, 3 otaqlı, 73,9 kv.m ümumi, 43,9 kv.m yaşayış, 30 kv.m yardımçı sahədən ibarət 23 nömrəli evin 14 nömrəli mənzilinin hərracdan satışdan əldə olunan vəsait hesabına İddiaçı ASC-yə ödənilməsi, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi, Cavabdeh2 məxsus olan Ağdaş şəhəri, X7 küçəsi, dalan 2 ünvanında yerləşən, 3 otaqlı, 73,9 kv.m ümumi, 43.9 kv.m yaşayış, 30 kv.m yardımçı sahədən ibarət 23 nömrəli evin 14 nömrəli mənzilinə yönəldikdə və o satıldıqdan 1 ay sonra Cavabdeh2 Ağdaş şəhəri, X7 küçəsi, dalan 2 ünvanında yerləşən, 3 otaqlı, 73,9 kv.m ümumi, 43.9 kv.m yaşayış, 30 kv.m yardımçı sahədən ibarət 23 nömrəli evin 14 nömrəli mənzilinə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, Cavabdeh2 həmin mənzildən çıxarılmaları, həmin mənzilin boşaldılması və Banka təhvil verilməsi” barədə qətnamə qəbul edilməsini məhkmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı ASC-nin nümayəndəsi və cavabdehlərin imzaları və möhür ilə təsdiq edilmiş barışıq sazişini məhkəməyə təqdim etmiş, sazişin təsdiq edilməsini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişlər. Məhkəmə xx.xx.2022-ci il tarixli barışıq sazişini araşdırıb hesab edir ki, tərəflər arasında bağlanmış barışıq sazişi qanuna zidd olmadığından, hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından təsdiq olunmalı və iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.3-cü maddəsinə əsasən, tərəflər məhkəmə işini barışıq sazişi bağlamaqla qurtara bilərlər. 191.1-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. 261.0.5-ci maddəsinə əsasən, tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə hakim iş üzrə icraata xitam verir. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, barışıq sazişi tərəflərin imzaları ilə təsdiq edildiyindən, qanuna zidd olmadığından və tərəflərin qanunla qorunan mənafelərini pozmadığından barışıq sazişi təsdiq edilməli və iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.5, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı ASC ilə cavabdehlər cavabdehlər Cavabdeh1 və Cavabdeh2 arasında bağlanmış xx.xx.2022-ci il tarixli barışıq sazişinin aşağıdakı şərtləri təsdiq edilsin:
1. Borclu Cavabdeh1 bu barışıq sazişi bağlanan tarixə və bu barışıq sazişinin bitmə müddəti olan xx.xx.2022-ci il tarixədək İddiaçı ASC-yə 12-SKMF-3-0-22-16 nömrəli xx.xx.2016-ci il tarixli krdit razılaşmasına əsasən əsas 2350 manat əsas borc, 235,05 manat cərimə və illik 5 faizlə hesablanmış 437,5 manat məbləğində əldən çıxmış fayda olmaqla, cəmi 3022,55 manat borcunun olmasını qəbul edir;
2. Bankın xeyrinə ipoteka ilə yüklü edilmiş Cavabdeh2 məxsus olan Ağdaş şəhəri, X7 küçəsi, dalan 2 ünvanında yerləşən, 3 otaqlı, 73,9 kv.m ümumi, 43.9 kv.m yaşayış, 30 kv.m yardımçı sahədən ibarət 23 nömrəli evin 14 nömrəli mənzilinin ilkin satış qiyməti tərəflərin qarşılıqlı razılığına əsasən 24000 manat məbləğində müəyyən edilir;
3. Borclu əsas borc üzrə 2350 manat məbləğində vəsaiti 29 iyul 2022-ci il, 20 avqust 2022-ci il, 20 sentyabr 2022-ci il, 20 oktyabr 2022-ci il, 10 noyabr 2022-ci il tarixlərdə hər dəfə 470 manat olmaqla banka ödəməyi öhdəsinə götürür;
4. Borclu bu sazişin 3-cü bəndində nəzərdə tutulan öhdəliklərini vaxtında və lazımi qaydada yerinə yetirdiyi təqdirdə və qrafik üzrə müəyən olunmuş 2350 manatı, həmçinin 40 manat dövlət rüsumu və 30 manat xidmət haqqını vaxtında və lazımi qaydada Banka qaytardığı təqdirdə Bank xx.xx.2022-ci il tarixdə ediləcək ödəniş zamanı kredit razılaşması üzrə hesablanmış 235,05 manat cərimə və illik 5 faizlə hesablanmış 437,5 manat məbləğində əldən çıxmış fayda olmaqla, cəmi 672,55 manat borcunu güzəşt etməyi öhdəsinə götürür;
5. Borclular sazişin 3-cü bəndindəki ödəniş qrafiki üzrə ödənişlər etdikdə və qrafikdəki borc tam ödənildikdə, həmçinin 40 manat dövlət rüsumu və 30 manat xidmət haqqı ödənildiyi halda Cavabdeh2 məxsus olan Ağdaş şəhəri, X7 küçəsi, dalan 2 ünvanında yerləşən, 3 otaqlı, 73,9 kv.m ümumi, 43.9 kv.m yaşayış, 30 kv.m yardımçı sahədən ibarət 23 nömrəli evin 14 nömrəli mənzilə dair ipoteka saxlayan (İddiaçı ASC) hüquqlarından imtina etməyi öhdəsinə götürür;
6. Ödənişlərin vaxtında icra edilməməsi halında bu sazişin 3-cü bəndinin tələbləri pozulmuş hesab edilir, cəmi 3022,55 manat borc, sazişin 2-ci bəndində göstərilən bank qarşısında ipoteka ilə yüklü edilmiş əmlak yönəldilir.Həmin əmlak bu sazişin 2-ci bəndində razılaşdırılmış müvafiq qiymətə açıq hərracda satılır və satışdan əldə olunan vəsait mübadilə edilərək borclunun Banka olan borcuna ödənilir. Borc tam ödənildikdən sonra qalan vəsait mülkiyyətçiyə verilir. İpoteka predmetlərinin satışından əldə olunan vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan borc məbləği borcludan Bankı xeyrinə tutulur.Tutma ipoteka predmetinə yönəldildikdə və o satıldıqdan 1 ay sonra Cavabdeh2 həmin fərdi yaşayış evindən çıxarılaraq həmin əmlak boşaldılıb banka təhvil verilir;
7. Ödənişlərin bu sazişin 3-cü bəndində müəyyən edilmiş ödəniş tarixlərindən sonrakı ilk 3 təqvim günü ərzində, ümumi qrafik üzrə 3 dəfədən çox olmamaq şərtilə icra edilməsi ödənişlərin vaxtında icra edilməsi olaraq qiymətləndirilir;
8. Sazişin 2-ci bəndində qeyd edilən əmlakların təsadüfi məhv olması riski və idarə olunması ilə bağlı öhdəliklərə, o cümlədən kommunal ödənişlərə görə mülkiyyətçi tam məsuliyyət daşıyır;
9. Borclular bu saiş üzrə öhdəliklərini vaxtında və lazımi qaydada yerinə yetirmədikdə bank bu saziş üzrə öhdəliklərindən imtina edə bilər;
10. Bu barışıq sazişinin icra edilməməsi və ya lazımınca icra edilməməsi icra icraatının başlanılması üçün əsas olacaq; 11.Barışıq sazişi hazırki işin icraatına xitam verilməsiüçün əsasdır və barışıq sazişinin təsdiq edilməsi ilə iş üzrə icraata xitam verilir.
12. Tərəflərə Barışıq sazişinin təsdiq edilməsi ilə yaranan prosessual hərəkətlərin nəticələri, o cümlədən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 191, 261, 262 və 384-cü maddələrinin tələbləri izah edilir.
13. Barışıq sazişini təsdiqləyən məhkəmə qərardadının qanuni qüvvəyə mindiyi tarixdən bu barışıq sazişi etibarlı sayılır və icrası məcburidir;
14. Bu barışıq sazişi 4 əsl nüsxədə Bakı şəhərində, xx.xx.2022-ci il tarixdə imzalanmışdır. İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “Cavabdeh1 “”Yelo Bank” ASC-nin xeyrinə xx.xx.2016-cı il tarixli kredit müqaviləsi üzrə banka 4391,11 manat əsas borc, 340,72 manat faiz, 235,05 manat cərimə və kredit müqaviləsi üzrə xx.xx.2019cu il tarixdən xx.xx.2021-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 437,05 manat məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə cəmi 5404,38 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 30 manat xidmət haqqının ödənilməsi, tutmanın X1 məxsus olan Ağdaş şəhəri, X7 küçəsi, dalan 2 ünvanında yerləşən, 3 otaqlı, 73,9 kv.m ümumi, 43.9 kv.m yaşayış, 30 kv.m yardımçı sahədən ibarət 23 nömrəli evin 14 nömrəli mənzilinə yönəldilməsi, həmin mənzilin açıq hərracdan satılması və borcun Ağdaş şəhəri, X7 küçəsi, dalan 2 ünvanında yerləşən, 3 otaqlı, 73,9 kv.m ümumi, 43,9 kv.m yaşayış, 30 kv.m yardımçı sahədən ibarət 23 nömrəli evin 14 nömrəli mənzilinin hərracdan satışdan əldə olunan vəsait hesabına İddiaçı ASC-yə ödənilməsi, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi, Cavabdeh2 məxsus olan Ağdaş şəhəri, X7 küçəsi, dalan 2 ünvanında yerləşən, 3 otaqlı, 73,9 kv.m ümumi, 43.9 kv.m yaşayış, 30 kv.m yardımçı sahədən ibarət 23 nömrəli evin 14 nömrəli mənzilinə yönəldikdə və o satıldıqdan 1 ay sonra Cavabdeh2 Ağdaş şəhəri, X7 küçəsi, dalan 2 ünvanında yerləşən, 3 otaqlı, 73,9 kv.m ümumi, 43.9 kv.m yaşayış, 30 kv.m yardımçı sahədən ibarət 23 nömrəli evin 14 nömrəli mənzilinə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, Cavabdeh2 həmin mənzildən çıxarılmaları, həmin mənzilin boşaldılması və Banka təhvil verilməsi” tələbinə dair işin icraatına xitam verilsin. Qərardaddan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki Kommersiya Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) şikayət verilə bilər.
Sədrlik edən: Mübariz Hüseynov