Məhkəmə qərarları › İş №2-2(117)-702/2022

Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №2-2(117)-702/2022

08.07.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2-2(117)-702/2022 08.07.2022 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Hüseynov Mübariz Rahil oğlunun sədrliyi, Mövsümova Günel Namizət qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə, Cavabdeh1 iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh5, Cavabdeh4, Cavabdeh3, Cavabdeh6, Cavabdeh1 və Cavabdeh2 qarşı “9283,89 manat əsas borc, 1880,9 manat məbləğində faiz, 4139,55 manat cərimə məbləğinin və kredit müqaviləsi üzrə xx.xx.2019-cu il tarixdən xx.xx.2021-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 834,1 manat məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə cəmi 16138,44 manat məbləğində borcun, 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun ödənilməsi, tutmanın ipoteka predmetinə yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 30 manat xidmət haqqının Cavabdeh1 tutulması, tutmanın ipoteka qoyulmuş Cavabdeh2 məxsus olan Qəbələ rayonu, Şamlı kəndində yerləşən 4 otaqlı, 187.1 kv.m ümumi, 13.7 kv.m yaşayış, 56.4 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evinə (0,47 ha torpaq sahəsi ilə birlikdə) yönəldilməsi, həmin fərdi yaşayış evinin və torpaq sahəsinin açıq hərracda satılması və borcun həmin əmlaklara yönəldilməsi, satışdan əldə edilən vəsait kifayət etmədikdə qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi, cavabdehlərin həmin əmlaklara istifadə hüquqlarının itirilməsi və qeyd edilən fərdi yaşayış evindən çıxarılmaları, həmin əmlakın boşaldılması və banka təhvil verilməsi” tələbi üzrə mübahisəyə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh5, Cavabdeh4, Cavabdeh3 oğlu, Cavabdeh6, Cavabdeh1 və Cavabdeh2 qarşı “9283,89 manat əsas borc, 1880,9 manat məbləğində faiz, 4139,55 manat cərimə məbləğinin və kredit müqaviləsi üzrə xx.xx.2019-cu il tarixdən xx.xx.2021-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 834,1 manat məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə cəmi 16138,44 manat məbləğində borcun, 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun ödənilməsi, tutmanın ipoteka predmetinə yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 30 manat xidmət haqqının Cavabdeh1 tutulması, tutmanın ipoteka qoyulmuş Cavabdeh1 məxsus olan Qəbələ rayonu, Şamlı kəndindəyerləşən 4 otaqlı, 187.1 kv.m ümumi, 13.7 kv.m yaşayış, 56.4 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evinə (0,47 ha torpaq sahəsi ilə birlikdə) yönəldilməsi, həmin fərdi yaşayış evinin və torpaq sahəsinin açıq hərracda satılması və borcun həmin əmlaklara yönəldilməsi, satışdan əldə edilən vəsait kifayət etmədikdə qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi, cavabdehlərin həmin əmlaklara istifadə hüquqlarının itirilməsi və qeyd edilən fərdi yaşayış evindən çıxarılmaları, həmin əmlakın boşaldılması və banka təhvil verilməsi” tələbinə dair iddia ərizəsi ilə Qəbələ Rayon Məhkəməsinə müraciət etmişdir. Qəbələ Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(025)-19/2022 nömrəli qərardadı ilə iş aidiyyəti üzrə baxılması üçün Şəki Kommersiya Məhkəməsinə göndərilmişdir. Cavabdeh1 və "xxxx"İKB ASC arasında bağlanmış xx.xx.2013-cü il tarixli 5-SKMF- 3-0-1942-13 nömrəli əsas kredit müqaviləsinə və əsas kredit müqaviləsi çərçivəsində xx.xx.2016-cı il tarixli 4-0-015-16 nömrəli əlavə kredit müqaviləsinə əsasən, bank tərəfindən illik 6 faiz olmaqla biznes məqsədilə istifadə müddəti 36 ay olan 15000 manat məbləğində kredit verilmiş, sonuncu kredit borcunu və müqavilə ilə müəyyən edilmiş qaydada faiz borcunu müqaviləyə əlavə edilmiş qrafikə əsasən ödəməyi öhdəsinə götürmüşdür. xx.xx.2013-cü il tarixli 2-SKMF-3-0-1942-13 (İ) nömrəli ipoteka müqaviləsindən görünür ki, xx.xx.2016-cı il tarixli 4-0-015-16 nömrəli əlavə kredit müqaviləsi üzrə öhdəliyin təminatı kimi ipoteka predmeti olaraq Qəbələ rayonu, Şamlı kəndindəyerləşən 4 otaqlı, 187.1 kv.m ümumi, 13.7 kv.m yaşayış, 56.4 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evinə (0,47 ha torpaq sahəsi ilə birlikdə) qəbul olunmuşdur. RX seriyalı ******* nömrəli Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən Çıxarışdan görünür ki, Qəbələ rayonu, Şamlı kəndində yerləşən 4 otaqlı, 187.1 kv.m ümumi, 13.7 kv.m yaşayış, 56.4 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evinə (0,47 ha torpaq sahəsi ilə birlikdə) Cavabdeh2 məxsusdur və həmin daşınmaz əmlak "xxxx" İKB-nin Qəbələ filialının xeyrinə yüklü edilmişdir. “X1” MMC-nin xx.xx.2021-ci il tarixli 021-22 nömrəli Daşınmaz əmlakın qiymətləndirilməsi haqqında hesabatından müəyyən edilir ki, Qəbələ rayonu, Şamlı kəndindəyerləşən 4 otaqlı, 187.1 kv.m ümumi, 13.7 kv.m yaşayış, 56.4 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evinin likvid dəyəri 39808 manat, 0,47 ha torpaq sahəsinin likvid dəyəri isə 12880 manat təşkil edir. "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixdə təqdim edilmiş fərdi yaşayış evinin qiymətləndirilməsi barədə hesabata əsasən ipoteka predmeti olan Qəbələ rayonu, Şamlı kəndindəyerləşən 4 otaqlı, 187.1 kv.m ümumi, 13.7 kv.m yaşayış, 56.4 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evinə (0,47 ha torpaq sahəsi ilə birlikdə) xx.xx.2022-ci il tarixə likvid dəyəri 60000 manat müəyyən edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2021-ci il tarixli 9/3979 nömrəli ekspert rəyindən görünür ki, Cavabdeh1 və "xxxx"İKB ASC arasında bağlanmış xx.xx.2013-cü il tarixli 5-SKMF-3-0-1942-13 nömrəli əsas kredit müqaviləsinə və əsas kredit müqaviləsi çərçivəsində xx.xx.2016-cı il tarixli 4-0-015-16 nömrəli əlavə kredit müqaviləsinə əsasən Cavabdeh1 xx.xx.2019-cu il tarixdə əsas borc 9224,07 manat, faiz borcu 1069,70 manat, xx.xx.2019—cu il tarixdən xx.xx.2020-ci il tarixədək illik 5 % dərəcəsi ilə hesablanmış faiz borcu 638,41 manat təşkil edir. İş materiallarından müəyyən edilir ki, "xxxx" İKB ASC-nin adı dəyişdirilərək İddiaçı ASC olmuş və eyni VÖEN ********** əsasında fəaliyyət göstərir. İddiaçının nümayəndəsi məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, xx.xx.2016-cı il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh2 ilə "xxxx" ASC-nin Qəbələ filialı arasında kredit müqaviləsi bağlanmışdır. Cavabdeh2 illik 6 % olmaqla 36 ay müddətinə 15000 manat kredit verilmişdir. Cavabdeh2 məxsus Qəbələ rayonu, Şamlı kəndində yerləşən 4 otaqlı, 187.1 kv.m ümumi, 13.7 kv.m yaşayış, 56.4 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evinə (0,47 ha torpaq sahəsi ilə birlikdə) ipoteka ilə yüklü edilmişdir. Cavabdeh müqavilə üzrə öhdəliklərini yerinə yetirmədiyindən hazırki mübahisə yaranmışdır. Onun digər kreditləri ölkə başçısının problemli kreditlərinin restruktruziyası ilə bağlı Fərmanın təsir dairəsinə düşmüş və ona müəyyən güzəştlər edilmişdir. Hazırkı kredt müqaviləsi üzrə tərəflər razılığa gəlmək üçün danışıqlar aparmış, kredit üzrə qeyd edilən Fərmanın hansı səbəblərdən tətbiq edilməməsi iddiaçıya məlum deyildir. Odur ki, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. İddiaçının nümayəndəsi xx.xx.2022-ci il tarixdə məhkəməyə yazılı müraciətində də bildirmişdir ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli Fərmana əsasən ona digər Bankla bağladığı kredit üzrə 2910,43 manat kompensasiya verilmiş və həmin məbləğ hazırda İddiaçı ASC-də olan əsas borcdan silinmiş, bundan sonra həmin kredit müqaviləsinə görə qalıq borc kimi 9283,89 manat restruktruzasiya təklif edilmiş, lakin yeni müqavilənin bağlanması mümkün olmamışdır. Məhkəmə iclasında təqdim etdiyi hesabdan çıxarışdan görünür ki, xx.xx.2019-cu il tarixdə Cavabdeh1 hesabına 2910,43 manat kompensasiya mədaxil edilmişdir. Cavabdeh1 məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, əsas borcunu qəbul edir və borcunu hissə-hissə ödəyirdi. Lakin sonradan ona məlum oldu ki, bank ödədiyi pulu faiz və cəriməyə yönəldir. Banka müraciət etmiş və ödədiyi pulun yarısının əsas borca, yarısının isə faiz və cərimə borcuna yönəldilməsini xahiş etsə də, bank razılaşmamışdır. "xxxx" ASC-nin İsmayıllı filialından 9000 ABŞ dolları krediti olub. 2910,43 manat kompensasiya verilmiş, həmin pul "xxxx" ASC-dəki borcunun ödənilməsinə yönəldilmişdir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, cavabdehlər Cavabdeh5, Cavabdeh4, Cavabdeh3 oğlu, Cavabdeh6, Cavabdeh2 məhkəmə iclasında iştirak etməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən cavabdehlərin iştirakı olmadan baxmışdır. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara kredit, ipoteka müqavilələri və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin izahatlarını dinləyib, iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Müki Məcəlləsi ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər (Azərbaycan Respublikası Mülki Məcəlləsi (bunan sonra mətndə MM)maddə - 385.1, 386.1, 449.1, 470.1, 472.1, 739.2). İşin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, xx.xx.2016-cı il tarixli 4-0- 015-16 nömrəli kredit müqaviləsinə əsasən bank tərəfindən biznes məqsədilə istifadə müddəti 36 ay olan 15000 manat məbləğində kredit verilmiş, sonuncu kredit borcunu və müqavilə ilə müəyyən edilmiş qaydada faiz borcunu müqaviləyə əlavə edilmiş qrafikə əsasən ödəməyi öhdəsinə götürmüşdür. Müqavilə üzrə borcun və əsas borca hesablanmış faizlərin təminatı olaraq xx.xx.2013-cü il tarixli 5-SKMF-1-0-1501-13(İ) nömrəli ipoteka müqaviləsində göstərilmiş Qəbələ rayonu, Xırxatala kəndində yerləşən, 3 otaqlı, 99 kv.m ümumi, 67.5 kv.m yaşayış, 31.5 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evi və 0,266 ha torpaq sahəsi qəbul olunmuşdur. AR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2021-ci il tarixli 9/3979 nömrəli ekspert rəyindən görünür ki, Cavabdeh1 xx.xx.2019-cu il tarixdə əsas borc 9224,07 manat, faiz borcu 1069,70 manat, xx.xx.2019—cu il tarixdən xx.xx.2020-ci il tarixədək illik 5 % dərəcəsi ilə hesablanmış faiz borcu 638,41 manat təşkil edir. Odur ki, iddiaçı 9224,07 manat əsas borcun ödənilməsini tələb etməkdə haqlıdır. İddia tələbinin “1880,9 manat məbləğində faiz, 4139,55 manat cərimə məbləğinin və kredit müqaviləsi üzrə xx.xx.2019-cu il tarixdən xx.xx.2021-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 834,1 manat məbləğində əldən çıxmış faydaınn ödənilməsi” hissəsinə münasibətdə məhkəmə hesab edir ki, iddia tələbi qeyd edilən faiz borcu və cərimə borcu hissələrində rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikasında əhalinin rifahını yüksəltmək, sosial müdafiəsini və layiqli həyat səviyyəsini təmin etmək dövlətin sosial-iqtisadi inkişaf konsepsiyasının prioritetlərindən olmasını, qlobal iqtisadi və maliyyə böhranının ölkə iqtisadiyyatına təsirlərinin əhalinin müəyyən qrupunun ödəmə qabiliyyətinin zəifləməsinə, bunun da nəticəsində, kredit təşkilatlarından xarici valyutada borc almış vətəndaşların bank sistemi qarşısında vaxtı keçmiş kreditlər üzrə öhdəliklərinin artmasına və bu öhdəliklərin yerinə yetirilməsi ilə bağlı məsələlərə məhkəmə müstəvisində baxılma hallarının çoxalmasını və sair halları nəzərə alan ölkə başçısı tərəfindən, dünya bazarında neftin qiymətinin 3-4 dəfə azalması ilə bağlı baş vermiş devalvasiya nəticəsində fiziki şəxslərin xarici valyutada olan kreditləri üzrə onların üzləşdiyi maliyyə itkisini qarşılamaq, o cümlədən problemli kreditlər məsələsinin həllinə dövlət dəstəyini təmin etmək məqsədilə "Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında" 28 fevral 2019cu il tarixdə 551 nömrəli Fərman imzalanmışdır. Həmin Fərmanın 8.6-cı bəndində qeyd edilir ki, vaxtı keçmiş kredit borcu dedikdə fiziki şəxslərlə 2012-ci il yanvarın 1-dən bu Fərman qüvvəyə mindiyi günədək bağlanmış kredit müqavilələri üzrə əsas məbləğin və (və ya) faiz borclarının ödənilməsi 360 gündən çox gecikdirilmiş borclar nəzərdə tutulur. Həmin Fərmana əsasən, güzəştli kredit dedikdə fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restrukturizasiyası məqsədilə onlara banklar tərəfindən illik faiz dərəcəsi 1 faiz, banklara isə Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən illik faiz dərəcəsi 0,1 faiz olmaqla 5 il (1 il güzəşt müddəti ilə) müddətinə verilən kreditlər, faizlərin silinməsi dedikdə vaxtı keçmiş kredit borcları üzrə hesablanmış faizlərin və dəbbə pulunun (cərimə, penya) silinməsi başa düşülür. Fərmanın 3-cü bəndinə əsasən Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası Azərbaycan Respublikasının Mərkəzi Bankı ilə birlikdə bu Fərmanın 1-ci hissəsində göstərilən tələblər nəzərə alınmaqla, fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizmini (qaydasını), habelə həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştləri müəyyən edərək, Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla on beş gün müddətində təsdiq etməli, bu Fərmanın 1-ci hissəsinə əsasən ediləcək ödənişin ümumi məbləğini, ödəniş ediləcək fiziki şəxslərin siyahısını və hər bir fiziki şəxsə ödəniləcək vəsaitin məbləğini qırx beş gün müddətində müəyyən edərək və bu barədə Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və Azərbaycan Respublikasının Mərkəzi Bankına məlumat verməlidir. Fərmanın 5-ci bəndinə əsasən Azərbaycan Respublikasının Mərkəzi Bankına tövsiyə edilmişdir ki, bu Fərman qüvvəyə mindiyi tarixə fiziki şəxslərin xarici valyutada əsas məbləği 10 000 (on min) ABŞ dollarınadək, milli valyutada isə 17 000 (on yeddi min) manatadək olan kreditlər üzrə vaxtı keçmiş kredit borclarının restrukturizasiyası məqsədilə, Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının müraciəti əsasında, banklara 682 000 000,0 (altı yüz səksən iki milyon) manat məbləğinədək dövlət zəmanəti ilə təmin edilmiş güzəştli kredit verilməsini, bu Fərmanın 5.1-ci bəndində nəzərdə tutulan tədbirlər nəticəsində bankların valyuta mövqeyinin pisləşməsinin qarşısını almaq məqsədilə ayrılmış kreditin hesabına banklara, onların müraciəti əsasında 215 000 000,0 (iki yüz on beş milyon) ABŞ dolları dəyərinədək xarici valyutada ifadə olunmuş, illik faiz dərəcəsi 0,5 faiz olmaqla qiymətli kağızların verilməsini, bu Fərmandan irəli gələn digər tədbirlərin həyata keçirilməsini təmin etsin. Fərmanın 6-cı bəndinə əsasən banklara bu Fərmanın 7.1-ci bəndində nəzərdə tutulan siyahı üzrə vaxtı keçmiş kredit borcu olan fiziki şəxslərə yeni güzəştli kredit müqaviləsi bağlanmasını təklif etmələri, fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restrukturizasiya olunacağını nəzərə alaraq, banklar bir ay müddətində həmin kreditlərə hesablanmış faizlərin silinməsini və məhkəmədə olan işlərin geri çağırılmasını, borcları restrukturizasiya olunmuş fiziki şəxslərin borc yükünün yüngülləşdirilməsini təmin edən digər tədbirlər görsünlər. Məhkəmə həmin Fərmanın qəbul edilməsi məqsədlərini nəzərə alaraq hesab edir ki, Fərmanın tələblərinin təkcə xarici valyutada alınmış kreditlərə deyil, milli valyutada olan kredit borclarına da şamil edilə biləcəyi istisna olunmur. Fərmanda problemli kreditlərlə bağlı məsələlərin həlli ilə bağlı bütün banklara müvafiq dövlət vəsaitinin ayrılmasının qeyd edilməsinə baxmayaraq, Bankın Fərmanda qeyd edilən müddəaları nəzərə almadan yenidən hazırkı vaxta kimi mövcud borcun tələbi barədə iddia ilə məhkəməyə müraciətinin tam olaraq təmin edilməsi qanuni və ədalətli hesab edilə bilməz. Belə ki, qeyd edilən Fərmanda Banklar üçün dövlət büdcəsindən ayrılan maliyyə vəsaiti nəzərə alınaraq banklar tərəfindən kredit borcu olan şəxslərlə güzəştli şərtlərlə yeni müqavilələrin bağlanması ilə bərabər, faiz və cərimə məbləğlərinin silinməsi də qeyd edilmişdir. Bu səbəbdən məhkəmə qeyd edilən Fərmanın tələblərini nəzərə almaya bilməz. Məhkəmə qeyd edir ki, hazırkı kredit münasibəti üzrə yaranmış borcun problemli kreditə aid olunması heç bir şübhə doğurmur. Belə ki, tərəflər arasında xx.xx.2016-cı il tarixli kredit müqaviləsinə əsasən bank tərəfindən cavabdehə 36 ay müddətinə kredit verilmiş, Ölkə başçısının Fərmanının qəbul edildiyi tarixə kredit üzrə ödənişlərin 360 gündən artıq yubanması halı mövcuddur, bununla bağlı cavabdeh iddiaçı Banka kredit ödənişini apara bilmədiyini və onun borcunun hissə-hissə ödənilməsinə şərait yaradılmasını xahiş etmişdir. Undan əlavə cavabdehin digər bankda olan ABŞ dolları ilə olan kredit müqaviləsinə qeyd edilən Fərmanın tələbləri tətbiq edilsə də hazırkı kredit müqaviləsi üzrə ən azı 5 il müddətinə illik 1 % hesabı ilə güzəştlərin tətbiq edilərək yeni kredit müqaviləsinin bağlanması, faiz və cərimə borclarının silinməsi ilə bağlı güzəştlər tətbiq edilməmişdir. Məhkəmə hesab edir ki, ölkə başçısının yuxarıda qeyd edilən Fərmanı hazırkı iş üzrə cavabdehə münasibətdə milli valyutada olan kreditinin əsas məbləğinin güzəşt edilməsi qaydasını, habelə həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştləri müəyyən etdiyindən, restrukturizasiyaya təklif olunması üçün müəyyən edilmiş kredit məbləğinin restrukturizasiya olunmamasını nəzərə alaraq, iddia tələbini restrukturizasiya olunması təklif olunan əsas borc məbləği 9224,07 manat həddində təmin edilməsi qanuni və ədalətli hesab edilməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi faiz və cərimə məbləğlərinin ödənilməsi hissəsində rədd edilməlidir. Bundan başqa, məhkəmə iddia tələbinin tutmanın Cavabdeh1 məxsus olan Qəbələ rayonu, Şamlı kəndindəyerləşən 4 otaqlı, 187.1 kv.m ümumi, 13.7 kv.m yaşayış, 56.4 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evinə (0,47 ha torpaq sahəsi ilə birlikdə) yönəldilməsi, evin açıq hərracda satılması, satışından əldə olunan vəsait hesabına kredit borcunun ödənilməsi, digər cavabdehlərin həmin mənzili boşaltması, satışdan əldə olunmuş vəsait borcun ödənilməsinə kifayət etmədiyi halda qalan borc məbləğinin ümumi qaydada tutularaq ödənilməsi” hissəsinə münasibətdə məhkəmə hesab edir ki, cavabdeh müqavilə üzrə öhdəliklərini yerinə yetirmədiyindən iddaçıya borcu yaranmış və bu səbəbdən də məhkəmə hesab edir ki, iddiaçı tələbin ipoteka predmetinə yönəldilməsini tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1-ci maddəsinə əsasən, girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinə əsasən, borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. 39.3.3-cü maddəsinə əsasən, ipoteka predmetinin ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Bundan başqa, ipoteka predmeti olan daşınmaz əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi ilə bağlı məhkəmə qeyd edir ki, “X1” MMC-nin xx.xx.2021-ci il tarixli 021-22 nömrəli Daşınmaz əmlakın qiymətləndirilməsi haqqında hesabatından müəyyən edilir ki, Qəbələ rayonu, Şamlı kəndindəyerləşən 4 otaqlı, 187.1 kv.m ümumi, 13.7 kv.m yaşayış, 56.4 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evinin likvid dəyəri 39808 manat, 0,47 ha torpaq sahəsinin likvid dəyəri isə 12880 manat, "xxxx" MMC tərəfindən təqdim edilmiş fərdi yaşayış evinin qiymətləndirilməsi barədə hesabata əsasən ipoteka predmeti olan Cavabdeh1 məxsus olan Qəbələ rayonu, Şamlı kəndindəyerləşən 4 otaqlı, 187.1 kv.m ümumi, 13.7 kv.m yaşayış, 56.4 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evinə (0,47 ha torpaq sahəsi ilə birlikdə) likvid dəyəri 60000 manat müəyyən edilmişdir. Məhkəmə ipoteka predmetinin likvid dəyərinin müəyyən edilməsi ilə bağlı qiymətləndiricilərin verdikləri rəyləri nəzərdən keçirir və müəyyən edir ki, “X1” MMC-nin verdiyi rəy yaşayış evi və onun həyətyanı sahəsinə ayrılıqda qiymətləndirmiş və qiymətləndirmə tarixi daha əvvəlki tarixə təsadüf edir. Məhkəmə hesab edir ki, torpaq sahəsi fərdi yaşayış evinə məxsus olduğundan tam əmlak kimi qiymətləndirilmədiyindən onun likvid dəyəri daha az qeyd edilmiş, həmçinin rəydə qiymətləndirilmə tarixi 2021-ci il tarixə aiddir. "xxxx" MMC-nin verdiyi rəy torpaq shəsi və fərdi yaşayış evi tam əmlak olaraq qiymətləndirdiyindən və qiymətləndirmə tarixi 2022-ci il aid olduğundan məhkəmə qyd edilən rəyi daha real və ədalətli hesb edir. İddia tələbinin “satışdan əldə edilən vəsait kifayət etmədiyi təqdirdə qalan borc məbləğinin ümumi qaydada tutulması, cavabdehlərin həmin əmlaklara istifadə hüquqlarının itirilməsi və qeyd edilən fərdi yaşayış evindən çıxarılmaları, həmin əmlakın boşaldılması” hissəsinə münasibətdə qeyd edilməlidir ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 59.3-cü maddəsinə əsasən ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: 59.3.1. yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya 59.3.2. ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. “İpoteka haqqında” Qanunun 59.3-cü maddəsində qeyd edilən “ipoteka qoyanın onunla birlikdə yaşayan ailə üzvlərinin fərdi yaşayış evini tərk etməsi” şəxslərin yaşayış sahəsindən istifadə hüquqlarının itirilməsinə səbəb olacağından məhkəmə hesab edir ki, iddia tələbinin həmin hissəsinin ayrıca əsaslandırılmasına ehtiyac yoxdur. Eyni zamanda, İpoteka haqqında Qanunun 59.4-cü maddəsinə əsasən bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən və yaşayış yeri üzrə qeydiyyatdan çıxmadıqda, həmin şəxslər evdən (mənzildən) və yaşayış yeri üzrə qeydiyyatdan ayrıca məhkəmə qərarı tələb olunmadan ipoteka predmetinə tutmanın yönəldilməsi barədə icra sənədi əsasında 10 təqvim günü müddətində məcburi qaydada çıxarılırlar. Qeyd edilən norma xx.xx.2018-ci il tarixdə qeyd edilən Qanuna əlavə edildiyindən və xx.xx.2019-cu il tarixdən qüvvəyə mindiyindən və hazırkı Qanun maddi qanun olduğundan Azərbaycan Respublikası Mülki Prosessual Məcələləsinin 217.2-ci maddəsinin tələbləri baxımından həmin norma özündən əvvəlki münasibətlərə tətbiq edilə bilmədiyindən iddiaçının fərdi yaşayış evinin cavabdehlər tərəfindən boşaldılması barədə tələbi əsaslıdır. Satışdan əldə olunan vəsaitin borcun ödənilməsinə kifayət etməməsi halına dair qanunvericiliyin tənzimləməsi mövcuddur ki, hazırkı vəziyyətdə ilkin olaraq əsas borc məbləğinin borcalandan tutulması barədə qətnamə qəbul edilir. Bu tələb əsasən icra mərhələsində həll edilməli məsələ, yəni, ipotekanın predmetinin hansı qiymətə satışından asılı olduğundan və məhkəmə qətnaməsi özündə mübahisə edilən hüquq münasibətləri ilə bağlı ehtimallara deyil, mövcud vəziyyətə əsaslanmalı olduğundan məhkəmə hesab edir ki, iddia həmin hissədə rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia qismən təmin edildiyindən ödənilmiş 30 manat dövlət rüsumu və ipoteka predmetinə yönədilmə barədə bildirişin qeydə alınmasına dair cəmi 40 manat dövlət rüsumunun, cəmi 70 manat məbləğində vəsaitin 40,01 manat hissəsi Cavabdeh1 tutularaq iddiaçıya ödənilməli, 29,99 manat hissəsi iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 115.0.1-ci maddəsinə əsasən, şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. 116.2-ci maddəsinə əsasən, məhkəmənin tapşırığı ilə gördükləri işlər ekspertlərin və mütəxəssislərin xidməti vəzifəsinə aid deyildirsə, onlar gördükləri işlərin əvəzinə haqq alırlar. Ödənilən haqqın, yaşayış sahəsinin icarə haqqının məbləği məhkəmə tərəfindən işdə iştirak edən şəxslərin razılığı ilə məntiqli həddə müəyyən edilir. 117.1-ci maddəsinə əsasən, şahidlərə, ekspertlərə və mütəxəssislərə verilməli məbləği və iş üzrə digər zəruri xərcləri xahiş etmiş tərəf əvvəlcədən məhkəmənin depozit hesabına keçirir. Həmin xahişi tərəflərin hər ikisi etdikdə, yaxud şahidlərin çağırılması, ekspertlərin təyin edilməsi, mütəxəssislərin cəlb edilməsi və ödənilməli olan digər hərəkətlər məhkəmənin təşəbbüsü ilə edildikdə, tələb olunan məbləği tərəflərin hər ikisi bərabər qaydada məhkəmənin depozitinə keçirirlər. Bu səbəbdən də məhkəmə hesab edir ki, Ekspertiza tədqiqatının dəyəri olan 145 manat vəsaitin 72 manat 50 qəpik hissəsi iddiaçıdan, 72 manat 50 qəpik hissəsi Cavabdeh1 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi yanında Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Nəticəvi hissə: İddia qismən təmin edilsin. Cavabdeh1 9224,07 manat əsas borc, ödənilmiş ümumiliklə dövlət rüsumunun 40,01 manat hissəsi tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilsin. Borc məbləğinin ödənilməsi məqsədi ilə tutma Cavabdeh2 məxsus olan Qəbələ rayonu, Şamlı kəndində yerləşən 4 otaqlı, 187.1 kv.m ümumi, 13.7 kv.m yaşayış, 56.4 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evinə (0,47 ha torpaq sahəsi ilə birlikdə) yönəldilsin. İpoteka predmeti olan Cavabdeh2 məxsus olan Qəbələ rayonu, Şamlı kəndində yerləşən 4 otaqlı, 187.1 kv.m ümumi, 13.7 kv.m yaşayış, 56.4 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evinə (0,47 ha torpaq sahəsi ilə birlikdə) likvid dəyəri 60 000 manat məbləğində müəyyən edilsin və həmin əmlak açıq hərrac vasitəsi ilə satılsın. Satışdan əldə edilmiş vəsait Cavabdeh1 İddiaçı ASC-yə olan borcunun ödənilməsinə yönəldilsin. Cavabdeh5, Cavabdeh4, Cavabdeh3 oğlu, Cavabdeh6 və Cavabdeh2 Qəbələ rayonu, Şamlı kəndində yerləşən 4 otaqlı, 187.1 kv.m ümumi, 13.7 kv.m yaşayış, 56.4 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evinə (0,47 ha torpaq sahəsi ilə birlikdə) tutma yönəldildikdən və satışdan bir ay sonra həmin mənzili tərk etsinlər. Ödənilmiş dövlət rüsumunun 29,99 manat hissəsi iddiaçıya aid edilsin. İddia qalan hissələrdə rədd edilsin. Ekspertiza tədqiqatının dəyəri olan 145 manat vəsaitin 72 manat 50 qəpik hissəsi iddiaçıdan, 72 manat 50 qəpik hissəsi Cavabdeh1 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi yanında Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Mübariz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar