Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2-2(119)-22/2025 06.01.2025 Sumqayıt Kommersiya Məhkəməsi Hakim Alıyeva Həlimə Rəşid qızının sədrliyi, Bağırova Naidə Saləddin qızının katibliyi, iddiaçı Heydər Əliyev adına X4 nümayəndəsi Nümayəndə iştirakı ilə iddiaçı Heydər Əliyev adına X4 Cavabdehnə qarşı “tikilinin sökülməsi” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Heydər Əliyev adına X7 Cavabdehnə qarşı “tikilinin sökülməsi” tələbi barədə iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək Heydər Əliyev adına X6 məxsus neft məhsulu nəql olunan boru kəmərlərinin Abşeron rayonu, Güzdək qəsəbəsi ərazisindən keçən hissəsində, kəmərdən təqribən 15 metr aralı məsafədə mühafizə zonasında Cavabdeh tərəfindən 50 metr uzunluğunda, 15 metr enində kiçik ölçülü futbol və ya voleybol meydançası üçün nəzərdə tutulmuş tikilinin sökülməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Heydər Əliyev adına X6 məxsus neft məhsulu nəql olunan boru kəmərlərinin Abşeron rayonu, Güzdək qəsəbəsi ərazisindən keçən hissəsində, kəmərdən təqribən 15 metr aralı məsafədə mühafizə zonasında Cavabdeh tərəfindən 50 metr uzunluğunda, 15 metr enində kiçik ölçülü futbol və ya voleybol meydançası tikilməsi üçün nəzərdə tutulan betonlanmış ərazinin dəmir konstruksiyalardan istifadə etməklə hasara alınması aşkar edilmişdir. Mühafizə zonası daxilində aparılan işlərin qanunazidd olduğu özünü iş icraçısı kimi təqdim etmiş Qənbər adlı şəxsə izah edilmiş və görülən işlərin aparılmamasına dair ona şifahi xəbərdarlıq olunmuş, lakin həmin şəxs ərazinin Cavabdehnə aid olduğunu bildirərək işləri davam etdirəcəyini bildirmişdir. Cavabdeh tikinti apardığı ərazinin ona aid olması barədə hər hansı hüquqmüəyyənedici sənəd təqdim etməmişdir. Bu barədə 30 iyul 2022-ci il tarixdə akt tərtib edilmişdir. 06 sentyabr 2022-ci il tarixdə həmin əraziyə yenidən baxış keçirilmiş və müəyyən olunmuşdur ki, cavabdehə edilmiş şifahi xəbərdarlığa baxmayaraq tikinti işlərini tam başa çatdırmışdır. Azərbaycan Respublikası Prezidentinin 24 yanvar 2003-cü il tarixli, 844 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin nizamnaməsinə əsasən Heydər Əliyev adına X7 Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin strukturuna daxil olan hüquqi şəxs statuslu müəssisə kimi fəaliyyət göstərir. İddiaçıya məxsus neft boru kəmərinin mühafizə zonasında yerləşən torpaq sahəsi faktiki olaraq cavabdeh tərəfindən zəbt edilmişdir ki, bu da həmin kəmərə qulluq edilməsinə, onun istismar edilməsinə maneçilik yaratmaqla yanaşı insanların həyatı üçün də təhlükə yaradır. Zavodun fəaliyyətinin təmin edilməsi üçün müxtəlif istehsalat və sahələrdə ayrı-ayrı texnoloji əməliyyatlar həyata keçirildiyindən, həmin istehsalat və sahələrin bir-birindən xeyli aralı məsafədə yerləşdiyini nəzərə alaraq, aralarında boru kəmərləri çəkilmişdir. Həmçinin hazır məhsulların anbarlara yığılması üçün boru kəmərləri çəkilmişdir. Bu neft boru kəmərləri qanunvericiliyə əsasən magistral boru kəmərləri hesab olunur. Normativ sənədlərə əsasən boru kəmərinin təyinatı, diametri və kəmərdə olan təzyiqə görə boru kəmərləri ətrafında mühafizə zonası müəyyən olunmuşdur. Mühafizə zonalarının müəyyən edilməsi bir neçə amillə bağlıdır. İlk olaraq boru kəmərləri və neft məhsulları anbarları dövlət əhəmiyyətli obyektlər hesab edilir. Bu obyektlərdə hər hansı bir qəza nəticəsində yanğın və partlayış baş verdiyi halda ətrafda olan şəxslər üçün böyük təhlükə yarada bilər. Digər tərəfdən bu obyektlərin mühafizəsinin effektli təşkilinə həmin ərazidə inşa edilmiş tikililər maneçilik törədir. Bütün bunları nəzərə alaraq mühafizə zonasının mövcudluğu olduqca zəruridir. Heydər Əliyev adına X6 məxsus magistral boru kəmərlərinin mühafizə zonası yəni borulardan sağa və sola normativ sənədinə əsasən azı 50 metr olmalıdır. Heydər Əliyev adına X7 18 noyabr 2022-ci il tarixdə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, iddiaçıya məxsus Dş-300 mm-lik nafta xəttinin Abşeron rayonu, Güzdək qəsəbəsi ərazisindən keçən hissəsində, kəmərdən təqribən 15 metr aralı məsafədə mühafizə zonasında Cavabdeh tərəfindən 50 metr uzunluğunda, 15 metr enində kiçik ölçülü futbol və ya voleybol meydançası üçün nəzərdə tutulmuş tikilinin sökülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin 21 iyul 2023-cü il tarixli 2(012)-490/2023 nömrəli qətnaməsi ilə iddia təmin edilmiş, iddiaçı Heydər Əliyev adına X6 məxsus neft məhlulu nəql edən Dş-300 mm. neft boru kəmərinin mühafizə zonasının 50 metrlik məsafəsində Cavabdeh tərəfindən Abşeron rayonu, Güzdək qəsəbəsi ərazisində özbaşına (qanunsuz) tikili olan meydançanın (futbol və voleybol) cavabdehin hesabına sökülməsi qərara alınmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 26 oktyabr 2023-cü il tarixli 2(105)-1975/2023 nömrəli qərardadı ilə Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin qismən təmin edilməsi, Abşeron Rayon Məhkəməsinin 21 iyul 2023-cü il tarixli 2(012)-490/2023 nömrəli qətnaməsinin ləğv edilməsi, işin məhkəmə aidiyyəti üzrə baxılması üçün Sumqayıt Kommersiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Heydər Əliyev adına X7 05 aprel 2024-cü il tarixdə “məlumatın verilməsi haqqında” ərizə təqdim edərək bildirmişdir ki, Heydər Əliyev adına X6 məxsus neft məhsulu nəql olunan boru kəmərlərinin mühafizə zonasında xəttin Abşeron rayonu, Güzdək qəsəbəsi ərazisindən keçən hissəsində Cavabdeh tərəfindən tikilmiş 50 metr uzunluğunda, 15 metr enində kiçik ölçülü futbol və ya voleybol meydançası üçün nəzərdə tutulmuş tikilidən 15 metr aralı məsafədə 2011-ci ildə istifadəyə verilmiş Heydər Əliyev adına X3 “Azərkimya” İstehsalat Birliyinə (Sumqayıt) nafta məhsulu nəql olunan uzunluğu 54.82 km olan Dş 250 mm-lik boru xətti keçir. Heydər Əliyev adına X7 tərəfindən məhkəməyə təqdim olunmuş iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizədə yalnışlığa yol verilərək sözügedən boru xəttini ölçüsü Dş 250 mm-lik nafta əvəzinə Dş 300 mm-lik nafta xətti kimi göstərilmişdir. Məhkəmə baxış iclasında iştirak edən iddiaçı Heydər Əliyev adına X4 nümayəndəsi Nümayəndə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək iddiaçı Heydər Əliyev adına X6 məxsus neft məhlulu nəql edən Dş-250 mm-lik neft boru kəmərinin Abşeron rayonu, Güzdək qəsəbəsi ərazisindən keçən hissəsində, kəmərdən 4-9 metr məsafədə Cavabdeh tərəfindən 13 metr enində, 45 metr uzunluğunda tikilmiş tikilinin (meydançanın) cavabdehin hesabına sökülməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehnə məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməmələrinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə proses iştirakçısını dinləyib, iddia ərizəsini, iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizəni və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, iş materillarında olan: - 25 sentyabr 2020-ci il tarixli arayışdan görünür ki, Heydər Əliyev adına X3 10 saylı sahəyə (Güzdək) neft məhsulları nəql olunan Dş-500 mm. (dizel yanacağı) və Dş-300 mm. (reaktiv mühərrik yanacağı) neft boru kəmərləri 1993-cü ildə, “Azərikimya” İB-nin Etilen- Polietilen Zavoduna neft məhsulları nəql olunan Dş-200 mm (quru qaz), Dş-250 mm (nafta) neft boru kəmərləri isə 2011-ci ildə çəkilmiş və zavodun balansındadır. - Təhlükəsizlik İdarəsi 30 saylı komanda üzrə tərtib edilmiş 30 iyul 2022-ci il tarixli aktdan görünür ki, 30 iyul 2022-ci il tarixdə, saat 16:00-da 19 saylı H.Əliyev adına NEZ-ə məxsus boru kəmərləri üzrə (saat 08:00-dan 20:00-a kimi müşahidə) postun ərazisində keçirilən monitorinq zamanı Abşeron rayonu, Güzdək qəsəbəsində NEZ-ə məxsus yeraltı DŞ-200 mm-lik nafta boru kəmərindən 5-10 metr aralı məsafədə Cənnət Park” yaşayış kompleksinə məxsus köhnədən olan 50 m uzunluğunda, 15 m enində olan betonun 4 tərəfindən hündür dəmir konstruksiyalardan istifadə etməklə metal tordan çəpərə alınması aşkar olunmuşdur. Cavabdeh yaşayış kompleksində müdir vəzifəsində çalışan, özünün bildirdiyinə görə Qənbər adlı şəxsə aparılan tikinti işlərinin mühafizə ərazisinə düşdüyü üçün qanunazidd olduğu bildirilərək (şəxsiyyət vəsiqəsini təqdim etmədiyindən yazılı xəbərdarlıq etmək mümkün olmamışdır) şifahi xəbərdarlıq olunmuşdur. Lakin Qənbər adlı şəxs sözügedən ərazinin Cavabdeh yaşayış kompleksinə aid olduğunu və orada olan bir neçə yaşayış binalarını da göstərərək ərazinin onlara aid olduğunu qeyd edərək tikintini dayandırmayacağını bildirmişdir. Qənbər adlı şəxs Cavabdeh yaşayış kompleksinə aid heç bir rəsmi sənəd təqdim etməmişdir. Tikinti barədə NEZ-in MP-nin rəis müavini R.Nəcəfova məlumat verilmiş, o da öz növbəsində, sənədləşdirmə aparılacağını və müvafiq tədbir görüləcəyini bildirmişdir. Faktla bağlı 16 saylı sahəsinin rəisi A.Əsədova və TİXTŞ-nin növbə rəisinə məlumat verilmişdir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası mərkəzinin 05 iyun 2023-cü il tarixli, 10/789 saylı rəyində göstərilir ki, cavabdeh tərəfindən inşa olunduğu iddia olunan meydançanın NEZ-ə məxsus Dş-300 mm-lik neft boru kəmərindən 15 metr məsafədə yerləşdiyini nəzərə alaraq, həmin təqdim olunmuş meydançanın Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2004-cü il tarixli, 167 saylı qərarı ilə təsdiq edilmiş “İstismar olunan ixrac neft boru kəmərlərinin “Mühafizə Zonası”nın müəyyənləşdirilməsi Qaydaları”nın 4-cü bəndi ilə müəyyən edilmiş 50 metrlik mühafizə zolağının daxilinə düşdüyü müəyyən olundu. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası mərkəzinin 23 noyabr 2024-cü il tarixli, 10/2823 saylı rəyində göstərilir ki, cavabdeh tərəfindən inşa olunduğu iddia olunan meydançanın NEZ-ə məxsus Dş-250 mm-lik neft boru kəmərindən 4-9 metr məsafədə yerləşdiyi nəzərə alaraq, həmin təqdim olunmuş meydançanın bütövlükdə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 noyabr 2004-cü il tarixli 167 nömrəli qərarı ilə təsdiq edilmiş “İstismar olunan ixrac neft boru kəmərlərinin “Mühafizə Zonasının müəyyənləşdirilməsi Qaydaları”nın 4-cü bəndi ilə müəyyən edilmiş 50 metrlik mühafizə zolağının daxilinə düşdüyü aşkar olunmuşdur. Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən cavabdeh tərəfindən inşa olunduğu iddia olunan meydançanın Azərbaycan Respublikasının Daşınmaz Əmlakının Dövlət Reyestrindən MH seriyalı ******* nömrəli çıxarışa əsasən X2 məxsus 7 ha torpaq sahəsinin sərhədlərindən kənarda yerləşdiyi müəyyən edilmişdir. Habelə rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən cavabdeh tərəfindən inşa olunduğu iddia olunan meydançanın Heydər Əliyev adına X6 məxsus Dş-250 mm-lik nafta xəttinin Abşeron rayonu, Güzdək qəsəbəsi ərazisindən keçən hissəsinin çəkilməsindən sonra inşa edildiyi müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. - 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. - 180.2-ci maddəsinə əsasən özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək- onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. - 180.3-cü maddəsinə əsasən özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. - 180.4-cü maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin: - 22.2-ci maddəsinə əsasən əhalinin təhlükəsizliyinin təmin olunması, sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı obyektlərin istismarına lazımi şərait yaradılması üçün onların ətrafında xüsusi (qoruyucu, sanitariya və s.) hüquqi rejimli mühafizə zonaları yaradılır. - 22.5-ci maddəsinə əsasən sənaye, nəqliyyat, rabitə və digər təyinatlı torpaqların istifadəsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir, xüsusi hüquqi rejimli zonalarının müəyyənləşdirilməsi qaydaları isə müvafiq normativ aktlarla tənzimlənir. - 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. 03 yanvar 2003-cü il tarixli 2951 nömrəli “Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik” Qaydalarının 6.7-ci bəndinə əsasən boru kəmərlərinin mühafizə zonasında onu istismar edən hüquqi və fiziki şəxslər magistral boru kəmərləri idarəsi və onun yerli orqanlarının yazılı razılığı olmadan aşağıda göstərilən işlərin aparılması qadağandır: a) hər hansı tikinti və quraşdırma işləri; b) bütün növ kol və ağacların basdırılması, yem məhsullarının, gübrə və materialların yığılması, ot və samanların tayaya vurulması, heyvan saxlamaq, balıq yetişdirmək üçün yerlərin ayrılması, balıq və su heyvanlarının tutmaq, bitkiləri yığmaq, buz sındırılması və yığılması; c) boru kəmərlərinin üstündən və yanından keçidlərin düzəldilməsi, avtomobil və digər nəqliyyat vasitələri, traktor və mexanizmlər üçün dayanacaqların təşkili, kollektiv bağ və bostan salınması; ç) torpaq meliorasiya işlərinin aparılması, suvarma və qurutma sistemlərinin quraşdırılması; d) hər növ dağ, quraşdırma, partlayış və torpaq səthinin düzləndirmə işləri; e) quyuların quraşdırılması, şurf açılması və yerin təkindən nümunə götürülməsi məqsədi ilə geolociseysmik, geodeziya və başqa axtarış işləri. Boru kəmərlərinin mühafizə zonasında iş aparılmasına, yazılı şəkildə icazə almış hüquqi və fiziki şəxslər, boru kəmərinin mühafizəsini təmin edən şərtlərə əməl etməyə borcludurlar. Boru kəmərlərinin mühafizə zonasında iş aparılması şərtləri magistral boru kəmərlərini istismar edən təşkilatın yerli orqanları tərəfindən təyin edilir və müvafiq yerli icra hakimiyyəti və Dövdağtexnəzarət Komitəsi orqanları ilə razılaşdırıldıqdan sonra həyata keçirilir. Boru kəmərlərinin mühafizə zonalarında partlayış işlərinin aparılmasına yazılı icazə, ancaq Dövdağtexnəzarət Komitəsi tərəfindən təsdiq edilmiş partlayış işlərinin təhlükəsiz aparılmasının vahid qaydalarına uyğun olaraq həmin işləri aparan müəssisə (təşkilat) tərəfindən tələb olunan materiallar təqdim edildikdən sonra verilməlidir. Beləliklə, işin faktiki halları ilə müəyyən olunur ki, Heydər Əliyev adına X6 məxsus neft məhsulu nəql olunan Dş-250 mm-lik neft boru kəmərinin Abşeron rayonu, Güzdək qəsəbəsi ərazisindən keçən hissəsində, kəmərdən 4-9 metr məsafədə Cavabdeh tərəfindən 13 metr enində, 45 metr uzunluğunda dəmir-beton konstruksiyadan hazırlanmış meydança olduğu aşkar edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası mərkəzinin 23 noyabr 2024-cü il tarixli, 10/2823 saylı rəyində göstərilir ki, həmin meydançanın Heydər Əliyev adına X6 məxsus Dş-250 mm-lik neft boru kəmərindən 4-9 metr məsafədə yerləşdiyi nəzərə alınaraq, sözügedən meydançanın bütövlükdə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 noyabr 2004-cü il tarixli 167 nömrəli qərarı ilə təsdiq edilmiş “İstismar olunan ixrac neft boru kəmərlərinin “Mühafizə Zonasının müəyyənləşdirilməsi Qaydaları”nın 4-cü bəndi ilə müəyyən edilmiş 50 metrlik mühafizə zolağının daxilinə düşdüyü, eyni zamanda meydançanın Heydər Əliyev adına X6 məxsus Dş-250 mm-lik nafta xəttinin Abşeron rayonu, Güzdək qəsəbəsi ərazisindən keçən hissəsinin çəkilməsindən sonra inşa edildiyi müəyyən olunur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi qanuni və əsaslı olduğundan təmin edilməli, iddiaçı Heydər Əliyev adına X6 məxsus neft məhlulu nəql edən Dş-250 mm-lik neft boru kəmərinin Abşeron rayonu, Güzdək qəsəbəsi ərazisindən keçən hissəsində, kəmərdən 4-9 metr məsafədə Cavabdeh tərəfindən inşa edilmiş 13 metr enində, 45 metr uzunluğunda tikili (meydança) Cavabdeh hesabına sökülməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. - 119.1 -ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyindən iş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 150 (yüz əlli) manat məbləğində pul vəsaiti Cavabdehndən tutularaq X1 ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.2- ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. - 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. İddiaçı Heydər Əliyev adına X6 məxsus neft məhlulu nəql edən Dş-250 mm-lik neft boru kəmərinin Abşeron rayonu, Güzdək qəsəbəsi ərazisindən keçən hissəsində, kəmərdən 4-9 metr məsafədə Cavabdeh tərəfindən inşa edilmiş 13 metr enində, 45 metr uzunluğunda tikili (meydança) Cavabdeh hesabına sökülsün. İş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 150 (yüz əlli) manat məbləğində pul vəsaiti cavabdеh Cavabdehndən tutularaq X1 ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Həlimə Alıyeva
Məhkəmə qərarları › İş №2-2(119)-22/2025
Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №2-2(119)-22/2025
06.01.2025 · Sair işlər - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver