Məhkəmə qərarları › İş №2-2(119)-548/2021

Sumqayıt Kommersiya Məhkəməsi Qərardad — İş №2-2(119)-548/2021

14.06.2021 · Sair işlər - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-2(119)-548/2021 14.06.2021 SUMQAYIT KOMMERSİYA MƏHKƏMƏSİ Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Məmmədov Zahid Tahir oğlu, Abdulrəhimov Kamran Hüseyn oğlunun katibliyi ilə, İddiaçı cavadeh Cavabdeh qarşı qanunsuz tikilinin sökülməsi tələbinə dair iddiası üzrə işə Sumqayıt Kommersiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: İddiaçı cavadehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək mühafizə zolağında qanunsuz olaraq tikilmiş hasarın sökülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qeyd edilən iş Sumqayıt Kommersiya Məhkəməsinin icraatında olan zaman iddiaçının nümayəndəsi X1 məhkəməyə 24.05.2021-ci il tarixdə daxil olmuş ərizəsində Cavabdeh ərizə ilə “İddiaçı" İB-nə müraciət edərək mübahisəli qaz kəmərinin öz vəsaiti hesabına çıxarılmasını xahiş etdiyini və “İddiaçı" Layihə İnşaat QSC tərəfindən həmin xətt cavabdehin vəsaiti hesabına ərazidən çıxarıldığını bildirmiş, iddiaçı tərəfindən qaldırılan iddia tələbi icra olunduğundan (Cavabdeh tərəfindən qaz xəttini öz vəsaiti hesabına çıxarıldığından) MPM-nin 259-cu maddəsinin tələblərinə uyğun olaraq (ərizənin baxılmamış saxlanması) iddiaçı “İddiaçı" İB-nin Cavabdeh qarşı mühafizə zolağında qanunsuz tikilmiş yanacaqdoldurma məntəqəsinin sökülməsinə dair iddia ərizəsinin geri qaytarılmasını və Qusar rayon Məhkəməsi tərəfindən təyin edilmiş ekspertizanın xərclərini cavabdehə aid edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması barədə ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə iddia ərizəsi baxılmamış saxlanılır. Həmin Məcəlləsinın 260.3-cü maddəsinə əsasən, iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardadında işdə iştirak edən şəxslərin arasında məhkəmə xərclərinin bölünməsi, büdcədən dövlət rüsumunun qaytarılması məsələləri həll edilə bilər. Məhkəmə hesab edir ki, iddiaçının nümayəndəsinin iddia ərizəsinin geri qaytarılması barədə ərizəsi nəzərə alınaraq Mülki-Prosessual Məcəllənin 259.0.11-ci maddəsinə uyğun olaraq İddiaçı cavadeh Cavabdeh qarşı qanunsuz tikilinin sökülməsi tələbi barədə iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, cavabdeh məhkəmə iclasında iştirak etməmiş, işin mahiyyəti üzrə həll olunmasını tələb etməmişdir. Eyni zamanda məhkəmə hesab edir ki, iş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının dəyəri olan 160 manat (o cümlədən ekspertiza tədqiqatının dəyəri 100 (yüz) manat və mütəxəssis rəyinin verilməsinə dair xərc 60 (altmış) manat) İddiaçıdən tutulmalıdır. Belə ki, iş materiallarından göründüyü kimi qeyd edilən ekspertiza iddiaçının vəsatəti əsasında təyin edilmiş, hal-hazırda isə iddiaçı özü iddia ərizəsnin geri qaytarılması barədə ərizə təqdim edərək onun baxılmamış saxlanılmasını xahiş etmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259-260, 263-264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA A L D İ: İddiaçı cavadeh Cavabdeh qarşı qanunsuz tikilinin sökülməsi tələbi barədə iddia ərizəsi baxılmamış saxlanılsın. İş iş üzrə 160 (bir yüz altmış) manat təşkil edən ekspertiza xərcləri İddiaçındən tutularaq 100 (bir yüz) manat Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, Hesab-AZ34CTRE********************, büdcə təsnifatının kodu-142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı, X2, Kodu-210005, VÖEN **********, Müxbir hesabAZ41NABZ013601**********3944, SWİFT BİK-CTREAZ22), 60 (altmış) manat isə Kadastr və Yerquruluğu Lahiyə-Təhqiqaq Mərkəzi MMC-nin hesabına (VÖEN **********, Hesab N:AZ23AİİB********************, Kapital Bankın 1 saylı Xətai Filialı, Kod:200071 VÖEN (BANK) **********, Müxbir hesab: AZ37NABZ0135001**********1944, SWİFT: ALİİBAZ2X) keçirilsin. Qərardaddan 10 gün müddətində Sumqayıt Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Zahid Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar