Məhkəmə qərarları › İş №2-2(119)-72/2020

Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №2-2(119)-72/2020

11.02.2020 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2-2(119)-72/2020 11.02.2020 SUMQAYIT KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Tağıyev Xəqani Qəhrəman oğlunun sədrliyi, X8 qızının katibliyi ilə, İddiaçı Vafəddin oğlunun nümayəndəsi və vəkili X3, Cavabdeh “Cavabdeh3" QSC X9 Təşkilatının nümayəndəsi X1, Cavabdeh "Cavabdeh2" MMC-nin nümayəndəsi X2 iştirakı ilə İddiaçı cavabdehlər “X6 İnvestisiya Korporasiyası” ASC-yə, Cavabdeh2 MMC-yə, Cavabdeh3 QSC BOKT-a, Cavabdeh4nə, müstəqil tələb irəli sürməyən üçüncü şəxs “xxxx” ASC-yə qarşı mülkiyyət sənədlərinin etibarsızlığı və digər tələbləri barədə iddia ərizəsinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər “X6 İnvestisiya Korporasiyası” ASC-yə, Cavabdeh2 MMC-yə, Cavabdeh3 QSC BOKT-a, Cavabdeh4nə, müstəqil tələb irəli sürməyən üçüncü şəxs “xxxx” ASC-yə qarşı mülkiyyət sənədlərinin etibarsızlığı və digər tələblər barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, xx.xx.2014-cü il tarixində o, “X6 İnvestisiya Korporasiyası” ASC ilə 00028 saylı alqı-satqı müqaviləsi bağlayaraq “Abşeron Gənclər şəhərciyi” yaşayış kompleksi, bina 1, blok 84-dəki 232 kv.m qeyri-yaşayış sahəsini almış və müqavilədə nəzərdə tutulan 278.400 manat məbləğinin 83.600 manatını nəğd, 194.800 manatını xxxxndan götürdüyü kredit vasitəsi ilə xxxxnda “X6 İnvestisiya Korporasiyası” ASC-nin hesabına ödəmişdir. Pulun ödənilməsi barədə iddiaçıya müvafiq qəbz və borcunun olmaması barədə müvafiq arayış verilmiş, eyni zamanda “X6 İnvestisiya Korporasiyası” ASC-nin 4 əməkdaşının iştirakı ilə qeyri-yaşayış sahəsi ona təhvil verilərək akt tərtib olunmuşdur. Həmin qeyri-yaşayış sahəsi 2014-cü ilin dekabr ayından iddiaçının istifadəsindədir. Qeyri-yaşayış sahəsinin təmirinə 100.000 manatdan artıq vəsait sərf etmişdir. 2019-cu ilin avqust ayının əvvəllərində iddiaçıya məlum olmuşdur ki, “X6 İnvestisiya Korporasiyası” ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağının xx xxxxxxxx 2016-cı il tarixli, NK-15/16 saylı protokoluna əsasən “X6 İnvestisiya Korporasiyası” ASC-nin Cavabdeh2 MMC-də 22.536.350 manat məbləğində 22.536.350 payının bir hissəsinin -13.548.387 payının 42.000.000 manata Cavabdeh2 MMC-yə satılmasına razılıq verməsi qərara alınmışdır. xx xxxxxxxx 2016-cı il və xx xxxxxx 2016-cı il tarixli müəssisədəki payın alqı-satqı müqavilələrinə əsasən isə “X6 İnvestisiya Korporasiyası” ASC nizamnamə kapitalında özünə məxsus olan 22.536.350 manat dəyərində olan 22.536.350 payından 13.548.387 payını 42.000.000 manata Cavabdeh2 MMC-yə satmışdır. Beləliklə, “X6 İnvestisiya Korporasiyası” ASC xx xxxxxx 2014-cü il tarixli müqavilə əsasında İddiaçı satdığı Abşeron rayonu, Xırdalan şəhəri, Bakı-Sumqayıt şossesi 7-ci kilometr, “ünvan 3 blok 84-də yerləşən, 228,7 kv.m qeyri-yaşayış sahəsini yenidən Cavabdeh2 MMC-yə satmışdır. İddiaçıya məlum olmuşdur ki, “X6 İnvestisiya Korporasiyası” ASC Cavabdeh4 4 saylı Ərazi İdarəsinin rəisi cənab Alıcı Dilavərova xxxx/1316 saylı, xx xxx 2015-ci il tarixli məktubla müraciət edərək, “X6 İnvestisiya Korporasiyası” ASC-yə məxsus Abşeron rayonu, Xırdalan şəhəri, Bakı-Sumqayıt şossesi 7-ci kilometr, “ünvan 3 blok 84-də yerləşən, 228,7 kv.m qeyri-yaşayış sahəsinə dair “X6 İnvestisiya Korporasiyası” ASC-nin adına verilmiş 512 inventar nömrəli. xx.xx.2015-ci il tarixli texniki pasportun Cavabdeh2 MMC-nin adına rəsmiləşdirilərək texniki pasportun və çıxarışın verilməsi məsələsində köməklik göstərilməsini xahiş etmişdir. Həmin məktub əsasında Abşeron rayonu, Xırdalan şəhəri, Bakı-Sumqayıt şossesi 7-ci kilometr, “Abşeron Gənclər şəhərciyi” yaşayış kompleksi bina 21, blok 84-də yerləşən 228,7 kv.m qeyriyaşayış sahəsi Cavabdeh2 MMC-nin adına mülkiyyət kimi qeydiyyata alınmış və Cavabdeh2 MMC-yə xx.xx.2015-ci ildə tərtib olunmuş texniki pasport (inventar nömrəsi 912, reyestr nömrəsi **********18-05371-083003) və RX-seriyalı ******* saylı çıxarış verilmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(82)-1098/2017 saylı, xx xxxxxx 2017-ci il tarixli qətnaməsinə əsasən isə Abşeron rayonu, Xırdalan şəhəri, Bakı-Sumqayıt şossesi 7-ci kilometr, “Abşeron Gənclər şəhərciyi” yaşayış kompleksi bina 21, blok 84, 228,7 kv.m qeyri-yaşayış sahəsinə Cavabdeh2 MMC-nin Cavabdeh3 QSC BOKT-a olan borcu yönəldilərək, Cavabdeh2 MMC-nin həmin əmlak üzərində mülkiyyət hüququna xitam verilmiş, sözügedən əmlak üzərində Cavabdeh3 QSC BOKT-un mülkiyyət hüququ tanınmış, əmlak üzərində mülkiyyət hüququnun qeydiyyata alınması vəzifəsi Azərbaycan Respublikası ƏDMK yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinə həvalə olunmuşdur. İddiaçı hesab edir ki, xx.xx.2014-cü il tarixli alqı-satqı müqaviləsi və müqavilə ilə bağlı sənədlərdə düzəlişin edilməsi ona görə zəruridir ki, xx.xx.2014-cü il tarixdə iddiaçı ilə “X6 İnvestisiya Korporasiyası” ASC arasında bağlanan 00028 saylı alqı-satqı müqaviləsində ona verilən qeyri-yaşayış sahəsinin ünvanı Abşeron rayonu, Xırdalan şəhəri, Bakı-Sumqayıt şossesi 7-ci kilometr, “Abşeron Gənclər şəhərciyi” yaşayış kompleksi bina 1, blok 84-də yerləşən qeyri-yaşayış sahəsinin ölçüsü 232 kv.m göstərilmişdir. Həmin əmlak üzərində Cavabdeh3 QSC BOKT-un mülkiyyət hüququnun tanınması ilə bağlı 2 saylı Bakı İnzibati-İqtisdi Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli qətnaməsində və Azərbaycan Respublikası ƏDMK yanında DƏDR-nin reyestrdə apardığı qeydiyyat və çıxarışlarda isə həmin qeyri-yaşayış sahəsinin ünvanı Abşeron rayonu, Xırdalan şəhəri, Bakı-Sumqayıt şossesi 7-ci kilometr, “Abşeron Gənclər şəhərciyi” yaşayış kompleksi bina 21, blok 84-də yerləşən qeyri-yaşayış sahəsinin ölçüsü 228,7 kv.m qeyd olunmuşdur. İlk baxışda bina nömrələrinin müxtəlifliyi müqavilə üzrə iddiaçıya verilən qeyriyaşayış sahəsi ilə iddia etdiyi qeyri-yaşayış sahəsinin müxtəlif binalarda yerləşməsi görüntüsü yaratsa da, əsl həqiqət belə deyildir və bunlarla sübuta yetirilir: iddiaçı alqı-satqı müqaviləsi bağlayarkən məhz hazırda 21-ci binanın 84-cü blokundakı qeyri-yaşayış sahəsini seçib onu almaq barədə müqavilə bağlamışdır. Lakin həmin vaxt binanın nömrəsinin “1” və ya “21” olması barədə məlumatı olmamış, müqaviləni “X6 İnvestisiya Korporasiyası” ASC-nin əməkdaşları tərtib etmiş, müqavilədə binanın nömrəsini “1” kimi qeyd etmişdir. Hazırkı vəziyyətdə “1” saylı binada 84 saylı blok yoxdur və 84 saylı blok “21” saylı binadadır. Eyni zamanda, kompleksdə yalnız 1 ədəd “84” saylı blok vardır və həmin blokdakı qeyri-yaşayış sahəsi iddiaçının istifadəsindədir. “X6 İnvestisiya Korporasiyası” ASC-nin vəzifəli şəxsləri - Muhammet Atalay, Elşən Fətəliyev, İlham Hüseynov və Zarina Ramazanova tərəfindən imzalanmış, qeyri-yaşayış sahəsinin iddiaçıya təhvil verilməsi barədə aktda təhvil verilən sahənin ünvanı Abşeron rayonu, Xırdalan şəhəri, Bakı-Sumqayıt şossesi 7-ci kilometr, Abşeron Gənclər şəhərciyi” yaşayış kompleksi, bina 1, blok 84 göstərilsə də, iddiaçıya 21-ci binanın 84-cü blokunda yerləşən qeyri-yaşayış sahəsi təhvil verilmişdir və onun istifadəsindədir. İddiaçı 2014-cü ildən həmin sahədən istifadəyə görə kommunal xərcləri ödəyir. O, “X6 İnvestisiya Korporasiyası” ASC ilə xx xxxxxx 2014-cü il tarixli alqı-satqı müqaviləsini bağlayaraq, müqavilədə nəzərdə tutulmuş 278.400 manat məbləğini ödədikdən sonra Abşeron rayonu, Xırdalan şəhəri, Bakı-Sumqayıt şossesi 7-ci kilometr, “ünvan 3 blok 84-də yerləşən qeyri-yaşayış sahəsinə istifadə və sahiblik hüququnu əldə etmişdir. Lakin, alqı-satqı müqaviləsi bağlanan zaman qeyri-yaşayış sahəsinin yerləşdiyi binanın istismara qəbulu ilə bağlı sənədləşmələr “X6 İnvestisiya Korporasiyası” ASC tərəfindən başa çatdırılmadığına görə o, daşınmaz əmlakın dövlət reyestrində öz hüquqlarını qeydiyyata aldıra bilməmişdir. “X6 İnvestisiya Korporasiyası” ASC ilə xx xxxxxx 2014-cü il tarixli alqı-satqı müqaviləsini bağladıqdan sonra onun aldığı qeyri-yaşayış sahəsinin dəyərini ödəmək vəzifəsi və əmlakı almaq hüququ yaranmışdır. O, öz vəzifəsini həmin gün yerinə yetirib əmlakın dəyərini ödəyərək, əmlakı almışdır. Həmin müqaviləyə əsasən “X6 İnvestisiya Korporasiyası” ASC-nin həmin əmlakı ona təhvil vermək, həmin əmlakla bağlı digər sərəncamlar verməmək vəzifəsi və əmlakın dəyərini almaq hüququ yaranmışdır. “X6 İnvestisiya Korporasiyası” ASC əmlakın dəyərini almış, əmlakı faktiki iddiaçıya təhvil vermiş, lakin həmin əmlakla bağlı digər sərəncamlar verməmək vəzifəsini yerinə yetirməyərək, iddiaçıya satılmış qeyri-yaşayış sahəsini yenidən Cavabdeh2 MMC-yə satmışdır. “X6 İnvestisiya Korporasiyası” ASC-nin rəsmi şəxsləri xx xxxxxx 2014-cü il tarixdə mübahisəli qeyri-yaşayış sahəsini ona 278.400 manata satıb pulu aldıqdan sonra həmin qeyri-yaşayış sahəsini yenidən Cavabdeh2 MMC-yə satmaqla ona maddi və mənəvi ziyan vurmuşlar. Belə ki, iddiaçıya satılan qeyriyaşayış sahəsinin ölçüsü 228,7 kv.m olduğu halda, “X6 İnvestisiya Korporasiyası” ASC xx xxxxxx 2014-cü il tarixli müqavilədə bu rəqəmi 3,3 kv.m artıq göstərmiş və artıq göstərilən 3,3 kv.m sahəyə görə ondan 3960 manat artıq pul almışdır. Bundan əlavə, iddiaçı “X6 İnvestisiya Korporasiyası” ASC-yə ödədiyi pulun 194.800 manatını xxxxndan 10 faizlə 10 il müddətinə götürüb və 3960 manata görə Banka 2320 manat faiz pulu ödəyib. “X6 İnvestisiya Korporasiyası” ASC-nin təqsiri üzündən ona və Banka əlavə pul ödəyib. Bundan başqa, hazırkı iddianı qaldırmaq üçün müvafiq xərclər çəkib. Hələlik məruz qaldığı maddi ziyan 7324 manat təşkil edir. “X6 İnvestisiya Korporasiyası” ASC dəyərini ödəyib aldığı əmlakın başqasına satılması, hazırda Cavabdeh3 QSC BOKT-nın əmlak üzrəində mülkiyyət hüququnun qeydiyyata alınması onu sarsıtmış, mənəvi iztirab vermiş, məhkəmələrə müraciət etmək məcburiyyətində qalmış, yay tətilini planlaşdırmaq imkanından məhrum olmuşdur. Bütün bunlarla bağlı çəkdiyi mənəvi əzabın əvəzi olaraq, hesab edir ki, “X6 İnvestisiya Korporasiyası” ASC tərəfindən ona 10.000 manat pul ödənilməlidir. Göstərilənləri nəzərə alaraq, iddiaçı məhkəmədən onunla “X6 İnvestisiya Korporasiyası” ASC arasına bağlanmış 00028 saylı, xx xxxxxx 2014-cü il tarixli alqı-satqı müqaviləsi ilə bağlı sənədlərdə İddiaçı satılmış qeyri-yaşayış sahəsinin ünvanının “Abşeron rayonu, Xırdalan şəhəri, Bakı-Sumqayıt şossesi 7-ci kilometr, “ünvan 3 blok 84”, qeyri-yaşayış sahəsinin ölçüsünün 228,7 kv.m olması barədə düzəlişin edilməsi; “X6 İnvestisiya Korporasiyası” ASC ilə Cavabdeh2 MMC arasında bağlanmış xx.xx.2016-cı il tarixli və xx.xx.2016-cı il tarixli müəssisədəki payın alqı-atqı müqavilələrinin Abşeron rayonu, Xırdalan şəhəri, Bakı-Sumqayıt şossesi 7-ci kilometr, “Abşeron Gənclər şəhərciyi” yaşayış kompleksi bina 21, blok 84-də yerləşən, 228,7 kv.m qeyri-yaşayış sahəsinə aid hissəsinin və “X6 İnvestisiya Korporasiyası” ASC-nin Cavabdeh4 4 saylı Ərazi İdarəsinin rəisi cənab Alıcı Dilavərova ünvanladığı xx-xx/1316 saylı, xx xxx 2015-ci il tarixli məktubun etibarsız hesab edilməsi; “X6 İnvestisiya Korporasiyası” ASC-dən maddi ziyanın əvəzi kimi 7324 manat, mənəvi ziyanın əvəzi kimi 10.000 manat tutularaq, İddiaçı ödənilməsi; Cavabdeh4 Bakı şəhər Ərazi İdarəsi tərəfindən Daşınmaz Əmlakın Dövlət Reyestrində Abşeron rayonu, Xırdalan şəhəri, Bakı-Sumqayıt şossesi 7-ci kilometr, “Abşeron Gənclər şəhərciyi” yaşayış kompleksi bina 21, blok 84-də yerləşən, 228,7 kv.m qeyri-yaşayış sahəsinə dair Cavabdeh2 MMC-nin mülkiyyət hüququna aid qeydiyyat və həmin qeydiyyat əsasında verilmş RX-seriyalı, ******* saylı çıxarışın ləğv edilməsi; Cavabdeh4 tərəfindən Daşınmaz Əmlakın Dövlət Reyestrində Abşeron rayonu, Xırdalan şəhəri, Bakı-Sumqayıt şossesi 7-ci kilometr, “ünvan 3 blok 84-də yerləşən, 228,7 kv.m qeyri-yaşayış sahəsinə dair Cavabdeh3 QSC BOKT mülkiyyət hüququna aid qeydiyyat və həmin qeydiyyat əsasında verilmş RX-seriyalı,1315714 saylı çıxarışda “hüququ rəsmiləşdirilən şəxs” və “hüquq sahibin adı” qrafalarında dəyişiklik edilərək, Cavabdeh3 QSC BOKTəvəzinə İddiaçı adının qeyd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sonra İddiaçı məhkəməyə iddia tələbinin həcminin azaldılması barədə ərizə verərək, iddia tələbinin həcmini “X6 İnvestisiya Korporasiyası” ASC-dənmaddi ziyanın əvəzi kimi 7324 manat, mənəvi ziyanın əvəzi kimi 10.000 manat tutularaq, İddiaçı ödənilməsi hissəsində azaltdığını bildirmişdir. Məhkəmədə iddiaçının nümayəndəsi və vəkili Elxan Quliyev iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmədə cavabdeh "Cavabdeh2" MMC-nin nümayəndəsi Sərvinaz Mirzəyeva izahat verərək bildirmişdir ki, "Cavabdeh2" MMC tərəfindən “Cavabdeh3" BOKT QSC-yə borc əvəzində təqdim edilən əmlakların siyahısına Abşeron rayonu, Xırdalan şəhəri, Bakı- Sumqayıt şossesi, 7-ci km, “ünvan 3 (blok 84) ünvanında yerləşən 228,7 kv.m olan qeyriyaşayış sahəsi texniki səhv nəticəsində daxil edilmişdir. Həmin qeyri-yaşayış sahəsinin dəyəri 569 869,69 manat təşkil edir ki, bu da "Cavabdeh2" MMC tərəfindən “Cavabdeh3" QSC BOKT-a artıq təhvil verilmiş 3 007 714,9 manat məbləğindəki əmlakın tərkibinə səhvən təqdim edilib. S.Mirzəyeva qeyd olunanları nəzərə alaraq, məhkəmədən İddiaçı iddiasının təmin olunmasını xahiş etmiş və bu barədə yazılı ərizə təqdim etmişdir. Məhkəmədə cavabdeh “Cavabdeh3" QSC BOKT-nın nümayəndəsi Vüsal Əliyev iddianı Cavabdeh3 QSC BOKT-a aid olan hissədə qəbul etdiklərini bildirmiş, bu barədə məhkəməyə yazılı ərizə təqdim etmişdir. Cavabdeh “X6 İnvestisiya Korporasiyası” ASC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, lakin məhkəməyə yazılı ərizə təqdim edərək, iddianın təmin olunmasını məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. Digər Cavabdeh4nə məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə AR MPM-nin 185.5-ci maddəsinə əsasən, cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs “xxxx” məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə AR MPM-nin 185.5-ci maddəsinə əsasən, onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə gəlmiş tərəfləri dinləyib, cavabdehlərin ərizələrini nəzərə alıb, iş materiallarını və təqdim edilmiş sübutları araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia təmin olunmalıdır. Belə ki, iş materiallarında olan xx.xx.2014-cü il tarixli, 00028 nömrəli alqı-satqı müqaviləsinin təsdiq olunmuş surətindən görünür ki, “X6 İnvestisiya Korporasiyası” ASC Abşeron rayonu, Xırdalan qəs. Sumqayıt şossesi 7 km saylı məhəllə, bina 1 blok 84, 1-6cı sütunlararası (AC), 74 saylı ümumi sahəsi 232 kv.m olan qeyri-yaşayış sahəsini 278.400 manata İddiaçı satmışdır. İş materiallarında olan xx.xx.2014-cü il tarixli, 1-xx-xx-2014-AKK nömrəli Kredit müqaviləsinin təsdiq olunmuş surətindən görünür ki, “xxxx” İddiaçı 120 ay müddətinə illik 10% olmaqla 194.800 manat məbləğində kredit vermişdir. İş materiallarında olan xx.xx.2014-cü il tarixli mədaxil qəbzinin təsdiq olunmuş surətindən görünür ki, həmin tarixdə İddiaçı tərəfindən “X6 İnvestisiya Korporasiyası” ASC-nin hesabına 278.400 manat pul ödənilmişdir. İş materiallarında olan 9581 nömrəli, xx.xx.2014-cü il tarixli maliyyə arayışının təsdiq olunmuş surətindən görünür ki, İddiaçı Abşeron rayonu, Xırdalan qəs. Sumqayıt şossesi 7 km saylı məhəllə, bina 1 blok 84, 1-6-cı sütunlararası (AC), 74 saylı ümumi sahəsi 232 kv.m olan qeyri-yaşayış sahəsinə dair “X6 İnvestisiya Korporasiyası” ASC-yə heç bir borcu yoxdur. İş materiallarında olan xx.xx.2014-cü il tarixli aktdan görünür ki, “X6 İnvestisiya Korporasiyası” ASC-nin əməkdaşlarının iştirakı ilə Abşeron rayonu, Xırdalan qəs. Sumqayıt şossesi 7 km saylı məhəllə, bina 1 blok 84, 1-6-cı sütunlararası (AC), 74 saylı ümumi sahəsi 232 kv.m olan qeyri-yaşayış sahəsi İddiaçı təhvil verilmişdir. İş materiallarına əlavə olunmuş “X6 İnvestisiya Korporasiyası” ASC-nin Cavabdeh4 4 saylı Ərazi İdarəsinin rəisi cənab Alıcı Dilavərova ünvanladığı xx-xx/1316 saylı, xx xxx 2015-ci il tarixli məktubdan görünür ki, “X6 İnvestisiya Korporasiyası” ASC Abşeron rayonu, Xırdalan şəhəri, Bakı-Sumqayıt şossesi 7-ci kilometr, “Abşeron Gənclər şəhərciyi” yaşayış kompleksi bina 21, blok 84-də yerləşən, 228,7 kv.m qeyri-yaşayış sahəsinin "Cavabdeh2" MMC-nin adına rəsmiləşdirilərək müvafiq texniki pasportun və çıxarışın verilməsini xahiş etmişdir. İş materiallarında olan Daşınmaz əmlakın dövlət reyestrindən RX-seriyalı, ******* nömrəli çıxarışdan görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, Bakı-Sumqayıt şossesi 7ci kilometr, “Abşeron Gənclər şəhərciyi” yaşayış kompleksi bina 21, blok 84-də yerləşən, 228,7 kv.m qeyri yaşayış sahəsi xx.xx.2015-ci il tarixdə "Cavabdeh2" MMC-nin adına xüsusi mülkiyyət hüququ ilə rəsmiləşdirilmişdir. İddia ərizəsinə əlavə olunmuş “X6 İnvestisiya Korporasiyası” ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağının xx xxxxxxxx 2016-cı il tarixli, NK-15/16 saylı protokoluna əsasən “X6 İnvestisiya Korporasiyası” ASC-nin Cavabdeh2 MMC-də 22.536350 manat məbləğində 22.536350 payının bir hissəsinin 13.548.387 payının 42.000.000 manata Cavabdeh2 MMC-yə satılmasına razılıq verməsi qərara alınmışdır. İş materiallarında olan xx.xx.2016-cı il tarixli müəssisədəki payın alqı-atqı müqaviləsinin surətindən görünür ki, “X6 İnvestisiya Korporasiyası” ASC Cavabdeh2 MMC-də nizamnamə kapitalında özünə məxsus 22536350 (iyirmi iki milyon beş yüz otuz altı min üç yüz əlli) manat dəyərində olan 22536350 payından - 13548387 payını 42000000 (qırx iki milyon) manata "Cavabdeh2" MMC-yə satmışdır. İş materiallarında olan xx.xx.2016-cı il tarixli müəssisədəki payın alqı-atqı müqaviləsinin surətindən görünür ki, “X6 İnvestisiya Korporasiyası” ASC"Cavabdeh2" MMC-nin nizamnamə kapitalında özünə məxsus 8.987.963 (səkkiz milyon doqquz yüz səksən yeddi min doqquz yüz altmış üç) manat dəyərində payını 35.184.053,39 (otuz beş milyon yüz səksən dörd min əlli üç manat otuz doqquz qəpik) manata "Cavabdeh2" MMCyə satmışdır. İş materiallarında olan 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(82)-1098/2017 saylı xx xxxxxx 2017-ci il tarixli qətnaməsinə əsasən Abşeron rayonu, Xırdalan şəhəri, Bakı-Sumqayıt şossesi 7-ci kilometr, “Abşeron Gənclər şəhərciyi” yaşayış kompleksi bina 21, blok 84, 228,7 kv.m qeyri-yaşayış sahəsinə Cavabdeh2 MMC-nin Cavabdeh3 QSC BOKT-a olan borcu yönəldilərək Cavabdeh2 MMC-nin həmin əmlak üzərində mülkiyyət hüququna xitam verilmiş, sözügedən əmlak üzərində Cavabdeh3 QSC BOKT-un mülkiyyət hüququ tanınmış, əmlak üzərində mülkiyyət hüququnun qeydiyyata alınması vəzifəsi Cavabdeh4nə həvalə olunmuşdur. İş materiallarında olan Daşınmaz əmlakın dövlət reyestrindən RX-seriyalı, ******* nömrəli çıxarışdan görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, Bakı-Sumqayıt şossesi 7ci kilometr, “Abşeron Gənclər şəhərciyi” yaşayış kompleksi bina 21, blok 84-də yerləşən, 228,7 kv.m qeyri yaşayış sahəsi xx.xx.2018-ci il tarixdə "Cavabdeh3" QSC BOKT-nın adına xüsusi mülkiyyət hüququ ilə rəsmiləşdirilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.1-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Həmin Məcəllənin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.2-ci maddəsinə görə sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin Məcəllənin 152.3-cü maddəsinə görə istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 158-ci maddəsinə əsasən əmlakdan istifadə hüququ da mülkiyət hüququ ilə yanaşı əmlak hüququ sayılır. Həmin Məcəllənin 144-1.4-cü maddəsinə əsasən bölünmə planına əsasən mülkiyyətindəki torpaq sahəsində yaranan paylara və tikintisi başa çatmayan binanın həmin paylara bağlı olan tərkib hissələrinə sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməli və tərkib hissələri əldə edən şəxslərin xeyrinə bu Məcəllənin 147-ci maddəsinə uyğun olaraq təminat qeydi aparılmalıdır. Həmin Məcəllənin 178.8-ci maddəsinə əsasən, tikintisi başa çatmayan binanın tərkib hissəsini əldə etmək istəyən şəxslə binanın yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisi (satıcı) arasında bu Məcəllənin 39-cu fəsli ilə nəzərdə tutulan podrat münasibətləri əmələ gəlir və belə münasibətlərdə torpaq sahəsinin mülkiyyətçisi (satıcı) podratçı, tikintisi başa çatmayan binanın tərkib hissəsini əldə etmək istəyən şəxs isə sifarişçi hesab edilir. Bu zaman digər öhdəliklərlə yanaşı, satıcı (podratçı) bu Məcəllənin 144-1.4-cü maddəsində nəzərdə tutulan müqavilədə müəyyənləşdirilən müddətdə binanın tikintisini başa çatdırmaq və istismarına icazə almaq, tərkib hissəni əldə etmək istəyən şəxs (sifarişçi) isə razılaşdırılmış məbləği hissə-hissə vaxtında satıcıya ödəmək vəzifəsi daşıyır. Tikintisi başa çatmayan binanın yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisinin (satıcının, podratçının) və (və ya) həmin binanın tərkib hissəsini əldə etmək istəyən şəxsin dəyişməsi onlar arasında yaranan münasibətlərə bu Məcəllənin 39-cu fəslində nəzərdə tutulan podrat münasibətlərinin tətbiqini istisna etməməlidir. Həmin Məcəllənin 337.1-ci, 337.2-ci, 337.3-cü, 337.4-cü maddələrinə görə bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Həmin Məcəllənin 352-ci maddəsinə görə əqdin bir hissəsinin etibarsızlığı onun qalan hissələrinin etibarsızlığına o halda səbəb olmur ki, əqd onun etibarsız hissəsi daxil edilmədən də bağlana bilərdi. Beləliklə, məhkəmə iclasında müəyyən edildi ki, xx.xx.2014-cü il tarixində iddiaçı “X6 İnvestisiya Korporasiyası” ASC ilə alqı-satqı müqaviləsi bağlayaraq “Abşeron Gənclər şəhərciyi” yaşayış kompleksi, bina 1, blok 84-də yerləşən 232 kv.m qeyri-yaşayış sahəsini almış, müqavilədə nəzərdə tutulan 278.400 manat məbləğini ödəmiş və “X6 İnvestisiya Korporasiyası” ASC-nin 4 əməkdaşlarının iştirakı ilə qeyri-yaşayış sahəsi ona təhvil verilərək akt tərtib olunmuşdur. Həmin qeyri-yaşayış sahəsi 2014-cü ilin dekabr ayından iddiaçının istifadəsindədir. İddiaçı 2014-cü ildən həmin sahədən istifadəyə görə kommunal xərcləri ödəyir. 2019-cu ilin avqust ayının əvvəllərində iddiaçıya məlum olmuşdur ki, “X6 İnvestisiya Korporasiyası” ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağının xx xxxxxxxx 2016-cı il tarixli protokoluna əsasən “X6 İnvestisiya Korporasiyası” ASC-nin Cavabdeh2 MMC-də olan payının bir hissəsinin - 13.548.387 payının 42.000.000 manata Cavabdeh2 MMC-yə satılmasına razılıq verməsi qərara alınmışdır. xx xxxxxxxx 2016-cı il və xx xxxxxx 2016-cı il tarixli müəssisədəki payın alqı-satqı müqavilələrinə əsasən isə “X6 İnvestisiya Korporasiyası” ASC nizamnamə kapitalında özünə məxsus payının bir hissəsini Cavabdeh2 MMC-yə satmışdır. “X6 İnvestisiya Korporasiyası” ASC xx xxxxxx 2014-cü il tarixli müqavilə əsasında İddiaçı satdığı Abşeron rayonu, Xırdalan şəhəri, Bakı-Sumqayıt şossesi 7-ci kilometr, “ünvan 3 blok 84-də yerləşən, 228,7 kv.m qeyri-yaşayış sahəsini yenidən Cavabdeh2 MMC-yə satmışdır. İddiaçıya məlum olmuşdur ki, “X6 İnvestisiya Korporasiyası” ASC Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 4 saylı Ərazi İdarəsinin rəisi cənab Alıcı Dilavərova ünvanladığı xx-xx/1316 saylı, xx xxx 2015-ci il tarixli məktubla müraciət edərək, “X6 İnvestisiya Korporasiyası” ASC-yə məxsus Abşeron rayonu, Xırdalan şəhəri, Bakı-Sumqayıt şossesi 7-ci kilometr, “ünvan 3 blok 84-də yerləşən, 228,7 kv.m qeyri-yaşayış sahəsinə dair “X6 İnvestisiya Korporasiyası” ASC-nin adına verilmiş 512 inventar nömrəli, xx.xx.2015-ci il tarixli texniki pasportun Cavabdeh2 MMC-nin adına rəsmiləşdirilərək texniki pasportun və çıxarışın verilməsi məsələsində köməklik göstərilməsini xahiş etmişdir. Həmin məktub əsasında mübahisəli qeyri-yaşayış sahəsi Cavabdeh2 MMC-nin adına mülkiyyət kimi qeydiyyata alınmış və Cavabdeh2 MMC-yə xx.xx.2015-ci ildə tərtib olunmuş texniki pasport çıxarış verilmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli qətnaməsinə əsasən isə həmin qeyri-yaşayış sahəsinə Cavabdeh2 MMC-nin Cavabdeh3 QSC BOKT-a olan borcu yönəldilərək, Cavabdeh2 MMC-nin həmin əmlak üzərində mülkiyyət hüququna xitam verilmiş, sözügedən əmlak üzərində Cavabdeh3 QSC BOKT-un mülkiyyət hüququ tanınmışdır. Bunları bildikdən sonra İddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbinin xx.xx.2014-cü il tarixli alqı-satqı müqaviləsi ilə bağlı sənədlərdə düzəlişin edilməsi hissəsi üzrə məhkəmə qeyd edir ki, xx.xx.2014-cü il tarixdə iddiaçı ilə “X6 İnvestisiya Korporasiyası” ASC arasında bağlanan 00028 saylı alqı-satqı müqaviləsində ona verilən qeyri-yaşayış sahəsinin ünvanı Abşeron rayonu, Xırdalan şəhəri, Bakı-Sumqayıt şossesi 7-ci kilometr, “Abşeron Gənclər şəhərciyi” yaşayış kompleksi bina 1, blok 84, qeyri-yaşayış sahəsinin ölçüsü isə 232 kv.m göstərilmişdir. Həmin əmlak üzərində Cavabdeh3 QSC BOKT-un mülkiyyət hüququnun tanınması ilə bağlı 2 saylı Bakı İnzibati-İqtisdi Məhkəməsinin 2-2(82)-1098/17 saylı, xx xxxxxx 2017-ci il tarixli qətnaməsində və mülkiyyət hüququnu təsdiq edən çıxarışlarda həmin qeyri-yaşayış sahəsinin ünvanı Abşeron rayonu, Xırdalan şəhəri, Bakı-Sumqayıt şossesi 7-ci kilometr, “Abşeron Gənclər şəhərciyi” yaşayış kompleksi bina 21, blok 84, qeyri-yaşayış sahəsinin ölçüsü isə 228,7 kv.m qeyd olunmuşdur. Bu səbəbdən mülkiyyət sənədlərində yazılanlar əsas götürülməklə, yaranmış uyğunsuzluq aradan qaldırılmalır. Ona görə də iddia bu hissədə əsaslı olduğu üçün təmin edilməlidır. İddia tələbinin “X6 İnvestisiya Korporasiyası” ASC ilə Cavabdeh2 MMC arasında bağlanmış xx.xx.2016-cı il tarixli və xx.xx.2016-cı il tarixli müəssisədəki payın alqı-atqı müqavilələrinin Abşeron rayonu, Xırdalan şəhəri, Bakı-Sumqayıt şossesi 7-ci kilometr, “Abşeron Gənclər şəhərciyi” yaşayış kompleksi bina 21, blok 84-də yerləşən, 228,7 kv.m qeyri-yaşayış sahəsinə aid hissəsinin və “X6 İnvestisiya Korporasiyası” ASC-nin Cavabdeh4 4 saylı Ərazi İdarəsinin rəisi cənab Alıcı Dilavərova ünvanladığı xx-xx/1316 saylı, xx xxx 2015-ci il tarixli məktubun etibarsız hesab edilməsi” hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, İddiaçı “X6 İnvestisiya Korporasiyası” ASC ilə xx xxxxxx 2014-cü il tarixli alqısatqı müqaviləsini bağlayaraq, müqavilədə nəzərdə tutulmuş 278.400 manat məbləğini ödədikdən sonra Abşeron rayonu, Xırdalan şəhəri, Bakı-Sumqayıt şossesi 7-ci kilometr, “ünvan 3 blok 84-də yerləşən qeyri-yaşayış sahəsinə istifadə və sahiblik hüququnu əldə etmişdir. Lakin, alqı-satqı müqaviləsi bağlanan zaman qeyri-yaşayış sahəsinin yerləşdiyi binanın istismara qəbulu ilə bağlı sənədləşmələr “X6 İnvestisiya Korporasiyası” ASC tərəfindən başa çatdırılmadığına görə o, daşınmaz əmlakın dövlət reyestrində öz hüquqlarını qeydiyyata aldıra bilməmişdir. “X6 İnvestisiya Korporasiyası” ASC ilə xx xxxxxx 2014-cü il tarixli alqı-satqı müqaviləsini bağladıqdan sonra onun aldığı qeyri-yaşayış sahəsinin dəyərini ödəmək vəzifəsi və əmlakı almaq hüququ yaranmışdır. İddiaçı öz vəzifəsini həmin gün yerinə yetirib əmlakın dəyərini ödəyərək, əmlakı almışdır. Həmin müqaviləyə əsasən “X6 İnvestisiya Korporasiyası” ASC-nin həmin əmlakı ona təhvil vermək, həmin əmlakla bağlı digər sərəncamlar verməmək vəzifəsi və əmlakın dəyərini almaq hüququ yaranmışdır. “X6 İnvestisiya Korporasiyası” ASC əmlakın dəyərini almış, əmlakı faktiki iddiaçıya təhvil vermiş, lakin həmin əmlakla bağlı digər sərəncamlar verməmək vəzifəsini yerinə yetirməyərək, iddiaçıya satılmış qeyri-yaşayış sahəsini yenidən Cavabdeh2 MMC-yə satmışdır. İşin faktiki halları ilə müəyyən olunur ki, “X6 İnvestisiya Korporasiyası” ASC İddiaçı qanuni əsaslarla satdığı mübahisəli qeyri-yaşayış sahəsini sonradan yenidən başqasına - Cavabdeh2 MMC-yə satmaqla Azərbaycan Respublikasının Mülki Məcəlləsinin bir sıra (158, 178.8, 144-1.4-cü) maddələrinin tələblərini pozmuşdur. Bununla da, “X6 İnvestisiya Korporasiyası” ASC mübahisəli qeyriyaşayış sahəsini Cavabdeh2 MMC-yə satmaqla əlaqədar sonuncu ilə xx.xx.2016-cı il tarixli və xx.xx.2016-cı il tarixli müəssisədəki payın alqı-atqı müqavilələrini bağlayarkən və Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 4 saylı Ərazi İdarəsinin rəisi cənab Alıcı Dilavərova ünvanladığı xx-xx/1316 saylı, xx xxx 2015-ci il tarixli məktubu tərtib edib göndərərkən Mülki Məcəllənin yuxarıda qeyd olunan həmin maddələri ilə müəyyən edilmiş şərtləri pozmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddələrinə görə bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Bu səbəbdən iddia tələbi “X6 İnvestisiya Korporasiyası” ASC ilə Cavabdeh2 MMC arasında bağlanmış xx.xx.2016-cı il tarixli və xx.xx.2016-cı il tarixli müəssisədəki payın alqı-atqı müqavilələrinin Abşeron rayonu, Xırdalan şəhəri, Bakı-Sumqayıt şossesi 7-ci kilometr, “Abşeron Gənclər şəhərciyi” yaşayış kompleksi bina 21, blok 84-də yerləşən, 228,7 kv.m qeyri-yaşayış sahəsinə aid hissəsinin və “X6 İnvestisiya Korporasiyası” ASC-nin Cavabdeh4 4 saylı Ərazi İdarəsinin rəisi cənab Alıcı Dilavərova ünvanladığı xx-xx/1316 saylı, xx xxx 2015-ci il tarixli məktubun etibarsız hesab edilməsi” hissəsində əsaslı olduğu üçün təmin edilməlidir. Məhkəmə iddia tələbinin “Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən Daşınmaz Əmlakın Dövlət Reyestrində Abşeron rayonu, Xırdalan şəhəri, Bakı-Sumqayıt şossesi 7-ci kilometr, “Abşeron Gənclər şəhərciyi” yaşayış kompleksi bina 21, blok 84-də yerləşən, 228,7 kv.m qeyri-yaşayış sahəsinə dair Cavabdeh2 MMC-nin mülkiyyət hüququna aid qeydiyyat və həmin qeydiyyat əsasında verilmş RX-seriyalı, ******* saylı çıxarış ləğv edilməsi hissəsi ilə bağlı qeyd edir ki, iddia tələbi “X6 İnvestisiya Korporasiyası” ASC ilə Cavabdeh2 MMC arasında bağlanmış xx.xx.2016-cı il tarixli və xx.xx.2016-cı il tarixli müəssisədəki payın alqı-atqı müqavilələrinin mübahisəli qeyri-yaşayış sahəsinə aid hissəsinin və “X6 İnvestisiya Korporasiyası” ASCnin Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 4 saylı Ərazi İdarəsinin rəisi cənab Alıcı Dilavərova ünvanladığı xx-xx/1316 saylı, xx xxx 2015-ci il tarixli məktubun etibarsız hesab edilməsi” hissəsində təmin edildiyi üçün bu sənədlərdən irəli gələrək mübahisəli qeyri-yaşayış sahəsinə dair Cavabdeh2 MMC-nin mülkiyyət hüququna aid aparılmış qeydiyyat və həmin qeydiyyat əsasında verilmş RX-seriyalı, ******* saylı çıxarış ləğv edilməlidir. Məhkəmə iddia tələbinin “Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX tərəfindən Daşınmaz Əmlakın Dövlət Reyestrində Abşeron rayonu, Xırdalan şəhəri, Bakı- Sumqayıt şossesi 7-ci kilometr, “ünvan 3 blok 84, 228,7 kv.m qeyri-yaşayış sahəsinə dair Cavabdeh3 QSC BOKT mülkiyyət hüququna aid qeydiyyat və həmin qeydiyyat əsasında verilmş RX-seriyalı,1315714 saylı çıxarışda “hüququ rəsmiləşdirilən şəxs” və “hüquq sahibin adı” qrafalarında dəyişiklik edilərək Cavabdeh3 QSC BOKT əvəzinə İddiaçı qeyd edilməsi” hissəsi ilə bağlı qeyd edir ki, iddia tələbi digər hissələrdə təmin edildiyinə görə iddiaçının pozulmuş hüquqlarının tam bərpası üçün iddia bu hissədə də əsaslı olduğuna görə təmin edilməlidir. Məhkəmə iddia tələbini bütövlükdə əsaslı sayaraq təmin edərkən iş üzrə cavabdehlər "Cavabdeh2" MMC-nin nümayəndəsinin iddianı qəbul etdiyini, cavabdeh “Cavabdeh3" QSC BOKT-nın nümayəndəsinin iddianı Cavabdeh3 QSC BOKT-a aid olan hissədə qəbul etdiyini və cavabdeh “X6 İnvestisiya Korporasiyası” ASC-nin nümayəndəsinin iddianın təmin olunmasını məhkəmənin mülahizəsinə buraxdığını da nəzərə alır. Azərbaycan Respublikasının Mülki Prosesual Məcəlləsinin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220-ci maddələrinin tələbini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddia təmin edilsin. İddiaçı ilə “X6 İnvestisiya Korporasiyası” ASC arasına bağlanmış 00028 saylı, xx xxxxxx 2014-cü il tarixli alqı-satqı müqaviləsi ilə bağlı sənədlərdə İddiaçı satılmış qeyriyaşayış sahəsinin ünvanının Abşeron rayonu, Xırdalan şəhəri, Bakı-Sumqayıt şossesi 7-ci kilometr, “ünvan 3 blok 84, qeyri-yaşayış sahəsinin ölçüsünün 228,7 kv.m olması barədə düzəliş edilsin. “X6 İnvestisiya Korporasiyası” ASC ilə Cavabdeh2 MMC arasında bağlanmış xx.xx.2016-cı il tarixli və xx.xx.2016-cı il tarixli müəssisədəki payın alqı-atqı müqavilələrinin Abşeron rayonu, Xırdalan şəhəri, Bakı-Sumqayıt şossesi 7-ci kilometr, “Abşeron Gənclər şəhərciyi” yaşayış kompleksi bina 21, blok 84-də yerləşən, 228,7 kv.m qeyri-yaşayış sahəsinə aid hissəsinin və “X6 İnvestisiya Korporasiyası” ASC-nin Cavabdeh4 4 saylı Ərazi İdarəsinin rəisi cənab Alıcı Dilavərova ünvanladığı xx-xx/1316 saylı, xx xxx 2015-ci il tarixli məktub etibarsız hesab edilsin. Cavabdeh4 Bakı şəhər Ərazi İdarəsi tərəfindən Daşınmaz Əmlakın Dövlət Reyestrində Abşeron rayonu, Xırdalan şəhəri, Bakı-Sumqayıt şossesi 7-ci kilometr, “Abşeron Gənclər şəhərciyi” yaşayış kompleksi bina 21, blok 84-də yerləşən, 228,7 kv.m qeyri-yaşayış sahəsinə dair Cavabdeh2 MMC-nin mülkiyyət hüququna aid qeydiyyat və həmin qeydiyyat əsasında verilmş RX-seriyalı, ******* saylı çıxarış ləğv edilsin. Cavabdeh4 tərəfindən Daşınmaz Əmlakın Dövlət Reyestrində Abşeron rayonu, Xırdalan şəhəri, Bakı-Sumqayıt şossesi 7-ci kilometr, “ünvan 3 blok 84, 228,7 kv.m qeyriyaşayış sahəsinə dair Cavabdeh3 QSC BOKT mülkiyyət hüququna aid qeydiyyat və həmin qeydiyyat əsasında verilmş RX-seriyalı,1315714 saylı çıxarışda “hüququ rəsmiləşdirilən şəxs” və “hüquq sahibin adı” qrafalarında dəyişiklik edilərək Cavabdeh3 QSC BOKT əvəzinə İddiaçı qeyd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim : Xəqani Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar