Məhkəmə qərarları › İş №2-2(121)-102/2022

Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №2-2(121)-102/2022

23.02.2022 · Sair işlər - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İş № 2-2(121)-102/2022 23.02.2022 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Misirzadə Namidar Əlöysət oğlunun sədrliyi, Qurbanov Cəlal Əli oğlunun katibliyi, İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi X7, Cavabdeh, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X5 iştirakı ilə İddiaçı "xxxx" QSC-nin Cavabdeh qarşı qanunsuz tikintinin sökülüb kənarlaşdırılması barəsində iddiasına dair işə Şirvan Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı "xxxx" QSC Cavabdeh qarşı – Daşburun stansiyasının ərazisində, dəmir yolu xəttinin kilometr artımı istiqamətinin sol tərəfindən 165 km pk6-da, baş dəmir yolu oxundan 35 metr məsafədə mühafizə zonasında inşa edilmiş qanunsuz tikilinin cavabdehin öz hesabına sökülərək dəmir yolunun mühafizə zonasından kənarlaşdırılması və 30 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçının hesabına ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, "xxxx" QSC-nin balansında olan Daşburun stansiyasının ərazisinə baxış keçirilərkən, dəmir yolu xəttinin kilometr artımı istiqamətinin sol tərəfində 165 km pk6-da, dəmiryolunun mühafizə zonasında qanunsuz tikinti işlərinin aparılması aşkar edilmişdir. Müəyyən olunmuşdur ki, Cavabdeh tərəfindən baş dəmir yolu oxundan 35 metr məsafədə mühafizə zonasında mişar daşı ilə tikinti işləri aparılmaqdadır (həmin ərazidə dəmir yolunun mühafizə zonasının eni 110 metr təşkil edir). Bununla bağlı "xxxx" QSC-nin aidiyyəti işçilərinin iştirakı ilə 25.02.2020-ci il tarixdə akt tərtib olunmuş, tikinti işlərinin təxirəsalınmadan dayandırılması və qanunsuz tikilinin sökülməsi üçün cavabdehə xəbərdarlıq edilmiş, ona dəmir yolunun mühafizə zonasında tikinti işlərinin aparılmasının qanunvericiliklə qadağan olunması izah edilmişdir. Buna baxmayaraq həmin qanunsuz tikili cavabdeh tərəfindən könüllü şəkildə sökülməmiş və tikinti işləri davam etdirilməkdədir. Bu səbəbdən iddiaçı hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı "xxxx" QSC-nin nümayəndəsi X10 məhkəmə iclasında iddianı müdafiə edərək, cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razı olmadı, işə irəli sürülmüş tələb üzrə baxılmasını tələb edərək, iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmədə iddiaya etiraz edərək, izahatında göstərdi ki, mübahisəli tikilinin yerləşdiyi torpaq sahəsini 21.01.2022-ci il tarixdə X6 3000 manata satmışdır. Belə ki, Tahir Rüstəmovun oğlu şəhid X9 ilə qeyd edilən torpaq sahəsini şərikli şəkildə almışlar. Torpaq sahəsi üzərində təxminən 3000 manat dəyirində dəyəri olan yarım tikili tikmişdir. Murad Rüstəmov şəhid olduqdan sonra göstərilən torpaq sahəsini üzərində olan tikili ilə birlikdə şəhidin atasının adına rəsmiləşdirilmişdir. Torpaq sahəsinin alqısatqısına dair müqavilədə göstərilən 3000 manat məbləğində pul vəsaitini isə Tahir Rüstəmovdan götürməmişdir. Belə ki, tikilinin tikilməsinə 3000 manat məbləğində xərc çəkmişdir, həmin pul vəsaitini də şəhidin atasına bağışlamışdır. Hal-hazırda torpaq sahəsi və onun üzərində olan tikililər Tahir Rüstəmovun istifadəsindədir. Onun mübahisəli torpaq sahəsi və torpaq sahəsinin üzərində aparılan tikililərə dair heç bir hüquqi bağlılığı qalmamışdır. Buna görə də, iddianın rədd olunmasını xahiş etdi. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X8 məhkəmə iclasında iddiaya etiraz edərək, izahatında göstərdi ki, mübahisəli tikilinin yerləşdiyi torpaq sahəsini Cavabdeh şəhid oğlu Murad Rüstəmovla birlikdə şərikli almışdırlar. Sonradan cavabdeh mübahisəli ərazidə təxminən 3000 manat dəyərində yarım tikili bina tikmişdir. 21.01.2022-ci il tarixdə torpaq sahəsini Cavabdeh 3000 manata almışdır. Hal-hazırda torpaq sahəsi və onun üzərində olan tikililər onun istifadəsindədir. Cavabdehin mübahisəli torpaq sahəsi və torpaq sahəsinin üzərində aparılan tikililərə dair heç bir hüquqi bağlılığı qalmamışdır. Buna görə də, iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə, iddiaçının nümayəndəsinin, cavabdehin və üçüncü şəxsin izahatlarını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsassızdır. Buna görə də iddia rədd edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş 25.02.2020-ci il tarixli aktdan görünür ki, "xxxx" QSC-nin İnfrastruktur Depertamentinin 9 nömrəli Mincivan yol sahəsinin rəisi, Daşburun stansiyasının rəisi, 9 nömrəli Mincivan yol sahəsinin Daşburun stansiyasının yol ustasını iştirakı ilə Daşburun stansiyası ərazisində 165 km 6pk-ya baxış keçirilimiş, baxış zamanı müəyyən edilmişdir ki, həmin ərazi Dəmir yolun zolağının baş yol oxundan 35 metr məsafədə yerləşir. 1-ci Şahsevən kənd sakini Cavabdeh qeyriyaşayış tikintisi aparır. Aparılan tikinti dəmir yolunun təhkim zolağına daxil olmuşdur. Cavabdeh tikintinin qanunsuz olduğu izah edilmiş və tikintinin sökülməsi tələb olunmuşdur. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ********** saylı, reyestr nömrəsi **********73 olan çıxarışın surətindən görünür ki, Beyləqan rayonu, Birinci Şahsevən kəndində yerləşən sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar kataqorisyasına aid olan 0.02 ha torpaq sahəsi tam pay hüququ ilə Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrində **********73 nömrə ilə qeydiyyata alınmışdır. İş materiallarında əlavə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Eksperizası Mərkəzinin 12.03.2021-ci il tarixli, 10/583 saylı ekspertiza rəyindən görünür ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti, Hüquqların Dövlət Qeydiyyatı Haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** saylı, reyestr nömrəsi **********73 olan Çıxarış və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti, Hüquqların Dövlət Qeydiyyatı Haqqında daşınmaz əmlakın dövlət reyestrinin Beyləqan Ərazi İdarəsinin eyni nömrəli “Torpaq sahəsinin planı və ölçüsü ilə Cavabdeh məxsus, Beyləqan rayonu, İ Şahsevən kəndində yerləşən 0.015 ha torpaq sahəsinin naturada yerləşdiyi yer və onun sərhədləri müəyyən edilərək ölçülmüş və mütəxəssis rəyinə əlavə edilmiş sxemdə göstərilmişdir. Qeyd: ölçü işlərinin aparılmasına dair ərazinin planı tərtib olunmuşdur. Qərardadda Cavabdeh məxsus torpaq sahəsinin ərazisi 0.02 ha göstərilməsinə baxmayaraq, tərtib olunmuş hüquqi sənədlərdə ərazinin sahəsi 0.015 ha qeyd olunmuşdur. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti, Hüquqların Dövlət Qeydiyyatı Haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** saylı, reyestr nömrəsi **********73 olan Çıxarış və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti, Hüquqların Dövlət Qeydiyyatı Haqqında daşınmaz əmlakın Dövlət reyestrinin Beyləqan Ərazi İdarəsinin eyni nömrəli Torpaq sahəsinin planı və ölçüsü ilə Cavabdeh məxsus, Beyləqan rayonu, 1-ci Sahsevən kəndində yerləşən 0.015 ha torpaq sahəsində olan inşa edilmiş yarımçıq tikili “Dəmir yolu nəqliyyat torpaqlardan və dəmir yolunun xususi mühafizə zonasına aid torpaqlardan istifadə olunması Qaydaları”nın və dəmir yolları ücün və dəmir yolunun “sanitarıya mühafizə zonası ücün torpaqayırma Normalarının təsdiq edilməsi haqqında “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 23 fevral tarixli 33 nömrəli qərarının 3.5 bəndinə əsasən, Daşburun stansiyasının dəmir yolunun mühafizə zonasında yerləşir. Qeyd olunan bəndə əsasən, şəhər və qəsəbələrin ərazilərində dəmir yolunun mühafizə zonası dəmir yolunun kənar yolunun kənarından 100 metr nəzərdə tutulmuşdur. Cavabdeh tərəfindən inşa edilmiş yarımçıq tikili isə dəmir yolunun kənar yolunun kənarından 25.80 metr məsafədə yerləşir. Yarımçıq tikiliyə dair hər hansısa bir sənəd olmadığından həmin tikilinin qanunsuz olubolmamasını müəyyən etmək mümkün olmamışdır, Cavabdeh tərəfindən inşa edilmiş yarımçıq tikili, yuxarıda qeyd olunan qərara əsasən dəmiryolunun mühafizə zonası ilə üst-üstə düşür. İşə əlavə olunan AN-İ ******* nömrəli, 21.01.2022-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh adına Beyləqan rayonu, Birinci Şahsevən kəndində yerləşən sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar kataqorisyasına aid olan 0.0150 ha torpaq sahəsini 3000 manata X2. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Beyləqan rayonu, Birinci Şahsevən kəndində yerləşən sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar kataqorisyasına aid olan 0.015 ha torpaq sahəsi tam pay hüququ ilə X5 adına daşınmaz əmlakın dövlət reyestrində **********73 nömrə ilə qeydiyyata alınmışdır. Beləliklə, işin həqiqi halları ilə məhkəmə iclasında müəyyən edilmişdir ki, "xxxx" QSC-nin balansında olan, Daşburun stansiyasının ərazisində, dəmir yolu xəttinin kilometr artımı istiqamətinin sol tərəfindən 165 km pk6-da, dəmir yolu xəttinin mühafizə zolağında tikili inşa edilmişdir. Məhkəmə araşdırılması zamanı həmçinin müəyyən olunmuşdur ki, Cavabdeh mübahisəli tikilinin yerləşdiyi torpaq sahəsini 21.01.2022-ci il tarixdə alqı-satqı müqaviləsi əsasında mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X4 və sonuncuya hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən müvafiq çıxarış verilmişdir. Hal-hazırda torpaq sahəsi və onun üzərində olan tikili(lər) Tahir Rüstəmovun (torpaq sahəsi mülkiyyətində olmaqla) sahibliyində və istifadəsindədir. Halbuki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.02.2005-ci il tarixli 33 nömrəli qərarı ilə təsdiq edilmiş “Dəmir yolu nəqliyyatı təyinatlı torpaqlardan və dəmir yolunun xüsusi mühafizə zonasına aid torpaqlardan istifadə olunması” Qaydalarının 2ci hissəsinin 3-cü abzasına əsasən, təhkim zolağı - dəmir yolunun mühafizə zonasına aid olan və dəmir yol xətlərinin torpaq yatağına bitişən, dəmir yol nəqliyyatının təhlükəsiz fəaliyyət göstərməsi məqsədilə "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə və ya başqa təşkilatlara, müəssisələrə və ya idarələrə verilmiş dəmir yol nəqliyyatı təyinatlı torpaqlardır. Həmin Qaydaların 21-cü bəndinə əsasən, təhkim zolağı hüdudlarında torpaq sahələrindən müvəqqəti istifadə edən hüquqi və fiziki şəxslər tərəfindən bu ərazidə hər hansı əsaslı tikinti işlərinin aparılmasına, həmin ərazidən qumun, gilin, digər tikinti materiallarının və torpağın götürülməsinə, dəmir yol təyinatlı bina və digər tikililərə, həmçinin dəmir yol obyektlərinin zərərli təbii təsirlərdən qorunması məqsədilə əkilmiş ağaclara təhlükə yaradan, hərəkət təhlükəsizliyinə ziyan vuran, dəmir yol xətti boyu görünməni pisləşdirən obyektlərin yerləşdirilməsinə və tikilməsinə yol verilmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.2-ci maddəsinə əsasən, yeni yaranmış daşınmaz əmlaka mülkiyyət hüququ onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əmələ gəlir. Həmin Məcəllənin 180.1-ci maddəsinə əsasən, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Qeyd edilən Məcəllənin 180.2-ci maddəsinə əsasən, özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Göstərilən Məcəllənin 180.4-cü maddəsinə əsasən, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Məhkəmə hesab edir ki, mübahisəli tikili(lər)nin yerləşdiyi torpaq sahəsi Cavabdeh tərəfindən müstəqil tələb irəli sürməyən üçüncü şəxs X3, hal-hazırda torpaq sahəsi və onun üzərində olan tikili(lər) Tahir Rüstəmovun (torpaq sahəsi mülkiyyətində olmaqla) sahibliyində və istifadəsindədir. Bununla da, Cavabdeh iddiaya cavab verməli şəxs deyildir. Bu səbəbdən də, Cavabdeh iddiaya cavab verilməli şəxs olmadığından iddia rədd edilməlidir. Ona görə ki, Azərbaycan Respublikası MPM-nin 54.1-ci maddəsinə əsasən, iddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddiaçının yazılı razılığı ilə iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. Məhkəmə baxışı zamanı iddiaçının və ya cavabdehin əsl iddiaçı və ya cavabdeh ilə əvəz edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun Həmin Məcəllənin 54.2-ci maddəsinə əsasən, iddiaçı özünün əsl iddiaçı ilə və ya cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razı olmadıqda, məhkəmə işə irəli sürülmüş tələblər üzrə baxır. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, mübahisəli tikili(lər)nin yerləşdiyi torpaq sahəsi Cavabdeh tərəfindən müstəqil tələb irəli sürməyən üçüncü şəxs X1 baxmayaraq, iddiaçı cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razı olmamış, bununla da, işə irəli sürülmüş tələb üzrə baxılmasını tələb etmişdir. Bununla da, iddiaçının Cavabdeh qarşı iddiası əsassız olduğundan rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd edilən Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə eyni zamanda iddianın 30 manat dövlət rüsumunun cavabdehdən alınmasına dair hissəsini araşdıraraq hesab edir ki, iddianın həmin hissəsi də rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən qanunvericilik aktı normasına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli olduğundan, iddia isə rədd edilməli olduğundan, məhkəmə xərci olan 30 manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilməlidir. Buna görə də iddianın dövlət rüsumunun cavabdehdən alınmasına dair hissəsi də rədd edilməlidir. Məhkəmə eyni zamanda hesab edir ki, ekspertiza və mütəxəssis tədqiqatlarının dəyəri də iddiaçıdan tutulmalıdır. Belə ki, iş materiallarından aydın olur ki, ekspertiza tədqiqatının dəyəri 50 manat, mütəxsəssis tədqiqatının dəyəri 118,70 manat məbləğindədir. Məhkəmə hesab edir ki, iddia rədd edildiyindən, iddiaçıdan ekspertiza tədqiqatının dəyəri olaraq 50 manat məbləğində pul vəsaiti tutularaq Məhkəmə Ekspertiza Mərkəzinə və mütəxəssis tədqiqatının dəyəri olaraq 118,70 manat məbləğində pul vəsaiti tutularaq "xxxx" MMC-yə ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 115.0.1-ci maddəsinə əsasən, şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsassızdır. Buna görə də iddia rədd edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddiaçı "xxxx" QSC-nin Cavabdeh qarşı – Daşburun stansiyasının ərazisində, dəmir yolu xəttinin kilometr artımı istiqamətinin sol tərəfindən 165 km pk6-da, baş dəmir yolu oxundan 35 metr məsafədə mühafizə zonasında inşa edilmiş qanunsuz tikilinin cavabdehin öz hesabına sökülərək dəmir yolunun mühafizə zonasından kənarlaşdırılması və 30 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçının hesabına ödənilməsi barədə iddiası rədd edilsin. Ekspertiza tədqiqatının dəyəri olaraq 50 manat məbləğində pul vəsaiti "xxxx" QSC-dən alınaraq Məhkəmə Ekspertiza Mərkəzinə ödənilsin. Mütəxəssis rəyinin dəyəri olan 118,70 manat məbləğində pul vəsaiti "xxxx" QSCdən alınaraq "xxxx" MMC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin kommersiya kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Namidar Misirzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar