Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-2(121)-1028/2021 06.08.2021 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Misirzadə Namidar Əlöysət oğlunun sədrliyi, Qurbanov Cəlal Əli oğlunun katibliyi ilə İddiaçı Cavabdeh qarşı - özbaşına inşa olunan qanunsuz tikitinin dayandırılması barəsində iddiasına dair işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh qarşı – cavabdehin apardığı qanunsuz tikintinin dayandırılması barədə iddia ərizəsi ilə Cəlilabad Rayon Məhkəməsinə müraciət etmişdir. Cəlilabad Rayon Məhkəməsinin 2(073)-1616/2019 saylı, 12.11.2019-cu il tarixli qətnaməsi ilə iddianın təmin edilməsi, Cavabdeh Cəlilabad şəhər ərazisində Ələt-Astara magistral yolunun şərq hissəsində 78 m x 18 m ölçüdə qanunsuz tikinti işlərinin aparılmasının qadağan edilməsi qət edilmişdir. Şirvan Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(106)-1869/2020 saylı, 30.07.2020-ci il tarixli qərardadı ilə Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinin qismən təmin edilməsi, Cəlilabad Rayon Məhkəməsinin 2(073)-1616/2019 saylı, 12.11.2019-cu il tarixli qətnaməsinin ləğv edilməsi, İddiaçı Cavabdeh qarşı - özbaşına inşa olunan qanunsuz tikilinin dayandırılması tələbinə dair iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-5344/2020 saylı, 04.11.2020-ci il tarixli qərarı ilə kassasiya şikayətinin qismən təmin edilməsi, Şirvan Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(106)-1869/2020 saylı, 30.07.2020-ci il tarixli qərardadının ləğv edilməsi və işə yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. Şirvan Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(106)-1000/2021 saylı, 23.02.2021-ci il tarixli qərardadı ilə apelyasiya şikayətinin qismən təmin edilməsi, Cəlilabad Rayon Məhkəməsinin 2(073)-1616/2019 saylı, 12.11.2019-cu il tarixli qətnaməsinin ləğv edilməsi, İddiaçı Cavabdeh qarşı - özbaşına inşa olunan qanunsuz tikilinin dayandırılması tələbinə dair iş mahiyyəti üzrə baxılmaq üçün Şirvan Kommersiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmışlar, lakin onlar məhkəmə iclasına gəlməmişlər və işə iştirakları olmadan baxılmasını xahiş etməmişlər. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 259.0.6-cı maddəsinə əsasən, işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə iddia ərizəsi baxılmamış saxlanır. Qeyd edilən qanunvericilik aktı normasına əsasən məhkəmə hesab edir ki, işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədiklərindən, habelə işə tərəflərin iştirakı olmadan baxılması mümkün olmadığından iddia ərizəsi baxılmamış saxlanmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 259-260, 263- 264 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Cavabdeh qarşı – cavabdehin apardığı qanunsuz tikintinin dayandırılması barəsində iddia ərizəsi baxılmamış saxlansın. Qərardaddan 10 gün müddətində Şirvan Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Namidar Misirzadə
Məhkəmə qərarları › İş №2-2(121)-1028/2021
Şirvan Kommersiya Məhkəməsi Qərardad — İş №2-2(121)-1028/2021
06.08.2021 · Sair işlər - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver