Məhkəmə qərarları › İş №2-2(121)-1911/2021

Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №2-2(121)-1911/2021

28.10.2021 · Sair işlər - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İş № 2-2(121)-1911/2021 28.10.2021 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Şirvan Kommersiya Məhkəməsi Hakim İsmayılov Rafiq Tofiq oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əmirli Fərid Teymur oğlunun katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1-yə və Cavabdeh2nə qarşı (Əmlak Məsələləri Dövlət Komitəsi üçüncü şəxs qismində cəlb edilməklə) qanunsuz tikilinin sökülməsi tələbinə dair işə Şirvan şəhərində, Şirvan Kommersiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2nə qarşı (Əmlak Məsələləri Dövlət Komitəsi üçüncü şəxs qismində cəlb edilməklə) cavabdeh müəssisə tərəfindən inşa edilən qanunsuz tikilinin sökülməsi, Lənkəran Şəhər XDS İcraiyyə komitəsinin 13.08.1992-ci il tarixli, 11 saylı protokolun və 25.08.1992-ci il tarixli, 12 saylı protokolun etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdeh müəsissəyə qarşı hazırki iddia tələbində iddiaçının subyektiv hüququ ondan ibarətdir ki, onun tərəfindən həyata keçirilən hərəkətlər onun hüquq və azadlıqlarına, qanunla qorunan mənafeyinə toxunmuşdur. Belə ki, Lənkəran-Boradigah yolunun Ləvəngi dairəsi adlanan hissəsində, ona sahibkarlıq fəaliyyətinə görə 30 kv.m. torpaq sahəsinin ayrılması üçün Lənkəran Şəhər Bələdiyyəsinə ərizə ilə müraciət etmişdir. Onun müraciəti əsasında qanunverilciliyin tələblərinə əsasən Bələdiyyə tərəfindən həmin qeyd olunan ərazidə sahibkarlıq fəaliyyəti üçün 30 kv.m torpaq sahəsinə dair müsabiqə və hərracının keçirilməsi məqsədi ilə Əmlak Məsələləri Dövlət Komitəsinin 9 saylı Ərazi şöbəsinə müraciət edilmiş və zəruri sənədlər təqdim olunmuşdur. Hərracın keçirilməsinə maneçilik yaradan, həmin torpaq sahəsinin qonşu sahəsində qanunsuz məskunlaşan, oranı zəbt edib qanunsuz tikili aparan, nəticədə hərracın keçirilməsinə maneçilik yaratmaqda sübyektiv hüquqa malik olmayan Cavabdeh1 müəsissəsi adı altında, məsul şəxs X4 qanunsuz müdaxiləsi ilə hərrac dayandırılmışdır. Cavabdeh müəssisə həmin 30 kv.m. torpaq sahəsini də əldə etmək niyyəti ilə, hərracın dayandırılmasına və bununla da həmin torpaq sahəsinin onun tərəfindən əldə olunmağına maneçilik törətməkdədir. Halbuki, cavabadeh "Vüsal-1979” müəsissəsi özü həmin ərazidə qanunsuz tikinti işləri aparmış, saxta sənədlər əldə etmişdir. Özünün sənədləri qaydasında olmayan, həmin ərazidə qanunsuz tikinti aparan cavabdeh, buna subyektiv hüququ olmadan onun hüquqlarını məhdudlaşdırmaqla, maraqlarına və mənafeyinə toxunmuşdur. Odur ki, onun tərəfindən əldə etdiyi sənədlərin saxta olması və orada apardığı qanunsuz tikili barədə aşağıdakı araşdırmaları aparmışdır: 22.01.2019-cu il tarixli, 001 saylı vəkil sorğusu əsasında AR X14 filalından əldə etdiyi 29.01.2019-cu il tarixli rəsmi cavabda qeyd olunur ki, "xxxx" X8 (indiki adı “Vüsal 1979” müəsissəsi) aid Lənkəran şəhər XDS-nin 1992-ci il tarixli, 11 saylı protokolundan çıxarışa əsasən, müəsissəyə şəhərin Ləvəngi dairəsində 64 kv.m. torpaq sahəsi ayrılmışdır. Ona həmin sahədə 150 kv.m. torpaq sahəsi ayrılmamış, buna dair arxivdə hər hansı bir qərar və ya sxem aşkar edilməmişdir. 01.02.2019-cu il tarixli, 003 saylı vəkil sorğusu əsasında 6 Saylı Ərazi Vergilər İdarəsindən cavabdeh müəsissənin qeydiyyatı barədə məlumat verilməsini xahiş edilmişdir. İdarə tərəfindən 07.02.2019-cu il tarixli cavabda qeyd olunmuşdur ki, müəsissə 1998-ci il tarixində AR Ədliyyə Nazirliyində "xxxx" Kiçik Müəsissəsi kimi qeydiyyata alınmış, 2013-cü il tarixində Ərazi Vergilər İdarəsində "Vüsal-1979” MMC adı ilə qeydiyyata alınaraq hüquqi forması dəyişdirilmişdir. 2019-cu il tarixli, 010 saylı təkrar vəkil sorğusu əsasında AR X14 fılilalından əldə etdiyi 29.03.2019-cu il tarixli rəsmi cavabda qeyd olunur ki, "xxxx" X8 aid Lənkəran şəhər XDS-nin 28.08.1992-ci il tarixli, 12 saylı protokolunda müəsissəyə 10x15 ölçüdə, 150 kv.m. torpaq sahəsinin ayrılmasına dair heç bir sənəd aşkar olunmadı. Amma buna baxmayaraq Lənkəran ŞİH-nin 12.03.2019-cu il tarixli rəsmi cavabında qeyd olunur ki, Lənkəran şəhər XDS-nin 28.08.1992-c il tarixli, 12 saylı protokolu əsasında "xxxx" X8 10x15 ölçüdə torpaq sahəsinin ayrılmış, 1995-ci il tarixində tikinti işləri aparılmışdır. Arxivin cavabından aydın olur ki, Lənkəran şəhər XDS-nin 28.08.1992-cu il tarixli, 12 saylı protokolu mövcud deyil, qeyd olunanlara əsasən hər hansı bir sənəd mövcud deyil, 150 kv.m. ərazidə aparılan tikinti işləri də qanunsuzdur. 18.04.2019-cu il tarixli, 012 saylı təkrar vəkil sorğusu əsasında 6 Saylı Ərazi Vergilər İdarəsindən cavabdeh müəsissənin fəaliyyəti barədə ərtaflı məlumat verilməsini xahiş etmişdir. İdarə tərəfindən 06.05.2019-cu il tarixli cavabda qeyd olunmuşdur ki, bu barədə məlumatların verilməsi yalnız məhkəmə sorğusu əsasında mümkündür. Bunlardan əlavə, məsələ ilə bağlı bütün aidiyyatı orqanlara, AR Əmlak Məsələləri Dövlət Komitəsinə ünvanladığı çoxsaylı müraciətlərə Komitə tərəfindən ayrı-ayrılıqda 6 dəfə eyni məzmunlu rəsmi cavab verilərək, göstərir ki, "xxxx" X5 məsul işçisi Sərraf Heydərov tərəfindən ona ayrılan 64 kv.m. torpaq sahəsində deyil, qanunsuz olaraq, ona aid olmayan dövlətin balansında olan 150 kv.m. torpaq sahəsini zəbt edib, orada tikinti işləri aparmışdır. Bununla bağlı Komitə tərəfinən AR DİN-nin Baş İstintaq və Təhqiqat İdarəsinə müraciət olunmuşdur Lakin, Lənkəran ŞRPŞ-nin İB-nin 12.05.2018-ci il və 16.07.2018-ci il tarixli qərarı ilə cinayət işinin başlanması rədd edilmiş, məhkəməyə müraciət olunması tövsiyə olunmuşdur. Eyni zamanda Lənkəran ŞİH-nin 2013-cü il tarixli Sərəncamı mövcuddur. Həmin Sərəncamda qeyd olunur ki, "xxxx" X8 ayrılan 64 kv.m. torpaq sahəsi, onun hüquqi varisi “Vüsal 1979” müəsissəsinə aiddir. Lakin bu barədə Arxivdə hər hansı bir sənəd aşkar olunmadı. Bütün bunlarda aydın olur ki, cavabdeh əslində qanuni əsaslarla fəaliyyət göstərməmiş, zəbt etdiyi və qanunsuz tikdiyi daşınmaz əmlakla bağlı əldə etdiyi sənədlər dövlət arxivində aşkar olunmur, etibarsızdır, apardığı tikinti işləri qanunsuzdur. Buna görə də cavabdeh müəssisə tərəfindən qanunsuz tikilinin sökülməsi barədə qətnamə çıxarılmasını xahiş edir. İddiaçı məhkəməyə ərizə (vəsatət) ünvanlayaraq, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsinə etiraz etmədiyini bildirmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, cavabdehlər Cavabdeh1-nin, Cavabdeh2 və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Əmlak Məsələləri Dövlət Komitəsinin nümayəndələri məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinə əsasən işə iddiaçının, cavabdehlərin və müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndələrinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbi aşağıda göstərilənlərə əsasən təmin edilməməlidir. İş materiallarından görünür ki, Lənkəran şəhər XDS-nin 13.08.1992-cı il tarixli, 11 saylı protokolu ilə, Şəhərin Ləvəngi dairəsində boş olan 8X8=64 kv.m. sahənin mağaza tikintisi üçün Vüsal X15nə ayrılması qərara alınmışdır. İş materiallarında olan Lənkəran Rayon Bələdiyyəsi tərəfindən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin 9 saylı Ərazi şöbəsinə ünvanlanmış 13.03.2019-cu il tarixli məktubda, şəhərin “Ləvəngi” dairəsi yaxınlığında sahibkarlıq fəaliyyəti üçün ayrılmış 30 kv.m. torpaq sahəsi müsabiqə və ya hərrac keçirilməsi məqsədi ilə göndərildiyi, ərazidə yaranmış münaqişə ilə bağlı müsabiqənin və ya hərracın müvəqqəti olaraq saxlanılması barədə tərəflərindən 16 fevral 2018-ci il tarixdə, 17/7 saylı məktubla müraciət olunduğu, lakin maraqlı şəxs tərəfindən yuxarı təşkilatlara müraciət olunaraq, narahatçılıq yaratdığı, bu səbəbdən həmin sənədin müsabiqə və ya hərraca buraxılmasına etirazlarının olunmadığı qeyd edilmişdir. İş materiallarında olan Lənkəran Rayon Vəkil Bürosunun sorğusuna əsasən, Azərbaycan Respublikası Dövlət X9 tərəfindən cavab olaraq, X18 filialında saxlanılan Lənkəran şəhər XDS İcraiyyə Komitəsinin 25.08.1992-ci il tarixli, 12 saylı protokolunda “Vüsaİ kiçik müəssisəsinə 10x15 ölçüdə torpaq sahəsinin ayrılıması barədə heç bır sənədin müəyyən edilmədiyi, eyni zamanda, arxivdə mühafizə olunan Cavabdeh2 başçısının 1995-ci ilə aid sərəncamları və Lənkəran şəhər XDS İcraiyyə Komitəsinin protokollarının yoxlanıldığı, lakin həmin sənədlərdə qeyd olunan müəssisə üçün tikinti işlərinin aparılmasından ötrü heç bir sənədin müəyyən edilmədiyi qeyd olunmuşdur. İş materiallarında olan Cavabdeh2 tərəfindən İddiaçı ünvanlanmış 12.03.2019-cu il tarixli məktubunda qeyd edilmişdir ki, Lənkəran şəhər XDS-nin 25 avqust 1992-ci il tarixli 12 nömrəli protokoluna əsasən "xxxx" kiçik müəssisəsinə şəhərin Ləvəngi dairəsi adlanan ərazisində 10x15 ölçüdə torpaq sahəsi ayrılmış və həmin torpaq sahəsində 1995-ci ildə qeyri yaşayış binası tikilmişdir. Tikilmiş qeyri yaşayış binasında 2015-ci ildə, şəhərin baş memarı ilə razılaşdırılmaqla təsdiq olunmuş layihəyə əsəsən, rekonstruktiv dəyişikliklər aparılmışdır. "xxxx" kiçik müəssisəsinin sənədlərinin qanunsuz olduğunun hesab etdiyiniz halda, aidiyyəti üzrə məhkəməyə müraciət etmək hüququnun olduğu izah edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət X9 tərəfindən Lənkəran rayon Vəkil Bürosunun vəkili Ehtiram Fəttayevə ünvanlanmış 29 mart 2019-cu il tarixli, məktubda qeyd edilmişdir ki, tərəfilərindən yoxlama zamanı X18 filialında saxlanılan Lənkəran şəhər XDS İcraiyyə Komitəsinin 25.08.1992-ci il tarixli, 12 saylı protokolunda "xxxx" kiçik müəssisəsində 10 X 15 ölçüdə torpaq sahəsinin ayrılması barədə heç bir sənəd müəyyən edilmədi. Eyni zamanda arxivdə mühafizə olunan Cavabdeh2 Başçısının 1995-ci ilə aid sərəncamları və Lənkəran şəhər XDS İcraiyyə Komitəsinin protokolları da tərəflərindən yoxlanıldı. Həmin sənədlərdə də adı qeyd olunan müəssisə üçün tikinti işlərinin aparılmasından ötrü heç bir sənəd müəyyən edilmədi. İş materiallarında olan 6 saylı Ərazi Vergilər Departamenti tərəfindən Lənkəran rayon Vəkil Bürosunun vəkili Ehtiram Fəttayevə ünvanlanmış 29 mart 2019-cu il tarixli “məlumatın verilməsi haqqında” məktubda qeyd edilmişdir ki, 'Vüsal" X15 Cavabdeh2 27.07.1992-ci il tarixli 209 nömrəli sərəncamı ilə dövlət qeydiyyatına alınmış 09.01.1998-ci il tarixdə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Hüquqi şəxslərin dövlət qeydiyyatı üzrə Lənkəran bölgə şöbəsində 5/170 nömrə ilə uçota alınmış, 22.04.2013-cü il tarixdə adını və təşkılatı-hüquqi formasını dəyişərək ‘VÜSAL 1979" Məhdud Məsuliyyətli Cəmiyyətinə çevrilməklə 6 saylı Ərazi Vergılər Departamentində ********** saylı VÖEN-lə dövlət qeydiyyatına alınmışdır. Cəmiyyət "Mağaza, çadır və bazarlardan kənarda sair pərakəndə satış" fəaliyyət növü üzrə uçotdadır və cəmiyyətin nizamnaməsinin 3.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının qanunvericiliyi ilə qadağan olunmayan bütün fəaliyyət növləri ilə məşğul ola bilər. Cəmiyyət Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun xüsusi icazə alınması tələb edilən fəaliyyət növləri ilə yalnız müvafiq icazə aldıqdan sonra məşğul ola bilər. İş materiallarında olan Əmlak Məsələlərin Dövlət Komitəsi yanında X1 Təşkili üzrə Dövlət Agentliyi tərəfindən İddiaçı ünvanlanmış 27 fevral 2019-cu il tarixli, məktubda qeyd edilmişdir ki, Ləvəngi adlanan ərazidə yerləşən torpaq sahəsində özbaşına tikinti işlərinin aparılması faktı komitənin Lənkəran ərazi şöbəsinin əməkdaşları tərəfindən yerində araşdırılan zaman vətəndaş X13 tərəfindən heç bir hüquqmüəyyənedici sənəd olmadan tikinti işlərinin aparıldığı məlum olmuşdur. Bununla bağlı qanunvericilikdə nəzərdə tutulan qaydada tədbirlərin görülməsi məqsədilə Cavabdeh2nə və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş İstintaq və Təhqiqat İdarəsinə müvafiq məktublar göndərilmişdir. İş materiallarında olan Əmlak Məsələlərin Dövlət Komitəsi yanında X1 Təşkili üzrə Dövlət Agentliyi tərəfindən İddiaçı ünvanlanmış digər məktublarda qeyd edilmişdir ki, Lənkəran şəhəri “Ləvəngi” dairəsi ərazisində yerləşən qeyri-yaşayış binasına baxış keçirilmiş və müəyyən edilmişdir ki, Lənkəran şəhəri X10 13 avqust 1992-ci il tarixli,11 saylı qərarı əsasında vətəndaş X7 mağaza tikintisi məqsədilə 64 kv.m. torpaq sahəsi ayrılmasına baxmayaraq onun tərəfindən mövcud qanunvericiliyin tələblərinə zidd olaraq 150 kv.m. torpaq sahəsində tikinti işləri aparılmışdır. Qeyd olunan məsələ komitənin Lənkəran ərazi şöbəsinin əməkdaşları tərəfindən yerində araşdırılan zaman vətəndaş X13 tərəfindən heç bir nüquamüəyyənədici sənəd olmadan tikinti işlərinin aparıldığı məlum olmuşdur. Bununla bağlı qanunvericilikdə nəzərdə tutulan qaydada tədbirlərin görülməsi məqsədilə Cavabdeh2nə və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş İstintaq və Təhqiqat idarəsinə müvafiq məktublar göndərilmişdir. İş materiallarında olan Cavabdeh2 tərəfindən İddiaçı ünvanlanmış məktubdan görünür ki, dövlət mülkiyyətində olan torpaq sahələrinin zəbt edilməsi və həmin torpaq sahələrində qeyri-qanunu tikililərin aparılması ilə bağlı Əmlak Məsələləri Dövlət Komitəsi Yanında X1 Təşkili üzrə Dövlət Agentliyinə və eyni zamanda məhkəmə orqanlarına müraciət etmək hüququ İddiaçı bildirilmişdir. İş materiallarında olan Lənkəran Bələdiyyəsi tərəfindən Şirvan İnzibati-İqtisadi Məhkəməsinə ünvanlamış məktubda qeyd edilir ki, İddiaçı müraciəti əsasında şəhərin “Ləvəngi” dairəsi yaxınləğında 30 kv.m. torpaq sahəsinin hərrac qaydasında satılması ilə bağlı tərəflərindən ilkin sənədləşdirmə işlərinə başlanılmışdır. Belə ki, Cavabdeh2 Aparatının Memarlıq və Tikinti şöbəsinin müvafiq rəyi alınmış, Daşınmaz Əmlakın Kadastr və Ünvan Reyestri Xidmətinin kadastr və yerquruluşu Layihə-Təhqiqat Mərkəzinin 10 saylı ərazi İdarəsinin texniki vəziyyəti əks etdirən müayinə aktı hazırlanmış, Əmlak Məsələləri Dövlət Komitəsinin 9 saylı ərazi şöbəsinin rəyi və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən həmin torpaq sahəsinə dair mülkiyyət hüququnu təsdiq edən çıxarışı alındıqdan sonra hərrac keçirilməsi məqsədilə sənədlər hərrac komissiyasında göndərilmişdir. Hərracın keçirilməsi bir müddət müvəqqəti olaraq dayandırılsa da, təkrar məktubla hərracın keçirilməsinə etirazın olmadığı bildirilmişdir. ƏMDK Lənkəran ərazi şöbəsi **********45 saylı, 02 aprel 2019-cu il tarixli məktubla müraciət edərək həmin30 kv.m. torpaq sahəsinin "xxxx" kiçik müəssisəsinə məxsus qeyri-yaşayış binasının yolu ilə üst-üstə düşdüyünü bildiriməklə hərraca çıxarılmasını qanunanmüvafiq hesab etməmişdir. İş materillarında olan Lənkəran Bələdiyyəsi tərəfindən Əmlak Məsələləri Dövlət Komitəsinin 9 saylı Ərazi Şöbəsinə ünvanlanmış məktubda qeyd edilmişdir ki, şəhərin“Ləvəngi” dairəsi yaxınlığında sahibkarlıq fəaliyyəti üçün ayrılmış 30 kv.m. torpaq sahəsi müsabiqə və ya hərrac keçirilməsi məqsədi ilə onlara göndərilmişdir. Ərazidə yaranmış münaqişə ilə bağlı müsabiqənin və ya hərracın müvəqqəti olaraq saxlanılması barədə tərəflərindən 16 fevral 2018-ci il tarixdə, 17\7 saylı məktubla müraciət olunmuşdur. Lakin maraqlı tərəf yuxarı təşkilatlara müraciət edərək narahatçılıq yaradır. Odur ki, həmin sənədin müsabiqə və ya hərraca buraxılmasına etiraz etmirlər. İş materiallarında olan Cavabdeh2 09 oktyabr 2019-cu il tarixli məktubunda qeyd edilmişdir ki, İddiaçı iddia ərizəsində ona istinad etmişdir ki, 18.03.2019-cu il tarixli, 010 saylı vəkil sorğusu əsasında Azərbaycan Respublikası Dövlət X2 əldə edilən 29.03.2019cu il tarixli rəsmi cavabda “Vüsal-1979" Məhdud Məsuliyyətli Cəmiyyətinə aid Lənkəran şəhər XDS-nin 28.08.1992-ci il tarixli,12 saylı protokolunda müəssisəyə 10X15=150 kv.m. torpaq sahəsinin ayrılmasına dair heç bir sənəd aşkar olunmamışdır. Lakin, Lənkəran şəhər XDS-nın 28.08.1992-cı il tarixli, 12 saylı protokolu əsasında Cavabdeh1 Məhdud Məsuliyyətli Cəmiyyətinə 10X15 ölçüdə torpaq sahəsi ayrılmış və həmin torpaq sahəsində 1995-cı ildə qeyri yaşayış binası tikilmişdir. İddiaçı sözügedən sənədin X17 Filialında mövcüd olmadığını əsas gətirərək qanunsuz olduğunu iddia edir. İddia tələbinin əsassızlığı ilə bağlı bildirilir ki, Lənkəran Şəhər Xalq X11 Heyətinin 25 avqust 1992-ci il tarixli 12 saylı iclas Qərarına əsasən, Lənkəran şəhərinin Ləvəngi dairəsində, X12 sağ tərəfində boş olan 10x15=150 kv.m. sahə "xxxx" X15nə mağaza tikintisi üçün ayrılmışdır. Ayrılmış sahənin planı təsdiq edilmiş və obyektin layihəsi memarlıq və tikinti şöbəsi ilə razılaşdırılıddan sonra tikinti işləri aparılmışdır. Lənkəran Şəhər Xalq X11 Heyətinin 25 avqust 1992-ci il tarixli 12 saylı iclas protokolunun bir nüsxəsi “Vüsal" X6 saxlanılmış və digər nüsxələrin aidiyyəti dövlət qurumlarında saxlanılması protokolda qeyd edilməmişdir. İddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. İş materiallarında olan 12 may 2020-ci il tarixli 31191 saylı ekspert rəyindən görünür ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastr və Ünvan Reyestri Xidmətinin Cəlilabad LTl-nin mühəndisləri Nail Abıyevin və Qiyas Quliyevin tərtib etdiyi mütəxəssis rəyində göstərilmişdir ki, Lənkəran şəhəri, Ləvəngi dairəsi yaxınlığında, Lənkəran-Boradigah yolunun sağ tərəfində iddia predmeti olan, mülki iş materiallarına əsasən 64 kv. metr sahənin faktiki vəziyyətdə ölçmə zamanı 150 kv. metr olması müəyyən edildi. Həmin 150 kv. metr sahə bütövlükdə tikili altındadır. Sözügedən tikilinin kim tərəfindən istifadə edilib-edilməməsini müəyyənləşdirmək mütəxəssisin səlahiyyətlərinə aid deyildir. Lənkəran şəhəri, Ləvəngi dairəsində, Lənkəran-Boradigah yolunun sağ tərəfində boş olan 64 kv.m. torpaq sahəsi ilə sərhəd ərazidə olan hər hansı ərazi İddiaçı tərəfindən istifadə edilmir və Lənkəran şəhəri Ləvəngi dairəsində Lənkəran-Boradigah yolunun sağ tərəfində boş olan 64 kv.m. torpaq sahəsi və üzərindəki tikili İddiaçı üçün hər hansı maneə yaratmır. 30 kv.metr hərracda olan bələdiyyə torpağının "xxxx" MMC-nin yoluna faktiki vəziyyətdə hər-hansı maneəçilik yaratmır. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Lənkəran şəhəri, Ləvəngi dairəsində, Lənkəran-Boradigah yolunun sağ tərəfində boş olan 64 kv.m. torpaq sahəsi ilə sərhəd ərazidə olan hər hansı ərazi İddiaçı tərəfindən istifadə edilmir və Lənkəran şəhəri, Ləvəngi dairəsində, Lənkəran-Boradigah yolunun sağ tərəfində boş olan 64 kv.m. torpaq sahəsi və üzərindəki tikili İddiaçı üçün hər hansı maneə yaratmır. Həmçinin 30 kv.metr hərracda olan bələdiyyə torpağının "xxxx" MMC-nin yoluna faktiki vəziyyətdə hər-hansı maneəçilik yaratmır. Beləliklə məhkəmə hesab edir ki, Lənkəran şəhəri Ləvəngi dairəsində Lənkəran- Boradigah yolunun sağ tərəfində boş olan 64 kv.m. torpaq sahəsi üzərindəki tikilinin sökülməsini, həmçinin Lənkəran Şəhər XDS İcraiyyə komitəsinin 13.08.1992-ci il tarixli, 11 saylı protokolunun və 25.08.1992-ci il tarixli, 12 saylı protokolunun etibarsız hesab edilməsini tələb etməyə iddiaçının hər hansı subyektiv hüququ mövcud deyildir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Bu mənada qeyd olunmalıdır ki, iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələbinin qanuni əsasının dispozisiya əlamətləri ilə uzlaşmaır. Çünki iddia tələbinin qanuni əsası kimi istinad olunan iddia etdiyi torpaq sahəsinin bu cür statusa malik olduğu, ümumiyyətlə sözügedən torpaq sahəsinin hər hansı hüquqla iddiaçıya aidiyyəti müəyyən edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələləri araşdırılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30 iyul 2008-ci il tarixli qərarında qeyd olunan məsələ ilə bağlı aşağıdakı hüquqi mövqelər ifadə olunmuşdur: “Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimləmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz”. İşin yuxarıda sadalanan hallarını nəzərə almaqla məhkəmə hesab edir ki, İddiaçı hazırki məhkəmə baxışının predmeti olan iddia tələblərini irəli sürməyə imkan verən subyektiv hüququn sahibi kimi qəbul etmək mümkün deyildir. Çünki o, mübahisəli torpaq sahəsinin, yaxud ona sərhəd olan digər torpaq sahəsi üzərində qanunla nəzərdə tutulmuş qaydada hər hansı hüquq əldə etməmiş, yaxud torpaq sahəsi qanunla nəzərdə tutulmuş qaydada onun qanuni istifadəsinə verilməmişdir. Məhkəmə həmçinin prosessual qənaət prinsipinə əsasən, iddia ərizəsinin digər dəlillərinə münasibət bildirilməsini ümumiyyətlə zəruri hesab etmir. Mülki Prosessual Məcəllənin 80-ci maddəsində əksini tapmış həmin prinsipə əsasən, məhkəmə prosesində yalnız elə faktlarla və hallarla bağlı sübutlar nəzərə alınmalıdır ki, onlar işin həlli üçün hüquqi baxımdan əhəmiyyət kəsb etsinlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2.-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı cavabdehlər Cavabdeh1-yə və Cavabdeh2nə qarşı (Əmlak Məsələləri Dövlət Komitəsi üçüncü şəxs qismində cəlb edilməklə) qanunsuz tikilinin sökülməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Rafiq İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar