Azərbaycan Respublikası adından QƏTNAMƏ İş № 2-2(121)-192/2022 05.05.2022 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Cabbarov İlqar Hidayət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Musayev Fərhad Böyükağa oğlunun katibliyi, İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə, Cavabdeh iştirakları ilə, İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin Cavabdeh qarşı bağlanmış 21 iyun 2006-cı il tarixli 1/100 saylı təminatli kredit müqaviləsinə əsasən 11 mart 2022-ci il tarixinə Cavabdeh əsas borc üzrə 7.186,87 manat, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 4.646 manat manat, cəmi 11.832,87 manat məbləğin tutulması, Cavabdeh mülkiyyətində olan ipoteka predmeti olan Cəlilabad şəhəri, N.Tusi küçəsində istifadəsində olan 0.06 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 72.9 kv.m yaşayış, 42.5 kv.m köməkçi sahədən ibarət 24 A nömrəli fərdi yaşayış evi olan daşınmaz əmlaka tutma yönəldilməsi, onun açıq hərracda satılması və satışdan əldə ediləcək vəsait hesabına cavabdeh X1 "xxxx" ASC-yə olan cəmi 11.832,87 manat kredit borcunun ödənilməsi tələbinə dair işə Masallı Məhkəmə Kompleksində, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı ləğv prosesində olan İddiaçı ASC Cavabdeh qarşı Cavabdeh ilə "xxxx" ASC arasında bağlanmış 21 iyun 2006-cı il tarixli 1/100 saylı Kredit müqaviləsinin ləğv edilməsi; Cavabdeh "xxxx" ASC-nin xeyrinə 9523 manat məbləğində əsas borcun, 94 manat kreditdən istifadəyə görə vaxtı ötmüş faiz borcunun, 670 manat faizlərin gecikdirilməsinə görə hesablanmış penyanın, 1.028,7 manat məbləğində nümayəndəyə ödənilməli vəsait, cəmi 11.315,7 manat həmçinin iddia qaldırılması üçün ödənilmiş 20 manat dövlət rüsumunun tutulması; Cavabdeh mülkiyyətində olan ipoteka predmeti olan Cəlilabad şəhəri, N.Tusi küçəsində istifadəsində olan 0.06 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 72.9 kv.m yaşayış, 42,5 kv.m köməkçi sahədən ibarət 24A nömrəli fərdi yaşayış evi olan daşınmaz əmlaka tutma yönəldilməsi, onun açıq hərracda satılması və satışdan əldə ediləcək vəsait hesabına Cavabdeh "xxxx" ASC-yə olan cəmi 11.315,7 manat kredit borcunun, kreditdən istifadəyə görə faizlərin, öhdəliklərin lazımi qaydada icra olunmamasına görə penyanın, vurulmuş zərərin və nümayəndəyə ödənilməli xərclərin, həmçinin dövlət rüsumunun ödənilməsi, satışdan əldə olunan vəsaitin qətnamənin icrasından artıq qalan hissəsinin cavabdehə verilməsi, bu vəsaitin qətnamənin icrasına yetərli olmadığı halda isə, ümumi Cavabdeh başqa əmlaklarının satışı hesabına icra edilməsi haqqında qətnamə çıxarılması, Cavabdeh mülkiyyətindəki ipoteka predmeti Cəlilabad şəhəri, N.Tusi küçəsində istifadəsində olan 0.06 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 72,9 kv.m yaşayış, 42,5 kv.m köməkçi sahədən ibarət 24A nömrəli fərdi yaşayış evi daşınmaz əmlaka dair mülkiyyət, sahiblik və istifadə hüquqlarına xitam verilməsi və həmin ünvanda yaşayanların məcburi olaraq evdən çıxarılması, Cəlilabad şəhəri, N.Tusi küçəsində istifadəsində olan 0.06 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 72,9 kv.m yaşayış, 42,5 kv.m köməkçi sahədən ibarət 24A nömrəli fərdi yaşayış evi olan daşınmaz əmlakın ipoteka predmetinin ixtisaslaşdırılmış hərrac təşkilatının sərəncamına verilməsi tələbinə dair iddia ərizəsi ilə Cəlilabad Rayon Məhkəməsinə müraciət etmişdir. Cəlilabad Rayon Məhkəməsinin 01.10.2009-cu il tarixli 2(073)-587/2009 saylı qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinə olan 9.523 manat məbləğində əsas borcun qalığı, 94 manat kreditdən istifadəyə görə ötmüş faiz borcu, 670 manat məbləğində faizlərin gecikdirilməsinə görə hesablanmış penya, 500 manat hüquqi xidmətin göstərilməsinə görə, 20 manat dövlət rüsumunun ödənilməsinə görə, cəmi 10.807 manat pulun Cavabdeh məxsus Cəlilabad şəhəri, N.Tusi küçəsində 0,06 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı 72,9 kv.m yaşayış, 42,5 kv.m köməkçi sahəsindən ibarət 24a N0-li fərdi yaşayış evinə yönəldilməsi, həmin əmlak açıq hərraca çıxarılaraq satılması, 10.807 manat borc məbləği həmin əmlakın satılması hesabına İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, borc məbləği ödənildikdən sonra mənzilin satılmasından qalan məbləğ Cavabdeh qaytarılması, iddianın həmin ünvanda yerləşən yaşayış evində qeydiyyatda olan şəxslərin qeydiyyatdan çıxarılması, evin hərracda satışından əldə olunmuş vəsaitin yetərli olmadığı halda isə cavabdehin başqa əmlaklarının satışı hesabına icra edilməsi, həmçinin hüquqi xidmətin göstərilməsinə görə ödənilməli məbləğin 528,7 manat hissəsi rədd edilməsi qət edilmişdir. Cavabdeh tərəfindən Cəlilabad Rayon Məhkəməsinin 01.10.2009-cu il tarixli 2(073)-587/2009 saylı qətnaməsindən 30.08.2021-ci il tarixdə apellyasiya şikayəti verilmiş və Cəlilabad Rayon Məhkəməsi 31.08.2021-ci il tarixli 2(073)-587/2009 saylı qərardad ilə iddiaçı "xxxx" ASC-nin Cavabdeh Məmməd oğluna qarşı kredit müqaviləsinin ləğvi, ipoteka predmetinə tutma yönəldilməsi, onun açıq hərracda satılması, satışdan əldə olunan vəsait hesabına kredit müqaviləsi üzrə öhdəliklərin icrası, vurulmuş ziyanın ödənilməsi və iddianı təmin etmək üçün tədbirlər görülməsi tələbinə dair mülki iş üzrə Cəlilabad Rayon Məhkəməsinin 01 oktyabr 2009-cu il tarixli 2(073)-587/2009 saylı qətnaməsindən apellyasiya şikayəti verilmə müddəti Cavabdeh Məmmad oğluna münasibətdə ötürülməmiş hesab edilmiş və apellyasiya şikayəti ona əlavə edilmiş sənədlərlə və işlə birlikdə 7 gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 03.11.2021-ci il tarixli 2(106)- 3063/2021 nömrəli qərardadı ilə Cavabdeh apellyasiya şikayəti qismən təmin edilmiş, Cəlilabad Rayon Məhkəməsinin 2(073)-587/2009 saylı, 01 oktyabr 2009-cu il tarixli qətnaməsi ləğv edilmiş, iş aidiyyəti üzrə baxılması üçün Şirvan Kommersiya Məhkəməsinə göndərilmişdir. İddiaçı ləğv prosesində olan İddiaçı ASC məhkəməyə 15.03.2022-ci il tarixli iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ünvanlayaraq Cavabdeh ilə "xxxx" ASC arasında bağlanmış 21 iyun 2006-cı il tarixli, 1/100 saylı təminatlı kredit müqaviləsinə əsasən 11 mart 2022-ci il tarixinə Cavabdeh əsas borc üzrə 7.186,87 manat kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin 24.12.2014-cu il tarixli Plenum qərarına əsasən hesablanmış 4.646 manat cəmi 11.832,87 manat məbləğin tutulması və tutmanın ilkin iddia ərizəsində qeyd edilən girov predmetlərinə yönəldilməsi, qeyd edilən əmlakın açıq hərracdan satılması və satışdan əldə olunan vəsaitin iddaçı ləğv prosesində olan "xxxx" ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 1/100 №-li, 21.06.2006-cı il tarixli kredit müqaviləsinə əsasən cavabdehə heyvandarlığın inkişafı məqsədi ilə 36 ay müddətinə illik 7 faiz dərəcəsi ilə 12.000 manat məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsinin təminatı olaraq, Cavabdeh ilə 21.06.2006-cı il tarixli, 19 saylı ipoteka müqaviləsi bağlanmış və həmin ipoteka müqaviləsinə əsasən, tam mülkiyyət hüququ ilə Cavabdeh mülkiyyətində olan Cəlilabad şəhəri, N.Tusi küçəsində mülkiyyətində olan 0,06 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı 72,9 kv.m yaşayış, 42,5 kv.m köməkçi sahəsindən ibarət 24a nömrəli fərdi yaşayış evi İddiaçı ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. Kredit müqaviləsinə əsasən, borcalan bankdan aldığı krediti və ona hesablanmış faiz borcunu bu müqavilənin tərkib hissəsi olan ödəniş qrafikinə müvafiq olaraq ödəməyi öz üzərinə götürmüşdür. Müqaviləyə əsasən borclu öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi ilə əlaqədar borcun məcburi qaydada alınmasına yönəlmiş məhkəmə qətnaməsi tam icra olunub başa çatanadək hesablanmış faizləri banka ödəməlidir. Lakin buna baxmayaraq borclu Cavabdeh kredit müqaviləsinin şərtlərini pozmuş, dəfələrlə olunmuş şifahi və yazılı xəbərdarlıqlara baxmayaraq üzərinə düşən öhdəlikləri yerinə yetirməmiş, kredit və faizləri vaxtında ödəməmişdir. Hazırda banka ödənilməmiş 7.186,87 manat əsas və AR Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 4.646 manat faiz borcu mövcuddur. Borc ödənilmədiyindən məhkəməyə müraciət olunmuşdur. İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verib iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh isə əsas borcu qəbul etdiyini, lakin faiz borcunu qəbul etmədiyini bildirdi. Məhkəmə iddia ərizəsini, iddia ərizəsinə əlavə edilmiş sənədləri və işin faktiki hallarını araşdıraraq, iddiaçının nümayəndəsinin və cavabdehin izahatlarını dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbi aşağıda göstərilənlərə əsasən təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, İddiaçı ASC ilə Cavabdeh arasında 1/100 saylı, 21.06.2006-cı il tarixli kredit müqaviləsi bağlanmışdır. Göstərilən kredit müqaviləsinə əsasən cavabdehə illik 7 faiz ödəmək şərti ilə 36 ay müddətinə 12.000 manat məbləğində kredit verilmişdir. İşin materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 19 saylı, 21.06.2006-cı il tarixli ipoteka müqaviləsinə əsasən, Cəlilabad şəhəri, N.Tusi küçəsində mülkiyyətində olan 0,06 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı 72,9 kv.m yaşayış, 42,5 kv.m köməkçi sahəsindən ibarət 24a fərdi yaşayış evi kreditin təminatı olaraq ipoteka ilə yüklü edilmişdir. Həmin müqavilə ilə ipoteka predmeti tərəflərin razılığı ilə 18.000 manat məbləğində qiymətləndirilmişdir. İşin materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş MH seriyalı, ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Cəlilabad şəhəri, N.Tusi küçəsində mülkiyyətində olan 0,06 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı 72,9 kv.m yaşayış, 42,5 kv.m köməkçi sahəsindən ibarət 24a fərdi yaşayış evi Cavabdeh mülkiyyətindədir. İş materiallarından görünür ki, iddiaçı cavabdeh(lər)ə “ipoteka predmetinə tutmanın yönəldilməsi” barədə 27.02.2009-cu il tarixli bildiriş göndərmişdir. İşdən görünür ki, iddiaçı ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınmasına dair 27.02.2009-cu il tarixli ərizə ilə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə müraciət etmişdir. İşə əlavə olan məhkəmənin qərardadı əsasında təyin edilmiş məhkəməmühasibatlıq ekspertizasının 9/1195 saylı, 22.02.2022-ci il tarixli rəyindən görünür ki, 1/100 saylı 21.06.2006-cı il tarixli kredit müqaviləsinə əsasən 21.06.2009-cu il tarixə, əsas borcu üzrə 9.523 manat, faiz borcu üzrə 194,25 manat borcunun olması müəyyən olunur. Rəyə əlavə edilən “ekspertiza xərclərinə dair” bilidirişdən görünür ki, ekspertiza tədqiqatının dəyəri 150 manat məbləğində təşkil edir. İş materiallarından görünür ki, məhkəmənin qərardadı ilə göstərilən daşınmaz əmlak(lar)ın bazar qiymətinə uyğun qiymətləndirilməsi "xxxx" MMC-yə həvalə olunmuş və həmin MMC-nin əmlak(lar)ın dəyərinin müəyyən etmək üçün 04.03.2022-ci il tarixli qiymətləndirmə hesabat(lar)ı (rəy(lər)i) ilə Cavabdeh mülkiyyətində olan Cəlilabad şəhəri, N.Tusi küçəsində mülkiyyətində olan 0,06 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı 72,9 kv.m yaşayış, 42,5 kv.m köməkçi sahəsindən ibarət 24a fərdi yaşayış evin likvid dəyəri 28.000 manat məbləğində olması müəyyən olunmuşdur. Hesabata (rəyə) əlavə edilən “hesab faktura”dan görünür ki, iş üzrə daşınmaz əmlakın qiymətləndirilməsi üzrə keçirilmiş tədqiqatın dəyəri 300 manat məbləğində təşkil edir. Göstərilən xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddiaçı verdiyi krediti tələb etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası MM-nin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Qeyd edilən Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Göstərilən Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşlar. Lakin, cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, kredit vəsaitini və həmin kreditdən yaranan faiz borclarını ödəməli olmasına dair vəzifəsini isə icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Odur ki, iddiaçı əsas borcun və ona hesablanmış faizlərin ödənilməsini tələb etməkdə haqlıdır. Belə ki, iddia ərizəsinin məzmunundan və işə əlavə edilmiş sənədlərdən aşkar surətdə göründüyü kimi tərəflər arasında bağlanmış kredit müqaviləsinin müddəti 21.06.2009-cu il tarixinə kimi müəyyənləşdirilmişdir. Lakin borclu müqavilənin şərtlərini pozaraq borc öhdəliyini icra etməkdən boyun qaçırdığı üçün iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Tərəflər arasında bağlanmış kredit müqaviləsi ilə yaranan münasibətlər müddətli münasibətlər olduğundan kreditin qaytarılma müddəti 21.06.2009-cu il tarixədək müəyyənləşdirilmişdir. Göründüyü kimi, borclu tərəfindən öhdəliklərin icra edilməməsinə görə tərəflərin qarşılıqlı hüquqi bağlılığı davam etsə də, müqavilənin qüvvədə olma müddəti 21.06.2009cu il tarixdə bitmişdir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddiaçı müqavilənin qüvvədə olma müddəti ərzində yəni, 21.06.2009-cu il tarixinə kimi faizləri tələb etmək hüququna malik olsa da, müqavilənin qüvvədə olma müddəti bitəndən sonra bu hüququ itirmişdir. Lakin, iddiaçı gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malik olduğundan, iddia “müqavilə müddəti bitdikdən sonra gecikdirilmiş vaxt üçün hesablanmış faiz borcunun tutulması” hissəsində təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 24 dekabr 2014-cü il tarixli qərarında göstərilmişdir ki, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Belə ki, Azərbaycan Respublikası MM-nin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Digər tərəfdən, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, məhkəmə xərcinə daxil olan dövlət rüsumunun cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə həmçinin tələbin “ipoteka qoyulmuş daşınmaz əmlaka tutmanın yönəldilməsi, mənzilin ilkin satış qiymətinin müəyyən edilməsi, həmin mənzilin açıq hərrac yolu ilə satılması, satışdan əldə olunan vəsaitin kredit borcuna yönəldilməsi”nə dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi də əsaslıdır. Belə ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinə əsasən, borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Azərbaycan Respublikası MM-nin 317.1-ci maddəsinə əsasən, borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, cavabdehin iddiaçıya olan pul öhdəliyi ipoteka ilə təmin edildiyindən və borclu iddiaçı qarşısında olan pul öhdəliyini yalnız özünün cavabdeh olduğu səbəblərdən icra etmədiyindən, iddiaçı tələbin ipoteka ilə yüklü edilmiş göstərilən daşınmaz əmlak(lar)a yönəldilməsini məhkəmə qaydasında tətbiq etməkdə haqlıdır. Odur ki, iddianın bu hissəsi də təmin edilməlidir. Məhkəmə eyni zamanda tələbin ipoteka ilə yüklü edilmiş əmlak(lar)a yönəldilməsi qaydasını müəyyən edərək, belə nəticəyə gəlir ki, iddiaçının tələbinin ipoteka qoyulmuş göstərilən daşınmaz əmlak(lar)a yönəldilməsi ipoteka ilə yüklü edilmiş qeyd edilən əmlakın açıq hərracdan satış yolu ilə realizə edilməlidir. Belə ki, Azərbaycan Respublikası MM-nin 319.1-ci maddəsinə əsasən, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Məhkəmə həmçinin hesab edir ki, ipoteka predmet(lər)inin ilkin satış qiymətinə dair tərəflər arasında razılaşma olmadığından, ipoteka predmetinin ilkin satış qiyməti məhkəmə tərəfindən müəyyən edilməlidir. Belə ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 39.3.3-cü maddəsinə əsasən, məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən, qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, ipoteka predmet(lər)inin ilkin satış qiymətinə dair tərəflər arasında razılaşma olmadığından, ipoteka predmet(lər)inin ilkin satış qiyməti qiymətləndiricinin hesabat(lar)ı əsasında məhkəmə tərəfindən edilməklə, qeyd edilən daşınmaz əmlak(lar) açıq hərracdan satılmalı və həmin əmlak(lar)ın satılmasından əldə edilən vəsaitdən kredit borcu ödənilməlidir. Belə ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 01 saylı, 20.07.2020-ci il tarixli qərardadında göstərilmişdir ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinə əsasən məhkəmə qətnaməsində göstərilən ilkin satış qiyməti ipoteka predmeti olan əmlakın likvid qiyməti ilə müəyyən edilməlidir. Məhkəmə eyni zamanda hesab edir ki, iş üzrə daşınmaz əmlak(lar)ın qiymətləndirilməsi üzrə keçirilmiş tədqiqatın dəyəri də tərəflərdən tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən, məhkəmə hesab edir ki, işə baxılması ilə əlaqədar məsrəflər də – əmlak(lar)ın qiymətləndirilməsi üzrə keçirilmiş tədqiqatının dəyəri olaraq 300 manat məbləğində pul vəsaiti Cavabdeh alınaraq "xxxx" MMC-nin hesabına ödənilməlidir. Məhkəmə həmçinin hesab edir ki, ekspertiza xərci tərəflərdən tutulmalıdır. Belə ki, ekspert rəyindən göründüyü kimi, ekspertiza tədqiqatının dəyəri 150 manat məbləğindədir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən, ekspertiza tədqiqatının dəyəri olaraq 150 manat məbləğində pul vəsaiti cavabdehdən alınaraq dövlət büdcəsinə ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 115.0.1-ci maddəsinə əsasən, şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin edilsin. 7.186,87 manat məbləğində əsas borc, 4.646 manat məbləğində müqavilə müddəti bitdikdən sonra gecikdirilmiş vaxt üçün hesablanmış faiz borcu olmaqla cəmi 11.832,87 manat məbləğində kredit borcu Cavabdeh alınaraq ləğv prosesində olan İddiaçı ASC-yə ödənilsin. Tələb (Cavabdeh mülkiyyətində olan) Cəlilabad şəhəri, N.Tusi küçəsində istifadəsində olan 0.06 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 72.9 kv.m yaşayış, 42.5 kv.m köməkçi sahədən ibarət 24 A nömrəli fərdi yaşayış evinə yönəldilsin. Cəlilabad şəhəri, N.Tusi küçəsində istifadəsində olan 0.06 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 72.9 kv.m yaşayış, 42.5 kv.m köməkçi sahədən ibarət 24 A nömrəli fərdi yaşayış evin ilkin satış qiyməti 28.000 manat məbləğində olmaqla açıq hərracda satılsın və həmin əmlakın satılmasından əldə edilən vəsaitdən 11.832,87 manat məbləğində kredit borcu ləğv prosesində olan İddiaçı ASC-yə ödənilsin. Ekspertiza tədqiqatının dəyəri olan 150 manat məbləğində pul vəsaiti Cavabdeh alınaraq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Daşınmaz əmlakın qiymətləndirilməsi üzrə keçirilmiş tədqiqatının dəyəri olan 300 manat məbləğində pul vəsaiti Cavabdeh alınaraq "xxxx" MMC-yə ödənilsin. İşdə iştirak edən şəxslərə qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim İlqar Cabbarov
Məhkəmə qərarları › İş №2-2(121)-192/2022
Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №2-2(121)-192/2022
05.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver