Məhkəmə qərarları › İş №2-2(121)-23/2020

Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №2-2(121)-23/2020

22.09.2020 · Sair işlər - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2-2(121)-23/2020 22.09.2020 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim İsmayılov Rafiq Tofiq oğlunun sədrliyi, Məhkəmə iclas katibi Tatiyeva Günel Əli qızının katibliyi, İddiaçı “X1 Xidməti” MMC-nin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı “X1 Xidməti” MMC-nin Cavabdeh qarşı giriş-çıxış yolunun cavabdehin vəsaiti hesabına sökülməsi və avtomobil yolunun mühafizə zolağının ilkin vəziyyətə gətirilməsi tələbinə dair işə Şirvan Kommersiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi “X1 Xidməti” Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, R-18 indeksli Respublika əhəmiyyətli Şəhər Mingəçevir-st.Mingəçevir-Bəhrəmtəpə avtomobil yolunun 76-km-də yolun hərəkət hissəsinin mərkəzindən 23 metr məsafədə sol tərəfdə yerləşən restorana aid olan daş özüllü dəmir-metal konstruksiya ilə tikilən uzunluğu 55 metr, hündürlüyü 1 metr 60 sm olan hasarın və həmin restorana qeyri-qanuni yaradılmış giriş-çıxış yolunun (yol birləşməsinin) cavabdehin vəsaiti hesabına sökülməsi və avtomobil yolunun mühafizə zolağın ilkin vəziyyətə gətirilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, R-18 indeksli Respublika əhəmiyyətli Şəhər Mingəçevir-st Mingəçevir-Bəhrəmtəpə avtomobil yolunun 76 km-də yolun sol tərəfində Cavabdeh tərəfindən qanunsuz olaraq tikilmiş restoranın daş özüllü dəmir-metal konstruksiya ilə tikilən uzunluğu 55 metr, hündürlüyü 1 metr 60 sm olan hasar yolun hərəkət hissəsinin mərkəzinin 23 metrliyində yerləşir. Cavabdeh məxsus həmin restorana qeyri-qanuni olaraq uzunluğu 23 metr, eni 4 metr olan ümumilikdə 23 X 4 = 92 m2 ərazini zəbt edərək 2.05.02-85 nömrəli inşaat norma və qaydalarına uyğun olmayaraq giriş-çıxış yolu (yol birləşməsi) yaradılmışdır. Bu hal avtomobillərin dayanmadan, təhlükəsiz hərəkətinə mane olur. xx xxx 2018-ci il tarixli, 62/S nömrəli və xx xxx 2018-ci il tarixli, 16/G nömrəli xəbərdarlıqlar cəmiyyətlərinin əməkdaşları tərəfindən Cavabdeh verilməsinə baxmayaraq bu günə qədər heç bir tədbir görməmişdir. Cavabdeh qeyd olunan tikilinin onun tərəfindən tikildiyini bildirsə də, heç bir hüquqmüəyyənedici sənəd təqdim etməmişdir. Yolkənarı xidmət obyektlərinin avtomobil yollarına birləşmələrinin yenidən qurulması və təmiri avtomobil yolu sahibinin qeyd edilən işlərin görülməsi üçün verdiyi texniki şərtlər və tələblər əsasında yerinə yetirilir. Cavabdeh Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxxx 2015-ci il tarixli, 298 saylı Qərarını, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 22-ci maddəsinin və “Avtomobil Yolları haqqında” Azərbaycan Respublikası Qanununun 13, 17-ci maddələrinin tələblərini kobud surətdə pozur. Bu səbəbdən iddiaçı hazırda məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə iclasında iştirak edən iddiaçı “X1 Xidməti” MMC-nin nümayəndəsi X3 iddia tələbinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Cavabdeh məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri tam, hərtərəfli və obyektiv araşdırıb, iddiaçı “X1 Xidməti” MMC-nin nümayəndəsini dinləyib, hesab edir ki, iddia tələbi qismən əsaslı olduğu üçün qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan “X1 Xidməti” MMC-nin əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2018-ci il tarixli aktda qeyd edilmişdir ki, xx xxx 2018-ci il tarixdə R-18 indeksli Respublika əhəmiyyətli Şəhər Mingəçevir-st.Mingəçevir-Bəhrəmtəpə avtomobil yolunun 76-cı km-də yolun sol tərəfində yerləşən qeyri-yaşayış binasının sahibi Cavabdeh Azərbaycan Respublikasının Avtomobil Yolları haqqında Qanunun 17-ci maddəsinin tələblərini pozaraq, R-18 indeksli Respublika əhəmiyyətli avtomobil yolunun 76-cı km-də yolun sol tərəfində hərəkət hissəsinin mərkəzindən 23 metr məsafədə yerləşən qeyriyaşayış obyektindən əsas yola qanunsuz giriş-çıxış yolu yaratmışdır. Qanunsuz yaradılmış giriş-çıxış yolunun uzunluğu 23 metr, eni isə 4 metrdir. Qanunsuz yaradılmış giriş-çıxış yolu Avtomobil yollarının inşaat norma və qaydalarının 2.05.02-85 normalarına riayət olunmadan çəkilmişdir və bu hal əsas yolun istismara yararlılıq müddətinə mənfi təsir edərək yol təsərrüfatına ziyan vurmuşdur. Akt onu tərtib edən şəxslər tərəfindən imzalanmışdır. İş materiallarında olan “X1 Xidməti” MMC-nin əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2018-ci il tarixli digər aktda qeyd edilmişdir ki, xx xxx 2018-ci il tarixdə R-18 indeksli Respublika əhəmiyyətli Şəhər Mingəçevir-st.Mingəçevir-Bəhrəmtəpə avtomobil yolunun 76-km-də yolun sol tərəfində yerləşən daş hasarın sahibi Cavabdeh Azərbaycan Respublikasının Avtomobil Yolları haqqında Qanunun 17-ci maddəsinin tələblərini pozaraq, R-18 indeksli Respublika əhəmiyyətli avtomobil yolunun 76-cı km-də yolun sol tərəfində hərəkət hissəsinin mərkəzindən 23 metr məsafədə uzunluğu 55 metr, hündürlüyü 1 metr, 60 santimetr olan daş hasar inşa etmişdir. Akt onu tərtib edən şəxslər tərəfindən imzalanmışdır. İş materiallarında olan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi “X1 Xidməti” MMC tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2018-ci il tarixli, 16/G saylı xəbərdarlıq məktubundan görünür ki, R-18 indeksli Respublika əhəmiyyətli Şəhər Mingəçevirst.Mingəçevir-Bəhrəmtəpə avtomobil yolunun 76-km-də yolun sol hərəkət hissəsinin mərkəzinin 23 metrliyində Cavabdeh məxsus qeyri-yaşayış binasının əsas yola qanunsuz giriş-çıxış yolunun 30 gün müddətində ləğv edilməsinin təmin olunması, əks halda qanunsuz yaradılmış giriş-çıxış yolunun ləğv edilməsi və yolun ilkin vəziyyətinə, bərpa olunmasına çəkiləcək xərclərin ondan tutulması barədə qanunamüvafiq tədbirlər görüləcəyi barədə Cavabdeh məlumatlandırılmışdır. İş materiallarında olan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi “X1 Xidməti” MMC tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2018-ci il tarixli, 62/S saylı xəbərdarlıq məktubundan görünür ki, R-18 indeksli Respublika əhəmiyyətli Şəhər Mingəçevirst.Mingəçevir-Bəhrəmtəpə avtomobil yolunun 76-km-də yolun sol tərəfində, yolun hərəkət hissəsinin mərkəzinin 23 metrliyində yerləşdirilərək, qanunsuz olaraq tikilmiş daş hasarın 30 gün müddətində respublika əhəmiyyətli avtomobil yolunun mühafizə zolağından kənarlaşdırmağı, şəxsi vəsaiti hesabına təmin olunması barədə Cavabdeh xəbərdarlıq edilmiş, əks halda qanunsuz tikilmiş daş hasarın sökülməsi və yolun ilkin vəziyyətinə, bərpa olunmasına çəkiləcək xərclərin ondan tutulması barədə qanunamüvafiq tədbirlər görüləcəyi barədə Cavabdeh məlumatlandırılmışdır. İş materiallarında olan Ağcabədi Rayon İcra Hakimiyyətinin xx xxxxx 2006-cı il tarixli, 50 saylı sərəncamı ilə Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2004-cü il tarixli “Azərbaycan Respublikası Regionlarının Sosial-İqtisadi inkişafı Dövlət Proqramının (2004- 2008-ci illər) təsdiq edilməsi haqqında” Fərmanından irəli gələn tələblərin yerinə yetirilməsi ilə əlaqədar yeni iş yerlərinin açılması məqsədilə Qaravəlli kənd sakini Cavabdeh ayrılmış 3.025 m2 torpaq sahəsində şadlıq sarayı, şirniyyat sexi və yeməkxana tikintisinə icazə verilməsi qərara alınmışdır. İş materiallarında olan Ağcabədi Rayon İcra Hakimiyyəti başçısının Qaravəlli kənd İnzibati Ərazi dairəsi üzrə nümayəndəliyinin xx xxxxxxxx 2020-ci il tarixli, 321 saylı arayışında qeyd olunur ki, R-18 indeksli Respublika əhəmiyyətli Şəhər Mingəçevirst.Mingəçevir-Bəhrəmtəpə avtomobil yolunun 76-cı kilometrliyində yolun sol tərəfində yerləşən restoran xx.xx.1968-ci il təvəllüdlü Cavabdeh məxsusdur. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx xxx 2020-ci il tarixli, 26259 saylı ekspert rəyində qeyd olunur ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 298 saylı, xx xxxxxxxx 2015-ci il tarixli qərarı ilə təsdiq olunmuş “Azərbaycan ərazisində avtomobil yollarından və yol qurğularından istifadə olunması, onların qorunması qaydaları”nın tələblərinə müvafiq olaraq, R-18 indeksli Respublika əhəmiyyətli Mingəçevir-st.Mingəçevir-Bəhrəmtəpə avtomobil yolunun qorunma (mühafizə) zonasının 60 metr (yolun oxundan hər tərəfə 30 metr) nəzərdə tutulduğu müəyyən edilir. Cavabdeh məxsus Mingəçevir-st.Mingəçevir- Bəhrəmtəpə avtomobil yolunun 76-cı kilometrliyində yolun hərəkət hissəsinin sol tərəfində yerləşən qeyri-yaşayış sahəsinin (restoran) hasarı və giriş-çıxış yolu avtomobil yolundan 23 metr kənarda yerləşdiyini nəzərə alaraq, həmin tikililərin Mingəçevir-st.Mingəçevir- Bəhrəmtəpə yolunun 60 metrlik (oxdan hər tərəfə 30 metr) qorunma (mühafizə) zonasına bütövlükdə düşdüyü müəyyən olunur. Cavabdeh məxsus qeyri-yaşayış sahəsinin iki giriş-çıxış yolu olmaqla birincinin eni 2 metr, ikincinin eni 4 metr və hasarın 1,6 metr hündürlüyündə, 32 metr uzunluğunda təşkil edir. Məhkəmə müəyyən etdi ki, Ağcabədi Rayon İcra Hakimiyyətinin xx xxxxx 2006-cı il tarixli, 50 saylı sərəncamı ilə Qaravəlli kənd sakini Cavabdeh ayrılmış 3.025 m2 torpaq sahəsində şadlıq sarayı, şirniyyat sexi və yeməkxana tikintisinə icazə verilməsi qərara alınmışdır. Ağcabədi Rayon İcra Hakimiyyəti başçısının Qaravəlli kənd İnzibati Ərazi dairəsi üzrə nümayəndəliyinin xx xxxxxxxx 2020-ci il tarixli, 321 saylı arayışında qeyd olunur ki, R-18 indeksli Respublika əhəmiyyətli Şəhər Mingəçevir-st.Mingəçevir- Bəhrəmtəpə avtomobil yolunun 76-cı kilometrliyində yolun sol tərəfində yerləşən restoran xx.xx.1968-ci il təvəllüdlü Cavabdeh məxsusdur. “X1 Xidməti” MMC-nin əməkdaşları tərəfindən müəyyən olunmuşdur ki, R-18 indeksli Respublika əhəmiyyətli Şəhər Mingəçevir-st.Mingəçevir-Bəhrəmtəpə avtomobil yolunun 76-km-də yolun sol tərəfində yerləşən qeyri-yaşayış binasının sahibi Cavabdeh Azərbaycan Respublikasının Avtomobil Yolları haqqında Qanunun 17-ci maddəsinin tələblərini pozaraq, R-18 indeksli Respublika əhəmiyyətli avtomobil yolunun 76-cı km-də yolun sol tərəfində hərəkət hissəsinin mərkəzindən 23 metr məsafədə yerləşən qeyri-yaşayış obyektindən əsas yola qanunsuz giriş-çıxış yolu yaratmışdır. Qanunsuz yaradılmış giriş-çıxış yolunun uzunluğu 23 metr, eni isə 4 metrdir. Qanunsuz yaradılmış giriş-çıxış yolu Avtomobil yollarının inşaat norma və qaydalarının 2.05.02-85 normalarına riayət olunmadan çəkilmişdir və bu hal əsas yolun istismara yararlılıq müddətinə mənfi təsir edərək yol təsərrüfatına ziyan vurmuşdur. Həmçinin “X1 Xidməti” MMC-nin əməkdaşları tərəfindən müəyyən olunmuşdur ki, R-18 indeksli Respublika əhəmiyyətli Şəhər Mingəçevir-st.Mingəçevir-Bəhrəmtəpə avtomobil yolunun 76-km-də yolun sol tərəfində yerləşən daş hasarın sahibi Cavabdeh Azərbaycan Respublikasının Avtomobil Yolları haqqında Qanunun 17-ci maddəsinin tələblərini pozaraq, R-18 indeksli Respublika əhəmiyyətli avtomobil yolunun 76-cı km-də yolun sol tərəfində hərəkət hissəsinin mərkəzindən 23 metr məsafədə uzunluğu 55 metr, hündürlüyü 1 metr, 60 santimetr olan daş hasar inşa etmişdir. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi “X1 Xidməti” MMC tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2018-ci il tarixli, 16/G və 62/S saylı xəbərdarlıq məktubları ünvanlanaraq, R-18 indeksli Respublika əhəmiyyətli Şəhər Mingəçevir-st.Mingəçevir-Bəhrəmtəpə avtomobil yolunun 76-km-də yolun sol hərəkət hissəsinin mərkəzinin 23 metrliyində Cavabdeh məxsus qeyri-yaşayış binasının əsas yola qanunsuz giriş-çıxış yolunun və tikilmiş daş hasarın 30 gün müddətində ləğv edilməsinin təmin olunması, əks halda qanunsuz qanunamüvafiq tədbirlər görüləcəyi barədə Cavabdeh məlumatlandırılmışdır. Ekspert rəyi ilə Cavabdeh məxsus Mingəçevirst.Mingəçevir-Bəhrəmtəpə avtomobil yolunun 76-cı kilometrliyində yolun hərəkət hissəsinin sol tərəfində yerləşən qeyri-yaşayış sahəsinin (restoran) hasarı və giriş-çıxış yolu avtomobil yolundan 23 metr kənarda yerləşdiyini nəzərə alaraq, həmin tikililərin Mingəçevir-st.Mingəçevir-Bəhrəmtəpə yolunun 60 metrlik (oxdan hər tərəfə 30 metr) qorunma (mühafizə) zonasına bütövlükdə düşdüyü, Cavabdeh məxsus qeyri-yaşayış sahəsinin iki giriş-çıxış yolu olmaqla birincinin eni 2 metr, ikincinin eni 4 metr və hasarın 1,6 metr hündürlüyündə, 32 metr uzunluğunda təşkil etdiyi müəyyən olunmuşdur. “Avtomobil yolları haqqında” Azərbaycan Respublikasının Qanunun 13-cü maddəsində göstərilmişdir ki, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada avtomobil yollarının əlverişli yerləşdirilməsi, tikintisi, inkişafı, saxlanılması, təmiri və istifadəsi üçün zəruri torpaq sahəsi ayrılır. Avtomobil yollarının torpaq sahəsini təhkim və qorunma (mühafizə) zolaqları təşkil edir. Ümumi istifadədə olan Respublika və yerli əhəmiyyətli, habelə şəhər avtomobil yollarının yerləşdiyi torpaq sahələri dövlət mülkiyyətidir, bölünməzdir və özgəninkiləşdirilə bilməz. Ümumi istifadədə olan bələdiyyə yollarının yerləşdiyi torpaq sahələri də bələdiyyə mülkiyyətinə aid edilir. Özəl və sahə avtomobil yollarının yerləşdiyi torpaq sahələrinin mülkiyyət növünə aid edilməsi torpaq ayrılması sənədlərinə və həmin subyektlərin özlərinin mülkiyyət formasına uyğun olaraq müəyyənləşdirilir. Ümumi istifadədə olan avtomobil yollarının torpaq sahələrində müvafiq icra hakimiyyəti orqanının və müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun razılığı olmadan və ya verilmiş razılıq şərtləri pozulmaqla inşa edilmiş hər cür tikili və qurğular qanunsuz hesab edilir. Qanunsuz tikili və qurğuların inşasına yol vermiş hüquqi və fiziki şəxslər, onları bu Qanunla və Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən edilmiş qaydada öz qüvvəsi və (və ya) vəsaiti hesabına sökməlidir. Həmin Qanunun 17-ci maddəsinə əsasən, hüquqi və fiziki şəxslərə mövcud avtomobil yolları ilə birləşmə və kəsişmə qovşaqlarının tikintisinə, yenidən qurulmasına və təmirinə yalnız müəyyən edilmiş qaydada təsdiq olunmuş layihə sənədi əsasında icazə verilə bilər. Yol hərəkətinin təhlükəsizliyinin təmin olunması məqsədilə avtomobil yolunun kateqoriyasına uyğun olaraq digər avtomobil yoluna birləşmənin giriş və çıxış yolları müvafiq keçid - sürət zolaqları ilə təmin olunmalıdır. Avtomobil yollarına ümumi istifadə üçün qovuşan, birləşən avtomobil yollarının örtüyünün möhkəmliyi bütün yol boyunca mövcud avtomobil yolları üçün müəyyənləşdirilmiş layihə normalarından az olmamalıdır. Qovuşma və kəsişmənin tikintisi ilə bağlı bütün xərcləri bu işlərin sifarişçisi ödəyir. Kəsişmə və qovuşmanın tikintisi zamanı texniki normalara əməl edilmədikdə müvafiq yol təsərrüfatı orqanları onların tikintisindən imtina etmək hüququna malikdir. Avtomobil yollarının mülkiyyətçiləri onların razılığı olmadan müvafiq qovuşma və kəsişmənin tikintisini, yenidənqurma və təmirini sifariş edən və ya aparan hüquqi və fiziki şəxslərdən onları dərhal dayandırmaq, sökmək və avtomobil yollarını ilkin vəziyyətə gətirməyi tələb etmək hüququna malikdir. Belə işlərin icrasından imtina və ya razılaşdırılmış müddətdə onların icrası üzrə qəbul olunmuş öhdəliklərdən yayınma hallarında yolun mülkiyyətçisi qeyri-qanuni hərəkət etmiş hüquqi və fiziki şəxslərə qarşı avtomobil yollarını ilkin vəziyyətə gətirməklə, bu səbəbdən sərf olunan xərcləri ödəmələri barədə iddia irəli sürə bilərlər. Həmin Qanunun 26-cı maddəsinə əsasən, yolkənarı xidmət obyektlərinin avtomobil yollarına birləşmələrin yenidən qurulması və təmiri avtomobil yolu sahibinin qeyd edilən işlərin görülməsi üçün verdiyi texniki şərtlər və tələblər əsasında yerinə yetirilir. Həmin Qanunun 33-cü maddəsinə əsasən, avtomobil yollarının torpaq sahələrində sahibkarlıq və digər fəaliyyət növləri nəqliyyat vasitələrinin və piyadalarının hərəkətinə mane olmamalıdır. Ümumi istifadədə olan avtomobil yollarının təhkim zolağının hüdudlarında ticarət və digər sahibkarlıq fəaliyyəti qadağandır. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün qorunma (mühafizə) zolağında avtomobil yollarının sahibləri tərəfindən xüsusi yerlər ayrılır. Avtomobil yolları ərazisində sahibkarlıq və digər fəaliyyəti həyata keçirən fiziki və hüquqi şəxslər, bu cür fəaliyyətin həyata keçirilməsi ilə yalnız qanunvericiliklə müəyyən olunmuş qaydada məşğul ola bilərlər. Qorunma (mühafizə) zolağında sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq istəyən hüquqi və fiziki şəxslər avtomobil yollarının sahibləri ilə bağlanmış müqavilə əsasında və müqavilədən irəli gələn öhdəliyi yerinə yetirməklə həyata keçirirlər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 22-ci maddəsinə əsasən, sənaye, rabitə, nəqliyyat, ticarət, ictimai-iaşə və digər istehsal və xidmət obyektlərinin yerləşdirilməsi və fəaliyyəti üçün qanunvericiliklə müəyyən edilmiş qaydada, ayrılan və əldə edilən torpaq sahələri sənaye, nəqliyyat, rabitə və digər təyinatlı torpaqlar sayılır. Əhalinin təhlükəsizliyinin təmin olunması, sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı obyektlərin istismarına lazımi şərait yaradılması üçün onların ətrafında xüsusi (qoruyucu, sanitariya və s.) hüquqi rejimli mühafizə zonaları yaradılır. Sənaye, nəqliyyat, rabitə və digər təyinatlı torpaqların istifadəsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir, xüsusi hüquqi rejimli mühafizə zonalarının müəyyənləşdirilməsi qaydaları isə müvafiq normativ hüquqi aktlarla tənzimlənir. “Dövlət mülkiyyətində olan avtomobil yollarının qorunma (mühafizə) zolaqlarının ölçüləri”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Nazirlər Kabinetininxx xxxxxxxx 2015-ci il tarixli, 298 saylı Qərarına əsasən, dövlət mülkiyyətində olan avtomobil yollarının qorunma (mühafizə) zolaqlarının ölçüləri respublika əhəmiyyətli avtomobil yollarında yolun hər bir hərəkət istiqaməti üzrə hərəkət hissəsinin mərkəzindən 30 metr enində, yerli əhəmiyyətli avtomobil yollarında yolun hər bir hərəkət istiqaməti üzrə hərəkət hissəsinin mərkəzindən 12,5 metr enində təsdiq edilmişdir. İş materiallarından göründüyü kimi Cavabdeh məxsus və Mingəçevir-st.Mingəçevir- Bəhrəmtəpə avtomobil yolunun 76-cı kilometrliyində yolun hərəkət hissəsinin sol tərəfində yerləşən qeyri-yaşayış sahəsinin (restoran) hasarı və giriş-çıxış yolu avtomobil yolundan 23 metr kənarda olmaqla, bütövlükdə Mingəçevir-st.Mingəçevir-Bəhrəmtəpə yolunun qorunma (mühafizə) zonasına düşür. Həmin restoranın iki giriş-çıxış yolu vardır. Birincinin eni 2 metr olmaqla fiziki şəxslərin giriş-çıxışı üçün, ikincinin eni isə 4 metr olmaqla avtomobillər üçün nəzərdə tutulmuşdur. Həmçinin restoranın ətrafına çəkilmiş hasarın hündürlüyü 1,6 metr, uzunluğu isə 32 metr təşkil edir. Cavabdeh məxsus restoranın eni 2 metr olmaqla fiziki şəxslərin giriş-çıxışı üçün nəzərdə tutulduğunu və həmin restorana aid daş özüllü dəmir-metal konstruksiya ilə tikilən hasarın uzunluğunun 55 metr deyil, 32 metr təşkil etdiyini nəzərə alaraq, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, R-18 indeksli Respublika əhəmiyyətli Şəhər Mingəçevir-st.Mingəçevir-Bəhrəmtəpə avtomobil yolunun 76-cı km-də, yolun hərəkət hissəsinin mərkəzindən 23 metr məsafədə, sol tərəfdə yerləşən restorana aid olan daş özüllü dəmir-metal konstruksiya ilə tikilən uzunluğu 32 metr, hündürlüyü 1 metr 60 sm olan hasar və həmin restorana yaradılmış, eni 4 metr olan avtomobillər üçün giriş-çıxış yolu (yol birləşməsi) Cavabdeh vəsaiti hesabına sökülməli və avtomobil yolunun mühafizə zolağı ilkin vəziyyətə gətirilməli, iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən, iş üzrə təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizasının keçirilməsinə görə ekspertiza tədqiqatlarının dəyəri olan cəmi 100 (bir yüz) manatın 20 (iyirmi) manatı iddiaçı “X1 Xidməti” MMC-dən, 80 (səksən) manatı isə Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməli, həmçinin cavabdehdən tutulması tələb edilmədiyi üçün, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-cı, 220-ci, 227-ci, 358-ci, 360-cı və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. R-18 indeksli Respublika əhəmiyyətli Şəhər Mingəçevir-st.Mingəçevir-Bəhrəmtəpə avtomobil yolunun 76-cı km-də, yolun hərəkət hissəsinin mərkəzindən 23 metr məsafədə, sol tərəfdə yerləşən restorana aid olan daş özüllü dəmir-metal konstruksiya ilə tikilən uzunluğu 32 metr, hündürlüyü 1 metr 60 sm olan hasar və həmin restorana yaradılmış, eni 4 metr olan avtomobillər üçün giriş-çıxış yolu (yol birləşməsi) Cavabdeh vəsaiti hesabına sökülsün və avtomobil yolunun mühafizə zolağı ilkin vəziyyətə gətirilsin. İddia qalan hissədə təmin edilməsin. İş üzrə təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizasının keçirilməsinə görə ekspertiza tədqiqatının dəyəri olan cəmi 100 (yüz) manatın 20 (iyirmi) manatı iddiaçı “X1 Xidməti” MMC-dən, 80 (səksən) manatı isə Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, Dövlət Xəzinədarlığı Agentliyi, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22. Hesab №AZ43CTRE********************, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3) köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Rafiq İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar