Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2-2(121)-324/2021 24.08.2021 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Misirzadə Namidar Əlöysət oğlunun sədrliyi, Qurbanov Cəlal Əli oğlunun katibliyi, İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 MMC-yə və qeyrilərinə qarşı – kredit borcunun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi barədə iddiasına dair işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı ASC cavabdehlər Cavabdeh1 MMC, Cavabdeh2 və Cavabdeh3 qarşı – İddiaçı ASC-nin "xxxx" filialı ilə Cavabdeh1 MMC arasında bağlanmış 15.07.2016-cı il tarixli 05/141 saylı Korporativ müştərilərə verilən kreditlər üzrə ümumi müqaviləyə əsasən 19.890,93 manat əsas, 1.953,79 manat faiz, 10.092,77 manat cərimə, ümumilikdə 31.937,49 manat və 30 manat dövlət rüsumunun Cavabdeh1 MMC və Cavabdeh2 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə tutulması, borc tələbinin qeyd olunan kreditin təminatı kimi bankın xeyrinə ipoteka ilə yüklü edilmiş Cavabdeh3 məxsus Şirvan şəhəri, M.Ə.Rəsulzadə küçəsində yerləşən 70.31 kv.m ümumi, 47.67 kv.m yaşayış, 22.64 kv.m yardımçı sahədən ibarət olan 3 saylı evin, 36 saylı mənzilinə yönəldilməsi, ipoteka predmetinin ilkin satış qiyməti müəyyən edilməklə əmlakın açıq hərracdan satılması, əldə olunan vəsait hesabına kredit borcunun ödənilməsi, əmlak satıldıqdan sonra yaşayış sahəsindən çıxmadıqda məcburi qaydada çıxarılmaqla əmlakın tam boşaldılması və satışdan əldə olunacaq vəsaitin iddiaçının tələblərini ödəməyə kifayət etmədikdə qalan məbləğin cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 tutularaq iddiaçıya ödənilməsi barədə iddia ərizəsi ilə Şirvan Şəhər Məhkəməsinə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC-nin "xxxx" filialı ilə Mexaniki Təmir Sazlama Servis Xidməti Müəssisəsi” MMC arasında bağlanmış 15.07.2016-cı il tarixli 05/141 saylı Korporativ Müştərilərə verilən Kreditlər üzrə Ümumi Müqaviləyə əsasən cəmiyyətə 24 ay müddətinə illik 20 faiz olmaqla 23.940 manat (14.468,36 ABŞ dolları+faiz borcları+cərimə faiz borclarının cəminin rəsmiləşdirmə tarixinə olan məzənnə ilə manat ekvivalenti) kredit verilmişdir. İddiaçı ASC-nin "xxxx" filialı ilə Cavabdeh2 arasında 30.08.2016-cı il tarixli 07/141 saylı zaminlik müqaviləsi bağlanmışdır. Zaminlik müqaviləsində bank qarşısında öhdəliklərin vaxtında yerinə yetirilməsində Cavabdeh2 borcalanla eyni dərəcədə məsuliyyətinin olması əks olunmuşdur. Kredit öhdəliyinin icrasını təmin etmək məqsədi ilə İddiaçı ASC-nin "xxxx" filialı ilə Cavabdeh3 arasında 15.07.2016-cı il tarixli 01/141 saylı sonrakı ipoteka müqaviləsi bağlanmış və onun mülkiyyətində olan Şirvan şəhəri, M.Ə.Rəsulzadə küçəsində yerləşən 70.31 kv.m ümumi, 47.67 kv.m yaşayış, 22.64 kv.m yardımçı sahədən ibarət olan 3 saylı evin, 36 saylı mənzili bankın xeyrinə ipoteka ilə yüklü edilmişdir. Kredit müqaviləsinin tərkib hissəsi olan, ödəniş qrafikinə əsasən borcalan hər ay ödəniş olduğu halda, o, bu öhdəliyini normal yerinə yetirməmişdir. Beləliklə, 09.12.2019-cu il tarixə olan maliyyə arayışına əsasən borcalanın banka 19.890,93 manat əsas, 1.953,79 manat faiz, 10.092,77 manat cərimə, ümumilikdə 31.937,49 manat borcu qalmışdır. Cavabdehlərə kreditin qaytarılması haqqında iddiaçı tərəfindən dəfələrlə xəbərdarlıq olunmuş, lakin buna baxmayaraq bu günə kimi kredit borcunun və kreditə hesablanmış faizlərin ödənilməsi üçün tədbirlər görülməmişdir. İddiaçı iddia tələbini dəyişdirərək, İddiaçı ASC-nin "xxxx" filialı ilə Cavabdeh1 MMC arasında bağlanmış 15.07.2016-cı il tarixli 05/141 saylı Korporativ müştərilərə verilən kreditlər üzrə ümumi müqaviləyə əsasən 19.890,93 manat əsas, 4.872,53 manat faiz, 3.136,40 manat cərimə, müqavilə bitdikdən sonra Mərkəzi Bankın uçot dərəcəsi ilə hesablanmış 3.632,58 manat əldə çıxmış fayda, ümumilikdə 31.532,44 manat və 30 manat dövlət rüsumunun Cavabdeh1 MMC və Cavabdeh2 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə tutulması, borc tələbinin qeyd olunan kreditin təminatı kimi bankın xeyrinə ipoteka ilə yüklü edilmiş Cavabdeh3 məxsus Şirvan şəhəri, M.Ə.Rəsulzadə küçəsində yerləşən 70.31 kv.m ümumi, 47.67 kv.m yaşayış, 22.64 kv.m yardımçı sahədən ibarət olan 3 saylı evin, 36 saylı mənzilinə yönəldilməsi, ipoteka predmetinin ilkin satış qiyməti müəyyən edilməklə əmlakın açıq hərracdan satılması, əldə olunan vəsait hesabına kredit borcunun ödənilməsi, əmlak satıldıqdan sonra yaşayış sahəsindən çıxmadıqda məcburi qaydada çıxarılmaqla əmlakın tam boşaldılması və satışdan əldə olunacaq vəsaitin iddiaçının tələblərini ödəməyə kifayət etmədikdə qalan məbləğin cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Şirvan Şəhər Məhkəməsinin 2(032)-251/2020 saylı, 23.11.2020-ci il tarixli qərardadı ilə İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 MMC, Cavabdeh2 və Cavabdeh3 qarşı – kredit borcunun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi iddia tələbinə dair iş aidiyyəti üzrə baxılması üçün Şirvan Kommersiya Məhkəməsinə göndərilmişdir. İddiaçı iddia tələbini yenidən dəyişdirərək, İddiaçı ASC-nin "xxxx" filialı ilə Cavabdeh1 MMC arasında bağlanmış 15.07.2016-cı il tarixli 05/141 saylı Korporativ müştərilərə verilən kreditlər üzrə ümumi müqavilə və həmin müqavilənin kreditləşmənin xüsusi şərtlərinə dair 15.07.2016-cı il tarixli 1 saylı əlavəsinə əsasən 19.890,93 manat əsas, 4.872,53 manat faiz, 3.136,40 manat cərimə, müqavilə bitdikdən sonra Mərkəzi Bankın uçot dərəcəsi ilə hesablanmış 3.632,58 manat əldə çıxmış fayda, ümumilikdə 31.532,44 manat və 30 manat dövlət rüsumunun Cavabdeh1 MMC və Cavabdeh2 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə tutulması, borc tələbinin qeyd olunan kreditin təminatı kimi bankın xeyrinə ipoteka ilə yüklü edilmiş Cavabdeh3 məxsus Şirvan şəhəri, M.Ə.Rəsulzadə küçəsində yerləşən 70.31 kv.m ümumi, 47.67 kv.m yaşayış, 22.64 kv.m yardımçı sahədən ibarət olan 3 saylı evin, 36 saylı mənzilinə yönəldilməsi, ipoteka predmetinin ilkin satış qiyməti müəyyən edilməklə əmlakın açıq hərracdan satılması, əldə olunan vəsait hesabına kredit borcunun ödənilməsi, əmlak satıldıqdan sonra yaşayış sahəsindən çıxmadıqda məcburi qaydada çıxarılmaqla əmlakın tam boşaldılması və satışdan əldə olunacaq vəsaitin iddiaçının tələblərini ödəməyə kifayət etmədikdə qalan məbləğin cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddianı müdafiə edərək, iddianın təmin edilməsini xahiş etdi. Cavabdehlər Cavabdeh1 MMC, Cavabdeh2 və Cavabdeh3 məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin onlar (nümayəndələri) məhkəmə iclasına gəlməmiş və gəlməməs(lər)inin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir(lər). Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə cavabdeh(lər)in (nümayənədlərinin) iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsinin izahatını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, İddiaçı ASC-nin "xxxx" filialı ilə Cavabdeh1 MMC arasında bağlanmış 15.07.2016-cı il tarixli 05/141 saylı Korporativ Mütərilərə verilən Kreditlər üzrə Ümumi Müqaviləyə əsasən cəmiyyətə 24 ay müddətinə illik 20 faiz olmaqla 23.940 manat (14.468,36 ABŞ dolları+faiz borcları+cərimə faiz borclarının cəminin rəsmiləşdirmə tarixinə olan məzənnə ilə manat ekvivalenti) kredit verilmişdir. İşdən görünür ki, İddiaçı ASC-nin "xxxx" filialı ilə Cavabdeh3 Əbdüləhəd oğlu arasında 15.07.2016-cı il tarixli, 01/141 saylı sonrakı ipoteka müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən “İpoteka qoyan” mülkiyyət hüququ ilə ona məxsus olan ipoteka predmetini 15.07.2016-cı il tarixli 05/141 saylı korporativ müştərilərə verilən kreditlər üzrə ümumi müqavilənin çərçivəsində imzalanan kreditləşmənin xüsusi şərtləri və onun ayrılmaz tərkib hissəsi olan 15.07.2016-cı il tarixlı 1 saylı Əlavəyə (Kredit Müqaviləsi) əsasən yaranmış öhdəliyinin icrasının təmin edilməsi məqsədi ilə “ipoteka saxlayan”ın xeyrinə ipoteka ilə yüklü edilmişdir. İşə əlavə edilmiş sənədlərdən görünür ki, İddiaçı ASC-nin "xxxx" filialı ilə Cavabdeh2 arasında 30.08.2016-cı il tarixli 07/141 saylı zaminlik müqaviləsi bağlanmışdır. Zaminlik müqaviləsində bank qarşısında öhdəliklərin vaxtında yerinə yetirilməsində Cavabdeh2 borcalanla eyni dərəcədə məsuliyyətinin olması öhdəliyini üzərinə götürmüşdür. İş materiallarına əlavə olan 25.09.2020-ci il tarixli, 135000/4044 nömrəli maliyyə arayışından görünür ki, 21.09.2020-ci il tarixə Cavabdeh1 MMC-nin 19.890,93 manat əsas, 4.872,53 manat faiz, 3.136,40 manat cərimə borcu vardır. İşin materiallarında olan MA seriyalı, ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestindən çıxarışın surətindən görünür ki, Şirvan şəhəri, X3 küçəsi, ev 3, mənzil 36 ünvanda yerləşən (reyestr nömrəsi **********55-05-101-093007, ümumi sahəsi 70.31 kv.metr, yaşayış sahəsi 47.67 kv.metr, yardımçı sahəsi 22.64 kv.metr, yaşayış otaqlarının sayı 3) xüsusi mülkiyyət hüququ əsasında Cavabdeh3 adına rəsimləşdirilmişdir. İşin materiallarında olan RX seriyalı, ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Şirvan şəhəri, X3 küçəsi, ev 3, mənzil 36 ünvanda yerləşən (reyestr nömrəsi **********55-05-101-093007, ümumi sahəsi 70.31 kv.metr, yaşayış sahəsi 47.67 kv.metr, yardımçı sahəsi 22.64 kv.metr, yaşayış otaqlarının sayı 3) xüsusi mülkiyyət hüququ əsasında Cavabdeh3 adına olan mənzil kreditin təminatı olaraq İddiaçı ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. İş materiallarından görünür ki, iddiaçı cavabdeh(lər)ə 08.05.2018-ci il tarixli bildiriş göndərmişdir. İş materiallarında olan 3798 saylı, 31.05.2018-ci il tarixli bildirişdən görünür ki, Şirvan şəhəri, X3 küçəsi, ev 3, mənzil 36 saylı ünvanda yerləşən Cavabdeh3 məxsus mənzilə dair ipotekanın qeydiyyatına ********** nömrəli, 22.05.2018-ci il tarixli ipoteka predmetinə tutmanın yönəldilməsi qeydiyyata alınmışdır. İş materiallarına əlavə edilən Şirvan Şəhər Məhkəməsinin 2(032)-251/2020 saylı, 14.09.2020-ci il tarixli qərardadı əsasında verilmiş X1 328 saylı, 05.10.2020-ci il tarixli ekspert rəyindən görünür ki, Cavabdeh3 mülkiyyətində ipoteka predmeti olan Şirvan şəhəri, M.Ə.Rəsulzadə küçəsində yerləşən 3 saylı evin, 36 saylı mənzilin hazırki bazar qiyməti ilə təqribi dəyəri 39795 manat məbləğində müəyyən edilmişdir. İş materiallarına əlavə edilən 05.10.2020-ci il tarixli məktubdan görünür ki, iddiaçı tərəfindən “X2” MMC-nin hesabına 400 manat məbləğində pul vəsaiti ödənilmişdir. İşə əlavə olan Şirvan Kommersiya Məhkəməsinin qərardadı əsasında təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının 9/3845 saylı, 22.07.2021-ci il tarixli rəyi ilə İddiaçı ASC ilə Cavabdeh1 MMC arasında 05/141 saylı, 15.07.2016-cı il tarixli müqaviləyə əsasən müqavilə müddətinin bitmə tarixinə, yəni 15.07.2018-ci il tarixə əsas borcu üzrə 20022,86 manat, faiz borcu üzrə 4293,79 manat borcunun olması müəyyən olunur. Rəyə əlavə edilən “ekspertiza xərclərinə dair” bilidirişdən görünür ki, ekspertiza tədqiqatının dəyəri 100 manat məbləğində təşkil edir. Göstərilən xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddiaçı verdiyi krediti tələb etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası MM-nin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Qeyd edilən Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Göstərilən Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin, cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, kredit vəsaitini və həmin kreditdən yaranan faiz borclarını ödəməli olmasına dair vəzifəsini isə icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Odur ki, iddiaçı borcun və ona hesablanmış faizlərin qaytarılmasını tələb etməkdə haqlıdır. Lakin, məhkəmə hesab edir ki, cavabdehdən hesablanmış faizlərin tutulmasına dair iddia tələbi xarakterinə, tutulma qaydasına görə əsaslı olsa da, həcminə görə tam əsaslı deyildir. Ona görə ki, iş materiallarında olan məhkəmənin qərardadı əsasında təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının rəyindən görünür ki, müqavilə müddətinin bitmə tarixinə, yəni 15.07.2018-ci il tarixə faiz borcu üzrə 4293,79 manat borcunun olması müəyyən olunur. Belə ki, Azərbaycan Respublikası MPM-nin 101.7-ci maddəsinə əsasən, ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsinədə müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Göstərilənlərə əsasən məhkəmə ekspertizanın verdiyi rəyi sübut növü kimi qəbul edir və onunla razılaşır. Buna görə də məhkəmə hesab edir ki, qeyd edilən hissə(lər)də iddia qismən təmin edilərək, cavabdehdən göstərilən kredit müqaviləsi üzrə 19890,93 manat (iddiaçının verdiyi tələb) məbləğində əsas borc, 4293,79 manat məbləğində faiz borcu (müqavilə müddətinə) tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmə iddianın “müqavilə bitdikdən sonra Mərkəzi Bankın uçot dərəcəsi ilə hesablanmış əldə çıxmış faydanın tutulması”na dair hissəsini araşdıraraq, hesab edir ki, iddianın qeyd edilən hissəsi əsassızdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinə əsasən, özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Həmin Məcəllənin 449.2-ci maddəsinə əsasən, bank uçot dərəcəsini Azərbaycan Respublikasının Mərkəzi Bankı müəyyənləşdirir. Göründüyü kimi, MM-in “öhdəliklərin icra edilməməsinə görə məsuliyyəti” nəzərdə tutan 449-cu maddəsindəki xüsusi normada “faydalanma” və “(qanunsuz) istifadə” sözləri eyni məzmun daşımaqla, bu dörd hərəkət (hərəkətsizlik) nəticəsində müəyyən gəlir, artım, bəhər və s. əldə edilməsi mənasını nəzərdə tutur. Həmçinin, vəsaitdən qanunsuz istifadə nəticəsində kreditora zərər vurulubsa, o, Mülki Məcəllənin 21-ci maddəsinə müvafiq olaraq zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malikdir. Bundan əlavə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” 09.07.2009-cu il tarixli qərarında göstərilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinin “ondan faydalanmağa görə” müddəası özgəsinin vəsaitinin qanunsuz saxlanılması, onun qaytarılmasından boyun qaçırılması, onun ödənilməsinin digər şəkildə gecikdirilməsi və ya başqa şəxsin hesabına pul vəsaitinin əsassız əldə edilməsi və ya toplanılması nəticəsində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.3-cü maddəsində göstərilmiş gəlirin, artımın, bəhərin və ya sair maddi xeyirin əmələ gəlməsini nəzərdə tutur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdehin iddiaçının pul vəsaitindən faydalanması, gəlirin, artım, bəhər və ya sair maddi xeyir qazanması işin materialları ilə sübuta yetirilmədiyindən, iddia göstərilən hissədə rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd edilən Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iddianın cərimənin ödənilməsi barəsində hissəsini də araşdıraraq hesab edir ki, iddianın həmin hissəsi qismən əsaslıdır. Belə ki, Azərbaycan Respublikası MM-nin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Məhkəmə hesab edir ki, iddiaçının iddia ərizəsində göstərilən cərimə əsassız və şişirdilmiş məbləğdir. Azərbaycan Respublikası MM-nin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənəsübsüz surətdə yüksək cəriməni azalda bilər. İşin hallarını nəzərə alaraq, məhkəmə cərimənin 3136,40 manat məbləğində deyil, 300 manat məbləğində müəyyən edilməsini ədalətli və məqsədə müvafiq sayır. Məhkəmə eyni zamanda iddia tələbinin digər Cavabdeh2 qarşı hissəsini araşdıraraq hesab edir ki, iddia tələbi bu hissədə rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 477.0.4-cü maddəsinə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Beləliklə, məhkəmə hesab edir ki, bank zaminə qarşı qanunla müəyyən edilmiş müddət ərzində iddia qaldırmaq hüququna malik olduğu halda, bu haqqından istifadə etməmiş və bu müddətdə zaminə qarşı heç bir tələb irəli sürülməmişdir. Bilavasitə qanundan irəli gəldiyi, eləcə də bankın zaminə qarşı tələbinin yaranmasının mühüm şərtlərindən biri kimi çıxış etdiyi üçün qanunla müəyyən edilmiş müddətlər ərzində kreditor tərəfindən zaminə qarşı tələb irəli sürülmədikdə, zaminlik müqaviləsinə xitam verilmiş hesab edilir. Eyni zamanda, nəzərə almaq lazımdır ki, zaminliyə müddətin keçməsi əsası ilə xitam verilməsinin mümkünlüyünü təsbit edən Mülki Məcəllənin 477.0.4-cü maddəsi iddia müddəti deyildir, buna görə də, onun tətbiqi üçün tərəfin ərizəsi verməsi və ya müstəqil olaraq belə tələblə çıxış etməsi tələb olunmur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, mülki qanunvericiliyin yuxarıda qeyd olunmuş normaları və müqavilə şərtləri baxımından hazırki mübahisə üzrə Cavabdeh2 qarşı iddia tələbi on(lar)a aid hissədə rədd olunmalıdır. Məhkəmə həmçinin iddianın 30 manat məbləğində dövlət rüsumunun cavabdehdən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi qismən əsaslıdır. Ona görə ki, cavabdeh iddia üzrə iddiaçı qarşısında aralarındakı müqavilədən irəli gələn vəzifələrini icra etməməsi nəticəsində, iddiaçı məhkəmədə iddia qaldırması ilə əlaqədar dövlət rüsumunu ödəməsi ilə ona əlavə zərər vurmuşdur. Odur ki, kredit borcu cavabdehdən alınmaqla yanaşı eyni zamanda, ziyanın ödənilməsi ilə əlaqədar iddiaçının dövlət rüsumunu ödəməsi nəticəsində çəkdiyi əlavə zərər də cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MM-nin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Digər tərəfdən, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, məhkəmə xərcinə daxil olan dövlət rüsumunun 25 manatı cavabdehə, 5 manatı isə iddiaçıya aid edilməli və buna görə də iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun 25 manatı cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə eyni zamanda hesab edir ki, ekspertiza xərci tərəflərdən tutulmalıdır. Belə ki, ekspert rəyindən göründüyü kimi, ekspertiza tədqiqatının dəyəri 100 manat məbləğindədir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən, ekspertiza tədqiqatının dəyəri olaraq 100 manat məbləğində pul vəsaitinin 25 manatı iddiaçıdan, 75 manatı isə cavabdehlər Mexaniki Təmir Sazlama Servis Xidməti Müəssisəsi” MMC və Cavabdeh3 müştərək qaydada alınaraq dövlət büdcəsinə ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115.0.1-ci maddəsinə əsasən, şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Məhkəmə həmçinin tələbin ipoteka qoyulmuş daşınmaz əmlak(lar)a yönəldilməsinə dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi əsaslıdır. Belə ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinə əsasən, borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Azərbaycan Respublikası MM-nin 317.1-ci maddəsinə əsasən, borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, cavabdehin iddiaçıya olan pul öhdəliyi ipoteka ilə təmin edildiyindən və borclu iddiaçı qarşısında olan pul öhdəliyini yalnız özünün cavabdeh olduğu səbəblərdən icra etmədiyindən, iddiaçı tələbin ipoteka ilə yüklü edilmiş göstərilən daşınmaz əmlak(lar)a yönəldilməsini məhkəmə qaydasında tətbiq etməkdə haqlıdır. Odur ki, iddianın həmin hissəsi də təmin edilərək, borc tələbi kreditin təminatı kimi ipoteka ilə yüklü edilmiş göstərilən daşınmaz əmlak(lar)a yönəldilməlidir. Məhkəmə eyni zamanda tələbin ipoteka ilə yüklü edilmiş əmlaka yönəldilməsi qaydasını müəyyən edərək, belə nəticəyə gəlir ki, iddiaçının tələbinin ipoteka qoyulmuş göstərilən daşınmaz əmlak(lar)a yönəldilməsi ipoteka ilə yüklü edilmiş qeyd edilən əmlak(lar)ın açıq hərracdan satış yolu ilə realizə edilməlidir. Belə ki, Azərbaycan Respublikası MM-nin 319.1-ci maddəsinə əsasən, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Məhkəmə həmçinin hesab edir ki, ipoteka predmetinin ilkin satış qiymətinə dair tərəflər arasında razılaşma olmadığından, ipoteka predmetinin ilkin satış qiyməti məhkəmə tərəfindən müəyyən edilməlidir. Belə ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 39.3.3-cü maddəsinə əsasən, məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən, qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, ipoteka predmetlərinin ilkin satış qiymətinə dair tərəflər arasında razılaşma olmadığından, ipoteka predmetinin ilkin satış qiyməti qiymətləndiricinin rəyi (hesabatı) əsasında məhkəmə tərəfindən 39795 manat müəyyən edilməklə, qeyd edilən daşınmaz əmlak(lar) açıq hərracdan satılmalı və həmin əmlak(lar)ın satılmasından əldə edilən vəsaitdən kredit borcu ödənilməlidir. Məhkəmə iddia tələbinin “ipoteka predmetinin satışından əldə olunan vəsait borcun tam ödənilməsinə kifayət etmədiyi halda qalan borc məbləğinin cavabdehlərdən tutularaq iddiaçıya ödənilməsi”nə dair hissəsini araşdıraraq hesab edir ki, iddia tələbi bu hissədə əsassızdır. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 45.6-ci maddəsinə əsasən, tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla, tələb borcluya məxsus olan digər əmlaka yönəldilir. Göründüyü kimi, satışdan əldə edilən məbləğ borcun ödənilməsinə kifayət etmədikdə, qalan məbləğin cavabdehdən tutulması qətnamənin icrası zamanı həll edilən məsələlərdəndir. Odur ki, iddianın həmin hissəsi əsassızdır. Buna görə də iddia tələbi həmin hissədə rədd edilməlidir. Məhkəmə eyni zamanda, iddia tələbinin “əmlak satıldıqdan sonra yaşayış sahəsindən çıxmadıqda məcburi qaydada çıxarılmaqla əmlakın tam boşaldılması”na dair hissəsini araşdıraraq hesab edir ki, qeyd edilən mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulduğundan, iddia tələbi həmin hissədə də təmin edilməlidir. Belə ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 59.3-cü maddəsinə əsasən, ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki, yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. Həmin Qanunun tərəflər arasında hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan 59.4-cü maddəsinə əsasən, bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən çıxmadıqda həmin şəxslər evdən və ya mənzildən müvafiq olaraq tutmanın yönəldilməsi barədə notariusun icra qeydi və ya məhkəmə qərarı əsasında məcburi qaydada çıxarılırlar. Göstərilən qanunvericilik aktı normasına əsasən məhkəmə hesab edir ki, mübahisəli mənzil mənzilin mülkiyyətçisi tərəfindən ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulduğundan, iddia qeyd edilən hissədə də təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia qismən təmin edilsin. 19890,93 manat əsas borc, 4293,79 manat faiz borcu, 300 manat cərimə, cəmi 24484,72 manat məbləğində kredit borcu və 25 manat məbləğində dövlət rüsumu Cavabdeh1 MMC-dən alınaraq İddiaçı ASC-yə ödənilsin. Tələb Cavabdeh3 mülkiyyətində olan Şirvan şəhəri, M.Ə.Rəsulzadə küçəsi, 3 saylı evin, 36 saylı mənzilə yönəldilsin. Şirvan şəhəri, M.Ə.Rəsulzadə küçəsi, 3 saylı evin, 36 saylı mənzilin ilkin satış qiyməti 39795 manat məbləğində olmaqla açıq hərracdan satılsın və həmin əmlakın satılmasından əldə edilən vəsaitdən 24484,72 manat məbləğində kredit borcu və 25 manat məbləğində dövlət rüsumu İddiaçı ASC-yə ödənilsin. Şirvan şəhəri, M.Ə.Rəsulzadə küçəsi, 3 saylı evin, 36 saylı mənzili açıq hərracdan satıldıqdan sonra Cavabdeh3 mənzildən çıxarılmaqla əmlak boşaldılsın. İddia tələbi qalan hissədə, o cümlədən Cavabdeh2 münasibətdə təmin edilməsin. Ekspertiza tədqiqatının dəyəri olaraq 100 manat məbləğində pul vəsaitinin 25 manatı ləğv prosesində olan İddiaçı ASC-dən, 75 manatı Cavabdeh1 MMC-dən və Cavabdeh3 müştərək qaydada alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinin kommersiya kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Namidar Misirzadə
Məhkəmə qərarları › İş №2-2(121)-324/2021
Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №2-2(121)-324/2021
24.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver