Məhkəmə qərarları › İş №2-2(121)-402/2025

Şirvan Kommersiya Məhkəməsi Qərardad — İş №2-2(121)-402/2025

24.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-2(121)-402/2025 24.02.2025 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Abbasov Zaur Vahid oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Nəcəfova Aidə Əlnizam qızının katibliyi, İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı, müstəqil tələb irəli sürən üçüncü şəxs "xxxx" ASC-nin nümayəndəsi X1, mübahisə predmeti üzrə müstəqil tələb irəli sürməyən ”Faktor Lizinq” MMC-nin nümayəndələri X5 və X2 iştirakları ilə İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia iddiaçılar Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun ödənilməsi və tələbin ipoteka predmetinə yönəldilməsi”, ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı qarşı “kredit müqavilələrinin etibarsız hesab edilməsi” və müstəqil tələb irəli sürən üçüncü şəxs "xxxx" ASC-nin cavabdehlər İddiaçı və Cavabdeh1 qarşı “ipoteka müqaviləsinin etibarsız hesab ediməsi” tələbinə dair işə işə Şirvan Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia iddiaçılar Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun ödənilməsi və tələbin ipoteka predmetinə yönəldilməsi”, ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı qarşı “kredit müqavilələrinin etibarsız hesab edilməsi” və müstəqil tələb irəli sürən üçüncü şəxs "xxxx" ASC cavabdehlər İddiaçı və Cavabdeh1 qarşı “ipoteka müqaviləsinin etibarsız hesab ediməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. İşin araşdırılması zamanı ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia və müstəqil tələb üzrə cavabdeh İddiaçı müraciətinə əsasən Bakı şəhəri 9 saylı Notariat ofisinin xüsusi notariusu X3 tərəfindən xx.xx.2019-cu il tarixdə (reyestrdə 8İ-18742 № ilə qeyd edilmişdir) “İcra qeydi” aparıldığı müəyyən edilmişdir. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri 9 saylı Notariat ofisi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 397 nömrəli məktuba əsasən müəyyən olunmuşdur ki, xx.xx.2019-cu il tarixli 8İ/18742 reyestr saylı icra qeydi, həmin icra qeydinin verilməsinə əsas olan xx.xx.2019-cu il tarixli 3M/818 reyestr saylı ipoteka müqaviləsi, xx.xx.2019-cu il tarixli 3M/817 reyestr saylı kredit müqaviləsi, xx.xx.2019-cu il 3M/939 reyestr saylı ipoteka müqaviləsi və xx.xx.2019-cu il 3M/938 reyestr saylı kredit müqaviləsi hazırda qüvvədədir, ləğv edilməmişdir. Məhkəmə hesab edir ki, borcun tutulması və tələbin ipoteka predmetinə yönəldilməsi barədə icra qeydi olduğuna görə işin icraatına xitam verilməlidir. Məhkəmə qeyd edir ki, notariusun icra qeydi mövcud olduğu halda həmin sənədin verilməsinə əsas olmuş müqavilə üzrə öhdəliyin icra edilməsi tələbinə məhkəmə qaydasında baxılması yolverilməzdir. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun: 6.1.4-cü maddəsinə əsasən notariusun icra qeydləri icra sənədi sayılır. 23.1.1-ci maddəsinə əsasən tələbin icra edilmədiyi və ya qismən icra edildiyi icra sənədi tələbkarın ərizəsi əsasında icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notariusun icra qeydi isə tələbkara) qaytarılır. 23.3-cü maddəsinə əsasən icra sənədinin qaytarılması bu Qanunun 23.1-ci maddəsində nəzərdə tutulan əsaslar aradan qalxdıqdan sonra tələbkar müraciət etdikdə sənəd yenidən icraya yönəldilir. Bu Qanunun 23.1-ci maddəsində nəzərdə tutulan əsaslar aradan qalxdıqdan sonra tələbkar icra qeydinin icrası üçün yenidən aidiyyəti icra qurumuna müraciət edə bilər. Bu hallarda icra qurumu icra qeydini icraata qəbul etməli və bu Qanunla nəzərdə tutulan tədbirləri görməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 170.1-ci maddəsinə görə bu Məcəllənin 254, 255, 261.0.1—261.0.3 və 261.0.6—261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Mülki Prosessual Məcəllənin 170.2-ci maddəsinə görə işin məhkəmə baxışına hazırlanmasının dayandırılması və ya xitam verilməsi zamanı hakim qərardad çıxarır. Mülki Prosessual Məcəllənin 170.3-ci maddəsinə görə. bu Məcəllənin 170.1-ci və 170.2-ci maddələrində göstərilən qaydada qəbul edilmiş qərardaddan şikayət verilə bilər. Mülki Prosessual Məcəllənin 261.0.1-ci maddəsinə görə iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170, 261-264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia iddiaçılar Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun ödənilməsi və tələbin ipoteka predmetinə yönəldilməsi”, ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı qarşı “kredit müqavilələrinin etibarsız hesab edilməsi” və müstəqil tələb irəli sürən üçüncü şəxs "xxxx" ASC-nin cavabdehlər İddiaçı və Cavabdeh1 qarşı “ipoteka müqaviləsinin etibarsız hesab ediməsi” tələbinə dair iş üzrə icraata xitam verilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Şirvan Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Zaur Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar