Məhkəmə qərarları › İş №2-2(121)-435/2020

Şirvan Kommersiya Məhkəməsi Qərardad — İş №2-2(121)-435/2020

27.02.2020 · Sair işlər - Maliyyə sanksiyaları, cərimələr və s. tutulmalar üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-2(121)-435/2020 27.02.2020 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Şirvan Kommersiya Məhkəməsinin hakimi İsmayılov Rafiq Tofiq oğlu, İddiaçı cavabdehlər “Cavabdeh” İstehsalat Birliyinə və Ağsu X1rşı xx xxxx 2019-cu il tarixli akt əsasında hesablanmış 1.732 manat borcun silinməsi tələbinə dair iddia ərizəsini və ona əlavə olunmuş sənədləri məhkəmənin binasında, məhkəmə iclasından kənar nəzərdən keçirərək, müəyyən etdi : İddiaçı cavabdehlər “Cavabdeh” İstehsalat Birliyinə və Ağsu X1rşı iddia ərizəsi ilə Kürdəmir Rayon Məhkəməsinə müraciət edərək, xx xxxx 2019-cu il tarixli akt əsasında hesablanmış 1.732 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(041)-257/2020 saylı qərardadı ilə mülki iş baxılması üçün Şirvan Kommersiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə hazırki işin kommersiya mübahisəsi olması ilə bağlı Kürdəmir Rayon Məhkəməsinin mövqeyi ilə razılaşmadığından hesab edir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 32.7-ci maddəsinə əsasən, kasasiya instansiyası məhkəməsi tərəfindən məsələyə münasibət bildirilməsi zəruridir. Belə ki, Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(041)-257/2020 saylı Qərardadı onunla əsaslandırılmışdır ki, mübahisələndirilən akt Kürdəmir Rayon İcra və Probasiya şöbəsi barəsində yazılmışdır və həmin qurum hüquqi şəxs olduğuna görə tərəflər arasında olan mübahisə kommersiya mübahisəsidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 24.2-ci maddəsinə əsasən, mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Həmin Məcəllənin 25.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. Həmin Məcəllənin 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Bununla bağlı məhkəmə qeyd edir ki, “Cavabdeh” İstehsalat Birliyinin (Ağsu RQİİ) ******* saylı, xx.xx.2019-cu il tarixli aktında istehlakçı kimi Kürdəmir Rayon İcra və Probasiya şöbəsi qeyd olunmuşdur. Lakin hazırki iş üzrə iddiaçı Kürdəmir Rayon İcra və Probasiya şöbəsi deyil, İddiaçıdur və o, məhz yuxarıda qeyd olunan akt əsasında hesablanmış borcun silinməsini məhkəmədən tələb edir. Həmçinin vergi uçotuna alınmış vergi ödəyiciləri barədə məlumatın verilməsinə dair internet vergi idarəsinin rəsmi internet səhifəsindən edilmiş çıxarışla İddiaçı vergi ödəyicisi olmadığı müəyyən olunmuşdır. İddiaçı iddia ərizəsində Kürdəmir şəhəri, H.Əliyev prospektində özünə məxsus olan tikilini Kürdəmir Rayon İcra və Probasiya şöbəsinə icarəyə verdiyini qeyd etmişdir (bununla bağlı iş materiallarında hər-hansı sənəd yoxdur). Azərbaycan Respublikası Vergi Məcəlləsinin 13.2.37-cü maddəsinə əsasən, sahibkarlıq fəaliyyəti - şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların təqdim edilməsindən, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətidir. Həmin Məcəllənin 99.3.3-cü maddəsinə əsasən, əmlakın icarəyə verilməsindən gəlir qeyri-sahibkarlıq fəaliyyətindən gəlirə aiddir. Göründüyü kimi, hazırki iş üzrə iddiaçı Kürdəmir Rayon İcra və Probasiya şöbəsi deyil, sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan, vergi orqanlarında qeydə alınmamış fiziki şəxs İddiaçıdur. Belə olan halda, məhkəmə hesab edir ki, tərəfər arasında yaranan mübahisə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar yaranmadığından, kommersiya mübahisəsi kimi Şirvan Kommersiya Məhkəməsi tərəfindən baxıla bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 32.7-ci maddəsinin tələblərinə əsasən isə bir məhkəmədən digərinə göndərilən iş onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında məhkəmə aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda kasasiya instansiyası məhkəməsi tərəfindən iş bir məhkəmədən başqasına verilir. Odur ki, məhkəmə İddiaçı cavabdehlər “Cavabdeh” İstehsalat Birliyinə və Ağsu X1rşı xx xxxx 2019-cu il tarixli akt əsasında hesablanmış 1.732 manat borcun silinməsi tələbinə dair iş üzrə fikir ayrılığının həll edilməsi məqsədilə iş materiallarının baxılması üçün Azərbaycan Respublikasının Ali Məhkəməsinə göndərilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 37.2, 261, 263-264-cü maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı : İddiaçı cavabdehlər “Cavabdeh” İstehsalat Birliyinə və Ağsu X1rşı xx xxxx 2019-cu il tarixli akt əsasında hesablanmış 1.732 manat cərimənin silinməsi tələbinə dair iş üzrə fikir ayrılığının həll edilməsi məqsədilə iş materialları baxılması üçün Azərbaycan Respublikasının Ali Məhkəməsinə göndərilsin. Qərardaddan şikayət verilə bilməz. Hakim Rafiq İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar