Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2-2(123)-11/2020 25.02.2020 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ KOMMERSİYA MƏHKƏMƏSİ Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsinin hakimi Elşən Fizuli oğlu Salmanovun sədrliyi, X4 məhkəmə iclas katibliyi, İddiaçı iştirakı ilə İddiaçı “xxxx” MMC-nin nizamnamə kapitalına əsasən MMC-də olan 25 faiz və “xxxx” MMC-nin nizamnamə kapitalına əsasən MMC-də olan 25 faiz paylarının təsisçi kimi mülkiyyətinə verilməsi, cəmiyyətin xalis mənfəətinin bölüşdürülməsi və ona çatası mənfəətin (gəlirinin) müəyyən edilib ödənilməsi tələbinə dair mülki işə Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı “xxxx” MMC-nin nizamnamə kapitalına əsasən MMC-də olan 25 faiz və “xxxx” MMC-nin nizamnamə kapitalına əsasən MMC-də olan 25 faiz paylarının təsisçi kimi mülkiyyətinə verilməsi, cəmiyyətin xalis mənfəətinin bölüşdürülməsi və ona çatası mənfəətin (gəlirinin) müəyyən edilib ödənilməsi barədə qətnamə çıxarılmasını Məhkəmədən xahiş etmişdir. İddiaçının vəkili X2 xx.xx.2020-ci il tarixli ərizə ilə məhkəməyə müraciət edərək iddia tələbləri üzrə xx.xx.2020-ci il tarixə təyin edilmiş məhkəmə hazırlıq iclasının onun iştirakı olmadan keçirməklə məhkəmə baxışı iclası təyin edilməsini xahiş etmişdir. Cavabdehlər “xxxx” MMC-yə və “xxxx” MMC-yə məhkəmə hazırlıq iclasının yeri və vaxtı barədə əvvəlcədən rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, məlum hüquqi şəxsin cavabdeh tərəfdən təsisçiləri və ya olduğu halda nümayəndəsi məhkəmə hazırlıq iclasına gəlməmiş və bu barədə məhkəməyə hər hansı bir məlumat verməmişlər. Azərbaycan Respublikasının MPM-in 185.5-ci maddəsinə müvafiq olaraq, məhkəmə hazırlıq iclası məlum hüquqi şəxsin cavabdehlər tərəfdən təsisçilərinin iştirakı olmadan keçirilmişdir. İddiaçı verdiyi izahatında iddiasını tam müdafiə edərək “xxxx” MMC və“xxxx” MMCnin hər birində onun 25 faiz payları olduğunu, nizamnaməyə uyğun olaraq o payların mülkiyyətinə keçirilməsi üçün məhkəmədə iddia qaldırdığını, həmçinin cavabdehlər tərəfindən ona ödəniləcək pul məbləğləri olduğunu, 2013-cü ildə onun mülkünü “Kapital Bank”-a girov qoyaraq götürdüyü kreditin hesabına “xxxx” MMC və“xxxx” MMC-ni açıb fəaliyyətə başladıqlarını, 2017-ci ildə həmin müəssisələrin qeydiyyatdan keçdiyini, sonra müəssisələrin digər ortaqları ona borclar bitəndən sonra onun payının veriləcəyini dediklərini, amma verilmədiyini, 2013-cü ildən 2017-ci ilə qədər cavabdeh müəssisələrin qeydiyyatdan keçməməsi barədə məlumatının olmadığını, yəqin ki, bu barədə müəssisənin məsul şəxslərinin məlumatı olduğunu, hal-hazırda onun borcunun olmadığını, sahibkarlığa yardım fondundan onun pul götürmədiyini, amma müəssisənin həmin fonddan pul götürdüyünü, bugünkü gün onun vergi ödəyicisi olmadığı, əvvəllər VÖEN-nin olduğunu amma 2018-ci ildə onu bağlatdırdığını, həmin VÖEN-nin cavabdeh müəssisələrə heç bir aidiyyəti olmadığını, həmin VÖEN ilə heç yerdən pul götürmədiyini, mövcud mübahisənin bu məhkəməyə aid olmasının onun şəxsi fikri olduğunun, bu barədə vəkilinin ona heç bir məlumat vermədiyini, iddia ərizəsində qeyd etdiyi Naxçıvan Muxtar Respublikası İnzibati-iqtisadi Məhkəməsinin bildirişlərinin surətlərinin iddia ərizəsinə əlavə edilməməsi ilə bağlı vəkilindən soruşa biləcəyini, çünki iddia ərizəsinə sənədləri vəkili ilə birlikdə əlavə etdiklərini, iddia ərizəsinə əlavə etdikləri sənədlərin əsillərinin bir qismi onda, bir qismi isə vəkilində olduğunu bildirərək ifadəsini bitirmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 24.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının məhkəmələri pozulmuş və barəsində mübahisə edilən hüquq və azadlıqların müdafiəsi məhkəmədən kənar digər qaydada həyata keçirilmirsə, bu Məcəlləyə və ya digər qanunlara müvafiq olaraq belə hüquq və azadlıqları müdafiə və təmin edir. Həmin Məcəllənin 24.2-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Həmin Məcəllənin 25.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. Həmin Məcəllənin 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Həmin Məcəllənin 31.1-ci maddəsinə əsasən aidiyyət qaydalarının pozulmasına yol verilmir. Həmin Məcəllənin 32.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxs, mübahisənin bu və ya başqa məhkəməyə aidiyyətinin dəyişdirilməsi barədə ərizə verə bilər. Həmin Məcəllənin 32.2-ci maddəsinə əsasən işdə iştirak edən şəxs məhkəmə aidiyyəti ilə razılaşmamasını əsaslandırmalı və bu barədə işə mahiyyəti üzrə baxılmağa başlanana qədər bildirməlidir. Həmin Məcəllənin 32.3-cü maddəsinə əsasən hakimin özü də mübahisənin məhkəməyə aidiyyəti olmamasını aşkara çıxara bilər. Həmin Məcəllənin 32.4-cü maddəsinə əsasən aidiyyət haqqında məsələ qalxdıqda, hakim işin aidiyyəti üzrə göndərilməsi və ya aidiyyət haqqında ərizənin rədd edilməsi barədə əsaslandırılmış qərardad çıxarır. Həmin Məcəllənin 32.5-ci maddəsinə əsasən aidiyyət haqqında qərardaddan işdə iştirak edən şəxslər, qərardad onlara təqdim olunduğu (onlar tərəfindən alındığı) gündən 10 gün müddətində bu Məcəllənin 21-ci fəsli ilə müəyyən edilmiş qaydada şikayət verə bilərlər. Həmin Məcəllənin 32.6-cı maddəsinə əsasən iş bir məhkəmədən başqa məhkəməyə aidiyyət haqqında qərardaddan şikayət verilmə müddəti başa çatdıqdan sonra göndərilir. Həmin Məcəllənin 32.7-ci maddəsinə əsasən bir məhkəmədən digərinə göndərilən iş onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında məhkəmə aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda kasasiya instansiyası məhkəməsi tərəfindən iş bir məhkəmədən başqasına verilir. İ.Ağayevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının xx xxxxxx 2011-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dairAzərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx xxxxxx 2013-cü il tarixli qərarında Esmira Qocayeva “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətə (bundan sonra – “xxxx” MMC) və qeyrilərinə qarşı təsis paylarının bölüşdürülməsi, payın təsisçinin mülkiyyətinə verilməsi, cəmiyyətin xalis mənfəətinin bölüşdürülməsi, borcun ödənilməsi və s. tələblərlə məhkəməyə müraciət etdiyini, “xxxx” MMC-nin təsisçisi İkram Ağayev öz növbəsində məhkəmədə E.Qocayevaya qarşı payın alqı-satqı müqaviləsinin qismən etibarsız hesab edilərək ləğv edilməsi və təsisçilik hüququna xitam verilməsi barədə qarşılıqlı iddia qaldırdığını, Bakı şəhəri Yasamal rayon məhkəməsinin xx xxxx 2009-cu il tarixli qətnaməsi ilə iddiaçı E.Qocayevanın iddiası qismən təmin edildiyini, “xxxx” MMC-nin əmlakı 70%-nin təsisçisi İ.Ağayev, 5%-nin təsisçisi Z.Ağayeva və 25%-nin təsisçisi E.Qocayeva arasında paylara uyğun bölüşdürüldüyünü, əmlakın E.Qocayevanın payına düşən 25% hissəsi tərtib edilən balans üzrə müəyyən edildiyini, cəmiyyətin balansında olan 2910,1 kv.m qeyri-yaşayış binasından və digər əmlaklardan 727,5 kv.m qeyri-yaşayış sahəsi və digər əmlak ayrılaraq, E.Qocayevanın mülkiyyətinə verildiyini, iddianın qalan hissəsi və “xxxx” MMC-nin təsisçisi İ.Ağayevin qarşılıqlı iddiasının rədd edildiyini, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – Bakı Apellyasiya Məhkəməsinin MK) xx xxx 2010-cu il tarixli qətnaməsi ilə E.Qocayevanın, İ.Ağayevin, Z.Ağayevanın və “xxxx” MMC-nin apellyasiya şikayətləri təmin edilməyərək, Yasamal rayon məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanıldığını, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – Ali Məhkəmənin MK) xx xxxxxx 2011-ci il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin MK-nın qətnaməsi qismən, İ.Ağayevdən 450.000 ABŞ dollarının alınması hissəsində ləğv edildiyini, iş həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarıldığını, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanıldığını, İ.Ağayev Ali Məhkəmənin MK-nın xx xxxxxx 2011-ci il tarixli qərarının təsis paylarının bölüşdürülməsi və E.Qocayevaya məxsus payın mülkiyyətinə verilməsi hissəsindən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinə (bundan sonra – Konstitusiya Məhkəməsi) şikayətlə müraciət etdiyini, Konstitusiya Məhkəməsi Palatasının qərardadı ilə İ.Ağayevin şikayətinin “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 37.0.1-ci maddəsinə müvafiq olaraq Konstitusiya Məhkəməsinin icraatına qəbul edilməsindən imtina edildiyini, bu ərəfədə, Bakı Apellyasiya Məhkəməsinin MK-nın xx xxxx 2011-ci il tarixli qətnaməsi ilə İ.Ağayevdən 450.000 ABŞ dollarının alınması hissəsində Yasamal rayon məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanıldığını, Ali Məhkəmənin MK-nın xx xxxxxx 2011-ci il tarixli qərarı ilə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi həmin hissədə dəyişdirilmədən saxlanıldığını, Konstitusiya Məhkəməsinə ünvanladığı təkrar şikayətində İ.Ağayev Ali Məhkəmənin MK-nın xx xxxxxx 2011-ci il tarixli qərarının mübahisələndirdiyi hissəsində Azərbaycan Respublikasının Konstitusiyasına (bundan sonra – Konstitusiya) və qanunlarına uyğunluğunun yoxlanılmasını xahiş etdiyini, şikayətin məhkəmələr tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – MM) 95 və 96-cı maddələri tətbiq edilməli olduğu halda tətbiq edilməmiş, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci hissəsinin tələblərinə əməl olunmaması ilə əsaslandırdığını və nəticədə X3 “xxxx” Məhdud Məsulliyətli Cəmiyyətinin təsisçisi X6 və digərlərinə qarşı iddiasına dair mülki iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının xx xxxxxx 2011-ci il tarixli qərarının təsis paylarının bölüşdürülməsi və E.Qocayevaya məxsus payın mülkiyyətinə verilməsi hissəsində Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417.1.3 və 418.1-ci maddələrinə uyğun olmadığından qüvvədən düşmüş hesab edilməsi, işə bu Qərara uyğun olaraq Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və müddətdə yenidən baxılması barədə Qərar qəbul etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 saylı, xx xxxx 2003-cü il tarixli "Sahibkarlıq fəaliyyəti ilə əlaqədar işlərə baxılarkən məhkəmələr tərəfindən qanunvericiliyin tətbiqi təcrübəsinin bəzi məsələləri haqqında" olan Qərarında Respublika məhkəmələri tərəfindən sahibkarlıq fəaliyyəti ilə əlaqədar baxılmış işlər üzrə məhkəmə təcrübəsinin ümumiləşdirilməsinin nəticələrini müzakirə edən Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu qeyd edir ki, məhkəmələr tərəfindən sahibkarlıq fəaliyyəti ilə əlaqədar işlərə əsasən düzgün baxılır, həmin işlər üzrə qanuni və əsaslı məhkəmə aktları qəbul edilir. Bununla yanaşı, bəzi hallarda, maddi və prosessual hüquq normalarının pozulmasına, yaxud da düzgün tətbiq olunmamasına, qanunun tələblərinə uyğun olmayan məhkəmə aktlarının qəbul edilməsinə də təsadüf olunduğunu, belə ki, sahibkarlıq fəaliyyəti ilə əlaqədar işlər üzrə iddia ərizələrinin icraata qəbul olunmasında, aidiyyət məsələlərinin həllindəqanunların tətbiqində səhvlərə yol verildiyi qeyd edilərək, Məhkəmələrə tövsiyyə edilmişdir ki, sahibkarlıq fəaliyyəti ilə əlaqədar işlər üzrə aidiyyət mübahsələrini həll edərkən, Azərbaycan Respublikası MPM-nin 25-27-ci maddələrinin tələblərinə düzgün əməl edilməsi bildirilmişdir. Həmçinin yuxarı instansiya məhkəmələrinə həmin məhkəmələr tərəfindən aidiyyət qaydaları pozulmaqla icraata qəbul edilmiş işlər üzrə məhkəmə qərarlarını ləğv etdikdə, işi aid olduğu məhkəməyə göndərilməsi və belə halda, yuxarı instansiya məhkəməsi tərəfindən iddianın baxılmamış saxlanmasına və ya iş üzrə icraata xitam verilməsinə yol verilməməsi tövsiyyə olunmuşdur. Yuxarıda qeyd olunanlardan belə aydın olur ki, eyni xüsusiyyətli iş üzrə işə Yasamal Rayon Məhkəməsi tərəfindən baxılmış işdən verilmiş apelyasiya və kassasiya şikayətlərinə baxılmış, lakin məhkəmə aidiyyəti məsələsinə toxunulmamış və Azərbaycan Ali Məhkəməsinin Mülki Kollegiyası tərəfindən iş Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına baxılması üçün göndərilmişdir. Həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunda həmin işdən verilmiş şikayətə baxıldığında belə məhkəmə aidiyyətinin pozulması məsələsi müəyyən edilməmişdir. Avropa Məhkəməsi Avropa ölkələrinin milli qanunvericiliyində məhkəmə aidiyyəti məsələsinin dəqiq göstərilməsinin vacibliyini də xüsusi vurğulamışdır. Belə ki, Avropa Məhkəməsi X1rşı iş üzrə xx xxxxxxxx 2010-cu il tarixli qərarında bildirir ki, qanunverici tərəfindən aidiyyət məsələlərinin dəqiq müəyyən edilməməsi şəxsin məhkəmədə müdafiə olunmaq hüququnu və Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin tələblərini pozur. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinə əsasən hər bir şəxs, ona qarşı irəli sürülən istənilən cinayət ittihamına baxılması zamanı və yaxud hər hansı bir mülki prosesdə onun hüquq və vəzifələrinin müəyyən edilməsi zamanı qanun əsasında yaradılan səlahiyyətli, müstəqil və qərəzsiz məhkəmə tərəfindən ədalətli və açıq məhkəmə araşdırması hüququna malikdir. Məhkəmə yuxarıda göstərilənlərə dayanaraq işin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri baxımından və yaranmış məhkəmə təcrübəsinə əsaslanaraq işin məhkəmə aidiyyəti baxımından Naxçıvan Şəhər Məhkəməsinə aidiyyəti olduğu qənaətinə gələrək işin Naxçıvan Şəhər Məhkəməsinə göndərilməsini qanunauyğun hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 24, 25, 26, 32, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı “xxxx” MMC-nin nizamnamə kapitalına əsasən MMC-də olan 25 faiz və “xxxx” MMC-nin nizamnamə kapitalına əsasən MMC-də olan 25 faiz paylarının təsisçi kimi mülkiyyətimə verilməsi, cəmiyyətin xalis mənfəətinin bölüşdürülməsi və ona çatası mənfəətin (gəlirinin) müəyyən edilib ödənilməsi barədə mülki iş aidiyyəti üzrə Naxçıvan Şəhər Məhkəməsinə göndərilsin. Qərardaddan şikayət, tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsinə verilə bilər. Sədrlik edən: imza: E. F. Salmanov. Düzdür: Hakim: E. F. Salmanov. xx.xx.2020-c
Məhkəmə qərarları › İş №2-2(123)-11/2020
Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsi Qərardad — İş №2-2(123)-11/2020
25.02.2020 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver