Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2-2(123)-69/2021 30.12.2021 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ KOMMERSİYA MƏHKƏMƏSİ Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin hakimi Elşən Fizuli oğlu Salmanovun sədrliyi, X5 məhkəmə iclas katibliyi, İddiaçı, iddiaçının vəkili Vəkil və cavabdeh X6 iştirakları ilə, İddiaçı Cavabdeh2nə qarşı mərhum atası X7 30 faiz güzəştli payı üzrə mağazanın ayrılıb iddiaçıya verilməsi tələbi barədə kommersiya mübahisəsinə dair işin məhkəmə aidiyyətinin yenidən müəyyən edilməsi məsələsinə baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı 30 iyun 2021-ci il tarixdə elektron qaydada iddia ərizəsi ilə Naxçıvan MR Kommersiya Məhkəməsinə müraciət edərək Məhkəmədən Cavabdeh2ndən mərhum atası X7 30 faiz güzəştli payı üzrə mağazanın ayrılıb ona verilməsi tələbinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsinin 01.07.2021-ci il tarixli, e-2-2(123)-45/2021 saylı qərardadı ilə İddiaçı Cavabdeh2nə qarşı mərhum atası X7 30 faiz güzəştli payı üzrə mağazanın ayrılıb ona verilməsi tələbi barədə Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsinin e-2-2(123)-45/2021 saylı işi aidiyyəti üzrə Ordubad Rayon Məhkəməsinə göndərilmiş və Naxçıvan Muxtar Respublikasının Ordubad Rayon Məhkəməsinin 26.07.2021-ci il tarixli, e-2(080)-151/2021 saylı qərardadı ilə iş məhkəmənin icraatına qəbul edilmişdir. Naxçıvan Muxtar Respublikasının Ordubad Rayon Məhkəməsinin 05.08.2021-ci il tarixli, e-2(080)-151/2021 saylı qərardadı ilə mülki iş aidiyyət məsələsinin həll edilməsi üçün kassasiya instansiya məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 29.09.2021-ci il tarixli, e-2(102)-6183/2021 saylı qərarı ilə mülki iş məhkəmə aidiyyətinin yenidən müəyyən edilməsi üçün Naxçıvan MR Kommersiya Məhkəməsinə göndərilmişdir. İddiaçı məhkəmə iclasında Cavabdeh2nə vərəsəlik payının ayrılması ilə bağlı müraciət etdiyini, müraciətinə cavab olaraq ona ticarət və ictimai iaşə şəbəkələrindən 30% güzəştlə pay almaq imtiyazına malik olduğunu bildirdiklərini, atasının vəfatından sonra vərəsələrin miras əmlakın onun tərəfindən qəbul edilməsinə razılıq verdiklərini, mərhum atası X12 vəfat etdikdən sonra ondan qalan mirasın onun tərəfindən qəbul edilməsi barədə sənədi məhkəməyə təqdim edə biləcəyini, atasından qalan mülkün bölünməsi barədə hər hansı bir sənədinin olmadığını, atası X7 1909-cu ildə anadan olduğunu, 1987ci ildə vəfat etdiyini, atasından ayrı yaşadığını, atasının Ordubad Rayon İstehlak Cəmiyyətində əvvəl payçı işlədiyini, Yusif müəllimin poçtla ona kitab göndərdiyini, o kitabda mağaza alsa ona 50% güzəşt ediləcəyinin yazıldığını, amma indi həmin kitabı tapa bilmədiyini, atasının əmək kitabçasını tapa bilməyəcəyini, atasının pensiya alıb-almadığını bilmədiyini, atasının orada vəfat edənə kimi işlədiyini bildirmişdir. Cavabdeh X13 məhkəmə iclasında iddiaçının atası X7 o Cavabdeh2nə sədr təyin olunandan 11 il əvvəl vəfat etdiyini, iddiaçının atasını tanımadığını, bir neçə adamdan soruşduğunu, onların X7 Cəmiyyətdə 2 il işlədiyini dediklərini, iddiaçıya məktub yazandan sonra onun atasının payına hüququnun olmasını təsdiqləyən sənədlə onlara müraciət etmədiyini, iddiaçı gəlsəydi bu məsələni aydınlaşdıra biləcəklərini dediyini, əgər iddiaçının vərəsəliyi qəbul etdiyinə dair sənədi varsa, mərhum atası X7 Cəmiyyətdəki payına da hüququ olduğunu, Cavabdeh2 inzibati binasının 2015-ci ildə satıldığını, Cəmiyyətin halhazırda fəaliyyət göstərib-göstərməməsi barədə müvafiq qurumdan arayış gətirə biləcəyini, Cəmiyyət ləğv olunarkən ona məxsus möhür və ştampın Ordubad rayon Vergilər Şöbəsinə təhvil verildiyini və bu barədə akt tərtib olunduğunu, atası X7 Cəmiyyətdə 2 il sürücü işlədiyini, iddiaçının yalan dediyini, əgər atası pay qoysaydı ildə bir dəfə gəlirdən pul almalı olduğunu, atası öləndən sonra iddiaçının gəlib nə vaxt pul aldığını, o vaxt sədr olmadığına görə pay haqqının nə olduğunu da bilmədiyini, İdarə Heyətinin beş nəfərdən ibarət olduğunu, kiminsə yer almaq istəyəndə İdarə Heyətinə müraciət etdiyini, Heyətin isə məsələyə baxdığını, əgər müraciət edən şəxsə 30% güzəşt düşürdüsə o zaman mağazanın 30% güzəştlə ona veriləcəyini, əgər 30% güzəşt düşmürdüsə o halda mağazanın öz qiymətinə satılacağını, onun mağaza satmadığını, Naxkoopittifaqın nümayəndəsinin gəlib mağazanı qiymətləndirdiyini, Cəmiyyətdə kim hansı mağazada işləyirdisə birinci növbədə 30% güzəştin ona verilməsi qaydasının olduğunu, əgər həmin şəxs mağazanı almasa və yaxud almağa imkanı olmasa ondan sonra kim mağazanı almaq istəyirdisə ona satdıqlarını, iddiaçının “Ərzaq anbarını mənə pulsuz verəcəksiniz” dediyini, iddiaçının atasının səyyari avtomobil sürücüsü olduğunu, amma səyyari avtomobili başqa adama təhvil verdiyini, əgər həmin adam iddiaçının atasından əvvəl müraciət etsəydi ona vermiş olacaqlarını, iddiaçının atası sağ qalsaydı ona verməyəcəklərini, İdarə Heyətinin onu 1998-ci ildə sədr seçdiyini, o sədr olandan 11 il əvvəl, yəni 1987-ci ilə X7 vəfat etdiyini, Cavabdeh2 1987-ci ildə Ordubad Rayon İstehlak Cəmiyyəti adlandığını, 1998-ci ildə bütün işçilərinin hər ay 40 qəpik ödədiyini və hamısının payçı olduğunu, payçılar vəsiqəsinin olduğunu, Cəmiyyətə soyuducu, xalça gəldiyini, əgər kimsə ala bilmirdisə nisyə kimi verildiyini və həmin şəxslərdən 2 manat pay haqqı alındığını, özünün 1976-cı ildə Ordubad Rayon İstehlak Cəmiyyətinin özündə deyil, onun şəbəkəsində - Gənzə kənd mağazasında satıcı işlədiyini, o işlədiyi vaxt səyyari satıcı olduğunu, iddiaçının atasının işlədiyi dövrdə işləyən işçilərin hamısının vəfat etdiyini, təkcə Naxkoopittifaqın sədri vəzifəsində işləyən İlyas Novruzov və X2 olduqlarını, Yusif müəllimin İlyas müəllimdən sonra sədr olduğunu, İlyas müəllimdən bəlkə yadınızda olar “Ordubad Rayon İstehlak Cəmiyyəti nə vaxt, necə yaranıb?!” soruşduğunu, onun da bilmədiyini dediyini, Cəmiyyətdə 20-30 il işləyən işçilərə 25%, 30% güzəşt etdiklərini, Cəmiyyətdə işləyən elə işçilər olub ki, universitet bitirib 35-40 il işlədiyini, amma imkanı olmadığına görə mağaza ala bilmədiklərini, onlara “Cəmiyyətin bütün mülkiyyətini satın, idarə ləğv olunsun” dediklərini, ərzaq anbarını alanın olmadığını, əslində o vaxtı da iddiaçının onu bezdirdiyini, prokurorluğa yazdığını və əsas olmadan ona yaxasını qurtarması üçün 30% güzəştə haqqı olduğunu yazıb verdiyini, ona “gəl, əgər sənə 30% güzəştli pay düşürsə verək” dediyini, 2008-ci ildə Cəmiyyətin mülkiyyətində heç bir əmlakın qalmadığını, Cəmiyyətin varis orqanı olmadığını, onlar işləyən vaxt bütün işçilərin yalnız əmək kitabçası olduğunu, işçilərin əmrlə işə qəbul edildiyini, işdən çıxarılanda isə əmrdə “son hesabı kəsilsin” yazıldığını, işçi işdən azad olunanda əmək kitabçasının özünə qaytarıldığını bildirmişdir. İş materiallarına əlavə edilmiş 25.05.2015-ci il tarixli X8 heyətinin 22 may 2015-ci il tarixli 05 saylı protokoluna, 06-çı maddəsinə əsasən qəbul edilmiş qərarı ilə Cavabdeh2 ləğv olunduğuna görə, RKC-nə məxsus möhür və ştampın Ordubad Rayon Vergilər Şöbəsinə təhvil verildiyi qeyd olunmuşdur. İş materiallarına əlavə edilmiş 24 noyabr 2021-ci il tarixli arayışda cavabdehin onun İdarə heyətinin sədri olduğu Cavabdeh2 (VÖEN **********) 10 fevral 1998-ci il tarixdə Ordubad rayon X9 vergi uçotuna alınmış olduğu, 10 fevral 1998-ci il tarixdən - 01 oktyabr 2008-ci il tarixədək fəaliyyət göstərdiyi, 01 oktyabr 2008-ci il tarixdən - 01 oktyabr 2013-cü il tarixədək fəaliyyətini dayandırdığı, Naxkoopittifaqın İdarə heyətinin 22 may 2015-ci il tarixli protokol № 05, maddə 06 qərarı ilə Cavabdeh2 ləğv olunduğu, Cavabdeh2 22 may 2015-ci il tarixdə Ordubad Rayon Vergilər Şöbəsinə dövlət qeydiyyatından (vergi uçotundan) çıxarılması ilə əlaqədar ərizə ilə müraciət etdiyi, 25 may 2015-ci il tarixdə Cavabdeh2 dövlət qeydiyyatının (vergi uçotunun) ləğv olunduğu görünür. İş materiallarına əlavə edilmiş MR Dövlət Vergi Xidməti tərəfindən göndərilən 29.11.2021-ci il tarixli məktubda Ordubad Rayon İstehlak Cəmiyyətinin Naxçıvan MR Ədliyyə Nazirliyi tərəfindən 22 noyabr 1994-cü il tarixdə 1482 nömrəli şəhadətnamə ilə dövlət qeydiyyatına alındığı və vergi uçotuna alınmaq üçün vergi orqanlarına müraciət etmədiyindən məlumat təqdim edə bilmədikləri qeyd olunmuşdur. İş materiallarına əlavə edilmiş Naxçıvan MR Dövlət Arxiv İdarəsi tərəfindən göndərilən 01.12.2021-ci il tarixli məktubda Naxçıvan MR Dövlət Arxivində Cavabdeh2 sənədləri mövcud olmadığından X7 işləməsi haqqında heç bir məlumatın olmadığı qeyd olunmuşdur. İş materiallarına əlavə edilmiş Azərbaycan Mərkəzi Kooperativlər İttifaqı tərəfindən göndərilən 06.12.2021-ci il tarixli məktubda Naxçıvan Kooperativ Cəmiyyətləri İttifaqının (Naxkoopittifaq) müstəqil təşkilat olduğu və onlarda olan şifahi məlumata görə (bu barədə Azərittifaqa yazılı məlumat verilməyib) təşkilatın öz qərarı ilə 2015-ci ildə ləğv olunduğu, Naxkoopittifaqın fəaliyyəti ilə əlaqədar bütün sənədlərin, o cümlədən məhkəmənin sorğuda göstərdiyi sənədlərin təşkilatın özündə saxlanıldığı və təşkilat ləğv olunduqdan sonra Azərittifaqa heç bir sənəd təqdim edilmədiyi, qeyd olunan səbəbdən məhkəmənin sorğusu ilə əlaqədar sənədlərin təqdim olunmasının Azərittifaqın imkanı xaricində olduğu qeyd olunmuşdur. İş materiallarına əlavə edilmiş Ordubad Rayon Dövlət Arxivi tərəfindən göndərilən 09.12.2021-ci il tarixli məktubda Ordubad Rayon İstehlak Cəmiyyətinin sərəncamlar kitablarında X1 N:140 ilə 07.04.1967-ci il tarixdə verilmiş avtolavkaya sürücü-satıcı təyin edildiyi, N:181/3 ilə 24.12.1976-cı il tarixdə tutduğu vəzifədən azad edildiyi, İstehlak Cəmiyyətində işləyən işçilərin şəxsi işlərinin, həmçinin Cəmiyyətin Nizamnamə və Əsasnaməsinə aid sənədlərin Rayon Dövlət Arxivində saxlanılmadığı qeyd olunmuşdur. İş materiallarına əlavə edilmiş Naxçıvan MR Dövlət Sosial Müdafiə Fondunun Ordubad rayon şöbəsi tərəfindən göndərilən 13.12.2021-ci il tarixli məktubda pensiya işlərinin arxivləşməsinin Naxçıvan MR Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin arxivində olduğu üçün pensiya işi ilə bağlı sənədləri göndərə bilmədikləri qeyd olunmuşdur. İş materiallarına əlavə edilmiş Ordubad Rayon Vergilər Şöbəsi tərəfindən göndərilən 10.12.2021-ci il tarixli məktubda Ordubad Rayon İstehlak Cəmiyyətinin Naxçıvan Kooperativlər X15 10 dekabr 1998-ci il tarixli, 36 saylı protokolu əsasında Ordubad Rayon Kooperativlər Cəmiyyətinə çevrildiyi və Cəmiyyətin nizamnaməsinin təsdiq olunduğu, Ordubad Rayon Kooperativlər Cəmiyyətinin 10 fevral 1999-cu il tarixdə Naxçıvan MR Ədliyyə Nazirliyində qeydiyyatdan keçdiyi qeyd olunmuşdur. İş materiallarında olan Naxçıvan MR Dövlət Sosial Müdafiə Fondu tərəfindən göndərilmiş X11 məxsus əmək kitabçasının təsdiq edilmiş surətinin son vərəqindən görünür ki, o 30.04.1981-ci il tarixdə öz ərizəsi ilə Ordubad rayon İstehlak Cəmiyyətində tutduğu vəzifədən azad olunmuşdur. İş materiallarında olan Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin 19.11.2021-ci il tarixli, 1304 nömrəli cavab məktubundan elektron notariat informasiya sistemində və Nazirliyin dövlət notariat arxivində mərhum X4 miras qalmış əmlakın İddiaçı tərəfindən qəbul edilməsi və buna dair vərəsəlik şəhadətnaməsinin verilməsi barədə məlumat tapılmadığı qeyd olunmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin1-ci maddəsinin qeyd hissəsində kommersiya mübahisələrinə anlayış verilərkən onların məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə aid olduğu göstərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.1-ci maddəsinə əsasən hamıya bəlli olan hallar və ya faktlar mübahisə edilə bilməz və onların sübuta ehtiyacı yoxdur. Həmin Məcəllənin 13-cü maddəsinə əsasən, sahibkarlıq fəaliyyəti şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, əmtəə satışından, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətdir. Həmin Məcəllənin 24.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının məhkəmələri, pozulmuş və barəsində mübahisə edilən hüquq və azadlıqları müdafiəsi məhkəmədən kənar digər qaydada həyata keçirilmirsə, bu Məcəlləyə və ya digər qanunlara müvafiq olaraq belə hüquq və azadlıqları müdafiə və təmin edir. Həmin Məcəllənin 24.2-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Həmin Məcəllənin 25.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. Həmin Məcəllənin 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 395.1.2-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər qətnamədən ayrılıqda birinci instansiya məhkəmələrinin qərardadlarından məhkəmənin qərardadı işin sonrakı hərəkətinə mane olduqda şikayət verə bilərlər. İddiaçı məhkəmə bildirişində, eyni zamanda keçirilən məhkəmə iclasında, mərhum atası X12 vəfat etdikdən sonra atasından qalan mirasın onun tərəfindən qəbul edilməsi barədə rəsmi sənədi məhkəməyə təqdim etməsi təklif edilmiş, iddiaçı isə notariat orqanına müraciət etdiyini, lakin müddətin keçməsi ilə bağlı olaraq notariat orqanının vərəsəliyi açmadığını və bu səbəbdən də müvafiq sənədi əldə edə bilmədiyini bildirmişdir. Həmçinin məhkəmə iclasında cavabdeh X13 tərəfindən verilmiş vəsatət əsasında, mərhum X4 miras qalmış əmlakın İddiaçı tərəfindən qəbul edilməsi və buna dair vərəsəlik şəhadətnaməsinin verilib-verilməməsi ilə bağlı Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinə sorğu verilmiş və 19.11.2021-ci il tarixli, 1304 nömrəli cavab məktubundan elektron notariat informasiya sistemində və Nazirliyin dövlət notariat arxivində mərhum X4 miras qalmış əmlakın İddiaçı tərəfindən qəbul edilməsi və buna dair vərəsəlik şəhadətnaməsinin verilməsi barədə məlumat tapılmadığı müəyyən olunmuşdur. Məhkəmə hazırlıq iclasında iddiaçının vəkili tərəfindən verilmiş vəsatət əsasında 1909-cu ildə Ordubad şəhərində anadan olmuş və 13.04.1987-ci ildə Ordubad şəhərində ölmüş X7 pensiya işi və əmək kitabçasının və digər əlaqəli sənədlərin məhkəməyə təqdim edilməsi üçün Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fonduna verilmiş sorğuya cavab olaraq məhkəməyə göndərilmiş X11 aid əmək kitabçasının təsdiq edilmiş surətindən onun öz ərizəsi ilə 30.04.1981-ci ildə Ordubad rayon İstehlak Cəmiyyətində olan fəaliyyətinin sonlandığı aydın olur. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçının atası mərhum X3 İttifaqı dövründə işləyib və həmin vaxt mülkiyyətin ancaq bir növü var idi ki, bu da dövlət mülkiyyəti idi. Yəni, paylı mülkiyyət yox idi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.1-ci maddəsinə əsasən hamıya bəlli olan hallar və ya faktlar mübahisə edilə bilməz və onların sübuta ehtiyacı yoxdur müddəasına dayanaraq Ordubad rayon İstehlak Cəmiyyətinin də dövlət mülkiyyəti formasında fəaliyyət göstərməsi aksiomadır. İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli, 10 saylı qərarının 11-ci bəndində mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyar olması öz əksini tapmışdır. Bundan əlavə, həmin qərarın 12-ci bəndində isə məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olmasının nəzərə alınmalı olduğu qeyd edilmişdir. Hazırki mübahisə üzrə işin məhkəmə aidiyyətinin yenidən müəyyən edilməsi üçün keçirilən məhkəmə hazırlıq iclaslarında İddiaçı Cavabdeh2nə qarşı mərhum atası X7 30 faiz güzəştli payı üzrə mağazanın ayrılıb iddiaçıya verilməsi tələbi üzrə mübahisənin iddiaçının mərhum atasının sahibkarlıq fəaliyyətindən irəli gəlməməsi və Ordubad rayon İstehlak Cəmiyyətinin 1981-ci ildə paylı mülkiyyət formasında fəaliyyət göstərməməsi səbəbindən payının olmaması müəyyən edilmişdir. Belə ki, iş materiallarından da göründüyü kimi İddiaçı məhrum atası X11 aid əmək kitabçasının təsdiq edilmiş surətində onun 30.04.1981-ci ildə Ordubad rayon İstehlak Cəmiyyətindəki işindən öz ərizəsi əsasında azad olunduğu aydın olur. Belə olan halda iddiaçının atasının Cəmiyyətdə olan hüququ 30.04.1981-ci ildə sona çatmışdır. Cəmiyyətin sonrakı illərdə fəaliyyət formasını dəyişməsi və ya ləğv olunması prosesində əmlakının işçiləri arasında əldə edilməsi hüququ isə fəaliyyətinə xitam verilmiş işçilərə və onların vərəsələrinə şamil edilməməkdədir. Eyni zamanda iddiaçının atasının işdən ərizəsi əsasında azad olunduğu 30.04.1981-ci ildə mülkiyyətin bir formasının olduğu və həmin mülkiyyətin də dövlət mülkiyyəti olması hamıya bəllidir. Buna əsasən də iddiaçının atasının işinə ərizəsi əsasında xitam verildikdən sonra cəmiyyətin sonrakı illərdə fəaliyyət formasını dəyişməsi səbəbilə cavabdeh cəmiyyətdə pay haqqının olması hüququnun yaranması mümkün deyildir. Mülki Prosessual Məcəllənin 32.3-cü maddəsinə görə hakimin özü də mübahisənin məhkəməyə aidiyyəti olmamasını aşkara çıxara bilər. Mülki Prosessual Məcəllənin 32.7-ci maddəsinə görə bir məhkəmədən digərinə göndərilən iş onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında məhkəmə aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda iş onu baxmağa qəbul etmiş məhkəmənin əsaslandırılmış qərardadı ilə kassasiya instansiyası məhkəməsinə göndərilir və aidiyyət məsələsi həmin məhkəmə tərəfindən həll edilir. Məhkəmə hesab edir ki, hazırkı mübahisə üzrə işin məhkəmə aidiyyətinin yenidən müəyyən edilməsi üçün keçirilən məhkəmə hazırlıq iclaslarında tərəflər arasında yaranan mübahisənin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar yaranması iş materialları ilə müəyyən edilmədiyindən işə Naxçıvan MR Kommersiya Məhkəməsi tərəfindən baxıla bilməz. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, işin məhkəmə aidiyyəti kommersiya məhkəməsinə aid deyildir və işə ümumi məhkəmədə baxılmalıdır. Beləliklə, məhkəmə işin məhkəmə aidiyyətinin kommersiya məhkəməsinə aid olmadığını və işə ümumi məhkəmədə baxılmalı olduğunu hesab edərək belə qənaətə gəlir ki, İddiaçı Cavabdeh2nə qarşı mərhum atası X7 30 faiz güzəştli payı üzrə mağazanın ayrılıb iddiaçıya verilməsi tələbinə dair iş məhkəmə aidiyyətinin müəyyənedilməsi üçün Azərbaycan Respublikasının Ali Məhkəməsinə göndərilməlidir. Mülki işin sonrakı həlinə mane olmayan qərardadlardan şikayət verilməsi qanunvericiliklə nəzərdə tutulmadığından və Məhkəmə bu qərardadın da çıxarılmasında olan məqsədin işin aidiyyətinin müəyyən edilməsi olduğundan və işin sorakı həlinə maneə yaratmadığından çıxarılmış qərardadan şikayət veriməməsi qənaətindədir. Göstərilənləri və Azərbaycan Respublikasının Mülki Prosessuаl Məcəlləsinin 263 və 264-cü maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı: İddiaçı Cavabdeh2nə qarşı mərhum atası X7 30 faiz güzəştli payı üzrə mağazanın ayrılıb iddiaçıya verilməsi tələbinə dair iş məhkəmə aidiyyəti məsələsinin müəyyən edilməsi üçün Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilsin. Qərardaddan şikayət verilə bilməz. Hakim: Elşən Salmanov
Məhkəmə qərarları › İş №2-2(123)-69/2021
Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsi Qərardad — İş №2-2(123)-69/2021
30.12.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver