Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2-2(3-1)-4/2026 16.02.2026 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ İddiaçı X4 cavabdeh X10 qarşı “pul” tələbi barədə kommersiya mübahisəsinə dair iş üzrə (Açar sözlər: müqavilə öhdəliklərindən irəli gələn mübahisələr, dəbbə pulu və faizin tutulması) Hakimlər, Qarayev Sənan Məmməd oğlu (sədrlik edən və məruzəçi), Kuimova Vera Gennadiyevna və X1 ibarət tərkibdə, X11 Mehti qızının katibliyi, cavabdeh X9 vəkilinümayəndəsi Vəkil2 iştirakı ilə, İddiaçı X3 cavabdeh X10 qarşı “pul” tələbi barədə kommersiya mübahisəsinə dair iş üzrə Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin 09 dekabr 2025-ci il tarixli, e-2-2(123)-384/2025 nömrəli qətnaməsindən cavabdeh X9 vəkili-nümayəndəsi Vəkil2 tərəfindən verilmiş apellyasiya şikayətinə Naxçıvan MR Ali Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İ. İşin halları
1. İddiaçı X6 ilə cavabdeh X13 arasında 04 yanvar 2024-сü il tarixdə alğı-satqı müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən satıcı qaimədə göstərilən malların satışını həyata keçirməyi, alıcı isə malların alınmasına dair qabaqcadan müəyyən edilmiş məbləği müqavilədə müəyyən edilmiş şərtlərlə satıcıya ödəməyi öz öhdəsinə götürmüş, müqavilə bağlandıqdan sonra iddiaçı tərəfindən cavabdeh Toğrul Qasımova xx.xx.2024-cü il tarixli elektron-qaimələr üzrə ümumilikdə 71.617,99 manat dəyərində mallar təhvil verilmiş, cavabdeh borcun müəyyən hissəsini ödədikdən sonra xx.xx.2024-cü il tarixli üzləşmə aktına əsasən onun 57.618,20 (əlli yeddi min altı yüz on səkkiz manat iyirmi qəpik) AZN məbləğin də ödənilməyən borcu qalmış, daha sonra aparılan danışıqlar əsasında cavabdeh müəyyən tarixlərdə borcundan qismən ödənişlər həyata keçirsə də xx.xx.2025-ci il tarixdən sonrakı dövr ərzində hər hansı ödəniş etməkdən qərəzli olaraq yayınmışdır. Hazırda qalan əsas borc məbləği 31.738,20 (otuz bir min yeddi yüz otuz səkkiz manat iyirmi qəpik) manat təşkil etmişdir. İİ. Birinci instansiya məhkəməsində icraat a) Məhkəməyə müraciət və tələb üzrə qəbul edilən məhkəmə aktı
2. İddiaçı X6 vəkili-nümayəndəsi Vəkil1 vasitəsilə 25 avqust 2025-ci il tarixdə cavabdeh X10 qarşı elektron qaydada iddia ərizəsi ilə Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinə müraciət edərək iddiaçı X6 ilə cavabdeh X13 arasında bağlanmış xx.xx.2024-cü il tarixli “Alqı-satqı haqqında” müqavilə üzrə xx.xx.2025-ci il tari xinə ödənilməmiş qalıq qalan 31.738,80 (otuz bir min yeddi yüz otuz səkkiz manat, səksən qəpik) manat əsas borcu, müqavilə müddətinə 0,1 faiz dərəcəsi ilə öhdəliyin gecikdirilməsinə görə 13.287,80 (on üç min iki yüz səksən yeddi manat, səksən qəpik) cərimə borcu və Mülki Məcəllənin 445.7-ci maddəsinə uyğun olaraq, müqavilə müddəti bitdiyi gündən sonra gecikdirilmiş vaxt üçün illik beş faiz dərəcəsi ilə 925,71 (doqquz yüz iyirmi beş manat yetmiş bir qəpik) manat faiz borcu olmaqla, cəmi 45.952,31 manat pul vəsaitinin, iddia ərizəsi verilməsi üçün ödənilmiş 227,86 manat dövlət rüsumunun və hüquqi xidmətlə bağlı vəkilə ödənilmiş 320 (üç yüz iyirmi) manat, çəkilmiş yol xərci olaraq 500 (beş yüz) manat pul vəsaitinin cavabdeh X7 alınaraq iddiaçı X3 xeyrinə tutulması haqqında qətnamə çıxarılması nı məhkəmədən xahiş etmişdir.
3. İddia tələbi onunla əsaslandırılmışdır ki, fərdi sahibkar X6 (VÖEN **********) (bundan sonra “Satıcı” adlandırılacaq) ilə fərdi sahibkar X13 (VÖEN **********) (bundan sonra “Alıcı” adlandırılacaq) arasında 04 yanvar 2024-cü il tarixdə alğı-satqı müqaviləsinin imzalandığını, müqavilənin predmetinə uyğun olaraq Satıcı qaimədə göstərilən malların satışını həyata keçirməyi, Alıcı isə malların alınmasına dair qabaqcadan müəyyən edilmiş məbləği müqavilədə müəyyən edilmiş şərtlərlə Satıcıya ödəməyi öz öhdəsinə götürdüyünü, həmin müqavilənin 3-cü maddəsinə əsasən, Alıcının müqavilənin alğı-satqı predmeti olan malları qaimə əsasında qəbul etməyi və malların müəyyən olunmuş qiymətini Satıcıya ödəməyi öz öhdəsinə götürdüyünü, müqavilənin 4.1-ci bəndinə əsasən isə ödən işin qaimə təqdim edildikdən sonra 3 (üç) gün ərzində Alıcı tərəfindən Satıcıya ödənilməli olduğunu, tərəflər arasında razılaşmaya əsasən müqavilənin şərtlərindən irəli gələn alğı-satqı obyekti olan Malın adının, çeşidinin, sayının, dəyərinin hər bir mal sifarişi üzrə tərtib edilən qaiməfaktura (və ya elektron-qaimə) ilə müəyyən edildiyini, müqavilə bağlandıqdan sonra iddiaçı tərəfindən cavabdeh Toğrul Qasımova xx.xx.2024-cü il tarixli elektron-qaimələr üzrə ümumilikdə 71.617,99 manat dəyərində mallar təhvil verilsə də cavabdehin müqavilənin 1.2-ci bəndində qeyd edilmiş öhdəliyini pozduğunu və malların dəyərini vaxtında iddiaçıya ödəməkdən yayındığını, cavabdeh borcun müəyyən hissəsini ödədikdən sonra xx.xx.2024cü il tarixli üzləşmə aktına əsasən onun 57.618,20 (əlli yeddi min altı yüz o n səkkiz manat iyirmi qəpik) AZN məbləğində ödənilməyən borcu qaldığını, daha sonra aparılan danışıqlar əsasında cavabdehin müəyyən tarixlərdə borcundan qismən ödənişlər həyata keçirsə də xx.xx.2025-ci il tarixdən sonrakı dövr ərzində hər hansı ödəniş etməkdən qərəzli olaraq yayındığını, xx.xx.2025-ci il tarixli maliyyə arayışına əsasən cavabdehin iddiaçıya xx.xx.2024-cü il tarixli alğı-satqı müqaviləsinə əsasən ödənilməmiş qalan 31.738,80 manat əsas borcunun, müqavilə müddətinə 0,1 faiz dərəcəsi ilə öhdəliyin gecikdirilməsinə görə 13287,80 cərimə borcunun və Mülki Məcəllənin 445.7-ci maddəsinə uyğun olaraq, müqavilə müddəti bitdiyi gündən sonra gecikdirilmiş vaxt üçün illik beş faiz dərəcəsi ilə 925,71 (doqquz yüz iyirmi beş manat yetmiş bir qəpik) manat borcunun yarandığını, iddiaçının o na peşəkar hüquqi xidmət göstərilməsi ilə bağlı vəkillə müqavilə bağladığını və 320 manat xidmət haqqı ödədiyini, iddia ərizəsinin verilməsi üçün 227,86 manat dövlət rüsumu ödədiyini, eyni zamanda vəkilin Naxçıvan Muxtar Respublikasına gediş-gəliş haqqı üçün əlavə yol xərci üçün 500 manat ödəniş həyata keçirdiyini, həmin xərclərin də cavabdehdən tutularaq iddiaçıya ödənilməsini xahiş etmişdir.
4. Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin (hakim Elşən Salmanov) 09 dekabr 2025-ci il tarixli, e-2-2(123)-384/2025 nömrəli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, cavabdеh X7 (AA2222462; FİN:513QKE8; VÖEN: **********) 31.738,20 manat məbləğində əsas borc, 1586,91 (bir min beş yüz səksən altı manat 91 qəpik) manat məbləğində cərimə borcu və müqavilə müddəti bitdiyi gündən sonra gecikdirilmiş vaxt üçün illik beş faiz dərəcəsi ilə 925,71 (doqquz yüz iyirmi beş manat 71 qəpik) manat məbləğində faiz borcu olmaqla, ümumilikdə 34.250,82 (otuz dörd min iki yüz əlli manat 82 qəpik) manat məbləğində bоrc, 227,86 (iki yüz iyirmi yeddi manat, 86 qəpik) manat məbləğində dövlət rüsumunun iddianın təmin olunmuş hissəsinə, yəni 74,54% hissəsinə mütənasib olaraq 169,85 (bir yüz altmış doqquz manat 85 qəpik) manat məbləği alınaraq iddiaçı X5 (AZE18611318; FİN: 15F4U7V; VÖEN: **********) ödənilməsi, 58,01 (əlli səkkiz manat 01 qəpik) manat məbləğində dövlət rüsumu iddianın təmin edilməmiş hissəsinə aid olduğundan iddiaçının özünə aid edilməsi, iddiaçı tərəfindən artıq ödənilmiş 0,14 (on dörd qəpik) manat məbləğində dövlət rüsumu Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 24 iyun tarixli, 98 nömrəli qərarı ilə təsdiq edilmiş “Düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun qaytarılması Qaydalarına əsasən iddiaçıya qaytarılması, iddia tələbi “hüquqi xidmətlə bağlı vəkilə ödənilmiş 320 (üç yüz iyirmi) manat və çəkilmiş yol xərci olaraq 500 (beş yüz) manat pul vəsaitinin cavabdeh X7 alınaraq iddiaçı X3 xeyrinə tutulması” hissəsində təmin edilməməsi qət edilmişdir.
5. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2, 14.2, 14.2.1, 21.1, 21.2, 324.1, 324.2, 385.1, 386.1, 389.1, 389.3, 390.5, 427.1, 427.2, 442, 443.1, 443.2, 445.7, 449, 460.1, 462.1, 462.3, 467, 567, 597.1, 598.1, 598.3, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9.1, 9.3, 14.2, 76.1, 106.3, 107, 115.0.4, 115.0.6, 119.1, 217.2, 217.5, 220.4-cü maddələrin ə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “C.Əzimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2 aprel 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 28 noyabr 2018-ci il tarixli Qərarına, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 09 iyul 2009-cu il tarixli Qərarına əsasən əsaslandırmışdır. b) Məhkəmə aktından verilən apellyasiya şikayəti
6. Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin 09 dekabr 2025-ci il tarixli, e-2-2(123)-384/2025 nömrəli qətnaməsi ilə razılaşmayan cavabdeh X9 vəkilinümayəndəsi Vəkil2 09 yanvar 2026-cı il tarixdə el ektron qaydada apellyasiya şikayəti ilə Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasına müraciət edərək, Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(123)384/2025 nömrəli qətnaməsinin əsas borca tətbiq edilmiş 1586,91 (bir min beş yüz səksən altı manat 91 qəpik) manat məbləğində cərimə pulunun və müqavilə müddəti bitdiyi gündən sonra gecikdirilmiş vaxt üçün illik beş faiz dərəcəsi ilə 925,71 (doqquz yüz iyirmi beş manat 71 qəpik) faiz borcunun X7 alınaraq X5 ödənilməsinə dair hissəsinin ləğv edilməsi barədə yeni qətnamə çıxarılmasını kollegiyadan xahiş etmişdir. İİİ. Apellyasiya şikayəti və ona etirazın dəlilləri, izahatlar a) Apellyasiya şikayətinin dəlilləri
7. Cavabdeh tərəf apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(123)-384/2025 nömrəli qətnaməsinin əsas borc məbləğinə tətbiq edilmiş cərimə və faiz borcu məbləğləri ilə razılaşmırlar. Məhkəmə qətnaməsində 1586,91 (bir min beş yüz səksən altı manat 91 qəpik) manat məbləğində dəbbə pulunun və 925.71 manat məbləğində faiz borcunun cavabdeh Toğrul Qasımovdan alınaraq iddiaçı Zərifə Nəsirovaya ödənilməsi əsasları qanunvericilik baxımından əsaslandırılmamışdır. Tərəflər arasında dəbbə pulunun alınmasına dair yazılı formaya riayət edilmiş razılaşma-sübut növü tədqiq edilməmişdir.
8. Bundan başqa məhkəmə qətnaməsində 925.71 manat məbləğində faiz borcunun cavabdeh Toğrul Qasımovdan alınaraq iddiaçı Zərifə Nəsir ovaya ödənilməsi qət edilmiş və Mülki Məcəllənin 449.1-ci maddəsinə istinadla əsaslandırılmışdır. Qeyd edilən məbləğin müəyyən edilməsi bank uçot dərəcəsinə istinad edilməsinə dair sübut növü tədqiq edilməmiş dolayısı ilə 925.71 manat məbləğində faiz borcunun cavabdeh Toğrul Qasımovdan alınaraq iddiaçı Zərifə Nəsirovaya ödənilməsi əsaslı olmamışdır.
9. Apellyasiya şikayətinin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1, 463, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80, 88, 220.4-cü maddələrinə istinad edilmişdir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
10. İddiaçı X6 tərəfindən 29 yanvar 2026-cı il tarixdə elektron kabinet vasitəsilə apellyasiya şikayətinə qarşı daxil olmuş etirazda X9 vəkili Vəkil2 tərəfindən verilmiş apellyasiya şikayətinin əsassız və qərəzli xarekter daşıması səbəbindən təmin edilməməsi və apellyasiya şikayətinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
11. Məhkəmə baxışı iclasında iştirak edən cavabdeh X9 vəkili-nümayəndəsi Vəkil2 apellyasiya şikayətini müdafiə edərək verdiyi izahatında, apellyasiya şikayətinin təmin edilməsini, Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin 09 dekabr 2025-ci il tarixli, e-2-2(123)-384/2025 nömrəli qətnaməsinin əsas borca tətbiq edilmiş 1586,91 (bir min beş yüz səksən altı manat 91 qəpik) manat məbləğində cərimə pulunun və müqavilə müddəti bitdiyi gündən sonra gecikdirilmiş vaxt üçün illik beş faiz dərəcəsi ilə 925,71 (doqquz yüz iyirmi beş manat 71 qəpik) faiz borcunun ödənilməsi hissəsində ləğv edilmə si barədə yeni qətnamə qəbul edilməsini kollegiyadan xahiş etdi.
12. Məhkəmə baxışı iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq iş üzrə iddiaçı, iddiaçının vəkili-nümayəndəsi və cavabdeh məhkəmə baxışı iclasında iştirak etməmişlər. Kollegiya Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinin tələbinə əsasən işə iddiaçı, iddiaçının vəkili-nümayəndəsi və cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, qeyd olunan maddənin tələbinə görə işə baxılmanın yeri və vaxtı barədə lazımı qaydada xəbərdar edilmiş bu maddədə qeyd olunan şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. İV. Apellyasiya baxışının hədləri
13. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddə sinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Birinci instansiya məhkəməsinin qətnaməsi hissəvi mübahisələndirildiyi halda apellyasiya instansiyası məhkəməsi çıxardığı qətnamədə yalnız baxılan hiss əyə münasibətini bildirməyə haqlıdır.
14. İşin kollegiyada araşdırılmış halları və apellyasiya şikayətinin dəlillərindən də göründüyü kimi cavabdeh X9 vəkili-nümayəndəsi Vəkil2 tərəfindən verilmiş apellyasiya şikayətindən aydın olur ki, birinci instansiya məhkəməsinin qətnaməsi əsas borca tətbiq edilmiş 1586,91 (bir min beş yüz səksən altı manat 91 qəpik) manat məbləğində cərimə pulunun və müqavilə müddəti bitdiyi gündən sonra gecikdirilmiş vaxt üçün illik beş faiz dərəcəsi ilə 925,71 (doqquz yüz iyirmi beş manat 71 qəpik) faiz borcunun X7 alınaraq X5 ödənilməsinə dair hissəsi mübahisələndirilir. Bu səbəbdən də həmin qətnamə apellyasiya şikayətinin dəlillərinə münasibətdə mülki prosessual qanunvericiliyin tələbləri baxımından mübahisə edilən hissədə yoxlanılmalıdır.
15. Qətnamənin qalan hi ssələri mübahisələndirilməmişdir. a) Azərbaycan Respublikasının Mülki Məcəlləsi
16. Maddə 389-390. Müqavilə tərəflərin iradə ifadəsinə əsaslanan və tərəflər üçün hüquq və vəzifələr yaradan, öhdəliklərin əmələ gəlməsinə səbəb olan əqddir. Müqavilə bağlanarkən tərəflərin iradə ifadəsi həmin müqavilənin bağlanılmasının zəruri şərtidir. Müqavilənin bağlanılmasının zəruri şərtlərindən biri də müqavilə azadlığı prinsipinə riayət edilməsidir. Yəni, müqavilə azadlığı fiziki və hüquqi şəxslərin azad surətdə müqavilələr bağlamaq, onların məzmununu müəyyənləşdirmək, habelə mülki qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr bağlamaq hüquqlarını ehtiva edən bir anlamdır. Müqaviləni bağlayıb-bağlamamaq məsələsini şəxs öz iradəsi ilə həll edir.
17. Maddə 399.1. Müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur.
18. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
19. Maddə 425.2. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.
20. Maddə
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca i cra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
21. Maddə 445.2.1. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır.
22. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
23. Maddə 449.1. Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə təmin edə bilər.
24. Maddə 462.1. Dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.
25. Maddə
467. Mə hkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir
26. Maddə
567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
27. Maddə 598.2. Əgər alğı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur.
28. Maddə 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.
29. Maddə 600.4. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. b) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
30. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
31. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
32. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüqu q normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
33. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir....
34. Maddə 119.5. Apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1-119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür.
35. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
36. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
37. Maddə 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.
38. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
39. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
40. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Vİ. Apellyasiya instansiya məhkəməsinin hüquqi mövqeyi
41. Kollegiya, iş üzrə məruzəçinin məruzəsini, kommersiya mübahisəsinə dair iş üzrə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki işin materialları ilə əlaqəli şəkildə müzakirə edib, Azərbaycan Respublikası Mülki P rosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına riayət edilib-edilməməsini apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayaraq aşağıdakı nəticəyə gəlmişdir.
42. İlk olaraq qeyd edilməlidir ki, qətnamə əsas borca münasibətdə nə iddiaçı, nə də cavabdeh tərəfindən mübahisələndirilməmişdir. Dəbbə pulu və hesablanmış faizə münasibətdə isə yalnız cavabdeh tərəfindən mübahisələndirilmişdir və yuxarıda da vurğulandığı kimi apellyasiya instansiyası məhkəməsi tərəfindən çıxardığı qətnamədə yalnız bu hissəyə münasibətdə qiymətləndirmə aparılacaqdır.
43. Apellyasiya şikayətinin iki dəlilindən biri ondan ibarətdir ki, məhkəmə qətnaməsində 1586,91 (bir min beş yüz səksən altı manat 91 qəpik) manat məbləğində dəbb ə pulunun və 925.71 manat məbləğində faiz borcunun cavabdeh Toğrul Qasımovdan alınaraq iddiaçı Zərifə Nəsirovaya ödənilməsi əsasları qanunvericilik baxımından əsaslandırılmamışdır. Tərəflər arasında dəbbə pulunun alınmasına dair yazılı formaya riayət edilmiş razılaşma-sübut növü tədqiq edilməmişdir.
44. Cavabdehin apellyasiya şikayətinin dəlilinin əksinə olaraq işin mübahisəsiz halının biri ondan ibarətdir ki, tərəflər arasında bağlanmış 04 yanvar 2024-cü il tarixlı tarixli alğı-satqı müqaviləsin “Alıcının” məsuliyyətini müəyyən edən 5.2-ci bəndində “..... Satıcı tərəfindən təqdim olunan malların dəyərinin gecikdirilməsinə görə “Alıcı” müddəti keçmiş hər bir gün üçün ümumi məbləğin 0,1% həcmində cərimə ödəyəcəkdir.” müddəası nəzərdə tutulmuşdur.
45. Azərbaycan Respublikası Mülki Məcəlləsin in 463-cü maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı şəkildə bağlanılmalıdır. Lakin alğı-satqı müqaviləsinin 5.2-ci bəndində bu şərtin öz əksini tapması, tərəflərin onu imza və möhürlə təsdiqləməsi qanunun tələb etdiyi yazılı formanın təmin olunduğunu göstərir. Müqavilənin 5.2-ci bəndindəki “gecikdirilən hər gün üçün 0,1% həcmində cərimə” klassik bir dəbbə pulu razılaşmasıdır. Qeyd edilməlidir ki, əgər müqavilə tərəflər tərəfindən imzalanıbsa, bu bənd artıq hər iki tərəf üçün məcburi xarekter daşıyır. Belə olan halda “sübut növü tədqiq edilməmişdir” fikri yanlışdır, çünki imzalanmış müqavilə özü birincil və qəti sübutdur. Tərəflərin bu bəndin olduğu sənədi imzalaması “iradə ifadəsinin” mövcudluğunu və şərtlərlə razılaşdıqlarını qəti ş əkildə sübut edir.
46. Dəbbə pulunun şərtinin ayrıca sənəddə olması mütləq deyildir. Əsas müqavilənin (alğı-satqı) tərkibində bir bənd kimi daxil edilməsi tam hüquqi qüvvəyə malikdir.
47. Bu nöqteyi nəzərdən cavabdehin apellyasiya şikayətində göstərdiyi bu dəlil əsassızdır.
48. Kollegiya dəbbə pulunun miqdarına münasibətdə isə qeyd etməyi zəruri hesab edir ki, iddiaçı dəbbə pulunun məbləğini 13.287,80 (on üç min iki yüz səksən yeddi manat, səksən qəpik) manat qeyd etmişdir. Birinci instansiya məhkəməsi isə həmin məbləği Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.3 və 467-ci maddələrinə əsaslanmaqla cavabdehdən iddiaçının xeyrinə 13.287,80 (on üç min iki yüz səksən yeddi manat, 80 qəpik) manat deyil, 1586,91 (bir min beş yüz səksən altı manat 91 qəpik) manat tutulması barədə nəticəyə gə lmişdir və bu hal iddiaçı tərəfindən mübahisələndirilməmişdir. Buna görə də dəbbə pulu məbləğinin azaldılması məsələsinin müzakirə olunaraq qiymətləndirilməsini məhkəmə kollegiyasının səlahiyyətləri xaricindədir.
49. Apelyasiya şikayətinin digər “məhkəmə qətnaməsində 925.71 manat məbləğində faiz borcunun cavabdeh Toğrul Qasımovdan alınaraq iddiaçı Zərifə Nəsirovaya ödənilməsi qət edilmiş və Mülki Məcəllənin 449.1-ci maddəsinə istinadla əsaslandırılmışdır. Qeyd edilən məbləğin müəyyən edilməsi bank uçot dərəcəsinə istinad edilməsinə dair sübut növü tədqiq edilməmiş dolayısı ilə 925.71 manat məbləğində faiz borcunun cavabdeh Toğrul Qasımovdan alınaraq iddiaçı Zərifə Nəsirovaya ödənilməsi əsaslı olmamışdır” dəlilinə münasibətdə isə qeyd edilməlidir ki, iddiaçı iddia ərizəsində tələbin bu hiss əsini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsaslanmaqla irəli sürmüşdür.
50. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsində nəzərdə tutulduğu kimi “Bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər”.
51. Lakin işə baxan məhkəmə iddianın həmin hissəsinə münasibətdə iddianı təmin edərkən Mülki Məcəllənin 449.1-ci maddəsinə istinad edərək qərar vermişdir.
52. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinə görə “Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini ə sassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə təmin edə bilər”.
53. Mülki Məcəllənin bu maddəsi yalnız xüsusi hallarda qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsi müəyyən edilməklə tətbiqini tələb edən münasibətlərə tətbiq oluna bilər.
54. Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 09 iyul 2009-cu il tarixli “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsininbəzi müddəalarının şərh olunm asına dair” Qərarında təsbit edildiyi kimi “..MM-in 449.1-ci maddəsində əksini tapmış “ondan faydalanmağa görə” müddəası özgəsinin pul vəsaitinin qanunsuz saxlanılması, onu qaytarmaqdan boyun qaçırılması, onun ödənilməsinin digər şəkildə gecikdirilməsi və ya başqa şəxsin hesabına pul vəsaitinin əsassız əldə edilməsi və ya toplanılması nəticəsində MM-in 152.3-cü maddəsində göstərilmiş gəlirin, artımın, bəhərin və ya sair maddi xeyirin əmələ gəlməsini nəzərdə tutur”.
55. Bu səbəbdən də apellyasiya şikayətinin “məhkəmə qətnaməsində 925.71 manat məbləğində faiz borcunun cavabdeh Toğrul Qasımovdan alınaraq iddiaçı Zərifə Nəsirovaya ödənilməsi qət edilmiş və Mülki Məcəllənin 449.1-ci maddəsinə istinadla əsaslandırılması və məbləğin müəyyən edilməsi üçün bank uçot dərəcəsinə istinad edilməsinə da ir sübut növünün tədqiq edilməməsinə dair” dəlili əsaslı hesab edilməklə təmin olunmalıdır.
56. Kollegiya yuxarıda qeyd olunanları müzakirə edərək belə qənaətə gəlir ki, apellyasiya şikayəti qismən əsaslıdır və birinci instansiya məhkəməsi tərəfindən maddi hüquq normasının tətbiqində səhvə yol vermişdir. Buna görə də birinci instansiya məhkəməsinin qətnaməsi “müqavilə müddəti bitdiyi gündən sonra gecikdirilmiş vaxt üçün illik beş faiz dərəcəsi ilə 925,71 (doqquz yüz iyirmi beş manat yetmiş bir qəpik) manat məbləğində faiz borcu olmaqla” hissəsində qismən ləğv edilməlidir.
57. Yuxarıda da qeyd edildiyi kimi birinci instansiya məhkəməsinin maddi hüquq normasını səhv tətbiq etməsi iddiaçı tərəfindən mübahisələndirilməmiş, cavabdehin isə apellyasiya şikayətinin əsas dəlilini təşkil edir.
58. Azərbaycan Respublikası MPM-nin 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün əsasdır.
59. Azərbaycan Respublikası MPM-nin 386-cı maddəsinə əsasən maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin.
60. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya ə lavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
61. Birinci instansiya məhkəməsinin qətnaməsi cərimə borcuna münasibətdə qanuni və əsaslıdır, həmin hissədə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmışdır.
62. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.6-cı maddəsinə əsasən yuxarı məhkəmə instansiyası işi yeni baxışa göndərmədən qətnaməni dəyişdirirsə və ya yeni qətnamə çıxarırsa, o, müvafiq olaraq məhkəmə xərclərinin bölüşdürülməsini də dəyişdirir.
63. Beləliklə, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini qismən nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə nəticəyə gəlir ki, iddiaçı X3 cav abdeh X10 qarşı “pul” tələbi barədə kommersiya mübahisəsinə dair iş üzrə Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin 09 dekabr 2025-ci il tarixli, e-2-2(123)-384/2025 nömrəli qətnaməsindən cavabdeh X9 vəkili-nümayəndəsi Vəkil2 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin 09 dekabr 2025-ci il tarixli, e-2-2(123)-384/2025 nömrəli qətnaməsi qismən, “müqavilə müddəti bitdiyi gündən sonra gecikdirilmiş vaxt üçün illik beş faiz dərəcəsi ilə 925,71 (doqquz yüz iyirmi beş manat 71 qəpik) manat məbləğində faiz borcu olmaqla” hissəsində ləğv edilməli, iddia tələbi həmin hissədə rədd edilməli, qətnamə üzrə tutulmalı ümumi məbləğ, rədd edilmiş faiz tələbinə münasibətdə azaldılaraq, 33.325,11 (otuz üç min üç yüz iyirmi beş manat on bir qəpik) manat müəyyən edilməli, qətnamə mübahisələndirilən digər hissədə dəyişdirilmədən saxlanılmalıdır.
64. Kollegiya ödənilmiş dövlət rüsumlarına münasibətdə isə qeyd edir ki, iddia üzrə ödənilmiş 227,86 (iki yüz iyirmi yeddi manat, səksən altı qəpik) manat məbləğində dövlət rüsumunun iddianın təmin olunmuş hissəsinə mütənasib olaraq 165.25 (bir yüz altmış beş manat iyirmi beş qəpik) manat məbləği cavabdeh X7 (AA2222462; FİN:513QKE8; VÖEN: **********) tutularaq iddiaçı X5 (AZE18611318; FİN: 15F4U7V; VÖEN: **********) ödənilməli və qalıq qalan 62.61 (altmış iki manat altmış bir qəpik) məbləği iddianın təmin edilməmiş hissəsinə aid olduğundan iddiaçının özünə aid edilməli, apellyasiya şikayəti qismən təmin edildiyindən şikayət verilərkən ödənilmiş dövlət rüsumunun şikayətin t əmin edilmiş hissəsinə mütənasib olaraq 42 manatı iddiaçı X2 alınaraq cavabdeh X10 ödənilməli, qalan 72 manatı isə cavabdeh X9 özünə aid edilməlidir.
65. İş üzrə nəticəyə uyğun olaraq 165.25 (bir yüz altmış beş manat iyirmi beş qəpik) manat cavabdeh X7 tutularaq iddiaçı X5, 42 manat isə iddiaçı X2 alınaraq cavabdeh X10 ödənilməlidir.
66. Hər iki tərəfin bir-birinə məhkəmə xərci-dövlət rüsumu ödəməli olduğunu nəzərə alaraq, prosessual qənaət prinsipi nöqteyi nəzərindən tərəflərin bir-birnə ödəməli olduqları dövlət rüsumu əvəzləşdirilməli və qalan fərq 123.25 (bir yüz iyirmi üç manat iyirmi beş qəpik) manat (165.25-42=123.25) miqdarında dövlət rüsumu X7 alınaraq X5 ödənilməlidir.
67. Kollegiya qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə uyğun olar aq kommersiya mübahisələrinə dair işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz.
68. Bununla da, apellyasiya şikayəti üzrə mübahisələndirilən məbləğ ümumilikdə 2512.62 (iki min beş yüz on iki manat altmış iki qəpik) manat təşkil etdiyindən qətnamədən kassasiya şikayəti verilə bilməz.
69. Göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 365, 382, 384.0.2, 392, 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Cavabdeh X9 vəkili-nümayəndəsi Vəkil2 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin 09 dekabr 2025-ci il tarixli, e-2-2(123)-384/2025 nömrə li qətnaməsi qismən “müqavilə müddəti bitdiyi gündən sonra gecikdirilmiş vaxt üçün illik beş faiz dərəcəsi ilə 925,71 (doqquz yüz iyirmi beş manat 71 qəpik) manat məbləğində faiz borcu olmaqla” hissəsində ləğv edilsin. İddia tələbi həmin hissədə rədd edilsin. Qətnamə üzrə tutulmalı ümumi məbləğ, rədd edilmiş faiz tələbinə münasibətdə azaldılaraq, 33.325,11 (otuz üç min üç yüz iyirmi beş manat on bir qəpik) manat müəyyən edilsin. Birinci instansiya məhkəməsinin qətnaməsi dövlət rüsumuna münasibətdə dəyişdirilsin və cavabdeh X7 123.25 (bir yüz iyirmi üç manat iyirmi beş qəpik) manat məbləğində dövlət rüsumu tutularaq iddiaçı X5 ödənilsin. İddia ərizəsi və apellyasiya şikayəti verilən zaman ödənilmiş dövlət rüsumlarının qalan hissələri tərəflərin özlərinə aid edilsin. Qətnamə mübahisələndiril ən digər hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir. Sədrlik edən: Sənan Qarayev Hakimlər: Səxavət Bəylərli, Vera Kuimova