Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-1232/2025 05.02.2026 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Hüseynova Elnarə Ramiz qızının sədrliyi, Musayeva Turan Haxverdi qızının katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı borcun silinməsi tələbinə dair işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: I. Kommersiya mübahisəsinin mahiyyəti:
1. İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, müqavilə öhdəliklərinin icrası ilə əlaqədar Cavabdeh X10 İstismarı İdarəsi tərəfindən iaşə obyektinə (çayxana) quraşdırılmış Zenner G4T tipli, abonent kodu **********00010 olan mexaniki qaz sayğacı üzrə qaz sərfiyyatına görə əsassız hesablanmış 2289,98 manat debitor pul vəsaitinin silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, 10 dekabr 2024-cü il tarixdə cavabdeh "qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçiləri arasında qazın alqı-satqısı"na dair AMX- 5424/24 saylı müqavilə bağlanmış və müqavilə şərtlərinə uyğun olaraq razılaşma qaydasında 2013-cü ildən (əvvəlcə ailə üzvləri fiziki şəxs qismində sahibkar statusunda olmuşlar) hal-hazıradək abonenti olduğu ünvan üzrə iaşə obyektinde xx.xx.2024-ci ildə istismara yararlı olan 1 edəd radiator qaz qurğusu quraşdırılmışdır. İaşə obyektində (çayxаna) Zenner G4T tipli abonent kodu **********00010 olan mexaniki qaz sayğacı quraşdırılmış, (iaşə obyektinde qaz yanacağı ilə işləyən axımlı su qızdırıcısı, PQ3, 4 gözlü qaz peçi, dəmir peç və kombi quraşdırılmışdır) və həmin cihazların istehlakı üzrə sərfiyyata uyğun ödənişlər olunmuş, lakin cavabdeh tərəfindən borc mabləğləri düzgün müəyyən edilmədiyindən əsassız borc yaranmışdır. xx.xx.2025-ci İl tarixdə 04011434 nömrəli "təbii qazdan istifadə qaydalarının pozulması haqqında" cavabdeh tərəfindən tərtib olunmuş akta əsasən təbii qazla təmin olunması üçün quraşdırılmış mövcud G-4 markalı, zavod nömrəsi **********55 olan qaz sayğacının maksimal ölçmə həddi 6 kub.metr/saat olduğu təqdirdə, faktiki qaz işlədicilərinin maksimal sərfiyyatına uyğun 1800 manat dəyərində dəymiş ziyan hesablanmışdır. Bundan sonra belə nəticəyə gəlinmişdir ki, akta əsasən İddiaçı tərəfindən qaz cihazlarında istifadə olunmuş təbii qazın dəyəri tam təmin olunmadığından 2289.98 debitor borc hesablanmışdır. Etiraz olaraq "xxxx" İB-ə müraciət edib. 01 may 2025-ci ildə xxxx İB tərəfindən müraciətinə baxılmış, cavabdehin nümayəndələri tərəfindən tərtib edilmiş akta əsaslanaraq belə bir cavab verilmişdir ki, xx.xx.2025-ci il tarixdə cavabdehin nümayəndələri tərəfindən iaşə obyektində qaz sərfiyyatının dəqiqləşdirilməsi üzrə yoxlama aparılmış və müvafiq akt tərtib edilmişdir. Əsassız hesablanmış borcun silinməsindən imtina edilmişdir. Qaz işlədicisi kimi müqavilə bağlanmışdır. Yaranmış debitor borc abonent tarəfindən ödənilməlidir. Lakin cavabdeh tərəfindən istehlakçı olaraq müqavilə öhdəliklərin icrası ilə əlaqədar 2289.98 manat məbləğində qaz istehlakına görə gecikdirilmiş və yaranmış debitor pul vasaitinin õdənilməsi tələb edilir. Fərdi sahibkar kimi, hesab edir ki, ictimai-iaşə müəssisəsində quraşdırılmış qaz sayğacı üzrə faktiki qaz işlədicilərinin maksimal sərfiyyatı düzgün hesablanmamışdır və nəticədə əsassız borc hesablanmışdır. Buna baxmayaraq, müqavilə şərtlərina uyğun olaraq, mübahisənin qarşılıqlı razılıq əsasında həlli baxımından faktiki qaz istehlakına görə hesablanmış debitor borcun hazırki günə neçə manat olduğu (hesablanmaqla) müəyyən edilməklə, yaranmış borcun hissə-hissə, iki il müddətinə qarşılıqlı razılıq qaydasında ödənilməsi teklifinə dair elektron qaydada pretenziya göndərilmiş, pretenziyanın cavabdehə çatdığı andan 10 gün müddətinə münasibət bildirməsi xahiş olunsa da, tərəfindən təklifə dair heç bir münasibət bildirilməmişdir. Cavabdehə, əsassız hesablanmış borcun silinməsini təklif etsə də, mübahisəsiz şəkildə məsələnin helli mümkün olmamışdır. Cavabdehə yazılı şəkildə da pretenziya (xəbərdarlıq) göndərsə də, mübahisəyə münasibət bildirməmişdir. Məcbur olub mübahisənin məhkəmə qaydasında həlli baxımından, hazırki iddia tələbi ilə aidiyyəti məhkəməyə müraciət edir. Cavabdehin hərəkətləri nəticəsində sahibkarlıq fəaliyyətinə zərər vurulmuşdur, hesab edir ki, cavabdeh tərəfindən hesablanmış borcun silinməsi barədə məhkəmə qərarı qəbul edilməlidir.
3. Cavabdeh İstahsalat Birliyi xx.xx.2025-ci il tarixdə etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, İddiaçı iddia ərizəsində xx.xx.2025-ci il tarixdə cavabdeh orqanın əməkdaşlarının müəssisəyə baxış keçirdiklərini, baxış zamanı akt tərtib edərək müəssisənin abonent koduna 2289.98 manat məbləğində cərimə hesablayaraq vurduqlarını bildirmiş, həmin məbləğin əsassız olduğunu bildirərək hesablanmış məbləğin silinməsini xahiş etmişdir. Hesab edir ki, iddia əsassızdır və təmin edilməməlidir. Belə ki, xx.xx.2025-ci il tarixində ”xxxx” X4 RQİİ-nin İSQNŞ-nin əməkdaşları Ünvan 1 küçəsində yerləşən İddiaçı məxsus kafeyə baxış keçirərkən müəssisədə istifadə edilən qaz cihazlarının sərfiyyatının quraşdırılmış qaz sayğacının saatlıq sərfiyyatından çox olduğunu, sayğacın keçən qazı düzgün qeydə almadığını müəyyən etmişlər və bu səbəbdən də sərfiyyataşma ilə əlaqədar xx.xx.2025 -ci il tarxli, ******* nömrəli ”təbii qazdan istifadə qaydalarının pozulması haqqında” akt tərtib edilmişdir. xx.xx.2025 -ci il tarxli, ******* nömrəli “təbii qazdan istifadə qaydalarının pozulması haqqında” akt itirilmiş qazın dəyərinin hesablanması məqsədi ilə Cavabdehə göndərilmişdir. xx.xx.2025 -ci il tarixli, ******* nömrəli ”təbii qazdan istifadə qaydalarının pozulması haqqında” akta əsasən xx.xx.2025-ci il tarixdə Cavabdeh İB-nin istehlakçılara satılan qaza nəzarət şöbəsində itirilmiş qazın bərpası üzrə akt tərtib edilərək İddiaçı məxsus kafenin Ağsu XS-nin abonent bazasındakı **********00010 nömrəli abonent koduna 6803 m3 – 1800 məbləğində itirilmiş qazın dəyəri hesablanaraq vurulmuşdur. İddiaçı məxsus kafenin abonent koduna hesablanaraq vurulmuş 1800 məbləğ müəssisədə quraşdırılmış qaz sayağcının saatlıq sərfiyyatından artıq qanunsuz quraşdırılmış qaz cihazlarında təbii qazdan istifadə nəticəsində qeydə alınmayan itirilmiş qazın dəyəridir və abonentin özü tərəfindən ödənilməlidir. Qeyd etmək istəyir ki, müəssisəyə baxış keçirdilməsi üçün “sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyesterindən çıxarış alınmışdır. Yoxlama tarixi xx.xx.2025-xx.xx.2025-ci il tarixləri qeyd edilmişdir. Odur ki, İddiaçı əsassız hesablanmış 2289.98 manat cərimə məbləğinin silinməsi tələbinə dair iddia ərizəsinin əsassız hesab edilməsi və bu əsasdan da iddianın təmin edilməməsi barədə məhkəmə qətnaməsi çıxarılması xahiş edilmişdir.
II. Tərəflərin mövqeləri:
4. İddiaçı ərizə ilə müraciət edərək üzrlü səbəblərdən məhkəmə iclasında iştirak edə bilmədiyini, iddia tələbini müdafiə etdiyini və məhkəmə iclasının iştirakı olmadan keçirilməsinə etiraz etmədiyini bildirmişdir.
5. Cavabdehin nümayəndəsinə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və bunun üzrlü səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 185-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxmışdır.
6. Məhkəmənin əvvəlki iclasında iştirak etmiş cavabdehin nümayəndəsi izahatında bildirmişdir ki, 06 fevral 2025-ci il tarixində X1 əməkdaşları tərəfindən Ünvan 1 küçəsində yerləşən İddiaçı məxsus kafeyə baxış keçirilmişdir. Qeyd etmək istəyir ki, müəssisəyə baxış keçirilməsi üçün sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyesterindən çıxarış alınmışdır. Baxış keçirərkən müəssisədə istifadə edilən qaz cihazlarının sərfiyyatının quraşdırılmış qaz sayğacının saatlıq sərfiyyatından çox olduğunu, sayğacın keçən qazı düzgün qeydə almadığını müəyyən etmişlər və bu səbəbdən də sərfiyyat-aşma ilə əlaqədar 06 fevral 2025-ci il tarxli, ******* nömrəli təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt tərtib edilmiş və həmin akta şəxsən X6 imza çəkmişdir. Bundan sonra aşkar olunmuşdur ki, burda dörtlü sayğacın gücündə istifadə olunan cihaz olunmasına baxmayaraq, əlavə olaraq su qızdırıcı, dəmir peç və kombidən istifadə edilmiş, lakin bunlar müqavilədə öz əksini tapmamışdır. 27 fevral 2025ci il tarixdə X3 tərəfindən itirilmiş qazın bərpası üzrə tələbnamə tərtib edilərək İddiaçı məxsus kafenin M.Ə.Rəsulzadə küçəsində yerləşən ünvanına, abonent koduna 6803 kub, dəyəri isə 1800 manat məbləğində itirilmiş qazın dəyəri hesablanaraq vurulmuşdur. İddiaçı əsassız hesablanmış 2289 manat 98 qəpik cərimə məbləğinin silinməsi tələbinə dair iddia ərizəsini əsassız hesab edir, çünki heç bir əsası yoxdur. Qeyd etmək istəyir ki, iddiaçı qaz sayğacının dəyişdirilməsi barədə xxxx İB-yə hər hansı müraciət etməmişdir.
III. Məhkəmə baxışının hədləri:
7. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Hər bir tərəfin öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsi olmaqla, hazırki işdə də öz tələbinin əsaslılığını sübutetmə yükü iddiaçının üzərinə düşür. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.4-cü maddəsində nəzərdə tutulur ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
IV. Tədqiq olunan sübutlar:
8. İş materiallarında olan İddiaçı ilə Cavabdeh arasında bağlanan xx.xx.2024-cü tarixli AMX-5424/24 nömrəli "qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçiləri arasında qazın alqı-satqısı"-na dair müqavildən görünür ki, Cavabdeh İddiaçı məxsus qeyri-yaşayış sahəsini keyfiyyətli qazla təmin etməyi, iddiaçı isə öz növbəsində istehlak etdiyi qazın dəyərini vaxtı-vaxtında ödəməyi öhdəsinə götürmüşdür.
9. İş materiallarında olan xx.xx.2025-ci il tarixli yoxlama aktından görünür ki, İddiaçı məxsus Ünvan 1 küçəsində yerləşən qeyri-yaşayış sahəsində yerləşən qaz sayğacına xxxx İB-nin əməkdaşları tərəfindən baxış keçrilimişdir.
10. Cavabdeh İB tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli “təbii qazdan istifadə qaydalarının pozulması” haqqında ******* nömrəli aktdan görünür ki, X5 məxsus Ünvan 1 küçəsində yerləşən qeyri-yaşayış sahəsində (kafe) quraşdırılmış ********** zavod nömrəli qaz sayğacına Cavabdeh İB-nin əməkdaşları Ə.Həsənov, A.Musayev, O.Şahbazov, E.Şəfiyev, M.Abdullayev tərəfindən baxış keçirilmiş və baxış nəticəsində faktiki istifadə edilən qaz qurğularının maksimal qaz sərfi sayğacın maksimal ölçmə həddindən çox olması aşkar edilmişdir. İtirilmiş qazın bərpası ilə əlaqədar dəymiş ziyanın hesablanması və müəssiəsə tərəfindən ödənilməsi qərara alınmışdır. Akt Cavabdeh İB-nin həmin əməkdaşları tərəfindən imzalanmış, iddiaçının nümayəndəsi tərəfindən isə imzalanmasından imtina edilmişdir.
11. Cavabdeh İB tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli “təbii qazdan istifadə qaydalarının pozulması” haqqında ******* nömrəli aktdan görünür ki, İddiaçı məxsus Ünvan 1 küçəsində yerləşən qeyri-yaşayış sahəsinə (kafe) ********** zavod nömrəli qaz sayğacına Cavabdeh İB-nin əməkdaşları Rəsulov Pərviz, Əliyev Rövşən, Qəhrəmanov Vüqar, Namazov Eltun, Eminov Rəmşid tərəfindən baxış keçirilmiş və baxış nəticəsində müəssisəyə quraşdırılmış G 4 markalı qaz sayğacının qaz keçirmə həcmi 6 m3 / saat olduğu halda, faktiki baxış keçirilən zaman müsəssiədəki cihzaların qaz həcmi 12,3 m3 / saat olduğu müəyyən edilmiş və nəticədə 12,3-6=6,3 m3 / saat sərfiyat aşma aşkar edilmişdir. İtirilmiş qazın bərpası ilə əlaqədar dəymiş ziyanın hesablanması və müəssiəsə tərəfindən ödənilməsi qərara alınmışdır. Akt Cavabdeh İB-nin həmin əməkdaşları və iddiaçının nümayəndəsi tərəfindən imzalanmışdır.
12. xx.xx.2025-ci il tarixli Cavabdeh İB tərəfindən tərtib edilmiş inventar aktında İddiaçı məxsus Ünvan 1 küçəsində yerləşən qeyri-yaşayış sahəsində olan təbii qazdan istifadə olunan qurğuların adları qeyd edilmişdir.
13. İş materiallarında olan xx.xx.2023-cü il tarixli KY232037090 yoxlama kodlu Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid reyestrindən çıxarışa əsasən görünür ki, X5 məxsus qeyri-yaşayış sahəsində aparılan yoxlama vahid reyestrdə qeydiyyata alınmışdır.
14. İş materiallarında olan xx.xx.2025-ci il tarixli KY252278124 yoxlama kodlu Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid reyestrindən çıxarışa əsasən görünür ki, İddiaçı məxsus qeyri-yaşayış sahəsində aparılan yoxlama vahid reyestrdə qeydiyyata alınmışdır.
15. İddiaçı məxsus abonentin saldosundan görünür ki, ona məxsus **********00010 nömrəli abonent koduna aktlar üzrə 2023-cü ilin oktyabr ayında 1512 manat, 2025-ci ilin fevral ayında isə 1800 manat borc daxil edilmişdir.
16. İş materiallarında olan xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, X5 məxsus abonent koduna Cavabdeh İB tərəfindən ******* nömrəli akt üzrə borc hesablanmış və həmin borcun ödənilməsi tələb edilmişdir.
17. İş materiallarında olan xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, İddiaçı məxsus abonent koduna Cavabdeh İB tərəfindən ******* nömrəli akt üzrə borc hesablanmış və həmin borcun ödənilməsi tələb edilmişdir.
18. İş materiallarında olan xx.xx.2024-cü il tarixli ödəniş qəbzlərindən görünür ki, X7 tərəfindən istehlak etdiyi qazın dəyərinə uyğun cəmi 1 773,8 manat pul ödənilmişdir.
19. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı əsasında verilən Azərbaycan Respublikası Energetika Nazirliyi və X2 Agentliyinin xx.xx.2025-ci il tarixli mütəxəssis rəyində qeyd olunmuşdur ki, toplanmış materiallar təhlil olunarkən məlum olmuşdur ki, Ünvan 1 küçəsində yerləşən İddiaçı məxsus qeyri-yaşayış sahəsinin (kafe) qazlaşdırılması üçün Cavabdeh İB tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 14395 nömrəli texniki şərtə əsasən 7-483-13 nömrəli layihə sənədləri hazırlanmışdır. Qaz təchizatı müəssisələrinin səlahiyyətli nümayəndələri tərəfindən sahibkarlıq subyektlərinin qaz sayğaclarının göstəricilərinin oxunması zamanı müəyyən edilən, həmin sayğaclara müdaxilə, habelə sayğacdan kənar paylayıcı şəbəkəyə qanunsuz qoşulma hallarının araşdırılması ilə bağlı yoxlama aparıla bilər. Lakin qaz paylayıcısı nümayəndələri tərəfindən obyektə baxış keççirilmiş və yoxlamanın nəticəsi olaraq, obyektə quraşdırılmış G4-T markalı, **********5 zavod nömrəli qaz sayğacının maksimal ölçmə həddini aşması səbəbilə “təbbi qazdan istifadə qaydalarının pozulması” xx.xx.2023-cü il tarixli, ******* nömrəli akta əsasən 6048 m3 əlavə qaz həcmi, yəni 1512 manat və xx.xx.2025-ci il tarixli, ******* nömrəli akta əsasən 6803 m3 əlavə qaz həcmi, yəni 1800 manat dəymiş ziyan hesablanaraq istehlakçının abonent koduna əlavə edilmişdir. Qaz sayğacının maksimal ölçmə həddindən artıq istifadə edilmiş qaz sərfinə əsasən itirilmiş qazın bərpası məqsədi ilə hesabatın aparılması Azərbaycan Respublikası müvafiq qanunvericiliyində nəzərdə tutulmamışdır. Qaz paylayıcısı tərəfindən İddiaçı məxsus qeyri-yaşayış sahəsində müxtəlif tarixlərdə aparılmış yoxlamalara əsasən itirilmiş qazın bərpası məqsədi ilə tərtib edilmiş aktlar üzrə əsassız hesabat aparılaraq istehlakçının abonent hesabına 2023-cü ilin oktyabr ayında 1512 manat və 2025-ci ilin mart ayında 1800 manat əlavə edilmişdir. Beləliklə, aparılan araşdırma zamanı həmin yoxlamaların hüquqi əsasının olmadığı müəyyən edilmişdir.
V . Məhkəmənin mövqeyi və tətbiq edilən hüquq:
20. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. 560.2. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. 560.3 və 560.3.5.2. İstehlakçıların zərərinə istehsalın, satışın və ya texniki inkişafın məhdudlaşdırılması hüquqdan sui-istifadədir. 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir.
15. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi: 135.1. Fiziki və hüquqi şəxslər, həmçinin belə xidmətlərdən istifadə edən dövlət orqanları, bələdiyyələr və digər təşkilatlar yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqı vaxtında və tam məbləğdə ödəməyə borcludurlar.
21. “Qaz təchizatı” haqqında Azərbaycan Respublikasının Qanununun; 3.5. Sahibkarlıq subyektlərinin qaz qurğularının müayinəsi və ona nəzarət “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş hallarda və qaydada həyata kеçirilir. 3.5-1. Qaz paylayıcısının səlahiyyətli nümayəndələrinin sahibkarlıq subyektlərinin fəaliyyət göstərdiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyəti “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla həyata keçirilir. 3.5-2. Qaz paylayıcısının səlahiyyətli nümayəndələri sahibkarlıq subyektlərinin qaz sayğaclarının göstəricilərinin oxunması zamanı həmin sayğaca müdaxilə, habelə qaz paylayıcısının razılığı olmadan qaz paylayıcı şəbəkəyə sayğacdan kənar qoşulma (bundan sonra – qanunsuz qoşulma) hallarını müəyyən etdikdə, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla yoxlama keçirilməsi ilə bağlı tədbirlər görməlidirlər. 6-4. Müvаfiq icrа hаkimiyyəti оrqаnının müəyyən etdiyi orqan (qurum) Reyestrə daxil edilmiş məlumatlar əsasında bu Qanunun 6-2-ci və 6-3-cü maddələrinin tələblərinə riayət olunmasına monitorinq keçirilməsi yolu ilə mütəmadi nəzarət edir və həmin tələblərə riayət olunmadığını müəyyən etdikdə icrası məcburi olan göstərişlər verir. Monitorinqin keçirilmə qaydası müvаfiq icrа hаkimiyyəti оrqаnının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir. Sahibkarlıq subyektlərinə münasibətdə monitorinq “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun həyata keçirilir. 13.8. Bu Qanunun 13-cü maddəsinin 8-1-ci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz. İstehlakçıların ağıllı sayğaclarla təchiz edilməsi “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə uyğun olaraq həyata keçirilir. 13.9. Məişət qaz qurğularını istifadə edən məişət abonentləri üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, digər istehlakçılar üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir.
22. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”; 2.10. Sahibkarlıq subyektlərinin qaz qurğularının müayinəsi və ona nəzarət “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş hallarda və qaydada həyata keçirilir. 2.11-2. Qaz paylayıcısının səlahiyyətli nümayəndələri sahibkarlıq subyektlərinin qaz sayğaclarının göstəricilərinin oxunması zamanı həmin sayğaca müdaxilə, habelə qaz paylayıcısının razılığı olmadan qazpaylayıcı şəbəkəyə sayğacdan kənar qoşulma (bundan sonra – qanunsuz qoşulma) hallarını müəyyən etdikdə, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla yoxlama keçirilməsi ilə bağlı tədbirlər görməlidirlər. 3.1.10. bu Qaydaların 2.11-1-ci və 2.11-2-ci bəndlərinin tələbləri nəzərə alınmaqla istehlakçıların qaz sayğaclarının işlək və toxunulmaz vəziyyətdə olmasını müəyyən etmək məqsədilə yaşayış sahələrinin daxilində quraşdırılmış qaz sayğaclarına 6 (altı) ayda 1 (bir) dəfə, digər qaz sayğaclarına isə 3 (üç) ayda 1 (bir) dəfə onlara baxış keçirməli, nəticəsini aktla rəsmiləşdirməli və aktın 1 (bir) nüsxəsini istehlakçıya təqdim etməlidir. 4.2. məişət qaz qurğularını istifadə edən məişət abonentləri üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, digər istehlakçılar üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. 4.6. qaz sayğaclarının üzərində Xidmətin və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır. 4.7. sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. 4.8. fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. 4.9. istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. 5.2. Bu Qaydaların 5.4-cü, 6.5-ci, 6.5-2-ci və 6.5-3-cü bəndlərində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz. 5.5. Qaz paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. 6.1. Qaz paylayıcısı bu Qaydaların 3.1.4-cü yarımbəndinin tələblərinə əməl etməklə aşağıdakı hallarda qazın verilməsini dayandırır: 6.1.4. qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya qaz paylayıcısı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilmədikdə; 6.1.5-1. istehlakçı qaz paylayıcısının işçilərini müayinə keçirilməsi üçün onun mülkiyyətində və ya istifadəsində olan tikinti obyektinə daxil olmasına maneə törətdikdə və ya müayinənin keçirilməsinə şərait yaratmadıqda. 6.5-ci bəndinə əsasən, qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın 1 (bir) nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), 1 (bir) nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün EN-ə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. 6.5-1. İstehlakçı tərəfindən qazın talanması məqsədilə sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması zamanı aşağıdakı şərtlər nəzərə alınır: 6.5-1.1. sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə edildiyi müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü; 6.5-1.2. əvvəlki dövrün orta gündəlik qaz sərfi; 6.5-1.3. istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası. 6.5-2. İstehlakçı tərəfindən qazın talanması məqsədilə qaz sayğacına müdaxilə edildikdə (plomb qoparıldıqda, baxış şüşəsi sındırıldıqda, gövdəsi zədələndikdə və sayğaca vizual baxış nəticəsində qüsurun müəyyən edilməsi mümkün olan digər hallarda), qaz paylayıcısı tərəfindən pozuntu aradan qaldırılmalı və bu Qaydaların 3.1.10-cu yarımbəndinə uyğun olaraq qaz sayğacına keçirilmiş sonuncu baxış tarixindən sayğaca müdaxilə halları aşkar edildiyi tarixədək, lakin 3 (üç) aydan çox olmayan müddətdə istifadə edilmiş qazın dəyəri hər bir hal üzrə bu Qaydaların 6.5-1-ci bəndi ilə müəyyən edilmiş şərtlərin, habelə məişət abonentlərinə münasibətdə sutkanın on iki saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla hesablanır. 6.5-3. İstehlakçı tərəfindən qanunsuz qoşulma hallarında qaz paylayıcısı tərəfindən pozuntu aradan qaldırılmalı və qazpaylayıcı şəbəkəyə keçirilmiş sonuncu baxış tarixindən qanunsuz qoşulma halları aşkar edildiyi tarixədək, lakin on iki aydan çox olmayan müddətdə istifadə edilmiş qazın dəyəri hər bir hal üzrə bu Qaydaların 6.5-1-ci bəndi ilə müəyyən edilmiş şərtlərin, habelə məişət abonentlərinə münasibətdə sutkanın on iki saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla hesablanır. 6.5-4. Qaz paylayıcısının işçisi bu Qaydaların 6.5-ci bəndinə uyğun olaraq tərtib etdiyi akta vurulmuş zərərin bu Qaydaların 6.5-2-ci və 6.5-3-cü bəndlərinə uyğun olaraq hesablanmış məbləği barədə ilkin məlumatı əlavə edir. Akt qaz paylayıcısının işçisi və istehlakçı (və ya onun səlahiyyətli nümayəndəsi, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən biri) tərəfindən imzalanmalıdır. İstehlakçı (və ya onun səlahiyyətli nümayəndəsi, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən biri) aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. İstehlakçı (və ya onun səlahiyyətli nümayəndəsi, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən biri) izahat və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur.
23. Məhkəmə iddia ərizəsini və iş materiallarını tədqiq edib, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin olunmalıdır.
24. Məhkəmə qeyd edir ki, qanunvericiliyin göstərilən müddəaları baxımından iddiaçı və cavabdehlər arasında hazırki iddiaçıya cavabdeh tərəfindən akt əsasında hesablanmış qaz borcunun silinməsindən irəli gəlir.
25. İşin müəyyən olunmuş halları ondan ibarətdir ki, İddiaçı məxsus Ünvan 1 küçəsində yerləşən qeyri-yaşayış sahəsində (kafe) olan qaz sayğacına xxxx İB-nin əməkdaşları tərəfindən xx.xx.2023-cü il və xx.xx.2025-ci il tarixdə baxış keçrilmiş və bununla bağlı aktlar tərtib edilmişdir. Hər iki baxış nəticəsində faktiki istifadə edilən qaz qurğularının maksimal qaz sərfi sayğacın maksimal ölçmə həddindən çox olması aşkar edilmişdir. İtirilmiş qazın bərpası ilə əlaqədar dəymiş ziyanın hesablanması və müəssiəsə tərəfindən ödənilməsi qərara alınmışdır. İddiaçıya göndərilən tələbnamələr əsasında itirilmiş qazın dəyərinin ödənilməsi ondan tələb edilmişdir.
26. Məhkəmə qeyd edir ki, hazırki vəziyyətdə cavabdeh tərəfindən aparılan yoxlamalar nəticəsində iddiaçıya itirilmiş qaz sərfiyyatı kimi borcun hesablanması ilk növbədə “Qaz təchizatı” haqqında Azərbaycan Respublikasının Qanununun tələblərinə uyğun olmamışdır. Belə ki, həmin qanunun tələblərinə əsasən düzgün hesablanmamış qaz sərfinin istehlakçıdan tələb edilməsi qanunsuz hal kimi müəyyən edilir. Belə ki, qaz paylayıcısı cavabdehə hesablanmış borcun təbii qazın sərfiyyat aşmaqla istifadəsi nəticəsində yarandığını iddia etsə də, bununla bağlı məhkəməyə təqdim etdiyi sənədlər abonentin təqsirliliyini sübuta yetirməmişdir. Nəticədə məhkəmə hesab edir ki, qaz paylayıcısı tərəfindən iddiaçıya məxsus obyektdə aparılan yoxlama nəticəsində ona borc hesablanması qanunsuz olmuşdur. Bu hal iş materiallarına olan Azərbaycan Respublikası Energetika Nazirliyi və X2 Agentliyinin xx.xx.2025-ci il tarixli mütəxəssis rəyi ilə də təsdiq edilmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, Cavabdeh tərəfindən İddiaçı məxsus olan abonent koduna hesablanmış 2289,98 manat borc silinməlidir.
27. Bundan başqa, məhkəmə qeyd edir ki, iddia tələbi təmin edildiyindən iddia tələbinə uyğun olaraq ödənilmiş 45 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
28. Beləliklə qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh tərəfindən İddiaçı məxsus olan **********00010 saylı abonent koduna hesablanmış 2289,98 manat borc silinməli, ödənilmiş dövlət rüsumununa görə 45 manat məbləğdə pul Cavabdeh İstahsalat Birliyindən tutulub iddiaçıya ödənilməlidir.
Vİ. Nəticə:
29. Qeyd olunanlara əsasən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə
QƏT ETDİ:
İddia təmin edilsin. Cavabdeh tərəfindən İddiaçı məxsus olan **********00010 saylı abonent koduna hesablanmış 2289,98 manat borc silinsin. Ödənilmiş dövlət rüsumununa görə 45 manat məbləğdə pul Cavabdeh İstahsalat Birliyindən tutulub iddiaçıya ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən : Elnarə Hüseynova