Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2-2(3-6)-344/2026 04.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Ziya Allahverdi oğlu Şirinovun sədrliyi və məruzəsi ilə, X3 və X13 ibarət tərkibdə, İsmayılova Elnarə Məyiş qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə İbrahim oğlunun, Cavabdehin nümayəndəsi X6 iştirakları ilə, İddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Cavabdeh QSC-yə qarşı (Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) dəymiş ziyanın ödənilməsi” tələbinə dair iş üzrə Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(***)-****/**** nömrəli qətnaməsindən iddaçı və cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxdı. İşin Halları
1. Azərbaycan Avtomobil X14nin İdarə Heyətinin Sədri tərəfindən Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinin sədri cənab Cavid Qurbanova ünvanlanmış ## ##### 2020-ci il tarixli */**-**** nömrəli məktubda qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Prezidentinin ## ###### 2014-cü il tarixli *** nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı" çərçivəsində M-1 Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yoluna alternativ yeni avtomobil yolunun layihələndirilməsi və tikintisi Azərbaycan Avtomobil X14 tərəfindən həyata keçirilir. Nəzərinizə çatdırılır ki, tikintisi davam edən yeni avtomobil yolunun Şabran rayonu ərazisində mövcud dəmir yolu xətləri ilə kəsişməsində müxtəlif səviyyəli yolötürücüsünün tikintisi nəzərdə tutulur. Fərmanın icrası ilə bağlı vaxt məhdudiyyətini nəzərə alaraq, tikinti işlərinə nəzarətin səmərəli aparılması məqsədi ilə minik avtomobillərinin hərəkəti üçün tikintisi davam edən avtomobil yolunun dəmir yolu xətti ilə kəsişməsində müvəqqəti bir səviyyəli minik avtomobil keçidinin tikintisinə icazə verilməsi xahiş olunur. Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinin Azərbaycan Avtomobil X14nin İdarə X5 Məmmədova ünvanlanmış ##.##.2020-ci il tarixli, ***** nömrəli “M-1 Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolu üzərində müvəqqəti keçidin tikintisi ilə bağlı” cavab məktubunda qeyd olunmuşdur ki, M-1 Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun Şabran rayonu ərazisindən keçən hissəsində, dəmir yolunun Şabran-Sarvan mənzilinin 2522 km pk3-də müvəqqəti keçidin tikintisi ilə bağlı ##.##.2020ci il tarixli, 3/19- **** nömrəli məktuba əsasən bildirilir ki, sözügedən müvəqqəti keçidin tikilməsi üçün tələb olunan mal-materialların təmin edilməsi və quraşdırılması, habelə digər tikinti işlərinin aparılması Azərbaycan Avtomobil X14 tərəfindən icra olunmaqla, aşağıdakı göstərilən şərtlər daxilində keçidin açılmasına Cəmiyyət tərəfindən etiraz edilmir:
2. "X9 istismarına dair" **/S nömrəli Təlimatın tələblərinə uyğun olaraq, keçiddə keçid budkasının qoyulması və 4 nəfərdən ibarət keçid növbətçilərinin “xxxx" QSC tərəfindən təlimatlandırılaraq işə qəbul edilməsi; - Keçid məhəccərlərinin qoyulması, ağır yüklü maşınların hərəkətinin təmin edilməsi ilə əlaqədar möhkəm yol örtüyünün çəkilməsi, keçid döşəmələrinin qoyulması; - Dəmir yolu keçidinin nişanlarının qoyulması, işıqlandırma sisteminin təmin edilməsi, qırpışan işıqforların qoyulması və bununla bağlı digər zəruri tədbirlərin həyata keçirilməsi. Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinin ***** nömrəli məktubunda qeyd olunmuşdur ki, Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi yeni avtomobil yolunun tikintisi ilə əlaqədar Şabran-Sarvan mənzilinin 2522 km pk.3-də müvəqqəti dəmiryol keçidinin açılması üçün Azərbaycan Avtomobil X14nin İdarə Heyəti sədrinin 2020-ci il # ##### tarixli */**-**** nömrəli müraciətini nəzərə alaraq: 1.1. Şabran- Sarvan mənzilinin 2522 km pk 3-də müvəqqəti olaraq qorunan (üfüqi dönən şlaqbaumlu) ümumi istifadədə olmayan dəmiryol keçidi açılsın; 1.2. Göstərilən keçid ##.##.2003-cü il tarixli **/S saylı "X9 istismarına dair Təlimat"ın tələblərinə uyğun olaraq quraşdırılsın və müvafiq yol nişanları ilə təchiz edilsin1.3. Keçiddə yüngül konstruksiyali növbətçi otağı quraşdırılsın və bütün xərclər Azərbaycan Avtomobil X14nin hesabına təmin edilsin; 1.5. Qatarların təhlükəsiz hərəkətinin təmin olunması məqsədi ilə avtomobil nəqliyyatı vasitələrinin hərəkətinin tənzimlənməsi üçün Azərbayçan Avtomobil X14 tərəfindən iş zamanı xüsüsi təlimat keçmiş işçilərdən keçiddə növbətçi təyin edilsin və şlaqbaumların qıfıllarının açarları səlahiyyətli nümayəndəsində saxlanılsın; 1.6. Keçiddə sutka ərzində növbəli iş rejimi tətbiq edilsin, istifadə qaydaları haqqında yerli təlimat hazırlansın; 1.7. Keçiddə Azərbaycan Avtomobil X14 tərəfindən növbətçi təyin ediləcək işçilərinə mütəmadi olaraq PÇ-1 işçiləri tərəfindən təlimat keçirilsin və onların işi ciddi nəzarətdə saxlanılsın. 2. TC-1, 2 Yeni keçidin açılması ilə əlaqədar bütün lokomotiv briqadaları məlumatlandırılsın.
3. Göstərişin icrasına nəzarət sədr müavini H.Valehova həvalə edilsin.
3. İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin ##.##.2023-cü il tarixli, **-** saylı əmri ilə Əhmədov İsmayıl Mais oğlunun (traktor sürücüsü) cəmiyyətdə Kon operatoru vəzifəsinə işə qəbul olunmuş, ##.##.2023-cü il tarixdə, *BJ*EDS****** nömrəli əmək müqaviləsi bağlanmış, ##.##.2023-cü il tarixli, **/** nömrəli Əmək müqaviləsinə xitam verilməsi barədə əmr ilə əmək müqaviləsinə “AR ƏM-nin 68.2.a” – tərəflərdən birinin təşəbbüsü” maddəsinə əsasən ##.##.2023-cü il tarixdəm xitam verilmişdir.
4. “DOST İş Mərkəzi” MMC (işəgötürən) ilə İskəndərov Nemət Həsənbala oğlu (işçi) arasında ## ###### 2021-ci il tarixdə əmək müqaviləsi imzalanmışdır. Müqavilənin 3.1-ci bəndinə əsasən işçi aşağıdakı əmək funksiyalarının icrasını öhdəsinə götürür: şəhər, rayon ərazisinin, küçə, park və meydanların abadlaşdırılması; yaşayış əraziləri, xəstəxana, məktəb, təhsil müəssisələri, yataqxana və pansionatlar, qocalar və əlillər üçün internat evləri, habelə sosial sferanın digər obyektlərində cari təmiri; yol və körpülərin, istilik və qazanxana sistemlərinin cari təmiri; kənd təsərrüfatı müəssisələrinə kömək göstərilməsi ilə əlaqədar işlər; təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması işləri; qocalara, əlillərə və sağlamlıq imkanları məhdud uşaqlara qulluq; digər sosial əhəmiyyətli işlər.
5. "DOST İş Mərkəzi" MMC ilə Cavabdeh QSC arasında imzalanmış "DOST İş Mərkəzi" MMC-yə işə qəbul olunmuş ictimai işçilərin aidiyyəti sahə üzrə ictimai işlər təşkilatçısına təhkim olunmaları haqqında ##.##.2020-ci il tarixli, ***** nömrəli bildirişdə qeyd olunmuşdur ki, tərəflər təsdiq edirlər ki, bu bildirişin ayrılmaz hissəsi olan siyahıda qeyd olunan, "DOST İş Mərkəzi" MMC ilə əmək müqaviləsi bağlanılan şəxslər ictimai işlərə cəlb olunmaları məqsədi ilə Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinin İnfrastruktur departamentinə təhkim olunurlar.
6. Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinin İnfrastruktur departamenti işçilərin iş yerində əməyin mühafizəsi norma və qaydalarının (o cümlədən işçilərin təhlükəsiz və sağlam əmək şəraitində işləməsi, binaların, qurğuların, texnoloji proseslərin və avadanlığın təhlükəsizliyinə riayət edilməsi, iş yerində sağlam sanitariya-gigiyena şəraitinin yaradılması, işçi qüvvəsinə lazımi sanitariya-məişət və müalicə-profilaktik xidmətinin təşkili, işçi qüvvəsinin normal əmək və istirahət rejiminə riayət edilməsi, işçi qüvvəsinə fərdi mühafizə vasitələrinin verilməsi və müvafiq qaydada təlimatlandırılması üzrə tələblərin) qanunvericiliyə uyğun tam yerinə yetirilməsini təmin edərək işçi qüvvəsini ictimai işlərə cəlb edilməsi üçün qəbul edir. İctimai işlərə cəlb olunmaq məqsədi ilə Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinin İnfrastruktur departamentinə təhkim olunan işçilərin siyahısında İskəndərov Nemət Həsənbala oğlunun adı 31-ci sırada qeyd olunmuşdur.
7. Təmizlik işləri və sosial xidmətlərin göstərilməsi üzrə köməkçi işçilərin iş cədvəlində (Yol xidməti * nömrəli Xaçmaz Yol sahəsi Mart ayı 2023-cü il) İskəndərov Nemət Həsənbala oğlunun vəzifəsinin sosial işçi olduğu, mart ayının 25-26-sı istirahət günü olduğu qeyd olunmuşdur.
8. X16-X21 Məlumatda qeyd edilmişdir ki, #.#.2401 No-li qatar, VL 11M-6-508 No-li lokomotiv, Biləcəri lokomotivlərin idarə edilməsi sahəsinin maşinisti Sərxan Əliyev, maşinist köməkçisi Mahir Babayev 1.5 NH-nin səbəbi və təfsilatı: ##.##.2023-cü il tarixdə saat 08:55 radələrində Şabran -Çarxı mənzilinin 124 km pk 7-da müvəqqəti quraşdırılmış "Azəravtoyola" məxsus qeyri-ümumi istifadədə olan qorunan dəmir yolu keçidində İddiaçı MMC-yə məxsus dövlət qeydiyyat nişanı olmayan 1997-ci il təvəllüdlü Əhmədov İsmayıl Mais oglu, "Yol hərəkəti haqqında Azərbaycan Respublikası Qanununun 44-cü maddəsinin 1,2,3,4-cü bəndlərini kobud şəkildə pozaraq dəmir yolu keçidindən Bakı-Yalama istiqamətində hərəkətdə olan yük qatarının qarşısından keçməyə cəhd göstərmiş, nəticədə Biləcəri magistral lokomotivlərin idarə edilməsi sahəsinin maşinisti S.Əliyev və maşinist köməkçisi M.Babayev tərəfindən VL 11 M6-508 No-li elektrovozla idarə edilən 2401-No:li qatarla toqquşmuşdur. 2. Zərərçəkənlər haqqında məlumat-hadisə nəticəsində keçid növbətçisi vəzifəsini müvaqqəti icra edən 1978-ci il təvəllüdlü İsgəndərov Nemət Həsənbala oğlu aldığı xəsarətlərdən vəfat etmişdir.
9. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Nəqliyyatda Baş Polis İdarəsinin Cavabdeh QSC-yə ünvanladığı ##.##.2023-cü il tarixli məktubda qeyd olunmuşdur ki, ##.##.2023-cü ildə saat 08:55-də Bakı-Yalama dəmir yolu xətlərinin 124-cü km-nin, 7-ci piketində VL 11-M6-508-B qeydiyyat nömrəli Elektrovozla həmin ərazidə tikinti işləri üzrə idarə olunan İddiaçı MMC-yə məxsus "KON" markalı traktorun dəmir yolunun qorunan hissəsində yerləşən keçiddə toqquşması nəticəsində həmin keçidin gözətçisi işləyən ##.##.1978-ci il təvəllüdlü İskəndərov Nemət Həsənbala oglunun traktorun kovşunun onun baş nahiyəsindən dəyməsi nəticəsində aldığı xəsarətlər nəticəsində hadisə yerində vəfat etmasi faktı əsasında hazırda NBPİ-nin İstintaq va təhqiqat şöbəsində cinayət işi üzrə istintaq aparılır. Həmin cinayat işi üzrə zəruri olduğundan mərhum ##.##.1978-ci il təvəllüdlü İskəndərov Nemət Həsənbala oğlunun işə götürülmə əmrinin, elektron əmək müqaviləsinin, vəzifə təlimatının, həmçinin yuxarıda adı qeyd edilən ərazidə olan qorunan keçidin QSC-nin balansında olub-olmamasının, hansı tarixdən həmin keçidin orada salınmasının, həmin keçid üzrə texniki təhlükəsizliyə və keçidin gözətçilərinə nəzarət etməli şəxslərin, həmin keçidin gözətçilərinin siyahısının və onların iş rejimi barədə məlumatların rəsmi olaraq NBPİ-nə göndərilməsinə müvafiq göstəriş verilməsi xahiş olunmuşdur.
10. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Nəqliyyatda Baş Polis İdarəsinin Cavabdeh QSC-yə ünvanladığı ##.##.2023-cü il tarixli məktubda qeyd olunmuşdur ki, cinayat işi üzrə zəruri olduğundan yuxarıda qeyd edilən elektrovozun ön hissəsinə quraşdırılaraq yol boyu hərəkətini lenta alan video kameranın ## #### 2023-cü ildə saat 08:30-dan saat 09:15 dəqiqəyə qədər olan hissəsinin video çəkilişini, həmçinin baş vermiş hadisəyə görə idarə daxili aparilmiş araşdırmanın nəticəsi barədə qəbul edilmiş qərarın (protokolun) surətini qısa zamanda rəsmi olaraq NBPi-nə göndərilməsinə müvafiq göstəriş verilməsi xahiş olunur.
11. Cavabdeh QSC-nin Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Nəqliyyatda Baş Polis İdarəsinin rəisinə ünvanlanmış ##.##.2023-cü il tarixli 3-13-15/2- ****/**** nömrəli məktuba dair cavab məktubunda qeyd olunmuşdur ki, "Dost İş Mərkəzi" MMC-nin Cavabdeh QSC İnfrastruktur departmenti Yol xidmətinin * nömrəli Xaçmaz yol sahəsinə ictimai işlərin həyata keçirilməsi üçün təhkim edilmiş işçisi İskəndərov Nemət Həsənbala oğlunun ##.##.2023-cü il tarixində vəfat etməsi faktı əsasında aparılan cinayət işinin istintaqı ilə əlaqədar olaraq xxxx-ya ünvanlanmış sorğuda tələb olunan məlumatlar qoşmada (sənədlərin surəti: 9 vərəq) təqdim edilir.
12. ## #### 2023-cü il tarixdə cinayət işinin başlanılması haqqında qərara əsasən fakta görə Azərbaycan Respublikasi CM-nin 262.2-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır. Şabran Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli, *(***)-*/**** saylı qərarı ilə Qatarın şlaqbaumlu dəmir yol keçidinə yaxınlaşması zamanı traktorun keçidə daxil olması nəticəsində baş vermiş ölümlə nəticələnən yol nəqliyyat hadisəsi zamanı dəmiryol nəzarətçisi mərhum İskəndərov Nemət Həsənbala oğlunun şlaqbaumu bağlamamaqla, keçiddə hərəkəti qadağan etmək üçün heç bir tədbir görməməklə normativ aktların və əmək təhlükəsizliyi qaydalarının tələblərini pozub-pozmamasının müəyyən edilməsi məqsədi ilə iş üzrə məhkəmə istintaqının təzələnməsi və dəmiryol – texniki hadisələrin tədqiqi və əmək təhlükəsizliyinin tədqiqi ekspertizasının təyin edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin “02" sentyabr 2024-cü il tarixli, *-**-**/*-**/**** nömrəli ekspertiza rəyinin tədqiqatın nəticəsi hissəsində qeyd olunmuşdur ki, Keçid növbətçisi mərhum İskəndərov Nemət Həsənbala oğlu elektrovoz yaxınlaşan zaman şlaqbaumu bağlamadığına görə X9 istismarına dair Təlimat”ın 4.5 və 4.6-cı bəndlərinin tələbləri onun özü tərəfindən pozulmuşdur.
13. Şabran Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli, *(***)-*/**** nömrəli hökmünə əsasən Əhmədov İsmayıl Mais oğlu Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 03 (üç) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 04 (dörd) il 10 (on) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir.
14. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının ##.##.2025-ci il tarixli, *(***)-**/**** nömrəli qərarı ilə Şabran Rayon Məhkəməsinin *(***)-*/**** nömrəli, ## ####### 2024-cü il tarixli hökmünün apellyasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılması, apellyasiya protestinin təmin edilməməsi, qərarın elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minməsi qərara alınmışdır.
15. Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının ##.##.2025-ci il tarixli, *(***)-****/**** nömrəli qərarı ilə dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protesti və zərərçəkmiş şəxsin hüquqi varisi İsgəndərova Südabə Akif qızı tərəfindən verilmiş kassasiya şikayətinin təmin olunmaması, Şabran Rayon Məhkəməsinin 2024-cü il ## ####### tarixli *(***)-*/**** nömrəli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinib məhkum edilmiş Əhmədov İsmayıl Mais oğlu barəsində olan Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2025-ci il ## ###### tarixli, *(***)-**/**** nömrəli qərarının dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə və zərərçəkmiş şəxsin hüquqi varisi İsgəndərova Südabə Akif qızı tərəfindən verilmiş kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılması qərara alınmışdır.
16. “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən tərtib olunmuş arayışda qeyd olunmuşdur ki, maddi zərər aşağıdakılardan ibarətdir: "D655 SEM" markalı yük qaldırıcı traktorun təmir xərci və ehtiyat hissələrinə sərf edilmiş vəsait, 31706,60 manat; 2. "D655 SEM" markalı yük qaldırıcı traktorun evakuasiya xidmətinə sərf edilmiş vəsait, 1850 manat;
3. "D655 SEM" markalı yük qaldırıcı traktorun təmirdə olduğu müddətdə onun işini yerinə yetirmək üçün icarəyə götürülmüş traktora görə ödənilən vəsait 7332,66 manat, “D655 SEM" markalı yük qaldırıcı traktorun 2023-cü il ## ##### - 06 İyun tarixləri arası boş dayanmasına görə 10071,16 manat.
17. “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən tərtib olunmuş ##.##.2023-cü il tarixli qüsur aktında qeyd olunmuşdur ki, ##.##.2023-cü il səhər saat 08:55 radələrində həqiqətən də D655 Sem markalı yükqaldırıcı traktor Şabran rayon Uzunboyad kənd ərazisində yerləşən Azərbaycan Dəmiryollar QSC-nin Bakı Yalama dəmir yol xətlərinin 124cü kilometrində olan nizamlanan dəmir yol keçidi istiqamətində hərəkət edərkən şlaqbaumun açıq olmasına arxayın olaraq yolayrıcına daxil olmuş, bu zaman tuneldən qəfil çıxan hərəkətdə olan qatarla toqquşması nəticəsində texnikaya zərər dəymişdir. D655 Sem markalı yükqaldırıcı tarktora texniki baxış nəticəsində dəymiş zərərin aradan qaldırılması üçün lazımı ehtiyyat hissləri və işçilik müəyyən olunmuşdur və aktda 39 adda ehtiyat hissələri və 12 adda əlavə ehtiyat hissələri qeyd olunmuşdur
18. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödəniş edilməsi üçün EBDD seriyalı, ****** nömrəli, ##.##.2023-cü il tarixli, dəyəri 1850 manat olan elektron qaimə göndərilmişdir.
19. ##.##.2023-cü il tarixli, OD* nömrəli ödəniş tapşırığına əsasən 1850 manat məbləğində pul “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənmişdir
Birinci instansiya məhkəməsindəki icraat
20. İddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh Cavabdeh QSC-dən 1) “D655 SEM” markalı yük qaldırıcı traktorun təmir xərci və ehtiyat hissələrinə 31369 manat; 2) “D655 SEM” markalı yük qaldırıcı traktorun hadisə yerindən evakuasiya edilməsi üçün 1850 manat; 3) “D655 SEM” markalı yük qaldırıcı traktorun təmirdə olduğu müddətdə onun işini yerinə yetirmək üçün icarəyə götürülmüş digər traktor üçün icarə haqqı kimi 7332,66 manat; 4) “D655 SEM” markalı yük qaldırıcı traktorun 2023-cü il ## ##### -06 iyun tarixləri arasında boş dayanmasına görə 10071,6 manat olmaqla, cəmi 50747 manat məbləğində maddi ziyanın əvəzinin onun xeyrinə tutulmasını xahiş etmişdir.
21. İddia tələbi onunla əsaslandırılmışdır ki, Şabran Rayon Məhkəməsinin 1(031)- */**** nömrəli, ## ####### 2024-cü il tarixli hökmü (hakim A.Məmmədov) ilə müəssisənin işçisi Əhmədov İsmayıl Mais oğlu (əmək müqaviləsi əlavə edilir) Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə təqsirli bilinib məhkum edilmişdir, ona görə ki, o, ##.##.2023ci il tarixdə, səhər saat 08:55 radələrində SV ****** nömrəli sürücülük vəsiqəsi əsasında idarə etdiyi İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin balansında olan “D655 SEM” markalı, dövlət qeydiyyat nömrə nişanı olmayan yük qaldırıcı traktorla Şabran rayonunun Uzunboyad kəndi ərazisində yerləşən Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinin Bakı Yalama dəmir yolu xətlərinin 124-cü kilometrinin 7-ci piketində olan dəmir yolu keçidi istiqamətində təxminən saatda 10-15 kilometr sürətlə hərəkətdə olarkən şlaqbaumun aşıq olması səbəbindən dəmiryol keçidinə daxil olmuş, bu zaman qəfildən yaxınlıqda yerləşən tuneldən çıxan qatarla toqquşmuş və nəticədə cavabdehin işçisi, dəmiryol keçidin gözətçisi olan İskəndərov Nemət Həsənbala oğlu ağır xəsarətlər alaraq hadisə yerində vəfat etmişdir. 2. Məhkəmə istintaqı zamanı məhkəmə müdafiə tərəfinin vəsatətini təmin etmiş və ##.##.2024 cü il tarixli *(***)-*/**** saylı cinayət işi üzrə məhkəmə istintaqının təzələnməsi və dəmiryol – texniki hadisələrin tədqiqi və əmək təhlükəsizliyinin tədqiqi ekspertizasının təyin edilməsi haqqında və ekspertizanın aparılmasının Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinə həvalə edilməsi haqqında qərar qəbul etmişdir. Məhkəmə qərarı ilə ekspert qarşısında aşağıdakı sual qoyulmuşdur: Qatarın şlaqbaumlu dəmir yol keçidinə yaxınlaşması zamanı traktorun keçidə daxil olması nəticəsində baş vermiş ölümlə nəticələnən yol nəqliyyat hadisəsi zamanı dəmiryol nəzarətçisi mərhum İskəndərov Nemət Həsənbala oğlunun şlaqbaumu bağlamamaqla, keçiddə hərəkəti qadağan etmək üçün heç bir tədbir görməməklə normativ aktların və əmək təhlükəsizliyi qaydalarının tələblərini pozmuşdurmu? 3. Keçirilmiş ekspertiza nəticəsində *-**-**/*-**/**** saylı ## ######## 2024-cü il tarixli ekspert rəyi məhkəməyə daxil olmuşdur. Ekspert qarşısında məhkəmətərəfindən qoyulmuş suala ekspert aşağıdakı kimi cavab vermişdir: (ekspert rəyi əlavə edilir) Keçid növbətçisi mərhum İskəndərov Nemət Həsənbala oğlu elektrovoz yaxınlaşan zaman şlaqbaumu bağlamadığına görə X9 istismarına dair Təlimat"ının 4.5 və 4.6-cı bəndinin tələbləri özü tərəfindən pozulmuşdur. Məhkəmə eksperti tərəfindən təsdiq edilmişdir ki, cavabdehin işçisi, mərhum İskəndərov Nemət Həsənbala oğlu normativ aktın tələblərini pozmuş, qatar gələn zaman dəmiryol keçidindəki şlaqbaumu bağlamaqla hərəkəti qadağan etməli olduğu halda şlaqbaumu bağlamamış və bunun da nəticəsində iddiaçının sürücüsü heç bir təhlükə olmadığı fikrində olaraq yolayrıcına daxil olmuş və bu zaman qəfildən tuneldən çıxan qatarla toqquşmuşdur. Göstərilən yol nəqliyyat hadisəsi zamanı cavabdehin işçisi İskəndərov Nemət Həsənbala oğlu aldığı ağır xəsarətlərdən yerindəcə vəfat etmiş, iddiaçının “D655 SEM” markalı, yük qaldırıcı traktoru isə əsaslı şəkildə zədələnmiş və istismara yarasız hala düşmüşdür. 5. İş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin *(***)- **/**** saylı ##.##.2025-ci il tarixli qərarında təqsirləndirilən şəxslə yanaşı cavabdehin işçisi mərhum İskəndərov Nemət Həsənbala oğlunun da əməlində vəzifə təlimatının pozulması faktının olması qeyd edilmişdir. Belə ki, qərarda göstərilmişdir: Təqsirləndirilən şəxs tərəfindən törədilmiş ictimai təhlükəli əməl törədiləkən onun tərəfindən yol hərəkəti qaydalarının pozulması ilə yanaşı zərərçəkmiş şəxsin əməlində (hərəkət və ya hərəkətsizliyində) də vəzifə təlimatlarının pozulması müəyyən edilmişdir. Belə ki, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş ##.##.2024-cü il tarixli, 3-16-16/2- **/**** nömrəli ekspert rəyinə əsasən, keçid növbətçisi mərhum İskəndərov Nemət Həsənbala oğlunun elektrovoz yaxınlaşan zaman şlaqbaumu bağlamadığına görə “X9 istismarına dair Təlimat” – ın 4.5 və 4.6-cı bəndlərinin tələbləri onun özü tərəfindən pozulmuşdur. Bu hal da təqsirləndirilən şəxs barəsində cəza təyin edilməsi məsələsi müzakirə edilərkən yüngülləşdirici hal kimi nəzərə alınmalı olan xüsusatdır. CMnin 59.1.8-ci maddəsinə əsasən cinayətin zərərçəkmiş şəxsin qanunsuz və ya əxlaqsız hərəkətlərinin təsiri altında və ya bu hərəkətlər nəticəsində qəflətən baş vermiş güclü ruhi həyəcan (affekt) vəziyyətində törədilməsi cəzanı yüngülləşdirən haldır. 6. Cavabdehin işçisinin qanunsuz hərəkətindən istismara yararsız hala düşmüş texnikasını təmir edib yararlı hala salmaq, həmin texnikanın işini yerinə yetirmək üçün başqa bir texnikanı icarəyə götürmək və boşdayanma ilə bağlı iddiaçı 50 960,42 manat məbləğində maddi zərərə uğramışdır.
22. Məhkəmə iclaslarında iddiaçının nümayəndəsi qeyd etmişdir ki, Cavabdeh QSCnin sorğuya cavab məktubu var, həmin məktubda "Dost İş Mərkəzi" MMC-nin Cavabdeh QSC İnfrastruktur departamenti Yol xidmətinin * nömrəli Xaçmaz yol sahəsinə ictimai işlərin həyata keçirilməsi üçün təhkim edilmiş işçisi Nemət Həsənbala oğlu İskəndərovun ##.##.2023-cü il tarixində vəfat etməsi faktı əsasında aparılan cinayət işinin istintaqı ilə əlaqədar olaraq xxxx-yə ünvanlanan sorğuda tələb olunan məlumatların qoşmada təqdim edildiyi qeyd olunmuşdur. 09 ədəd qoşma yazılsa da, onda həmin sənədlər yoxdur, bu barədə sorğu verib, ancaq cavab gəlməmişdir. Cavabdeh QSC mərhum N.İgəndərovun öz işçisi olduğunu təsdiq edir. Məhkəmə gedişatı zamanı qarşı tərəf təkid edirdi ki, keçidin onlara heç bir aidiyyatı yoxdur və keçiddə vəfat edən şəxs “Dost” Agentliyindən sosial işçi kimi işə götürülmüş və hadisə iş saatından kənar vaxtda baş vermişdir. Dəmiryolu rəisinin müavini tərəfindən polisə təqdim edilmiş sənədi e-sistemə əlavə etmişdir. Belə ki, cavabdehin özü tərəfindən Daxili İşlər Nazirliyinə baş vermiş hadisə ilə bağlı göndərilmiş ##.##.2023-cü il tarixli məktubda cavabdeh bildirir ki, hadisə nəticəsində keçid növbətçisi vəzifəsini müvəqqəti icra edən1978-ci il təvəllüdlü İskəndərov Nemət Həsənbala oğlu aldığı xəsarətlərdən vəfat etmişdir. Göründüyü kimi, cavabdehin nümayəndəsi bildirir ki, guya bu keçidin onlara aidiyyəti yoxdur və mərhum onların işçisi olmamışdır və o, həmin gün iş qrafiki ilə işdə olmamışdır. Əslində isə cavabdehin yuxarıda göstərilən məktubunda özü təsdiq etmişdir ki, mərhum İskəndərov Nemət Həsənbala oğlu keçid növbətçisi vəzifəsini müvəqqəti icra etmişdir. Yəni “xxxx” QSC özü də təsdiq edir ki, vəfat edən şəxs müvəqqəti keçid növbətçisi vəzifəsini həyata keçirmişdir. Qarşı tərəfin hazırda bildirdiyi mövqeyini bu fakt təkzib edir. “Avtomobil Yolları Agentliyi”nə keçidin açılması ilə bağlı verilmiş məktubda 2522 km pk 3 qeyd edilmişdir. Hadisə Şabran rayonunun yolunun 124-cü km-nin 7-ci buketində baş vermişdir. Həmin nöqtələrin eyni nöqtə olmasını təsdiq edən hər hansı sübut yoxdur. Deyilənləri və iddia tələbində qeyd edilənləri nəzərə alaraq iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Sədrlik edənin suallarına cavab olaraq iddiaçının nümayəndəsi qeyd etmişdir ki, qüsur aktı onların öz şirkəti tərəfindən təqdim edilmişdir. Traktorun xarici görünüşündə cüzi dəyişiklik var, əsas zərbə daxildən olmuş, yəni qatarın zərbəsindən daxili aşınma çox olmuşdur. Şirkətin özünün təmir briqadası olduğu halda başqa bir şirkətə müraciət etməsinə zərurət yaranmamışdır. Şirkət traktor təmiri ilə məşğul deyil, böyük bir qarajdır. Həm nəqliyyat vasitələri, həm də digər nəqliyyat vasitələri təmir edilir. 1850 manat evakuasiya xidməti ilə bağlı sübut esistemə əlavə edilmişdir. Traktor zədə almasaydı yerində qalıb işləyəcəkdi. Digər traktorun məhz bu traktorun sıradan çıxması ilə bağlı icarəyə götürülməsi barədə də sübut məhkəməyə təqdim edilmişdir. Boşdayanmaya görə qeyd edilən məbləği ona görə tələb edir ki, əgər traktor işləsəydi gəlir əldə ediləcəkdir.
23. Məhkəmə iclasında cavabdehin nümayəndəsi izahatında bildirmişdir ki, iddia tələbi əsassızdır. Bunu 2 halla əsaslandırır. İlk öncə hesab edir ki, Azərbaycan Dəmiryolları QSC bu iddia tələbi üzrə cavabdeh olmamalıdır. Rəhmətə gedən 1978-ci il təvəllüdlü İskəndərov Nemət Həsənbala oğlu “Dost İş Mərkəzi” tərəfindən təhkim olunmuş və təmizliksosial xidmətlər üzrə işə cəlb edilmiş və orada sosial işçi kimi işləmişdir. Hadisə İskəndərov Nemətin iş günü olmayan gün baş vermişdir. Onlar sübuta yetirmişdir ki, bu keçidin onlara heç bir aidiyyatı yoxdur. xxxx QSC tərəfindən Azərbaycan Avtomobil X14 İdarə X5 Məmmədova ünvanlanan ##.##.2020-ci il tarixli məktubda Avtomobil X14nə bildirilmişdir ki, məktubda göstərilən bəzi şərtlər daxilində mübahisə doğuran dəmiryol keçidinin açılmasına etiraz etmir. Tərəfin qeyd etdiyi saxtakarlıqdan söhbət gedə bilməz. Yeni əldə edilən məlumata görə İsgəndərov Nemətin yoldaşı qarşı tərəfi - İddiaçı MMCni məhkəməyə vermişdir. Elə ehtimal edirlər ki, mərhumun həyat yoldaşının onlara qarşı iddia tələbi ilə məhkəməyə müraciət etməsi səbəbindən onlar da həmin məbləği onlardan tələb etməyi düşünüblər. Lakin bu səhv bir nəticədir. Bir tərəfdən hesab edir ki, burada cavabdeh olmalı deyilik. Digər tərəfdən əgər məhkəmə hesab etsə ki burada cavabdeh olmalı idilər, o zaman digər parametrlərə baxılsa burada ödənişlərlə bağlı hal, xxxx MMC-yə dəymiş zərər xxxxdir. Şəkillərdən də görünür ki, traktor olduğu kimi dayanmışdır. Əgər həqiqi zərər dəymiş olsaydı ortada qüsur aktı olmalı idi. Traktorla bağlı təqdim edilmiş qüsur aktı əsaslı deyil. Traktorun məhz e-qaimədə qeyd edilənlərlə bağlı təmir edilməsi, ödənişlərin edilməsi əlaqəsi yoxdur. E-qaimələrə əsasən alınan malların məhz bu avadanlığa görə alınması xxxxdir. Heç bir maddi zərər heç bir sənədlə sübuta yetirilmir. Traktorların təmiri ilə bağlı xüsusi servis olur və əgər ona zərər dəymiş olsaydı həmin yerdə təmir edilməli idi. İddia düzgün cavabdehə qarşı irəli sürülməmişdir. Bu keçid eyni ərazidir. Bununla bağlı rəsmi sənəd, göstəriş var. Bu məsələ hazırkı mərhələdə ortaya çıxdığı üçün sübutu e-sistemə əlavə edə bilər. İzahı belə idi ki, əvvəl Rusiyadan hesablanırdı, indi isə Biləcəri tərəfdən hesablanır. Bu göstərişin tarixibarədə məlumatı yoxdur. 2020-ci ildən sonrakı tarixə aid olmalıdır. Traktorun sürücüsü tam maddi məsuliyyət daşıyır və bugunki gündə o sağdır və həmin ziyanı məsuliyyətli şəxs olaraq ondan tələb edə bilərlər. Traktorla bağlı da tələb edilmiş zərər məbləği heç bir şəkildə sübuta yetirilməyib. İddianın əsasını təşkil edən, sübut qismində məhkəməyə təqdim edilən qüsur aktı isə bir neçə hazırlıq məhkəmə iclasları keçirildikdən sonra iddiaçıdan tələb edildiyi anda özləri tərəfindən tərtib edilmiş bir akt məhkəməyə təqdim edilmişdir. Odur ki, hesab edir ki, iddia tələbi əsassız olduğu üçün rədd edilməlidir. Sədrlik edənin suallarına cavab olaraq qeyd etmişdir ki, ## #### 2020-ci ildə “Azərbaycan Avtomobil Yolları” PHŞ-nin məktubuna cavab olaraq onlar müəyyən şərtlər daxilində keçidin açılmasına etiraz etmədikləri ilə bağlı məktub göndərmişlər. Şərtlər keçiddə keçid butkasının olması və 4 nəfər keçid növbətçisinin Cavabdeh QSC tərəfindən təlimatlandırılaraq işə qəbul edilməsi ilə bağlıdır. Yəni Cavabdeh QSC işçiləri təlimatlandırır, “Azərbaycan Avtomobil Yolları” PHŞ isə işə götürür. Sonra isə Cavid Qurbanovun göstərişi ilə bağlı 2021-ci il tarixli sənədi elektron sistemə yükləmişdir. 2022-ci ilə aid 2 təlimat vardır. Biri “Azərbaycan Avtomobil Yolları” PHŞ-yə məxsus qeyri-ümumi istifadəli qorunan dəmiryolu keçidində xidmət qaydaları haqqında yerli təlimat, o birisi isə “Azərbaycan Avtomobil Yolları” PHŞ-yə məxsus qeyri-ümumi istifadəli qorunan dəmiryolu keçidinin növbətçiləri üçün texniki-təhlükəsizlik və istehsalatsanitariya üzrə təlimatdır. Bu təlimatlar 2022-ci ildə təsdiq olunub və təlimatın necə keçirildiyi barədə sual edildikdə, cavab olaraq jurnalların butkada olduğunu, butkanın isə dağıdıldığı üçün jurnalların da məhv olunduğu bildirildi. Burada “M1 Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolu üzərində müvəqqəti keçid” sözü yazılıb. “DOST” İş Mərkəzindən vəfat edən şəxslə bağlı əmək müqaviləsi bağlanılıb. 2020-ci ilə aid “DOST” İş Mərkəzi ilə Cavabdeh QSC arasında bildiriş sənədi var. Həmin Mərkəz onlara sosial işçilər göndərir və onlara təhkim edir. Ştat cədvəlindən də görünür ki, şəxs rəhmətə gedən zaman onun istirahət günü idi. Həmin rəhmətə gedən şəxsin iş yeri qeyd olunan butka deyildi. Həmin butka da Cavabdeh QSCyə yox, Azərbaycan Avtomobil Yolları” PHŞ-yə aiddir. Rəhmətə gedən şəxsin şənbə günü həmin butkada nə etməsi ilə bağlı məlumat verə bilmirlər, ancaq həmin işçi onlarda sosial işçi kimi işləyib. “DOST” İş Mərkəzi ilə mərhum İskəndərov Nemət Həsənbala oğlu arasında ## ###### 2021-ci il tarixində əmək müqaviləsi bağlanılıb. Əmək Müqaviləsinin 3.1-ci bəndində işçinin əmək funksiyaları sadalanır. Mərhum sosial işçi kimi işə götürülüb, ancaq növbətçi olmayıb. Onlarda növbətçi ştatı yox idi, çünki həmin keçid onlara aid deyildi. Hadisə ## #### 2023-cü ildə baş verib. Sənədlərdən və elektron sistemə əlavə etdiyi təlimatdan da görünür ki, həmin keçid “Azərbaycan Avtomobil Yolları” PHŞ-yə aiddir. Elektron sistemə əlavə edilən göstərişdə də keçiddə yüngül konstruksiyalı növbətçi otağının quraşdırılması və bütün xərclərin “Azərbaycan Avtomobil Yolları” PHŞ-nin hesabına təmin edilməsi qeyd olunub. Bu şəxslər Dost İş Mərkəzinin işçiləri olmuş və İş Mərkəzi tərəfindən onlara təhkim olunmuşdur. Həmin şəxsləri təlimatlandırmaq onların vəzifəsi olmuşdur. İsgəndərov Nemət depoda işləyirdi. Hadisə baş verən zaman isə onun qeyri-iş günü olmuşdur. Hansı səbəbdən, nəyə görə həmin zaman orda olması barədə bir şey deyə bilmir. Çünki onlar tərəfindən ona hər hansı təlimat verilməmişdir. Butka depodan uzaqda yerləşir. Hesab edir ki, tam maddi məsuliyyət traktor sürücüsündədir. Əgər məhkəmə hesab etsə ki, onlar cavabdeh qismində çıxış edir, bu zaman zərər müəyyən edilməlidir. Çəkilən xərclərlə bağlı dəymiş zərərin müəyyən edilməsi üçün iş üzrə ekspertizanın təyin edilə bilər. xxxx bu cinayət işi üzrə tərəf qismində tanınmamışdır. Təlimlər keçirilmişdir. Dəmiryollarında olan keçidlərə onlar nəzarət etsə də həmin keçidə Azərbaycan Avtomobil X14 nəzarət edirdi. Cinayət işi materiallarında hər yerdə ola bilər ki, qeyd edilib ki, İsgəndərov Nemət təhkim olunub. Keçid növbətçisi xxxx QSC-yə aid deyildi. Keçid növbətçisini Azərbaycan Avtomobil X14 qoyurdu. Bu rəis artıq işdən azad olunub. İşdən azadolma səbəbinin nə olduğunu bilmir. Nəzarət xxxx-də olsa da keçid Azərbaycan Avtomobil X14nin nəzarəti altında açılmışdır. İddiaçının nümayəndəsinin suallarına cavab olaraq qeyd etmişdir ki, onların öz yolu var və qatarlar da həmin yol ilə gedir. Həmin keçid avtomobillər üçün açılıb. Elektron sistemə əlavə edilmiş ## ##### 2020- ci il tarixli məktubda Azərbaycan Respublikası Prezidentinin ## ###### 2014-cü il tarixli *** nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı" çərçivəsində M-1 Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yoluna alternativ yeni avtomobil yolunun layihələndirilməsi və tikintisi Azərbaycan Avtomobil X14 tərəfindən həyata keçirilməsi, həmçinin tikintisi davam edən yeni avtomobil yolunun Şabran rayonu ərazisində mövcud dəmiryolu xətləri ilə kəsişməsində müxtəlif səviyyəli yolötürücüsünün tikintisi, həmçinin Fərmanın icrası ilə bağlı vaxt məhdudiyyətini nəzərə alaraq, tikinti işlərinə nəzarətin səmərəli aparılması məqsədi ilə minik avtomobillərinin hərəkəti üçün tikintisi davam edən avtomobil yolunun dəmir yolu xətti ilə kəsişməsində müvəqqəti bir səviyyəli minik avtomobil keçidinin tikintisinə icazə verilməsinin xahiş olunması qeyd edilib. “Azərbaycan Avtomobil Yolları” PHŞ onlara müvəqqəti keçidin açılması ilə bağlı müraciət edib, onların həmin keçiddə marağı yoxdur. ## #### 2020-ci il tarixli cavab məktubu ilə “Azərbaycan Avtomobil Yolları” PHŞ-yə məktubda göstərilən şərtlər daxilində keçidin açılmasına etiraz edilmədiyi bildirilib. Bu şərtlər yerinə yetiriləndən sonra Cavid Qurbanov keçidin açılması ilə bağlı 2021-ci ildə göstəriş verib. Göstərdiyi şəkildən bütün nişanların olduğu görünür. Hesab edir ki, icazə aktına lüzum yoxdur. Mərhum onlarda sosial işçi olmuşdur. “Azərbaycan Avtomobil Yolları” PHŞ keçidə cavabdehlik daşıyır. Onlar keçidə növbətçi qoya bilməz, onların ştat cədvəlində də növbətçi vəzifəsi yoxdur. İskəndərov Nemət ** nömrəli Xaçmaz yol sahəsində sosial işçi kimi təmizlik işlərinə baxırdı. Şlaqbauma nəzarət etmirdi. Dəmiryol keçidin gözətçisinə təlimat müvafiq şəxslər tərəfindən keçirilmişdir. Bununla bağlı qeyd aparılan jurnal olmadığından sübutu məhkəməyə təqdim edə bilmir. Cinayət işində onlar proses iştirakçısı kimi cəlb edilməmiş, həmin iş materialları ilə də tanış olmadığından bu haqda hər hansı söz deyə bilmir. Butka Azərbaycan Dəmiryollarına aid deyil. Təlimatın keçirilməsi barədə əmr də jurnalda qeyd edilib.
24. İddiaçı tərəf məhkəməyə elektron qaydada izahat ünvanlayaraq qeyd etmişdir ki, cavabdehin nümayəndəsi bildirir ki, yol nəqliyyat hadisəsi baş vermiş keçidin onlara aidiyyəti yoxdur və mərhum İskəndərov Nemət Həsənbala oğlu gözətçi olmamışdır və guya həmin keçid X22 məxsus olmuşdur. Bildirir ki, cavabdehin bu movqeyi iş materialları ilə və cavabdehin ozünün DİN-nə yazmış olduğu ##.##.2023-cü il tarixli *-**-**/*-****/**** saylı məktubla təkzib edilir. 1.Cavabdehin Daxili İşlər Nazirliyinə baş vermiş hadisə ilə bağlı ##.##.2023-cü il tarixli 3- **-**/*-****/**** saylı (üzərində ##.##.2023 tarixli dərkənar olan) məktubla göndərilmiş X16-X21 Məlumatın 2-ci bəndində cavabdeh bildirir ki, hadisə nəticəsində keçid növbətçisi vəzifəsini müvəqqəti icra edən 1978-ci il təvəllüdlü İskəndərov Nemət Həsənbala oğlu aldığı xəsarətlərdən vəfat etmişdir. Göründüyü kimi, cavabdehin nümayəndəsi bildirir ki, guya bu keçidin onlara aidiyyəti yoxdur və mərhum onların işçisi olmamışdır və o həmin gün iş qrafiki ilə işdə olmamışdır. Əslində isə cavabdehin yuxarıda göstərilən məktubunda özü təsdiq etmişdir ki, mərhum İskəndərov Nemət Həsənbala oğlu keçid növbətçisi vəzifəsini müvəqqəti icra etmişdir. 2. Hüquqi qüvvəsini almış Şabran rayon məhkəməsinin *(***)-*/**** saylı ##.##.2024-cü il tarixli ekspertiza keçirilməsi haqqında qərarının 1-ci bəndində göstərilmişdir: ...dəmiryol nəzarətçisi mərhumİskəndərov Nemət Həsənbala oğlu.... 3. Hüquqi qüvvəsini almış Şabran rayon məhkəməsinin *(***)-*/**** saylı ##.##.2024-cü il tarixli hökmündə göstərilmişdir: ....həmin keçidin gözətçisi olan İskəndərov Nemət Həsənbala oğlu.... 4. Hüquqi qüvvəsini almış Hökmün 3-cü səhifəsindəki son abzasda zərər çəkmiş şəxs İskəndərov Nemət Həsənbala oğlunun hüquqi varisi İskəndərova Südabə Akif qızı göstərmişdir ki, hadisənin bas verdiyi gün mərhum həyat yoldası Nemət İsgəndərovu isə yola salmışdır. O, kəndin vaxınlğında dəmir yolu keçidində növbətçi işləyirdi. Cavabdehin nümayəndəsi isə bildirir ki, mərhum onların işçisi olsa da hadisə baş verən gün onun istirahət günü olub və o guya keçiddə gözətçi olmamışdır. Zərərçəkənin hüquqi varisi (arvadı) isə cavabdehin nümayəndəsinin fikrini təkzib etmişdir. Hüquqi qüvvəsini almış Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının *(***)-**/**** saylı ##.##.2025-ci il tarixli qərarının 2-ci səhifəsində göstərilmişdir: ...keçidin gözətçisi olan İskəndərov Nemət Həsənbala oğlu. Hüquqi qüvvəsini almış Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının *(***)-****/**** saylı ##.##.2025-ci il tarixli qərarı: keçidin gözətçisi olan İskəndərov Nemət Həsənbala oğlu. Beləliklə, birmənalı surətdə yuxarıda istinad edilən sənədlər, həmçinin birbaşa cavabdehin DİN-ə göndərdiyi məktubu sübut edir ki, mərhum İskəndərov Nemət Həsənbala oğlu keçid növbətçisi vəzifəsini müvəqqəti icra etmişdir və onun da şlaqbaumu bağlamamağı ilə bağlı təqsirli hərəkəti nəticəsində yol nəqliyyat hadisəsi baş vermiş, nəticədə İskəndərov Nemət Həsənbala oğlu həlak olmuş, iddiaçının texnikası isə ciddi şəkildə zədələnmişdir ki, bununla da iddiaçıya maddi zərər vurulmuşdur. ##.##.2024-cü il tarixli *-**-**/*-**/**** saylı ekspert rəyində göstərilmişdir: ..Keçid növbətçisi İskəndərov Nemət Həsənbala oğlu
25. Daha sonra, iddiaçı məhkəməyə vəsatət adı altında ərizə ünvanlayaraq qeyd etmişdir ki, cavabdeh ##.##.2025-ci il tarixində elektron kabinetə 2 ədəd sənəd yerləşdirmişdir: 1. Sənəd № *****, tarixi ##.##.2020-ci il. Bu sənəd xxxx QSC-nin Azərbaycan Avtomobil X14 İdarə X5 Məmmədova ünvanlanmışdır. Cavabdeh iddia edir ki, bu məktubla Avtomobil X14nə bildirilmişdir ki, məktubda göstərilən bəzi şərtlər daxilində mübahisə doğuran dəmiryol keçidinin açılmasına etiraz etmirlər. 2. Yuxarıda göstərilən məktubun Avtomobil X14nə çatdırılması üçün "xxxx" MMC poçt-kuryer xidmətindən istifadə edilməsi və həmin məktubun guya ##.##.2020-ci il saat 12-00 da Avtomobil X14nin poçt qutusuna atılması haqqında qəbz. Bildirir ki, həmin qəbz şübhəli göründüyündən tərəfindəqəbzdə göstərilən "xxxx" MMC kuryer xidməti ilə əlaqə yaratmaq istəsə də bu mümkün olmamışdır. Belə ki, vergi xidmətinin saytında göstərilmişdir ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (Vöen 1901085701) Az1133, Bakı Şəhəri Suraxanı Rayonu, AB Yaşayış Sahəsi (X2.), ev.123, m.139 yerləşir. Bu ünvana müraciəti nəticəsində bu ünvanda belə bir MMC-nin mövcud olmadığını bildirdilər. İnternet resurslarında "xxxx" MMC-nin başqa bir ünvanı da göstərilmişdir: Səməd Vurğun, Bakı, Nəsimi, AZ1014, telefon: (+994 55) 230-36-08. Bu ünvana və telefona müraciətim də heç bir nəticə verməmişdir. Sosial şəbəkədə Facebookda "xxxx" MMC-nin səhifəsində sonuncu yazı ## ### 2016 -cı ildə olmuşdur. Burada isə bir neçə telefon nömrələri göstərilmişdir. Tel.: +*** ** *******, +*** ** *******,+*** ** *******, Faks.: +*** ** *******. Bütün göstərilən nömrələr üzrə axtarışları heç bir nəticə verməmiş, yəni "xxxx" MMC adlı təşkilatın mövcudluğunu və yerləşdiyi yeri müəyyən etmək mümkün olmamışdır. Bunları nəzərə alaraq vəkil sorğusu ilə Avtomobil X14nə müraciət edərək soruşmuşdur ki, 1) Bu şirkətdə poçt qutusu deyilən bir şey varmı? 2) Cavabdehin məhkəməyə təqdim etdiyi qəbzdə göstərilən ##.##.2020-ci il saat 12-00 da poçt qutusuna atıldığı iddia olunan xxxx QSC-nin ##.##.2020-ci il tarixli № ***** saylı məktubunualmışlarmı? Avtomobil X14 onun vəkil sorğusuna ## ###### 2026-cı il tarixində **-*/*-*-**/**** nömrəli məktubla cavab vermişdir ki, onlarda poçt qutusu vardır, lakin sorğuda göstərilən ##.##.2020-ci il saat 12-00 da şirkətə məktub daxil olması haqqında fakt aşkar edilməmişdir. Beləliklə, bu fakt sübut edir ki, cavabdeh məhkəməyə saxta sənəd verərək məsuliyyəti öz üzərindən atmaq istəyir.
26. Cavabdeh tərəf məhkəməyə elektron qaydada iddiaya etiraz ərizəsi ünvanlayaraq qeyd etmişdir ki, iddianı qəbul etmir və hesab edir ki, iddia tələbi əsassız olduğuna görə rədd edilməlidir. Belə ki, cavabdeh xxxx ilə "DOST İş Mərkəzi" MMC arasında ##.##.2020- ci ildə bildiriş imzalanmışdır. Bildirişə əsasən "DOST İş Mərkəzi” MMC ilə əmək müqaviləsi bağlanılan şəxslər ictimai işlərə cəlb olunmaları məqsədi ilə xxxxnin İnfrastruktur Departamentinə təhkim olunmuşdur. xxxx-nin İnfrastruktur Departamenti işçilərin iş yerində əməyin mühafizəsi norma və qaydalarının qanunvericiliyə uyğun tam yerinə yetirilməsini təmin edərək işçi qüvvəsini ictimai işlərə cəlb edilməsi üçün qəbul etmişdir. ##.##.2021-ci ildə “DOST İş Mərkəzi" MMC ilə İskəndərov Nemət Həsənbala oğlu arasında əmək müqaviləsi bağlanmış və N.İskəndərov ictimai işlər üzrə köməkçi vəzifəsinə işə qəbul olunmuşdur. Buna uyğun olaraq N.İskəndərov İctimai işlərə cəlb olunmaq məqsədi ilə xxxx-nin İnfrastruktur Departamentinin * nömrəli Xaçmaz yol sahəsinə təhkim olunmuşdur. * nömrəli Xaçmaz yol sahəsinin 2023-cü ilin mart ayının işçilərin iş cədvəlinə əsasən İskəndərov Nemət Həsənbala oğlu sosial işçi kimi fəaliyyət göstərib, həmçinin hadisə baş verdiyi gün, yəni ##.##.2023-cü il N.İskəndərovun istirahət günü olmuşdur. ##.##.2020-ci il tarixdə Azərbaycan Avtomobil X14nin İdarə Heyətinin Sədrinin adından xxxx-yə məktub daxil olmuş, məktubda qeyd olunmuşdur ki, Dövlət Proqramı çərçivəsində M-1 Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhəd avtomobil yoluna alternativ yeni avtomobil yolunun layihələndirilməsi və tikintisi Azərbaycan Avtomobil X14 tərəfindən həyata keçirilir, vaxt məhdudiyyətini nəzərə alaraq, tikinti işlərinə nəzarətin səmərəli aparılması məqsədi ilə minik avtomobillərinin hərəkəti üçün tikintisi davam edən avtomobil yolunun dəmir yolu xətti ilə kəsişməsində müvəqqəti bir səviyyəli minik avtomobil keçidinin tikintisinə icazə verilməsi xahiş olunmuşdur. xxxx qeyd olunan məktuba ##.##.2020-ci il tarixli ***** saylı cavab olaraq bildirmişdir ki, müəyyən şərtlərin daxilində keçidin açılmasına etiraz etmir. Şərtlərdən biri də "X9 istismarına dair" **/S nömrəli Təlimatın tələblərinə uyğun olaraq, keçiddə keçid budkasının qoyulması və 4 nəfərdən ibarət keçid növbətçilərinin xxxx tərəfindən təlimatlandırılaraq işə qəbul edilməsi olmuşdur. xxxx-nin Sədrinin ##.##.2021-ci il tarixli, ***** nömrəli göstərişinə əsasən Şabran-Sarvan mənzilinin 2522 km pk 3-də müvəqqəti olaraq qorunan ümumi istifadədə olmayan dəmiryol keçidin açılması, keçiddə yüngül konstruksiyalı növbətçi otağı quraşdırılması və bütün xərclərin Azərbaycan Avtomobil X14nin hesabına təmin edilməsi və s. tapşırıqlar verilmişdir. X9 istismarına dair Təlimatın 2.1-ci maddəsinə əsasən keçidlər yerləşdiyi yerlərə görə ümumi istifadəli və qeyriümumi istifadəli keçidlərə bölünür. Qeyri-ümumi istifadəli – dəmir yolunun ayrı-ayrı müəssisə və ya təşkilatların avtomobil yolları ilə kəsişdiyi keçidlərdir. Qeyri-ümumi istifadəli keçidlərin qurğularının və avadanlıqlarının saxlanışı, onlara xidmət göstərilməsi, bu keçidlərdən istifadə edən müəssisə, təşkilat və ya avtomobil yolları idarəsi orqanlarının və avtomobil yollarını saxlayan təşkilatların vəsaiti hesabına yerinə yetirilir. Göstərişə uyğun olaraq ##.##.2022- ci ildə Xaçmaz yol sahəsinin Şabran-Çarxı mənzilinin 124 km pk-7-də yerləşən müvəqqəti quraşdırılmış "Azəravtoyol"a məxsus qeyri-ümumi istifadəli qorunan dəmiryolu keçidində xidmət qaydalar haqqında Yerli Təlimat və Xaçmaz yol sahəsinin Şabran-Çarxı mənzilinin 124 km pk-7-də yerləşən müvəqqəti quraşdırılmış "Azəravtoyol"a məxsus qeyri-ümumi istifadəli qorunan dəmiryolu keçidin növbətçiləri üçün texniki təhlükəsizlik və istehsalat sanitariyası üzrə Təlimat təsdiq olunmuşdur. Qeyd olunanlardan aydın olur ki, mərhum N.İskəndərov xxxx-nin əməkdaşı olmayıb, təhkim olunmuş sosial işçi olub. Həmçinin Xaçmaz yol sahəsinin Şabran-Çarxı mənzilinin 124 km pk-7-də yerləşən müvəqqəti quraşdırılmış qeyri-ümumi istifadəli qorunan dəmiryolu keçidi xxxx-yə məxsus olmayıb, "Azəravtoyol"a məxsus olub.
27. Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(***)-****/**** nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, cavabdeh Cavabdeh QSC-dən 925 (doqquz yüz iyirmi beş) manat dəymiş ziyan (evakuasiya üçün) və dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat məbləğində pul tutularaq iddiaçı İddiaçı MMC-yə ödənilsi,iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
28. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək, Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, iş №e-2-2(113)-5402/2025 üzrə qətnaməsinin dəyişdirilməsi və iddia tələbinin tam həcmdə — 50.747 manat məbləğində — cavabdeh Cavabdeh QSC-dən iddiaçı İddiaçı MMC-nin xeyrinə tutulması haqqında yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
29. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək, Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-ci il tarixli e-*-*(***)-****/**** nömrəli qətnaməsinin ləğv olunmasını və iddia ərizəsinin rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞI ETİRAZIN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATI İŞTİRAKÇILARININ İZAHATLARI
a) İddiaçının apellyasiya şikayətinin dəlilləri
30. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə evakuasiya xərclərinin yalnız 50%-ni (925 manat) tutmuş, qalan 50%-ni iddiaçının sürücüsünün təqsiri ilə əlaqələndirmişdir. Lakin MM 1114.2-ci maddəsinə əsasən birlikdə vurulmuş zərərdə tərəflərin təqsiri müəyyən edilməyibsə, hissələr bərabər sayılır. Məhkəmə evakuasiyanı tanımış, amma həmin zərər miqyasının (50%) təmir, icarə və boş dayanma üzrə də tətbiqini nəzərə almamışdır. Məhkəmə bir tərəfdən müəyyən etmişdir ki, cavabdehin işçisi N.İskəndərovun qanunsuz hərəkəti nəticəsində traktor zədələnmiş, xxxx QSC isə bu zərərə görə delikt məsuliyyəti daşıyır; digər tərəfdən isə həmin zədədən birbaşa irəli gələn təmir xərclərini, icarə xərclərini və boş dayanma itkisini nəzərə almaqdan imtina etmişdir. Traktorun zədələndiyini, Bakıya evakuasiya edildiyini qəbul edən məhkəmə traktorun zədə aldığı tarixdən tutmuş tam təmir olunduğu tarixə kimi onun istismardan çıxdığını da qəbul etmiş sayılır. Şabran Rayon Məhkəməsinin hökmi traktorun əsaslı şəkildə zədələndiyini müəyyən etmişdir. Kommersiya məhkəməsi bu faktı"xxxx" kimi dəyərləndirə bilməz. xxxx MMC-dən alınan elektron qaimələri (cəmi 18.363,32 manat həcmindəki faktiki ödənişlər) nəzərə almamışdır. xxxx tərəfindən verilmiş 1.850 manat məbləğli elektron qaiməni ancaq qismən qəbul etmiş, eyni standartı digər qaimələrə tətbiq etməmişdir. DTS MMC ilə bağlı aktlar (##.##.2023 №***; ##.##.2023 №***) və ödəniş tapşırıqlarını(OD32, OD20) araşdırmamışdır. Qüsur aktının iddiaçı tərəfindən tərtib edilməsi onun sübut kimi qəbul edilməsini qadağan etmir. Fərqli texnikanın əvvəlcədən icarəyə götürülmüş olması iddiaçının zədələnmiş traktoru əvəz etmək məqsədilə əlavə icarə xərci çəkdiyini inkar etmir. Məhkəmə iş materiallarına əlavə edilmiş ##.##.2023-cü il tarixli akta (№***) istinad etməmişdir; həmin aktda traktorun sıradan çıxmasından sonra aprel-may 2023-cü il aylarını əhatə edən 7.332,66 manat məbləğindəki icarə aktı mövcuddur. Müqavilənin əvvəlcədən mövcud olması sübutu rədd etmir. Traktorun artıq təmir edilmiş olması ekspertizanın mümkünsüzlüyünü deyil, məhkəmənin işi vaxtında hərəkətə keçirməməsi məsələsini qaldırır.
b) Cavabdehin apellyasiya şikayətinin dəlilləri
31. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, * nömrəli Xaçmaz yol sahəsinin 2023-cü ilin mart ayının işçilərin iş cədvəlinə əsasən İskəndərov Nemət Həsənbala oğlu sosial işçi kimi fəaliyyət göstərib, həmçinin hadisə baş verdiyi gün, yəni ##.##.2023-cü il N.İskəndərovun istirahət günü olmuşdur. Hadisə zamanı N.İskəndərovun həmin keçiddə keçid növbətçisi vəzifəsini müvəqqəti icra edən şəxs kimi olması onun cavabdehin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərməli olduğunu sübut edir. Cavabdeh N.İskəndərovunona təhkim edilməsindən imtina etmir, lakin hansı vəzifəyə təhkim edilməsi məhkəmə tərəfindən nəzərə alınmamışdır. Belə ki, N.İskəndərovun xxxx tərəfindən keçiddə keçid növbətçisi vəzifəsini müvəqqəti icra edən şəxs kimi təyin edilməsinə dair heç bir sübut təqdim olunmamışdır. N.İskəndərovun istirahət günündə keçiddə olması onun orda iş başında olmasını dəlalət etmir. Müəyyən şərtlərin daxilində keçidin açılmasına etiraz edilmədiyinə dair məktub ##.##.2020-ci ildə “xxxx” MMC kuryer şirkətinin vasitəsilə Azərbaycan Avtomobil X14nə çatdırılmış və onu təsdiq edən sənəd Məhkəməyə təqdim olunmuşdur. Lakin məhkəmə məktubu nəzərə almamışdır. xxxx-nin Sədrinin ##.##.2021-ci il tarixli, ***** nömrəli göstərişinə əsasən Şabran Sarvan mənzilinin 2522 km pk 3-də müvəqqəti olaraq qorunan ümumi istifadədə olmayan dəmiryol keçidin açılması, keçiddə yüngül konstruksiyalı növbətçi otağı quraşdırılması və bütün xərclər Azərbaycan Avtomobil X14nin hesabına təmin edilməsi, qatarların təhlükəsiz hərəkətinin təmin olunması məqsədilə ilə avtomobil nəqliyyatı vasitələrinin hərəkətinin tənzimlənməsi üçün Azərbaycan Avtomobil X14 tərəfindən iş zamanı xüsusi təlimat keçmiş işçilərdən keçiddə növbətçi təyin edilməsi və şlaqbaumların qıfıllarının açarları səlahiyyətli nümayəndəsində saxlanılması və s. tapşırıqlar verilmişdir. Hadisə baş verən gün, iddiaçı ilə təqsirkar şəxs- Əhmədov İsmayıl Mais oğlu təqsirkar şəxs- Əhmədov İsmayıl Mais oğlu arasında tam maddi məsuliyyət haqqında müqavilə bağlanmışdır. Müqavilənin mövcud olması təqsirkar şəxs İ.Əhmədovun işəgötürənə, yəni iddiaçıya dəymiş zərərin ödənilməsi barədə ehtimal yaradır. Ödəniş etmədiyi təqdirdə belə, yenə də iddiaçı dəymiş ziyanını tam maddi məsuliyyət daşıyan təqsirkar şəxsdən tələb edə bilər. İ.Əhmədovun dəymiş ziyanın ödənilib-ödənilməməsi barədə məlumatları tələb etməmişdir. Vəfat edən N.İskəndərovun əmək funksiyalarını araşdırmamış, onun hərəkətlərinin işəgötürənin fəaliyyət dairəsinə aid olmadığına fikir verməmiş, qeyd olunan keçidin ümumiyyətlə cavabdehə aid olmadığını, X9 istismarına dair təlimat nəzərə almamışdır. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
32. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
33. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə İbrahim oğlu tərəflərindən verilmiş apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını xahiş etdi.
34. Məhkəmə iclasında iştirak edən Cavabdehin nümayəndəsi X6 tərəflərindən verilmiş apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını xahiş etdi.
TƏTBİQ EDİLƏN HÜQUQ
35. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1 və 21.2-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
36. 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.
37. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.
38. 1099.1-ci maddəsinə əsasən hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir.
39. 1099.2-ci maddəsinə əsasən bu Məcəllənin bu fəslində nəzərdə tutulan qaydalara tətbiqən, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun.
40. 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur.
41. 1108.2-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər.
42. 1114.2-ci maddəsinə əsasən birlikdə vurulmuş zərərin əvəzini ödəmiş zərərvuran digər zərərvuranların hər birindən zərərçəkənə ödədiyi əvəzin həmin zərərvuranın təqsirinin dərəcəsinə uyğun məbləğdə hissəsini tələb edə bilər. Təqsirin dərəcəsini müəyyənləşdirmək mümkün olmadıqda hissələr bərabər sayılır.
43. 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin
44. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
45. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
46. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
47. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayırHəmin Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
48. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
49. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
APELLYASİYA BAXIŞININ HƏDLƏRİ
50. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
51. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin tam yoxlanılması təşkil edir.
APELLYASİYA İNSTANSİYASI MƏHKƏMƏSİNİN MÖVQEYİ
52. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətləri təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
53. İş materiallarına əsasən “DOST İş Mərkəzi” MMC (işəgötürən) ilə İskəndərov Nemət Həsənbala oğlu (işçi) arasında ## ###### 2021-ci il tarixdə əmək müqaviləsi imzalanmış, daha sonra “DOST İş Mərkəzi” MMC ilə Cavabdeh QSC arasında "DOST İş Mərkəzi" MMC-yə işə qəbul olunmuş ictimai işçilərin aidiyyəti sahə üzrə ictimai işlər təşkilatçısına təhkim olunmaları haqqında” ##.##.2020-ci il tarixli, ***** nömrəli bildiriş imzalanaraq İskəndərov Nemət Həsənbala oğlu xxxx” Qapalı Səhmdar Cəmiyyətinin İnfrastruktur departamentinin * nömrəli Xaçmaz yol sahəsinə təhkim olunmuşdur. ##.##.2023-cü il tarixdə dəmir yolu keçidində baş vermiş yol nəqliyyat hadisəsi zamanı İskəndərov Nemət Həsənbala oğlu vəfat etmiş, Şabran Rayon Məhkəməsinin ##.##.2024cü il tarixli, *(***)-*/**** nömrəli hökmünə əsasən Əhmədov İsmayıl Mais oğlu Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 03 il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 04 il 10 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Həmin cinayət işi üzrə Şabran Rayon Məhkəməsinin qərarı ilə ekspertiza təyin edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin # ######## 2024-cu il tarixli, *-**-**/*-**/**** nömrəli ekspertiza rəyinə əsasən şlaqbaumu bağlamadığına görə “X9 istismarına dair Təlimat”ın 4.5 və 4.6-cı bəndlərinin tələblərinin İskəndərov Nemət Həsənbala oğlunun özü tərəfindən pozulması müəyyən edilmişdir.
54. İddiaçının apellyasiya şikayətində ödəniş tapşırıqlarının və elektron qaimələrin məhkəmə tərəfindən nəzərə alınmaması ilə bağlı dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarında olan elektron qaimələrdə göstərilən ehtiyat hissələrinin məhz hazırkı mübahisə predmetini təşkil edən “D655 SEM” markalı traktorun yol-nəqliyyat hadisəsi nəticəsində aldığı zədələrin aradan qaldırılması məqsədilə əldə edildiyi müəyyən olunmur. Belə ki, təqdim edilmiş elektron qaimələrdə ehtiyat hissələrinin adları ümumi şəkildə göstərilmiş, onların konkret olaraq hansı nəqliyyat vasitəsinə quraşdırılması və ya istifadə olunması barədə məlumat əks etdirilməmişdir. Həmçinin həmin qaimələrdə əsas sənəd kimi ##.##.2023-cü il tarixli **/**-XM nömrəli müqavilələrə istinad edilmişdir ki, bu da iddiaçı ilə “xxxx” MMC arasında nəqliyyat vasitələrinin təmiri və texniki xidməti ilə bağlı münasibətlərin mübahisəli hadisədən əvvəl də mövcud olduğunu göstərir. Eyni zamanda, iş materiallarında olan ödəniş tapşırıqlarının məzmunundan həmin ödənişlərin bilavasitə mübahisə predmeti olan traktorun təmiri ilə əlaqədar həyata keçirildiyi də müəyyən edilmir. Bu səbəbdən qeyd olunan sənədlər tələb edilən zərərin məhz mübahisəli hadisə nəticəsində yarandığını birmənalı şəkildə təsdiq edən mötəbər sübutlar kimi qiymətləndirilə bilməz.
55. Kollegiya qeyd edir ki, təqdim olunmuş aktlardan göründüyü üzrə, mübahisə predmeti olan nəqliyyat vasitələri tərəflər arasında bağlanmış ## ###### 2022-ci il tarixli, № ******/TM saylı İcarə Müqaviləsinə əsasən hələ 2022-ci ilin yanvar ayından etibarən iddiaçı tərəfindən icarəyə götürülərək istifadə edilmişdir. Belə ki, həm ##.##.2023-cü il tarixli *** nömrəli aktda, həm də ##.##.2023-cü il tarixli *** nömrəli aktda qeyd olunan texnikaların müvafiq olaraq 2023-cü ilin mart və aprel aylarında icarədə olduqları göstərilmişdir. Bu isə həmin nəqliyyat vasitələrinin hadisənin baş verdiyi ##.##.2023-cü il tarixdən əvvəl də iddiaçının istifadəsində olduğunu və onun tərəfindən icarə əsasında istismar edildiyini təsdiq edir.
56. Kollegiya iddiaçının itirilmiş gəlir (əldən çıxmış fayda) ilə bağlı tələbini də əsassız hesab edir. Belə ki, iş materiallarında iddiaçı tərəfindən “D655 SEM” markalı traktorun gündəlik, aylıq və ya digər hesabat dövrü üzrə faktiki gəlirliliyini, həmin texnikanın mütəmadi olaraq hansı işlərdə istifadə edildiyini, habelə təmirdə olduğu müddətdə hansı konkret sifarişlərin, işlərin və ya öhdəliklərin yerinə yetirilə bilmədiyini təsdiq edən mötəbər sübutlar təqdim edilməmişdir.
57. İddiaçı tərəfindən traktorun istismardan kənarda qaldığı müddətdə hansı məbləğdə gəlir əldə edə biləcəyi, həmin gəlirin hansı iqtisadi göstəricilər və ya müqavilələr əsasında hesablandığı, eləcə də zədələnmə ilə iddia olunan gəlir itkisi arasında birbaşa səbəbli əlaqənin mövcudluğu xxxxdir. Halbuki əldən çıxmış faydanın ödənilməsi üçün onun ehtimal xarakterli deyil, real və əsaslandırılmış hesablamalara söykənməsi, habelə həmin gəlirin əldə edilməsinin yüksək dərəcədə gözlənilən olması müəyyən edilməlidir.
58. Bundan başqa, iddiaçı tərəfindən “D655 SEM” markalı traktorun təmirdə olduğu müddətdə yerinə yetirə bilmədiyi konkret işlərə, bağlanmış müqavilələrə, qəbul edilmiş sifarişlərə və ya əldə olunacağı gözlənilən gəlirlərə dair hər hansı sübut təqdim edilməmişdir.
59. Belə olan halda, iddiaçının əldən çıxmış faydanın əvəzinin ödənilməsi ilə bağlı tələbi sübuta yetirilmədiyindən həmin hissədə iddianın təmin edilməsi üçün hüquqi əsaslar mövcud deyildir.
60. Kollegiya evakuator xidməti ilə bağlı iddia tələbinin qismən təmin edilməsi hissəsini əsaslı hesab edir. Belə ki, iş materiallarında olan elektron qaimədə ##.##.2022-ci il tarixli **/** nömrəli müqaviləyə istinad edilmiş və xidmətin 2023-cü ilin mart ayında göstərildiyi qeyd olunmuşdur. Eyni zamanda, iş üzrə mübahisəsiz müəyyən edilmişdir ki, hadisə ##.##.2023-cü il tarixində baş vermişdir. Təqdim edilmiş sənədlərdən evakuator xidmətinin məhz həmin hadisə nəticəsində zədələnmiş traktorun daşınması ilə bağlı göstərildiyi müəyyən olunur. Bu səbəbdən birinci instansiya məhkəməsinin evakuator xidməti üzrə tələbi qismən təmin etməsi işin hallarına və sübutların qiymətləndirilməsi qaydalarına uyğun olmuşdur.
61. Məhkəmə evakuasiya xərclərinin 50%-ni təmin etməklə faktiki olaraq hadisənin baş verməsində hər iki tərəfin davranışının nəticəyə təsir göstərdiyini nəzərə almışdır. Evakuasiya xərcinin qismən ödənilməsi barədə nəticə avtomatik olaraq iddia edilən bütün digər zərər növlərinin də eyni nisbətdə təmin edilməsini tələb etmir. Hər bir zərər elementi ayrıca sübut edilməli, onun hadisə ilə səbəbli əlaqəsi və real məbləği müəyyən olunmalıdır.
62. İddiaçının MM-in 1114.2-ci maddəsinə istinadı da qəbul edilə bilməz. Həmin norma birgə vurulmuş zərərin bölüşdürülməsi ilə bağlı ümumi qayda müəyyən etsə də, konkret zərər növünün mövcudluğu, həcmi və səbəbli əlaqəsi sübut edilmədikdə həmin normanın tətbiqi mümkün deyildir. Məhkəmə yalnız evakuasiya xərcinin zəruri və sübuta yetirilmiş hissəsini müəyyən etmiş, haqlı olaraq digər tələblər üzrə isə kifayət qədər sübut təqdim edilmədiyini qeyd etmişdir.
63. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” ## ##### 2022-ci il tarixli qərarında qeyd edilmişdir ki, istər mülki hüquq nəzəriyyəsində, istərsə də qanunvericilikdə bəzi hallar üçün təqsirsiz olaraq da mülki hüquq məsuliyyətinin yaranmasının mümkünlüyü qəbul edilmişdir. Mülki Məcəllənin 1097.3-cü maddəsinə görə, qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. Bu halda şəxs təqsirli olaraq törətmiş olduğu əmələ görə deyil, yaranmış olan zərərli nəticələrə görə müəyyən şərtlər daxilində mülki hüquqi məsuliyyətli hesab edilir. Belə məsuliyyət növlərindən biri işəgötürənin öz işçisinin törətmiş olduğu mülki hüquq pozuntusuna görə daşıdığı mülki hüquq məsuliyyətidir. Belə ki, Mülki Məcəllənin 1099.1-ci maddəsinə əsasən, hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Həmin Məcəllənin 1099.2-ci maddəsinə müvafiq olaraq, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun. Mülki Məcəllənin 1099-cu maddəsi üzrə öz işçisi tərəfindən törədilmiş mülki hüquq pozuntusuna görə məsuliyyətə cəlb etmək üçün, hüquqi və ya fiziki şəxsin yerinə yetirilməsi əsnasında üçüncü şəxslərə zərər yetirilmiş iş üzərində nəzarətinin, hakimiyyətinin olması mütləqdir. Digər zəruri şərt baş vermiş hüquq pozuntusu ilə görülən iş arasında funksional bağlılığın, səbəbli-nəticə əlaqəsinin olmasıdır. Bunun müəyyən edilməsi üçün isə işin faktiki halları, əmək müqaviləsi üzrə işçinin əmək funksiyaları diqqətlə araşdırılmalıdır.
64. Məhkəmə cavabdehin apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, iş materialları ilə müəyyən olunur ki, hadisə zamanı N.İsgəndərov dəmiryol keçidində keçid növbətçisi vəzifəsini müvəqqəti icra edən şəxs qismində fəaliyyət göstərmişdir. Bu hal onun həmin ərazidə təsadüfən deyil, cavabdehin tapşırığı və ya ən azı məlumatı çərçivəsində, dəmiryol hərəkətinin təhlükəsizliyinin təmin edilməsi ilə bağlı funksiyaları yerinə yetirməsi qənaətinə gəlməyə əsas verir.
65. Cavabdehin nümayəndəsi N.İsgəndərovun hadisə günü istirahətdə olduğunu bildirsə də, həmin şəxsin hadisə zamanı bilavasitə keçiddə olması və hadisə nəticəsində həyatını itirməsi onun faktiki olaraq keçidin fəaliyyəti ilə bağlı müəyyən vəzifələri icra etdiyini təsdiq edən mühüm hal kimi qiymətləndirilməlidir. Cavabdeh tərəfindən N.İsgəndərovun həmin ərazidə hansı əsasla olması və hansı tapşırığı yerinə yetirməsi barədə inandırıcı izahat və ya bunu təkzib edən hər hansı sübut təqdim edilməmişdir.
66. Bundan əlavə, iş materiallarında olan sənədlərdən görünür ki, cavabdeh tərəfindən müxtəlif dövlət orqanlarına, o cümlədən Daxili İşlər Nazirliyinə ünvanlanmış məktublarda, habelə əməkdaşları tərəfindən tərtib edilmiş “X16-X21 məlumat” sənədlərində N.İsgəndərov “keçid növbətçisi vəzifəsini müvəqqəti icra edən şəxs” kimi göstərilmişdir. Cavabdehin özünün tərtib etdiyi və təqdim etdiyi rəsmi sənədlərdə N.İsgəndərovun bu statusda qeyd olunması onun hadisə baş verən zaman keçidə nəzarət funksiyasını həyata keçirən şəxs olduğunu təsdiqləyən mühüm sübut kimi qiymətləndirilməlidir.
67. Həmçinin iş materiallarından görünür ki, cavabdehin müvəqqəti açılmasına razılıq verdiyi keçid kimi göstərilən Şabran-Sarvan mənzilinin 2522-ci kilometrinin 3-cü piketində yerləşən keçidlə, hadisənin baş verdiyi Bakı–Yalama dəmiryol xəttinin 124-cü kilometrinin 7-ci piketində yerləşən keçidin eyni obyekt olması mübahisəlidir. Cavabdehin nümayəndəsi məhkəmə iclasında bu fərqi kilometrajın müxtəlif istiqamətlərdən hesablanması ilə izah etsə də, həmin izahatı təsdiq edən hər hansı texniki sənəd, sxem, pasport və ya digər rəsmi sübut məhkəməyə təqdim edilməmişdir.
68. Bundan başqa, ümumi istifadədə olan dəmiryol xəttinin uzunluğu və tərəflərin istinad etdiyi kilometraj göstəriciləri nəzərə alındıqda, sənədlərdə qeyd olunan 2522-ci kilometr göstəricisinin hansı başlanğıc nöqtədən hesablandığı müəyyən edilmir. Bu baxımdan, cavabdehin istinad etdiyi keçidlə hadisənin baş verdiyi keçidin eyni yer olmasına dair arqumentləri kifayət qədər sübuta yetirilmiş hesab edilə bilməz.
69. Cavabdeh tərəf hadisə baş verən keçidə Azərbaycan Avtomobil X14 tərəfindən nəzrət edilməli olduğunu qeyd etsədə apellyasiya icraatı zamanı Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs məhkəmə sorğusu ünvanlanaraq Xaçmaz yol sahəsinin Şabran-Çarxı mənzilinin 124 km pk-7-də yerləşən müvəqqəti quraşdırılmış dəmiryolu keçidinin Azərbaycan Avtomobil X14nin balansında olub-olmaması barədə məlumatlarınə təqdim olunması təltəb olunmuş, sorğuya cavab olaraq qeyd olunan dəmir yol keçidinin Agentliyin deyil, “xxxx" Qapalı Səhmdar Cəmiyyətinin balansında olduğu qeyd olunmuşdur.
70. Qeyd olunanları nəzərə alaraq kollegiya hesab edir ki, zərərvuran şəxs N.İsgəndərov formal olaraq “DOST İş Mərkəzi” MMC ilə əmək münasibətlərində olmuş olsa da, işin faktiki halları onun hadisə zamanı “xxxx” QSC-nin nəzarət və fəaliyyət sahəsinə aid olan dəmiryolu keçidində xidmət funksiyalarını yerinə yetirdiyini təsdiq edir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, N.İsgəndərov dəmiryolu keçidində hərəkətin təhlükəsizliyinin təmin edilməsi ilə bağlı vəzifələri icra etmiş, həmin fəaliyyət isə bilavasitə “xxxx” QSC-nin idarəçiliyində və nəzarətində olan dəmiryolu infrastrukturunun istismarı ilə əlaqədar olmuşdur.
71. Dəmiryolu keçidlərinin istismarı, onlarda hərəkətin təhlükəsizliyinin təmin edilməsi, növbətçilərin fəaliyyətinin təşkili və keçidlər üzərində nəzarətin həyata keçirilməsi “xxxx” QSC-nin səlahiyyət və məsuliyyət dairəsinə daxildir. Bu səbəbdən, N.İsgəndərovun formal işəgötürəninin kimliyindən asılı olmayaraq, onun hadisə zamanı məhz “xxxx” QSCnin fəaliyyət sahəsində, həmin qurumun müəyyən etdiyi qayda və təlimatlar əsasında fəaliyyət göstərdiyi müəyyən edilir.
72. Belə olan halda, kolelgiya zərərin “xxxx” QSC-nin nəzarətində olan yüksək təhlükə mənbəyi ilə bağlı fəaliyyət sahəsində, həmin sahədə təhlükəsizliyin təmin edilməsinə cəlb olunmuş şəxs tərəfindən və xidməti funksiyaların icrası zamanı yol verilmiş pozuntu nəticəsində vurulduğu nəzərə alınaraq, dəymiş zərərə görə mülki-hüquqi məsuliyyətin “xxxx” QSC-nin üzərinə düşdüyü qənaətinə gəlinir.
73. Beləliklə, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə yuxarıda göstərilənlərə görə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.
74. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya şikayəti təmin edilmədiyindən iddiaçı və cavabdeh tərəfindən apellyasiya şikayətlərinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu özlərinə aid edilməlidir.
75. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qət etdi:
İddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti və cavabdeh Cavabdeh QSC-yə tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(***)-****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Ödənilmiş dövlət rüsumu tərəflərin özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən iddiaçı İddiaçı MMC tərəfindən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər