Azərbaycan Respublikası adından Qətnamə Gəncə şəhəri İş № 2-2(3-7)-39/2026 20.04.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı “X3” Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh iddiaçı1 Məhdud Məsuliyyətli Cəmiyyətinə və iddiaçı iddiaçı1 Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh “X3” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iş üzrə Işin halları
1. Iddiaçı ilə cavabdeh arasında bağlanılmış ## #### 2024-cü il tarixli icarə müqaviləsinə əsasən icarəyə verən ona məxsus Oğuz rayonu, Sincan kəndində 0,67 ha ərazəni və avadanlıqları icarəçiyə icarəyə verməyi, icarəçi isə icarə haqqını ödəməyə öhdəsinə götürmüşdür. Həmin müqavilənin 2.2-ci bəndinə əsasən müqavilə ## #### 2024-cü il tarixindən ## #### 2025-ci il tarixinədək bağlanılmışdır. Həmin müqavilənin 3.1.4-cü bəndinə əsasən icarəçi müqavilənin 4-cü bəndində müəyyən olunmuş icarə haqqından başqa sahənin istismarı ilə bağlı elektrik enerjisi, qaz və rabitə haqqlarını və digər kommunal xərcləri ödəyir. Həmin müqavilənin 4.1-ci bəndinə əsasən icarə haqqı hər ay 2000 manat + ƏDV olaraq müəyyən olunmuşdur. Həmin müqavilənin 9.2 və 9.2.2-ci bəndinə əsasən müqaviləyə vaxtından əvvəl müqavilə ilə nəzərdə tutulmuş ödənişlər (kommunal və digər ödənişlər daxil olmaqla) 30 (otuz) gündən artıq gecikdirildikdə icarəyə verən tərəfindən birtərəfli qaydada xitam verilə bilər.
2. Tərəflər arasında bağlanılmış ##.##.2024-cü il tarixli icarə müqaviləsinə dəyişikliyə əsasən icarə müqaviləsinin müddəti ## ###### 2026-cı il tarixədək uzadılmışdır. Həmin dəyişikliyin 3-cü bəndinə əsasən müqavilənin 4-cü hissəsinə əsasən hər ay ödənilməli icarə haqqı 3500 manat +ƏDV olaraq müəyyən olunmuşdur. Həmin dəyişikliyin 6-cı bəndində qeyd olunmuşdur ki, Oğuz və Şəki rayonlarında fermerlərlə bağlanılmış müqavilələrə əsasən tütün əkilib və becərilməsinə görə bank vasitəsi ilə vəsaitlər fermerlərin hesabına köçürüldüyündən və məntəqədə quruculuq təmir işləri görüldüyündən icarəyə verən tərəfindən müqaviləyə vaxtından əvvəl xitam verilərsə icarəçiyə 200000 manat məbləğində təzminat ödənilməlidir.
3. ##.##.2023-cü il tarixli Razılaşma protokolundan görünür ki, istehlakçı iddiaçı təbii qazdan istifadəyə görə “Azəriqaz” Istehsalat Birliyinə 34439,59 manat məbləğində borcunun olmasını qəbu etmiş və həmin borcdan ilkin olaraq may ayı ərzində 5000 manat ödədikdən sonra qalan 29439,59 manatı təbii qazın sərfiyyatından əlavə olaraq 2023-cü ilin iyun ayının 25nə kimi 6000 manat, iyul ayının 25-nə kimi 6000 manat, avqust ayının 25-nə kimi 6000 manat, sentyabr ayının 25-nə kimi 6000 manat və oktyabr ayının 25-nə kimi 5439,59 manat olmaqla “Azəriqaz” IB-yə ödəməyi öhdəsinə götürmüşdür.
4. Tərəflər arasında imzalanmış ## ####### 2024-cü il tarixli * nömrəli protokoldan görünür ki, cavabdeh tərəfindən istifadə edilən qaza görə iddiaçıya ümumilikdə 51920 manat ödəniş olunmuşdur.
5. Iddiaçı tərəfindən cavabdehə göndərilmiş ##.##.2024-cü il tarixli, MT2411 seriyalı, ******** nömrəli elektron qaiməfakturadan görünür ki, “Azəriqaz” IB-nin təqdim etdiyi elektron qaimə-fakturaya əsasən cavabdeh tərəfindən avqust ayı üçün ümumilikdə 23680,60 manat təbii qaz istehlak edilmişdir.
6. Iddiaçı tərəfindən cavabdehə göndərilmiş ##.##.2024-cü il tarixli, MT2411 seriyalı, ******** nömrəli elektron qaiməfakturadan görünür ki, “Azəriqaz” IB-nin təqdim etdiyi elektron qaimə-fakturaya əsasən cavabdeh tərəfindən sentyabr ayı üçün ümumilikdə 21075,40 manat təbii qaz istehlak edilmişdir.
7. Iddiaçı tərəfindən cavabdehə göndərilmiş ##.##.2024-cü il tarixli, MT2411 seriyalı, ******** nömrəli elektron qaiməfakturadan görünür ki, “Azəriqaz” IB-nin təqdim etdiyi elektron qaimə-fakturaya əsasən cavabdeh tərəfindən oktyabr ayı üçün ümumilikdə 8589,56 manat təbii qaz istehlak edilmişdir.
8. ## ###### 2025-ci il tarixli, AMX-****/** nömrəli cavabdeh ilə “Azəriqaz” Istehsalat Birliyi arasında bağlanmış qazın alqı-satqısı müqaviləsindən görünür ki, “Azəriqaz” Istehsalat Birliyi bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin edir, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəyir.
9. “Azəriqaz” Istehsalat Birliyi tərəfindən verilmiş ## ###### 2025-ci il tarixli arayışdan görünür ki, iddiaçının təbii qaza görə borcu yoxdur.
Birinci instansiya məhkəməsində icraat
10. Iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Gəncə Kommersiya Məhkəməsinə müraciət edərək, cavabdeh X6 Oguz rayonu Sincan kəndində 0,67 ha torpaq sahəsində yerləşən tütün qurutma məntəqəsindən çıxarılaraq iddiaçı “X3” Məhdud Məsuliyyətli Cəmiyyətinə təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
11. Iddiaçı tələbini onunla əsaslandırmışdır ki, “X3” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə iddiaçı1 Məhdud Məsuliyyətli Cəmiyyəti arasında ## #### 2024- cü il tarixdə icarə müqaviləsi bağlanılmışdır. Icarə müqaviləsinin müddəti ## #### 2025-ci il tarixədək müəyyən edilmişdir. Icarə müqaviləsinin müddəti bitməmiş icarə müqaviləsinə dəyişiklik edilərək müqavilənin müddəti ## ###### 2026-cı il tarixədək artırılmışdır. Cavabdeh iddiaçı1 Məhdud Məsuliyyətli Cəmiyyəti ## #### 2024-cü il tarixli icarə müqaviləsinin tələblərini kobud şəkildə pozaraq kommunal xidmətlərdən istifadəyə görə qaz sərfiyyatına borc yaratmışdır. Cavabdeh iddiaçı1 Məhdud Məsuliyyətli Cəmiyyəti qaz sərfiyyatına görə ## ###### 2024-cü il və ## ###### 2024-cü il tarixli dövrlər üçün istifadə etmiş olduğu qaz sərfiyyatına görə 18438,06 manat borcu ödəməmişdir. Artıq müqavilə üzrə şərtləri cavabdehin üzərinə götürdüyü öhdəliyini bilərəkdən pozduğuna görə həmin müqavilənin 9.2.2-ci bəndinə əssən bir tərəfli qaydada xitam verilmişdir. Iddiaçı “X3” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən xəbərdarlıq Cavabdeh iddiaçı1 Məhdud Məsuliyyətli Cəmiyyətinin hüquqi ünvanına və ona məxsus ********* nömrəli VÖEN-ə həm elektron qaydada həm də cavabdehin hüquqi ünvanına yazılı qaydada poçt vasitəsi ilə xəbərdarlıq göndərilmişdir. Cavabdeh iddiaçı1 Məhdud Məsuliyyətli Cəmiyyətinə müqavilə üzrə kommunal xidmətlərdən qaz sərfiyyatına görə yaratmış olduğu borcun ödənilməsindən 30 gündən artıq keçdiyi üçün icarə müqavilələrin icarəyə verən tərəfindən birtərəfli qaydada ləğv edildiyini Oğuz rayon Sincan kəndində yerləşən 67 ha torpaq sahəsinin boşaldaraq tütün qurutma məntəqəsini təhvil verilməsi bildirilmişdir. Buna baxmayaraq cavabdeh X6 iddiaçının mülkiyyətində olan ərazinin tütün qurutma məntəqəsidən boşaltmayaraq təhvil verməmişdir. Bundan əlavə olaraq “X3” Məhdud Məsuliyyətli Cəmiyyətinin qanui təmsilçisi X4 iddaçıya məxsus əraziyə daxil olmağa maneəçiliklər yaradaraq buraxmırlar. Iddiaçı tərəfindən cavabdehin hüquqi ünvanına pretenziya məktubu və iddia ərizəsini ********** nömrəli VÖEN-ə elektron qaydada və yazılı qaydada X6 poçt vasitəsi ilə ünvanına göndərilmişdir.
12. Daha sonra iddiaçı məhkəməyə ərizə təqdim edərək, cavabdehin əsl cavabdeh iddiaçı1 Məhdud Məsuliyyətli Cəmiyyəti ilə əvəz olunmasını xahiş etmişdir.
13. Iddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddiaçı “X3” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanılmış ## #### 2024-cü il tarixli icarə müqaviləsi və ona əlavə edilmiş ## ###### 2024-ci il tarixli dəyişikliyin ləğv edilməsi, cavabdeh iddiaçı1 Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən yaranmış olduğu qaz sərfiyyatına görə 18438,06 manat pulun tutularaq iddiaçı “X3” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi, iddia ərizəsinə və iddia tələbinin artılrılmasına görə ödənilmiş 250 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi, cavabdeh iddiaçı1 Məhdud Məsuliyyətli Cəmiyyətinin Oğuz rayonu Sincan kəndində 0,67 ha torpaq sahəsində yerləşən tütün qurutma məntəqəsinin boşaldaraq iddiaçı “X3” Məhdud Məsuliyyətli Cəmiyyətinə təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
14. Ərizə onunla əsaslandırılmışdır ki, cavabdeh iddiaçı1 Məhdud Məsuliyyətli Cəmiyyəti qaz sərfiyyatına görə ## ###### 2024-cü il və ## ###### 2024-cü il tarixli dövrlər üçün istifadə etmiş olduğu qaz sərfiyyatına görə 18.438,06 manat borcu ödəməmişdir. Artıq müqavilə üzrə şərtləri cavabdehin üzərinə götürdüyü öhdəliyini bilərəkdən pozduğuna görə həmin müqavilənin 9.2.2-ci bəndinə əssən bir tərəfli qaydada xitam verilmişdir. Lakin, buna baxmayaraq cavabdeh icarə müqaviləsinin ləğv edildməsini qəbul etmir. Cavabdeh tərəfindən icarə müqaviləsi üzrə icarə haqqı artıq 06 aydan artıqdır ki ödənilmir. Belə olan halda tərəflər arasında müqavilə münasibətləri mövcud deyildir. Bundan əlavə tərəflər arasında bağlanılmış icarə müqaviləsi qanunamüvafiq qaydada bağlanılmamışdır. Çünki, iddiaçının mülkiyyətində olan tütün quruma məntəqəsinin cavabdehə icarəyə verilməsi barədə təsisçilərin ümumi yığıncağı keçirilməli və təsisçilərin razılığı ilə qərar qəbul olunmalı idi. Təsisçilər «xxxx» MMC 70 %, X2 10 % və X8 20 % pay sahibidirlər ki, təsisçi qərarı olmadan icarə müqaviləsi bağlanılmışdır. Cavabdehə Bu səbəbdən də “X3” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə iddiaçı1 Məhdud Məsuliyyətli Cəmiyyəti arasında ## #### 2024-cü il tarixdə icarə müqaviləsi və ona edilmiş ## #### 2025-ci il tarixli dəyişiklik ləğv edilməli, cavabdehin kommunal xidmətlərdən qaz sərfiyyatına görə yaratmış olduğu 18.438,06 manat pul məbləği tutularaq iddiaçıya ödənilməli və iddiaçının mülkiyyətində olan Oğuz rayon Sincan kəndində yerləşən tütün qürütma məntəqəsini boşaldaraq iddiaçıya təhvil verməlidir.
15. Iddiaçı iddiaçı1 Məhdud Məsuliyyətli Cəmiyyəti cavabdeh “X3” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “X5” MMC-nin direktor vəzifəsinə təyin olumuş Emin Əsədov tərəfindən ikitərəfli icarə müqaviləsinin, birtərəfli qaydada ləğv edilməsi barədə ünvana göndərilmiş xəbərdarlığa əsas verən qərarın ləğv edilməsi, ##.##.2024-cü il tarixli **/** nömrəli icarə müqaviləsinin və ##.##.2024-cü il tarixdə əlavə və dəyişikliklər edilərək, tərəflar arasında imzalanaraq, ##.##.2026-cı il tarixədək 2 (iki) il müddətinə uzadılmış ikitərəfli icarə müqaviləsinin qüvvədə saxlanılması və məhkəməyə ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçı1 MMC-nin hesabına ödənilməsi barədə iddia ərizəsi ilə Şəki Kommersiya Məhkəməsinə müraciət etmişdir.
16. Iddia tələbi onunla əsaslandırılmışdır ki, ##.##.2025-ci il tarixdə “X5” MMC-nin yeni təyin olunmuş təmsilçisi kommunal borcun, yəni qaz sərfiyyətinə görə ##.##.2024-cü il və ##.##.2024-cü il tarxə yaranmış 18438.06 manat borcun ödənilmədiyinə dəlillər təqdim etmədən, əsasız olaraq ##.##.2024-cü il tarixli **/** nömrəli icarə müqaviləsinin və ##.##.2024ci il tarxdə əlavə və dəyişikliklər edilərək, tərəflar arasında imzalanaraq, ##.##.2026-cı il tarixədək 2 (iki) il müddətinə uzadılması ilə bağlı, ikitərəfli icarə müqaviləsinin birtərəfli qaydada ləğv edilməsinə dair Emin Əsədov tərəfindən ##.##.2025-ci il tarixdə xəbərdarlıq və peretenziya göndərərək, icarə obyektinin boşaldılması ilə bağlı Azərbaycan Respublikası DIN-nin 102 zəng xidmətinə şikayət etmişdir. ##.##.2024-ci il tarixə olan məlumatlardan görünür ki, “X5” MMC-nin quruducu sobalarının sayğacı üzrə, abonent kodu 254901000000001 olan məlumatda 22771.29 manat, kombi istilik sisteminin sayğacı üzrə, abonent kodu 254901000000002 olan məlumatda isə 819 manat borc, ümumilikdə “X5” MMC-nin cəmi 23590.29 manat borcu olmuşdur. Görünür ki, iddiaçı1 MMC-nin “X5” MMC-yə kommunal borcu olmamış, əksinə əlavə 5152,23 manat artıq ödəniş edilmişdir. “X5” MMC-nin əvvəllər icarəçisi X7 direktor olduğu “X9” MMC olmuş, “X5” MMC-nin qaz sərfiyyətinə görə yaranmış 23590.29 manat borc MMC-nin yeni təyyin olunmuş qanuni təmsilçisi Emin Əsədov tərəfindən yarandığından, iddiaçı1 MMC arasında olan icarə müqaviləsinin, qərəzli olaraq heç bir sənəd və faktlara söykənməyən, dəlillər, bəhanələr gətirilərək əsassız olaraq icarə müqaviləsinin birtərəfli ləğv edildiyi barədə xəbərdarlıq göndərilmişdir. iddiaçı1 MMC-nin icarəsi dövründə istehlak edilən təbbii qazın miqdarını və istehlak edilən qaz sərfiyatına görə ödənişlərin müəyyən olunması üçün ##.##.2025-ci il tarixdə Zaqatala regional Qaz Istismar Idarəsinə sorğu məktubu gödərilmiş, cavab sənədlərə əlavə olunacaqdır. “X5” MMC-nin yeni təyyin olumuş nümayəndəsi Emin Əsadov tərəfindən Icarə müqaviləsinin birtərəfli ləğv edilməsi ilə bağlı tərəfimizdən cavabdeh “X5” Məhdud Məsuliyyətli Cəmiyyətinin hüquqi ünvanına və ona məxsus ********** VÖN üzərindən elektron qaydada, həmdə hüquqi ünvanına yazılı qaydada poçt vasitəsi ilə peretenziya göndərilmişdir.
17. Şəki Kommersiya Məhkəməsinin ## #### 2025-ci il tarixli e-*-*(***)-***/**** nömrəli qərardadı ilə, Şəki Kommersiya Məhkəməsinin icraatında olan “Iddiaçı iddiaçı1 Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh “X3” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “icarə müqaviləsinin qüvvədə saxlanılması” tələbinə dair” e*-*(***)-***/**** nömrəli iş, Gəncə Kommersiya Məhkəməsinin icraatında olan “Iddiaçı “X3” Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh iddiaçı1 Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “tütün qurutma məntəqəsinin boşaldılaraq təhvil verilməsi” tələbinə dair” e-*-*(***)-***/**** nömrəli işə birləşdirilməsi və mahiyyəti üzrə baxılması üçün Gəncə Kommersiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.
18. Gəncə Kommersiya Məhkəməsinin ## #### 2025-ci il tarixli e-*-*(***)-***/**** nömrəli qərardadı ilə, iddiaçı iddiaçı1 Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh “X3” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “icarə müqaviləsinin qüvvədə saxlanılması” tələbinə dair iddiası üzrə e-*-*(***)-***/**** nömrəli kommersiya işi məhkəmənin icraatında olan iddiaçı "X3" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh X6 qarşı tütün qurutma məntəqəsinin boşaldaraq təhvil verilməsi tələbinə dair e-*-*(***)-***/**** nömrəli kommersiya işinə birləşdirilməsi, birləşmiş işlərə e-2-2(115)-861/2025 nömrəsi verilməsi qərara alınmışdır.
19. Iddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında izahatında bildirmişdir ki, mülkiyyətçinin adına sayğac ola-ola yeni abonent müqaviləsi bağlanmışdır. Bununla bağlı cinayət işi açılmışdır. Oğuz Rayon Prokurorluğunda hal-hazırda araşdırma aparılır. Borcun tamamilə ödənilməsi ilə bağlı onlarda heç bir sənəd yoxdur. Əgər həmin sənədlər qarşı tərəfdə varsa, məhkəməyə təqdim etsin. iddiaçı1 Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş iddianın heç bir hüquqi əsası yoxdur. Iddianın təmin edilməməsini xahiş edirlər. Onlar müqaviləyə xitam vermişlər. Lakin borcun ödənilməsi və ərazinin boşaldılması üçün məhkəməyə müraciət etmişlər. Qarşı tərəf pulun ödənilməsi ilə bağlı hər hansı sənəd təqdim etməmişdir. Iddiaları əsaslıdır və təmin edilməsini xahiş edirlər. iddiaçı1 Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş iddianın heç bir hüquqi əsası yoxdur.
20. Cavabdeh nümayəndəsi və vəkili X10 məhkəmə iclasında izahatında bildirmişdir ki, borc tamamilə ödənilmışdır. Qarşı tərəf qaz borcuna əsaslanaraq müqavilənin ləğvini tələb edirsə, bunun icarə müqaviləsinə nə aidiyyatı var? Möhtərəm məhkəmə, dəfələrlə faktura vurmuşlar, lakin qarşı tərəf bilərəkdən problem yaradır. Tərəflərindən borc məbləği tam şəkildə ödənilmişdir. Odur ki, iddia əsassız olduğundan məhkəmədən iddianın rədd edilməsini xahiş etmişdir.
21. Cavabdehin nümayəndəsi X1 məhkəmə iclasında izahatında bildirmişdir ki, iddiaçı tərəfin “Azəriqaz” IB-yi ilə aralarında bağlanmış razılaşma protokoluna əsasən istehlak olunmuş qaza görə 34439,59 manat borc olmuş və həmin borcun ödənilməsi üçün öhdəlik götürülmüşdür. Emin Əsədov adlı şəxs də razılaşma protokoluna imza atıb. Bundan başqa 23 000 manat borcdan 11 000 manat borc qalıb. Yəni onlar qaz sərfiyyatı ilə bağlı bütün ödənişləri etmişlər. “X3” MMC ilə “xxxx” MMC arasında razılaşma protokolu var. Orada qazla bağlı bütün ödənişləri qeyd olunub. Bütün hərəkətlər “X3” MMC-nin adı ilə həyata keçirilib. Bildirmişlər ki, sayğacda borc var. Dedilər ki, bu barədə öhdəlik götürüblər. Bizim borcla heç bir əlaqəmizin olmadığını bildirdilər. Sayğaclar “X3” MMC-nin adına idi. Aramızda olan razılığa əsasən iddiaçı tərəf onlara elektron qaimə-faktura göndərirdi və onlar da həmin elektron qaimə-fakturaya əsasən qaz sərfiyyatı ilə bağlı istehlak etdikləri qazın dəyərini “X3” MMC-nin hesabına köçürürdülər. Hal-hazırda da sayğacdan istifadə edirlər və smart cardla ödəniş edirlər.
22. Gəncə Kommersiya Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) ##.##.2025-ci il tarixli, e-*-*(***)-***/**** nömrəli qətnaməsi (hakim – Ramiq Qələndərzadə) ilə, iddiaçı “X3” Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh iddiaçı1 Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı icarə müqaviləsi və ona edilmiş dəyişikliyin ləğv edilməsi, tütün qurutma məntəqəsinin boşaldaraq təhvil verilməsi və sair tələbinə dair iddiası rədd edilməsi, ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi, iddiaçı iddiaçı1 Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh “X3” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “icarə müqaviləsi və ona əlavənin qüvvədə saxlanılması” tələbinə dair iddiasının rədd edilməsi, ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir.
23. Birinci instansiyası məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı cavabdeh tərəfindən ##.##.2024 və ##.##.2024-cü il tarixli dövrlər üzrə istehlak edilmiş qaz sərfiyyatına görə 18438,06 manat borcun ödənilmədiyini əsas gətirərək ## #### 2024-cü il tarixli müqavilənin və ona dəyişikliyin ləğv edilməsini xahiş etsə də, məhkəmə bununla bağlı bildirmişdir ki, “Azəriqaz” Istehsalat Birliyi ilə “X3” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanılmış ##.##.2023-cü il tarixli Razılaşma protokolundan görünür ki, istehlakçı “X3” Məhdud Məsuliyyətli Cəmiyyəti təbii qazdan istifadəyə görə “Azəriqaz” Istehsalat Birliyinə 34439,59 manat məbləğində borcunun olmasını qəbul etmiş və həmin borcdan ilkin olaraq may ayı ərzində 5000 manat ödədikdən sonra qalan 29439,59 manatı təbii qazın sərfiyyatından əlavə olaraq 2023-cü ilin iyun ayının 25-nə kimi 6000 manat, iyul ayının 25-nə kimi 6000 manat, avqust ayının 25-nə kimi 6000 manat, sentyabr ayının 25-nə kimi 6000 manat və oktyabr ayının 25-nə kimi 5439,59 manat olmaqla “Azəriqaz” IB-yə ödəməyi öhdəsinə götürmüşdür. Eyni zamanda “X3” MMC-nin adına olan *************** nömrəli abonentin saldosundan görünür ki, tərəflər arasında icarə müqaviləsi bağlanarkən “X3” MMC-nin “Azəriqaz” IB-yə istehlak edilmiş qaza görə 22771,29 manat borcu olmuşdur. Həmçinin həmin saldodan görünür ki, 2024-cü ilin mart ayından dekabrınadək iddiaçı1 MMC tərəfindən ümumlikdə 57984,52 manat qaz istehlak olunmuş və tərəflər arasında imzalanmış ## ####### 2024-cü il tarixli * nömrəli protokoldan göründüyü kimi iddiaçı1 Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən istifadə edilən qaza görə “X3” MMC-yə ümumilikdə 51920 manat ödəniş olunmuşdur. Həmin protokoldan da görünür ki, iddiaçı1 Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən istehlak edilmiş qazın dəyəri mütəmadi olaraq “X3” MMC-yə ödənilmişdir. Belə ki, iş materiallarında olan ##.##.2024-cü il tarixli, MT2411 seriyalı, ******** nömrəli, ##.##.2024-cü il tarixli, MT2411 seriyalı, ******** nömrəli və ##.##.2024-cü il tarixli, MT2411 seriyalı, ******** nömrəli elektron qaimə-fakturalardan görünür ki, “X3” MMC iddiaçı1 MMC-yə “Azəriqaz” IB-nin təqdim etdiyi elektron qaimə-fakturaya əsasən yaranmış olan borcunun ödənilməsi üçün elektron qaimə-faktura təqdim etmişdir. Həmin elektron qaimə-fakturalarda olan məbləğlər iddiaçı1 MMC tərəfindən ödənilmişdir. Göründüyü kimi iddiaçı “X3” MMC tərəfindən qeyri-yaşayış sahəsi cavabdehə icarəyə verilərkən iddiaçının 22771,29 manat istehlak edilmiş təbii qaza görə borcu olmuş və cavabdeh tərəfindən 2024-cü ilin dekabrınadək 57984,52 manat məbləğində təbii qaz istehlak edilmişdir. Həmin istehlak edilmiş təbii qazın dəyərindən 51920 manat cavabdeh tərəfindən iddiaçıya ödənilmişdir. Cavabdehin borcu 6064,52 manat olmuşdur. Qalan borc isə iddiaçının öz öhdəliyindən qalan borc olmuşdur. Iddiaçı tərəfindən həmin borcun ödənilməsi ilə bağlı cavabdehə hər hansı elektron qaimə-faktura göndərilməmiş və nəticədə də cavabdeh həmin borcu ödəyə bilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, məhz iddiaçının borcun ödənilməsi ilə bağlı elektron qaimə-fakturanın göndərilməməsi səbəbindən cavabdeh tərəfindən borc ödənilə bilməmişdir. Iddiaçı isə cavabdeh tərəfindən istifadə edilmiş qaz sərfiyyatına görə yaranmış borcu ödəmədiyini əsas gətirirərək icarə müqaviləsi və ona dəyişikliyin ləğv edilməsini tələb etməkdə haqlı olmamışdır. Çünki cavabdeh tərəfindən kommunal borcun ödənilməməsi məhz iddiaçının hərəkətsizliyi nəticəsində olmuşdur. Məhkəmə belə nəticəyə gəlir ki, iddiaçı müqavilənin 9.2.2-ci bəndinə istinad etməklə müqavilənin ləğv edilməsini tələb etməkdə haqlı olmamışdır. Ona görə də iddia tələbi iddiaçı “X3” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə iddiaçı1 Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanılmış ## #### 2024-cü il tarixli icarə müqaviləsi və ona əlavə edilmiş ## ###### 2024-cü il tarixli dəyişikliyin ləğv edilməsi hissəsində təmin edilməməlidir.
24. Məhkəmə iddia tələbinin cavabdeh iddiaçı1 Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən qaz sərfiyyatına görə 18438,06 manat pulun tutularaq iddiaçı “X3” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi hissəsinə münasibətdə qeyd etmişdir ki, iddia tələbi həmin hissədə də rədd edilməlidir. Belə ki, yuxarıda qeyd etdiyimiz kimi cavabdeh tərəfindən qeyri-yaşayış sahəsi icarəyə götürülərkən iddiaçının “Azəriqaz” IB-yi qarşısında istehlak edilmiş təbii qaza görə 22771,29 manat borc öhdəliyi olmuşdur. Cavabdeh tərəfindən isə 2024-cü ilin dekabr ayınadək ümumilikdə 57984,52 manat qaz istehlak olunmuş və 51920 manat ödəniş olunmuşdur. Iddiaçının tələb etdiyi borcun yalnız 6064,52 manat hissəsi cavabdeh tərəfindən ödənilməli olmuşdur. Həmin borcun ödənilə bilməməsinin səbəbi isə yuxarıda qeyd etdiyimiz kimi iddiaçının hərəkətsizliyi olmuşdur. Digər qalan borc isə iddiaçının özünün istehlak etdiyi qaza görə borcu olmuşdur. Eyni zamanda məhkəməyə cavabdehin nümayəndəsi tərəfindən təqdim edilmiş sənədlərdən göründüyü kimi yaranmış borc “X3” Məhdud Məsuliyyətli Cəmiyyətinin təsisçisi X8 tərəfindən ödənilmişdir.
25. Məhkəmə iddia tələbinin cavabdeh iddiaçı1 Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Oğuz rayonu Sincan kəndində 0,67 ha torpaq sahəsində yerləşən tütün qurutma məntəqəsinin boşaldılaraq iddiaçı “X3” Məhdud Məsuliyyətli Cəmiyyətinə təhvil verilməsi hissəsinə münasibətdə qeyd etmişdir ki, iddia tələbinin həmin hissəsi də əsassızdır və rədd edilməlidir. Belə ki, iddia tələbinin birinci hissəsi rədd edildiyindən, yəni tərəflər arasındakı bağlanılmış ## #### 2024-cü il tarixli icarə müqaviləsi və ona əlavə edilmiş ## ###### 2024-cü il tarixli dəyişiklik ləğv edilmədiyindən, mübahisə predmeti olan Oğuz rayonu Sincan kəndində 0,67 ha torpaq sahəsində yerləşən tütün qurutma məntəqəsinin cavabdeh tərəfindən boşaldılaraq iddiaçıya təhvil verilməsi tələbinin təmin edilməsi üçün hüquqi əsas yoxdur. Ona görə də iddia həmin hissədə də rədd edilməlidir.
26. Həmçinin, məhkəmə iddiaçı iddiaçı1 Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh “X3” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “icarə müqaviləsi və ona əlavənin qüvvədə saxlanılması” tələbinə dair iddiası ilə bağlı qeyd edir ki, iddiaçı "X3" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh iddiaçı1 Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı icarə müqaviləsi və ona edilmiş dəyişikliyin ləğv edilməsi, tütün qurutma məntəqəsinin boşaldaraq təhvil verilməsi və sair tələbinə dair iddiası rədd olunduğundan və hazırki iddianın predmeti birbaşa həmin iddia ilə əlaqədar olduğundan sözügedən iddia tələbi də rədd olunmalıdır. Belə ki, məhkəmə tərəfindən ## #### 2024-cü il tarixli icarə müqaviləsi və ona əlavə edilmiş ## ###### 2024-cü il tarixli dəyişiklik ləğv edilmədiyindən, yəni müqavilə və ona dəyişiklik qüvvədə olduğundan həmin iddianın təmin olunması üçün də heç bir əsas yoxdur.
27. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 6.2, 389.1, 390.1, 390.2, 421.1, 421.2, 685.1, 685.2.1, 685.2.2, 686, 690.1, 690.2, 690.3, 700.1, 700.2 və 700.3-cü maddələrinə və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 77.1, 216-220, 227, 233 və 360-cı maddələrinə istinad etmişdir.
28. Iddiaçı apellyasiya şikayəti ilə məhkəməyə müraciət edərək, birinci instansiya məhkəməsinin e-*-*(***)-***/**** nömrəli, ##.##.2025-ci il tarixli qətnaməsinin qismən iddiaçı "X3" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh iddiaçı1 Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı icarə müqaviləsi və ona edilmiş dəyişikliyin ləğv edilməsi, tütün qurutma məntəqəsinin boşaldaraq təhvil verilməsi və sair tələbinə dair iddiasının rədd edilməsi hissəsində ləğv edilməsi və iddia tələbinin həmin hissədə təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri
a) Apellyasiya şikayətinin dəlilləri
29. Birinci instansiya məhkəməsi qətnaməsində maddi və prosessual hüquq normasının pozulması və ya düzgün tətbiq edilməməsi ilə qəbul edilmişdir. Belə ki, iddiaçı “X3” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə cavabdeh iddiaçı1 Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanılmış ## #### 2024-cü il tarixli icarə müqaviləsinə əsasən icarəyə verən ona məxsus Oğuz rayonu, Sincan kəndində 0,67 ha sahısini və həmin torpaq sahəsində yerləşən avadanlıqları icarəçiyə icarəyə verməyi, icarəçi isə icarə haqqını ödəməyə öhdəsinə götürmüşdür. Həmin müqavilənin 2.2-ci bəndinə əsasən müqavilə ## #### 2024-cü il tarixindən ## #### 2025-ci il tarixinədək bağlanılmışdır. Həmin müqavilənin 3.1.4-cü bəndinə əsasən icarəçi müqavilənin 4-cü bəndində müəyyən olunmuş icarə haqqından başqa sahənin istismarı ilə bağlı elektrik enerjisi, qaz və rabitə haqqlarını və digər kommunal xərcləri ödəyir. Tərəflər arasında bağlanmış həmin müqavilənin 9.2 və 9.2.2-ci bəndlərinə əsasən müqaviləyə vaxtından əvvəl müqavilə ilə nəzərdə tutulmuş ödənişlər (kommunal və digər ödənişlər daxil olmaqla) 30 (otuz) gündən artıq gecikdirildikdə icarəyə verən tərəfindən birtərəfli qaydada xitam verilə bilər. Ona görə də iddiaçı “X3” MMC cavabdehə pretenziya məktubu göndərmiş və ondan komunal xidmətlərdən yəni qazdan istifadəyə görə yaranmış 18.436.06 manat məbləğində borcun ödənilməsini tələb etmişdir. Ilk öncə məhkəmə prosesinin gedişində cavabdeh borcu qəbul etmir və onun belə bir öhdəliyinin olduğunu qəbul etmirdi. Lakin sonradan məhkəməyə özlərinin təqdim etdiyi sənədlərdən də görünür ki, cavabdeh məhkəmə prosesinin gedişində mövcud olan borcu tam şəkildə bağlamışdır. Bu bir daha onu sübüt edir ki, iddiaçı əsaslı olaraq cavabdehlə bağlanmış icarə müqaviləsinə xitam vermişdir. Çünki cavabdeh tərəflər arasında bağlanmış ## #### 2024-cü il tarixli icarə müqaviləsinin 4-cü bəndinin tələblərinə əməl etməmişdir. Lakin, bu hallar məhkəmə tərəfindən düzgün qiymətləndirilməmiş və araşdırılmamışdır. Sadəcə məhkəmə öz mülahizəsinə əsaslanaraq qərar qəbul etmişdir. Bundan başqa cavabdeh iddiaçının yəni icarəyə verənin razılığı olmadan həmin icarə obyektinə dair “Azəriqaz” Istehsalat Birliyi ilə bağladığı yeni müqaviləni məhkəməyə təqdim etmişdir. Yuxarıda qeyd olunan bütün bu hallar onu sübüt edir ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırılan zaman cavabdehin qazdan istifadəyə görə iddiaçıya borcu mövcud olmuşdur. Qeyd olunan borc məbləğinin məhkəmə prosesinin gedişində cavabdeh tərəfindən ödəniləsi tərəflər arasında bağlanmış ## #### 2024-cü il tarixli icarə müqaviləsinin şərtlərinin pozulmaması anlamına gəlmir. Lakin, məhkəmə bu halları heç araşdırmamış, düzgün və obyektiv qiymətləndirməmişdir. Göründüyü kimi məhkəmə iddiaçının hüquqlarının qorunmasını təmin etməmiş, işi tam və obyektiv araşdırmamış, formal xarakterli hüquqi cəhətdən əsaslandırılmamış qətnamə qəbul etmişdir. Məhkəmə obyektivliyi təmin etmədən, yalnız cavabdehin borcu bağlaması dəlillərini əsas tutaraq qətnamə qəbul etmişdir. Nəticədə tərəflərin hüquq bərabərliyini prinsipi və iddiaçının hüquqları kobud şəkildə pozulmuşdur. Göründüyü kimi məhkəmə tərəfindən göstərilən qanunvericilik aktlarının tələbləri pozulmuşdur. Belə ki, iş üzrə sübutlar düzgün qiymətləndirilməmiş, işə faktlar əsasında baxılmamış, iş üzrə əhəmiyyətli bütün faktiki hallar araşdırılmamış və nəticədə iddiaçının hüquqlarını kobud sürətdə pozan əsassız və qanunsuz qətnamə çıxarılmışdır. Göründüyü kimi məhkəmə cavabdedin hüquqlarımın qorunmasını təmin etməmiş, formal xarakterli və hüquqi cəhətdən əsaslandırılmamış qətnamə qəbul etmişdir. Nəticədə tərəflərin hüquq bərabərliyini prinsipi və mənim hüquqlarım pozulmuşdur. Məhkəmə qətnamə qəbul edərkən cavabdehin məhəkəməyə təqdim etidiyi “Azəriqaz” Istehsalat Birliyi tərəfindən verilmiş ## ###### 2025-ci il tarixli arayışı düzgün qiymətləndirməmişdir. Həmin arayışdan da görünür ki, hal hazırda “X3” Məhdud Məsuliyyətli Cəmiyyətinin təbii qaza görə borcu yoxdur və həmin borc cavabdeh tərəfindən ödənilmişdir. Bu halda məhkəmə borcun bağlanmasını araşdırmamlı idi. O, iddia qaldırılan zaman cavabdehin borcu olduğu üçün iddiaçı tərəfindən tərəflər arasında bağlanmış icarə müqaviləsinə xitam veriməsinin əsaslarını araşdırmalı idi. Cavabdeh tərəfindən məhkəmə prosesinin gedişində borcun ödənilməsi faktı onun tərəflər arasında bağlanmış icarə müqaviləsi üzrə öhdəliklərinə əməl etməsi demək deyildir. Lakin, məhkəmə bu hallara hüquqi qiymət verməmiş, yalnız cavabdeh tərəfindən borcun bağlanmasını əsas gətirərək iddiaçı“X3” MMC-nin iddia tələbini rədd etmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
30. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
31. Cavabdehin nümayəndəsi apellyasiya şikayətinin dəlilərini əsassız hesab edərək, şikayətin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
32. Iddiaçı məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onun (nümayəndəsinin) iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Mülki Məcəlləsi
33. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.
34. Maddə 6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər.
35. Maddə 16.1. Fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda suiistifadə edilməsinə yol verilmir.
36. Maddə 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır.
37. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.
38. Maddə 390.2. Müqavilə onun bağlandığı vaxt qüvvədə olan qanunla və digər hüquqi aktlar ilə müəyyənləşdirilmiş, tərəflər üçün məcburi qaydalara (imperativ normalara) uyğun gəlməlidir. Əgər müqavilə bağlandıqdan sonra onu bağlayarkən qüvvədə olmuş qaydalardan fərqlənən, tərəflər üçün məcburi başqa qaydalar müəyyənləşdirən qanun qəbul edilmişsə, bağlanmış müqavilənin şərtləri qüvvəsini saxlayır, amma qanunda onun qüvvəsinin əvvəllər bağlanmış müqavilələrdən əmələ gələn münasibətlərə şamil olunmasının müəyyənləşdirildiyi hallar istisna təşkil edir.
39. Maddə 421.1. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür.
40. Maddə 421.2. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur.
41. Maddə 685.1. Əgər kirayəçi və ya onun kirayəyə götürdüyü əşyanı istifadəyə verdiyi hər hansı digər şəxs kirayəyə verənin xəbərdarlığına baxmayaraq müqaviləyə uyğun olmayan və kirayəyə verənin hüquqlarını əhəmiyyətli dərəcədə pozan istifadəni davam etdirirsə, o cümlədən əşyanı üçüncü şəxsin qeyri-hüquqi istifadəsində saxlayırsa və ya təhlükəyə məruz qoyursa, bununla da özünün vicdanlı kirayəçi vəzifələrini pozursa, kirayəyə verən kirayə müqaviləsini xəbərdarlıq müddətini gözləmədən ləğv edə bilər.
42. Maddə 685.2. Kirayəyə verən xəbərdarlıq müddətini gözləmədən kirayə müqaviləsini aşağıdakı hallarda ləğv edə bilər: 685.2.1. kirayəçi iki ardıcıl müddət üçün kirayə haqqının və ya onun xeyli hissəsinin ödənilməsini gecikdirdikdə; 685.2.2 ikidən çox müddət üçün iki aylıq əmlak kirayəsi haqqının məbləğinə çatan məbləğdə əmlak kirayəsi haqqının ödənilməsini gecikdirdikdə.
43. Maddə 686. Əgər tərəflərdən biri öhdəliklərini öz təqsiri üzündən o dərəcədə pozursa ki, otaqların kirayəsi müqaviləsi üzrə hüquq münasibətlərinin davam etdirilməsi digər tərəf üçün yolverilməz olur, onda hüquq münasibətləri xəbərdarlıq müddəti gözlənilmədən ləğv edilə bilər. Tərəflərin bu maddənin göstərişlərinə zidd olan razılaşmasının qüvvəsi yoxdur.
44. Maddə 690.1. Əmlak kirayəsi müqaviləsinin ləğvinə dair bildiriş yazılı formada verilməlidir.
45. Maddə 690.2. Əmlak kirayəsi müqaviləsinin ləğvinə dair bildirişdə müqavilənin ləğvi üçün əsaslar göstərilməlidir.
46. Maddə 690.3. Yaşayış otağını kirayəyə verən bu Məcəllənin 696-cı maddəsinə uyğun etirazvermə imkanını, habelə etirazın verilməsi formasını və müddətini kirayəçiyə vaxtında göstərməlidir.
47. Maddə 700.1. Icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. Icarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur.
48. Maddə 700.2. Icarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər.
49. Maddə 700.3. Əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir.
Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi
50. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
51. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
52. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
53. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
54. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
55. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
56. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
57. Maddə 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.
58. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.
59. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər;
60. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
61. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri
62. Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
63. 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
64. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Kontitusiya Məhkəməsi Plenumunun ## ### 2011-ci il tarixli qərarında deyilir ki, “Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir”.
65. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə) qeyd edir ki, iddiaçı “X3” MMC cavabdeh iddiaçı1 MMC-yə qarşı “icarə müqaviləsi və ona edilmiş dəyişikliyin ləğv edilməsi, tütün qurutma məntəqəsinin boşaldaraq təhvil verilməsi və sair” tələblərinə dair iddiasının rədd edilməsi hissəsində qətnaməni mübahisələndirir və qətnamənin həmin hissədə ləğv edilməsini xahiş etmişdir. Odur ki, məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-ci maddəsinin tələbindən çıxış edərək qətnamənin əsaslılığını mübahisələndirilən hissədə yoxlamışdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
66. Məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.
67. Iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
68. Məhkəmə hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Gəncə Kommersiya Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*-*(***)-***/**** nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
69. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildiyi kimi iddiaçı “X3” MMC cavabdeh iddiaçı1 MMC arasında ## #### 2024-cü il tarixli icarə müqaviləsi bağlanılmışdır. Həmin müqaviləyə əsasən icarəyə verən ona məxsus Oğuz rayonu, Sincan kəndində 0,67 ha ərazəni və avadanlıqları icarəçiyə icarəyə verməyi, icarəçi isə icarə haqqını ödəməyə öhdəsinə götürmüşdür. Icarə haqqı 2000 manat + ƏDV olaraq müəyyən olunmuşdur. Eyni müqavilənin 3.1.4-cü bəndinə əsasən icarəçi müqavilənin 4-cü bəndində müəyyən olunmuş icarə haqqından başqa sahənin istismarı ilə bağlı elektrik enerjisi, qaz və rabitə haqqlarını və digər kommunal xərcləri ödəyir. Həmin müqavilənin 9.2 və 9.2.2-ci bəndinə əsasən müqaviləyə vaxtından əvvəl müqavilə ilə nəzərdə tutulmuş ödənişlər (kommunal və digər ödənişlər daxil olmaqla) 30 (otuz) gündən artıq gecikdirildikdə icarəyə verən tərəfindən birtərəfli qaydada xitam verilə bilər. Daha sonra ##.##.2024-cü il tarixli icarə müqaviləsinə dəyişikliyə əsasən icarə müqaviləsinin müddəti ## ###### 2026-cı il tarixədək uzadılmış və hər ay ödənilməli icarə haqqı 3500 manat + ƏDV olaraq müəyyən olunmuşdur. Eyni zamanda dəyişikliyə əsasən müqaviləyə yeni bənd əlavə olunaraq icarəyə verilən müəssisənin istifadəsinə görə kommunal xərclərin ödənilməsi öhdəliyi icarəçinin üzərinə qoyulmuşdur.
70. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Həmin Məcəllənin 389.1-ci maddəsinə görə müqavilə mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşmasıdır. Mülki Məcəllənin 390.1-ci maddəsinə əsasən isə fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və həmin müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər.
71. Apellyasiya şikayətinin əsas dəlili ondan ibarət olmuşdur ki, cavabdeh tərəfindən təbii qaz sərfiyyatına görə yaranmış borc müqavilə öhdəliyinin əhəmiyyətli pozuntusu hesab edilməli, həmin borcun sonradan ödənilməsi isə müqaviləyə verilmiş birtərəfli xitamın hüquqi nəticələrini aradan qaldırmamalıdır.
72. Lakin iş üzrə toplanmış sübutların qarşılıqlı müqayisəli təhlili göstərir ki, iddiaçı tərəfindən irəli sürülən həmin hal müqavilənin ləğvini zəruri edən və münasibətlərin davam etdirilməsini mümkünsüz edən əhəmiyyətli pozuntu kimi təsdiq olunmur.
73. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya qanunda və ya müqavilədə nəzərdə tutulmuş digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Həmin normanın mənasına görə müqavilənin pozulması yalnız o halda əhəmiyyətli hesab edilə bilər ki, həmin pozuntu nəticəsində digər tərəf müqavilə bağlanarkən ümid etməyə haqqı çatan nəticələrdən xeyli dərəcədə məhrum olsun.
74. Mülki Məcəllənin 685.1-ci maddəsinə əsasən kirayəyə verən müqaviləyə uyğun olmayan və onun hüquqlarını əhəmiyyətli dərəcədə pozan istifadə hallarında kirayə müqaviləsini xəbərdarlıq müddətini gözləmədən ləğv edə bilər. Həmin Məcəllənin 685.2-ci maddəsində isə müqavilənin xəbərdarlıq müddəti gözlənilmədən ləğv edilə biləcəyi konkret hallar müəyyən edilmişdir.
75. Iş materiallarında olan ## #### 2023-cü il tarixli razılaşma protokolundan görünür ki, “X3” MMC-nin “Azəriqaz” IB qarşısında hələ tərəflər arasında icarə münasibətləri yaranmamışdan əvvəl təbii qaza görə 34.439,59 manat məbləğində borcu olmuşdur. Həmin protokola əsasən borcun hissə-hissə ödənilməsi barədə razılıq əldə edilmişdir. Bu hal göstərir ki, iddiaçı tərəfindən sonradan cavabdehə aid edilməsi iddia olunan qaz borcunun tam şəkildə yalnız cavabdehin fəaliyyəti nəticəsində yaranması iş materialları ilə təsdiq edilmir.
76. Bundan başqa iş materiallarına əlavə edilmiş “abonentin saldosu”ndan müəyyən edilmişdir ki, tərəflər arasında müqavilənin bağlandığı 2024-cü ilin mart ayında iddiaçının təbii qazdan istifadəyə görə “Azəriqaz” IB-yə borcu 22771,29 manat təşkil etmiş və bu borc məbləği 2023-cü ilin aktyabr ayından etibarən mövcud olmuşdur.
77. Digər tərəfdən iş materiallarında olan ## ####### 2024-cü il tarixli protokoldan görünür ki, iddiaçı1 MMC tərəfindən istifadə olunmuş qaza görə “X3” MMC-yə ümumilikdə 51.920 manat məbləğində ödəniş edilmişdir. Həmçinin işdə olan elektron qaimə-fakturalardan görünür ki, iddiaçı1 MMC tərəfindən avqust ayı üzrə 23.680,60 manat, sentyabr ayı üzrə 21.075,40 manat, oktyabr ayı üzrə isə 8.589,56 manat dəyərində təbii qaz istehlakı rəsmiləşdirilmiş və həmin sərfiyyat üzrə hesablaşmalar aparılmışdır.
78. Bundan əlavə, iş materiallarında olan “Azəriqaz” Istehsalat Birliyinin ## ###### 2025-ci il tarixli arayışından görünür ki, “X3” MMC-nin təbii qaza görə hər hansı borcu qalmamışdır.
79. Məhkəmə qeyd edir ki, qeyd olunan sübutlar birlikdə və qarşılıqlı əlaqədə qiymətləndirildikdə tərəflər arasında qaz sərfiyyatına görə hesablaşmaların aparıldığı, cavabdeh tərəfindən ödənişlərin həyata keçirildiyi və nəticə etibarilə borcun tam bağlandığı müəyyən olunur. Bu baxımdan apellyasiya şikayətində göstərilən “cavabdehin kommunal öhdəliklərini yerinə yetirməməsi” barədə mövqe iş materialları ilə tam təsdiq olunmur.
80. Məhkəmə həmçinin nəzərə alır ki, tərəflər arasında ## ###### 2024-cü il tarixdə müqaviləyə dəyişiklik edilmiş, müqavilənin müddəti ## ###### 2026-cı ilədək uzadılmış, aylıq icarə haqqı artırılmış və tərəflər müqavilə münasibətlərinin davam etdirilməsi barədə qarşılıqlı iradə ifadə etmişlər. Əgər cavabdeh tərəfindən müqavilə öhdəlikləri iddiaçının göstərdiyi kimi kobud və davamlı şəkildə pozulmuş olsaydı, həmin tarixdə müqavilənin uzadılması və münasibətlərin davam etdirilməsi iqtisadi və hüquqi baxımdan məntiqli olmazdı.
81. Məhkəmə hesab edir ki, kommunal ödənişlərlə bağlı borcun sonradan tam ödənilməsi və tərəflər arasında hesablaşmaların aparılması müqavilə münasibətlərinin faktiki olaraq davam etdirildiyini göstərir. Iddiaçı tərəfindən cavabdehin müqavilə öhdəliklərini davamlı və kobud şəkildə pozması, müqavilə münasibətlərinin davam etdirilməsinin mümkünsüz hala gəlməsi və ya iddiaçının müqavilədən gözlədiyi nəticələrdən mühüm dərəcədə məhrum olması barədə mötəbər və kifayət qədər sübut təqdim edilməmişdir.
82. Məhkəmə nəzərə alır ki, müqaviləyə birtərəfli qaydada xitam verilməsi mülki dövriyyənin sabitliyinə birbaşa təsir göstərən müstəsna hüquqi müdaxilə vasitəsi olmaqla yalnız əhəmiyyətli pozuntu hallarında tətbiq edilə bilər. Hazırkı iş üzrə isə cavabdeh tərəfindən kommunal ödənişlərin sonradan tam şəkildə həyata keçirilməsi, qaz borcunun aradan qaldırılması, tərəflər arasında hesablaşmaların mövcudluğu və müqavilə münasibətlərinin faktiki davam etməsi müqavilənin ləğvi üçün zəruri olan hüquqi əsasların mövcud olmadığını göstərir. Apellyasiya şikayətində göstərilən “iddia qaldırılan zaman borcun mövcud olması” halı da özlüyündə müqavilənin ləğvi üçün kifayət qədər əsas hesab edilə bilməz. Çünki mübahisəyə baxılarkən məhkəmə yalnız formal şəkildə borcun müəyyən müddətdə mövcud olubolmamasını
83. deyil, həm də həmin pozuntunun xarakterini, nəticələrini, tərəflərin sonrakı davranışlarını və müqavilə münasibətlərinə təsirini qiymətləndirməlidir. Iş materialları isə göstərir ki, cavabdeh tərəfindən ödənişlər həyata keçirilmiş, nəticədə kommunal borc tam bağlanmış və iddiaçı tərəfin hüquqlarına bərpaolunmaz zərər vurulması müəyyən edilməmişdir.
84. Bundan başqa qazdan istifadəyə dair müqavilənin cavabdehlə bağlanması ilə bağlı məhkəmə qeyd edtməyi zəruri hesab edir ki, bu halda qanuna zidd hər hansı hal baş verməmişdir. Belə ki, işin faktiki halları ilə müəyyən edilmişdir ki, cavabdeh icarəçi olaraq icarə predmetindən qanuni əsaslarla istifadə edir və təbii qazın istifadəçisi də məhz cavabdehdir.
85. Cavabdehin təbii qazdan istifadəçi olaraq qazpaylayıcı ilə müqavilə bağlaması isə iddiaçının hüquqlarına müdaxilə təşkil etmir ki, əksinə onun icarə nəticəsində təbii qazan istifadəyə görə qazpaylacısı qarşısında öhdəliyi yaranmamış olur.
86. Beləliklə, birinci instansiya məhkəməsi iş üzrə təqdim olunmuş sübutları Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun olaraq araşdırmış, sübutlara düzgün hüquqi qiymət vermiş və qətnaməni işin faktiki hallarına uyğun olaraq əsaslandırmışdır. Iddiaçının apellyasiya şikayətində göstərilən dəlillər subyektiv mülahizələrdən ibarət olmaqla, birinci instansiya məhkəməsinin gəldiyi nəticələri təkzib edən mötəbər və inandırıcı sübutlarla təsdiq olunmamışdır.
87. Bu səbəbdən apellyasiya instansiyası məhkəməsi iddiaçı tərəfindən irəli sürülmüş apellyasiya şikayətinin dəlillərini əsassız hesab edir və həmin dəlillərin birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün hüquqi əsas yaratmadığı qənaətinə gəlir. Tərəflər arsında müqavilə ləğv edilmədiyi halda isə çıxarılma və sair tələblərinin təmin olunmasından söhbət gedə bilməz.
88. Azərbaycan Respublikasının Konstitusiyasının 125-ci maddəsinin VII bəndində göstərilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir.
89. Məhkmə qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
90. Məhkəmə həmçinin qeyd edir ki, Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsinin tələbinə görə hazırki qətnamədən iddiaçı tərəfindən kassasiya şikayəti verilə bilər.
91. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Posessual Məcəlləsinin 10-1, 372.1, 382, 384.0.1, 385.2, 392, 393, 402, 404, 404 və 405-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi:
Iddiaçı “X3” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Gəncə Kommersiya Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*-*(***)-***/**** nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsilə (Elektron Məhkəmə Informasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.