Məhkəmə qərarları › İş №2-2(3-9)-44/2026

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(3-9)-44/2026

06.05.2026 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Şirvan şəhəri İş № 2-2(3-9)-44/2026 06.05.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Kərimov Tale Suliddin oğlunun sədrliyi və məruzəsi ilə, İmanov Cahid Fehruz oğlu və Əliyev Qasım Vəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əliyev Kamran Sabir oğlunun katibliyi, iddiaçı İddiaçı və onun vəkili, eyni zamanda nümayəndəsi Nümayəndə, cavabdeh Cavabdeh və onun vəkili, eyni zamanda nümayəndəsi vəkil1 iştirakları ilə, iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı pul tələbinə dair kommersiya işi üzrə Şirvan Kommersiya Məhkəməsinin ## ###### 2025-ci il tarixli e-*-*(***)-***/**** saylı qətnaməsindən (hakim Namidar Misirzadə) cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə, apellyasiya icraatı qaydasında Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə Şirvan Kommersiya Məhkəməsinə müraciət edərək, 255000 manat məbləğində pul vəsaitinin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı cavabdehə sahiblik və istifadəsində olan balıq yetişdirmə gölünü işlətmək üçün külli miqdarda vəsait versə də, cavabdeh nəticədə üzərinə düşən vəzifəni yerinə yetirməmiş, əksinə bir neçə il göllərdən təkbaşına bəhrələnmiş, iddiaçının verdiyi vəsaiti isə mənimsəmişdir. İddiaçı mübahisəli 60 ha heyvandarlıq, 40 ha süni balıq göllərinin yerləşdiyi torpaq sahəsi ümumilikdə 100 ha torpaq sahəsini etibarnamə əsasında faktiki olaraq əldə etmiş və sahiblik və istifadəsində olmaqla artıq bir neçə ildir ki, idarə edir. Bununla əlaqədar məsələnin qısa məzmunu ondan ibarətdir ki, həmin torpaq sahəsi və süni göllərin yerləşdiyi torpaq sahəsini iddiaçı 2016-cı ildən əvvəl, yəni 1 il qabaq özü istifadə edərək, Vüsal adlı şəxslə balıq saxlamaqla birlikdə işləmişdir. 1 il ərzində həmin təsərrüfatdan 46000 manat məbləğində gəlir əldə etmişlər. 2016-cı ildən isə Zahir adlı şəxslə əlaqə yaradaraq həmin sahədə balıq saxlamağı davam etdirərək gəlir əldə etmək qərarına gəlmişdir. Zahir ona təklif etmişdir ki, təsərrüfatı böyütsünlər və dövriyyəsini artırsınlar. Elçin adlı şəxsi də nəzarətçi qoyaraq, gəlirdən də 25 faizini ona versinlər. Bu qərara gələrkən Elçin adlı şəxs maddi vəziyyətinin olmadığını, heç bir pul məbləği qoya bilməyəcəyini və qazancın 25 faiz gəlirinə razılıq bildirmişdir. Bütün sərmayə və pul vəsaitləri isə iddiaçı tərəfindən təmin edilmişdir. 2016 və 2017-ci illərdə iddiaçı göllərə balıq təsərrüfatı üçün 250000 manat məbləğində sərmayə qoymuşdur. Bu pulun içində həmçinin 5 ton balıq malyuku (balıq balası) və 10 tondan belamur, tolik, sazan leçinkaları yetişdirmiş və buna da 150000 manatdan artıq vəsaiti Cavabdeh iştirakı ilə xərcləmişdir. İşi 2 il ərzində Elçinə öyrədəndən sonra 2018-ci ildə işlərin çoxluğu ilə əlaqədar iddiaçı balıq təsərrüfatı ilə artıq əvvəlki kimi məşğul ola bilməmişdir. 2018-ci ildə artıq göllərdə 150000 manat məbləğində balıq var idi. Bundan sonra Elçin bildirmişdir ki, gələn gəlirləri təsərrüfatın genişləndirilməsinə sərf etsinlər və 1-2 il ərzində daha çox gəlir əldə etsinlər və 2020-ci ildən gəlir götürsünlər. İddiaçı cavabdehin xoş niyyətinə inanaraq, bu təklifinə razılıq vermişdir. Lakin cavabdeh əvvəlcədən aldatmaq niyyətində olmuş və bu illər ərzində gəlirləri öz şəxsi mənafeyi naminə mənimsəyərək iddiaçıya ziyan vurmuşdur. 2020-ci ildən bu tərəfə isə iddiaçı cavabdehdən gəlir barədə hesabat tələb etsə də, müxtəlif bahanələrlə yubadaraq göllərdən külli miqdarda gəlir əldə etməyə davam etmişdir. Bu barədə Cavabdeh ##.##.2021-ci il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərarda verdiyi izahatından görünür ki, Elvin və Zahirlə 2016-cı ildə tanış olmuş, süni balıq gölünün Salyan rayonu, Babazənən asudə dövlət fond torpağında yerləşdiyini öyrənmişdir. O, həmin vaxt süni balıq gölünə pul qoymamışdır. Elvinlə süni balıq gölündən qazancın 25 faizi ona, 25 faizi Zahirə, 50 faizi isə Elvinə qalmaq şərti ilə razılaşmışlar. Bundan əlavə, 2018-ci ilə qədər cavabdeh 82190 manat gəlir vermişdir. Bundan sonra gələn gəliri bölməyərək yeni sərmayə kimi göllərin genişləndirilməsi və balıq təsərrüfatının artırılmasına sərf etməyi bildirmiş və iddiaçı da razılaşmışdır. 2 il bu minvalla cavabdeh iddiaçıya heç bir xeyir verməmişdir ki, gələn xeyiri yatırım kimi göllərə və balıq yeminin alınmasına sərf edir. Lakin 2020-ci ildən başlayaraq iddiaçı ondan hesabat tələb edən zaman o hər dəfə bir bahənələrlə ləngitməyə çalışmışdır. Nəticədə iddiaçıya heç bir məbləğdə pul verməmişdir. Sonradan məlum olmuşdur ki, iddiaçıya məxsus balıq təsərrüfatından əldə edilmiş gəlirlərlə cavabdeh varlanmış, Salyan rayonu ərazisində obyektlər əldə edərək icarəyə vermişdir. Həmçinin kirayədə yaşadığı evi də alaraq öz mülkiyyətinə salmışdır. İşə başlayan zaman, yəni 2016-cı ildə kasıb bir işçi kimi işləməyə başlayan cavabdeh iddiaçıya məxsus təsərrüfat nəticəsində artıq hazırda rayonda varlı və imkanlı bir şəxsə çevrilmişdir. İddiaçının etibarından sui istifadə etməklə onun pullarını mənimsəmişdir. Habelə, hazırda idarə etdiyi **-CC-*** dövlət qeydiyyat nişanlı Mitsubishi markalı avtomobili də təsərrüfatda istifadə etməsi üçün iddiaçı Zahirdən alaraq ona vermişdir. Həmin avtomobili hazırki günə qədər idarə edir. Elçin özü bildirir ki, ona verilən pullardan işçi işlədib, göldə qazıntı aparıb və yem almışdır. Habelə izahatından özü belə bildirmişdir ki, 50000 manat məbləğində yem almış, bu məbləği isə gəlir hesabına ödəmişdir. Buradan görünür və sübut olunur ki, Elçin adlı şəxsin ümumiyyətcə pulu olmamış, onun balıqlara və qoyulan sərmayələrə aidiyyəti belə olmamışdır. Bütün sərmayə iddiaçı tərəfindən qoyulmuşdur. Elçin isə bir işçi kimi gələn gəlirdən maaş formasında faiz əldə etməli idi. Cavabdeh özü izahatlarında təsdiq edərək bildirmişdir ki, həmin torpaq sahəsi və süni göllər İddiaçı tərəfindən alınmışdır. O da orada yalnız işçi kimi fəaliyyət göstərmiş, həmin torpaq sahəsi və göllərə heç bir qarışacağı olmamışdır. Habelə, Cavabdeh təsdiq etmişdir ki, iddiaçı ona 170000 manat pul və 100 ton çəkidə balıq yemi vermişdir. Bu bir daha onu təsdiq edir ki, demək həmin göllərdə küllü miqdarda balıq da olmuşdur ki, onların yemlənməsi üçün də 100 ton qida alınmışdır. Cavabdeh Cavabdeh iddia müddətinin tətbiqinə dair ərizə verərək iddianın əsassız olmasından, iddia müddətinin ötürülməsindən dolayı rədd edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Salyan rayonu ərazisində balıq yetişdirməklə sahibkarlıq fəaliyyəti göstərir. Salyan rayon İcra Hakimiyyəti başçısının ##.##.2011-ci il tarixli **-S saylı sərəncamına əsasən Salyan rayonu, Babazənin asudə dövlət fondu torpağında yerləşən balıqçılığın inkişafı məqsədilə 40 ha və heyvandarlığın inkişafı məqsədilə 60 ha olmaqla, 100 ha torpaq sahəsi Cəfərov Gülbala İlyas oğluna ayrılmışdır. İddiaçı isə həmin torpaq sahəsində sahibkarlıq fəaliyyətin həyata keçirmək üçün etibarnamə ilə həmin torpaq sahəsini Gülbala Cəfərovdan almışdır. 2016-cı ildə tanışı Zahir onunla görüşərək tanışı Elvinin süni balıq gölü olduğunu və birlikdə işləmək istədiklərini təklif etmişdir. O da Zahirlə razılaşmışdır. Sonradan Elvinlə görüşmüş, aralarında olan razılaşmaya əsasən balıq gölünün qazancının 50 faizini Elvin özünə, 25 faizinin Zahirə, 25 faizinin isə ona veriləcəyini şərtləşmişlər. Bu şəriklik davam etdirilə bilməyəcəyi halda göl satılaraq həmin qeyd etdiyi qaydada satışdan əldə ediləcək pul 3 yerə bölünməli idi. 2016-cı ildə İbrahimov Zahir göldə qazıntı işləri görmək üçün ayrı-ayrı vaxtlarda 43360 manat pul göndərmişdir. Həmin vaxtlarda Elvin bir maşında 21 ton olmaqla taxıl göndərmişdir. Özü isə həmin vaxt 12689 manat dəyərində 53 ton taxıl (buğda və arpa) alıb balıqlara vermişdir. O cümlədən 23 ha ərazidə sıfırdan balıq gölü yaratmış, bu zaman isə 35000 manat pul xərcləmişdir. 5000 manat dəyərində 200 maşın dağ qumu gətizdirib gölün yollarını düzəltmişdir. Balıq gölünü qorumaq və orada təsərrüfat aparmaq üçün isə 12000 manata 4x12 olmaqla yaşayış binası tikmişdir. O cümlədən 8 min manat pul xərcləyərək 6x20 metr ölçüdə qaz saxlanılması üçün dam tikmişdir, 4000 manat xərcləyərək işıq dirəkləri və elektrik kabeli alaraq gölü işıqla təmin etmişdir. 2016- 2017-ci illərdə bir il üçün 4 nəfər işçiyə 16200 manat olmaqla iki ilə 32400 manat işçilərə pul ödəmişdir. 2016-cı ilin qış ayında balıqları satmış və satışdan 56000 manat pul əldə etmişdir. Elvin zəng edərək pula ehtiyacı olduğunu bildirmiş və həmin pulu istəmiş, 2017-ci ildə qaytaracağını bildirmişdir. Çünki aralaırnda olan razılaşmaya əsasən pul götürülməməli, balıq gölünün inkişafına xərclənməli idi. Həmin puldan 40000 manat balıqları satdıqca hissə-hissə İddiaçı göndərmişdir. 3000 manat su pulu ödəmişdir, yerdə qalan pulu da sair xərclərə ödəmişdir. 2017-ci ildə ayrı-ayrı tarixlərdə Zahir İbrahim 66720 manat pul göndərmişdir. Bu pulun 40000 manatı 2016-cı ildə satdığı və balıqların pulundan Elvinə göndərdiyi pul olmuşdur ki, Zahir də Elvindən pulu alıb yenidən göndərmişdir. Həmin il 23 ha göldən əlavə olaraq 35 ha balıq gölündə əsaslı təmir işləri aparmışdır. Həmin vaxt ora 25000 min manat xərcləmişdir. 12000 manatlıq malyuk alıb gölə buraxmışdır. Həmin vaxt 14500 manatlıq, 48232 kiloqramlıq taxıl almışdır. 2017-ci ilin üçün də 3000 manatlıq su pulu ödəmişdir. İddiaçı həmin vaxt 27 ton buğda, 8 ton sümük unu göndərmişdir. 15000 manatlıq 6x14 metr ölçüdə beseteka tikdirmişdir. Qeyd etdiyi kimi 16200 manat işçilərə pul ödəmişdir. 2017-ci ilin qış aylarında 66000 manatlıq balıq satmışdır. Elvin yenə zəng edib pula ehtiyaci olduğunu bildirərək pul istəmişdir. O da 43000 manat dəyərində balıq satıb pulunu Elvinə göndərmişdir. Həmin pulu 2018-ci ilin əvvəlində qaytaracağına söz vermişdir. 2018-ci il üçün yenidən 17300 manatlıq malyuk alıb gölə buraxmışdır. İddiaçı 2017-ci ilin oktyabr və noyabr aylarında Füzuli rayonunda Haramı düzündə olan 200 ha torpaq sahəsinə taxil əkəcəyini bildirmiş və ora çakilən əlavə 20000 manat xərcin hamısını ödəmişdir. 2018-ci ildə Elvin taxılı biçdikdən sonra bütün verdiyi pulların qarşılığında 500 ton taxıl göndərəcəyini bildirsə də, sözünü tutmamışdır. Zahir İbrahimlə birlikdə nəzarət üçun 2018-ci ilin mart və aprel aylarında Haramı düzündə olan vaxtı 200 ha taxıl əkininə nəzarat uçün gedib baxdıqlarında normal taxıl yetişdiyinin şahidi olmuşlar. Həmin vaxtı haqq-hesab etmayə çagırsa da, İddiaçı gəlməmiş va bildirmişdir ki, guya taxıl çıxmayıb. Ondan sonra Elvindən heç bir xəbər çıxmamışdır. Həmin vaxtı İddiaçı bu hərəkətlərinə görə ziyana düşmüşdür. Bundan sonra təkbaşına özü gölü işlətməyə başlamışdır. Göstərilən tarixdən sonra bir dəfə də olsun Elvin həmin gölə gəlməmişdir. Yalnız İddiaçı ##.##.2021-ci il tarixdə Salyan RPŞ-yə ərizə ilə müraciət edərək, 2016-cı ildən 2018-ci il tarixinə kimi həmin ərazidə yerləşən süni balıq gölünü işlətməsi üçün guya 250000 manat pul və balıq yemi verdiyini, lakin tərəfindən ona dələduzluq edildiyini bildirmişdir. Araşdırma zamanı onun bildirdikləri öz təsdiqini tapmamış və cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. Bundan sonra Salyan Rayon Məhkəməsinə pul tələbinə dair müraciət etmişdir. Məhkəmənin ## ###### 2023-cü il tarixli, *(***)-***/**** saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək cavabdeh İddiaçı dəymiş maddi ziyana görə 177600 (bir yüz yetmiş yeddi min altı yüz) manat pul vəsaitinin, əldən çıxmış faydaya görə 107100 (bir yüz yeddi min yüz) manat, cəmi 285168 (iki yüz səksən beş manat yüz altmış səkkiz) manat pulun tutularaq ona ödənilməsi qət edilmişdir. Salyan Rayon Məhkəməsində mübahisəyə baxılan zaman hər iki tərəf bütün sübutlarını təqdim etmiş və həmin sübutlara uyğun qanuni qətnamə çıxarılmışdır. Qəbul edilmiş məhkəmə qətnaməsində İddiaçı hər-hansı borcunun olması öz təsdiqini tapmamış, nədəki, bu barədə hər-hansı sübut məhkəməyə təqdim edilməmişdir. Bundan əlavə əgər doğurdan və həqiqətəndə İddiaçı hər-hansı bir borcu var idisə, o hazırki iddia tələbi ilə bağlı vaxtında məhkəməyə müraciət etməli idi. İddiaçı özünün iddia tələbində göstərdiyi və qeyd etdiyi kimi 2016-cı il tarixdə Zahir vasitəsi ilə pul göndərmişdir. Əgər həqiqətən ona hərhansı bir borcu var idisə, o 2019-cu ildə hazırki tələblə məhkəməyə müraciət edə bilərdi. Qeyd etdiyi kimi, hazırki iddia tələbi əsassız olmaqla iddia müddəti də ötürülmüşdür. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Şirvan Kommersiya Məhkəməsinin ## ###### 2025-ci il tarixli e-*-*(***)-***/**** saylı qətnaməsi ilə iddia qismən təmin olunaraq 250000 manat məbləğində pul vəsaitinin cavabdeh Cavabdeh alınaraq iddiaçı İddiaçı ödənilməsi, iddianın qalan hissədə təmin olunmaması qət edilmişdir. Birinci instansiya məhkəməsi Mülki Prosessual Məcəllənin 82.3-cü, Mülki Məcəllənin 386.1, 1091.1, 1091.2, 1092.1, 1092.2-ci maddələrinə istinadla gəldiyi hüquqi nəticəni belə əsaslandırmışdır ki, tərəflər arasında müqavilə münasibətləri mövcud olmamışdır, cavabdehin qeyd edilən pul vəsaitinə dair nə qanuni, nə də müqavilə əsası olmamışdır. Cavabdeh 170000 manat pul və 80000 manat dəyərində balığı (ümumilikdə, 250000 manat məbləğində pulu) iddiaçıdan hər hansı bir qanuni və müqavilə əsası olmadan aldığından, bununla da cavabdeh əsassız varlandığından, iddiaçı pulunu tələb etməkdə haqlıdır. Buna görə də, iddia tələbi qismən təmin edilərək, 250000 manat məbləğində pul vəsaiti cavabdehdən alınaraq iddiaçıya ödənilməli, iddianın qalan hissəsi əsassız olduğundan, həmin hissədə rədd edilməlidir. İddia müddətinin tətbiqinə münasibətdə birinci instansiya məhkəməsi Mülki Məcəllənin 375.2, 1095, 380.1, 380.2-ci maddələrinə istinadla qeyd etmişdir ki, əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. cavabdeh 2021-ci ilin oktyabr ayında fiziki şəxs kimi fəaliyyət göstərən Mahir Əhədov tərəfindən Salyan rayonu ərazisində yerləşən Babazənin asudə dövlət fondu torpağında balıq məhsullarının istehsalı ilə məşğul olan fiziki şəxs Cavabdeh çəki balığı satılmasına dair ##.##.2023-cü il tarixli aktı imzalamaqla borcun etirafı ilə əlaqədar hərəkətlər etmişdir. Cavabdeh borcun etirafı ilə əlaqədar hərəkətlər etdiyindən iddia müddətinin axımı kəsilmişdir. İddia müddətinin axımı həmin tarixdən yenidən başlandığından iddia müddəti iddiaçı tərəfinən ötürülməmişdir, cavabdehin iddia müddətinin tətbiq edilməsi barəsində ərizəsinin dəlilləri əsassızdır. Buna görə də, mübahisə edilən hüquq münasibəti üzrə iddia müddəti tətbiq edilə bilməz. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən cavabdeh Cavabdeh və onun vəkili, eyni zamanda nümayəndəsi vəkil1 apellyasiya şikayəti verərək ləğv olunması, iddia tələbinin tam rədd edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişlər. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnmə tamamilə əsassız və qanunsuz olmaqla yanaşı, maddi və prosessual hüquq normalarının kobud pozulması ilə qəbul edilmişdir. 2016-cı il tarixdə tanışı İbrahimov Zahir Ağababa oğlu ilə görüşərək tanışı Elvinin süni balıq gölü olduğunu və birlikdə işləmək istədiyini təklif etmiş, o da Zahirlə razılaşmış, Elvin ilə görüşmüş və süni balıq gölünün Salyan rayonu, Babazanan asudə dövlət fond torpağında yerləşdiyini öyrənmişdir. Elvinlə süni balıq gölündən qazancın 50 faizinin özünə, 25 faizinin İbrahimov Zahir Ağababa oğluna, 25 faizinin isə ona veriləcəyi şərti ilə razılaşmışlar. Lakin iş üzrə tərəflərin iştirak etdiyi digər məhkəmə mübahisəsinə baxılarkən qəbul edilmiş və qanuni qüvvəyə minmiş məhkəmə aktlarında Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ##.##.2025-ci il tarixli, *(***)-***/**** saylı qətnaməsində və Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının ##.##.2025-ci il tarixli, *(***)-****/**** saylı qərarında işə baxılması zamanı İddiaçı tərəflər arasında hər hansı şəriklik münasibətinin, yazılı və ya şifahi razılaşmanın mövcud olmadığını, 25%-lik payının olmadığını dəfələrlə vurğulamışdır. Bununla belə, İddiaçı tamamilə fərqli məzmunlu iddia ərizəsində aşağıdakıları qeyd etmişdir: “Zahir mənə təklif etdi ki, gəl bu təsərrüfatı böyüdək və dövriyyəsini artıraq. Elçin adlı şəxsi də bura nəzarətçi qoyaq və gəlirdən də 25 faizini ona verək. Bu qərara gələrkən Elçin adlı şəxs maddi vəziyyətinin olmadığını, heç bir pul məbləği qoya bilməyəcəyini bildirdi və yalnız işləyərək qazancın 25 faiz gəlirinə işləməyə razılıq bildirdi.” Bu izahatlardan açıq şəkildə görünür ki, İddiaçı müxtəlif vaxtlarda verdiyi açıqlamalar bir-biri ilə ziddiyyət təşkil edir. Belə ki, o, əvvəlcə tərəflər arasında heç bir razılaşmanın mövcud olmadığını iddia etdiyi halda, sonradan öz izahatında faktiki olaraq şifahi razılaşmanın mövcudluğunu etiraf etmiş olur. Bu hal İddiaçı əvvəlki mövqeyini təkzib etməklə yanaşı, məhkəmə prosesini bilərəkdən yanlış istiqamətə yönəltməyə və məhkəmədə əsassız inam formalaşdırmağa cəhd etdiyini açıq şəkildə göstərir. Bildirirəm ki, həmin vaxtdan süni balıq gölü üçün verilən pulun qeydiyyatını aparırdı. Verilən pullardan işçi işlədir, süni balıq gölündə qazıntı aparır və yem alırdı. 2016 və 2017-ci illərdə İddiaçı 110000 (bir yüz on min) manat pul vermişdir. 2018-ci ildə Elvin ona Füzuli rayonunda taxıl əkmək istədiyini və pul lazım olduğunu dedi. O da “xxxx”dan 25000 (iyirmi beş min) manat kredit götürdü və 20000 (iyirmi min) manatını Elvinə göndərdi. Elvin isə 500 ton taxıl götürəcəyini və satıb iş görəcəyini dedi, o da Elvin ilə razılaşmışdır. Sonradan Elvin taxıl götürmədiyini və yandığını bildirdi. 2018-ci il tarixdə təxminən 16000 (on altı min) manat dəyərində qızıl balıqları alaraq süni balıq gölünə buraxdı. Həmin vaxt süni balıq gölündəki balıqları yemləmək üçün nisyə 50000 (əlli min) manat dəyərində 130 ton taxıl aldı. Süni balıq gölündən götürdüyü qazanc ilə nisyə aldıqlarının pulunu ödədi. 2019-cu, 2020-ci və 2021-ci illərdə süni balıq gölündən xeyir götürülməyib. Həmin vaxtlar Elvinlə hesabat etmək istəsə də, Elvin hesabat etməmişdir. 2018-ci ildə ziyana getdikləri üçün İbrahim Zahir Ağababa oğlu bu barədə ona və Elvinə bildirərək bu işdən uzaqlaşmışdır. Bundan sonra, həmin balıqçılıq təsərüffatını təkbaşına inkişaf etdirməyə başlamış və mütəmadi olaraq satdığı məhsulun pulunu Elvinə müxtəlif vaxtlarda vermişdir. İstər iddia ərizəsində, istərsə də cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan da göründüyü kimi, həmin süni göldə balıqların onlar tərəfindən alındığını təsdiq edən hər hansı bir hal mövcud deyildir. Çünki, süni balıq gölünə balıq yetişdirilməsi üçün balıqların haradan, necə və nə vaxt gətirildiyi əsaslandırılmamışdır. Balıqlar tərəfindən alındığı və onlarla məşğul olduğu üçün İddiaçı bu sualı əsaslı cavablandırmağı qeyri-mümkündür. Belə ki, 2021-ci il mart ayında çəkisi 200-250 qr olan 40000 (qırx min) ədəd balıq alaraq, 29 hektar gölə buraxmışdır. Bunlardan 25000 ədədi çəki balığı, 10000 ədədi talstolob balığı, 5000 ədədi belamor balığı olmuşdur. Daha sonra 900 kq təxminən 80 ədədi 1 kq olan qarışıq leçinka balığı alaraq suya buraxmışdır ki, bu da 7 ton məhsul vermişdir. 2021-ci ilin oktyabr ayında isə həmin balıqları daşıyaraq anbara köçürmüşdür. Həmçinin, həmin anbara 2021-ci il oktyabr ayında Neftçala rayonunda 5 ton, çəkisi 200-250 qr olan körpə balıq alaraq buraxmışdır. 2021-ci ilin oktyabr ayında 5 ton çəkisi 1.6-1.7 kq olan iri çəki balığı alıb, digər anbara buraxmışdır. 2021-ci ilin mart ayından 2022-ci ilin yanvar ayına kimi balıqların yemlənməsi üçün 150 ton yem alınaraq, yemlənmədə istifadə olunmuşdur. 40000 ədəd (200-250 qr) malyuk balığı üçün 37000 manat pul vermişəm. Bu da təqribən 35000 ton məhsul verməli idi və 210000 manat pul vəsaiti əldə etməli idim. Əlavə olaraq, başqa şəxsdən 1,6-1,7 kg olan 5 ton iri sazan balığı almışdır. Əgər, satış baş tutsa idi, 30000 manat pul əldə etməli idi. 2021-ci ilin mart ayında 900 kq leçinka aldı (900 kqx6-5400 manat). Həmçinin yemləməklə, qulluq etməklə 7 ton məhsul əldə edə bilərdim. Onun bazar dəyəri isə 35000 manat idi. 2021-ci ilin oktyabr ayında 5 ton (200-250 gr) malyuk almışdır. Həmin balıqlara görə 20000 manat pul vəsaiti xərclədi. Daha sonra 150 ton buğda və arpa almışdır ki, ona da 67500 manat pul verdi. Bunlardan əlavə, həmin vaxt ərzində əlavə xərcləri çıxdı. İşlərin yerinə yetirilməsi məqsədilə 2 işçiyə ehtiyac olmuşdur ki, həmin işçilərə 10200 manat haqq olaraq əmək haqqı vermişdir. İşçilər Namiqin əmək haqqısı ayda 500 manat, Səbuhininki isə hər ay üçün 500 manat təşkil etmişdir. Eyni zamanda su pulu olaraq 3000 manat məbləğində pul vermişdir. Əlavə xərclər isə 12000 manata yaxın olmuşdur. Ümumilikdə, bütün bu vaxt ərzində göstərdiyi fəaliyyət zamanı 177600 manat məbləğində maddi ziyan dəymişdir. Həmin vəsaitləri öz və yaxınlarının adına banklardan götürdüyü kredit və şəxsi evinin satışından əldə etdiyi vəsait hesabına ödəmişdir. Bir hissəsini isə bu gün də müxtəlif şəxslərə borcludur. 2022-ci ilin fevral ayının 4-də məhkəmənin qərardadına əsasən həmin əraziyə giriş-çıxışı qadağan edildiyi gündən cavabdeh İddiaçı tərəfindən həmin balıqların oradan qanunsuz olaraq çıxarılaraq satışı həyata keçirmişdir. Məhkəmə qətnaməsində İddiaçı tərəfindən süni balıq gölünün maliyyələşdirilməsinin aparılması əsas kimi göstərilmişdir. Lakin bir daha vurğulayır ki, bu təsərrüfat işinə ilkin mərhələdən etibarən hər üç şərik – birgə şəkildə maliyyə vəsaiti sərf etmişlər. Əsas bu məqsədlə bankdan kredit götürərək həmin vəsaiti birbaşa İddiaçı təqdim etmişdir. Bu baxımdan, onun icarə əsasında torpaq sahəsində yerləşən, lakin şərikli şəkildə idarə olunan bir təsərrüfata müəyyən maliyyə vəsaiti yönəltməsi tamamilə təbii və zəruri addım kimi qiymətləndirilməlidir və bu fakt onun bütün təsərrüfata təkbaşına sahib olması anlamına gəlmir. Öz izahatında dəfələrlə bildirmişdir və əvvəlki məhkəmə işində şahid ifadələrində də bu hal təsdiq olunur ki, təsərrüfat fəaliyyəti dövründə, xüsusilə də cavabdehin şərik kimi fəaliyyətdən uzaq durduğu hallarda balıqların alınması, yem təminatı və texniki xərclərin ödənilməsi məqsədilə tez-tez nisyə mal almışdır. Həmin malları ona nisyə verən şəxslər yalnız onu tanıdıqları və etibar etdikləri üçün bu öhdəliyə razı olmuşlar. Bu şəxslər tərəfindən yaranan borc öhdəlikləri İddiaçıla münasibətləri pozulduqdan sonra da hüquqi və maliyyə baxımından yalnız üzərində qalmışdır. Bu səbəbdən, 2021-ci ildən etibarən aralarında münasibətlərin pisləşməsinə baxmayaraq, "xxxx" QSC-nin Salyan filialından götürdüyü ***A********** saylı ## ###### 2022-ci il tarixli kredit (müddəti 36 ay, illik faiz dərəcəsi 23% olmaqla, 25000 manat məbləğində) sadəcə təsərrüfat fəaliyyətinin davamlılığı ilə bağlı əvvəlcədən götürülmüş öhdəlikləri, yəni nisyə alınmış malların borclarını ödəmək məqsədi ilə alınmışdır. Həmin kreditin məhz süni balıq təsərrüfatı ilə bağlı yaranmış xərclərin qarşılanması üçün istifadə olunduğunu təsdiqləyən əsas sübutlardan biri də odur ki, kredit götürüldüyü dövrdə təsərrüfatdan formal olaraq artıq uzaqlaşdırılsa da, borc verənlər təsərrüfata kimin real olaraq əməli rəhbərlik etdiyini bilirdilər. Beləliklə, münaqişəli vəziyyətin mövcudluğu, bu məqsədlə kredit götürməyinə hüquqi və məntiqi əngəl təşkil etmir və əksinə, bu hal üzərinə düşən real maliyyə yükünü sübut edir. Həmçinin ## ###### 2022-ci il tarixli, ***C************ saylı girov müqaviləsindən görünür ki, tərəflər arasında ## ###### 2022-ci il tarixdə Salyan şəhərində bağlanmış ***A********** saylı kredit müqaviləsi üzrə borclunun öhdəliklərinin icrasını təmin etmək məqsədilə girov müqaviləsi bağlanmışdır. ## ### 2023-cü il tarixli, **-MCR-*-***-**/* saylı kredit müqaviləsinə * saylı əlavədən görünür ki, Yelobank tərəfindən mənə illik 19 faiz dərəcəsi ilə, 36 ay müddətinə 15000 manat məbləğində kredit verilmişdir. Göstərilənlərə əsasən qeyd olunmalıdır ki, İddiaçı tərəfindən süni balıq gölünə və həmin göldə saxlanılan balıqlara müəyyən maliyyə vəsaitinin yönəldilməməsi tamamilə təbii və məntiqəuyğun haldır. Belə ki, tərəflər arasında əvvəlcədən əldə olunmuş razılaşmaya əsasən, təsərrüfat fəaliyyəti birgə həyata keçirilməli, gəlir isə müvafiq olaraq bölüşdürülməli idi. Məhz bu səbəbdən onun tərəfindən xərclənən vəsaitlər şəxsi mülkiyyətə deyil, birgə idarə olunan süni balıq təsərrüfatının fəaliyyətinə yönəlmişdir. Eyni zamanda, iş materiallarından da göründüyü kimi, ilk günlər bu təsərrüfatın formalaşdırılması və saxlanılması prosesində yalnız Elvin deyil, bütün şəriklər, o cümlədən o da maliyyə xərclərinə cəlb olunmuşdur. Cavabdehin öz izahatında da etiraf etdiyi kimi, gəlirdən 25 faiz pay almalı olan şərik olmuşdur və bu səbəbdən təsərrüfatın inkişafı naminə əhəmiyyətli maddi xərclərə düşmüşdür. Buna baxmayaraq İddiaçı əvvəlki mərhələlərdə olduğu kimi, faktiki halları təkzib etməklə və ziddiyyətli izahatlar verməklə yenidən məhkəməni yanlış istiqamətləndirməyə çalışır ki, bu da onun mövqeyinin ardıcıl və etibarlı olmadığını açıq şəkildə ortaya qoyur. Təsərrüfat fəaliyyətinə maliyyə vəsaiti yönəldilməsi həmin əmlak üzərində müstəsna mülkiyyət hüququnun yaranmasına əsas vermir. Əksinə, birgə razılaşma əsasında həyata keçirilən iqtisadi fəaliyyətdə tərəflərdən hər birinin xərclərə cəlb olunması normal və qaçılmaz haldır. Bu səbəbdən cavabdehin yalnız maliyyələşdirmə faktına istinad etməsi onun təsərrüfata təkbaşına sahib olduğunu sübut etmir. Digər tərəfdən məhkəmə qərarı əsasında həmin balıq göllərinə istifadə və nəzarət İddiaçı istifadəsinə keçmişdir. Belə olan halda həmin balıqlar gələn gəlir kimin hesabın yazılmalıdır. İddiaçı 2017-ci ildən sonra ora heç bir məbləğ, vəsat qoymamışdır. Bu müddətdə bütün xərclər tərəfindən çəkilmiş və göl yenidən inkişaf etdirilmişdir. Bu halda qazancı kim götürməlidir və yaxud əsassız varlanan odur, yoxsa İddiaçı? Birinci insatansiya məhkəməsinin hakimi məhkəmə iclaslarını gözuyumlu olaraq tez-bazar bitirməsi, heç bir araşdırma aparmaması, yaxud məhkəmənin özü verdiyi sorğuların cavabını gözləmədən, tərəfin iştirakını təmin etmədən qərar qəbul etməsi bir çox suallar yaradır. Bugün məhkəmə təcrübəsinə əsasən, tərəfin müxtəlif vaxtlarda bir-birini təkzib edən izahatlar verməsi həmin şəxsin mövqeyinin etibarlılığını zəiflədir və bu cür izahatlar sübut kimi qəbul edilə bilməz. Buna baxmayaraq, birinci instansiya məhkəməsi cavabdehin ziddiyyətli açıqlamalarına hüquqi qiymət verməmiş, bu halları nəzərə almadan qətnamə qəbul etmişdir. Məhkəmə hazırkı mübahisəyə kəsici müddət tətbiq etmiş və bunu onunla əsaslandırmışdır ki, guya Cavabdeh 2021-ci ilin oktyabr ayında fiziki şəxs kimi fəaliyyət göstərən Mahir Əhədov tərəfindən Salyan rayonu ərazisində yerləşən Babazənin asudə dövlət fondu torpağında balıq məhsullarının istehsalı ilə məşğul olan Cavabdeh çəki balığının satılmasına dair ##.##.2023-cü il tarixli aktı imzalamaqla borcun etirafını göstərən hərəkətlər etmişdir. Lakin bu əsaslandırma həm faktiki hallara, həm də qanunvericiliyin tələblərinə ziddir. İlk növbədə qeyd edilməlidir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun B. Mürsəlovun şikayəti üzrə ## #### 2020-ci il tarixli Qərarında açıq şəkildə göstərilmişdir ki, iddia müddəti tələb hüququ üçün xarakterikdir, kəsici müddət isə əqdi mübahisələndirmək hüququna və iddialara aiddir. Hazırkı iş üzrə mübahisə əsassız varlanmadan irəli gəlir və tərəflər arasında heç bir müqavilə münasibəti mövcud deyildir. Bu səbəbdən, işin hüquqi mahiyyəti etibarilə kəsici müddətin tətbiqi üçün ilkin və zəruri şərt mövcud deyil. Bundan əlavə, məhkəmənin istinad etdiyi hal - Cavabdeh ##.##.2023-cü il tarixli aktı imzalaması, borcun etirafı kimi qiymətləndirilə bilməz. Belə ki, Elçinin çəki balığını alması onun İddiaçı pul alması, həmin pulu şəxsi məqsədləri üçün xərcləməsi və ya balqıları Elvinin pulu əsasında alınması mənasına gəlmir. Əksinə, bu fakt Elçinin balıqçılıq fəaliyyətində iştirak etdiyini, balıqların alınması prosesində özünün də maddi və əməyini sərf etdiyini göstərir. İş materiallarından da göründüyü kimi, Cavabdeh ona verilən vəsait hesabına işçilər cəlb etmiş, süni balıq gölündə qazıntı işləri aparmış, balıq yemi almışdır. Bu xərclər İddiaçı süni balıq gölü və balıqları üçün edilmişdir və tərəflər arasında mövcud olan ilkin razılaşmaya tam uyğun gəlir. Bu səbəbdən, Elçinin balıq alması onun hər hansı borcu etiraf etməsi kimi deyil, razılaşdırılmış təsərrüfat fəaliyyətinin icrası kimi qiymətləndirilməlidir. Qeyd olunan aktın imzalanması nə pulun İddiaçı Cavabdeh borc kimi verildiyini, nə də Elçinin həmin pulu əsassız şəkildə mənimsədiyini təsdiq edir. Dolayısı ilə, bu hal Mülki Məcəllənin 380.1-ci maddəsində nəzərdə tutulmuş “borcun etirafını göstərən hərəkət” anlayışına uyğun gəlmir və nə iddia müddətinin kəsilməsinə, nə də kəsici müddətin tətbiqinə əsas yarada bilməz. Nəhayət, İddiaçı məhkəməyə ##.##.2024-cü il tarixində müraciət etmişdir. Halbuki, iş üzrə iddiaçı öz hüququnun pozulduğunu ən gec 2021-ci ildə bildiyi halda, əsassız varlanmadan irəli gələn tələblər üçün Mülki Məcəllənin 1095-ci maddəsi ilə müəyyən edilmiş iki illik iddia müddətini ötürmüşdür. Bu isə onu göstərir ki, hazırkı iş üzrə tətbiq edilə biləcək hüquqi institut iddia müddətidir, kəsici müddət deyil. Beləliklə, yuxarıda göstərilən hüquqi normalar, Konstitusiya Məhkəməsinin Plenumunun hüquqi mövqeyi və işin faktiki halları nəzərə alındıqda, hazırkı mübahisəyə kəsici müddətin tətbiqi hüquqi baxımdan əsassız və yolverilməzdir. Bundan əlavə, 2018-ci ildən etibarən tərəflər arasında hər hansı hüquqi münasibət davam etməmişdir. Tərəflər arasında münasibətlər yalnız 2021-ci ilin dekabr ayında İddiaçı hüquq-mühafizə orqanlarına müraciət etməsi ilə yenidən gündəmə gəlmiş, daha sonra isə Salyan Rayon Məhkəməsində iddia qaldırılmışdır. Bu faktların özü göstərir ki, iddiaçı öz hüququnun pozulduğunu ən gec 2018-ci ildə bildiyi və ya bilməli olduğu halda, məhkəməyə müraciət etmək üçün uzun müddət – təxminən 4 il ərzində – heç bir hüquqi addım atmamışdır. Bu isə istənilən halda, o cümlədən Mülki Məcəllənin 1095-ci maddəsində nəzərdə tutulmuş iki illik iddia müddətinin açıq şəkildə ötürülməsi deməkdir. Beləliklə, tərəflər arasında 2018-ci ildən sonra hüquq münasibətlərinin mövcud olmaması, habelə iddiaçının yalnız 2021-ci ilin dekabr ayında polisə müraciət etməsi və daha sonra məhkəmədə iddia qaldırması onu göstərir ki, hazırkı iş üzrə kəsici müddətin tətbiqindən söhbət gedə bilməz. Əksinə, mübahisəyə tətbiq edilə bilən yeganə hüquqi institut iddia müddətidir və həmin müddət də artıq keçmişdir. Məhkəmə qətnaməsində qeyd olunmuşdur ki, məhkəmə MPM-in 185.5-ci maddəsinə əsasən, işə cavabdehin və onun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh və onun nümayəndəsinin iclasa gəlməməkləri üzürsüz səbəblərlə əlaqədar olduğundan, habelə cavabdeh tərəf icraatı qəsdən yubandırdıqlarından, məhkəmə MPM-in 185.5-ci maddəsinə əsasən, işə cavabdehin və onun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Lakin iş materiallarından göründüyü kimi, cavabdehin nümayəndəsi və vəkili tərəfindən məhkəməyə əvvəlcədən yazılı ərizə təqdim edilmiş, həmin ərizədə ## ###### 2025-ci il tarixində saat 17:00-a təyin edilmiş məhkəmə iclasında iştirakın mümkün olmamasının obyektiv və üzürlü səbəbləri ətraflı şəkildə izah edilmişdir. Belə ki, həmin tarixdə saat 16:00-da Sumqayıt Apellyasiya Məhkəməsinin hakimi Lalə Rəhimlinin icraatında olan iddiaçı X4 cavabdehlər “xxxx” MTK və X27 (Ələkbərov İlham Əmrah oğlu müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı mənzildən çıxarılma və mənzilin təhvil verilməsi tələbinə dair *(***)-****/**** saylı mülki işdə iddiaçı X4 nümayəndəsi və vəkili olaraq təyin olunmuş məhkəmə iclasında iştirak ediləcəyi bildirilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsindəki məhkəmə iclasının daha əvvəl təyin olunması, habelə məhkəmələr arasında ərazi baxımından məsafənin uzaq olması səbəbindən, Şirvan Kommersiya Məhkəməsində təyin edilmiş iclasa vaxtında çatmağın faktiki olaraq mümkün olmadığı əsaslandırılmışdır. Bu hallar təsdiqedici sübutlarla “Elektron məhkəmə” sistemindən iclaslar bölməsindən həmin iclasla bağlı çıxarış və X4 həmin iş üzrə hüquqi yardımın göstərilməsinə dair order məhkəməyə təqdim edilmişdir. Bütün bu hallara baxmayaraq, məhkəmənin cavabdehin nümayəndəsi və vəkili vəkil1 məhkəmə iclasında iştirak edə bilməməsini üzürsüz səbəb kimi qiymətləndirməsi hüquqi məntiqə, prosessual ədalət prinsipinə və vicdanlı məhkəmə araşdırması tələblərinə uyğun gəlmir. Aydın olduğu kimi, iki məhkəmə iclası arasında cəmi bir saatlıq vaxt fərqinin mövcudluğu, Sumqayıt Apellyasiya Məhkəməsində iclasın saat 16:00-da başlaması və onun faktiki olaraq nə vaxt başa çatacağının əvvəlcədən məlum olmaması şəraitində, Şirvan Kommersiya Məhkəməsində saat 17:00-a təyin edilmiş iclasa vaxtında çataraq iştirak etməyin obyektiv baxımdan mümkünsüz olduğu açıq-aşkar görünür. Beləliklə işdə, yəni cavabdehin nümayəndəsi və vəkilinin məhkəmə iclasında iştirak edə bilməməsi halı qabaqcadan məhkəməyə bildirildiyi, bu halın obyektiv və sübutlarla təsdiq edilmiş səbəblərdən irəli gəldiyi, digər məhkəmədə daha əvvəl təyin olunmuş iclasda iştirak etmə öhdəliyinin mövcud olduğu, habelə məhkəmələr arasında məsafənin uzaqlığı və iclasların faktiki vaxt baxımından üst-üstə düşməsi şəraitində iclasa vaxtında çatmağın mümkünsüzlüyü açıq şəkildə göründüyü halda, bu vəziyyətin məhkəmə tərəfindən “üzürsüz səbəb” kimi qiymətləndirilməsi nə MPM-in 185.3 və 185.6-cı maddələrinin məqsəd və məzmununa, nə də prosessual ədalət, tərəflərin bərabərliyi və çəkişmə prinsiplərinə uyğun gəlir; belə olan halda məhkəmənin bu halı üzürsüz kimi dəyərləndirməsi hüquqi əsasdan məhrum olmaqla yanaşı, işdə iştirak edən şəxsin müdafiə hüququnun faktiki olaraq məhdudlaşdırılmasına və məhkəmə araşdırmasının ədalətliliyinə xələl gətirən ciddi prosessual pozuntu kimi qiymətləndirilməldir. Məhkəmə qətnaməsində Salyan Rayon Polis Şöbəsinin İstintaq Bölməsinin müstəntiqi, R İbrahimov Şəhriyar Adil oğlunun ##.##.2021-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərarına istinad edilərək qeyd olunmuşdur ki, guya Cavabdeh izahat verərək İddiaçı dediklərini bir daha təsdiq etmiş, ona 170000 (yüz yetmiş min) manat məbləğində nağd pul və 100 ton çəkidə balıq yemi verildiyini bildirmişdir. Lakin bu hal faktiki və hüquqi baxımdan həqiqətə uyğun deyildir. Belə ki, Cavabdeh tərəfindən bu məzmunda heç bir izahat verilməmiş, qeyd olunan “etiraf” mövcud olmamışdır. Məhz bu səbəbdən adı çəkilən qərar tərəfindən mübahisələndirilmiş və ləğv edilmişdir. Buna baxmayaraq, məhkəmə ləğv olunmuş və hüquqi qüvvəsini itirmiş bir qərara istinad etməklə nəticə çıxarmış, üstəlik, həmin qərarda yer alan və reallıqda mövcud olmayan “etirafı” qətnamənin əsaslandırıcı sübutu kimi qəbul edərək iddia tələbinin qismən təmin olunması barədə qərar qəbul etmişdir. Hətta İddiaçı həmin qərarda borc məbləğinin bir hissəini qaytarması barədə etirafını da görmzədən gəlmişdir. Qeyd olunanlar Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin sübutların qiymətləndirilməsinə dair tələblərinə, eləcə də hüquqi müəyyənlik və ədalətli məhkəmə araşdırması prinsiplərinə ziddir. Hüquqi qüvvəsi olmayan, ləğv edilmiş qərara istinad edilməsi və həmin qərarda əksini tapmış, lakin faktiki təsdiqini tapmayan məlumatların sübut kimi qəbul edilməsi yolverilməzdir və məhkəmə qətnaməsinin qanuniliyini ciddi şəkildə şübhə altına alır. Bundan əlavə, iddiaçı İddiaçı öz izahat və mövqeyindən də açıq şəkildə görünür ki, o, Cavabdeh süni balıq gölünün inkişaf etdirilməsi və həmin təsərrüfat fəaliyyətinə nəzarət olunması məqsədilə pul vəsaiti verdiyini etiraf edir. Bu isə tərəflər arasında mövcud olmuş ilkin razılaşmanın mahiyyətini təsdiqləyir. Belə olan halda, Elçinə verilmiş pul vəsaitinin hüquqi əsası mövcud olmuş və həmin vəsaitin əsassız verilməsi barədə danışmaq mümkün deyildir. Eyni zamanda, iddiaçı İddiaçı tərəfindən Cavabdeh ona verilmiş pul vəsaitini mənimsədiyini və ya şəxsi ehtiyaclarına xərclədiyini təsdiq edən heç bir mötəbər sübut təqdim edilməmişdir. Əksinə, iş materialları və Cavabdeh ifadələri göstərir ki, ona verilmiş vəsait birbaşa süni balıq gölünün salınmasına, saxlanılmasına, balıqların alınmasına, yem təminatına, işçilərin əmək haqqına və digər təsərrüfat xərclərinə yönəldilmişdir. Beləliklə, Elçinə verilmiş pulun süni balıq gölü və balıqlar üçün xərclənməsi faktı onu göstərir ki, bu vəsait nə əsassız şəkildə əldə edilmiş, nə də Cavabdeh tərəfindən mənimsənilmişdir. Bu isə əsassız varlanma institutunun əsas şərtlərindən biri olan hüquqi əsasın olmaması meyarını istisna edir və iddia tələbinin bu hissədə hüquqi baxımdan əsassız olduğunu bir daha təsdiqləyir. Bundan başqa, iddiaçı İddiaçı iddia tələbində Cavabdeh ona verilmiş pul vəsaitini guya mənimsədiyini və şəxsi məsrəflərinə xərclədiyini iddia edir. Lakin bu iddia iş materialları ilə təsdiqini tapmır və əksinə, mövcud sübutlarla təkzib olunur. Belə ki, məhkəmənin istinad etdiyi ##.##.2023-cü il tarixli aktın özündə belə Cavabdeh çəki balığı satınaldığı açıq şəkildə göstərilmişdir. Bu fakt Elçinin ona verilmiş vəsaiti şəxsi məqsədlər üçün deyil, birbaşa süni balıq gölü və balıqçılıq təsərrüfatının ehtiyacları üçün xərclədiyini sübut edir. Əgər Cavabdeh pulu mənimsəmiş olsaydı, həmin vəsait hesabına balıq alınması və bunun sənədlə rəsmiləşdirilməsi mümkün olmazdı. Eyni zamanda, iş materiallarının içərisində Cavabdeh süni balıq gölünün yaradılması və saxlanılması, balıqların alınması, yem təminatı, işçilərin cəlb edilməsi və digər təsərrüfat xərcləri üçün pul vəsaiti sərf etdiyini təsdiq edən sübutlar mövcuddur. Bununla yanaşı, İddiaçı tərəfindən Cavabdeh pul verildiyini və həmin pulun Elçin tərəfindən mənimsənildiyini sübut edən hər hansı mötəbər və yetərli sübut təqdim edilməmişdir. Beləliklə, iddiaçının “pulun mənimsənilməsi” barədə iddiaları yalnız ehtimal xarakteri daşıyır və faktlarla təsdiqlənmir. Mövcud sübutlar isə əksinə, vəsaitin razılaşdırılmış məqsəd üzrə süni balıq gölü və balıqlar üçün xərcləndiyini göstərir. Bu isə bir daha onu təsdiqləyir ki, hazırkı iş üzrə əsassız varlanma faktı mövcud deyil və iddia tələbi sübut yükü baxımından da əsassızdır. İş materiallarından da göründüyü kimi, İddiaçı öz əvvəlki izahatlarında-hansı ki, həmin izahatlar məhkəmə qətnaməsində də öz əksini tapmışdır, verilən pul vəsaitlərinin süni balıq gölünün inkişaf etdirilməsi, təsərrüfatın genişləndirilməsi və fəaliyyətə nəzarətin həyata keçirilməsi məqsədi ilə verildiyini açıq şəkildə bildirmişdir. Bu halın özü də göstərir ki, cavabdeh tərəfindən təqdim edilən pul vəsaitləri şəxsi münasibətlər çərçivəsində deyil, məhz birgə təsərrüfat fəaliyyətinin icrası üçün nəzərdə tutulmuşdur. Beləliklə, İddiaçı tərəfindən verilmiş istənilən maliyyə vəsaiti süni balıq gölünün saxlanılmasına, balıqların yetişdirilməsinə və təsərrüfatın inkişafına yönəldilmişdir. Eyni zamanda, iş materiallarında həmin vəsaitlərin başqa məqsədlərə istifadə edildiyini və ya mənim tərəfindən mənimsənildiyini təsdiq edən hər hansı sübut mövcud deyildir. Əksinə, təqdim olunmuş bütün izahatlar və faktiki hallar bu vəsaitlərin razılaşdırılmış təsərrüfat fəaliyyəti çərçivəsində xərcləndiyini təsdiq edir. Qətnamədə göstərilir ki, “Göründüyü kimi iddiaçı cavabdeh İddiaçı təsərrüfata ayrı-ayrı vaxtlarda 80000 manat, 25000 manat və 111080 manat vəsait qoymaqla pul xərcləməsini etiraf edir. Bu isə onu deməyə əsas verir ki, təsərrüfat əsasən cavabdeh İddiaçı tərəfindən maliyələşdirilmişdir.” Məhkəmə bu nəticəyə hüquqi qüvvəsini itirmiş, cinayət işinin başlanmasının rədd edilməsi haqqında ##.##.2021-ci il tarixli qərara əsaslanmaqla gəlmişdir. Halbuki həmin qərar nə hüquqi baxımdan mübahisəli münasibətləri müəyyən edir, nə də mülki-hüquqi məsuliyyətin yaranması üçün əsas ola bilər. Bundan əlavə, cavabdeh tərəfindən təsərrüfata müəyyən məbləğdə vəsait qoyulması faktı özüözlüyündə həmin vəsaitlərin mənimsənilməsi anlamına gəlmir. Məhkəmə isə heç bir sübut təqdim edilmədən, yalnız maliyyələşdirmə faktına istinad etməklə əsassız şəkildə nəticəyə gəlmişdir ki, guya həmin pul vəsaitləri tərəfindən şəxsi məqsədlərlə xərclənmiş və mənimsənilmişdir. Halbuki iş materiallarında bu cür iddianı təsdiq edən hər hansı sübut mövcud deyildir. Göründüyü kimi, iddiaçının tələbi pul vəsaitinin mənimsənilməsi iddiasına əsaslanır. Lakin nə məhkəmə araşdırması zamanı, nə də iş materiallarında mənimsəmə faktını təsdiq edən konkret dəlil təqdim edilməmişdir. Əksinə, təqdim olunmuş izahatlar və faktlar göstərir ki, vəsaitlər tərəflər arasında mövcud olmuş razılaşmaya uyğun olaraq süni balıq gölünün saxlanılmasına, balıqların alınmasına, yem təminatına və təsərrüfatın inkişafına xərclənmişdir. Bir daha vurğulanmalıdır ki, sözügedən təsərrüfat fəaliyyəti üç şərikin iştirakı ilə həyata keçirilmiş və tərəflər gəlirdən pay almaqla yanaşı, zərərin də birgə şəkildə daşınacağını əvvəlcədən qəbul etmişlər. Təsərrüfat fəaliyyəti mahiyyət etibarilə risklidir və gəlir gətirdiyi kimi, ziyanla da nəticələnə bilər. Bu səbəbdən, cavabdehin təsərrüfata yönəltdiyini iddia etdiyi vəsaitlərin, faktiki olaraq həmin süni balıq gölünə və balıqlara xərcləndiyi halda, heç bir mənimsəmə sübutu olmadan tələb edilməsi və ondan tutulması həm hüquqi, həm də məntiqi baxımdan əsassızdır. Bundan əlavə məhkəməyə təqdim etdiyi Bakı şəhəri Nərimnanov Rayon Məhkəməsinin ##.##.2018-ci il tarixli, *(***)- ***/**** saylı qərarı ilə İddiaçı X5 məxsus İsveçrə istehsalı olan, qiyməti 6000 manat olan 1 ədəd və üzərində 0.60 karatlıq brilliyant qaşları olan, 750 əyarlı 2 ədəd kişi qızıl qol saatını ayrıayrılıqda 1 ay ərzində 10000 manata satacağına dair verdiyi vədi yerinə yetirmədiyi, tanışı X15 yalan vədlər verərək zərərçəkmiş şəxs X5 aldadaraq həmin qol saatlarını 2013-cü ilin fevral ayının ilk on günlüyündə 2 dəfədə ünvan 1 ünvanında yerləşən “Nəriman Nərimanov” adına istirahət parkında Rövşən Heydərovdan alaraq ələ keçirdiyi və verdiyi vədə əməl etməyərək zərərçəkmiş şəxsə ümumilikdə 12000 manat məbləğində maddi ziyan vurduğu müəyyən edilmişdir. Bakı Ağır Cinayətlər Məhkəməninin *(***)-***/**** saylı ##.##.2024-cü il tarixli hökmü ilə də İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 178.4, 178.3.2, 320.1 və 320.2ci maddələrində nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinmiş, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 178.4-cü maddəsi ilə 7 (yeddi) il 10 (on) ay 15 (on beş) gün müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. İttiham aktından görünür ki, İddiaçı təqsirləndirilir ondan ötrü ki, o, qabaqcadan əlbir olan bir qrup şəxs halında aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgənin xüsusilə külli miqdarda əmlakını və əmlaka olan hüquqlarını dələduzluq yolu ilə ələ keçirməyə cəhd etmiş, təkrarən aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgənin külli miqdarda əmlakını dələduzluq yolu ilə ələ keçirmiş, qabaqcadan əlbir olan bir qrup şəxs halında tamah niyyəti ilə hüquq verən rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırmaqla qanunsuz hazırlamış, tamah niyyəti ilə bilə-bilə hüquq verə saxta rəsmi sənədlərdən istifadə etmiş, xidməti vəzifəsinin icrası ilə əlaqədar edəcəyi hərəkətə görə vəzifəli şəxsə özünün vasitəsilə birbaşa yolla maddi nemət olan pulu rüşvət qismində verməyə qeyrisini təhrik etmişdir. Qeyd edilən hökmün əhəmiyyəti yalnız faktın mövcudluğu ilə məhdudlaşmır. Belə ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin ##.##.2024-cü il tarixli, *(***)-***/**** saylı hökmü ilə İddiaçı məhz aldatma, etibardan sui-istifadə etmə, saxta sənədlərdən istifadə və dələduzluq xarakterli cinayət əməllərinə görə təqsirli bilinməsi onun verdiyi izahatların və irəli sürdüyü iddiaların etibarlılıq dərəcəsinə birbaşa təsir göstərən hüquqi haldır. Məhkəmə təcrübəsinə əsasən, barəsində bu xarakterli cinayət hökmü mövcud olan şəxsin mülki hüquq münasibətləri üzrə təqdim etdiyi subyektiv izahatlar xüsusi diqqətlə qiymətləndirilməli, həmin izahatlar digər obyektiv sübutlarla təsdiq olunmadığı halda, əsas götürülməməlidir. Lakin birinci instansiya məhkəməsi təqdim edilmiş hökmü və onun hüquqi nəticələrini ümumiyyətlə qiymətləndirməmiş, əksinə, məhz bu şəxs tərəfindən verilmiş ziddiyyətli izahatları əsas sübut kimi qəbul etmişdir. Bu isə sübutların qiymətləndirilməsi prinsiplərinin pozulmasına, tərəflərin bərabərliyi və ədalətli məhkəmə araşdırması tələbinin pozulmasına səbəb olmuşdur. Göründüyü kimi, barəsində qanuni qüvvəyə minmiş məhkəmə hökmü ilə dələduzluq, etibardan sui-istifadə və özgənin əmlakını aldatma yolu ilə ələ keçirmə faktları müəyyən edilmiş İddiaçı davranışları sistemli xarakter daşıyır. Belə bir şəxs, bir tərəfdən başqasına məxsus əmlakı mənimsədiyi üçün cinayət məsuliyyətinə cəlb olunduğu halda, digər tərəfdən bu iş üzrə guya böyük məbləğdə maliyyə vəsaitinə malik olduğunu və təsərrüfata əsas maliyyəni özü qoyduğunu iddia edir. Halbuki məntiqi və hüquqi baxımdan aydın görünür ki, əgər cavabdehin iddia etdiyi kimi sərbəst maliyyə imkanları mövcud olsaydı, o, özgənin əmlakını aldatma yolu ilə ələ keçirməyə cəhd etməzdi. Eyni zamanda, həmin maliyyə imkanlarının mövcud olduğu iddia edilirsə, bu halda onun sonuncu törətdiyi cinayət əməli üzrə zərərçəkmiş şəxsə dəymiş maddi ziyanın bu günədək ödənilməməsi də cavabdehin iddialarının reallıqla uzlaşmadığını açıq şəkildə göstərir. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə dair yazılı etiraz daxil olmamışdır. d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Məhkəmədə cavabdeh Cavabdeh apellyasiya şikayətini müdafiə edib, yuxarıda şərh olunan məzmunu ilə oxşar məzmunda izahat verərək təmin olunmasını xahiş etdi. Əlavə olaraq izahatında göstərdi ki, biz üç nəfər şərik olmuşuq. Zahir 2018-ci ilin ortalarında gölü tərk etdi. İddiaçı taxıl göndərməliydi və həmin taxılın pulunu da, mən göndərmişdim. Həmin vaxt İddiaçı tutulmuşdu. Ordan çıxandan sonra getdi taxılı satdı bizə göndərmədi və bizə dedi ki, taxıl çıxmadı. Heç olmasa 200 ha torpaqdan 100-200 ton taxıl çıxmalıydı. Ondan sonra Zahir Elvini çağırdı ki, gəl hesabat aparaq, lakin Elvin gəlmədi. Həmin vaxtdan yəni 2018-ci ildən sonra mən İddiaçı görməmişəm. 2018-ci ildən sonra ora özüm maya qoydum və inkişaf etdirdim. O da, sonra gəldi bütün məhsulu satdı getdi. Elvin ora 2016-2017-ci ildə pul qoyub və həmin pulu 2017-ci ildə məndən alıb. Taxılı isə mən balığa vermişəm. Elvin təkcə taxıl göndərib. Təkcə 2016-2017-ci illərdə ora təqribən 165000 manat mən pul qoymuşam. Zahir isə 30000 manat pul qoyub. Elvinin özü ora pul qoymayıb. Biz özümüz 2018-ci ildə Elvini hesabata çağırdıq gəlmədi. Zahir özü də deyir ki, biz ziyana getdik. 82000 manat pulun nə qismində verilməsilə bağlı onu deyə bilərəm ki, İddiaçı mənə zəng edib xahiş etdi ki, mənə pul göndər ehtiyacım var. Dedi ki, mən 2017-ci ildə sənə əlavə pul göndərəcəm. Mən pulu göndərdim. Ondan sonra yenə pul istədi ki, balığı sat mənə pul göndər. Mən yenə balığı satıb göndərdim. Daha sonra o pulu mənə geri qaytarmadı. 2018-ci ilə qədər biz qətiyyən göldən mənfəət əldə etməmişik. Müvəqqəti təminat tədbiri olaraq mənim o sahəyə girişimə 2021-ci ildə qadağa qoyuldu. Mən ərazidən çıxarılanda göllərdə malyok və satışa gedəsi balıq var idi. Balığın yetişib satışa çıxarılmalı olduğu dövründə mənim gölə girişimə qadağa qoyuldu. Həmin vaxt mənim gölə girişimə ona görə qadağa qoyuldu ki, mən girib balığımı sata bilməyim. Yəni həmin vaxt göllərdə artıq məhsul var idi. İki qərar olub və birinci qərarda yazılıb ki, girə bilər, yemləyə bilər, ancaq sata bilməz. İkincidə isə qeyd olunub ki, mən ümumiyyətlə əraziyə girə bilmərəm. Mənim şahidlərim var ki, ordan 17 qazel balıq satıldığını deyirlər. Bir qazel isə minimum ton yarım balıq tutur. Polisdə ilk dəfə araşdırma aparılanda mən İddiaçı 170000 manat və 80000 manat pul verdiyini deməmişəm, bunları polis əlavə yazıb və mən də, şikayət etmişəm. Polisin qərarından təxminən 2023-2024-cü ildə şikayət etmişəm. 2018-2020-ci illərdə heçbir məhsul satmamışam. 2018-ci ildə ziyana düşmüşdüm, ancaq fikrim borcu qaytarmaq idi. Çünki bir təsərrüfat 3-4 ilə başa gəlir və mən sıfırdan düzəltməyə başlamışdım. Taxılı da, malyoku da borc almışdım. 2021-ci ildə isə Elvin gəldi malımı satdı getdi. 2018-ci ildən sonra İddiaçı şərtlərin dəyişməsi və mənim payımın artması ilə bağlı müraciət etməmişəm. Məhkəmədə cavabdehin vəkili, eyni zamanda nümayəndəsi vəkil1 apellyasiya şikayətini müdafiə edib, yuxarıda şərh olunan məzmunu ilə oxşar məzmunda izahat verərək təmin olunmasını xahiş etdi. Əlavə olaraq izahatında göstərdi ki, biz birinci instansiya məhkəməsinə iddia müddətinin tətbiqi ilə bağlı ərizə ilə müraciət etmişik. Tərəflər arasında müqavilə öhdəliyi deyil, pul tələbi olub. Çünki tərəflər arasında müqavilə olmayıb. Tərəflər arasında pul tələbi də axırıncı dəfə Cavabdeh tərəfindən Elvin Ağağlarova 2017-ci ilin oktyabr-noyabr ayında olub. 2021-ci ildə tərəf iddia qaldırmışdı. Şirvan Kommersiya Məhkəməsində həmin iddia tələbi mediasiya tətbiqinə əməl olunmadığına görə baxılmamış saxlanılmışdır. Tərəf sonradan isə bir də yenidən 2024-cü ildə iddia qaldırmışdır. Cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarda 170000 manat və 80000 manat pulu verilməsi ilə bağlı məsələ yoxdur. Hakim Tofiq Heydərovun icraatında digər iş olanda polisdən sənədlər alınmışdı. Bizə həmin vaxt məlum oldu ki, belə bir sual-cavab olub. Ondan sonra Elçin gedib həmin qərardan şikayət edib. Bundan da əlavə həmin vaxt Elçin polisdə təsir və təzyiq altında izahatı alınması ilə bağlı 102 xidmətinə şikayət edib. Bunu təsdiq edəcək sübutu, yəni şikayətin surətini elektron kabinetə yerləşdirmişik. Məhkəmədə iddiaçı İddiaçı apellyasiya şikayətinin dəlillərinin əsassız olduğunu bildirib, iddia ərizəsinin, birinci instansiya məhkəməsində verdiyi izahatın məzmunları ilə oxşar məzmunda izahat verərək təmin olunmamasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etdi. Əlavə olaraq izahatında göstərdi ki, biz işə 2016-cı ildə deyil 2015-ci ildə başlamışıq. Vüsal adlı bizim bir şərikimiz olub və 25 faiz xeyirə işləyirdi. Həmin mayada 46000 manat mən ordan xeyir etmişəm və onuda götürmədim. Zahid qoyduğu pulun əvəzinə 2019-cu ilin yanvar ayında məndən 12 sot torpaq götürüb. Cavabdeh tərəfindən ümumiyyətlə ora pul qoyulmamışdı. Cavabdeh əldə olunacaq gəlirin 25 faizinə şərik idi. Həmin vaxt göllərə balıq təsərrüfatı üçün 250000 manatdan çox sərmayə qoymuşam. Münasibətlər korlanana qədər kimin kimə nə qədər verəcəyinin olması ilə bağlı üzləşmə aparmamışıq. Cavabdehin borcunun olması ilə bağlı səs yazısı və ya vatsap yazışması da, yoxdur. Mən qarşı tərəfə borcun olması ilə bağlı səs atmışam, lakin cavabdeh həmin səslərə cavab verməmişdir. Məhkəmədə iddiaçının vəkili, eyni zamanda nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin dəlillərinin əsassız olduğunu bildirib, iddia ərizəsinin, birinci instansiya məhkəməsində verdiyi izahatın məzmunları ilə oxşar məzmunda izahat verərək təmin olunmamasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etdi. Əlavə olaraq izahatında göstərdi ki, cavabdehin vəkili bildirir ki, biz 2024-cü ildə məhkəməyə müraciət etmişik. Əgər bu belədirsə, onda ##.##.2023-cü il tarixində qəbul olunan qərardad nədir. Hesab edirik ki, polisin qərarı mötəbər sənəddir. Hakim Tofiq Heydərovun icraatında iş olan zaman polisin qərarından məlumatları olmaqları ilə bağlı dedikləri tam yalnış məlumatdır. Çünki ondan qabaq Salyan Rayon Məhkəməsinin ləğv olunmuş qətnaməsində biz həmin qərara istinad edib izahat vermişdik. Qarşı tərəfin məlumatı var idi. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəçinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Kоnstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prоssesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baхışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baхımından şərh edilməsinə dair” ## ### 2011-ci il tariхli qərarında Kоnstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yохlamalıdır. Bununla əlaqədar оlaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə tохunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, оnun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispоzitivlik və çəkişmə prinsipinin pоzulması kimi qiymətləndirilməlidir.” Hazırki halda cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv, iddianın isə tamamilə rədd olunmasını xahiş etməklə qətnaməni tam mübahisələndirmişdir. Оna görə də məhkəmə kоllеgiyası Azərbaycan Rеspublikası Kоnstitusiya Məhkəməsi Plеnumunun yuхarıda qеyd оlunan qərarındakı hüquqi mövqеyini nəzərə alaraq, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını apellyasiya şikayətinin dəlilləri üzrə tam yохlanılmasını düzgün hеsab еdir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası təfərlərin izahatlarını dinləyib, iş materiallarını apellyasiya şikayətinin dəlilləri üzrə tədqiq edərək belə nəticəyə gəlir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin apellyasiya qaydasında ləğvinin əsasını təşkil edir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər ətraflı araşdırmamış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə düzgün hüquqi nəticəyə gəlməmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol vermişdir. Tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Bundan əlavə “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X10 ifadəsində göstərmşdir ki, iddiaçı İddiaçı 2008-ci ildən müştərək işlərinin olması ilə bağlı, cavabdeh Cavabdeh isə yerlisi olaraq tanıyır. Onların birlikdə işlədiyi barədə məlumatı olmamışdır. Elvin Salyan rayonunda göl ərazi almışdır. 2021-ci ilin son aylarında göldə vəziyyətin pis olduğunu bildirmiş və onunla birlikdə gölə getmişlər. Bu zaman gölün Cavabdeh işlətdiyini bilmişdir. Elvin Elçinlə mehriban şəkildə ayrılmaq istəsə də, bu mümkün olmamışdır. Göl yararsız vəziyyətdə idi. Çünki Kür çayından lehmə su gəldiyi üçün göl təmizlənməlidir. Gölü təmizləmək üçün bir günü 70 manata olan texnika işlətmək lazımdır. İşçilər balığın olmadığını dedilər, bunu da yalnız göldə işləyən şəxslər bilə bilər, kənar şəxslər bunu anlaya bilməz. Elçin atası ilə birlikdə əvvəllər parça satırdılar. Elvinlə birgə işlədikdən sonra yaşayış şəraiti yaxşılaşmışdır. Əvvəllər qonşuluqda kirayədə qaldığı evi Elvinlə işlədikdən sonra almışdır. Elçin heç bir zaman Elvinlə münasibətlərinin pis olması barədə bir söz deməmişdir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X2 ifadəsində göstərmişdir ki, iddiaçı İddiaçı 2018-2019-cu illərdən, cavabdeh Cavabdeh isə 2019-cu ilin axırı 2020-ci ilin əvvəllərindən Elvinin işçisi olaraq tanıyır. Həmçinin İddiaçı qeyri-rəsmi mühasib işlərində köməklik etmişdir. İlk dəfə Elçini göldə gördükdə balıq olub-olmadığını soruşmuş, o isə balıqların olduğunu bildirmişdir. Lakin sonradan işçiləri balıqları satdıqlarını demişdir. 2019-cu ilin axırı 2020-ci ilin əvvəlində bunu Elvinə bildirmiş və onda şübhə yaranmışdır. Elvin Elçindən dəfələrlə hesabat istəmiş, zəng etmiş, Elçin isə cavab verməmişdir. Daha sonra onlar görüşmüş, Elçin bütün gəliri tonajı böyütmək üçün gölə qoyduğunu, buna görə də hesabatı vermədiyini bildirmişdir. Sonralar Elçin yenə aldadıcı ifadələrlə Elvini yubatmışdır. Elvin sonradan niyə qazanc olmadığını, ona pul verilməməsinin səbəblərini soruşduqda, Elçin azaldılmış rəqəmlərlə hesabat vermişdir. Bundan sonra polisə müraciət edildi. Elvin oranın təmiri üçün yüksək məbləğ xərcləmişdir. Borcu barəsində Elçin öz ifadələrində də polisə etiraf etmişdir. 2018-ci ilədək Elçin Elvinə 90000 manat pul vermişdir. Elvinin özü də bunu təsdiq etmişdir. Lakin o işlədikdən sonra Elçin tərəfindən Elvinə heç bir ödəniş edilməmişdir. Göl işlətməyə yararsızdır, hələ də təmir gedir. Elçin heç bir zaman Elvinlə münasibətlərinin pis olması barədə bir söz deməmişdir. Salyan rayon Polis Şöbəsi tərəfindən təqdim edilmiş İddiaçı Cavabdeh barəsində etdiyi müraciətlər əsasında toplanmış RM-204-21-İB nömrəli rədd materialında olan sənədlərdən tarix ardıcıllığı ilə aşağıdakılar müəyyən olunur: Salyan rayon İcra Hakimiyyəti başçısının **-S saylı ##.##.2011-ci il tarixli sərəncamından çıxarışdan görünür ki, Bakı şəhəri, Ə.Naxçıvani küçəsi, ev 1a, mənzil 68-də yaşayan Cəfərov Gülbala İlyas oğluna rayonun Babazənin asudə dövlət fondu torpağından heyvandarığın inkişafı məqsədilə 60,0 hektar və yararsız təbii sututar ərazidən balıqçılığın inkişafı məqsədilə 40,0 hektar olmaqla, cəmi 100,0 hektar torpaq sahəsi icarəyə ayrılmışdır; İcarəyə verən Salyan rayon icra Hakimiyyəti ilə icarəçi Cəfərov Gülbala İlyas oğlu arasında bağlanmış “torpaq sahəsinin icarəyə verilməsi haqqında” müqavilədən görünür ki, 100 ha torpaq sahəsi 15 il müddətinə icarəyə verilmişdir; Etibar edən Cəfərov Gülbala İlyas oğlu tərəfindən etibar edilən İddiaçı ##.##.2021-ci ildə verilmiş etibarnamədən görünür ki, etibar edən Salyan rayon İcra Hakimiyyəti başçısının **-S saylı ##.##.2011-ci il tarixli sərəncamından çıxarışa əsasən Salyan rayonunun Babazənin ərazsindən ona ayrılmış 100 ha torpaq sahəsinin istifadəsi ilə bağlı təmsilçilik, icarə hüququ üzərində sərəncam vermək və sair səlahiyyətləri etibar etmişdir; ##.##.2021-ci il tarixdə İddiaçı ərizə ilə Salyan rayon polis Şöbəsinə müraciət edərək bildirmişdir ki, Salyan rayonu ərazisində Babazənin asudə dövlət fondu torpağında yerləşən süni balıq gölünü işlətməsi üçün Salyan şəhər sakini Elçin adlı şəxsə 250000 manat pul və balıq yemləri vermiş, lakin sonuncu ona qarşı dələduzluq etmişdir. Odur ki, Elçin adlı şəxsin cinayət məsuliyyətinə cəlb edilməsini xahiş edir; İddiaçı polis şöbəsində ##.##.2021-ci ildə verdiyi izahatında göstərmişdir ki, işləri çox olduğu üçün süni balıq gölünə baxmaq üçün bir nəfər şəxs axtarmış, tanışı Zahir isə bir nəfər dostu olduğunu və ona etibar etdiyini bildirmişdi. Zahirdən həmin şəxsin adının kim olduğunu və haralı olduğunu öyrənmiş, Zahir həmin şəxsin adının Elçin olduğunu və Salyan şəhər sakini olduğunu demişdi. Elçinlə görüşmüş və onunla danışaraq razılaşmışdır. Həmin süni balıq gölünü tanışı Zahirlə işlətmişlər. 2016-cı il tarixdən 2018-ci il tarixədək süni balıq gölünü inkişaf etdirməsi və nəzarət etməsi üçün Elçinə pul və balıq yemi vermişdir. Təxminən 2 il ərzində Elçinə 170000 (bir yüz yetmiş min) manat nəğd pul və 80000 (səksən min) manat dəyərində balıq yemi vermişdir. Ümumilikdə Elçinə 250000 (iki yüz əlli min) manat pul vermişdir. Həmin vaxt ərzində başı digər işlərinə qarışdığı üçün Elçinlə çox maraqlanmamışdır. Elçinlə mobil telefon vasitəsilə danışan və görüşən zaman süni balıq gölünün yaxşı vəziyyətdə olmadığını və balıq götürə bilmədiyini demişdi. Elçin 2016-cı il tarixdən 2017-ci il tarixədək 82190 (səksən iki min yüz doxsan) manat pul vermişdir. 2018-ci il tarixdən bu günə kimi Elçin ona hesabat verməmişdir. Elçinin verdiyi 82190 (səksən iki min yüz doxsan) manat pulun 250000 (iki yüz əlli min) manat pulla əlaqəsi yoxdur. Çünki Elçinin verdiyi pul qazanc puldan olmuşdur. Sonradan Elçinin onu aldatdığını başa düşdmüşdür. Elçin ona qarşı dələduzluq edərək verdiyi 250000 (iki uz əlli min) manat pulu və süni balıq gölündən götürdüyü dəqiq bilmədiyi gəliri öz şəxsi məsrəflərinə xərcləmişdir; Cavabdeh polis şöbəsində ##.##.2021-ci ildə verdiyi izahatında göstərmişdir ki, Elvinlə 2016-cı il tarixdən münasibəti vardır, münasibətlər həmişə yaxşı olmuşdur. 2016-cı il tarixdə tanışı Zahir onunla görüşərək tanışı Elvinin süni balıq gülü olduğunu və birlikdə işləmək istədiyini təklif etmişdi. Zahirlə razılaşıb, Elvinlə görüşmüş, süni balıq gölünün Salyan rayonunun Babazənin asudə dövlət fond torpağında yerləşdiyini öyrənmişdir. Həmin vaxt süni balıq gölünə pul qoymamışdır. Elvinlə süni balıq gölündən qazancın 50 faizinin özünə, 25 faizinin Zahirə, 25 faizinin isə veriləcəyi şərti ilə razılaşmışdılar. Həmin vaxtdan süni balıq gölü üçün ona verilən pulun qeydiyyatını aparmışdır. Verilən pullardan işçi işlədir, süni balıq gölündə qazıntı aparır və yem alırdı. 2016-2017-ci il tarixlərdə süni balıq gölündən xeyir götürülməyib. 2018-ci ildə Elvin Füzuli rayonunda taxıl əkmək istədiyini və pul lazım olduğunu ona demişdi. O da, “AccessBank”dan 25000 (iyirmi beş min) manat kredit götürub, 20000 (iyirmi min) manatını Elvinə göndərmişdi. Elvin isə 500 ton taxıl götürəcəyini və satıb iş görəcəklərini demişdi. Sonradan Elvin taxıl götürmədiyini və yandığını bildirdi. 2018-ci il tarixdə təxminən 16000 (on altı min) manat dəyərində balıqlar alaraq süni balıq gölünə buraxmışdır. Həmin vaxt süni balıq gölündəki balıqları yemləmək üçün nisiyə 50000 (əlli min) manat dəyərində 130 ton taxıl almış, götürdüyü qazancla nisiyə aldığı 130 ton taxılın pulunu ödəmişdir. 2019-cu, 2020ci və 2021-ci illərdə süni balıq gölündən xeyir götürməmişlər. Həmin vaxtlar Elvinlə hesabat etmək istəsə də, Elvin onunla hesabat etməmişdir. Bildirir ki, ona 170000 (bir yüz yetmiş min) manat nəğd pul, 100 ton balıq yemi verilmişdir, lakin pulunun nə qədər etdiyini bilmir; İbrahim Zakir Ağababa oğlu polis şöbəsində ##.##.2021-ci ildə verdiyi izahatında göstərmişdir ki, İddiaçı və Cavabdeh dostlarıdır, münasibətləri həmişə yaxşı olmuşdur. 2016cı ildə Elvin heyvandarlığın və balıqçılığın inkişafı məqsədilə torpaq sahəsi almaq qərarına gəlmiş, Bakı şəhər sakini Cəfərov Gülbala İlyas oğlunun istifadəsində olan Salyan şəhəri ərazisində Babazənin asudə dövlət fond torpağında yerləşən 100 hektar torpaq sahəsini almışdı. Həmin vaxt Elvin torpaq sahəsini onun adına sənədləşdirmişdi. 2016-cı il tarixdə Gülbala Cəfərov həmin torpaq sahəsini etibarnamə əsasında ona vermişdi. Həmin 100 hektar torpaq sahəsinin 60 hektarı heyvandarlıq üçün, 40 hektarı isə balıqçılıq üçün stifadə olunur. Elvinin işləri çox olduğu üçün süni balıq gölünə baxmaq üçün bir nəfər səxs axtardı. O da, Elçin adlı dostu olduğunu və ona etibar etdiyini bildirmişdi. Elvin, Elçin və o, süni balıq gölündən əldə etdikləri qazancın 50 faizini Elvinə, 25 faizinin ona, 25 faizinin isə Elçinə veriləcəyi şərti ilə razılaşmışdılar. Əvvəllər süni balıq gölündən xeyir götürə bilməmişlər. Çünki süni balıq gölündə əsaslı təmir bərpa işləri görülmüşdü. 2016 və 2017-ci ildə Elvin Elçinə şəxsən 30884 (otuz min səkkiz yüz səksən dörd) manat pul vermişdir. Bildirirəm ki, həmin vaxtlarda süni balıq gölündə iş görmək üçün, yəni balıq almaq və yem almaq üçün Elvin müəyyən vaxtlarda 111080 (bir yüz on bir min səksən) manat pul vermiş, o da həmin pulları Elçinə vermişdir. Əlavə olaraq özü süni balıq gölünə 25000 (iyirmi beş min) manat pul qoymuşdur. Buna baxamayraq süni balıq gölündən götürdükləri xeyir ancaq balıq və onun yeminə xərclənirdi. Həmişə Elvinə süni balıq gölünə qoyduğu pullarla bağlı olaraq hesabat etməsini demişdir, lakin Elvin heç bir hesabat aparmamışdır. Özü isə Elçinə verdiyi pulları dəftərində qeyd etmişdir. Buna görə də 2018-ci il tarixdə Elvinə onunla birlikdə süni balıq gölündə işləmək istəmədiyini və ziyana getdiklərini deyərək uzaqlaşmaq istədiyini bildirib, Bakı şəhərinə getmişdir. Həmin vaxtdan Elvinlə danışmır və süni balıq gölünə getmir. Həmin süni balıq gölü Elvinə məxsusdur. Sonradan Elvinin Elçin barəsində Salyan RPŞ-yə şikayət etdiyini öyrənmişdir. Bildirir ki, Elçin Elvinə qarşı heç bir dələduzluq etməmişdir. Onun, Elvinin və Elçinin süni balıq gölünə qoyduqları pulların hamısı ziyana getmişdir. Süni balıq gölünü satacaqları halda belə 3 nəfərə, yəni ona, Elvinə və Elçinə məxsus olması barədə söhbətləri olmuşdur; Salyan RPŞ-in məsul növbətçisi, polis Rı Səmid Manafovun ##.##.2021-ci il tarixli raportuna əsasən İddiaçı telefonla DİN 102 xidmətinə zəng edərək Babazənin qəsəbəsində ona məxsus olan 40 hektar süni gölü Elçin adlı şəxsə icarəyə verməsi, lakin həmin şəxsin onu həmin obyektə daxil olmasına icazə verməməsi, işçilərin əlində 2 ədəd tüfəngin olması barədə məlumat vermişdir; Salyan RPŞ-in məsul növbətçisi, R Xəqani Teymurovun ##.##.2021-ci il tarixli raportuna əsasən İddiaçı telefonla DİN 102 xidmətinə zəng edərək Babazənin qəsəbəsində ona məxsus olan 40 hektar süni göldə Elçin adlı şəxsin gəlib münaqişə yaratması, gölə giriş üçün olan qapını sındırması barədə məlumat vermişdir; Salyan RPŞ-in məsul növbətçisi, polis Rı Şakir Hüseynovun ##.##.2021-ci il tarixli raportuna əsasən İddiaçı DİN 102 xidmətinə zəng edərək balıqlarının oğurlanması və Elçin adlı şəxsin onu ölümlə hədələməsi, işçiləri ilə münaqişə yaratmasını bildirmişdir; Salyan RPŞ-in məsul növbətçisi, polis Rı Şakir Hüseynovun ##.##.2021-ci il tarixli raportuna əsasən Cavabdeh DİN 102 xidmətinə zəng edərək İddiaçı adlı şəxsin vətəndaşa məxsus balıqları süni göldən çıxarmaq istəməsi səbəbindən aralarında mübahisə olması barədə məlumat vermişdir; İddiaçı ##.##.2021-ci il tarixdə ərizə ilə Salyan RPŞ-yə müraciət edərək bildirmişdir ki, ##.##.2021-ci ildə Cavabdeh ona məxsus gölə gələrək oğurluq etmiş və 10 nəfərə yaxın şəxsin iştirakı onu təhdiq etmişdir. Bu şəxslərin heç birini tanımır və onların gölə nə məqsədlə gəldiklərini bilmir. Göldəki balıqları aparacağı və yaxınlaşdığı halda güllə ilə vuracağını, yanındakıların onunla olduğunu bildirib, müaqişə məqsədilə onu gölə dəvət etmişdir. Bütün bu hadisələrlə bağlı saatlarla təhqiqatçı, R Turalla əlaqə saxlamış, dəfələrlə Elçinlə danışmasına baxmayaraq gölü tərk etməmiş və göldən balıqları oğurlamaq məqsədilə tutdurmuşdur. 102 xidmətinə müraciətindən sonra Tural bir neçə polis əməkdaşı ilə gölə gəlmiş və tutulan balıqları suya buraxmış, çəkiliş aparmışdır. Sonradan yaxın ərazidə Elçin 10-a yaxın yoldaşlarla onu təhdid etmək, münaqişə məqsədilə gözləmişdir. Yenidən 102 xidmətinə müraciət edərək gölə polis vasitəsilə daxil olmuşdur; Salyan rayon Polis Şöbəsinin istintaq bölməsinin müstəntiqi R İbrahimov Şəhriyar Adil oğlunun ##.##.2021-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərarı ilə toplanmış material üzrə əməldə cinayət tərkibi olmaması əsası ilə cinayət işinin başlanması rədd edilmişdir. Qərara əsasən toplanmış istintaq materialları ilə müəyyən olunmuşdur ki, İddiaçı ##.##.2021-ci il tarixdə Salyan RPŞ-nə ünvanladığı ərizəsində qeyd olunan xüsusatda, yəni 2016-cı il tarixdən 2018-ci il tarixədək İddiaçı Salyan rayonu ərazisində Babazənin asudə dövlət fond torpağında yerləşən süni balıq gölünü işlətməsi üçün Cavabdeh 170000 manat nağd pul və 80000 manat dəyərində isə balıq yemi verməsi faktı öz təsdiqini tapmış, lakin Cavabdeh İddiaçı qarşı dələduzluq etməsi faktı öz təsdiqini tapmamışdır; ##.##.2024-cü il tarixdə Cavabdeh şikayətlə Salyan RPŞ-in rəisinə və Salyan rayon prokuroruna müraciət edərək Salyan RPŞ-in istintaq bölməsinin ##.##.2021-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərarının ləğv edilməsini, işin araşdırılması üçün Salyan RPŞ-in istintaq bölmsəsinə qaytarılmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Salyan RPŞ-in istintaq bölməsinin müstəntiqi, R İbrahimov Şəhriyar Adil oğlu tərəfindən aparılmış araşdırma zamanı alınmış ifadəsi tamamilə yanlışdır və heç bir həqiqəti əks etdirmir. Çünki polisdə qərarda yazılan kimi ifadə verməmişdir. Bu ifadə təmamilə səhvdir və qeyd etdiklərinin heç biri qərarda göstərilməmişdir. Qərar mülki xarakerli hesab olunsada, orada göstərilən ifadə əsasında İddiaçı əsassız faktları sübut kimi nəzərə alınması üçün əsas vermişdir. Eyni zamanda İbrahim Zahir Ağababa oğlunun da ifadəsi düzgün yazılmamış və ifadəsi təmamilə yanlış yazılmışdır. Qərarda göstərilir ki, İddiaçı Cavabdeh 2016cı ildən 2018-ci ilədək Salyan rayonu Babazənin asudə dövlət fond torpağında süni balıq gölünün işlətməsi üçün 170000 (bir yüz yetmiş min) manat nəğd pul, 80000 (səksən min) manat dəyərində balıq yemi verməsi faktı öz təsdiqini tapmışdır; Salyan rayon prokurorunun # ###### 2025-ci il tarixli qərarı ilə Salyan RPŞ-in istintaq bölməsinin müstəntiqi Şəhriyar İbrahimovun ##.##.2021-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərarı ləğv edilmiş, material araşdırmanın davam etdirilməsindən ötrü Salyan RPŞ-in istintaq bölməsinə qaytarılmışdır; Yenidən aparılan araşdırma zamanı Cavabdeh ##.##.2025-ci il tarixli izahatında göstərmişdir ki, 2016-cı ilin mart ayından başlayaraq onlar 3 nəfər Zahir İbrahim, İddiaçı və o, şərik olaraq balıq gölündə balıq saxlanılması üçün razılığa gəlmişlər. Razılaşma əsasında əldə ediləcək qazancın 50 faizi İddiaçı, 25 faizi Zahir İbrahimin, 25 faizi isə onun payına düşməli idi. Əgər bu şəriklik davam etdirilə bilməyəcəyi halda, göl satılaraq həmin qeyd etdiyi qaydada satışdan əldə ediləcək pul bölünməli idi. 2016-cı ildə Zahir İbrahim ona göldə qazıntı işləri görmək üçün ayrı-ayrı vaxtlarda 44360 manat pul göndərmişdir. Həmin vaxtlarda Elvin 1 maşın 21 ton olmaqla taxıl göndərmişdir. Özü həmin vaxt 12689 manat dəyərində 53 ton taxıl (buğda və arpa) alıb balıqlara vermişdir O, 23 ha ərazidə sıfırdan balıq gölü yaratmış, bu zaman 35000 manat pul xərcləmişdir. 5000 manat dəyərində 200 maşın dağ qumu gətizdirib gölün yollarını düzəltdirmişdir. 12000 manata balıq gölünü qorumaq və orada təsərrüfat aparmaq üçun 4x12 olmaqla yaşayış binası tikmiş, 8000 manat xərcləyərək 6x20 metr ölçüdə qaz saxlanılması üçün dam tikmiş, 4000 manat xərcləyərək işıq dirəkləri və elektrik kabeli alaraq gölü işıqla təmin etdirmişdir. 2016-2017-ci illərdə bir il üçün 4 nəfər işçiyə 16200 manat olmaqla iki ilə 32400 manat işçilərə pul ödəmişdir. 2016-cı ilin qış ayında balıqları satmış və 56000 manat pul əldə etmişdir. Elvin ona zəng edərək ehtiyacı olduğunu bildirib, həmin pulu ondan istəmiş və 2017ci ildə qaytaracağını bildirmişdir. O da həmin puldan 40000 manat balıqları satdıqca hissəhissə İddiaçı göndərmişdir. 3000 manat su pulu ödəmiş, yerdə qalan pulu sair xərclərə ödəmişdir. 2017-ci ildə ayrı tarixlərdə Zahir İbrahim 66720 manat pul göndərmişdir. Bu puldan 40000 manat 2016-cı ildə satdığı balıqların pulundan Elvindən alıb ona Zahir göndərmişdir. Həmin il 23 ha göldən əlavə olaraq 35 ha isə balıq gölündə əsaslı təmir işləri aparmışdır. Həmin vaxt ora 25000 manat xərcləmişdir. 12000 manatlıq malyuk alıb gölə buraxmışdır. Həmin vaxt 14500 manatlıq 48232 kq taxıl almışdır. 2017-ci il üçün də 3000 manat su pulu ödəmişdir. İddiaçı həmin vaxt 27 ton buğda, 8 ton sümük unu göndərmişdir. 15000 manatlıq 6x14 metr ölçüdə besetka tikdirmişdir. Bayaq qeyd etdiyi kimi 16200 manat işçilərə pul ödəmişdir. 2017ci ilin qış aylarında 66000 manatlıq balıq satmışdır. Elvin yenə ona zəng edib ehtiyacı olduğunu bildirərək pulu istəmiş və ona 43000 manat balıqları satdıqca Elvinə göndərmişdir. Həmin pulu 2018-ci ilin əvvəlində qaytaracağına söz vermişdir. 2018-ci il üçün yenidən o, 17300 manatlıq malyuk alıb gölə buraxmışdır. İddiaçı 2017-ci ilin oktyabr və noyabr aylarında Füzuli rayonunda Haramı düzündə olan 200 ha torpaq sahəsinə taxıl əkəcəyini bildirmiş və ora çəkilən əlavə 20000 manat xərclərin hamısını o, ödəmişdir. 2018-ci ildə taxılı biçdikdən sonra bütün verdiyi pulları qarşılığında 500 ton taxıl göndərəcəyini bildirsə də, həmin sözünü tutmamışdır. Zahir İbrahimlə birlikdə nəzarət üçün 2018-ci ilin mart və aprel aylarında Haramı düzündə olan 200 ha taxıl əkininə nəzarət üçün gedib baxdıqlarında, normal taxıl yetişdiyinin şahidi olmuşlar. Həmin vaxtı onu haqq hesab etməyə çağırsa da, İddiaçı gəlməmiş və bildirmişdi ki, taxıl çıxmayıb. Ondan sonra ondan heç bir xəbər çıxmamışdır. Həmin vaxtı İddiaçı bu hərəkətlərinə görə onlar ziyana düşmüşlər. Bundan sonra təkbaşına özü gölü işlətməyə başlatmışdır; Yenidən aparılan araşdırma zamanı İbrahim Zahir Ağababa oğlu ##.##.2025 tarixli izahatında göstərmişdir ki, o, Elçin və Elvin ilə 2016-cı ildən göl yaratmaq və əkin əkilməsi üçün təqribən 140 ha torpaq sahəsini almışlar və onun adına sənədləşdirilmişdir. 2016-cı ilin mart ayından başlayaraq onlar 3 nəfər o, İddiaçı və Cavabdehlə şərik olaraq balıq gölündə balıq saxlanılması üçün razılığa gəlmişlər. O, Cavabdeh öz istəyi ilə Elvinə təklif etmiş və şərik olmalarına dəvət etmişdir. Razılaşma əsasında əldə ediləcək qazancın 50 faizi İddiaçı, 25 faizi onun, 25 faizi isə Elçin Həsən ovun payına düşməli idi. Əgər bu şərikliyi qazanc olmadığı halda davam etdirə bilməyəcəkləri halda, Elvinin gölünü satılaraq həmin qeyd etdiyi qaydada gölün satışından əldə ediləcək pul bölünməli idi. 2016-cı ildə o, Elçinə balıq gölündə qazıntı işləri görmək üçün hissə-hissə olmaqla ayrı-ayrı vaxtlarda 44360 manat pul göndərmişdir. Bu pulu o, İddiaçı alaraq Elçinə göndərmişdir. Elçin 23 ha ərazidə sıfırdan balıq gölü yaratmışdır. Elçin dağ qumu gətizdirib gölün yollarını düzəltdirmiş, balıq gölünü qorumaq və orada təsərrüfat aparmaq üçün 4x12 olmaqla yaşayış binası tikmiş, 6x20 metr ölçüdə qaz saxlanılması üçün dam tikmiş, işıq dirəkləri və elektrik kabeli alaraq gölü və təsərrüfat işıqla təmin etdirmiş, işçilərə əmək haqqı kimi pul ödəmiş və balıqların yemini almışdır. 2016-cı ilin qış ayında balıqları satdıqdan sonra həmin puldan 40000 manat balıqları satdıqca hissə-hissə İddiaçı göndərdiyini bildirmişdir. Hətta gölün su pulunu da Elçin ödəmişdir. 2017-ci ildə ayrı tarixlərdə o, Elçinə 66720 manat pul göndərmişdir. Həmin ildə Elçin 23 ha göldən əlavə olaraq 35 ha balıq gölündə əsaslı təmir işləri aparmışdır. Təmirdən sonra Elçin malyuk alıb gölə buraxmışdır. Həmin vaxt balıqları yemləmək üçün taxılı da Elçin almışdır. 2017-ci il üçün də su pulunu ödəmişdir. İddiaçı həmin il 27 ton buğda, 8 ton sümük unu göndərmişdir. Elçin orada 6x14 metr ölçüdə besetka tikdirmişdir. Əmək haqqı kimi işçilərə il ərzində pul ödəmişdir. 2017-ci ilin qış aylarında balıq satdıqdan sonra Elçin 43000 manat balıqları satdıqca Elvinə göndərmişdir. 2018-ci il üçün yenidən Elçin malyuk alib gölə buraxmışdır. İddiaçı 2017-ci ilin oktyabr və noyabr aylarında Füzuli rayonunda Haramı düzündə olan 200 ha torpaq sahəsinə taxıl əkəcəyini bildirmiş və ora çəkilən 20000 manat xərclərin hamısını Cavabdeh ödəmişdir. O, bu xərci Elvin dediyinə görə etmişdir. 2018-ci ildə taxılı biçdikdən sonra Elçinə 500 ton taxıl göndərəcəyini İddiaçı bildirsə də, həmin sözünu tutmamışdır. O, Cavabdehla birlikdə nəzarət üçün 2018-ci ilin mart-aprel aylarında Haramı düzündə olan 200 ha taxıl əkininə nəzarət üçün gedib baxdıqda, normal taxıl yetişdiyinin şahidi olmuşlar. Həmin vaxtı Cavabdeh İddiaçı haqq hesab etməyə çağırsa da, İddiaçı gəlməmiş və müxtəlif bəhanələrlə yayınmışdır. Elvinlə şəriklikdən aralanmağının səbəbi onun ticari qaydalara uyğun olmayaraq pulu vaxtında göndərməməyi idi. O, məcbur olub cibindən pul vermiş və beləcə işin düz olmadığını gördükdə onunla şərikli işi özü saxlamışdır. O da balıq gölünün gəlir gətirmədiyini görüb, İddiaçı görə ziyana düşdüyü üçün ondan aralanmışdır. Həmin vaxtı İddiaçı bu hərəkətlərinə görə onlar xeyli ziyana düşmüşlər; Yenidən aparılan araşdırma zamanı İddiaçı ##.##.2025-ci il tarixli izahatında göstərmişdir ki, barəsində şikayət etdiyi Elçin Salyan rayon sakinidir. Onun Elçin ilə 2016-cı ildən tarixdən münasibəti vardır. Onların münasibətləri həmişə yaxşı olmuşdur. Onların aralarında heç bir ədavət və şəxsi düşmənçilik münasibətləri olmamışdır. 2016-cı il tarixdə o, heyvandarlığın və balıqçılığın inkişafı məqsədilə torpaq sahəsi almaq qərarına gələrək, Bakı şəhər sakini Cəfərov Gülbala İlyas oğlunun istifadəsində olan Salyan şəhəri ərazisində yerləşən Babazənin asudə dövlət torpağında yerləşən 100 hektar torpaq sahəsini almışdır. Həmin vaxt o, həmin torpaq sahəsini tanışı İbrahim Zahir Ağababa oğlunun adına sənədləşdirmişdir. 2016-cı il tarixdə Gülbala Cəfərov həmin torpaq sahəsini Zahir İbrahimə etibarnamə əsasında vermişdir. Həmin 100 ha torpaq sahəsinin 60 ha heyvandarlıq üçün, 40 hektarı isə balıqçılıq üçün istifadə olunur. Onun işləri cox olduğu üçün süni balıq gölünə baxmaq üçün bir nəfər şəxs axtarmışdır. Tanışı Zahir isə bir nəfər dostu olduğunu va ona etibar etdiyini bildirmişdir. O da Zahirdən həmin şəxsin kim olduğunu va haralı olduğunu öyrənmişdir. Zahir həmin şəxsin Salyan şəhər sakini Elçin olduğunu demişdir. O, Elçinlə görüşərək onunla danışıb razılaşmışdır. Həmin süni balıq gölünü tanışı Zahirlə işlədirmişlər. 2016-cı ildə süni balıq gölünü alıb Elçinə təhvil verən zaman süni balıq gölündə 37000 manat dəyərində çəki, xanı və belamur balığı olmuşdur. 2016-cı il tarixdən 2018-ci il tarixədək o, Elçinə süni balıq gölünü inkişaf etdirməsi və nəzarət etməsi üçün ona pul, balıq malyuku ve balıq yemi vermişdir. Təxminən 2 il ərzində o, Elçinə 170000 manat nağd pul və 80000 manat dəyərində balıq və balıq yemi vermişdır. Ümumilikdə o, Elçinə süni balıq gölünü inkişaf etdirməsi 250000 manat pul, 37000 manat dəyərində çəki, xanı və belamur balığı təhvil vermişdir. Həmin vaxt ərzində onun başı digər işlərinə qarışdığı üçün Elçinlə çox maraqlanmamışdır. 2016-2017-ci illərdə Elçin ona təxminən 40000 manata yaxın xeyir vermişdir. Bundan sonra Elçin işlərin yaxşı getdiyini, qazancın isə təsərrüfatın böyüdülməsi üçün xərcləmək istədiyini bildirmiş, həmin vaxtı o da Elçin ilə razılaşmışdır. Elçin 2016-cı il tarixdən 2017-ci il tarixədək ona 82190 manat pul vermişdir. 2018-ci il 2021-ci il tarixədək Elçin ona hesabat verməmişdir. 2020-ci ildə o, Elçindən qazanc və hesabatı tələb etdikdə, Elçin yayınaraq ondan istədiklərini etməmişdir. 2021-ci ilin aprel ayında o, süni balıq gölünə baxmağa getmiş, Elçinin süni balıq gölündə olan balıqları ondan xəbərsiz satdığını və 23000 manat dəyərində göldə başqa balıq olduğunu aşkar etmişdir. Həmin vaxtı o, balıq götürə bilmədiyı üçün payız aylarında süni balıq gölünü təhvil almışdır. Elçinin ona verdiyi 82190 manat pulun 250000 manat pul ilə əlaqəsi yoxdur. Çünki Elçinin ona verdiyi pul qazanc puldan olmuşdur. Sonradan Elçinin onu aldatdığını başa düşmüşdür. Elçin ona qarşı dələduzluq edərək ona verdiyi 250000 manat pulu və süni balıq gölündən götürdüyü dəqiq bilmədiyi gəliri öz şəxsi məsrəflərinə xərcləmişdir. Buna görə də o, ##.##.2021-ci il tarixdə Salyan RPŞ-yə ərizə ilə müraciət edərək bu barədə məlumat vermişdir. Hazırda onun şikayəti əsasında Bakı şəhəri Səbail rayon prokurorluğunda Zahir barəsində cinayət işi başlanılmışdır. Buna görə də Şirvan Kommersiya Məhkəməsində olan mulki işi onun qazanmamağı üçün Elçin qərəzli olaraq şikayət edərək qərarı ləğv etdirmişdir; Salyan RPŞ-in istintaq bölməsinin müstəntiqi R İbrahimov Şəhriyar Adil oğlunun ##.##.2025-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərarı ilə toplanmış material üzrə əməldə cinayət tərkibi olmaması əsası ilə cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarında olan X1, Cavabdeh, X16 və X17 tərəfindən tərtib edilmiş ##.##.2023cü il tarixli aktın surətindən görünür ki, 2021-ci ilin oktyabr ayında fiziki şəxs kimi fəaliyyət göstərən Mahir Əhədov tərəfindən Salyan rayonu ərazisində yerləşən Babazənən asudə dövlət fondu torpağında balıq məhsullarının istehsalı ilə məşğul olan fiziki şəxs Cavabdeh çəki balığı satılmışdır. Qanuni qüvvəyə minmiş Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ##.##.2025-ci il tarixli *(***)-***/**** saylı qətnaməsindən aşağıdakılar müəyyən olunur: İddiaçı Cavabdeh cavabdehlər İddiaçı və Cəfərov Gülbala İlyas oğluna qarşı "dəymiş maddi ziyanın və əldən çıxmış faydanın ödənilməsi" tələbinə dair iddia ərizəsi ilə Salyan Rayon Məhkəməsinə müraciət edərək, dəymiş maddi ziyana görə 177600 manat, əldən çıxmış faydaya görə 240000 manat, ödənilmiş dövlət rüsumuna görə 468 manat olmaqla, cəmi 418068 manat məbləğində pulun cavabdehlərdən alınaraq xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi maddi ziyan hissədə tərəfindən süni balıq göllərində aparılan yaxşılaşdırma işlərinə, balıqların alınmasına, yemlənməsinə, saxlanılmasına çəkilən xərclərlə, əldən çıxmış fayda hissədə isə balıqların cavabdeh tərəfindən satılması nəticəsində qazancdan məhrum edilməsi ilə əsaslandırılmışdır; Salyan Rayon Məhkəməsinin ##.##.2023-cü il tarixli 2(057)-522/2023 sayl qətnaməsi ilə iddia qismən təmin olunaraq cavabdeh İddiaçı dəymiş maddi ziyana görə 177600 manat, əldən çıxmış faydadaya görə 107100 manat olmaqla, ümumilikdə 285168 manat məbləğində pulun tutulub iddiaçı Cavabdeh ödənilməsi, iddianın qalan hissədə təmin olunmaması qət edilmişdir; Qətnamə iddiaçı Cavabdeh tərəfindən iddianın təmin olunmayan hissəsində, cavabdeh İddiaçı tərəfindən isə iddianın təmin olunan hissəsində apellyasiya qaydasında mübahisələndirilmişdir; İddiaçı Cavabdeh apellyasiya şikayəti təmin olunmamış, cavabdeh İddiaçı apellyasiya şikayəti təmin olunaraq, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iddia rədd edilmişdir. Məhkəmə gəldiyi nəticəni iddiaç tərəfindən cavabdehlərin ona maddi ziyan vurmasına, faydadan məhrum edilməsinə dair birinci instansiya məhkəməsinə mötəbər və təkzibolunmaz sübutların təqdim olunmaması ilə əsaslandırmışdır. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi ilə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Hüquqlarının və X36 haqqında Avropa Konvensiyasının 6-cı maddəsinə görə, hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən məhkəmə vasitəsi ilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 6.2-ci maddəsində nəzərdə tutulmuşdur ki, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 21.2.-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 386.1.-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 390.1.-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 390.4-cü maddəsinə əsasən, tərəflər bu Məcəllədə nəzərdə tutulmuş müxtəlif müqavilələrin ünsürlərini əhatə edən müqavilə (qarışıq müqavilə) bağlaya bilərlər. Tərəflərin razılaşmasından və ya qarışıq müqavilənin mahiyyətindən ayrı hal irəli gəlmirsə, qarışıq müqavilə üzrə tərəflərin münasibətlərinə qarışıq müqavilədə ünsürləri olan müqavilələrə dair qaydalar müvafiq hissələrdə tətbiq edilir. 390.5-ci maddəsinə əsasən, müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir, amma müvafiq şərtin məzmununun bu Məcəllədə göstərildiyi hallar istisna təşkil edir. 404-cü maddəsinə əsasən, müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. Əgər müqavilənin ayrı-ayrı ifadələri müxtəlif cür təfsir edilə bilərsə, müqaviləni bağlamış tərəflərin yaşayış yerində adətən qəbul olunmuş mənaya üstünlük verilir. Tərəflərin yaşayış yerləri müxtəlif olduqda, akseptantın yaşayış yeri həlledici sayılır. Müqavilədə bir-birini istisna edən və ya çoxmənalı ifadələr olduqda, müqavilənin məzmununa digərlərindən daha çox uyğun gələn mənaya üstünlük verilməlidir. Qarışıq müqavilələr təfsir edilərkən, icranın mahiyyətinə daha yaxın olan və ona uyğun gələn müqavilələr haqqında normalar tətbiq edilir. 324.1-ci maddəsinə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 329.2 və 329.3-cü maddələrinə əsasən, əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 89.1-ci maddəsinə əsasən yazılı sübutlar - iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. 217-ci maddəsinin tələblərinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır (217.1), qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (217.3), bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (217.5). Üç ulduzla indeksləşdirilmiş *(***)-***/**** saylı qərarında kassasiya instansiyası məhkəməsinin mövqeyi belədir ki, mülki hüquqda faktlar dedikdə mülki-hüquq münasibətlərinin əmələ gəlməsinin, dəyişdirilməsinin və ya xitam olunmasının əsası kimi mülki qanunvericilikdə nəzərdə tutulan hallar başa düşülür. Başqa sözlə faktlar mülki-hüquqi nəticələrin baş verməsi ilə mülki qanunvericiliyin əlaqələndirdiyi və bağladığı həyati hallardır. Bu faktlar olmadan hər hansı bir mülki-hüquq münasibətinin əmələ gəlməsi, dəyişdirilməsi və ya xitam olunması mümkün deyildir. Yalnız məhkəmə tərəfindən qanunla nəzərdə tutulmuş qaydada müəyyən edilmiş, yoxlanılmış və qiymətləndirilmiş faktlar preyudisial əhəmiyyət daşıyır. Mülki prosessual qanunvericiliyə görə isə məhkəmə tərəfindən faktların, halların müəyyən edilməsi, yoxlanılması və qiymətləndirilməsi yalnız məhkəmə aktının əsaslandırıcı hissəsində öz əksini tapmalıdır. Qətnamənin əsaslandırıcı hissəsi baxılan işin mahiyyəti üzrə nəticə çıxarılması üçün əsas yaradaraq mühüm əhəmiyyət daşıyır. Məhkəmə qərarının preyudisiallığı qanuni qüvvəyə minmiş məhkəmə qərarının əsaslandırıcı hissəsində müəyyənləşdirilmiş faktların və hüquq münasibətlərinin işdə iştirak edən şəxslər tərəfindən yenidən mübahisələndirilməsinin, məhkəmə üçün isə onların başqa prosesdə araşdırılmasının və təkzib edilməsinin mümkünsüzlüyünü nəzərdə tutur. Qeyd olunmalıdır ki, istintaq və təhqiqat orqanlarının heç bir qərarı mülki iş üzrə preyudisial əhəmiyyət daşımır və MPM-in 82-ci maddəsində preyudisial halları və faktları əks etdirən məhkəmə aktlarının dəqiq dairəsi müəyyən edilib. Belə ki, sözügedən normada sübut etməkdən azad olmaq üçün konkret əsaslar müəyyən edilib göstərilib və həmin normada istənilən başqa aktlar, məsələn inzibati aktlar, istintaq, prokurorluq orqanlarının aktları, habelə müxtəlif dövlət orqanlarının aktları, eləcə də inzibati xətalara dair işlər üzrə məhkəmə aktları deyil, məhz mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarları ilə müəyyən edilən faktlar preyudisial faktlar sayılır. Yəni, məhz sözügedən məhkəmə aktlarında əks olunmuş, araşdırılmış, qiymətləndirilmiş, tələbin və (və ya) etirazların predmetinə aid olan faktlar, işdə iştirak edən şəxslər tərəfindən başqa işə baxılarkən yenidən mübahisələndirilə bilməz və həmin faktların sübuta ehtiyacı yoxdur. Baxılan işdə iddiaçının gətrdiyi əsaslandırma məhz cinayət təqibi orqanının ləğv edilmiş ##.##.2021-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsinə dair qərarında müəyyən etdiyi faktiki hallar, cavabdehin həmin zaman vermiş olduğu izahatı ilə bağlıdır. Kollegiya ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, istintaq və təhqiqat orqanlarının heç bir qərarı mülki və kommersiya mübahisələri üzrə preyudisial əhəmiyyət daşımır. İstintaq və təhqiqat orqanının qərarına istinadla əsaslandırılmış tələb iddiaçı tərəfindən təqdim edilən digər sübutlarla təsdiq olunmadığı halda, birmənalı olaraq iddianın təmini üçün əsas ola bilməz. Mübahisə tərəfləri arasında balıqçılıq təsərrüfatı ilə bağlı şəriklik münasibətlərinin olduğu işin halları ilə müəyyən olunsa da, razılaşmanın mübahisənin həlli üçün əhəmiyyətli olan bəzi mühüm şərtləri, maliyyə vəsaitinin kim tərəfindən qoyulması, gəlir və zərərin bölüşdürülməsi və s. kimi hallar barədə fərqli mövqelər bildirilmiş, tərəflər tələb və etirazlarının əsası kimi istinad etdikləri halları təsdiqləyəcək zəruri, mötəbərliyi şübhə doğurmayan sübutlar (yazılı müqavilə, mühasibat uçotu sənədləri, audit rəyləri və s.) təqdim etməmişlər. İddiaçı şəriklik münasibətlərində olduğu cavabdeh Cavabdeh süni balıq göllərinin inkişafı, təsərrüfatın genişləndirilməsi məqsədilə verdiyi pul vəsaitlərinin sonuncu tərəfindən mənimsənilməsinə istinadla pul tələb etdiyindən, həmin fəaliyyət üzrə gəlir və zərər nəzərə alınmaqla, cavabdehin iddiaçı qarşısında pul öhdəliyinin mövcud olmasını sübut etmək yükü bütövlükdə iddiaçının üzərinə düşür. İş materiallarından iddiaçının iddia etdiyi qaydada şəriklik fəaliyyətinin həyata keçirilməsini (maliyyə vəsaitinin yalnız iddiaçı tərəfindən qoyulması, cavabdehin heç bir vəsait qoymadan yalnız icraçı olması və.s ), eləcə də cavabdehin iddia olunan pul öhdəliyini şərtlənləndirən “əsaslı şübhələr yaratmayan” mötəbər sübutların olması müəyyən edilmir. Əksinə, iş materialları müəyyən olunur ki, Cavabdeh verilmiş vəsait birbaşa süni balıq gölünün salınmasına, saxlanılmasına, balıqların alınmasına, yem təminatına, işçilərin əmək haqqına və digər təsərrüfat xərclərinə yönəldilmişdir. 23 ha ərazidə sıfırdan balıq gölünün yaradılması, gölün yollarının düzəldilməsi, balıq gölünü qorumaq və orada təsərrüfat aparmaq üçun 4x12 olmaqla yaşayış binasının tikilməsi, 6x20 metr ölçüdə qaz saxlanılması üçün dam tikilməsi, gölün işıqla təmin olunması üçün işıq dirəkləri və elektrik kabelinin alınaraq quraşdırılması işin mübahisəsiz hallarıdır. Salyan RPŞ tərəfindən təqdim edilmiş İddiaçı Cavabdeh barəsində etdiyi müraciətlər əsasında toplanmış RM-204-21-İB nömrəli rədd materialında olan ##.##.2021, ##.##.2021, ##.##.2021 tarixli raportların, eləcə də, İddiaçı ##.##.2021-ci il tarixli ərizəsinin məzmunlarından görünür ki, cavabdeh Cavabdeh tərəfindən göldəki balıqların tutularaq satşının təşkil olunmasına cəhdlər edilmiş, lakin iddiaçı İddiaçı DİN 102 xidmətinə zəng edərək bunun qarşısını almağa müvəffəq olmuş, göllər satış üçün hazırlanmış balıqlarla dolu sonuncunun nəzarətinə keçmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının qanuni qüvvəyə minmiş ##.##.2025-ci il tarixli *(***)-***/**** saylı qətnaməsində istinad olunan Salyan Rayon Məhkəməsinin ##.##.2022-ci il tarixli *(***)-****/**** saylı və ##.##.2022-ci il tarixli *-*(***)-**/**** saylı müvəqqəti təminat tədbirlərinin görülməsinə dair qərardadlardan da görünür ki, iddiaçı İddiaçı Mərsədir oğlunun və mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxs Cəfərov Gülbala İlyas oğlunun ərizələri əsasında ilkin olaraq cavabdeh Cavabdeh və digər şəxslərə balıqların göllərdən göllərə yerdəyişməsinin həyata keçirillməsi, yemlənməsi istisna olmaqla ovlanması, sonrakı mərhələdə isə göllər olan torpaq sahəsinə girişi və göllərdən istifadəsi qadağan edilmişdir. Bütün sadalananlar isə onu deməyə əsas verir ki, iddiaçı İddiaçı tərəfindən verilən vəsaitlər sahibliyində olan torpaq sahəsində balıqçılıq təsərrüfatının inkişaf etdirilməsinə, şəraitin yaradılmasına, balıqların alınmasına, yem təminatına, işçilərin əmək haqqına və digər təsərrüfat xərclərinə yönəldilmiş, aparılan yaxşılaşdırmalarla yanaşı, göllər satış üçün yetişdirilmiş balıqlarla birlikdə İddiaçı sahibliyinə keçmişdir. Kommersiya münasibətləri digər mülki münasibətlərdən fərqli olaraq daha sistemli, mürəkkəb, gəliryönümli, risk və məsuliyyət daşıyan fəaliyyət olduğundan, bu münaibətlərdən irəli gələn mübahisələr üzrə sübutetmə standartları (yazılı müqavilənin mövcudluğu, mühasibat uçotu sənədləri, audit rəyləri, vergi bəyannamələri, bank əməliyyatları və s.) daha yüksəkdir. Lakin cinayət təqibi orqanının ləğv edilmiş “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarında yer alan, cavabdehin isə polisdə diktə altında verdiyini bildirdiyi ilkin izahatından savayı, iddiaçı tərəfindən cavabdehlə şərikli münasibətlərindən cavabdehin ona borcunun yaranmasını təsdiq edə biləcək, mötəbərliyi şübhə doğurmayan hər hansı bir əlavə sübut verilməmişdir. Əksinə cavabdehin iddiaçıya qarşı "dəymiş maddi ziyanın və əldən çıxmış faydanın ödənilməsi" tələbinə dair məhkəmə mübahisəsi olmuş, həmin iş üzrə də, iddia tələbi sübuta yetməməsi əsası ilə rədd edilmişdir. Hazırki işin materialları ilə də, iddiaçının zərərə məruz qalması, balıq göllərinin inkişafı, təsərrüfatın genişləndirilməsi məqsədilə verdiyi pul vəsaitlərinin cavabdeh tərəfindən mənimsənilməsi təsdiqini tapmır. Məhkəmə kollegiyası qeyd edir ki, iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa, hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazrki halda iddiaçının iddia tələbinin faktiki əsası(faktiki hallar) onun qanuni əsasının dizpozisiya şərtləri ilə uzlaşmır. Cavabdeh tərəf birinci instansiya məhkəməsinin qətnaməsini 2 əsasla, birincisi iddianın əsassız olmasından, ikincisi isə iddia müddətinin ötürülməsindən dolayı mübahisələndirmişdir. Aparılmış araşdırmanın nəticəsi olaraq iddianın əsassız olması təsdiqini tapdığından, ikinci əsas üzrə qətnamənin qanuniliyinin yoxlanılmasına lüzum qalmır. Hərçənd ki, iddianın əsaslı olması sübuta yetirilmiş olsaydı, mübahisə predmeti üzrə iddia müddətinin tətbiqi üçün yetərincə əsaslar iş materiallarında vardır. Belə ki, iddiaçı tərəf iddia müddətinin tətbiqinə dair ərizəyə münasibətdə tərəflərindən bir-neçə dəfə məhkəmədə iddia qaldırıldığını, sonuncu dəfə ##.##.2023-cü il tarixli qərardadla iddialarının baxılmamış saxlanıldığını bildirərək, müddətin axımının məhz sonuncu qərardadın tarixindən hesablanmalı olmasını qeyd etmişdir. Kollegiya iddiaçı tərəfin gətirdiyi həmin əsaslandırmaya münasibətdə bildirir ki, iddianın irəli sürülməsi iddia müddətinin axımının kəsilməsinə səbəb olmur və iddia irəli sürüldüyü gündən baxılmamış saxlanıldığı günədək olan müddət başlanmış iddia müddətindən çıxılmır. Belə ki, "Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ##.##.2024cü il tarixli Qərarının 9.7.-ci bəndində qeyd olunan məsələyə aydınlıq gətirilərək göstərilmişdir ki, ər-arvadın ümumi əmlakının bölünməsinə dair iddia baxılmamış saxlanıldığı halda, Mülki Məcəllənin 381.1-ci maddəsində müəyyən edilən nəticə yaranır və iddia irəli sürülənədək başlanmış iddia müddətinin axımı ümumi qaydada davam edir. Yəni həmin iddianın irəli sürülməsi artıq iddia müddətinin axımının kəsilməsinə səbəb olmur və iddia irəli sürüldüyü gündən baxılmamış saxlanıldığı günədək olan müddət başlanmış iddia müddətindən çıxılmır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1.-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsinin əsaslarıdır. Kollegiya hesab edir ki, apellyasiya şikayətinin dəlilləri məhkəmə araşdırmasının nəticəsi olaraq öz təsdiqini tapdığından təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunaraq iş üzrə iddianın rədd edilməsinə dair yeni qətnamə qəbul edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 382, 384.0.2, 393, 402.1 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Apellyasiya şikayəti təmin edilsin. Şirvan Kommersiya Məhkəməsinin ## ###### 2025-ci il tarixli e-*-*(***)-***/**** saylı qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “pul” tələbinə dair iddiası rədd edilsin. İş üzrə ödənilmiş dövlət rüsumları tərəflərin özlərinə aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasına “Elektron məhkəmə” informasiya sistemi üzərindən qanunla müəyyən olunan qaydada kassasiya şikayəti verilə bilər. Həmin müddətdə şikayət verilməzsə, qətnamə qanuni qüvvəyə minir. Sədrlik edən: Tale Kərimov Hakimlər: Cahid İmanov Qasım Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar