Azərbaycan Respublikası adından Qətnamə Naxçıvan şəhəri İş № 2(3-1)-157/2026 10.09.2026 NAXÇIVAN MR ALI MƏHKƏMƏSI Mülki Kollegiyası Iddiaçı İddiaçı cavabdehlər cavabdeh12, cavabdeh11, cavabdeh10, cavabdeh9, cavabdeh8, cavabdeh7, cavabdeh1, cavabdeh6, cavabdeh5, X4, X5, Budaqova (Əhmədova) Laləzər Əli qızına və cavabdeh2 qarşı mirasın qəbulu və payın müəyyən olunması tələbinə dair mülki iş üzrə (Açar söz: Mirasın qəbulu və miras əmlaka payların müəyyən edilməsi tələbi) Hakimlər Allahverdiyev Mehman Dünyamalı oğlu (sədrliyi və məruzəsi ilə), Əliyev Zamiq Xudaverdi oğlu və X26 ibarət tərkibdə, X11 məhkəmə iclas katibliyi, iddiaçı İddiaçı, iddiaçının vəkil və nümayəndəsi Vəkil, cavabdehlər Budaqova (Əhmədova) Laləzər Əli qızının, cavabdeh7 və cavabdeh5 iştirakları ilə, iddiaçı İddiaçı cavabdehlər cavabdeh12, cavabdeh11, cavabdeh10, cavabdeh9, cavabdeh8, cavabdeh7, cavabdeh1, cavabdeh6, cavabdeh5, X4, X5, Budaqova (Əhmədova) Laləzər Əli qızına və cavabdeh2 qarşı mirasın qəbulu və payın müəyyən olunması tələbinə dair mülki iş üzrə Naxçıvan Şəhər Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-**)-**/**** nömrəli qətnaməsindən iddiaçı İddiaçı və onun vəkil-nümayəndəsi Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti üzrə mülki işə Naxçıvan MR Ali Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İ. Işin halları
1. Iddia ərizəsinə əlavə olunmuş Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “xxxx” X6 tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan aydın olur ki, ünvan 3 ünvanında yerləşən 0.0665 ha torpaq sahəsinin və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 214.5 m2 olan fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə İddiaçı Cəfər oğlunun adına daşınmaz əmlakın dövlət reyestrində **/** nömrəli reyestr kitabının ***** nömrəli vərəqində qeydiyyata alınmışdır.
2. Iddia ərizəsinə əlavə olunmuş Naxçıvan şəhər * saylı Nikah Evi tərəfindən verilmiş arayışda qeyd olunmuşdur ki, mərhum İddiaçı Cəfər oğlunun arvadı cavabdeh1 Abbas qızı (vəfat edib), qızı X7 (##.##.1942) (vəfat edib), oğlu X1 (##.##.1948) (vəfat edib), oğlu X2 (##.##.1952) (vəfat edib), qızı X8 (##.##.1954) (vəfat edib), oğlu şahid1 (##.##.1956), qızı cavabdeh1zər Əli qızı (##.##.1958) (vəfat edib), qızı cavabdeh1zər Əli qızı (##.##.1960) və qızı cavabdeh3 (##.##.1963) ibarət vərəsələri vardır.
3. Iddia ərizəsinə əlavə olunmuş Naxçıvan şəhər * saylı Nikah Evi tərəfindən verilmiş arayışda qeyd olunmuşdur ki, mərhum X2 arvadı cavabdeh8 (##.##.1955), qızı cavabdeh7 (##.##.1980), qızı cavabdeh1 (##.##.1986), qızı cavabdeh6 (##.##.1987) və oğlu İddiaçı (##.##.1991) ibarət vərəsələri vardır.
4. Iddia ərizəsinə əlavə olunmuş Naxçıvan şəhər * saylı Nikah Evi tərəfindən verilmiş arayışda qeyd olunmuşdur ki, mərhum X1 arvadı cavabdeh12 (##.##.1946), qızı X12 (##.##.1969), qızı cavabdeh11 (##.##.1974), qızı cavabdeh2 (##.##.1976), qızı X9 (##.##.1977), qızı cavabdeh9 (##.##.1978) və oğlu cavabdeh10 (##.##.1980) ibarət vərəsələri vardır.
5. Iddia ərizəsinə əlavə olunmuş Naxçıvan şəhər * saylı Nikah Evi tərəfindən verilmiş arayışda qeyd olunmuşdur ki, mərhum X8 qızı cavabdeh5 (##.##.1977) və oğlu X4 (##.##.1979) adlı vərəsələri vardır.
6. Iddia ərizəsinə əlavə edilmiş Naxçıvan Regional “ASAN xidmət” mərkəzi Kommunal (Qaz) Xidməti tərəfindən verilmiş ## ######## 2025-ci il tarixli arayışa əsasən, ünvan 5 ünvanında qaz sayğacı G4 markalı smart tipli zavod nömrəsi (26075349) olan qaz alqı satqısı müqaviləsi ##.##.2006-cı ildə X2 adına bağlanmış, ##.##.2012-ci il tarixində vəfat etmiş və həmin ildən qaz ödənişləri İddiaçı tərəfindən ödənilir.
7. Iddia ərizəsinə əlavə edilmiş Naxçıvan Regional “ASAN xidmət” mərkəzi Kommunal (işıq) Xidməti tərəfindən verilmiş ## ######## 2025-ci il tarixli arayışa əsasən, Naxçıvan şəhəri Nağı Qəhrəmanov/14a ünvanına ##.##.2016-cı il tarixdə quraşdırılan sayğac nömrəsi 70421972 olan smart tipli elektrik sayğacın müqaviləsi mərhum X2 adına bağlanmışdır. Ödənişlər İddiaçı tərəfindən ödənilir və sonuncu ödəniş ##.##.2025-ci ildə ödənilmişdir.
8. Iddia ərizəsinə əlavə edilmiş İddiaçı ilə şahid1 arasında bağlanmış ## ###### 2024cü il tarixli miras payının satılması haqqında müqavilədən görünür ki, İddiaçı ilə şahid1 şahid1 ##.##.1988-ci il tarixdə vəfat etmiş İddiaçı Cəfər oğlundan miras qalmış payını İddiaçı satması, satılan əmlakın ##.##.1988-ci il tarixdə vəfat etmiş İddiaçı Cəfər oğlundan miras qalmış mirasın tərkibinə daxil olan bütün əmlakdan, vərəsə şahid1 çatası vərəsəlik hüququ üzrə paydan ibarət olması və İddiaçı satılan miras payının dəyərini 45000 (qırx beş min) manat məbləğində pul vəsaitini notariusun depozit hesabı vasitəsi ilə şahid1 ödəməsi barədə razılaşmışlar. II. Birinci instansiya məhkəməsində icraat
9. Iddiaçı İddiaçı cavabdehlər cavabdeh12, cavabdeh11, cavabdeh10, cavabdeh9, cavabdeh8, cavabdeh7, cavabdeh1, cavabdeh6, cavabdeh5, X4, X5, Budaqova (Əhmədova) Laləzər Əli qızına və cavabdeh2 qarşı iddia ərizəsi ilə Naxçıvan Şəhər Məhkəməsinə müraciət edərək, mərhum atası X2 tərəfindən sağlığında atası İddiaçı Cəfər oğlundan miras qalmış ünvan 1 ünvanında yerləşən 0.0665 ha. torpaq sahəsi və həmin torpaq sahəsi üzərində ümumi sahəsi 214.5 kv.m olan 1 mərtəbəli fərdi yaşayış evinin-miras əmlakın qəbulu faktının təsdiq olunması, İddiaçı tərəfindən atası X2 tərəfindən sağlığında qəbul etdiyi (İddiaçı Cəfər oğlundan miras qalmış ünvan 1 ünvanında yerləşən 0.0665 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində ümumi sahəsi 214.5 kv.m olan 1 mərtəbəli fərdi yaşayış evi) qəbul etdiyi miras əmlakın qəbul edilməsi faktının təsdiq olunması və İddiaçı tərəfindən atası X2 tərəfindən sağlığında qəbul etdiyi (İddiaçı Cəfər oğlundan miras qalmış ünvan 1 ünvanında yerləşən 0.0665 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində ümumi sahəsi 214.5 kv.m olan 1 mərtəbəli fərdi yaşayış evi) qəbul etdiyi miras əmlakda payının müəyyən olunması və bütün miras kütləsinə şamil olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
10. Vəkil-nümayəndə iddia tələbi onunla əsaslandırmışdır ki, İddiaçı mərhum atası X2 və mərhum babası İddiaçı Cəfər oğlundan miras qalmış ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evini vərəsəlik qaydasında sənədləşdirərək öz adına miras əmlakı qəbul etmək və daşınmaz əmlakı öz adına qeydiyyata aldırmaq istəyir. Nümayəndəsi olduğu şəxsin babası İddiaçı Cəfər oğlu ##.##.1988-ci ildə vəfat etmiş, nümayəndəsi olduğu şəxsin atası X2 isə ##.##.2012-ci ildə vəfat etmişdir. Hal-hazırda ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi İddiaçı Cəfər oğlunun adına qalmaqda davam edir. X2 bütün həyatının (xüsusən atası rəhmətə getdiyi gündən 6 ay müddətində, məlumdur ki, AR Mülki Məcəlləsinə görə (hal-hazırda həmin normalar qüvvədən düşmüşdür) mirasın qəbuluna 6 aydan sonra yol verilmir) həmin fərdi yaşayış evində yaşamış, orada qeydiyyatda olmuş, kommunal ödənişlər etmiş, eyni zamanda nümayəndəsi olduğu İddiaçı da həmin fərdi yaşayış evində yaşamış (atasının ölümündən sonra da) və hal-hazırda da həmin fərdi yaşayış evində yaşamaqda davam edir. Eyni zamanda həmin fərdi yaşayış evinin pasport qeydiyyatında dayanır. Buna görə də qanunla müəyyən olunmuş müddətdə həm nümayəndəsi olduğu şəxsin atası sağlığında miras əmlakı (atasında münasibətdə) qəbul etmiş, həmçinin nümayəndəsi olduğu şəxs də atasının sağlığında qəbul etdiyi miras əmlakı faktiki yaşamaqla və idarə etməklə qəbul etmişdir. İddiaçı Cəfər oğlunun cavabdeh1 Abbas qızı (həyat yoldaşı) (vəfat edib), X1 (oğlu) (vəfat edib), X2 (oğlu) (vəfat edib), X7 (qızı) (vəfat edib), X8 (qızı) (məhkəmə qətnaməsi ilə ölmüş elan edilib), şahid1 (oğlu), cavabdeh1zər Əli qızı (qızı) (vəfat edib), cavabdeh1zər Əli qızı (qızı) və cavabdeh3 (qızı) adlı vərəsələri vardır. X2 cavabdeh8 (həyat yoldaşı), cavabdeh1 (qızı), cavabdeh6 (qızı) və İddiaçı (oğlu) adlı vərəsələri vardır. Nümayəndəsi olduğu şəxs qeyd edilən miras əmlakı faktiki idarə etməklə, faktiki yaşamaqla mirası faktiki olaraq qəbul etmişdir. Bu gün də ərizəçi hazırda orada yaşayır. Bütün kommunal xərclər də onun tərəfindən ödənilmişdir. Qeyd edilən məsələnin həlli ilə bağlı müvafiq notariat ofisinə yazılı surətdə müraciət edilsə də, bununla bağlı ərizəyə imtina cavabı verilmiş və məhkəməyə müraciət etməli olduqları onlara bildirilmişdir.
11. Cavabdeh Budaqova (Əhmədova) Laləzər Əli qızı ## ###### 2026-cı il və ## ###### 2026-cı il tarixlərində məhkəməyə eyni məzmunlu ərizələr göndərərək qeyd etmişdir ki, miras qoyan şəxs vəfat etdikdən sonra o, mübahisəli yaşayış sahəsində uzun müddət – beş ildən artıq fasiləsiz şəkildə yaşamış, yaşayış sahəsindən sahib kimi istifadə etmiş və mirası faktiki olaraq qəbul etmişdir. Bu hal yaşayış faktları və iş materiallarında mövcud olan rəsmi sənədlərlə təsdiqlənir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin müvafiq normalarına əsasən, mirasın faktiki qəbul edilməsi vərəsəlik hüququnun yaranması üçün kifayət edir və bu hüququ sonradan itirilə bilməz. Bu baxımdan, özünün miras əmlakda qanuni pay hüququ mövcuddur və qorunmalıdır. Miras əmlak üzrə mübahisəyə baxılarkən onun mirası faktiki qəbul etmiş vərəsə kimi hüquqi statusu və pay hüququnun nəzərə alınmalı olduğunu hesab edir.
12. Həmçinin cavabdeh Budaqova (Əhmədova) Laləzər Əli qızı 19 fevral, 24 fevral və ## #### 2026-cı il tarixlərində məhkəməyə eyni məzmunlu ərizələr təqdim edərək iddiaçının mübahisəli torpaq sahəsinin bütövlükdə atasına məxsus olması və onun adına keçirilməsi barədə tələbi ilə razı olmadığını bildirmişdir. Cavabdehin bildirdiyinə görə, mübahisə predmeti olan torpaq sahəsi miras əmlakıdır və bir neçə mirasçı arasında bölünməlidir. Torpaq sahəsində üç yaşayış evi mövcuddur. Birinci ev onun doğulduğu və ərə gedənədək yaşadığı, hazırda istifadə olunmayan evdir. Ikinci ev iddiaçının atasına ayrılmış hissə əsasında sonradan genişləndirilmiş tikilidir. Üçüncü ev isə digər mirasçı tərəfindən torpaq sahəsinin bir hissəsində inşa edilmişdir. Cavabdeh anası vəfat etdikdə 18 yaşında olduğunu, atası birinci dərəcəli əlil və görmə qabiliyyəti olmayan şəxs olduğundan onun gündəlik qayğısını və ehtiyaclarını təmin etdiyini, atasının vəfatınadək onunla birlikdə həmin evdə yaşadığını bildirmişdir. Atasının ölümündən sonra isə 5 il 5 ay həmin evdə fasiləsiz yaşamış və kommunal ödənişləri özü həyata keçirmişdir. Hesab edir ki, bu hallar onun mirası faktiki qəbul etdiyini təsdiq edir. Iş materiallarında olan notariat qaydasında təsdiq edilmiş “Miras payının satılması” müqaviləsinin də torpaq sahəsinin bir neçə mirasçıya məxsus olduğunu təsdiq edir. Mirasın bölünməsinə etiraz etmədiyini, yalnız bölgü zamanı doğulduğu və uzun illər yaşadığı birinci evin ona düşən miras payı daxilində nəzərə alınmasını xahiş edən cavabdeh, torpaq sahəsi üzrə mülkiyyət hüququ rəsmiləşdirildiyi halda, hər bir mirasçının payı saxlanılmaqla ümumi mülkiyyət formasında rəsmiləşdirilməsinə razı olduğunu bildirmişdir.
13. Məhkəmə iclasında şahid qismində dindirilən şahid4 ifadəsində 40 ildir ki, həmin məhəllədə yaşadığını, iddiaçının atasını, babasını həmin həyətdə gördüyünü, iddiaçının babasının təxminən 1988-1989-cu illərdə vəfat etdiyini, onlardan başqa həmin həyətdə başqa heç kimi görmədiyini, iddiaçının babası öləndən sonra Rəhimi də həmin evdə gördüyünü, ancaq onu çox görmədiyini, özünün həmin evdə Laləzəri görmədiyini bildirmişdir.
14. Məhkəmə iclasında şahid qismində dindirilən şahid3 ifadəsində özünün 1970-ci illərdə də həmin məhəllədə yaşadığını, sonra 1983-cü ildə evlənib daimi ora köçdüyünü, özünün həmin evdə Kərimi, qardaşı Rəhimi gördüyünü, Kərimin atasının qismən yadına gəldiyini, o vəfat etdikdən sonra da həmin evdə Kərimin və qardaşı Rəhimin yaşadığını, onların uşaqlarının da orada yaşadıqlarını, özünün Laləzəri orada görmədiyini, qadınların üzünə baxmadığını bildirmişdir.
15. Məhkəmə iclasında şahid qismində dindirilən şahid2 ifadəsində indiki Əlincə məhəlləsində, əvvəl ikinci mikrorayon adlanan yerdə yaşadıqlarını, Güllərin, Zaurun və Ruhiyyənin də həmin məhəllədə kirayədə yaşadıqlarını, onlarla qonşu olduqlarını, Güllərin uşaqları ilə birlikdə 1987-1992-ci illər ərzində orada yaşadıqlarını, qonşu olduqlarını, Zaurla birlikdə oynadıqlarını, özlərinin 3-cü mərtəbədə yaşadıqlarını, Güllərgilin isə 1-ci mərtəbədə Atlas və Ramazan adlı şəxslərin evində kirayədə yaşadıqlarını bildirmişdir.
16. Məhkəmə iclasında şahid qismində dindirilən şahid1 ifadəsində Laləzərin özünün bacısı olduğunu, atası öldükdən sonra ondan miras qalan əmlakda bacısı Laləzərin, özünün, qardaşı Kərimin yaşadığını, özünün də həmin həyətdə başqa ev tikib orada yaşadığını, atası öləndən sonra da bacısı Laləzərin həmin evdə yaşadığını, özünün miras payını qardaşı oğlu Əliyə satdığını, 45000 manata satdığını, əslində ona 150000 manatlıq ev verdiyini, Laləzərin atasına baxdığını, Güllərin də atası ölmədən əvvəl də, atası öləndən sonra da həmin evdə yaşadığını bildirmişdir.
17. Naxçıvan Şəhər Məhkəməsinin (işə baxan hakim Gülsüm Əliyeva) ## ### 2026-cı il tarixli, *(*-**)-**/**** nömrəli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, X2, Budaqova (Əhmədova) Laləzər Əli qızı və X8 mərhum İddiaçı Cəfər oğlunun vəfatından sonra ondan qalmış miras əmlakı, yəni ünvan 3 ünvanında yerləşən 0.0665 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 214.5 m2 olan fərdi yaşayış evindən ibarət daşınmaz əmlakı qəbul etmələri faktının müəyyən edilməklə, mərhum İddiaçı Cəfər oğlunun vəfatından sonra ondan qalmış miras əmlakda, yəni ünvan 3 ünvanında yerləşən 0.0665 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 214.5 m2 olan fərdi yaşayış evindən ibarət daşınmaz əmlakda X2 1/4 hissədə, Budaqova (Əhmədova) Laləzər Əli qızının 1/4 hissədə və X8 1/4 hissədə payının müəyyən edilməsi, İddiaçı mərhum X2 vəfatından sonra ondan qalmış miras əmlakı, yəni ünvan 3 ünvanında yerləşən 0.0665 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 214.5 m2 olan fərdi yaşayış evindən ibarət daşınmaz əmlakda olan 1/4 hissədə payını qəbul etməsi faktının müəyyən edilməklə, İddiaçı ünvan 3 ünvanında yerləşən 0.0665 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 214.5 m2 olan fərdi yaşayış evindən ibarət daşınmaz əmlakda 2/4 hissədə (atası X2 qalan 1/4 hissə payı qəbul etdiyindən, həmçinin şahid1 həmin miras əmlakda 1/4 hissədə payı olduğundan və şahid1 ilə İddiaçı arasında miras payının satılması haqqında müqavilə bağlanıldığından) payının müəyyən edilməsi, iddia tələbi qalan hissədə əsaslı olmadığından rədd edilməsi, iddia qismən təmin edildiyindən İddiaçı tərəfindən iddia qaldırılan zaman ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumunun 70 (yetmiş) manat hissəsinin cavabdehlər cavabdeh12, cavabdeh11, cavabdeh10, cavabdeh9, cavabdeh8, cavabdeh7, cavabdeh1, cavabdeh6, cavabdeh5, X4, X5, Budaqova (Əhmədova) Laləzər Əli qızı və cavabdeh2 müştərək qaydada tutularaq iddiaçı İddiaçı ödənilməsi qət edilmişdir.
18. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırmışdır ki, iddia ərizəsinə əlavə olunmuş və Naxçıvan şəhər Nikah evi tərəfindən verilmiş ## ######## 2025ci il tarixli çıxarışa əsasən İddiaçı Cəfər oğlu ## ###### 1988-ci il tarixdə hipertomiya səbəbi ilə Naxçıvan şəhərində vəfat etmiş və bu barədə ölüm haqqında akt qeydləri kitabında ## ###### 1988-ci il tarixdə qeyd aparılmışdır. Qeyd olunan hala əsasən iddiaçının İddiaçı Cəfər oğlunun vəfatından sonra ondan qalmış miras əmlakın, yəni ünvan 3 ünvanında yerləşən 0.0665 ha torpaq sahəsinin və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 214.5 m2 olan fərdi yaşayış evinin X2 tərəfindən faktiki olaraq qəbul edilməsi faktının müəyyən edilməsi tələbi miras qoyanın öldüyü vaxt qüvvədə olan maddi hüquq normalarına uyğun olaraq həll edilməlidir. Iddia tələbinin məhkəmədə araşdırılması zamanı miras qoyan İddiaçı Cəfər oğlu tərəfindən vəsiyyətnamə tərtib edilmədiyi müəyyən edilmişdir. Bu isə o deməkdir ki, hazırkı vəziyyətdə vərəsəliyin qanunla müəyyən edilmiş əsası tətbiq edilməlidir. Iddia tələbinin məhkəmə araşdırılması zamanı müəyyən olunur ki, X2, şahid1, Budaqova (Əhmədova) Laləzər Əli qızı və X8 Əli Cəfər oğlundan qalan mirası qeyri-formal üsulla qəbul etmişlər. Yəni onlar mirasa həm faktiki sahiblik etməklə, həm də onu faktiki idarə etməklə qəbul etmişlər. Məhkəmə cavabdeh Budaqova (Əhmədova) Laləzər Əli qızının və mərhum X8 mübahisəli əmlakda yaşamamaları və mirası qəbul etməmələri barədə iş üzrə verilmiş bəzi ifadələrə münasibətdə qeyd etmişdir ki, həmin ifadələr digər sübutlarla birlikdə qiymətləndirilməlidir və ayrıca götürüldükdə mübahisənin həlli üçün həlledici sübut kimi qəbul edilə bilməz. Belə ki, şahidlərdən bir qismi Laləzəri və Gülləri həmin evdə görmədiklərini bildirsələr də, məhkəmə hesab etmişdir ki, şəxsin konkret şahid tərəfindən müəyyən dövrdə müşahidə edilməməsi onun ümumiyyətlə həmin yaşayış yerində olmamasını və ya mirası faktiki qəbul etməməsini təsdiq edən mübahisəsiz hal sayıla bilməz. Şahid ifadələri qiymətləndirilərkən onların hadisələri hansı mənbədən bilmələri, hadisələrin baş verdiyi dövrdən uzun müddət keçməsi, şahidlərin hadisələri birbaşa müşahidə edib-etməmələri və ifadələrin digər sübutlarla uyğunluğu nəzərə alınmalıdır. Məhkəmə xüsusilə şahid şahid2 ifadəsinə münasibətdə qeyd etmişdir ki, həmin şahid Güllərin 1987-1992-ci illərdə uşaqları ilə birlikdə ikinci mikrorayon ərazisində kirayədə yaşadıqlarını, onlarla qonşu olduqlarını və Zaur və Ruhiyyə ilə birlikdə böyüdüklərini, oynadıqlarını bildirmişdir. Lakin eyni zamanda şahid X8 adını “Gülbəniz” əvəzinə “Ruhiyyə” kimi göstərmişdir. Məhkəmənin qənaətinə görə, şahidin müəyyən hadisələri uzun illər keçməsinə baxmayaraq dəqiq xatırladığını bildirdiyi halda, birlikdə yaşadıqlarını və yaxın münasibətdə olduqlarını qeyd etdiyi ailənin əsas üzvlərindən birinin (Güllərin qızı olan Gülbənizin) adını yanlış göstərməsi onun ifadəsinin etibarlılığına təsir edən mühüm haldır. Belə ki, şəxsin ailə ilə yaxın qonşuluq münasibətlərində olduğunu, birlikdə böyüdüklərini və oynadıqlarını bildirməsinə baxmayaraq ailə üzvünün adını səhv bilməsi həmin ifadənin tam dəqiqliklə qəbul edilməsini mümkünsüz edir. Digər tərəfdən, məhkəmə hesab edir ki, şahidin X8 müəyyən dövrdə kirayədə yaşaması barədə göstərdiyi hal belə X8 ümumiyyətlə mübahisəli miras əmlakda yaşamamasını və ya mirası qəbul etməməsini təsdiq etmir. Çünki şəxsin müəyyən müddətdə başqa ünvanda kirayədə yaşaması onun miras əmlak üzərində əvvəlki və ya sonrakı faktiki sahiblik münasibətlərini istisna etmir. Iş materialları ilə müəyyən olunur ki, X8 atasının sağlığında və vəfatından sonra müəyyən müddət mübahisəli həyətdə yaşamış, həmin əmlakdan istifadə etmişdir. Bu hallar həm cavabdeh Budaqova (Əhmədova) Laləzər Əli qızının, həm də şahidşahid1 ifadələri ilə təsdiq olunmuşdur. Belə ki, şahid şahid1 açıq şəkildə bildirmişdir ki, bacısı Güllər atasının sağlığında da, ölümündən sonra da həmin həyətdə yaşamışdır. Məhkəmə nəzərə alır ki, şahid1 birbaşa ailə üzvü olmaqla həmin münasibətlərin iştirakçısı olmuş, ailədaxili yaşayış münasibətlərini bilavasitə müşahidə etmiş şəxsdir və onun ifadəsi bu baxımdan mühüm sübut əhəmiyyətinə malikdir. Həmçinin cavabdeh Budaqova (Əhmədova) Laləzər Əli qızı da X8 uşaqları ilə birlikdə bu həyətdə yaşadığını bildirmişdir. X8 övladları cavabdeh5 və X4 da analarının həmin yaşayış yerində yaşadığını qeyd etmişlər. Həmin ifadələr iş materiallarının ümumi məzmunu ilə ziddiyyət təşkil etmir. Məhkəmə cavabdeh Budaqova (Əhmədova) Laləzər Əli qızına münasibətdə də qeyd etmişdir ki, onun atasına qulluq etməsi, müəyyən müddət mübahisəli yaşayış yerində yaşaması və əmlakdan ailə üzvü kimi istifadə etməsi işin araşdırması zamanı təsdiq olunmuşdur. Budaqova (Əhmədova) Laləzər Əli qızı izahatında anasının erkən vəfat etdiyini, atasının gözdən əlil olduğunu, uzun müddət ona qulluq etdiyini və bu səbəbdən uzun müddət ailə həyatı qurmadığını bildirmişdir. Həmin hallar şahid şahid1 ifadəsi ilə də təsdiq edilmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını, şahid ifadələrini, mülki iş materiallarını bir-biri ilə əlaqəli şəkildə, onları isə qanunvericiliyin tələbləri daxilində tədqiq edərək, belə nəticəyə gəlmişdir ki, X2, şahid1, Budaqova (Əhmədova) Laləzər Əli qızı və X8 Əli Cəfər oğlunun vəfatından sonra ondan qalmış miras əmlakı mərhumun öldüyü gündən həm faktiki sahiblik etməklə, həm də onu faktiki idarə etməklə mirası qəbul etmişlər. Məhkəmə həmçinin qeyd etmişdir ki, iddiaçı iddia ərizəsində yalnız mərhum atası X2 babası İddiaçı Cəfər oğlundan qalmış mirası qəbul etməsi faktının müəyyən olunmasını xahiş etsə də, hazırkı mübahisənin düzgün və tam həlli üçün miras əmlakdakı payların da müəyyən edilməsi zəruridir. Belə ki, mirasın qəbul edilməsi faktının müəyyən olunması miras hüququnun həcminin və vərəsələrin paylarının müəyyən edilməsindən ayrılmazdır. Pay müəyyən edilmədən iddiaçının hansı həcmdə hüquq əldə etməsi, digər vərəsələrin hüquqlarının dairəsi və sonrakı hüquqi nəticələr müəyyən edilə bilməz. Məhkəmə hesab etmişdir ki, iddiaçının digər tələblərinə hüquqi qiymət verilməsi, o cümlədən sonradan bağlanmış müqavilənin hüquqi nəticələrinin müəyyən olunması üçün miras əmlakdakı ilkin payların müəyyən edilməsi zəruri hüquqi məsələdir. Bu baxımdan məhkəmə tərəfindən payların müəyyən edilməsi iddia tələbinin hüdudlarından kənara çıxma kimi qiymətləndirilə bilməz, əksinə mübahisənin tam və düzgün həlli üçün zəruri hüquqi qiymətləndirmədir. Qeyd edilənləri ümumiləşdirərək məhkəmə belə hesab etmişdir ki, İddiaçı Cəfər oğlunun vəfatından sonra ondan qalmış miras əmlakda, yəni ünvan 3 ünvanında yerləşən 0.0665 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 214.5 m2 olan fərdi yaşayış evində X2, şahid1, Budaqova (Əhmədova) Laləzər Əli qızı və X8 bərabər hissədə, yəni X2 1/4 hissədə, şahid1 1/4 hissədə, Budaqova (Əhmədova) Laləzər Əli qızının 1/4 hissədə və X8 1/4 hissədə payları müəyyən edilməlidir. Iddiaçının digər tələbi olan İddiaçı tərəfindən atası X2 tərəfindən sağlığında qəbul etdiyi həmin miras əmlakın qəbul edilməsi faktının təsdiq olunması və İddiaçı tərəfindən atası X2 tərəfindən sağlığında qəbul etdiyi həmin miras əmlakda payının müəyyən olunması və bütün miras kütləsinə şamil olunmasını tələb etməsinə münasibətdə məhkəmə qeyd etmişdir ki, İddiaçı mərhum X2 vəfatından sonra ondan qalmış miras əmlakı, yəni ünvan 3 ünvanında yerləşən 0.0665 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 214.5 m2 olan fərdi yaşayış evindən ibarət daşınmaz əmlakda olan 1/4 hissədə payını mərhumun öldüyü gündən faktiki idarə etmiş, bununla da faktiki idarə etmək üsulu ilə mirası qəbul etmişdir. Məhkəmə qeyd olunan nəticəyə gələrkən işin məhkəmədə araşdırılması zamanı digər vərəsələr tərəfindən mirasın qəbul edilməsi halının aşkar edilməməsini, şahidlərin ifadələrini, cavabdehlər cavabdeh7 və cavabdeh1 məhkəmə iclasında verdikləri izahatlarında miras əmlakın İddiaçı tərəfindən qəbul edilməsinə və payların müəyyən olunmasına heç bir etirazları olmadığını qeyd etmələrini nəzərə almışdır. Məhkəmə belə hesab etmişdir ki, iddiaçı İddiaçı mərhum X2 vəfatından sonra ondan qalmış miras əmlakı, yəni ünvan 3 ünvanında yerləşən 0.0665 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 214.5 m2 olan fərdi yaşayış evindən ibarət daşınmaz əmlakda olan 1/4 hissə payını qəbul etdiyindən, həmçinin İddiaçı ilə şahid1 arasında ## ###### 2024-cü il tarixli miras payının satılması haqqında müqavilə bağlanıldığından və həmin müqavilə əsasında şahid1 ##.##.1988-ci il tarixdə vəfat etmiş İddiaçı Cəfər oğlundan miras qalmış payını İddiaçı satdığından, satılan əmlak ##.##.1988-ci il tarixdə vəfat etmiş İddiaçı Cəfər oğlundan miras qalmış mirasın tərkibinə daxil olan bütün əmlakdan, vərəsə şahid1 çatası vərəsəlik hüququ üzrə paydan ibarət olduğundan və şahid1 ünvan 3 ünvanında yerləşən 0.0665 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 214.5 m2 olan fərdi yaşayış evindən ibarət daşınmaz əmlakda olan 1/4 hissədə payı olduğundan daşınmaz əmlakın vahidliyi prinsipinə əsasən İddiaçı ünvan 3 ünvanında yerləşən 0.0665 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 214.5 m2 olan fərdi yaşayış evindən ibarət daşınmaz əmlakda 2/4 hissədə (atası X2 qalan 1/4 hissə payı qəbul etdiyindən, həmçinin şahid1 ilə aralarında miras payının satılması haqqında müqavilə bağlanıldığından və şahid1 həmin miras əmlakda 1/4 hissədə payı olduğundan) payı müəyyən edilməlidir. Məhkəmə həmçinin qeyd etmişdir ki, iddiaçı İddiaçı mərhum İddiaçı Cəfər oğlundan qalmış miras əmlakla bağlı hüquqlarının müəyyən edilməsini xahiş etmiş, faktiki olaraq bütün miras kütləsinə münasibətdə payının müəyyən olunmasını tələb etmişdir. Lakin iş üzrə müəyyən olunmuş hallar göstərir ki, miras əmlak təkcə iddiaçının atası tərəfindən deyil, eyni zamanda digər vərəsələr olan şahid1, cavabdeh3 və X8 tərəfindən də faktiki qəbul edilmişdir. Digər tərəfdən, məhkəmə nəzərə almışdır ki, iddiaçı İddiaçı miras əmlak üzərində hüququ yalnız mərhum atası X2 ona keçmiş pay və əlavə olaraq şahid1 ## ###### 2024-cü il tarixli notariat qaydasında təsdiq edilmiş müqavilə əsasında ona satdığı pay həddində müəyyən edilə bilər. Belə olan halda, iddiaçının bütün miras kütləsinə münasibətdə payının müəyyən olunması barədə tələbi tam həcmdə deyil, yalnız ona hüquqi əsaslarla keçmiş hissədə əsaslı hesab edilə bilər. Bu səbəbdən məhkəmə hesab etmişdir ki, iddia tələbi həmin hissədə qismən təmin edilməli, iddiaçının miras əmlakdakı payı yalnız mərhum X2 vərəsəlik qaydasında keçmiş 1/4 hissə və şahid1 müqavilə əsasında əldə etdiyi 1/4 hissə pay nəzərə alınmaqla müəyyən edilməlidir. Iddianın bütün miras kütləsinə münasibətdə tam həcmdə təmin edilməsi isə digər vərəsələrin qanunla qorunan hüquqlarının pozulmasına səbəb olardı. III. Apellyasiya şikayəti və ona etirazın dəlilləri, izahatlar a) Apellyasiya şikayətinin dəlilləri
19. Naxçıvan Şəhər Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-**)-**/**** nömrəli qətnaməsi ilə razılaşmayan iddiaçı İddiaçı ## #### 2026-cı il tarixdə apellyasiya şikayəti ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına müraciət edərək, apellyasiya şikayətinin təmin olunması, Naxçıvan Muxtar Respublikası Naxçıvan Şəhər Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-**)-**/**** saylı qətnaməsinin tamamilə ləğv olunması iddianın tam təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
20. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işə baxan birinci instansiya məhkəməsi qətnamənin 13-cü səhifəsinin sonuncu abzasında “şahidlərdən bir qismi Laləzəri və Gülləri həmin evdə görmədiklərini bildirsələr də, məhkəmə hesab edir ki, şəxsin konkret şahid tərəfindən müəyyən dövrdə müşahidə edilməməsi onun ümumiyyətlə həmin yaşayış yerində olmamasını və ya mirası faktiki qəbul etməməsini təsdiq edən mübahisəsiz hal sayıla bilməz, ..... digər sübutlarla uyğunluğu yanaış qiymətləndirilməlidir” deyə qeyd edilmişdir. Məlumdur ki, mirasın qəbul edilməsi qanunvercilikdə formal və qeyri-formal üsullarla qəbulu fərqləndirilir. Hazırki işdə məhkəmənin qeyd etdiyi iki şəxsin mirasın formal üsulla, yəni müvafiq notariat ofisinə ərizə verməklə mirası qəbul etmələrinə dair mülki işin materillarında hər hansı mötəbər sübut yoxdur. Ümumiyyətlə hər iki şəxsin mirası qeyri-formal üsullarla qəbul etmələrinə dair hər hansı mötəbər sübut yoxdur. Nəzərə almaq lazımdır ki, iddiaçı İddiaçı müvafiq iddia tələbi ilə bağlı məhkəməyə ərizə ilə müraciət etmiş, bütün miras kütləsinin ona şamil edilməklə miras payının müəyyən olunmasını məhkəmədən xahiş etmişdir. Buna müvafiq olaraq da mötəbər sübutlarını-kommunal ödənişlərə dair sənədləri, şahidləri, eyni zamanda mirasın qəbuluna dair onun tərəfindən zəruri hesab olunmuş sənədləri məhkəməyə təqdim etmişdir. Budaqova Laləzər yalnız iki dəfə məhkəmə prosesində iştirak etmiş, məhkəməyə heç bir sübut və ya vəsatət təqdim etməmiş, işə baxan məhkəmə heç bir sübut olmaya olmaya ona pay müəyyən etmiş, həmin şəxsin mirası qəbul etməsi qənaətinə gəlmişdir. Həmin şəxsin buna dair heç bir sübutu olmaya olmaya məhkəmə onun mirası qəbul etməsi faktını təsdiq etmiş və ona ¼ hissədə pay müəyyən etmişdir. Halbuki həmin şəxs 30 ildən çoxdur ki, qeyd edilən miras əmlakda yaşamır və həmin miras əmlakla bağlı onun heç bir faktiki bağlılığı qalmamışdır. Buna ən mötəbər sübut isə onun anasının və bacısının ölüm sənədləri olmamış, həmin şəxsin bunlardan məlumatı belə olmamış, mirasın qəbuluna dair indiyədək hər hansı hüquqi addım atmamışdır. Ancaq bunun əksinə olaraq İddiaçı nənəsinin ölümnün qeydə alınması faktının müəyyən olunması ilə bağlı ərizə ilə məhkəməyə müraciət etmiş, buna dair müvafiq məhkəmə aktı qəbul edilmiş, eyni zamanda bibisinin ölmüş elan edilməsi ilə bağlı ərizə ilə məhkəməyə müraciət etmiş, buna dair yekun məhkəmə aktı qəbul edilmişdir. Məhz bütün bunlardan sonra iddiaçı müvafiq iddia tələbi ilə məhkəməyə ərizə ilə müraciət etmişdir. Qeyd etmək lazımdır ki, X8 30 ildən çoxdur ki, harada olduğu məlum deyil və onun barəsində heç kimin məlumatı yoxdur. Bunun nəticəsidir ki, o məhkəmə qaydasında ölmüş elan edilmişdir. Həmin şəxsə münasibətdə məhkəmənin mirası qəbul etməsi faktının müəyyən etməsi onun miras əmlakda payının müəyyən edilməsi heç bir halda qəbul edilən deyildir. Belə ki, məhkəmə qətnamənin 14-cü səhifəsinin 2-ci abzasında X8 müəyyən müddətdə başqa ünvanda kirayədə yaşaması onun miras əmlak üzərində əvvəlki və ya sonrakı faktiki sahiblik münasibətlərini istinsa etmir deyə qeyd etmişdir. Hesab edir ki, məhkəmənin bu əsaslandırması hal-hazırda qüvvədən düşmüş, lakin hazırki mübahisənin yaranma vaxtı qüvvədə olan AR MM-nin mirasın qəbul edilməsi maddələri ilə ziddiyyət təşkil edir. Məlumdur ki, mirasın qəbulu üçün qanunda konkret müddət müəyyən olunmuş və məhz həmin müddətdə mirasın qəbulundan söhbət gedə bilər. Yəni miras qoyanın öldüyü gündən 3 ay müddətində yaşamaqla, miras əmlakı idarə etməklə mirasın qəbulu həyata keçirilir. Miras qoyan öldüyün gündən qeyd edilən müddətə şəxsin kirayədə yaşaması, sonradan həmin miras əmlaka qayıtması mirasın qəbul demək deyildir. Tərəflərindən məhkəməyə şahid dəvət edilmiş və o konkret olaraq dəqiqliklə X8 hansı tarixlərdə və harada kirayədə yaşamasını qeyd etmiş, buna dair izahat vermişdir. Nədənsə məhkəmə həmin şahid ifadəsinin mötəbərliyini şübhə altına almışdır. Həmçinin məhkəmə qeyd edilən şahid2 adlı şahidin Güllərin qızının adının Gülbəniz kimi yox, Ruhiyyə kimi yalnış göstərməsini qeyd etmiş, ailə üzvünün adının səhv bilməsinin onun verdiyi ifadənin qəbul edilməsini mümkünsüz edən hal kimi qiymətləndirmişdir. Halbuki əvvəlki keçirilən məhkəmə iclaslarında da iddiaçı özü belə həmin şəxsin sənəd üzərində adının Gülbəniz olmasına baxmayaraq ona Ruhiyyə deyə müraciət etmələrini məhkəməyə bildirmiş və məhkəmə bunu artıq bilirdi. Belə olan halda mübahiəsyə təsir etməyən xırda bir nüansla məhkəmənin tərəflərindən dəvət olunmuş şahidin ifadəsini şübhə altına alması heç bir halda hüquqi baxımdan qəbul edilən deyildir. Bundan əlavə məhkəmə qətnamədə şahid şahid1 ifadəsini mötəbər sübut kimi qəbul etmiş, hansı ki, həmin şəxs öz miras payını hazırki iş üzrə iddiaçıya notarial qaydada alğı-satqı yolu ilə satmışdır. Həmin şəxsin cavabdeh B.Laləzər tərəfindən şahid kimi dəvət olunmasına dair hər hansı vəsatət olmamış, məhkəmə baxış iclasında o birbaşa məhkəmə zalına daxil olmuş, tərəfindən buna etiraz edilmiş, lakin etiraz təmin olunmamışdır. Həmin şəxs ifadəsinə başlayarkən miras payını ucuz qiymətə satdığını, 150.000 (yüz əlli min) dəyərində olan əmlakı 45 .000 (qırx beş min) manat satdığını qeyd etmişdir. Buradan da tam bəlli olur ki, həmin şəxs iddiaçı ilə prinsipdədir və onun ifadəsi mötəbər sübut kimi qəbul edilə bilməz. Hesab edirlər ki, məhkəmə mülki işdə olan sübutlara düzgün hüquqi qiymət verməmiş, iddiaçı olmayan şəxslərə miras əmlakın bütövlüyü nəzərə alınmaqla mirası qəbul etməyən, buna dair hər hansı mötəbər sübut təqdim etməyən şəxslərin mirası qəbul etmələri faktını müəyyən etməklə onların miras əmlakda paylarını müəyyən etmiş, bunun da nəticəsində iddiaçının mülkiyyət hüquqlarına müdaxilə olunmuşdur. Xüsusən onu da qeyd etmək lazımdır ki, Güllər məhkəmə qaydasında ölmüş elan edilmiş, onun övladları məhkəmədə cavabdeh qismində iştirak etmiş, bir neçə məhkəmə iclası keçirilmiş, lakin hər hansı iddia və ya hər hansı sübut təqdim etməmiş, lakin məhkəmə həmin ölmüş şəxsə pay müəyyən etmişdir. Yuxarıda qeyd etdiyi kimi həmin şəxsin miras qoyan öldüyü vaxt orada olmaması və kirayədə yaşaması şahid ifadəsi ilə tam təsdqini tapmışdır. Bundan əlavə məhkəmə tərəfindən dəvət olunmuş şahid ifadələrinə “şübhə” ilə yanaşmış, lakin Rəhimin ifadəsini “mötəbər sübut” kimi qəbul etmişdir. Məhkəmə onun hazırki mübahisədə tamamilə hüquqi bağlılığının itdiyini nəzərə almamış, məhz həmin şəxsin miras əmlakının Əliyə satmasını hissəini düzgün araşdırmamışdır. Bu alğı-satqı ona görə olmuşdur ki, məhz miras əmlakı əvvəlcə Budaqov Kərim, daha sonra isə hazırki iş üzrə iddiaçı qəbul etmişdir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
21. Apellyasiya şikayətinə qarşı cavabdeh Budaqova (Əhmədova) Laləzər Əli qızı tərəfindən etiraz daxil olmuş, lakin Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 367.2-ci maddəsində qeyd edilən 20 günlük müddətə əməl edilmədiyindən apellyasiya şikayətinə qarşı etiraz kollegiya tərəfindən nəzərə alınmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
22. Apellyasiya şikayətinə baxılması zamanı izahat verən iddiaçı İddiaçı apellyasiya şikayətini müdafiə edərək, Naxçıvan Şəhər Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-**)-**/**** nömrəli qətnaməsinin tamamilə ləğv olunması, iddianın tam təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
23. Apellyasiya şikayətinə baxılması zamanı izahat verən iddiaçının vəkil və nümayəndəsi Vəkil da apellyasiya şikayətini müdafiə edərək, Naxçıvan Şəhər Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-**)-**/**** nömrəli qətnaməsinin tamamilə ləğv olunaraq, iddianın tam təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
24. Apellyasiya şikayətinə baxılması zamanı izahat verən cavabdeh Budaqova (Əhmədova) Laləzər Əli qızı apellyasiya şikayətini qəbul etməyərək, Naxçıvan Şəhər Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-**)-**/**** nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
25. Apellyasiya şikayətinə baxılması zamanı izahat verən cavabdeh cavabdeh5 Naxçıvan Şəhər Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-**)-**/**** nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
26. Apellyasiya şikayətinə baxılması zamanı izahat verən cavabdeh cavabdeh7 qanuni qərar çıxarılmasını kollegiyadan xahiş etmişdir.
27. Məhkəmə baxışı iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdehlər cavabdeh1, cavabdeh5, X4, cavabdeh12, cavabdeh11, cavabdeh10, cavabdeh9, cavabdeh8, cavabdeh6, X5 və cavabdeh2 məhkəmə baxışı iclasında iştirak etməmiş, iştirak etməmələrinin səbəbi barədə kollegiyaya hər hansı məlumat verməmişlər. Kollegiya Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən həmin şəxslərin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Belə ki, həmin maddənin tələbinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. IV. Tətbiq edilən hüquq normaları a) Azərbaycan Respublikası Konstitusiyası
28. 29-cu maddəsinin V hissəsində nəzərdə tutulmuş və mülki qanunvericiliklə hüquqi tənzimlənmiş vərəsəlik hüququ ölmüş şəxsə (vəsiyyət edənə) məxsus əmlakın başqa şəxslərə (vərəsələrə) keçməsinə dövlət təminat verir. Bu hüquq özündə vəsiyyət edənin öz əmlakına dair sərəncam vermək hüququnu, vərəsələrin isə bu əmlakı əldə etmək hüququnu birləşdirir. b) Azərbaycan Respublikası Mülki Məcəlləsi
29. Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır.
30. Maddə 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir.
31. Maddə 1133.2. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır.
32. Maddə 1134.1. Qanun üzrə vərəsəlik zamanı qanun üzrə vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilər.
33. Maddə 1145. Miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır.
34. Maddə 1146. Miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qanuni qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır.
35. Maddə 1159.1 və 1159.1.1. Qanun üzrə vərəsəlik zamanı birinci növbədə ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar.
36. Maddə 1159.1.3. Bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar.
37. Maddə 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır.
38. Maddə 1243.3. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. c) Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
39. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
40. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
41. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
42. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır
43. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
44. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
45. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
46. Maddə 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.
47. Maddə 384.0.1 Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. d) “G.Qəhrəmanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının ## ####### 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin ## #### 2014-cü il tarixli Plenum Qərarı
48. Məhkəmələr tərəfindən vərəsəlik hüququnu, o cümlədən mirasın qəbul edilməsini tənzimləyən və iş üzrə tətbiq edilən hüquq normalarının müddəaları Konstitusiyanın 29-cu maddəsinin V hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təmin edilməsi sahəsində dövlətin üzərinə düşən konstitusiya öhdəlikləri baxımından şərh edilməlidir. e) “A.Nadirova və qeyrilərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının ## ###### 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## #### 2022-ci il tarixli Qərarı
49. Miras əmlakın hansı üsulla qəbul edilməsindən asılı olmayaraq vərəsə tərəfindən onun saxlanması və təsərrüfatın aparılması üçün icra edilmiş hərəkətlərin, o cümlədən miras əmlakın qəbulu ilə bağlı iradənin bariz şəkildə nümayiş etdirilməsi vərəsənin miras aktivini və miras passivini qəbul etməsinə dəlalət edir. V. Apellyasiya baxışının hədləri
50. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
51. Bu Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
52. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
53. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır.
54. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı və vəkil-namayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətində qətnamənin tam ləğv edilərək, iddianın tam təmin olunması xahiş edilir. Bu səbəbdən kollegiya hesab edir ki, apellyasiya baxışının predmetini qətnamənin bütövlükdə yoxlanılması təşkil edir. VI. Məhkəmə kollegiyasının mövqeyi
55. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, аpеllyаsiyа şikаyətinin dəlillərini iş mаtеriаllаrı ilə birlikdə аrаşdırаrаq hеsаb еdir ki, birinci instansiya məhkəməsi işin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas yoxdur.
56. Kollegiya qeyd edir ki, iş üzrə mübahisəsiz halllar ondan ibarətdir ki, İddiaçı Cəfər oğlunun adına ünvan 4 ünvanında yerləşən 0,0665 ha. torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 214,5 m² olan fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış, Budaqov Əli Cəfər oğlu ## ###### 1988-ci ildə, onun oğlu X2 isə ## ###### 2012-ci ildə vəfat etmiş, X2nun vərəsələri sırasında iddiaçı İddiaçı oğlu da olmuş, habelə şahid1 oğlu ilə iddiaçı arasında ## ###### 2024-cü il tarixdə miras payının satılması haqqında müqavilə bağlanmışdır.
57. Iş üzrə mübahisəli hallar isə, ilk növbədə, İddiaçı Cəfər oğlundan qalmış mirasın hansı vərəsələr tərəfindən faktiki qəbul edilməsi, xüsusilə Budaqova (Əhmədova) Laləzər Əli qızı və X8 qızının mirası qəbul edib-etməməsi, həmin mirasda ilkin vərəsələrin paylarının hansı həcmdə müəyyən edilməli olması, İddiaçı Kərim oğlunun atası X2ndan miras qalmış payı hansı həcmdə əldə etməsi və şahid1 ona satdığı 1/4 hissə nəzərə alınmaqla iddiaçının bütün miras əmlakda 2/4 hissədən artıq pay tələb etmək üçün hüquqi əsasının olubolmamasıdır.
58. Apellyasiya baxışı zamanı izahat verən iddiaçı İddiaçı şikayətinin dəlillərinin əksinə olaraq Budaqova (Əhmədova) Laləzər Əli qızının atası İddiaçı Cəfər oğlu vəfat etdikdən sonra mübahisəli evdə qaldığını bildirmiş, hətta bir neçə il öncə ona həmin əmlakdakı miras payının satılması müqabilində 10000(on min) manat pul təklif etdiyini, lakin sonuncunun həmin təklifi qəbul etməyərək ondan 15000 (on beş min) tələb etdiyini, bu səbəbdən razılaşmanın baş tutmadığını, babasının ölümündən sonra bibisi Laləzarın mübahisəli evdə yaşadığını etiraf etdiyini, Laləzarın mirası qəbul etməsinə etirazının olmadığını göstərmişdir.
59. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya instansiyasında verdiyi bu izahatı nəzərə alındıqda, Budaqova (Əhmədova) Laləzər Əli qızının miras əmlakı faktiki qəbul etməməsi və həmin əmlakda payının olmaması barədə apellyasiya şikayətində göstərilən dəlillərə ayrıca hüquqi qiymət verilməsinə zərurət qalmır. Belə ki, həmin dəlillər iddiaçının özünün apellyasiya baxışı zamanı verdiyi izahatla təkzib olunur.
60. Bu baxımdan, apellyasiya şikayətinin Budaqova (Əhmədova) Laləzər Əli qızına münasibətdə dəlilləri iş üzrə apellyasiya baxışının predmetini təşkil edən mübahisənin həlli üçün əhəmiyyətli olmadığından, həmin hissədə şikayətin dəlillərinin əlavə araşdırılmasına və qiymətləndirilməsinə ehtiyac yoxdur.
61. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin mahiyyəti və iddiaçının apellyasiya baxışı zamanı verdiyi izahat nəzərə alınmaqla, iş üzrə mübahisənin Budaqova (Əhmədova) Laləzər Əli qızına münasibətdə ayrıca araşdırılmasına ehtiyac olmadığından, apellyasiya baxışının predmeti cavabdeh X8 miras əmlakı qəbul edib-etməməsi məsələsinin araşdırılması ilə məhdudlaşdırılmalıdır.
62. X8 münasibətdə isə məhkəmə kollegiyası apellyasiya baxışı zamanı araşdırılmış sübutları və iş materiallarında olan digər məlumatları qarşılıqlı əlaqədə qiymətləndirərək aşağıdakıları qeyd edir.
63. Iş materiallarına əlavə edilmiş X8 ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsinin surətindən müəyyən olunur ki, ## #### 1954-cü il təvəllüdlü X8 ölmüş elan edilməsi barədə qətnamə ## #### 2025-ci il tarixdə qəbul edilmiş və qətnamə qəbul edildiyi gündən bir ay sonra qanuni qüvvəyə minmişdir.
64. Kollegiya qeyd edir ki, həmin iş üzrə verilmiş ifadələr hazırkı mübahisə baxımından da əhəmiyyət kəsb edir. Belə ki, ölmüş elan olunan X8 qızı cavabdeh5 həmin iş üzrə izahat verərkən özünün 15 yaşında ailə həyatı qurduğunu, ailə qurana qədər anası Güllər və qardaşı ilə birlikdə dayısıgilin (iddiaçının atasının) evində qaldığını, anasının isə babası İddiaçı Cəfər oğlunun vəfat etdiyi dövrdə həmin evdə yaşadığını bildirmişdir.
65. Məhkəmə kollegiyası həmin izahata xüsusi əhəmiyyət verir. Belə ki, sözügedən izahat X8 ölmüş elan edilməsi ilə bağlı iş üzrə, hazırkı miras mübahisəsi yaranmazdan əvvəl verilmişdir. Həmin vaxt cavabdeh5 hazırkı iş üzrə mübahisənin yaranacağını və anasının miras əmlakdakı hüquqlarının müəyyənləşdirilməsi məsələsinin məhkəmə mübahisəsinə çevriləcəyini əvvəlcədən bilməsi üçün hər hansı əsas mövcud olmamışdır. Bu səbəbdən həmin ifadənin sonradan yaranmış miras mübahisəsində müəyyən tərəfin mövqeyini müdafiə etmək məqsədilə verilməsi ehtimalını təsdiq edən hər hansı hal müəyyən edilmir. Əksinə, həmin izahatın hazırkı iş üzrə digər sübutlarla uyğunluğu onun mötəbərliyini artırır.
66. Eyni hal hazırkı iş üzrə apellyasiya baxışı zamanı cavabdeh5 verdiyi izahatla da təsdiq olunur. Belə ki, sonuncu 1993-cü ildə ailə qurduğunu, ailə qurana qədər dayısıgilin yanında qaldığını və anasının İddiaçı Cəfər oğlunun vəfat etdiyi dövrdə həmin evdə yaşadığını bildirmişdir. Göründüyü kimi, onun müxtəlif vaxtlarda verdiyi izahatlar mahiyyət etibarilə birbirini tamamlayır və X8 atasının vəfat etdiyi dövrdə mübahisəli evdə yaşaması barədə məlumatlar dəyişməz olaraq qalır.
67. Bundan əlavə, apellyasiya baxışı zamanı izahat verən Budaqova (Əhmədova) Laləzər Əli qızı da mərhum bacısı X8 1976-cı ildə ailə quraraq Cəhri kəndinə gəlin getdiyini, 1984-cü ildə ailəsi ilə Naxçıvan şəhərinə mikrorayon ərazisində kirayə evə köçdüklərini, 1985ci ildə həyat yoldaşı onları atıb getdiyi üçün mərhum atası İddiaçı Cəfər oğlunun onları kirayədən çıxararaq öz evinə köçürdüyünü, atasının 1988-ci ildə vəfat etdiyini və Güllərin atasının ölümündən sonra da həmin evdə yaşadığını, 1993-cü ildə özünün ailə quraraq həmin evdən köçdüyünü, bacısı Güllərin isə 1999-cu ilə qədər həmin evdə yaşamağa davam etdiyini, həmin ildə həyat yoldaşı ilə barışdığı üçün yenidən kirayə evə köçdüklərini bildirmişdir.
68. Məhkəmə kollegiyası Budaqova (Əhmədova) Laləzər Əli qızının bu izahatını da əhəmiyyətli sübut kimi qiymətləndirir. Belə ki, X10 bacısı olmaqla həmin ailə münasibətlərini bilavasitə bilən şəxsdir. Daha mühüm məqam ondan ibarətdir ki, X10 bacısı Güllərlə həmin dövrdə küsülü olduğunu bildirsə də, buna baxmayaraq Güllərin atasının ölümündən sonra mübahisəli evdə yaşamasını inkar etməmiş, əksinə, onun uzun müddət həmin evdə qaldığını açıq şəkildə təsdiq etmişdir. Bu hal onun izahatının məhz Güllərin miras əmlakdakı hüquqlarının müdafiəsi məqsədilə verilmiş ifadə olması barədə ehtimalı istisna edən hallardan biri kimi qiymətləndirilir.
69. Eyni zamanda, birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş şahid1 da X8 atası İddiaçı Cəfər oğlunun sağlığında həmin evdə yaşadığını, atasının vəfatından sonra da Güllərin həmin evdə yaşamağa davam etdiyini bildirmişdir. Beləliklə, Güllərin mübahisəli yaşayış sahəsində atasının ölümündən sonra da yaşaması barədə məlumat yalnız bir şəxsin izahatından deyil, bir neçə müstəqil mənbədən irəli gəlir.
70. Məhkəmə kollegiyası şahid1 şahid qismində verdiyi ifadəyə münasibətdə də qeyd edir ki, sonuncu mübahisəli miras əmlakda həmin dövrdə yaşayan və ailə daxilində baş verən hadisələri bilavasitə müşahidə edən şəxslərdən olmuşdur. O, həm İddiaçı Cəfər oğlunun oğlu, həm X8 qardaşı, həm də Budaqova (Əhmədova) Laləzər Əli qızının qardaşı olmaqla, mübahisənin hər iki tərəfində dayanan şəxslərlə eyni dərəcədə yaxın qohumluq münasibətində olmuşdur. Bu baxımdan şahid1 ifadəsi tərəflərdən birinin mövqeyini digərinə nisbətən müdafiə edən şəxsin ifadəsi kimi qiymətləndirilə bilməz. Əksinə, onun hadisələrin baş verdiyi dövrdə mübahisəli evdə yaşaması, ailə üzvləri arasındakı münasibətləri bilavasitə müşahidə etməsi və hazırkı mübahisənin predmetini təşkil edən hadisələrin birbaşa iştirakçısı və şahidi olması ifadələrinin sübut əhəmiyyətini artıran hallardır.
71. Məhkəmə kollegiyası hesab edir ki, ayrı-ayrı şahidlərin X8 mübahisəli evdə görmədiklərini bildirmələri onun mirası faktiki qəbul etmədiyi barədə nəticə çıxarmaq üçün kifayət etmir. Uzun müddət əvvəl baş vermiş hadisələrlə bağlı şahid ifadələri qiymətləndirilərkən hadisənin şahid tərəfindən hansı dövrdə və hansı şəraitdə müşahidə edilməsi, həmin şəxsin hadisə ilə əlaqəsi və digər sübutlarla ifadənin uyğunluğu nəzərə alınmalıdır. Hazırkı işdə isə X8 atasının ölümündən sonra mübahisəli evdə yaşaması barədə bir-birini tamamlayan və müxtəlif vaxtlarda verilmiş izahat və ifadələr mövcuddur.
72. Xüsusilə qeyd edilməlidir ki, X8 ölmüş elan edilməsi barədə iş üzrə cavabdeh5 verdiyi ifadə hazırkı miras mübahisəsindən əvvəl mövcud olmuşdur. Buna görə də həmin ifadənin hazırkı mübahisənin nəticəsindən asılı olaraq formalaşdırıldığı barədə hər hansı əsas yoxdur. Həmin ifadənin hazırkı iş üzrə həm cavabdeh5 özünün apellyasiya baxışında verdiyi izahatı, həm Budaqova (Əhmədova) Laləzər Əli qızının izahatı, həm də şahid1 şahid ifadəsi ilə uyğunluq təşkil etməsi onun sübut əhəmiyyətini daha da artırır.
73. Apellyasiya şikayətində göstərilən dəlillərlə bağlı kollegiya qeyd edir ki, ilk növbədə qeyd edilməlidir ki, mirasın faktiki qəbul edilib-edilməməsi məsələsi yalnız vərəsənin miras əmlakda hazırda yaşayıb-yaşamaması və ya sonrakı dövrdə həmin əmlakla əlaqəsinin olubolmaması ilə deyil, mirasın açıldığı vaxt və həmin dövrdə vərəsənin miras əmlaka faktiki sahiblik etməsi və ya onu faktiki idarə etməsi ilə müəyyən edilir. Buna görə də X8 illərdə harada yaşaması və onun barəsində müəyyən müddət məlumatın olmaması öz-özlüyündə onun mirasın açıldığı dövrdə mirası qəbul edib-etməməsi məsələsini həll etmir.
74. Hazırkı iş üzrə isə X8 yuxarıda da qeyd olunduğu kimi, tərəflərin izahatları ilə atasının ölümündən sonra da bir neçə il həmin evdə yaşadığını açıq şəkildə bildirilmişdir.
75. Apellyasiya şikayətində X3 öz miras payını iddiaçı İddiaçı satması səbəbindən onun iddiaçı ilə maraq münasibətində olduğu və buna görə ifadəsinin mötəbər sübut hesab edilə bilməyəcəyi bildirilmişdir.
76. Məhkəmə kollegiyası bu dəlili də əsassız hesab edir. şahid1 miras payını iddiaçıya satması faktı onun şahid qismində verdiyi ifadənin birmənalı olaraq sübut əhəmiyyətini aradan qaldırmır. Şahid ifadəsinin qiymətləndirilməsi zamanı əsas məsələ həmin şəxsin konkret fakt və hadisələr barədə məlumatının mənbəyi, hadisələri bilavasitə müşahidə edib-etməməsi və ifadəsinin iş üzrə digər sübutlarla uyğunluğudur. Hazırkı halda şahid1 Güllərin atasının ölümündən sonra həmin evdə yaşaması barədə məlumatı şəxsi müşahidələrinə əsaslanmışdır.
77. Apellyasiya şikayətində şahid2 ifadəsinin birinci instansiya məhkəməsi tərəfindən düzgün qiymətləndirilmədiyi, həmin şahidin X8 1987-1992-ci illərdə ikinci mikrorayon ərazisində kirayədə yaşadığını dəqiq göstərdiyi, onun ifadəsində Gülbənizin adının “Ruhiyyə” kimi göstərilməsinin isə işə təsir etməyən xırda hal olduğu bildirilmişdir.
78. Məhkəmə kollegiyası hesab edir ki, həmin ifadənin məzmunu X8 mirası qəbul etmədiyi barədə qəti nəticə çıxarmağa əsas vermir. şahid2 ifadəsindən yalnız X8 müəyyən dövrdə başqa ünvanda kirayədə yaşaması müəyyən olunur. Lakin həmin şəxsin başqa ünvanda yaşaması onun mübahisəli əmlakda atasının ölümündən sonra yaşamasını və ya həmin əmlaka faktiki sahiblik etməsini istisna edən hal deyildir.
79. Xüsusilə qeyd edilməlidir ki, miras əmlakın faktiki qəbul edilməsi müəyyən edilmiş vərəsələrin sonradan həmin əmlak üzərində yaranmış hüquqlarının yalnız iddiaçının faktiki istifadəsinə və ya əmlakda daha uzun müddət yaşamasına görə aradan qalxmasına səbəb olmur. Iddiaçının mübahisəli evdə yaşaması və kommunal ödənişləri ödəməsi onun özünə məxsus miras payını faktiki qəbul etdiyini təsdiq edə bilər, lakin bu hallar digər vərəsələrin artıq yaranmış miras hüquqlarının öz-özünə xitamına səbəb ola bilməz.
80. Beləliklə, kollegiya mülki işin apellyasiya qaydasında baxılması zamanı müəyyən edilmiş hallarına əsaslanmaqla qeyd edir ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmiş, iş üzrə mövcud olan sübutların tədqiqi nəticəsində qəbul edilmiş qətnamə düzgün və qanuni əsaslarla əsaslandırılmışdır. Mübahisənin həllində mühüm əhəmiyyəti olan bütün faktiki hallar araşdırılmış, maddi və prosessual hüquq normalarına düzgün əməl edilməklə qanuni və əsaslı qətnamə qəbul edilmişdir. Mülki işin kollegiyada baxılması zamanı birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilməsi və ya ləğv edilməsinə səbəb ola biləcək yeni hallar müəyyən edilməmişdir.
81. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
82. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0, 384.0.1, 392, 393, 402.1, 403.1, 404.1.1, 405.0.1 və 406.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Naxçıvan Şəhər Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-**)-**/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Naxçıvan MR Ali Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər.