Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2(3-1)-31/2026 06.02.2026 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı pul tələbi (Açar sözlər: mülki iş üzrə icraata xitam verilməsi, notariusun icra qeydi, apellyasiya şikayətinin forması (2 saylı Əlavə), dövlət rüsumunun ödənilməsi öhdəliyi, şikayətin geri qaytarılması) Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin hakimləri Əliyev Zamiq Xudaverdi oğlu (sədrlik edən və məruzəçi hakim) Allahverdiyev Mehman Dünyamalı oğlu və Qarayev Sənan Məmməd oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə çıxarılmış Şərur Rayon Məhkəməsinin 05 dekabr 2025-ci il tarixli, 2(110)-711/2025 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq müəyyən etdi: İ. Birinci instansiya məhkəməsində icraat. a) Məhkəməyə müraciət və mübahisələndirilən məhkəmə aktları
1. İddiaçı “03” iyun 2025-ci ildə Şərur Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh 8500 (səkkiz min beş yüz) manat pulun, 105 (bir yüz beş) manat məbləğində dövlət rüsumunun və hüquqi yardıma görə ödənilmiş 200 (iki yüz) manat pulun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir (iş vərəqə 01-02).
2. Şərur Rayon Məhkəməsinin 23 oktyabr 2025-ci il tarixli, 2(110)-711/2025 nömrəli qərardadı ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işin icraatına xitam verilməsi qərara alınmışdır (iş vərəqə 39-41).
3. Məhkəmə bu nəticəyə gəlməsini tərəflər arasında bağlanmış kredit müqaviləsinin notariat qaydasında təsdiq edilməsi, müqavilə şərtlərinə və qanunvericiliyə əsasən borcun notariusun icra qeydi ilə mübahisəsiz qaydada tutulmalı olması, buna görə də işin məhkəmə aidiyyətinə aid olmayaraq icraata xitam verilməli olması ilə əsaslandırmışdı.
4. Şərur Rayon Məhkəməsinin 23 oktyabr 2025-ci il tarixli, 2(110)-711/2025 nömrəli qərardadından narazı qalan İddiaçı 02 dekabr 2025-ci il tarixdə şikayətlə işə baxan birinci instansiya məhkəməsinə müraciət edərək həmin məhkəmə aktının ləğv edilməsini və tələbinə mahiyyəti üzrə baxılmasını xahiş etmişdi (iş vərəqə 47-48).
5. İşə baxan birinci instansiya məhkəməsinin 05 dekabr 2025-ci il tarixli qərardadı ilə iddiaçının 23 oktyabr 2025-ci il tarixli, 2(110)-711/2025 nömrəli qərardaddan verdiyi şikayət dövlət rüsumu ödənilməməsinə və şikayətin forma, məzmununun qan unvericiliyin tələbinə uyğun olmamasına görə geri qaytarılmışdı (iş vərəqə 52-53).
6. İddiaçı sonuncu qeyd edilən məhkəmə aktını da mübahisələndirmiş və 15 yanvar 2026-cı ildə Şərur Rayon Məhkəməsinin 05 dekabr 2025-ci il tarixli qərardadından şikayət verərək qeyd edilən məhkəmə aktının qanunsuz və əsasız olduğunu bildirmişdi (iş vərəqə 59-60).
7. İddiaçı şikayətini əsaslandıraraq qeyd etmişdi ki, verdiyi şikayətlə bağlı qanunvericilikdə dövlət rüsumunun ödənilməsi nəzərdə tutulmamışdır. Həmçinin verdiyi şikayət apellyasiya şikayəti adlandırılaraq Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 363-сü maddəsinin tələblərinə uyğun olmadığı səbəbi ilə geri qaytarılmışdır. Odur ki, qeyd olunan qərardadın ləğv olunmasına kifayət qədər əsaslar var.
8. İddiaçı birinci instansiya məhkəməsin in prosessual hüquq normalarının pozulması əsası kimi Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 267, 269-cu və 363-cü maddələrinə istinad etmişdi. c) Şikayətə baxılması ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi hüquqi nəticə
9. Şərur Rayon Məhkəməsinin 16 yanvar 2026-cı il tarixli qərardadı ilə iddiaçının 05 dekabr 2025-ci il tarixli qərardaddan verdiyi şikayət əsaslı hesab edilmədiyindən həmin məhkəmə aktı ləğv edilməmiş və şikayətin işlə birlikdə baxılması üçün Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına göndərilməsi qərara alımışdır (iş vərəqə 64-66).
10. X1 Respublikası Ali Məhkəməsinin mülki kollegiyasının icraatına “26” yanvar 2026cı ildə daxil olmuşdur. İİ. Şikayətə qarşı etirazın dəlilləri.
11. Şikayətə qarşı etiraz daxil olmamışdır. İİİ. A pellyasiya instansiyası məhkəməsində işə baxılmasının hədləri
12. Verilmiş şikayətin hüquqi həllinə keçməzdən öncə kollegiya ilk olaraq işdə iştirak edən şəxslərin nəzərinə çatdırır ki, şikayətə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən yazılı icraat qaydasında baxılmışdı.
13. Həmin prosessual normada qeyd edilir ki, apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Yazılı icraat dedikdə isə həmin Mə cəllənin 10.8-1-ci maddəsinə görə işə məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılması başa düşülür.
14. Həmçinin şikayəti iş materialları ilə birlikdə və qanunvericiliklə əlaqəli şəkildə tədqiq edərək kollegiya qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsini n mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 387-ci maddəsində nəzərdə tutulmuş hallarda birinci instansiya məhkəməsinin prosessual hüquq normalarına riayət etməsini şikayətin dəlillərindən asılı olmayaraq yoxlayır.
15. Kollegiya verilmiş şikayəti yuxarıda qeyd edilən normanın tələbləri ilə qarşılıqlı şəkildə yoxlayaraq bildirir ki, İddiaçı müraciəti mahiyyət etibarilə mübahisələndirilən məhkəmə aktının ləğv e dilməsinə yönəldiyindən, şikayətin obyekti tam həcmdə yoxlanılmalıdır. İV. Tətbiq edilən hüquqi aktlar a) Azərbaycan Respublikası Konstitusiyasının: 16. - 60-cı maddəsinin İ hissəsində göstərilir ki, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. b) "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikası Qanununun: 17. - 2.0 və 2.0.1-ci maddələrinin mahiyyətinə görə məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsi, məhkəmə aktının surətinin təkrar verilməsi zamanı dövlət rüsumu tutulur; 18. - 8.5-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi, iddianın baxılmamış saxlanılması və məhkəmə cərimələrinin qoyulması, müvəqqəti təminat tədbirinin tətbiqi və ya bundan imtina barədə qərardaddan şikayət verilməsinə görə ödənilməli olan dövlət rüsumunun məbləği 50 (əlli) manat təşkil edir. c) Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin: 19. - 4.1-ci maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər; 20. -10-1.2-ci maddəsinə əsasən məhkəmə və proses iştirakçıları tərəfindən ərizə, şikayət və digər sənədlərin elektron formada tərtib edilməsi, göndərilməsi, qəbulu, sənədlərin elektron qeydiyyatı və elektron dövriyyəsi Məhkəmə-Hüquq Şurasının Azərbaycan Respublikasının Ali Məhkəməsi ilə birlikdə müəyyən etdiyi “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarına uyğun olaraq həyata keçirilir; 21. -10-1.3-cü madd əsinə görə kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir; 22. -108.1 və 108.1.6-cı maddələrinin mahiyyətindən müəyyən edilir ki, mülki məhkəmə icraatında dövlət rüsumu ödənilməsi əsaslarından biri iş üzrə icraatın xitam verilməsi, iddianın baxılmamış saxlanılması, məhkəmə cərimələrinin qoyulması, müvəqqəti təminat tədbirinin tətbiqi və ya bundan imtina barədə qərardadlardan şikayət verilməsidir; 23. - 357.1-ci maddəsinə əsasən Azərbaycan Resp ublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər; 24. - 361.1-ci maddəsinin məzmunundan məlum olur ki, apellyasiya icraatının başlanmasına əsas olan prosessual sənəddə, yəni apellyasiya şikayətində qeyd edilməli olan məlumatların dairəsi imperativ olaraq müəyyən edilmişdi. Həmin normaya görə bu Məcəllə ilə müəyyən edilmiş formada verilən apellyasiya şikayətində şikayətin verildiyi məhkəmənin adı və ünvanı; şikayəti verən şəxsin soyadı, adı, atasının adı, (hüquqi şəxsə münasibətdə adı) şəxsiyyətini eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, işdə prosessual vəziyyəti;barəsində şikayət verilən məhkəmə aktı, onun qəbul edilmə tarixi, nəticə hissəsi, həmin aktı qəbul edən məhkəmənin adı; şikayəti verən şəxsin tələbi və məhkəmə aktının hansı hissədə mübahisələndirildiyi; şikayət verən şəxsin məhkəmə aktını düzgün hesab etmədiyi konkret əsaslar; şikayət verən şəxsin istinad etdiyi konkret fakt və hallar, habelə onları təsdiq edən sübutlar; şikayətə əlavə edilən sənədlərin siyahısı göstərilməlidir; 25. - 361.3-cü maddəsinin tələbinə görə şikayətə dövlət rüsumunun ödənilməsini təsdiq edən sübutlar əlavə edilir; 26. - 363.1, 363.1.2 və 363.1.5-ci maddələrinin məzmunundan aydın olur ki, apellyasiya şikayətinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədlər əlavə olunmamışdırsa, qanunla dövlət rüsumunun ödənilməsinə möhlət verilməsi, hissə-hissə ödənilməsi və ya onun məbləğinin azaldılması imkanı nəzərdə tutulmuşdursa, bu barədə vəsatət olmadıqda və ya vəsatət rədd edilmişdirsə, “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə bu Məcəllənin 10-1.3-cü maddələrində nəzərdə tutulmuş qaydada aparılan elektron məhkəmə icraatında apellyasiya şikayəti həmin maddənin tələblərinə uyğun verilmədikdə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır; 27. - “Apellyasiya şikayətinin forması” adlı 2 saylı Əlavəsində apellyasiya şikayətində qeyd edilməli məlumatlar və onların hansı ardıcıllıqla göstərilməli olması müəyyən edilmişdir. Ə lavədə həmçinin tələb olunur ki, apellyasiya şikayəti verən şəxs işin faktiki halları ilə bağlı mövqeyini aydın ifadə etməli, işin materiallarına istinad edilməklə məhkəmələr tərəfindən müəyyən edilmiş hansı halları qəbul etdiyini, hansı halları isə qəbul etməyərək mübahisələndirdiyini dəqiq göstərməli, eləcə də mübahisənin düzgün həlli üçün əhəmiyyətli hesab etdiyi digər hansı faktiki halların məhkəmələr tərəfindən araşdırılmadığını dəqiq bildirməli, işin halları ilə bağlı mövqe mübahisənin predmetinə aidiyyəti nəzərə alınmaqla, yığcam şəkildə, xronoloji ardıcıllıqla, sadə və anlaşıqlı formada təqdim edilməli, şikayət olunan qətnamə və ya qərardad çıxarılarkən düzgün tətbiq edilmədiyi iddia edilən hər bir maddi hüquq norması sıralanmaqla göstərilməli, göstərilmiş hər bir normanın qarşıs ında düzgün tətbiq edilməmənin nədən ibarət olduğuna dair mövqeni aydın şəkildə ifadə edən izah verilməli, məhkəmənin hansı faktiki halları aydınlaşdırmadığı dəqiq göstərilməli və hər birinin qarşısında bu halın məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyətinin nədən ibarət olduğuna aydın şəkildə izah verilməli, məhkəmə tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hansı halların sübut edilməməsi dəqiq göstərilməli və hər birinin qarşısında bunun nədə ifadə olunmasına (qanunla göstərilən sübutlarla təsdiq edilməməsi və ya qeyri-mötəbər, ziddiyyətli, aid olmayan sübutlarla təsdiq edilməsi) aydın şəkildə izah verilməli, apellyasiya şikayəti verən şəxs özünün tələblərini aydın göstərməli, yəni, məhkəmə aktının tam və ya qismən ləğv edilməsinə və yaxud dəyişdirilməsinə və mübahisənin hə lli ilə bağlı nə barədə qərarın qəbul edilməsinə dair tələblərini dəqiq bildirməlidir. V. Apellyasiya instansiyası məhkəməsinin şikayəti qiymətləndirməsi və onun həllinə dair mövqeyi
28. Kollegiya verilmiş şikayəti qanunvericiliyin tələbləri və iş materialları ilə qarışlıqlı şəkildə öyrənək bildirir ki, birinci instansiya məhkəməsinin şikayəti geri qaytararkən istinad etdiyi prosessual əsaslar dövlət rüsumunun ödənilməməsi və şikayətin formasına əməl edilməməsidir.
29. İddiaçının "şikayətə görə dövlət rüsumunun ödənilməsinin nəzərdə tutulmaması" barədə dəlili araşdırılması ilə bağlı kollegiya bildirir ki, "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikası Qanununun 8.5-ci və Mülki-Prosessual Məcəllənin 108.1.6-cı maddələrinin tələbi birmənalıdır. Yəni iş üzrə icraata xitam verilməsi barədə q ərardaddan şikayət verilərkən 50 (əlli) manat məbləğində dövlət rüsumu ödənilməlidir. İddiaçının bu barədə əks iddiası qanunun birbaşa tələbi ilə ziddiyyət təşkil edir və heç bir hüquqi əsası yoxdur.
30. Bu səbəbdən kollegiya birinci instansiya məhkəməsinin İddiaçı verdiyi şikayətin geri qaytarılması ilə bağlı sözügedən əsası qanuni, iddiaçının şikayətində qeyd etdiyi "şikayətə görə dövlət rüsumunun ödənilməsinin nəzərdə tutulmaması" barədə dəlilini isə əsassız hesab edir.
31. Şərur Rayon Məhkəməsinin 05 dekabr 2025-ci il tarixli, 2(110)-711/2025 nömrəli qərardadında iddiaçının verdiyi şikayətin geri qaytarılmasına dair digər əsas isə şikayətin forması ilə bağlıdır.
32. İddiaçının şikayətin formasına dair arqumentlərini dəyərləndirən kollegiya qeyd edir ki, Mülki-Prosessual Məcəllənin 357. 1-ci maddəsinə əsasən, apellyasiya şikayəti vermək hüququ həm qanuni qüvvəyə minməmiş qətnamələrə, həm də qərardadlara şamil olunur. Bu maddə apellyasiya şikayəti obyektlərini (qətnamə və qərardadı) eyni hüquqi müstəvidə birləşdirir. Qanunvericilik bu hüququn həyata keçirilməsi mexanizmini isə həmin Məcəllənin 361-ci maddəsi və buna uyğun olaraq qəbul edilmiş 2 saylı əlavə ("Apellyasiya şikayətinin forması") ilə tənzimləyir.
33. Belə ki, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinə edilmiş 2 saylı əlavənin (Apellyasiya şikayətinin forması) 4, 6 və 7-ci bəndlərindən, habelə 4.1, 4.2 və 4.3-cü alt bəndlərindən aydın olur ki, qanunverici bu prosessual formanı yalnız qətnamədən verilən apellyasiya şikayətləri üçün deyil, həmçinin məhkəmənin çıxardığı qərardadlardan verilən şikayətlə r üçün də universal (hər tərəfli) bir forma kimi müəyyən etmişdir. Yəni, 2 saylı əlavəsinin strukturunun təhlili göstərir ki, bu forma yalnız yekun qərar olan qətnamələr üçün deyil, məhz 357.1-ci maddədə göstərilən bütün məhkəmə aktları üçün vahid şablondur. Belə ki, əlavənin: 34. - 4-cü bəndi birbaşa "Barəsində şikayət olunan məhkəmə qətnaməsi və ya qərardadı haqqında məlumat"ın göstərilməsini tələb edir; 35. - 6 və 7-ci bəndləri şikayət olunan qərardad çıxarılarkən maddi və prosessual normaların pozulmasına dair dəlillərin sıralanmasını imperativ şərt kimi qoyur. 36.
36. Bu baxımdan, iddiaçının "qərardaddan verilən şikayətin xüsusi forma tələb etməməsi" barədə subyektiv mülahizəsi Mülki-Prosessual Məcəllənin 357.1-ci maddəsi və 2 saylı əlavənin qarşılıqlı əlaqəsindən irəli gələn hüquqi məntiqlə ziddiyyət təşkil edir. Formanın tələblərinə əməl edilməməsi məhkəmənin şikayəti mahiyyəti üzrə araşdırmasına və tərəfin hansı konkret normanın (maddi və ya prosessual) pozulduğunu iddia etməsini anlamağa mane olan prosessual çatışmazlıqdır.
37. Beləliklə, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi həm Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 357.1-ci maddəsinin tələblərinə əsaslanan 2 saylı əlavənin forma tələblərini, həm də rüsumla bağlı maddi hüquq normalarını düzgün rəhbər tutaraq şikayəti geri qaytarmışdır.
38. Yekunda kollegiya onu da bildirməyi zəruri hesab edir ki, iddiaçının 15 yanvar 2026cı il tarixdə verdiyi şikayətinin prosessual formasını və məzmununu tədqiq edərkən onun da əvvəlki qaydada elektron sistemdən kənar və Mülki-Prosessual Məcəllənin 2 saylı əlavəsinə tam uyğun olmadan təqdim edilməsini müəyyən edir. Birinci instansiya məhkəməsinin 05 dekabr 2025-ci il tarixli qərardadında iddiaçının üzərinə düşən prosessual vəzifələrin (rüsumun konkret məbləği, ödənilmə qaydası və şikayətin formasına dair normativ tələblər) hüquqi əsaslandırılması və izahı kifayət qədər aydın ifadə olunmadığından Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi ilə təsbit olunmuş məhkəmə müdafiəsi hüququnun effektivliyini təmin etmək, iş üzrə əlavə süründürməçiliyin qarşısını almaq və qanunvericiliyin tələblərini birbaşa yuxarı instansiya məhkəməsi tərəfindən tərəfə izah etmək məqsədilə kollegiya həddindən artıq formalizmə yol verməyərək şikayəti qeyri-mümkün hesab etməmiş, ona mahiyyəti üzrə baxaraq tərəfin hüquqi yanılmalarına aydınlıq gətir ilməsini zəruri hesab etmişdir.
39. Qeyd edilənlərin məcmusu kollegiyanı belə bir nəticəyə gətirir ki, Şərur Rayon Məhkəməsinin 05 dekabr 2025-ci il tarixli, 2(110)-711/2025 nömrəli qərardadı iş materiallarına və mülki prosessual qanunvericiliyin tələblərinə tam uyğundur.
40. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 398-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək; qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək; qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək; qərardaddan verilmiş şikayətdən imtina olunduqda, apellyasiya icraatına xitam vermək səlahiyyətləri vardır.
41. G östərilənləri nəzərə alaraq kollegiya yekunda aşağıdakı nəticəyə gəlir: 42. - İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə çıxarılmış Şərur Rayon Məhkəməsinin 05 dekabr 2025-ci il tarixli, 2(110)-711/2025 nömrəli qərardadından iddiaçının verdiyi şikayət təmin edilməməli; 43. - Şərur Rayon Məhkəməsinin 05 dekabr 2025-ci il tarixli, 2(110)-711/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
44. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 402.2-ci maddəsində apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mü mkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə; bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında qərardadlarından kassasiya şikayəti verilə bilməsi qeyd edilib.
45. Həmçinin Mülki-Prosessual Məcəllənin 400-cü maddəsinə görə apellyasiya instansiyası məhkəməsinin həmin Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qə rardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir.
46. Kollegiya bildirir ki, qeyd edilən prosessual normaların tələbinə görə hazırkı məhkəmə aktı kassasiya şikayəti verilə bilən qərardadlar siyahısına aid edilmir. Vİ. Apellyasiya instansiyası məhkəməsinin şikayət üzrə gəldiyi nəticə Kollegiya yuxarıda qeyd olunanları, “Məhkəmələr və hakimlər haqqında" Qanunun 5-ci və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 263, 264 və 365-ci maddələrini rəhbər tutaraq q ə r a r v e r d i: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə çıxarılmış Şərur Rayon Məhkəməsinin 05 dekabr 2025-ci il ta rixli, 2(110)-711/2025 nömrəli qərardadından iddiaçının verdiyi şikayət təmin edilməsin. Şərur Rayon Məhkəməsinin 05 dekabr 2025-ci il tarixli, 2(110)-711/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Bu qərardaddan kassasiya şikayəti verilməsinə yol verilmir. Sədrlik edən: Zamiq Əliyev. Hakimlər: Mehman Allahverdiyev və Sənan Qarayev.