Məhkəmə qərarları › İş №2(3-1)-94/2026

Naxçıvan MR Ali Məhkəməsi Qətnamə — İş №2(3-1)-94/2026

10.06.2026 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Naxçıvan şəhəri İş № 2(3-1)-94/2026 10.06.2026 NAXÇIVAN MR ALI MƏHKƏMƏSI Mülki Kollegiyası Iddiaçı İddiaçı cavabdehlər cavabdeh2 və X7 qarşı miras əmlakda payların müəyyən olunması tələbinə dair mülki iş üzrə (Açar söz: Miras əmlaka payların müəyyən edilməsi tələbi) Hakimlər Allahverdiyev Mehman Dünyamalı oğlu (sədrliyi və məruzəsi ilə), Əliyev Zamiq Xudaverdi oğlu və Əliyev Mehdi Ədalət oğlundan ibarət tərkibdə, X3 məhkəmə iclas katibliyi, cavabdeh X7 və cavabdeh Rəcəbova (Rüstəmova) Qütbiyyə Rəcəb qızının vəkil-nümayəndəsi Nümayəndə iştirakları ilə, iddiaçı İddiaçı cavabdehlər cavabdeh2 və X7 qarşı miras əmlakda payların müəyyən olunması tələbinə dair mülki iş üzrə Naxçıvan Şəhər Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-***/**** nömrəli qətnaməsindən cavabdeh Rəcəbova (Rüstəmova) Qütbiyyə Rəcəb qızının vəkil-nümayəndəsi Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayəti üzrə mülki işə Naxçıvan MR Ali Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İ. Işin halları

1. Iddia ərizəsinə əlavə olunmuş Naxçıvan MR Texniki Invertarlaşdırma Bürosu tərəfindən verilmiş qeydiyyat vəsiqəsindən Naxçıvan şəhər, Azadlıq prospektində yerləşən dörd otaq, 82.48 m2 dəhliz, o cümlədən 61.2 m2 yaşayış sahəsi olan bina 16, mənzil 48 ünvanında yerləşən yaşayış evinin şəxsi mülkiyyət hüququ əsasında Naxçıvan şəhər XDS Icraiyyə Komitəsinin ** nömrəli, ## ###### 1991-ci il tarixli qərarı əsasında X15 adına qeydiyyata alınması aydın olur.

2. Iş materiallarına əlavə olunmuş fərdi yaşayış fonduna aid yaşayış evinin texniki pasportundan ünvan 1 ünvanında yerləşən mənzilin X15 adına qeydiyyata alınması aydın olur.

3. Iddia ərizəsinə əlavə olunmuş və Naxçıvan Şəhər Icra Hakimiyyəti * saylı mənzil istismar idarəsi tərəfindən verilmiş ## ####### 2024-cü il tarixli, *** nömrəli arayışda X15 həyat yoldaşının X8 (vəfat edib), oğlunun İddiaçı, qızlarının X7 və cavabdeh2 olması qeyd olunmuşdur.

4. Iddia ərizəsinə əlavə olunmuş və Naxçıvan şəhər Nikah Evi tərəfindən verilmiş ## ###### 2024-cü il tarixli, ****** nömrəli çıxarışdan X8 ##.##.1990-cı il tarixdə miokard infarkt səbəbi ilə Naxçıvan şəhərində vəfat etməsi və bu barədə ölüm haqqında akt qeydləri kitabında ##.##.1990-cı il tarixdə qeyd aparılması aydın olur.

5. Iddia ərizəsinə əlavə olunmuş və Naxçıvan şəhər Nikah Evi tərəfindən verilmiş ## ###### 2024-cü il tarixli, AZ-İ seriyalı, ****** nömrəli çıxarışdan X15 ##.##.2004-cü il tarixdə beyinə qansızma səbəbi ilə Naxçıvan şəhərində vəfat etməsi və bu barədə ölüm haqqında akt qeydləri kitabında ##.##.2004-cü il tarixdə qeyd aparılması aydın olur. II. Birinci instansiya məhkəməsində icraat

6. Iddiaçı İddiaçı "14" fevral 2025-ci ildə cavabdeh2 və Rəcəbova (Rüstəmova) Qütbiyyə Rəcəb qızına qarşı iddia ərizəsi ilə Naxçıvan Şəhər Məhkəməsinə müraciət edərək X22 ölümündən sonra miras qalmış ünvan 2 ünvanında yerləşən miras əmlakda özünün payının müəyyən olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

7. Iddiaçı tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı mərhum atası X8 ##.##.1990-cı il tarixdə vəfat etmiş, mərhum X12 Hüseyn qızı isə ##.##.2004-cü il tarixində vəfat etmişdir. Mərhum X12 ölümündən sonra ünvan 2 ünvanında yerləşən əmlak miras qalmışdır. Anasının ölümündən sonra İddiaçı ünvan 2 ünvanında yerləşən miras əmlak qəbul etmişdir. X16 həyat yoldaşı X8 (vəfat etmiş), oğlu İddiaçı, qızı X7 və qızı cavabdeh2 adlı vərəsələri var. X12 ölümündən sonra ünvan 2 ünvanında yerləşən miras əmlakı faktiki olaraq iddiaçı qəbul etmişdir. Əlavə olaraq evin bütün kommunal xərcləri İddiaçı tərəfindən ödənilmiş və mərhum anası Münəvvər Abdullayevin ölümündən sonra evin açarı onda olmuşdur. Bacıları Qütbiyyə və Zülfiyyə analarının ölümündən sonra həmin evdə yaşamamış və hər iki bacı Bakı şəhərində yaşamışdır. Vərəsəlik şəhadətnaməsinin alınması üçün Naxçıvan Regional “ASAN xidmət” mərkəzində notariat ofisinə müraciət edilmiş, notariat ofisi ## ###### 2024-cü il tarixli məktubunda vərəsəlik şəhadətnaməsi verməkdən rəsmi olaraq imtina edərək məhkəməyə müraciət etməli olduğunu bildirmişdir.

8. Məhkəmə iclasında şahid qismində dindirilən X2 ifadəsində Aydını uzun illərdir tanıdığını, Münəvvər xanımın 2004-cü ildə öldüyünü, yasında iştirak etdiyini, onun ölümündən sonra həmin evdə Aydının yaşadığını, ölümündən qabaq da Aydının yaşadığını, kommunal xərcləri kimin ödədiyini bilmədiyini, özünün ümumiyyətlə Aydının bir bacısını görmədiyini, onun da anasının ölümündən qabaq evlənib çıxıb getdiyini, Aydının hal-hazırda Bakıda yaşadığını, həmin evdə hal-hazırda heç kimin yaşamadığını bildirmişdir.

9. Məhkəmə iclasında şahid qismində dindirilən X4 ifadəsində qonşu olduqlarını, Münəvvər xanımın öləndən sonra həmin evdə Aydının yaşadığını, Münəvvər xanımın 2004-cü ildə öldüyünü, ölümündən qabaq da Aydının yaşadığını, Aydının bir bacısının balaca vaxtı qaçdığını, digərinin də evlənib getdiyini, ev yiyəsi kimi Aydını bildiklərini bildirmişdir.

10. Naxçıvan Şəhər Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-***/**** nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilmiş və X23 vəfatından sonra ondan miras qalmış ünvan 2 ünvanında yerləşən mənzildə İddiaçı tam hissədə payının müəyyən edilmişdir.

11. Bundan sonra, Naxçıvan Şəhər Məhkəməsinin ## ####### 2025-ci il tarixli qərardadı ilə qətnamənin əsaslandırma və nəticə hissələrində yol verilmiş texniki səhv düzəldilərək, yekun məhkəmə aktının mətnindəki “X22” ifadəsi “X15” ilə əvəz edilmişdir.

12. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırmışdır ki, miras əmlakda payın müəyyən olunması üçün ilkin olaraq mirasın qəbul edilib-edilməməsi məsələsi araşdırılmalıdır. Iddia tələbinin məhkəmədə araşdırılması zamanı miras qoyan X22 tərəfindən vəsiyyətnamə tərtib edilmədiyi müəyyən edilmişdir. Buna görə də hazırkı vəziyyətdə vərəsəliyin qanunla müəyyən edilmiş əsası tətbiq edilməlidir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını, mülki iş materiallarını bir-biri ilə əlaqəli şəkildə, onları isə qanunvericiliyin tələbləri daxilində tədqiq edərək belə nəticəyə gəlmişdir ki, İddiaçı X23 vəfatından sonra ondan qalmış miras əmlakı mərhumun öldüyü gündən faktiki idarə etmiş, bununla da faktiki idarə etmək üsulu ilə mirası qəbul etmişdir. Məhkəmə qeyd olunan nəticəyə gələrkən işin məhkəmədə araşdırılması zamanı cavabdehlər tərəfindən mirasın qəbul edilməsi halının aşkar edilməməsini, şahidlərin ifadələrini nəzərə almışdır. X23 digər vərəsəsi olan X7 məhkəmə iclasında öz payından imtina etmədiyini, mirası qəbul etmək istədiyini, özünə də həmin mirasdan pay çatdığını bildirsə də, həmin miras əmlakı faktiki olaraq və ya formal üsulla qəbul etməsini təsdiq edən heç bir sübutu məhkəməyə təqdim etməmişdir. Işin araşdırması zamanı da onun mirası istər formal üsulla istərsə də, faktiki olaraq qəbul etməsi müəyyən edilməmişdir. Həmçinin məhkəmə iclasında iştirak edən şahidlər də həmin mənzildə İddiaçı yaşadığını, başqa heç kimi görmədiklərini bildirmişlər. Məhkəmə belə hesab etmişdir ki, iddiaçı İddiaçı X23 vəfatından sonra ondan qalmış miras əmlakı, yəni ünvan 2 ünvanında yerləşən mənzili qəbul etdiyindən hazırda iddiaçı payının müəyyən edilməsini tələb etməkdə haqlıdır. Qeyd edilənləri ümumiləşdirərək məhkəmə belə hesab etmişdir ki, X22 vəfatından sonra ondan qalmış miras əmlakda, yəni ünvan 2 ünvanında yerləşən mənzildə iddiaçı İddiaçı tam hissədə payı müəyyən edilməlidir. Iş üzrə cavabdeh Rəcəbova (Rüstəmova) Qütbiyyə Rəcəb qızının vəkilnümayəndəsi

13. Nümayəndə ## ###### 2025-ci ildə apellyasiya şikayəti verərək, Naxçıvan Şəhər Məhkəməsinin *(***)-***/**** nömrəli, ## ###### 2025-ci il tarixli qətnaməsini ləğv edilərək, iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmiş, məhkəmənin ## ###### 2025-ci il tarixli qərardadı ilə apellyasiya şikayətinin geri qaytarılması qərara alınmışdır.

14. Sonuncu qeyd edilən qərardaddan narazı qalan cavabdeh Rəcəbova (Rüstəmova) Qütbiyyə Rəcəb qızının vəkili-nümayəndəsi ## ###### 2025-ci il tarixdə şikayətlə məhkəməyə müraciət edərək, *(***)-***/**** nömrəli, ## ###### 2025-ci il tarixli qərardadının ləğv edilməsini məhkəmədən xahiş etmiş, Naxçıvan Şəhər Məhkəməsinin ## ###### 2025-ci il tarixli qərardadı ilə şikayət əsaslı hesab edilməyərək, baxılması üçün işlə birlikdə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə göndərilməsi qərara alınmışdır.

15. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının ## ###### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və Naxçıvan Şəhər Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-***/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılmışdır.

16. Cavabdeh Rəcəbova (Rüstəmova) Qütbiyyə Rəcəb qızının vəkil-nümayəndəsi Nümayəndə ## ###### 2026-cı il tarixdə ərizə ilə Naxçıvan Şəhər Məhkəməsinə müraciət edərək qətnamədən apellyasiya şikayəti vermək üçün buraxılmış prosessual müddətinin bərpa edilməsini xahiş etmiş, Naxçıvan Şəhər Məhkəməsinin ## ###### 2026-cı il tarixli qərardadı ilə apellyasiya şikayəti vermək üçün buraxılmış prosessual müddətin bərpa olunması barədə ərizəsinin təmin edilməməsi qərara alınmışdır.

17. Məhkəmə aktı ilə razılaşmayan cavabdehin vəkil-nümayəndəsi Nümayəndə ## #### 2026-cı il tarixdə şikayətlə məhkəməyə müraciət edərək, Naxçıvan Şəhər Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli qərardadının ləğv edilməsini məhkəmədən xahiş etmiş, Naxçıvan Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli qərardadı ilə məhkəmənin ## ###### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli qərаrdаdındаn cavabdeh Rəcəbova (Rüstəmova) Qütbiyyə Rəcəb qızının vəkili-nümayəndəsi Nümayəndə tərəfindən verilmiş şikаyət əsаssız sayılaraq təmin edilməmiş, onun işlə birlikdə baxılması üçün Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə göndərilməsi qərara alınmışdır.

18. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının ## ### 2026-cı il tarixli, *(*-*)-**/**** nömrəli qərardadı ilə şikayətin təmin edilməsi, Naxçıvan Şəhər Məhkəməsinin apellyasiya şikayəti vermək üçün buraxılmış prosessual müddətin bərpa olunması barədə ərizənin təmin edilməməsinə dair ## ###### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli qərardadı tam ləğv edilməsi, cavabdeh Rəcəbova (Rüstəmova) Qütbiyyə Rəcəb qızına münasibətdə Naxçıvan Şəhər Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-***/**** nömrəli qətnaməsindən apellyasiya şikayəti vermək üçün buraxılmış prosessual müddət bərpa edilməsi qərara alınmışdır. III. Apellyasiya şikayəti və ona etirazın dəlilləri, izahatlar a) Apellyasiya şikayətinin dəlilləri

19. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə iclaslarının vaxtı və yeri barədə iddiaçı İddiaçı rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclaslarına gəlməmiş, məhkəmə iclaslarına gəlməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Beləliklə elə buradan iddiaçının guya ki, miras olaraq qəbul edib yaşadığı mənzildə yaşamadığı və iddianın əsassız olduğu sübut edilir. Daha bir sübut isə odur ki,məhkəmə qətnaməsi iddiaçıya hələ oktyabr ayına qədər çatmamışdır. Lakin məhkəmənin yazdığı: “Məhkəmə baxış iclaslarının vaxtı və yeri barədə cavabdeh X7 rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə baxış iclaslarına gəlməmiş“ həqiqətə uyğun deyildir. Belə ki, iddia ərizəsi məhkəməyə 18 fevralda daxil olmuş, ilk hazırlıq 18 mart tarixinə təyin edilmişdir. Cavabdeh Rəcəbova Qutbiyyə həm ilk, həm sonrakı iclaslara gəlsə də, məhkəmə iddiaçının gəlmədiyi üçün iclası keçirməmişdir. Lakin yalnız bir dəfə Rəcəbova Qutbiyyə ## ###### 2025-ci il tarixdə məhkəməyə teleqram göndərərək səhhəti ilə əlaqədar əməliyyat olunduğu üçün ## ###### 2025-ci il tarixdə olan məhkəməyə gələ bilmədiyi üçün təxirə salınmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə cavabdeh tərəfindən teleqramda səhhəti ilə əlaqədar əməliyyat olunduğunu qeyd etsə də, həmin halı təsdiq edən heç bir sübutu məhkəməyə təqdim etmədiyindən Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsaslanmaqla cavabdeh X7 iştirakı olmadan məhkəmə baxış iclaslarının keçirilməsini mümkün hesab etmişdir. Yəni məhkəmə cavabdehə hüquqlarını müdafiə etmək üçün şərait yaratmamış, iddiaçı ilə cavabdehə eyni münasibət bəsləməmişdir. Halbuki cavabdehin gəldiyi, iddiaçının isə heç bir üzrlü səbəb göstərmədən gəlmədiyi halda iddianın baxılmamış saxlanmasına əsas olduğu halda məhkəmə bunu etməmişdir. Halbuki cavabdehin mirasın qəbul etdiyini sübut edən sənədləri və şahidləri olmuşdur. Mərhum X12 ölümündən sonra ünvan 2 ünvanında yerləşən əmlak miras qalmışdır. Lakin iddiaçının yazdıqlarının və məhkəmədə nümayəndəsinin dediyini əksinə miras əmlak ünvan 2 ünvanında ev cavabdeh Rəcəbova Qutbiyyə tərəfindən faktiki qəbul edilmişdir. Iddiaçının bildirdiyinin əksinə evin bütün kommunal xərcləri İddiaçı tərəfindən deyil Qutbiyyə Rəcəbova tərəfindən ödənilmişdir. Iddiaçı yazır ki: “vərəsəlik şəhadətnaməsinin alınması üçün Naxçıvan Regional “ASAN xidmət” mərkəzində notariat ofisinə müraciət edilmiş, notariat ofisi## ###### 2024-cü il tarixli məktubunda vərəsəlik şəhadətnaməsi verməkdən rəsmi olaraq imtina edərək məhkəməyə müraciət etməli olduğunu bildirmişdir. Bundan sonra məhkəməyə ərizə verərək mirasın qəbul faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər, maraqlı şəxslərdən X7 etiraz edərək payının olduğunu bildirmişdir.” Yəni məhkəmə cavabdehlərdən Rəcəbova Qutbiyyənin iddianı qəbul etmədiyini bilsə də, ona məhkəmədə öz hüquqlarını müdafiə etmək üçün şərait yaratmamış,onun tərəfindən sübutları qəbul etməkdən imtina etmişdir. Bununla da məhkəmə MPM-nin 4,8,77.1. maddələrini pozmuşdur. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

20. Apellyasiya şikayətinə qarşı daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

21. Apellyasiya şikayətinə baxılması zamanı izahat verən cavabdeh X7 apellyasiya şikayətini müdafiə edərək, verdiyi izahatında özünün 1989-cu ildə ailə həyatı quraraq ata evindən köçdüyünü, anası öldüyü dövrdə qardaşı Aydının subay olduğunu və anası ilə birlikdə bu evdə yaşadığını, lakin anası vəfat etməzdən qısa müddət əvvəl insult keçirdiyi üçün və həmin vaxtlar qardaşı Aydın Türkiyə Respublikasında olduğu üçün anasını öz yanına aparıb qulluq etdiyini, 2004-cü ildə anasının onun yaşadığı mənzildə öldüyünü, mərhum anasını öz yaşadığı evindən son mənzilə yola saldıqlarını, həmin vaxt qardaşının pulu olmadığından anasının bəzi qızıllarını satıb yası vermək üçün pulunu qardaşı Aydına verdiyini, anasının yas mərasiminin onun özünə məxsus olan evdə verildiyini, 40 mərasiminə kimi anasının evində olduğunu, hər cümə axşamı ehsan verdiklərini, 40 mərasimindən sonra da hər həftə anasının evinə gedərək qardaşına baş çəkib, ona qulluq etdiyini, 2006-cı ildə qardaşı Aydının Bakı şəhərinə köçdüyünü, 2012-ci ilə qədər özünün arada həmin evə gedib evə baş çəkdiyini, 2012ci ildə anasının evinə gedərkən evin kilidinin dəyişdirildiyi gördüyünü və həmin vaxtdan bəri mübahisəli evlə əlaqəsinin kəsildiyini qeyd edərək, Naxçıvan Şəhər Məhkəməsinin *(***)- ***/**** nömrəli, ## ###### 2025-ci il tarixli qətnaməsinin ləğv edilərək, iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

22. Apellyasiya şikayətinə baxılması zamanı izahat verən cavabdeh Rəcəbova (Rüstəmova) Qütbiyyə Rəcəb qızının vəkil-nümayəndəsi Nümayəndə da apellyasiya şikayətini müdafiə edərək, Naxçıvan Şəhər Məhkəməsinin *(***)-***/**** nömrəli, ## ###### 2025-ci il tarixli qətnaməsinin ləğv edilərək, iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

23. Məhkəmə baxışı iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iddiaçı İddiaçı və digər cavabdeh cavabdeh2 məhkəmə baxışı iclasında iştirak etməmiş, iştirak etməmələrinin səbəbi barədə kollegiyaya hər hansı məlumat verməmişlər. Kollegiya Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən iddiaçı İddiaçı və digər cavabdeh cavabdeh2 iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Belə ki, həmin maddənin tələbinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. IV. Tətbiq edilən hüquq normaları a) Azərbaycan Respublikası Konstitusiyası

24. 29-cu maddəsinin V hissəsində nəzərdə tutulmuş və mülki qanunvericiliklə hüquqi tənzimlənmiş vərəsəlik hüququ ölmüş şəxsə (vəsiyyət edənə) məxsus əmlakın başqa şəxslərə (vərəsələrə) keçməsinə dövlət təminat verir. Bu hüquq özündə vəsiyyət edənin öz əmlakına dair sərəncam vermək hüququnu, vərəsələrin isə bu əmlakı əldə etmək hüququnu birləşdirir. b) Azərbaycan Respublikası Mülki Məcəlləsi

25. Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır.

26. Maddə 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir.

27. Maddə 1133.2. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır.

28. Maddə 1134.1. Qanun üzrə vərəsəlik zamanı qanun üzrə vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilər.

29. Maddə 1145. Miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır.

30. Maddə 1146. Miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qanuni qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır.

31. Maddə 1151. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir.

32. Maddə 1159.1.1. Qanun üzrə vərəsəlik zamanı ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu birinci növbəli vərəsələr sayılırlar.

33. Maddə 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır.

34. Maddə 1243.3. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. c) Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

35. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

36. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

37. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

38. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır

39. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

40. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

41. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

42. Maddə 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.

43. Maddə 384.0.1 Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. d) “G.Qəhrəmanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının ## ####### 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin ## #### 2014-cü il tarixli Plenum Qərarı

44. Məhkəmələr tərəfindən vərəsəlik hüququnu, o cümlədən mirasın qəbul edilməsini tənzimləyən və iş üzrə tətbiq edilən hüquq normalarının müddəaları Konstitusiyanın 29-cu maddəsinin V hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təmin edilməsi sahəsində dövlətin üzərinə düşən konstitusiya öhdəlikləri baxımından şərh edilməlidir. e) “A.Nadirova və qeyrilərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının ## ###### 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## #### 2022-ci il tarixli Qərarı

45. Miras əmlakın hansı üsulla qəbul edilməsindən asılı olmayaraq vərəsə tərəfindən onun saxlanması və təsərrüfatın aparılması üçün icra edilmiş hərəkətlərin, o cümlədən miras əmlakın qəbulu ilə bağlı iradənin bariz şəkildə nümayiş etdirilməsi vərəsənin miras aktivini və miras passivini qəbul etməsinə dəlalət edir. V. Apellyasiya baxışının hədləri

46. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

47. Bu Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

48. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

49. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır.

50. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh Rəcəbova (Rüstəmova) Qütbiyyə Rəcəb qızının vəkil-nümayəndəsi Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayətində qətnamənin tam ləğv edilməsi xahiş edilir. Bu səbəbdən kollegiya hesab edir ki, apellyasiya baxışının predmetini qətnamənin iş üzrə cavabdeh Rəcəbova (Rüstəmova) Qütbiyyə Rəcəb qızına münasibətdə bütövlükdə yoxlanılması təşkil edir. VI. Məhkəmə kollegiyasının mövqeyi

51. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, аpеllyаsiyа şikаyətinin dəlillərini iş mаtеriаllаrı ilə birlikdə аrаşdırаrаq hеsаb еdir ki, birinci instansiya məhkəməsi işin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas yoxdur.

52. Hazırkı işin faktiki hallarından göründüyü kimi, X16 mübahisəli mənzilin mülkiyyətçisi olması, onun ## #### 2004-cü il tarixdə vəfat etməsi ilə mirasın açılması, vəsiyyətnamə tərtib etməməsi, miras qoyanın qanun üzrə birinci növbəli vərəsələrinin İddiaçı, X7 və cavabdeh2 olmaları, habelə notariat orqanı tərəfindən vərəsəlik şəhadətnaməsinin verilməsindən imtina edilərək tərəflərə məhkəməyə müraciət etmələrinin tövsiyə olunması tərəflər arasında mübahisə doğurmayan hallar kimi müəyyən edilir.

53. Iş üzrə əsas mübahisə isə X15 ölümündən sonra miras əmlakın hansı vərəsə tərəfindən qəbul edilməsi, iddiaçı İddiaçı mirası faktiki idarə və sahiblik etmə yolu ilə qəbul edibetməməsi, cavabdeh X7 miras əmlakı qəbul etməsini təsdiq edən halların mövcud olubolmaması, eləcə də birinci instansiya məhkəməsinin sübutları düzgün qiymətləndiribqiymətləndirməməsi və qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normalarına riayət olunub-olunmaması ilə bağlıdır.

54. Ilk növbədə qeyd olunmalıdır ki, mübahisəli mənzilin mülkiyyətçisi olmuş X15 ## #### 2004-cü il tarixdə vəfat etmişdir ki, belə olan halda mirasın açılma anı nəzərə alınmaqla hazırki mübahisəyə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin VII hissəsinə uyğunluğunun yoxlanılmasına dair” ## ###### 2023-cü il tarixli Qərarınadək olan hüquqi münasibətlər tədbiq olunmalıdır. Belə ki, həmi Qərarla müəyyən olunmuşdur ki, mülki dövriyyənin sabitliyinin təmin olunması baxımından bu Qərar qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibətlərinə və hazırda məhkəmələrin icraatında olan mübahisələr üzrə işlərə şamil edilməlidir.

55. Beləliklə, mülki iş üzrə müəyyən edilmiş hallardan görünür ki, mübahisəli mənzil X16 xüsusi mülkiyyətində olmuş, onun ## #### 2004-cü il tarixdə vəfat etməsi ilə Mülki Məcəllənin 1145 və 1146-cı maddələrinin tələblərinə uyğun olaraq miras açılmışdır. Miras qoyan tərəfindən vəsiyyətnamə tərtib edilmədiyindən Mülki Məcəllənin 1133.2-ci maddəsinə əsasən vərəsəlik münasibətləri qanun üzrə vərəsəlik qaydasında müəyyən edilməlidir. (Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır.)

56. Mülki Məcəllənin 1159.1.1-ci maddəsinə əsasən miras qoyanın uşaqları bərabər pay hüquqlu birinci növbəli vərəsələr hesab edilirlər. Deməli, iddiaçı İddiaçı, cavabdehlər X7 və cavabdeh2 qanun üzrə eyni növbəli vərəsələr olmaqla miras əmlak üzərində hüquq əldə etmək imkanına malik olmuşlar. Lakin mirasın açıldığı dövrdə qüvvədə olan Mülki Məcəllənin tələbləri baxımından miras əmlak üzərində hüququn yaranması üçün təkcə vərəsə olmaq kifayət etmir, vərəsə mirası qanunla müəyyən edilmiş qaydada qəbul etməlidir.

57. Bu baxımdan Mülki Məcəllənin 1243.2-ci maddəsi xüsusi əhəmiyyət kəsb edir. Həmin normaya əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır (Mirasın açıldığı dövrə münasibətdə). Qanunverici mirasın qəbul edilməsinin formal və faktiki üsullarını eyni hüquqi nəticə yaradan üsullar kimi müəyyən etmişdir. Buna görə də mirasın qəbul olunmasının müəyyən edilməsi zamanı əsas araşdırılmalı məsələ vərəsənin miras əmlaka münasibətdə özünü mülkiyyətçi kimi aparıb-aparmaması, həmin əmlak üzərində faktiki hakimiyyət həyata keçirib-keçirməməsi və bununla mirası qəbul etmək iradəsini aşkar şəkildə nümayiş etdirib-etdirməməsidir.

58. Birinci instansiyası məhkəməsində iş üzrə dindirilmiş şahidlər X2 və X4 ifadələri birbiri ilə uyğunluq təşkil etmiş, hər iki şahid miras qoyanın ölümündən əvvəl də, ölümündən sonra da iddiaçının həmin mənzildə yaşadığını, mənzil üzərində faktiki nəzarəti həyata keçirdiyini və onu ev sahibi kimi tanıdıqlarını göstərmişlər. Şahid ifadələri arasında ziddiyyət müəyyən edilməmiş, həmin ifadələr işin digər halları ilə (apellyatorun izahatı, kommunal qəbzlər və.s) də uzlaşmışdır.

59. Həmçinin kollegiya qeyd edir ki, yuxarıda qeyd olunduğu kimi apellyasiya şikayətinə baxılması zamanı izahat verən apellyator 1989-cu ildə ailə həyatı quraraq ata evindən köçdüyünü, anası öldüyü dövrdə qardaşı Aydının subay olduğunu və anası ilə birlikdə bu evdə yaşadığını, lakin anası vəfat etməzdən qısa müddət əvvəl insult keçirdiyi üçün və həmin vaxtlar qardaşı Aydın Türkiyə Respublikasında olduğu üçün anasını öz yanına aparıb qulluq etdiyini, 2004-cü ildə anasının onun yaşadığı mənzildə öldüyünü, mərhum anasını öz yaşadığı evindən son mənzilə yola saldıqlarını, həmin vaxt qardaşının pulu olmadığından anasının bəzi qızıllarını satıb yası vermək üçün pulunu qardaşı Aydına verdiyini, anasının yas mərasiminin onun özünə məxsus olan evdə verildiyini, 40 mərasiminə kimi anasının evində olduğunu, hər cümə axşamı ehsan verdiklərini, 40 mərasimindən sonra da hər həftə anasının evinə gedərək qardaşına baş çəkib, ona qulluq etdiyini, 2006-cı ildə qardaşı Aydının Bakı şəhərinə köçdüyünü, 2012-ci ilə qədər özünün arada həmin evə gedib evə baş çəkdiyini, 2012-ci ildə anasının evinə gedərkən evin kilidinin dəyişdirildiyi gördüyünü və həmin vaxtdan bəri mübahisəli evlə əlaqəsinin kəsildiyini bildirmiş, eyni zamanda apellyasiya instansiyası məhkəməsində sualları cavablandırandırarkən Q.Rəcəbova 1989-cu ildə ailə qurduğunu, ailə qurduğu vaxtdan həyat yoldaşına məxsus evə köçdüyünü, anasının onun evində öldüyünü, qardaşı Aydının anasının evində yaşadığını, anası öləndən sonra bacısı ilə anasının 40-na kimi anasının evində yaşadığını, sonra bacısının Bakı şəhərinə getdiyini, anasının evində 3 qızıl üzüyü və 1 sırğası qaldığını, anasının 40 mərasimindən sonra həmin qızılları əllərə keçməsin deyə götürüb öz evinə gətirdiyini, həmçinin anasının evindən 1 xalça və bir neçə qab-qacaq da götürdüyünü, 2018-ci ildə Naxçıvana qayıdarkən anasının evinin kommunal xərclərinin 2004-cü ildən bəri ödənmədiyini bildiyini, xərclərin bir hissəsini özünün ödədiyini, həmin qəbzləri birinci instansiya məhkəməsinə təqdim etdiyini qeyd etmişdir.

60. Kollegiya mübahisənin hərtərəfli araşdırılmasını təmin etmək məqsədilə cavabdehin nümayəndəsi Nümayəndə tərəfindən şühidlərin dindirilməsi ilə bağlı verilən vəsatəti təmin edərək, ailə münasibətlərinin şahidi olmuş qonşuların məhkəmə baxışı iclasında dindirilməsini təmin etmiş, məhkəmə iclasından izahatları alınan şahidlər X1, X6 və X5 cavabdeh Q.Rəcəbovanın izahatına zidd ifadələr verərək Qütbiyə xanımın öz evindən onunla qonşu olduqlarını, cavabdehin anasının 2004-cü ildə cavabdehin evində öldüyünü, lakin onun yas mərasiminin məhz Qütbiyə xanımın öz evində saxlanıldığını, yas mərasimində iştirak etdiklərini (şahidlərdən yalnız biri iştirak edib-etməməsini xatırlamadığını bildirmişdir), cavabdehin mərhum anasının evində yas verilmədiyini, mərhumun evində ümumiyyətlə olmadıqlarını, cavabdehin həmin evə gedib-getmədiyi barədə məlumatlı olmadıqlarını bildirmişlər.

61. Kollegiya cavabdeh X7 apellyasiya baxışı zamanı verdiyi izahatları və onun vəsatəti əsasında dindirilmiş şahidlərin ifadələrini müqayisəli şəkildə qiymətləndirərək müəyyən etmişdir ki, mərhum anasının öz yaşadığı evindən son mənzilə yola saldıqlarına, anasının yas mərasiminin mərhumun özünə məxsus olan evdə verildiyinə, 40 mərasiminə kimi anasının evində oturduqlarına, qonşuların bu müddətdə həmin evə gəlib-getdiklərinə dair apellyatorun izahatları şahid ifadələri ilə təsdiq olunmamış, əksinə təkzib edilmişdir.

62. Belə ki, cavabdeh izahatında anasının vəfatından sonra qırx mərasiminə qədər anasının evində qaldığını, sonrakı dövrdə də mütəmadi olaraq həmin evə gedərək ona nəzarət etdiyini, evi səliqə-sahmana saldığını bildirmişdir. Lakin onun vəsatəti əsasında məhkəmə iclasında dindirilmiş şahidlər mübahisəli mənzildə olmadıqlarını, həmin ev barədə yalnız ünvan olaraq məlumatlı olduqlarını, cavabdehin həmin mənzilə gedib-gəlməsi və ya mənzildən istifadə etməsi barədə hər hansı məlumata malik olmadıqlarını və ən əsası yas mərasiminin cavabdehin öz evində saxlanıldığını və ondan sonrakı dövrlərdə də 40 mərasiminədək Qütbiyə xanımın öz evinə gedib-gəldiklərini göstərmişlər.

63. Bundan başqa, cavabdeh anasının ölümündən sonra miras əmlakla bağlı faktiki hərəkətlər etdiyini və əmlakı qəbul etdiyini bildirsə də, onun təqdim etdiyi şahidlər həmin halları təsdiq edən hər hansı məlumat verməmişlər. Əksinə, şahidlərin ifadələrindən görünür ki, onların məlumatlı olduqları hallar yalnız mərhumun cavabdehin yaşadığı evdə vəfat etməsi və yas mərasiminin də həmin evdə keçirilməsi ilə məhdudlaşmışdır.

64. Bundan əlavə, cavabdeh kommunal xərclərin özü tərəfindən ödənildiyini göstərsə də, bununla bağlı təqdim etdiyi ödəniş qəbzləri 2018-ci və 2025-ci illərə aid olmuşdur (bax İ cild, səh. 89-90). Həmin sənədlər miras qoyan X15 ## #### 2004-cü il tarixdə vəfat etməsindən dərhal sonrakı dövrü əhatə etmədiyindən və mirasın qəbul olunması üçün qanunla müəyyən edilmiş müddət ərzində cavabdehin miras əmlakı faktiki idarə etməsini təsdiq etmədiyindən, həmin qəbzlər mirasın onun tərəfindən faktiki qəbul edilməsinin sübutu kimi qiymətləndirilə bilməz.

65. Cavabdeh həmçinin dəlilinin əsas kimi anasının evindən 3 ədəd qızıl üzük, 1 ədəd sırğa, 1 xalça və qab-qacaq götürdüyünü bildirmişdir. Lakin qeyd olunan əşyaların mövcudluğunu, onların mərhuma məxsus olmasını, habelə cavabdeh tərəfindən götürülməsini təsdiq edən hər hansı yazılı sübut, şahid ifadəsi və ya digər mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir. Buna görə də cavabdehin həmin əşyaları götürməsi ilə bağlı izahatı yalnız onun mülahizəsinə əsaslanır və sübut olunmadığından bu hal mirasın onun tərəfindən faktiki qəbul edilməsini təsdiq edən hal kimi qəbul edilə bilməz.

66. Beləliklə, cavabdeh Qütbiyə Rəcəbovanın miras əmlakı qəbul etməsi barədə verdiyi izahatlar nə onun təqdim etdiyi şahidlərin ifadələri, nə də iş materiallarında olan digər sübutlarla öz təsdiqini tapmamışdır. Əksinə, iş üzrə toplanmış sübutlar cavabdehin mübahisəli mənzil üzərində miras açıldıqdan sonra faktiki sahiblik və idarəetmə həyata keçirməsini təsdiq etmədiyindən, onun bu barədəki izahatları əsaslı hesab olunmur.

67. Məhkəmə kollegiyası hesab edir ki, göstərilən hallar Mülki Məcəllənin 1243.2 və 1243.3-cü maddələrinin mənasında iddiaçının mirası faktiki qəbul etməsini təsdiq edən hüquqi əhəmiyyətli hallardır. Belə ki, miras əmlakda yaşamaq, ona sahiblik etmək, onu idarə etmək və üçüncü şəxslər tərəfindən həmin əmlakın sahibi kimi qəbul edilmək mirasın faktiki qəbul edilməsinin klassik təzahür formalarındandır.

68. Bundan əlavə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## #### 2022-ci il tarixli qərarında hüquqi mövqe belə ifadə edilmişdir ki, miras əmlakın hansı üsulla qəbul edilməsindən asılı olmayaraq vərəsənin miras əmlakın saxlanılması, idarə olunması və ona münasibətdə sahiblik iradəsini açıq şəkildə nümayiş etdirməsi mirasın qəbul edilməsinə dəlalət edir. Iş üzrə müəyyən olunmuş faktiki hallar məhz həmin hüquqi mövqedə göstərilən meyarlara tam uyğundur.

69. Kollegiya qeyd edir ki, Mülki Məcəllənin 1243.2-ci maddəsi mirasın qəbul edilməsini hüquqi nəticə doğuran aktiv davranışlarla əlaqələndirmişdir. Apellyator isə miras qoyanın ölümündən sonrakı dövrdə əmlaka faktiki sahiblik etməsini və ya onu idarə etməsini təsdiq edən hər hansı sübut təqdim etməmişdir. Əksinə, iş üzrə toplanmış sübutlar iddiaçının həmin əmlaka faktiki sahiblik etdiyini, Q.Rəcəbovanın isə miras əmlakı qəbul etmədiyini göstərir.

70. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin cavabdehin hüquqlarını pozduğu və ona sübut təqdim etmək imkanı vermədiyi barədə dəlillər də öz təsdiqini tapmır. Iş materiallarından görünür ki, cavabdeh işə baxılması barədə məlumatlandırılmış, məhkəmə iclaslarında iştirak etmiş, etirazlarını bildirmiş və prosessual hüquqlarını həyata keçirmək imkanına malik olmuşdur. Belə olan halda MPM-in 8-ci maddəsində təsbit edilmiş tərəflərin bərabərliyi prinsipi və çəkişmə prinsipi pozulmamışdır. Lakin bununla bərabər Q.Rəcəbovanın bu dəlilləri nəzərə alınaraq ona sübutlarını təqdim etmək üçün apellyasiya baxışında şərait yaradılmış, lakin yuxarıda da qeyd olunduğu kimi, onun mübahisəli miras əmlakı qəbul etdiyi təqdim edilən sübutlarla da öz təsdiqini tapmamışdır.

71. Bundan başqa, apellyasiya şikayətində iddiaçının bəzi məhkəmə iclaslarında iştirak etməməsinin onun mirası qəbul etmədiyini göstərdiyi hal kimi bildirilmişdir. Kollegiya bu dəlili əsassız hesab edir. Çünki mirasın qəbul olunması məsələsi miras qoyanın ölümündən sonrakı dövrdə vərəsənin əmlaka münasibətdə davranışları ilə müəyyən edilir və sonradan məhkəmə iclaslarında iştirak edib-etməməsi həmin hüquqi faktın mövcudluğunu aradan qaldırmır. Bu səbəbdən göstərilən hal mübahisənin mahiyyəti baxımından hüquqi əhəmiyyət kəsb etmir.

72. Bundan əlavə, mülki məhkəmə icraatında tərəfin məhkəmə iclaslarında şəxsən iştirak edib-etməməsi onun prosessual hüququdur və qanunvericilik tərəfin öz hüquqlarını şəxsən və ya nümayəndə vasitəsilə həyata keçirməsini nəzərdə tutur. Iş materiallarından görünür ki, iddiaçı məhkəmədə peşəkar vəkil tərəfindən etibarnamə əsasında nümayəndə ilə təmsil olunmuş, nümayəndə iddia tələblərini müdafiə etmiş, işin hallarına dair izahatlar vermiş, sübutlar təqdim etmiş və tərəfin prosessual hüquqlarını həyata keçirmişdir. Bu səbəbdən iddiaçının ayrı-ayrı məhkəmə iclaslarında şəxsən iştirak etməməsi onun iddia tələbinin əsassız olması və ya mirası qəbul etməməsi kimi qiymətləndirilə bilməz.

73. Kollegiya həmçinin nəzərə alır ki, MPM-in çəkişmə və dispozitivlik prinsiplərindən irəli gələrək tərəf öz hüquqlarından istifadə formasını sərbəst müəyyən edir. Tərəfin nümayəndə vasitəsilə təmsil olunması onun məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsi üsullarından biridir və bu hal onun prosessual vəziyyətinə hər hansı mənfi nəticə doğurmur.

74. Digər tərəfdən, apellyasiya şikayətində göstərilən bu hal mübahisənin predmetinə aid olmayan prosessual xarakterli arqumentdir. Halbuki hazırkı mübahisə mirasın qəbul olunması və miras əmlakda payın müəyyən edilməsi ilə bağlıdır. Iş üzrə toplanmış sübutlar iddiaçının miras qoyanın ölümündən sonra miras əmlaka faktiki sahiblik etməsini və onu idarə etməsini təsdiq etdiyi halda (bu faktları apellyator özü də etiraf etmişdir), onun sonrakı dövrdə ayrı-ayrı məhkəmə iclaslarında iştirak etməməsi həmin sübutların hüquqi qüvvəsini azaltmır və birinci instansiya məhkəməsinin gəldiyi nəticənin düzgünlüyünə təsir göstərmir. Buna görə də apellyasiya şikayətinin bu hissədəki dəlili qətnamənin ləğvi və ya dəyişdirilməsi üçün əsas hesab edilə bilməz.

75. MPM-in 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra qiymət verir və heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Birinci instansiya məhkəməsi də məhz bu prinsipə uyğun olaraq şahid ifadələrini, yazılı sübutları və tərəflərin izahatlarını qarşılıqlı əlaqədə qiymətləndirmiş, gəldiyi nəticəni yalnız məhkəmə iclasında tədqiq edilmiş sübutlar üzərində qurmuşdur. Bu baxımdan MPM-in 217.3 və 217.4-cü maddələrinin tələblərinə riayət edilmişdir.

76. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə mühüm əhəmiyyət kəsb edən bütün halları düzgün müəyyən etmiş, həmin hallara düzgün hüquqi qiymət vermiş, Mülki Məcəllənin 1133.2, 1159.1.1, 1243.2 və 1243.3-cü maddələrini düzgün tətbiq etmiş, həmçinin MPM-in 14.2, 77.1, 88 və 217-ci maddələrinin tələblərinə uyğun olaraq qanuni və əsaslı qətnamə qəbul etmişdir.

77. Apellyasiya şikayətinin dəlilləri əsasən cavabdehin birinci instansiya məhkəməsində irəli sürdüyü etirazların təkrarından ibarət olmaqla, məhkəmənin müəyyən etdiyi halları təkzib edən yeni və mötəbər sübutlarla təsdiq olunmur. Şikayətdə göstərilən hallar qətnamənin qanunsuz və ya əsassız olması barədə nəticəyə gəlməyə imkan vermir.

78. Kollegiya onu da qeyd etməyi zəruri hesab edir ki, iddiaçı İddiaçı cavabdehlər cavabdeh2 və X7 qarşı miras əmlakda payların müəyyən olunması ilə bağlı birinci instansiya məhkəməsinin qətnaməsi iş üzrə digər cavabdeh cavabdeh2 tərəfindən mübahisələndirilmədiyindən kollegiya yalnız X7 münasibətdə dəlillərə hüquqi qiymət vermişdir.

79. Beləliklə, kollegiya mülki işin apellyasiya qaydasında baxılması zamanı müəyyən edilmiş hallarına əsaslanmaqla qeyd edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmiş, iş üzrə mövcud olan sübutların tədqiqi nəticəsində qəbul edilmiş qətnamə düzgün və qanuni əsaslarla əsaslandırılmışdır. Mübahisənin həllində mühüm əhəmiyyəti olan bütün faktiki hallar araşdırılmış, maddi və prosessual hüquq normalarına düzgün əməl edilməklə qanuni və əsaslı qətnamə qəbul edilmişdir. Mülki işin kollegiyada baxılması zamanı birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilməsi və ya ləğv edilməsinə səbəb ola biləcək yeni hallar müəyyən edilməmişdir.

80. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

81. Apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün cavabdeh cavabdeh2 tərəfindən ödənilmiş dövlət rüsumu, MPM-nin 119.1-ci maddəsinin tələbinə uyğun olaraq onun özünə aid edilməlidir.

82. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0, 384.0.1, 392, 393, 402.1, 403.1, 404.1.1, 405.0.1 və 406.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Naxçıvan Şəhər Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-***/**** nömrəli qətnaməsi iş üzrə cavabdeh X7 münasibətdə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği cavabdeh X7 özünə aid olunsun. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Naxçıvan MR Ali Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar