Azərbaycan Respublikası adından Qətnamə İş № 2(3-10)-125/2026 15.04.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “icarə borcunun ödənilməsi, torpaq sahəsinin boşaldılaraq bələdiyyəyə təhvil verilməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: torpaq mübahisəsi, icarə haqqının ödənilməsi) Hakimlər Musayev Taleh Valeh oğlu (sədrlik edən və məruzəçi), X2 və İsayev Elman Bəhruz oğlu oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Abdullayeva Aydan Paşa qızının katibliyi ilə, İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “icarə borcunun ödənilməsi, torpaq sahəsinin boşaldılaraq bələdiyyəyə təhvil verilməsi” tələbinə dair mülki iş üzrə Zərdab Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-***/**** nömrəli qətnaməsindən cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası aşağıdakıları müəyyən etdi. İşin halları
1. İddiaçı cavabdeh Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Zərdab rayonu, Çallı kənd sakini Cavabdeh adına olan ##.##.2005-ci il tarixli, * saylı qərarla verilmiş 50.0 ha icarə torpaq sahəsinin icarə müddətinin vaxtı bitdiyi üçün Çallı bələdiyyəsinə geri qaytarılması və bələdiyyəyə olan 5501,13 manat icarə və vergi borcunun ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Zərdab rayonu, Çallı kənd sakini Cavabdeh ##.##.2005-ci il tarixli, * saylı qərarla Zərdab rayonu, Çallı kəndi ərazisindən 50.0 ha torpaq sahəsini 20 il müddətinə kənd təsərrüfatı məhsulları istehsal etmək üçün icarəyə götürmüşdür. ##.##.2025-ci il tarixində 20 il tamam olaraq icarə müqaviləsinin vaxtı qurtarmışdır. Zərdab rayonu Çallı bələdiyyəsi tərəfindən həmin 50.0 ha torpaq sahəsinin boşaldılaraq bələdiyyə təhvil verilməsi məqsədilə ##.##.2025-ci il tarixdə icarədar Cavabdeh, ##.##.2025-ci il tarixdə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin ** saylı Ucar Ərazi İdarəsinə, ##.##.2025-ci il tarixdə Zərdab Rayon Polis Şöbəsinə müraciət olunsa da, bu günə qədər həmin 50.0 ha torpaq sahəsinin geri qaytarılması təmin olunmamışdır. Çallı kənd sakini icarədar Cavabdeh yazılı və şifahi müraciətlərə baxmayaraq müxtəlif bəhanələr gətirərək 12 ildir ki, həmin torpaq sahəsinin icarə haqqı və vergi borcunun ödənilməsindən yayınır. Cavabdeh Cavabdeh Zərdab rayonu Çallı bələdiyyəsinə ##.##.2025ci il tarixinə 5066.70 manat icarə haqqı və 434.43 manat vergi borcu, cəmi 5501,13 manat borcu vardır.
3. İşin məhkəmədə baxılmağa hazırlanması zamanı Zərdab rayonu, Çallı kənd sakini Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs ərizə ilə məhkəməyə müraciət edərək, müstəqil tələb irəli sürən üçüncü şəxs qismində tanınması və işə cəlb olunmasını məhkəmədən xahiş etmişdir.
4. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs tərəfindən müstəqil tələb irəli sürən üçüncü şəxs qismində tanınma və işə cəlb olunma haqqında vəsatətə baxış keçirilərkən Azərbaycan Respublikası MPM-nin 55.1-ci maddəsinin tələblərinə uyğun olaraq Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs tərəfindən mülki iş üzrə tərəflərə qarşı hər hansı iddia irəli sürülmədiyi müəyyən olunmuş, ərizədə yalnız mülki iş üzrə məhkəmənin qəbul etdiyi qətnamənin onun hüquq və maraqlarına təsir göstərə biləcəyi qeyd olmuşdur. Məhkəmə müvafiq ərizəyə məhkəmə iclasında baxaraq, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs müstəqil tələb irəli sürən üçüncü şəxs qismində tanınması və işə cəlb olunması barədə ərizəsini təmin etməmiş, lakin, məhkəmə qətnaməsi ilə onun hüquq və maraqlarına toxunma ehtimalı ola biləcəyi üçün Zərdab Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-***/**** saylı qərardadı ilə iddiaçı Zərdab rayonu Çallı Bələdiyyəsinin cavabdeh Cavabdeh qarşı “icarə borcunun ödənilməsi və torpaq sahəsinin boşaldılaraq bələdiyyəyə təhvil verilməsi” tələbinə dair mülki iş üzrə Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməsi qərara alınmışdır.
Birinci instansiya məhkəməsində icraat
5. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən iddiaçı İddiaçı sədri Nümayəndə iddianı müdafiə edərək izahatında göstərmişdir ki, ərizədə göstərdiyi kimi cavabdeh icarə haqqını illərlə ödəmir. Əvvələr icarə torpaqlarına vergi nəzərdə tutulmasa da sonardan Nazirlər Kabinetinin qərarına əsasən ## ###### 2023-cü il tarixindən icarə haqqı ilə yanaşı vergi də tutulması nəzərdə tutulmuşdur. Vergilər isə adi pay torpaqlarına hesablanan qaydada hesablanmışdır. Torpaq sahəsinə dair sənədlər xüsusi proqrama yerləşdirilir və proqram özü həmin vergiləri də hesablayır. Ancaq cavabdeh icarə haqqını və vergi borclarını ödəməmişdir. Yalnız məhkəməyə ərizə ilə müraciət etdikdən sonra cavabdeh icarə haqqından 1351 manat ödəmişdir. Zərdab rayonu, Çallı kənd sakini Cavabdeh ##.##.2005-ci il tarixli * saylı qərarla Çallı kənd ərazisindən 50.0 ha torpaq sahəsini 20 il müddətinə icarəyə götürmüş və ##.##.2025-ci tarixində 20 il tamam olduğu üçün icarə müqaviləsinin vaxtı bitmişdir. Dəfələrlə cavabdehə müraciət etmiş, icra və vergi borcunun ödənilməsi və torpaq sahəsinin boşaldılaraq bələdiyyəyə təhvil verilməsi ondan tələb edilmiş, lakin, heç bir müsbət nəticəsi olmamışdır. Hətta, bələdiyyə sədri olaraq məcbur olub bu barədə aidiyyəti dövlət qurumlarına da müraciətlər etmişdir. İcarə müqaviləsinin vaxtının şəhadətnamə alındıqdan sonra başlamasına münasibətdə isə bildirir ki, hazırki vaxtadək Cavabdeh şəhadətnamə almaya da bilərdi. Ancaq torpaq sahəsi müavilə imzalan andan onun istifadəsinə verilmişdir. Hesab edir ki, Çalli bələdiyyəsi ilə cavabdeh Cavabdeh arasında bağlanan torpaq icarə müqaviləsinin vaxtı bitmiş hesab olunaraq cavabdeh torpaq sahəsindən çıxarılmalı, icarə və vergi borcu cavabdehdən alınmalıdır. Əlavə olaraq bildirir ki, 2008-ci ildən etibarən bələdiyyə iclasının qərarı ilə icarə haqqları 100 faiz qaldırılmışdır. Məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir.
6. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmiş Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs izahatında göstərmişdir ki, dövlət qeydiyyatından keçmiş “xxxx” firmasının tərkibində kənd təsərrüfatı məhsullarının istehsalı üçün yaradılmış 26 ailədən ibarət “Babək” ailə-kəndli fermer təsərrüfatı yaratmışlar. Cavabdeh təsərrüfatın üzvlərindən biridir, özü isə yaratdıqları təsərrüfatın rəhbəridir. Təsərrüfata daxil olan torpaq sahələri ilə bağlı bütün maliyyə işlərini özü aparır. İddia ərizəsində qeyd olunan torpaq sahəsi Cavabdeh verilmişdir. Cavabdeh ##.##.2005-ci il tarixli * saylı qərarla Çallı kənd ərazisindən 50.0 ha torpaq sahəsini 20 il müddətinə kənd təsərrüfatı məhsullarını istehsal etmək üçün icarəyə götürmüşdür. Həmin icarə müqaviləsinin əlavə şərt hissəsində, altıncı bənddə icarəyə götürülmüş torpaqdan müvəqqəti istifadə hüququna dair müəyyən olunmuş qaydada şəhadətnamə alındıqdan sonra qüvvəyə minməsi qeyd edilmişdir. Torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamə isə ## ### 2006-ci il tarixdə alınmışdır. Ona görə də müqavilənin müddəti ## ### 2026-ci il tarixdə bitməlidir. Həmin icarə müqaviləsi üzrə ödənilməli olan icarə haqqlarına və vergi borcuna münasibətdə bildirir ki, torpaq vergisi bələdiyyənin torpaqların icarə haqqının daxilində ödənilməlidir. Qanunvericiliyi tələblərinə görə icarəyəverən torpaq vergisi tədiyyəçisi olduqda, torpaq vergisi icarə haqqının tərkibinə daxil edilir. Vergilər nəzərdə tutulmuş icarə haqqının 1/10 həcmində, 0,6 əmsal həddində nəzərdə tutulur. Ona görə də, iddiaçının vergi tələbi əsassızdır. İcarə haqqları isə Çapayev Çingiz tərəfindən son 6 ilədək ödənilmişdir. Lakin son 6 il ərzində bələdiyyə tərəfindən həmin torpaqdan istifadəyə şərait yardılmadığı üçün icarə haqqları ödənilməmişdir. Hazırda bələdiyyəyə icarə haqqı üzrə cəmi 400 manat ödənilməmiş borcu vardır. Məhkəmədən iddianın icarə haqqının ödənilməsi hissəsində, yəni, qismən təmin olunmasını xahiş etmişdir. 7.Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilsə də, cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməyin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Lakin, cavabdeh “AZEMİS” Elektron məhkəmə informasiya sistemində olan elektron kabinet vasitəsilə məhkəməyə müraciət edərək iddiaya etiraz etdiyini və iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
8. Zərdab Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-***/**** nömrəli qətnaməsi ilə (hakim C.Abbasov), iddia qismən təmin edilmiş, cavabdeh Cavabdeh 3715,70 (üç min yeddi yüz on beş manat, yetmiş qəpik) manat məbləğində icarə haqqının tutularaq iddiaçı İddiaçı hesabına ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi, cavabdeh Cavabdeh 57,16 (əlli yeddi manat, on altı qəpik) manat məbləğində dövlət rüsumunun tutularaq dövlət nəfinə ödənilməsi qət edilmişdir.
9. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, Zərdab rayonu Çallı bələdiyyəsi ilə Zərdab rayonu, Çallı kənd sakini Cavabdeh arasında “Torpaq sahəsinin icarəyə verilməsi haqqında” ## ##### 2005-ci il tarixli müqavilə bağlanmışdır. Zərdab rayonu Çallı bələdiyyəsi və Cavabdeh mülki hüququn bərabər hüquqlu subyekti kimi icarə münasibələrinə daxil olaraq müqavilə bağlamış və könüllü iradə ifadəsi olaraq həmin müqavilənin şərtlərini müstəqil olaraq öz aralarında razılaşdırmışlar. Müqaviləyə görə Zərdab rayonu Çallı bələdiyyəsinin ## #### 2005-ci il tarixli, * saylı qərarı əsasında Cavabdeh istifadəsinə əkinçiliyin inkişafı məqsədilə 50.0 ha torpaq sahəsinin 20 il müddətinə icarəyə verilməsi nəzərdə tutulmuşdur. İddia ərizəsinə əlavə olunan ## ##### 2005-ci il tarixli icarə müqaviləsinin 20 il müddətinə bağlandığı və həmin icarə müqaviləsinin 6-cı bəndində icarəyə götürülmüş torpaqdan müvəqqəti istifadə hüququna dair müəyyən olunmuş qaydada şəhadətnamə alındıqdan sonra müqavilənin qüvvəyə minməsi qeyd edilmişdir. İş materiallarında olan torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamədən isə görünür ki, torpaq sahəsinə dair şəhadətnamə Cavabdeh ##.##.2006-cı il tarixdə verilmişdir. Bu isə onu deməyə əsas verir ki, müqavilənin başlanğıc tarixi sözü gedən icarə müqaviləsinin imzalandığı ## ##### 2005ci il tarixdən deyil, həmin müqavilənin özündə şərtləndirildiyi kimi icarəyə götürülmüş torpaqdan müvəqqəti istifadə hüququna dair müəyyən olunmuş qaydada şəhadətnamə alındıqdan sonra, yəni ##.##.2006-cı il tarixdən hesablanmalı və tərəflər arasında bağlanmış ## ##### 2005-ci il tarixli icarə müqaviləsinin qüvvədə olma müddətinin son günü ## ### 2026-cı il tarix hesab olunmalıdır.
Məhkəmə gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır;
10. Məhkəmə iddiada irəli sürülən icarə haqqı və vergi borcunun ödənilməsi ilə bağı iddiaçının tələbinə münasibətdə isə qeyd etmişdir ki, yuxarıda adı çəkilən qanunvericilik normalarının tələblərinə görə icarəyəverən torpaq vergisi tədiyəçisi olduqda, torpaq vergisi icarə haqqının tərkibinə daxil edilir. İddiaçı tərəfindən cavabdehə qarşı icarə haqqından əlavə olaraq vergi borcunun tələb edilməsi qanunun tələblərinə uyğun deyildir, həmçinin bu barədə əsaslandırılmış sübutu iddiaçı məhkəməyə təqdim edə bilməmişdir. Belə olan halda isə məhkəmə hesab etmişdir ki, iddia vergi borcunun alınması hissəsində deyil, icarə borcunun alınması hissəsində baxılıb hüquqi qiymət verilməlidir. İşin araşdırılan hallarından və iş materiallarından göründüyü kimi cavabdeh icarə müqaviləsi üzrə icarə haqqını tam ödəməməklə götürdüyü öhdəlikləri lazımi qaydada icra etməmiş, onun iddiaçı qarşısında icra edilməmiş öhdəlikləri vardır. Belə ki, iddiaçı tərəfindən təqdim olunan arayışdan görünür, cavabdeh 2005-2025-ci illər üzrə qalıq qalmış 5066.70 manat məbləğində icarə borcundan məhkəməyə müraciət edildiyi tarixdən sonra 1351 manat hissəsini ödəmiş, 3715,70 manat icarə borcu qalmışdır.
11. Zərdab rayonu Çallı bələdiyyəsinin ümumi iclasının ##.##.2008-ci il tarixli qərarı ilə icarə haqlarının hər bir icarəçiyə münasibətdə ayrı-ayrılıqda müəyyən edilmiş qiymətlərinin 100 faiz artırılaraq hesablanmasına və tələbin sözgüdən həcmdə cavabdehdən tələb olunmasına aid hissədə məhkəmə qeyd etmək istəyir ki, müvafiq bələdiyyə iclasının nəticəsində qəbul edilmiş qərar əsasında cavabdehdən icarə haqqının tələb edilməsinə və ötən müddət ərzində mövcud hüquq münasibətlərinin normal axarda davam etməsinə baxmayaraq, cavabdehin həmin qərardan məlumatsız olması real görünmür. Bu halda cavabdehin həmin qərarı hazırki günədək mübahisələndirməməsi və normal mülki dövriyyə şəraitində iddiaçının bu qərara etimadı işin həlli istiqamətində məhkəməyə bu sübutu mötəbər hesab etməyə kifayət qədər əsas verir.
12. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab etmişdir ki, torpaq icarə müqaviləsinin müddəti bitmədiyi üçün tərəflər arasında olan hüquq münasibətlərinə xitam verilmədiyindən iddia torpaq sahəsinin boşaldılaraq bələdiyyəyə təhvil verilməsinə dair hissədə təmin edilməməli, icarə və vergi borcunun ödənilməsinə dair hissədə isə iddia qismən təmin olunmalıdır.
13. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.14-cü maddəsinə əsasən iddiaçı bələdiyyə orqanı olaraq dövlət rüsumunu ödəməkdən azad olunduğu və iddia qismən təmin edildiyi üçün iş üzrə ödənilməli dövlət rüsumu iddianın təmin edilən hissəsi üzrə mütənasib hesablanaraq cavabdehdən tutulmalı, qalan hissədə isə dövlət hesabına aid edilməlidir.
14. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Konstitusiyasının 13.1, 13.2, 29.2, 60.1, 71.1-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 152.5, 324, 385.1, 386.1, 389.1, 390.1, 399.1, 405.1, 407.1, 700.1, 704.1, 706.1, 722.1-ci maddələri, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84.1, 84.2, 99.1, 99.2-ci maddələrinə, “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 14-cü maddəsinə, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 2.1. 4.0.2, 5.1, 6.2, 11.9, 19.2-ci maddələrinə, “S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının ## ###### 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ### 2006-cı il tarixli qərarına, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 217.3, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya instansiyası məhkəməsindəki icraat
a) Apellyasiya şikayətinin dəlilləri
15. Qətnamədən narazı qalan cavabdeh Cavabdeh tərəfindən apellyasiya şikayəti verilmişdir.
16. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, aşağıdakı dəlillərə və hüquqi aktlara görə məhkəmənin qərarı dəyişdirilərək iddia tələbinin icarə borcunun ödənilməsi tələbi hissəsində də təmin edilməməsi, dolayısı ilə iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul olunmalıdır.
17. Belə ki, İddiaçı onun iştirakı və məlumatı olmadan müqavilə şərtlərini dəyişdirərək, icarə haqqını 100 faiz artırmışdır. Birinci instansiya məhkəməsi təqdim olunmuş etiraz, vəsatət və ərizələrinə münasibət bildirməmişdir. Hansı ki, onun iştirakı olmadan özbaşına və birtərəfli qaydada Çallı Bələdiyyəsi icarə haqqını fantastik məbləğdə artırmışdır.
18. İddiaçı onun iştirakı və məlumatı olmadan müqavilə şərtlərini dəyişdirərək qanunazidd hərəkət etmişdir. Məhkəmə isə bütün bunlara göz yumaraq iddianı təmin etmişdir. Məhkəmə araşdırmalı idi ki, iddiaçı niyə başqasına satdığı torpağın icarə haqqını ondan istəyir. Müqavilə şərtlərinə görə iddiaçı 5 ildən sonra icarə haqqı məsələsinə baxa bilərdi o da icarədarla birgə. Lakin müqavilənin bağlanmasından 2 il keçən kimi Bələdiyyə onun şərtlərini kobud surətdə pozmuşdur.
19. İş üçün əhəmiyyəti olan ən mühüm hal Bələdiyyənin ##.##.2008-ci il tarixli saxta, qanunazidd və əsassız qərarı idi ki, məhkəmə onu araşdırmamışdır. Hakim həmin qərarlar kitabını məhkəmədə işin hərtərəfli araşdırılması üçün təmin etməli idi. Həmin qərar qəbul edildiyi vaxtda icarədar məlumatlandırılmalı idi. Bu da olmamışdır. Məhkəmə sözügedən qərarı əsas götürərək ondan iddiaçının xeyrinə böyük məbləğdə icarə haqqının ödənilməsi tələbini təmin etmişdir.
20. Odur ki, Zərdab Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-***/**** nömrəli qətnaməsinin qismən təmin olunmuş (icarə borcunun ödənilməsi) hissəsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
21. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları 22.Məhkəmə kollegiyasının ## #### 2026-cı il tarixdə keçirilmiş məhkəmə iclasında iştirak etmiş mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsi, Zərdab Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-***/**** nömrəli qətnaməsinin qismən təmin olunmuş (icarə borcunun ödənilməsi) hissəsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
23. İşə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmişlər. İddiaçı İddiaçı nümayəndəsi gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Cavabdeh Cavabdeh və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs məhkəmə kollegiyasına ərizə göndərək üzrlü səbəbdən iştirak edə bilməyəcəklərini bildirərək məhkəmə iclasının təxirə saılmasını xahiş etmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
24. Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 14.2.6-cı maddəsinə görə mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri də başqa şəxsə zərər vurulmasıdır. 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən, zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. cü 324maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-cı maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, ci 389.1dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 399.1-ci maddəsinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. 405.1-ci maddəsinə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. 423.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında razılaşma, əgər bu Məcəllədən, müqavilədən və ya işgüzar adətlərdən ayrı qayda irəli gəlmirsə, müqavilə ilə eyni formada bağlanır. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 430.1-ci maddəsinə əsasən əgər bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin icrasından birtərəfli imtinaya və onun şərtlərini birtərəfli dəyişdirməyə yol verilmir. 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. 704.1-ci maddəsinə əsasən əgər hər hansı torpaq sahəsinin, hüququn və ya müəssisənin icarəsi müqaviləsi bağlanarkən icarə müddəti müəyyənləşdirilməyibsə, müqavilənin ləğvinə yalnız azı altı aylıq xəbərdarlıq müddətini gözləmək şərti ilə ilin sonunda yol verilir.
25. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin: 84.1-ci maddəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. 84.2-ci maddəsinə əsasən qanunvericiliyin pozulduğu hallar istisna olmaqla, torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin fəaliyyətinə dövlət orqanlarının, bələdiyyələrin, hüquqi və fiziki şəxslərin qarışmasına yol verilmir. 99.1-ci maddəsinə əsasən torpağın icarə haqqı torpaqdan müddətli istifadəyə görə icarəçinin icarəyəverənə ödədiyi vəsaitdir. 99.2-ci maddəsinə əsasən icarəyəverən torpaq vergisi tədiyəçisi olduqda, torpaq vergisi icarə haqqının tərkibinə daxil edilir. İcarəyəverən torpaq vergisi tədiyəçisi olmadıqda, icarə haqqının tərkibində torpaq vergisi nəzərə alınmır.
26. “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikasının Qanununun: 14-cü maddəsinə əsasən torpağın icarə haqqı torpaqdan müddətli istifadəyə görə icarəçinin icarəyə verənə ödədiyi vəsaitdir. İcarəyəverən torpaq vergisi tədiyəçisi olduqda, torpaq vergisi icarə haqqının tərkibinə daxil edilir.
27. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun: 2.1-ci maddəsinə görə müvafiq inzibati ərazi daxilində qanunvericiliklə müəyyən olunmuş qaydada dövlət mülkiyyətində saxlanılmış və xüsusi mülkiyyətə verilmiş torpaqlar çıxılmaqla qalan torpaqlar bələdiyyə torpaqlarıdır. 4.0.2-ci maddəsinə görə müəyyən edilmiş qaydada bələdiyyə torpaqlarını ümumi istifadəyə, bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə, fiziki və hüquqi şəxslərin icarəsinə və Azərbaycan Respublikasının vətəndaşlarının və hüquqi şəxslərinin mülkiyyətinə vermək səlahiyyəti bələdiyəyə məxsusdur. 5.1-ci maddəsinə görə bələdiyyə mülkiyyətində olan torpaqlara sərəncam verilməsi, həmin torpaqların istifadəsi və mühafizəsi sahəsində idarəetməni həyata keçirmək bələdiyyələrin müstəsna hüququdur. 6.2-ci maddəsinə görə bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur. 11.9-cu maddəsinə görə bələdiyyə torpaqlarının icarəyə verilməsi şərtləri, müddəti və icarə haqqı tərəflərin razılığı ilə müəyyən edilir və bələdiyyələr ilə həmin torpaqların icarəçiləri arasında qanunvericiliklə müəyyən edilmiş qaydada bağlanılan müqavilədə təsbit olunur. 19.2-ci maddəsinə əsasən carəyəverən torpaq vergisi tədiyyəçisi olduqda, torpaq vergisi icarə haqqının tərkibinə daxil edilir.
28. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. 402.1-ci maddəsinə əsasən Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri
29. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
30. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
31. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” ## ####### 2020-ci il tarixli, **/**** nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər.
32. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır.
33. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.
34. Apellyator Zərdab Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-***/**** nömrəli qətnaməsinin qismən, iddianın təmin olunmuş hissəsində ləğv edilməsini xahiş etdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissədə yoxlamışdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
35. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərini iş materialları üzrə yoxlayıb hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisə həll edilərkən tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətləri ilə bağlı işin faktiki halları tam araşdırılmamış, mübahisənin maddi və prosessual hüquqi əsasları tam düzgün müəyyən edilməmiş, nəticədə tam düzgün və əsaslı qətnamə çıxarılmamışdır.
36. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il ## ###### tarixli, ** nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.
37. Kollegiyanın iclasında müəyyən edilmişdir ki, Zərdab Rayonu Çallı bələdiyyəsi ilə Cavabdeh arasında “Torpaq sahəsinin icarəyə verilməsi haqqında” ## ##### 2005-ci il tarixli müqavilə bağlanmışdır. Müqaviləyə əsasən Cavabdeh əkinçiliyin inkişafı məqsədilə 50.0 ha torpaq sahəsini hər il 1000000 manat, yəni 200 AZN icra haqqı ödəmək şərti ilə 20 il müddətinə icarəyə götürmüşdür. Zərdab Rayonu Çallı bələdiyyəsi Cavabdeh 12 ildir ki, həmin torpaq sahəsinin icarə haqqı və vergi borcunun ödənilməsindən yayınmasını, nəticədə Cavabdeh Zərdab Rayonu Çallı bələdiyyəsinə ##.##.2025-ci il tarixinə 5066.70 manat icarə haqqı və 434.43 manat vergi borcu, cəmi 5501,13 manat borcunun olmasını əsas gətirərək cavabadehin 2005-2025-ci illər üzrə ödənilməmiş 5066.70 icarə haqqı və 434.43 manat vergi borcu olmaqla cəmi 5501.13 manat məbləğində borcunun ödənilməsi üçün iddia tələbi ilə məhkəməyə müraciət etmiş, cavabdeh tərəfindən iddia tələbi qəbul edilməmişdir.
38. Məhkəmə kollegiyası cavabdeh Cavabdeh verdiyi apellyasiya şikayətinin dəlillərinə münasibət bildirərək qeyd edir ki, şikayətin dəlilləri qismən əsaslıdır.
39. Məhkəmə kollegiyası apellyasiya şikayətinin iddiaçının onun iştirakı və məlumatı olmadan müqavilə şərtlərini dəyişdirərək, icarə haqqını 100 faiz artırması, müqavilə şərtlərinə görə 5 ildən sonra icarə haqqı məsələsinə icarədarla birgə baxılmalı olması, lakin müqavilənin bağlanmasından 2 il sonra bələdiyyə tərəfindən müqavilənin şərtlərinin kobud surətdə pozulmasına dair dəlilini əsaslı hesab edərək qeyd edir ki, iş materiallarında olan “Torpaq sahəsinin icarəyə verilməsi haqqında” ## ##### 2005- ci il tarixli müqavilədən görünür ki, Çallı bələdiyyəsinin ##.##.2005 tarixli, * saylı qərarı əsasında 50.0 ha torpaq sahəsi əkinçiliyin inkişafı və örüş məqsədilə 20 il müddətinə Zərdab rayonu, Çallı kənd sakini Cavabdeh icarəyə verilmiş, icarə haqqı ## ##### 2005-ci il tarixdən hesablanmaqla hər il üçün 1000000 (bir milyon), yəni 200 manat müəyyən olunmuşdur.
40. İş materiallarında olan Zərdab rayonu Çallı bələdiyyəsinin ümumi iclasının ##.##.2008-ci il tarixli, * saylı protokolundan çıxarışdan görünür ki, Çallı bələdiyyəsi tərəfindən icarəçilərə verilmiş torpaq sahələrinin icarə haqqları hər bir icarəçi üzrə ayrıayrılıqda müəyyən edilmiş qiymətlərinin 100 faiz qaldırılması qərara alınmışdır.
41. Məhkəmə kollegiyası qeyd edir ki, Zərdab rayonu Çallı bələdiyyəsi tərəfindən icarəçilərə verilmiş torpaq sahələrinin icarə haqqları hər bir icarəçi üzrə ayrı-ayrılıqda müəyyən edilmiş qiymətlərinin 100 faiz qaldırılması qərara alınsada, icarədar Cavabdeh bu barədə bildiriş göndərilərək məlumat verilməsi, həmçinin tərəflər arasında bağlanmış icarə müqaviləsinin şərtlərinin dəyişdirilməsi, tərəflər arasında hər hansı əlavə razılaşmanın olması iş materialları ilə müəyyən olunmur. İddiaçı tərəfindən məhkəməyə bu barədə hər hansı sübut təqdim olunmamışdır.
42. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür.
43. Həmin Məcəllənin 423.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında razılaşma, əgər bu Məcəllədən, müqavilədən və ya işgüzar adətlərdən ayrı qayda irəli gəlmirsə, müqavilə ilə eyni formada bağlanır.
44. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 11.9-cu maddəsinə əsasən bələdiyyə torpaqlarının icarəyə verilməsi şərtləri, müddəti və icarə haqqı tərəflərin razılığı ilə müəyyən edilir və bələdiyyələr ilə həmin torpaqların icarəçiləri arasında qanunvericiliklə müəyyən edilmiş qaydada bağlanılan müqavilədə təsbit olunur.
45. Məhkəmə kollegiyası qeyd edir ki, bələdiyyə ilə Cavabdeh arasında bağlanmış “Torpaq sahəsinin icarəyə verilməsi haqqında” ## ##### 2005- ci il tarixli müqavilədən görünür ki, Çallı bələdiyyəsinin ##.##.2005 tarixli, * saylı qərarı əsasında 50.0 ha torpaq sahəsi əkinçiliyin inkişafı və örüş məqsədilə 20 il müddətinə Zərdab rayonu, Çallı kənd sakini Cavabdeh icarəyə verilmiş, icarə haqqı ## ##### 2005-ci il tarixdən hesablanmaqla hər il üçün 1000000 (bir milyon), yəni 200 manat müəyyən olunmuş, bundan sonra müqvilənin şərtlərinin dəyişdirilməsi ilə bağlı əlavə razılaşma mövcud deyildir.
46. Belə olan təqdirdə məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh icarəyə verilmiş 50.0 ha torpaq sahəsinin icarə haqqı tərəflər arasında olan icarə müqaviləsinə əsasən ## ##### 2005-ci il tarixdən hesablandığından, ## ##### 2025-ci il tarixədək illik 200 manat hesabı ilə 20 il üçün 4000 manat (20x200=4000) təşkil etmişdir. 47.İş materiallarında olan ödəniş qəbzlərindən və Çallı bələdiyyəsi tərəfindən məhkəməyə təqdim olunmuş arayışlardan görünür ki, cavabdeh 2005-2025-ci illər üzrə icarə borcundan məhkəməyə müraciət olunan tarixədək 2249 manat, məhkəməyə müraciət edildiyi tarixdən sonra isə 1351 manat, cəmi 3600 manat ödəniş etmişdir.
48. Belə olan təqdirdə məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı 400 manat qalıq qalmış icarə haqqını cavabdehdən xeyrinə tutulmasını tələb etməkdə haqlı olsa da, iddianın tələb edilən 3315,70 manata aid hissəsinə münasibətdə cavabdehdən tələb etməkdə haqlı olmamışdır.
49. Odur ki, məhkəmə kollegiyası birinci instansiyası məhkəməsinin gəldiyi nəticə ilə tam razılaşmır və hesab edir ki, mübahisələndirilən qətnamə qəbul edilərkən işin faktiki halları tam, hərtərəfli və obyektiv araşdırılmamış və iş üzrə tam qanuni və əsaslı qətnamə qəbul edilməmişdir.
50. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdeh Cavabdeh apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə Zərdab Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-***/**** saylı qətnaməsi cavabdehin apellyasiya şikayətinə münasibətdə qismən, yəni iddianın təmin edilmiş cavabdeh Cavabdeh 3315.70 manat məbləğində icarə haqqının tutlaraq Zərdab Rayon Çalllı bələdiyyəsinin hesabına ödənilməsi və cavabdeh Cavabdeh 27.16 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutularaq dövlət nəfinə ödənilməsinə aid hissədə ləğv edilməli, ləğv edilmiş hissədə yeni qətnamə qəbul edilməklə, iddia tələbi cavabdeh Cavabdeh 3315.70 manat məbləğində icarə haqqının tutularaq Zərdab Rayon Çalllı bələdiyyəsinin hesabına ödənilməsi hissədə rədd edilməli, cavabdehdən tutularaq dövlət nəfinə ödənilməli dövlət rüsumunun məbləği isə 30 manat müəyyən edilməli, qətnamə cavabdeh Cavabdeh apellyasiya şikayətinə münasibətdə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.
51. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
52. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 402.1-ci maddəsinə uyğun olaraq, hazırkı iş üzrə iddianın qiyməti beş min manatdan az olduğu üçün bu qətnamədən kassasiya şikayəti verilə bilməz.
53. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-376, 378-382, 384.0.1, 385.2, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi:
Cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Zərdab Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-***/**** nömrəli qətnaməsi qismən, yəni iddianın təmin edilmiş cavabdeh Cavabdeh 3315.70 manat məbləğində icarə haqqının tutularaq iddiaçı İddiaçı hesabına ödənilməsi hissəsində ləğv edilsin.Həmin hissədə yeni qətnamə qəbul edilsin. İddia tələbi cavabdeh Cavabdeh 3315.70 manat məbləğində icarə haqqının tutularaq iddiaçı İddiaçı hesabına ödənilməsi hissəsində rədd edilsin. Qətnamə cavabdeh Cavabdeh apellyasiya şikayətinə münasibətdə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.