Məhkəmə qərarları › İş №2(3-10)-162/2026

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-10)-162/2026

30.04.2026 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Şəki şəhəri İş № 2(3-10)-162/2026 30.04.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşı “qızıl-ziynət əşyalarının qaytarılması və əmlak bölgüsü” tələbinə dair ilkin, ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh, ilkin iddia üzrə iddiaçı qarşlıqlı iddia üzrə cavabdeh İddiaçı və cavabdeh X1 qarşı “əmlak” tələbinə dair mülki iş üzrə (Açar sözlər: “qızıl-ziynət əşyalarının qaytarılması və əmlak bölgüsü” tələbinə dair ilkin iddia, “əmlak” tələbinə dair qarşılıqlı iddia, qüvvə) Hakimlər X7 (sədrlik edən və məruzəçi), Mehdiyev Elçin Məhəmməd oğlu və Musayev Taleh Valeh oğlundan ibarət tərkibdə, Isabəyli Ənvər Eldar oğlunun katibliyi ilə, iddiaçı İddiaçı nümayəndəsi və vəkili vəkil2 iştirakı ilə, Ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşı “qızıl-ziynət əşyalarının qaytarılması və əmlak bölgüsü” tələbinə dair ilkin, ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh, ilkin iddia üzrə iddiaçı qarşlıqlı iddia üzrə cavabdeh İddiaçı və cavabdeh X1 qarşı “əmlak” tələbinə dair mülki iş üzrə Ağdaş Rayon Məhkəməsinin ## #### 2025-ci il tarixli, *(***)-***/**** nömrəli qətnaməsindən ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi Işin halları

1. Ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşı “qızıl-ziynət əşyalarının qaytarılması və əmlak bölgüsü” tələbinə dair ilkin iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 12 adda qızıl ziynət əşyaları və ya onun 7840 manat dəyərinin, lombardlardan əldə etdiyi 10000 manat pulun 1\2 hissəsi olan 5000 (beş min) manatının, 129 manat ödənilmiş dövlət rüsumunun, 320 manat hüquqi xidmət haqqının, cəmi 13289 manat məbləğində pulun alınıb iddiaçıya verilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Ilkin iddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı cavabdeh Cavabdeh ilə ##.##.2021-ci il tarixdə rəsmi nikah bağlamaqla ailə qurmuş, ailə münasibətlərini davam etdirmək mümkün olmadığından məhkəməyə müraciət edilib nikahın pozulması və cavabdehdən uşaqların saxlanması üçün aliment alınmasına dair Ağdaş rayon məhkəməsinin ##.##.2025-ci il tarixli, 2(014)- **/**** saylı məhkəmə qətnaməsi qəbul edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 22.2.3-cü maddəsinə əsasən nikah məhkəmə qaydasında pozularkən ər-arvadın (onlardan birinin) tələbi ilə onların birgə mülkiyyətində olan əmlakın bölgüsü aparmalıdır. Birgə nikah dövründə iddiaçıya aşağıdakı qızıl-ziynət əşyaları məxsus olmuşdur. 1. Qızılsep (Ərəb istehsalı) 9 qr. 585 əyarlı – 990 manat; 2. Qızılsep saçaqlı (Italiya istehsalı) 7 qr. 750 əyarlı - 980 manat; 3. Qızıl qolbaq (Rusiya istehsalı) 6 qr. 585 əyarlı – 660 manat; 4. Qızılsırğa (Italiya istehsalı) 6 qr, 750 əyarlı - 840 manat; 5. Qızılsırğa saçaqlı (Italiya istehsalı) 5,5 qr. 585 əyarlı - 605 manat; 6. Qızılsırğa kəpək 4 qr. 750 əyarlı - 560 manat; 7. Qızıl üzük 4,5 qr. 585 əyarlı – 495 manat; 8. Qızıl üzük 4 qr, 585 əyarlı – 440 manat; 9. Qızıl nişan üzük ( Rusiya istehsalı) 6 qr. 585 əyarlı – 660 manat 10. Qızıl üzük( Rusiya istehsalı) 3,5 qr. 585 əyarlı -385 manat 11. Qızıl kulon 3 qr, ( Rusiya istehsalı), 585 əyarlı -330 manat 12. Qızıl nişan üzüyü brilyant qaşlı kişi üçün, Italiya istehsalı, 7,4 qr. 750 əyarlı- 850 manat. Qızıl-ziynət əşyaların ümümi dəyəri 7840 manat təşkil edir. Yuxarıda qeyd olunan qızıl-zinət əşyaları iddiaçının iradəsinə zidd olaraq cavabdeh tərəfindən onun əlindən alınıb dəfələrlə lombardlara və ya banklara qoyularaq gəlir əldə edilmiş və nəticə etibarı ilə əldə olunan məlumata əsasən həmin qızılların əksər hissəsi borcu qaytara bilmədiyi səbəbindən hərracdan satılmaqla əldən çıxmışdır. Birgə nikah dövründə cavabdeh iddiaçıya məxsus qızıl ziynət əşyalarını lombarda qirov qoyaraq 10000 (on min) manat məbləğində ailəsinə xərcləmək bəhanəsi ilə borc almış, lakin aldıqlarını özü xərcləmişdir. Bu halda cavabdeh iddiaçının ziynət əşyaları hesabına aldığı pulun yarısını (10000 manatın 1\2 hissəsi) 5000 (beş min) manatı iddiaçıya qaytarmalıdır. Beləliklə cavabdeh iddiaçıdan zorla aldığı 12 adda qızıl-ziynət əşyaları və ya onun 7840 manat dəyərini və 5000 (beş min) manat lombardlardan əldə etdiyi pulu, cəmi 12840 manat məbləğində pulu iddiaçıya verməlidir. Iddiaçıya məxsus qızıl ziynət əşyaların cavabdehdə olması, lombarda qoyub pul alması audio yazılarla təsdiqlənir və dəfələrlə qaytarılması tələb olunub, lakin o bunu etməkdən boyun qaçırır. Belə olan halda iddiaçıya məxsus qızıl ziynət əşyaların qaytarılması məhkəmə qaydasında mümkündür. Hüquqi yardım göstərilməsi ilə bağlı iddiaçı KONSENSUS vəkil bürosuna 320 manat xidmət haqqı, 129 manat dövlər rüsumu ödənilmişdir ki, həmin xərclər də mülki prosessual qanunvericiiyin tələbləri qaydasında (MPM-nin 119, 121-cimaddələri) cavabdeh tərəfindən iddiaçıya ödənilməlidir.

3. Ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ## ##### 2025-ci il tarixdə məhkəməyə etiraz ərizəsi ünvanlayaraq bildirmişdir ki, İddiaçı ilə ##.##.2021-ci ildə rəsmi nikah qeydə aldırmış, ailə quraraq onun ailə üzvlərinin təklifinə və təkidinə əsasən ikisi birlikdə onun atasına məxsus olmaqla hazırkı ünvan 2 ünvanında yerləşən evə köçərək orada yaşamağa başlamış, 2024-cü ilin sentyabr ayında ayrıldıqları vaxta kimi həmin evdə yaşamışlar. Ağdaş Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli 2(014)- **/**** saylı qətnaməsi ilə nikahları pozulmuş, birgə nikahlarından olan ##.##.2022-ci il doğumlu Nux adlı və ##.##.2024-cü il doğumlu Rəfiqə adlı hər iki uşaq digər tərəfin himayəsində saxlanmış və aliment təyin olunmuşdur. İddiaçı ona qarşı əmlak tələbinə dair iddia ilə müraciət etmişdir. Həmin iddiaya qarşı aşağıdakı etirtazlarını bildirir. Iddiaçının iddia ərizəsində qızıl-ziynət əşyalarına dair yazdığı siyahıdakı 1-ci sıradakı ərəb istehsalı qızıl sep, 3-cü sıradakı Rusiya istehsalı qızıl qolbaq, 6-cı sıradakı kəpək (!?) qızıl sırğa, 9-cu sıradakı Rusiya istehsalı qızıl nişan üzüyü, 10-cu sıradakı Rusiya istehsalı qızıl üzük olmayıb, o, ailə üzvləri və ya yaxınları heç bir vaxt ona bu əşyaları almamış, hədiyyə verməmiş, kiminsə bunu ona hədiyyə etdiyini, istifadəsində belə qızıl əşyaları olduğunu görməmiş və buna dair hər hansı sübutlar təqdim edilməyib, olmayıb və yoxdur. Iddiaçının iddia ərizəsində qızıl-ziynət əşyalarına dair yazdığı siyahıdakı 2-ci sıradakı Italiya istehsalı qızıl saçaqlı sep və siyahıdakı 11-ci sıradakı Rusiya istehsalı kimi göstərilən 3 qram qızıl kulon bildiyinə görə iddiaçının anası tərəfindən uşağının doğumu ilə əlaqədar iddiaçının boynuna taxılmış, sonra uşaq böyüyəndə özünə veriləcək adı ilə anası tərəfindən geri götürülərək saxlanmışdır, onun belə bir qızıl əşyasına dair heç bir aidiyyəti olmamışdır və yoxdur. Iddiaçının iddia ərizəsində qızılziynət əşyalarına dair yazdığı siyahıdakı 12-ci sıradakı kişi üçün nişan üzüyü vaxtilə əks tərəfdən ona hədiyyə olunmuş, Nux adlı uşağının doğumu ərəfəsi və sonrası xərcləri qarşılamaq səbəbilə onu 460 manata satmışdır. Qanunun tələbinə əsasən hədiyyə olunmuş əmlak və şeylər geri tələb oluna və qaytarıla bilməz. Iddiaçının iddia ərizəsində qızıl-ziynət əşyalarına dair yazdığı siyahıdakı 4-cü və 5-ci, 7-ci və 8-ci, 9-cu və 10-cıı sıradakı qızıl-ziynət əşyalarını(2 ədəd sırğa və 4 ədəd üzük olmaqla) o və İddiaçı razılığı ilə 1-ci dəfə 2022-ci ildə lombarda qoymuş, onların ümumi çəkisi 14.84 qram, təmiz çəkisi 13,6 qram olmaqla dəyərləri cəmi 900 AZN olduğu nəzərə alınmaqla buna görə ona 735 AZN kredit verilmişdir. Iddiaçının iddia ərizəsində qızıl-ziynət əşyalarına dair yazdığı siyahıdakı 4-cü və 5ci, 7-ci və 8-ci, 9-cu və 10-cu sıradakı qızıl-ziynət əşyalarını (2 ədəd sırğa və 4 ədəd üzük olmaqla) mən İddiaçı razılığı ilə, həmçinin sonradan özünə aldığı bir ədəd üzük də daxil olmaqla ( cəmi 2 ədəd sırğa və 5 ədəd üzük) 2-ci dəfə ##.##.2023-cü ildə lombarda qoymuş, onların ümumi çəkisi 16,21 qram, təmiz çəkisi 14,7 qram olmaqla dəyərinin cəmi 950 AZN olduğu nəzərə alınmaqla buna görə ona 810 AZN kredit verilmişdir. Sonradan ailədə problemlər yarandığı, maddi imkansızlıq üzündən kredit məbləğini qaytara bilmədiyi səbəbindən həmin qızıl əşyaları borc əvəzinə lombardın hesabına alınmışdır. Qeyd olunanlar lombarda qoyulmuş əşyaların fotoşəkilləri, onların çəkisinə, qiymətinə, dəyərinə və verilmiş kredit məbləğinə dair lombard sənədləri ilə tam təsdiq olunmaqla sübut edilir. Bu sənədlərlə həmin qızıl əşyalarının ümumi dəyərinin 7840 manat təşkil etdiyinə dair iddiaların da əsassız olduğu öz təsdiqini tapır. Iddia ərizəsində onun qızıl-ziynət əşyalarını girov qoyaraq 10.000 manat məbləğində pul vəsaiti əldə etməklə özünə xərclədiyinə dair “iddialar” yuxarıdakı hallarla birmənalı şəkildə təkzib olunur. Yuxarıdakı təkzibolunmaz sübutlarla təsdiq olunur ki, həmin qızıl əşyalarının ümumi dəyərinin 7840 manat təşkil etdiyi və onları lombarda qoyaraq bunun müqabilində onun 10.000 manat “əldə etdiyinə dair” iddialar tamamilə absurddur və heç bir sübut və dəlillərlə təsdiq olunmur və oluna bilməz, ona görə ki, belə hallar olmamışdır. Əksinə onun ##.##.2025-ci il tarixə təqdim olunmuş bank sənədlərinə əsasən ailə işləri və xərcləri ilə bağlı götürdüyü kreditlər üzrə hazırda onun banka 11894,44 manat kredit borcunun olduğu, həmin kredit borcu üzrə ödəmələrin aylıq məbləğinin hazırda 490,71 manat təşkil etdiyi, bu ödəmələrin ##.##.2027-ci ilə kimi davam edəcəyi, həmin məbləğin yarı hissəsinin ödənilməsinin cavabdeh İddiaçı hesabına aid edilməli olduğu nəzərə alınmalıdır. Bundan başqa onun ünvan 2 ünvanında yerləşən evə 2021-ci ilin # ###### tarixindən köçərək birlikdə orada yaşamağa başladıqları, 2024-cü ilin sentyabr ayında ayrıldıqları vaxta kimi “öz evi kimi” yaşadığı həmin evə Ağdaş şəhərindəki “Cahan” mebel ticarət mərkəzindən 2021-ci ilin oktyabr ayında 4800 manata “Damla” adlanan mebel dəsti aldığı, həmin evdəki müxtəlif işlərə 1890 manatdan artıq nəğd pul xərci çəkdiyi və digər halların nəzərə alınması zəruridir.

5. Eyni zamanda, ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ilkin iddia üzrə iddiaçı qarşlıqlı iddia üzrə cavabdeh İddiaçı və cavabdeh X1 qarşı “əmlak” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ##.##.2025-ci il tarixə təqdim olunmuş bank sənədlərinə əsasən birgə nikah dövründə ailə işləri və xərcləri ilə bağlı götürdüyü kreditlər üzrə hazırda onun banka borclu olduğu, ümumi 1 1894,44 manat kredit borcundan, ünvan 1 ünvanında yerləşən evə şəxsən çəkdiyi 1890 (bir min səkkiz yüz doxsan) manat məbləğində xərclər çıxıldıqdan sonra qalan cəmi 10.004,44 manat bank borcunun ikidə bir hissəsinin cavabdeh(lər)in hesabına aid edilməsinə, Ağdaş şəhərindəki “Cahan" mebel ticarət mərkəzindən 2021-ci ilin oktyabr ayında, nikaha daxil olmamışdan əvvəl aldığı və cavabdehlərə məxsus evdə qalmış “Damla” adlanan mebel dəstinə görə şəxsən nəğd ödədiyi 4800 manatın, mülki işində hüquqi yardımla əlaqədar Ağdaş vəkil bürosunun hesabına ödədiyi 325 (üç yüz iyirmi beş) manat vəkillik haqqı xərcinin, dövlət rüsumu kimi ödədiyi 68 (altmış səkkiz) manat xərcin cavabdehlər İddiaçı və X1 müştərək qaydada onun xeyrinə alınıb verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

6. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh İddiaçı ilə ##.##.2021-ci ildə rəsmi nikah qeydə aldırmışlar. Keçirilmiş müvafiq mərasimlərdən sonra ailə quraraq onun ailə üzvlərinin təklifinə və təkidinə əsasən ikisi birlikdə onun atasına məxsus olan digər cavabdehə məxsus olmaqla hazırkı ünvan 2 ünvanında yerləşən evə köçərək birlikdə orada yaşamağa başlamışlar. Həmin tarixdən 2024-cü ilin oktyabr ayında ayrıldıqları vaxta kimi həmin evdə yaşamışlar. Nikahları Ağdaş Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli *(***)-**/**** saylı qətnaməsi ilə pozulmuş və birgə nikahlarından olan ##.##.2022-ci il doğumlu Nux adlı və ##.##.2024-cü il doğumlu Rəfiqə adlı hər iki uşaq digər tərəfin himayəsində saxlanmış və aliment təyin olunmuşdur. Hazırkı iddia üzrə cavabdeh İddiaçı ona qarşı əmlak tələbinə dair iddia ilə müraciət etmişdir. O, da həmin İddiaçı və evində yaşadıqları atasına qarşı hazırkı qarşılıqlı iddia ilə müraciət edir. ##.##.2025-ci il tarixə təqdim olunmuş bank sənədlərinə əsasən birgə nikahları dövründə ailə işləri və xərclərilə bağlı götürdüyü kreditlər üzrə hazırda onun banka 11894.44 manat kredit borcu vardır. Həmin kredit borcu üzrə ödəmələrin aylıq məbləği hazırda 490,71 manat təşkil edir və bu ödəmələr ##.##.2027-ci ilə kimi davam edəcəkdir. Həmin məbləğin yarı hissəsinin ödənilməsi cavabdeh İddiaçı hesabına aid edilməlidir. Keçmiş arvadının ailə üzvlərinin təklifinə və təkidinə əsasən ikisi birlikdə onun atası olan digər cavabdehə məxsus olmaqla hazırkı ünvan 2 ünvanında yerləşən evə 2021-ci ilin # ###### tarixindən köçərək birlikdə orada yaşamağa başlamış, 2024-cü ilin sentyabr ayında ayrıldıqları vaxta kimi həmin evdə ‘öz evləri kimi" yaşamışlar. Atası bildirmişdir ki, həmin evi o qızına verir. Bir az müddətdən sonra da evi qızının adına keçirməyə ona söz vermişdir. Bu səbəbdən həmin evə öz evləri kimi şəxsən aldığı aşağıdakı əmlakların və gördürdüyü işlərə çəkdiyi xərclərin ona ödənilməsini tələb edir. Ağdaş şəhərindəki “Cahan” mebel ticarət mərkəzindən 2021-ci ilin oktyabr ayında 4800 manata aldığı “Damla” adlanan mebel dəstinin özünü və ya hazırkı dəyərini, dəstə iki nəfərlik taxt, iki ədəd tumba, kamot, servant, şifoner və paltar şkafı daxildir. Dəst hazırda yaşadıqları ünvandakı 2 mərtəbəli ** saylı evin 1-ci mərtəbəsində * saylı mənzildə yerləşir. Üst mərtəbədən olan təsirlər səbəbindən evin hamam hissəsinin tavanında görülmüş işlərə görə materiallara 350 manat, ustaya isə 200 manat xərc, evin qonaq otağının divar oboyuna 400 manat, ustaya isə 200 manat xərc, evin döşəməsinin laklanmasına materiala 160 manat, ustaya 100 manat xərc, evin işıq, su, istilik, sanitar qovşağı sistemlərinin təzələnməsinə 140 manat xərc, evə iran peçi adlanan peçin alınmasına 240 manat xərci tələb edir. Ailə qurduqları vaxtdan bunlar və digər əmlakları ilə birlikdə həmin ünvana daimi yaşamaq üçün köçüb yaşamağa başlamış, daimi yaşayış yeri üzrə həmin ünvanda qeydiyyata alınmışlar və hazırda da qeydiyyatdadırlar. Keçmiş arvadının tərəfin yaxınlarının ailə işlərinə kobud müdaxiləsi, ona qarşı sonradan yolverilməz qaydada təsir və təziqləri, əliboş vəziyyətdə evdən çıxarmaları səbəbindən əmlakları həmin evdə qalmışdır, onların cavabdehlərdən onun xeyrinə alınıb verilməsi zəruridir. Odur ki, qeyd olunan məsələlərə məhkəmə qaydasında baxılıb həll edilməsi üçün hazırkı qarşılıqlı iddia tələbi ilə müraciət etmişdir.

7. Ağdaş Rayon Məhkəməsinin ## #### 2025-ci il tarixli, *(***)-***/**** nömrəli qətnaməsi ilə (hakim Aygün Mürsəlova) ilkin iddia tələbinin qismən təmin edilməsi, cavabdeh Cavabdeh qızıl sep (Ərəb istehsalı) 9 qr. 585 əyarlı – 990 manat; 2. Qızıl sep saçaqlı (Italiya istehsalı) 7 qr. 750 əyarlı - 980 manat; 3. Qızıl qolbaq (Rusiya istehsalı) 3 qr. 585 əyarlı – 330 manat; 4. Qızıl sırğa (Italiya istehsalı) 6 qr, 750 əyarlı - 840 manat; 5. Qızıl sırğa saçaqlı (Italiya istehsalı) 5,5 qr. 585 əyarlı - 605 manat; 6. Qızıl sırğa kəpənək 4 qr. 750 əyarlı - 560 manat; 7. Qızıl üzük 4,5 qr. 585 əyarlı – 495 manat; 8. Qızıl üzük 4 qr, 585 əyarlı – 440 manat; 9. Qızıl nişan üzüyü ( Rusiya istehsalı) 6 qr. 585 əyarlı – 660 manat 10. Qızıl üzük( Rusiya istehsalı) 3,5 qr. 585 əyarlı - 385 manat, 11. Qızıl klon 3 qr, ( Rusiya istehsalı), 585 əyarlı -330 manat, olmadıqda qızılziynət əşyaların ümümi dəyəri 6660 (altı min altı yüz altmış) manat, hüquqi yardıma görə 320 (üç yüz iyirmi) manat, dövlət rüsumu 86 (səksən altı) manat 60 (altmış) qəpik alınaraq İddiaçı verilməsi, qarşılıqlı iddia tələbinin təmin edilməməsi qət edilmişdir.

8. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34, 35 və 37.3-cü, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 157.2 və 225.2-ci maddələrinə istinad etmişdir.

9. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən aşağıda göstərilən sənədlərə istinad etmişdir: Işin materiallarında olan Mingəçevir şəhər “xxxx” MMC tərəfindən ##.##.2025-ci il tarixdə verilmiş ** saylı rəyin surətindən görünür ki, qızıl-zinət əşyalarının ümumi dəyəri 7795 manat təşkil edir. Işin materiallarında olan ##.##.2024-cü il tarixli AL-*** saylı kredit müqaviləsinə əlavə olan ödəniş cədvəsilindən görünür ki, Cavabdeh 6 ay müddətində aylıq 35.66 manat ödəmək şərti ilə 190 manat kredit məbləği müəyyən edilmişdir. Işin materiallarında olan ##.##.2024-cü il tarixli AL-*** saylı kredit müqaviləsinə əlavədən görünür ki, Cavabdeh müqavilə üzrə götürülən kreditin qaytarılmasının təminatı olaraq “Express Lombard” F/S X3 girovuna 585 əyar, çəkisi 3, xalis çəkisi 3 qram əzik vəziyyətdə 1 ədəd qolbaq qoymuşdur. Işin materiallarında olan e-*(***)-**/**** saylı ##.##.2025-ci il tarixli qətnamənin surətindən görünür ki, iddia tələbi qismən təmin edilmiş, Cavabdeh ilə İddiaçı arasında ## ###### 2021-ci il tarixdə Mingəçevir regional “Asan xidmət” mərkəzinin Qeydiyyat şöbəsi tərəfindən nikahın bağlanması haqqında akt qeydləri kitabında 940 nömrə ilə qeydə alınmış nikah pozulmuş, tərəflərin birgə nikahından doğulmuş ## ###### 2022-ci il təvəllüdlü X2 və ## ###### 2024-cü il təvəllüdlü X4 anası İddiaçı yanında saxlanılmış, ## ######## 2024-cü il tarixdən başlayaraq yetkinlik yaşına çatmayan ## ###### 2022-ci il təvəllüdlü X2 və ## ###### 2024-cü il təvəllüdlü X4 üçün hər ay hər uşağa görə cavabdeh Cavabdeh iddiaçı İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,45 misli həddində sabit pul məbləğində aliment tutulmuşdur. Işin materiallarında olan 1inci Lombard təşkilatının sahibkar Anar Bayramov tərəfindən verilmiş məktubdan görünür ki, Cavabdeh 1inci Lombard təşkilatındakı dəftərxanada 2024-cü ilin iyun ayında qoyduğu qızıl-zinət əşyaları aşkar olunmuşdur. Həmin qızıllar: sırğa 585 ümumi çəkisi 5.20, üzük 583 ümumi çəkisi 4.82, üzük 585 ümumi çəki 7.40, üzük 585 əyyar ümumi çəki 4.74, boyunbağı klon 585 çəki 9.82, qolbağ 585 çəki 3 qram, boyunbağı 585 əyyar 6.21 qr, sırğa 585 əyyar 2.88 qr. Ümumilikdə 3144 manat hesablanmışdır və Cavabdeh Komissiya və zərgər haqqı çıxılaraq ona 3005 manat verilmişdir. Lakin tərəf öz öhdəliklərini vaxtında və lazımınca icra etmədiyi üçün qara bazarda satılmışdır. Onların dəftərxanada aşkar olunan ancaq bu məlumatlardır. Çünkü bu keçən il olduğu üçün köhnə 2024-cü il materialları saxlamırlar. Işin materiallarında olan “Express Lombarda” Cavabdeh tərəfindən 900 manat dəyərində 6 ədəd qızıl əşyası girov qoyulmuşdur. Işin materiallarında olan müqavilədən görünür ki, Kapital Bank ASC ilə Cavabdeh arasında ##.##.2024-cü il tarixli RGTK*******C*** saylı kredit müqaviləsi bağlanılmış, illik 19 faiz olmaqla, 34 ay müddətində hər ay 490.71 manat ödəmək şərti ilə 12824.88 manat kredit verilmişdir. Iş materiallarında olan qəbzdən görünür ki, X1 tərəfindən Konsesnsus Vəkil Bürosunun vəkili vəkil2 hesabına 320 manat pul ödənilmişdir. Işin materiallarında olan fotoşəkillərdən görünür ki, iddiaçının iddia etdiyi qızıl-zinyət əşyaları onun üzərindədir. Işin materiallarında ola diskə baxış keçirilərkən səs yazmadan görünür ki, Cavabdeh Nux Mustafayevə 2200 manat borcunun olduğunu, qızılların ailəsinə məxsus olduğunu, həmin qızılların lombarda qoyulduğunu, pulu ödəyə bilmədiyi üçün lombarddan qızılları götürə bilmədiyini, götürdüyü təqdirdə ailəsinə qaytaracağını bildirir.

10. Qətnаmədən nаrаzı qаlаn ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh аpellyаsiyа şikаyəti vermişdir.

Apellyasiya şikayətinin dəlilləri

11. Ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, Ağdaş Rayon məhkəməsinin e-*(***)-***/**** saylı iş üzrə çıxardığı ##.##.2025-ci il tarixli qətnaməni qanunsuz və əsassız hesab edir. Odur ki, həmin qətnamənin ləğv edilməsi və iş üzrə yeni ədalətli, qanuni və əsaslı qərar qəbul edilməsi üçün hazırkı apellyasiya şikayəti ilə müraciət edir. Ağdaş Rayon Məhkəməsinin e-*(***)-***/**** saylı iş üzrə çıxardığı ##.##.2025-ci il tarixli qətnaməni aşağıdakı və digər hallara və əsaslara görə qanunsuz və əsassız hesab edir. Məhkəmə ilkin iddia tələbinin bir hissəsi üzrə qismən doğru nəticəyə gəlmiş olsa da, cavabdeh kimi məndən qızıl-zinət əşyalarına görə onların 6615 manat dəyərinin alınıb ilkin idiaçının xeyrinə verilməsinə dair hissədə əsassız nəticəyə gəlmişdir. Ilkin iddia tələbində iddiaçıya məxsus qızıl-zinət əşyalarının onun iradəsinə zidd olaraq cavabdeh tərəfindən əlindən alınıb dəfələrlə lombardlara və ya banklara qoyularaq gəlir əldə edildiyi və həmin qızılların əksər hissəsini borcu qaytara bilmədiyi səbəbindən hərracdan satılmaqla əldən çıxdığı iddia olunur. Iddiaçıya məxsus qızıl-zinət əşyalarının onun iradəsinə zidd olaraq tərəfindən əlindən alındığı, gəlir əldə edildiyi ilə əlaqədar iddialar tamamilə əsassızdır. Əksinə ilkin iddia üzrə iddiaçı qızıl-zinət əşyalarını lombarda qoyması üçün tam könüllü şəkildə verdiyini öz ata evində olarkən aralarında olan telefon danışığı zamanı heç bir şübhə yeri olmadan etiraf edir ki, bu da R.Gülbənizin səs yazısı ilə öz təsdiqini tapır. Təəssüf ki, məhkəmə tam əsassız və qanunsuz olaraq məhkəmə iclası zamanı bu səs yazısına dair dvd diski sübut kimi qəbul etməklə iş materiallarına əlavə etməkdən imtina etmişdir. Həmin sübut məhkəməyə əks tərəfin vəkilinin məhkəmə iclasında iddiaçıya məxsus qızıl-zinət əşyalarının onun iradəsinə zidd olaraq tərəfindən əlindən alındığını iddia etməsindən sonra məhkəməyə təqdim olunmuşdur. Bu baxımdan məhkəmənin həmin sübutun qəbul edilməsindən “imtina etməsi” tamamilə qanunsuz və əsassız hesab edilməli, aralarındakı səs yazısı sübut kimi qəbul edilməklə qiymətləndirilməlidir. Həmin səs yazısında o əks tərəflə telefonla danışaraq ondan soruşur Gül, səni and verirəm Allaha, kişi qızı kimi düzünü de, mən sənin qızıl əşyalarını əlindən zorla alıb lombarda qoymuşam, yoxsa, özün öz razılığınla onları könüllü şəkildə mənə vermisən ? Gülbənizisə mənə cavab verir ki, könüllü şəkildə vermişəm. Iddiaçının iddia ərizəsində qızıl-zinət əşyalarına dair yazdığı siyahıdakı 2-ci sıradakı Italiya istehsalı qızıl saçaqlı sep və siyahıdakı 11-ci sıradakı Rusiya istehsalı kimi göstərilən 3 qram qızıl kulon bildiyinə görə iddiaçının anası tərəfindən uşağının doğumu ilə əlaqədar iddiaçının boynuna taxılmış, sonra uşaq böyüyəndə özünə veriləcək adı ilə anası tərəfindən geri götürülərək saxlanmışdır, onun belə bir qızıl əşyasına heç bir aidiyyəti olmamışdır və yoxdur. Məhkəmə baxışı iclası zamanı iddiaçı və anası həmin qızıl əşyası ilə bağlı qeyd etdiyi faktı etiraf etmişlər. Iddiaçının iddia ərizəsində qızıl-zinət əşyalarına dair yazdığı siyahıdakı 12-ci sıradakı kişi üçün nişan üzüyü vaxtilə əks tərəfdən ona hədiyyə olunmuş, Nuh adlı uşağının doğumu ərəfəsi və sonrası xərclərini qarşılamaq səbəbilə onu 460 manata satmışdır. Qanunun tələbinə əsasən hədiyyə olunmuş əmlak və şeylər geri tələb oluna və qaytarıla bilməz. Məhkəmənin qətnaməsinin nəticə hissəsində iddiaçının xeyrinə alınmalı olan qızıl-zinət əşyalarının konkret adları göztərilmədiyi səbəbindən bu əşyanın aqibəti ona məlum deyildir. Iddiaçının iddia ərizəsində qızıl-zinət əşyalarına dair yazdığı siyahıdakı 4-cü və 5-ci, 7-ci və 8-ci, 9-cu və 10-cu sıradakı qızıl-ziynət əşyalarını (2 ədəd sırğa və 4 ədəd üzük olmaqla) o İddiaçı könüllü razılığı ilə 1-ci dəfə 2022-ciildə“Express Lombard”a qoymuşdur. Iş materiallarına əlavə etdiyi, qızıl əşyalarını oraya qoyarkən lombardın şəxsən ona təqdi etdiyi mötəbər sübutlarla, lombard sənədləri ilə təsdiq edilir ki, həmin 6 ədəd qızıl-zinət əşyalarının ümumi çəkisi 14,84 qram, təmiz çəkisi 13,6 qram olmaqla dəyərlərinin cəmi 900 AZN olduğu nəzərə alınmaqla buna görə ona cəmisi 735(yeddi yüz otuz beş) manat kredit verilmişdir. Iddiaçının iddia ərizəsində qızıl-zinət əşyalarına dair yazdığı siyahıdakı 4-cü və 5-ci, 7-ci və 8-ci, 9-cu və 10-cu sıradakı qızıl-zinət əşyalarını(2 ədəd sırğa və 4 ədəd üzük olmaqla) o İddiaçı razılığı ilə, həmçinin sonradan özünə aldığı bir ədəd üzük də daxil olmaqla ( cəmi 2 ədəd sırğa və 5 ədəd üzük) 2-ci dəfə ##.##.2023-cü ildə“Express Lombard”a qoymuşdur. Iş materiallarına əlavə etdiyi, qızıl əşyalarını oraya qoyarkən lombardın şəxsən ona təqdim etdiyi lombard sənədləri ilə təsdiq edilir onların ümumiçəkisi 16,21 qram, təmiz çəkisi 14,7 qram olmaqla dəyərinin cəmi 950 AZN olduğu nəzərə alınmaqla buna görə ona 810 (səkkiz yüz on)AZN kredit verilmişdir.Sonradan ailədə problemlər yarandığı, maddi imkansızlıq üzündən kredit məbləğini qaytara bilmədiyi səbəbindən həmin qızıl əşyaları borc əvəzinə lombardın hesabına alınmışdır. Məhkəmənin qətnaməsində isə qarşılıqlı iddia üzrə cavabdeh X1 məhkəmə iclasında izahat verərək lombarda pulunu verib qızılları götürmüş olduğunu bildirdiyi qeyd olunmuşdur. Məhkəmənin qətnaməsinin nəticə hissəsində ondan hansı çəkidə və nə qədər dəyərdə olan hansı qızıl əşyalarının alınmasının konkret göstərilməməsinə baxmayaraq belə nəticəyə gəlir ki, məhkəmə ondan iddia tələbi üzrə iş məhkəməyə verilərkən “qiymətləndirici” tərəfindən “qiymətləndirilmiş” əşyaların alınıb verilməsi nəticəsinə gəlmişdir. Halbuki“həmin qiymətləndirmə” heç bir mötəbər, istinad olunmasışübhə doğurmayan hər hansı əsaslara söykənmir. Ona görə ki, həmin qızıl əşyaları özləri natura şəklində və ya onların çəkisinə dair qiymət kağızları birmənalı şəkildə mövcud deyildir. “Qiymətləndiricinin” gəldiyi nəticələr tam subyektivdir və “sifarişçinin istəyinə uyğun” verilmişdir ki, məhkəmənin belə şübhəli əsaslar üzrə qanuni və əsaslı nəticəyə gəlməsi yolverilməzdir. Digər tərəfdən isə nəzərə alınmalıdır ki, məhkəmənin ondan iddiaçının xeyrinə alınıb verilməsi nəticəsinə gəldiyi qızıl-zinət əşyaları üzrə də daha mötəbər və daha üstün sübut əhəmiyyətinə malik olan yazılı sənəd –“lombard arayışı”mövcuddur. Əks tərəfin vəkilinin “1-inciLombard”dan hər hansı sənədlər tələb etdiyinə dair sorğu və ya sorğuya cavabdan imtina təqdim etməməsinə baxmayaraq məhkəmənin təşəbbüsü ilə alınaraq işə əlavə olunmuş arayışda mənim adıma 2024-cü ilin iyun ayında 8(səkkiz)ədəd zinət əşyalarının lombarda qoyulması, ümumilikdə 3144 manat hesablanması, komissiya və zərgər haqqı çıxılaraq mənə 3005(üç min beş) manat verildiyi, müqaviləni icra etmədiyim üçün əşyaların qara bazarda (!) satıldığı, “əməliyyatın” keçən il olduğu səbəbindən köhnə 2024-cü il materialları saxlanmır kimi qeyd olunmuşdur. Bunlar tamamilə ağ yalandır və həmin arayış heç bir halda mötəbər deyildir vəiş üzrəsübut kimi qəbul edilə bilməz. Ona görə ki, apellyasiya şikayətinin 7-ci və 8-ci bəndlərində onun 2022 və 2023-cü illərdə “Express Lombard”a qoyduğum qızıl əşyalarına dair tam məlumatları özündə əks etdirən lombard sənədlərinin nədən ibarət və necə olmalı olduğuna əyani sübutdur. Halbuki“Express Lombard”a qoyduğu qızıl əşyalarına dair lombard sənədlərini də o ədalətli nəticə üçün işin materiallarına əlavə etmişdir. Buna baxmayaraq məhkəmənin qətnaməsində“Express Lombard”a qoyduğu qızıl əşyalarına dair lombard sənədlərinə əhəmiyyət verilməmiş və işin həmin yazılı hallarına dair konkret sübutlar qiymətləndirilməmiş qalmışdır. Hazırkı iş üzrə “1-inciLombard”dın quru və saxta, arxasında heç bir təsdiqediciəsası və mənbəyi olmayan “arayışı” ortaya çıxdıqdan sonra o həmin lombarda atası Ibrahim tərəfindən anasına və əmisi arvadına məxsus olmaqla vaxtilə qoyulmuş “həmin qızıl əşyalarına dair”lombardda çəkilmiş şəkili məhkəməyə təqdim etdi və bildirdi ki, arayışda qeyd olunan qızıl əşyaları anasına və əmisinin arvadına, məxsus olmaqla atası tərəfindən 1-inci lombarda qoyulmuşdur və R.Gülbənizə heç bir aidiyyəti yoxdur. Məhkəməyə təqdim etdiyi ##.##.2025-ci il tarixli bank sənədlərinə əsasən birgə nikahları dövründə ailə işləri, R.Gülbənizi qanını nmənfi olması və səhhətindəki problemlərlə bağlı xərclərlə əlaqədar götürdüyü kreditlər üzrə hazırda banka 11894.44 manat kredit borcu vardır və həmin kredit borcu üzrə ödəmələrin aylıq məbləği hazırda 490,71 manat təşkil edir və bu ödəmələri ##.##.2027-ci ilə kimi davam edəcəkdir. Həmin məbləğin yarı hissəsinin ödənilməsinin cavabdeh İddiaçı hesabına aid edilməsinə dair iddia tələbi üzrə də hər hansı qiymətləndirmələr aparılmamış qalmışdır. Göründüyü kimi işə baxan məhkəmə iş üzrə çox səthi araşdırma aparmış, yuxarıda qeyd etdiyi işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmamış, ilkin iddianın qismən təmin edilməsini, qarrşılıqlı iddianın isə rədd edilməsini qətnaməsində ətraflı əsaslandırmamışdır. Əgər yuxarıda qeyd edilən hallar məhkəmə tərəfindən tam, hərtərəfli, ətraflı və obyektiv araşdırılsaydı və buna düzgün hüquqi qiymət verilsəydi, ilkin iddia əsassız olduğundan qismən təmin edilməsi yox, tam rədd edilməsi, qarşılıqlı iddia isə əsaslı olduğundan təmin edilməsi qənaətinə gələrdi. Lakin işə baxan məhkəmə ilkin iddia tələbinin qismən təmin edilməsi, qarşılıqlı iddianın isə rədd edilməsi qənaətinə gəlməklə qanunsuz, əsassız və ədalətsiz hesab etdiyim qətnaməsini qəbul etmiş, bununla da tərəf kimi mənim qanunla qorunan hüquqlarımı və aşağıda göstərdiyim maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur. Qətnаmə fаktlаr nöqteyi-nəzərindən qаnunsuz və əsаssız, mаhiyyəti üzrə isə düzgün olmadığındаn, qətnamə qəbuledilərkən maddi və prosessual hüquq normaları pozulduğuna görə apellyasiyaşikayəti təmin edilməli, hazırki iş üzrə Ağdaş Rayon Məhkəməsinin e*(***)-***/**** saylı, ##.##.2025-ci il tarixli qətnaməsiləğv edilməli, ilkin iddia əsassız olduğundan tam rədd edilməsi, qarşılıqlıiddiaisəəsaslı olduğundan təmin edilməsi barədə yeni qətnamə qəbuledilməlidir.

12. Ona görə də, Ağdaş Rayon Məhkəməsinin ## #### 2025-ci il tarixli, *(***)-***/**** nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

13. Verilmiş apellyasiya şikayətinə etiraz verilməmişdir

Məhkəmə icraatı iştirakçılarının izahatları

14. Işə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq iddiaçı İddiaçı və Cavabdeh məhkəmə kollegiyasının iclasına gəlməmişlər.

15. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2ci maddəsinə əsasən, apellyasiya şikayəti üzrə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi.

16. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı İddiaçı nümayəndəsi və vəkili vəkil2 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini və Ağdaş Rayon Məhkəməsinin ## #### 2025-ci il tarixli, *(***)-***/**** nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

Tətbiq edilən hüquq

17. Azərbaycan Respublikası Ailə Məcəlləsi: 34-cü maddəsinə əsasən nikaha daxil olanadək onlara məxsus olan nikaha daxil olarkən hədiyyə edilmiş cehiz və qızıl-zinət əşyalarının qaytarılması, habelə nikah dövründə hədiyyə şəkilində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri nikaha daxil olarkən hədiyyə edilmiş cehiz və qızıl-zinət əşyalarının qaytarılması ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin nikaha daxil olarkən hədiyyə edilmiş cehiz və qızılzinət əşyalarının qaytarılmasıdır). 35-ci maddəsinə əsasən nikahda olduqları dövrdə ər-arvadın ümumi əmlakı və ya hər birinin əmlakı, yaxud da ər-arvadın hansınınsa əməyi hesabına ər-arvadın hər birinin əmlakının dəyərini xeyli artıran vəsaitin qoyulması (əsaslı təmir, yenidən quraşdırma, avadanlığı dəyişdirmə və s.) müəyyən edilərsə, həmin əmlak onların birgə mülkiyyəti sayıla bilər. 37.3-cü maddəsinə əsasən ümumi əmlak bölünərkən ərarvadın ümumi borcları onun payına uyğun olaraq müəyyən edilir.

18. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz nikaha daxil olarkən hədiyyə edilmiş cehiz və qızılzinət əşyalarının qaytarılmasını geri tələb edə bilər. 225.2-ci maddəsinə əsasən nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş nikaha daxil olarkən hədiyyə edilmiş cehiz və qızıl-zinət əşyalarının qaytarılması, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı nikaha daxil olarkən hədiyyə edilmiş cehiz və qızıl-zinət əşyalarının qaytarılması onun mülkiyyətidir.

19. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.1-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpellyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər. 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri

20. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

21. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il ## ####### tarixli, ** nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.

22. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” ## ####### 2020-ci il tarixli, **/**** nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilibmübahisələndirilmədiyinə diqqət yetirməlidilər.

23. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır.

24. Ona görə də, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.

25. Ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh Ağdaş Rayon Məhkəməsinin ## #### 2025-ci il tarixli, *(***)-***/**** nömrəli qətnaməsinin tam ləğv edilməsini xahiş etdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam yoxlamışdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

26. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

27. Cavabdeh apellyasiya şikayətində birinci instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, iddianın qismən olsada təmin edilməsi üçün əsasların olmadığını və sair göstərsə də, apellyasiya instansiyası məhkəməsi onun bu dəlilləri ilə razılaşmır.

28. Belə ki, birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırmışdır ki, iddiaçı ilə cavabdeh ##.##.2021-ci il tarixdə rəsmi nikah qeyd etdirməklə evlənmişlər, ailə münasibətlərini davam etdirmək mümkün olmadığından 2024-cü ilin avqust ayında faktiki, 2025ci ilin yanvar ayında isə rəsmi ayrılmışlar. Nikah pozulduqdan sonra tərəflərin birgə nikahlarından anadan olmuş övladları analarının himayəsində saxlanılmışlar. Bundan başqa, məhkəmə iclasında toy şəkillərinə baxış keçirilərkən müəyyən olunmuşdur ki, cavabdeh həmin qızılların mövcud omadığını bildirsə də iddiaçı iddia etdiyi qızıllara dair fotoşəkilləri məhkəməyə təqdim etmişdir. Həmçinin, hər iki tərəf ilkin iddiada qeyd olunan siyahıda olan qolbağın çəkisinin 3 qram olmasını, kişi üzüyünün isə cavabdehə hədiyyə olunduğunu bildirdilər. Bundan əlavə məhkəmə qeyd etmişdir ki, İddiaçı tərəfindən təqdim olunmuş diskə baxış keçirərkən Cavabdeh qızılları lombarda qoyduğunu və qızılların hələ də lombardda olduğunu, İddiaçı qaytaracağını etiraf edir. Məhkəmə iclasında cavabdeh həmin lombardlardan götürdüyü pulları ailə ehtiyaclarına səhv etdiyini bildirsə də buna dair məhkəməyə sübutlar təqdim edə bilməmişdir. Beləliklə məhkəmə yuxarıda qeyd olunanları nəzərə alıb hesab etmişdir ki, ilkin iddia qızılzinət əşyalrı hissəsində qismən təmin olunmalı, qızıl sep (Ərəb istehsalı) 9 qr. 585 əyarlı – 990 manat; 2. Qızıl sep saçaqlı (Italiya istehsalı) 7 qr. 750 əyarlı - 980 manat; 3. Qızıl qolbaq (Rusiya istehsalı) 3 qr. 585 əyarlı – 330 manat; 4. Qızıl sırğa (Italiya istehsalı) 6 qr, 750 əyarlı - 840 manat; 5. Qızıl sırğa saçaqlı (Italiya istehsalı) 5,5 qr. 585 əyarlı - 605 manat; 6. Qızıl sırğa kəpənək 4 qr. 750 əyarlı - 560 manat; 7. Qızıl üzük 4,5 qr. 585 əyarlı – 495 manat; 8. Qızıl üzük 4 qr, 585 əyarlı – 440 manat; 9. Qızıl nişan üzüyü ( Rusiya istehsalı) 6 qr. 585 əyarlı – 660 manat

10. Qızıl üzük( Rusiya istehsalı) 3,5 qr. 585 əyarlı - 385 manat, 11. Qızıl klon 3 qr, ( Rusiya istehsalı), 585 əyarlı -330 manat dəyərində, olmadıqda qızıl-ziynət əşyaların ümümi dəyəri 6660 manat Cavabdeh alınaraq İddiaçı verilməlidir. Bundan başqa, məhkəmə ilkin iddianın lombardlardan əldə edilən 10000 manat pulun ½ hissəsi olan 5000 manatın Cavabdeh alınıb İddiaçı verilməsi hissəsinə münasibətdə qeyd etmişdir ki, İddiaçı lombardlardan əldə olunan 10000 manat vəsaitlə bağlı məhkəməyə hər hansı sübut təqdim edə bilmədiyindən, məhkəmə hesab edir ki, ilkin iddia həmin hissədə təmin olunmamalıdır. Bundan əlavə məhkəmə hesab etmişdir ki, ilkin iddianın hüquqi yardıma görə 320 manat pulun cavabdehdən alınıb iddiaçıya verilməsi hissəsi təqdim olunmuş qəblə öz təsdiqini tapdığından təmin olunmalıdır. Həmçinin, məhkəmə qarşılıqlı iddianın 10 004 manat 44 qəpik məbləğində pulun yarısının İddiaçı alınıb Cavabdeh verilməsi hissəsinə münasibətdə qeyd etmişdir ki, tərəflərin hər ikisi məhkəmə iclasında faktiki nikah münasibətlərinin 2024-cü ilin avqust ayında bitdiyini, həmin gündən İddiaçı atasının yanında yaşadığını bildirmişlər, həmin kredit müqaviləsi isə ## ####### 2024-cü il tarixdə bağlandığından ailənin ümumi ehtiyacları üçün götürülməsi öz təsdiqini tapmamış, cavabdeh toydan qalan borcunun ödənilməsi üçün əvvəlki kreditini yenilədiyini bildirsə də buna dair məhkəməyə heç bir sübut təqdim edə bilməmişdir. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanları nəzərə alıb hesab edir ki, qarşılıqlı iddiada qeyd olunan 10 004 manat 44 qəpik məbləğində pulun ər-arvadın ümumi borcu olması sübuta yetirilmədiyindən qarşılıqlı iddia həmin hissədə təmin olunmamalıdır. Bundan əlavə, məhkəmə qarşılıqlı iddianın mebellərin İddiaçı alınıb Cavabdeh verilməsi hissəsinə münasibətdə qeyd etmişdir ki, hər iki tərəf məhkəmə iclasında əvvəllər həmin evdə mebel əşyalarının olmasını, yeni mebellərin kreditlə alınmasını etiraf etmişlər, İddiaçı Cavabdeh ona məxsus mebelləri sataraq yeni mebellər aldığını, pulunu ödəyə bilmədikdə isə atasının həmin mebellərin pulunu ödədiyini bildirmişdir. Cavabdeh isə mebellərin pulunun özü tərəfindən ödənilməsinə dair heç bir sübut təqdim edə bilməmişdir. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanları nəzərə alıb hesab edir ki, qarşılıqlı iddiada qeyd olunan mebellərin pulunun Cavabdeh tərəfindən ödənilməsi öz təsdiqini tapmadığından qarşılıqlı iddia həmin hissədə təmin olunmamalıdır. Bundan başqa məhkəmə qarşılıqlı iddianın Nux Mustafayevə məxsus evin təmirinə xərclədiyi 1890 manat pulun İddiaçı və Nux Mustafayevdən alınıb Cavabdeh verilməsi hissəsinə münasibətdə qeyd etmişdir ki, tərəflər hamam otağının tavanın, uşaq otağının divar kağızının Cavabdeh tərəfindən təmir olunduğunu etiraf etmişlər, Cavabdeh və onun tərəfindən dəvət olunmuş şahid əlavə həmin evin döşəməsini boyadığını bildirmişlər, lakin həmin işlərə çəkilən xərclər barədə Cavabdeh tərəfindən məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanları nəzərə alıb hesab edir ki, qarşılıqlı iddiada qeyd olunan təmir xərclərinə dair məhkəməyə heç bir sübut təqdim olunmadığından qarşılıqlı iddia həmin hissədə təmin olunmamalıdır. Bundan əlavə məhkəmə qeyd etmişdir ki, Cavabdeh vəkil xərclərinə dair məhkəməyə hər hansı sübut təqdim etməmişdir.

29. Məhkəmə kollegiyası qeyd edir ki, həm ilkin həm qarşılıqlı iddia tələbi bilavasitə sübutetmə ilə bağlıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır.Mülki məhkəmə icraatının prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni subutetmə predmetini yaradan hüquqi faktların mövcud olub olmamasını Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş subutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. Işin faktiki hallarını obyektiv sürətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması iddiaçının birbaşa vəzifəsidir. Hər hansı dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. Işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir.

30. Avropa Insan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa Insan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).

31. Bu baxımdan işin hallarına nəzər salındıqda görünür ki, birinci instansiyası məhkəməsi tərəfindən qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddia tələbi ilə bağlı məsələlər lazımi qaydada araşdırılmışdır. Birinci instansiyası məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Odur ki, birinci instansiyası məhkəməsinin qətnaməsində ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

32. Məhkəmə kollegiyası bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan birinci instansiyası məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara qanunvericiliyə uyğun hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Məhkəmə kollegiyası birinci instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.

33. Odur ki, birinci instansiya məhkəməsi işə baxarkən qanunvericiliyin tələblərini nəzərə alıb iş üzrə sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, MPM-in 14, 77, 88, 217 və 218-ci maddələrinin tələblərinə riayət edilmişdir.

34. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi ilk iddianı qismən təmin, qarşılıqlı iddianı rədd edərkən, düzgün nəticəyə gəldiyindən və qətnаmə həmin fаktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin ləğv edilməsi üçün əsаslаr olmаdığındаn, ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Ağdaş Rayon Məhkəməsinin ## #### 2025-ci il tarixli, *(***)-***/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

35. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403, 404 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qət etdi:

Ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməsin. Iş üzrə Ağdaş Rayon Məhkəməsinin ## #### 2025-ci il tarixli, *(***)-***/**** nömrəli qətnaməsi verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən sаxlаnılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə Informasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar