Azərbaycan Respublikası adından Qətnamə Şəki şəhəri İş № 2(3-10)-235/2026 01.04.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI QƏTNAMƏ ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı İddiaçı cavabdehlər cavabdeh1 İmran oğlu və cavabdeh2 qarşı “əmlak” tələbinə dair mülki iş üzrə (Açar sözlər: qızıl-zinət əşyaları tələbi, sübutetmə yükü, sübutların qiymətləndirilməsi) Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X1 (sədrlik edən və məruzəçi), Hüseynov Elçin Şirin oğlu və Sadiqov Zülfüqar Əhməd oğlundan ibarət tərkibdə, X7 iclas katibliyi ilə, İddiaçının nümayəndələri X3 və X4; Cavabdeh cavabdeh1 İmran oğlu və vəkili X9 iştirakları ilə, Yevlax Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-***/**** nömrəli qətnaməsindən cavabdeh cavabdeh1 İmran oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası aşağıdakı qətnaməni qəbul etdi: İşin halları İddiaçı İddiaçı iddiasına görə, cavabdehlər cavabdeh1 İmran oğlu və cavabdeh2 ona məxsus və dəyəri cəmi 5688 manat olan qızıl-zinət əşyalarını qaytarmaqdan imtina edirlər. İş üzrə qəbul edilmiş məhkəmə aktı a) birinci instansiya məhkəməsində icraat İddiaçı İddiaçı cavabdehlər cavabdeh1 İmran oğlu və cavabdeh2 qarşı əmlak tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Daha sonra, iddiaçı iddianın dəqiqləşdirilməsinə dair ərizə verərək, iddia ərizəsində qızılzinət əşyalarının 1-ci siyahısında göstərilmiş qızıl əşyalarının 3133 manat dəyərində 24.1 qramlıq 583 əyar qızıl boyunbağı, qolbağı, brilyant qaşlı üzük-sırğadan ibarət qızıl dəsti kimi qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı cavabdeh1 İmran oğlu ilə ## #### 2022-ci ildə rəsmi nikaha daxil olaraq ailə qurmuşlar. Tərəflərin birgə nikahlarından ## ### 2023-cü ildə X5 anadan olmuşdur. Tərəflər bir müddət normal münasibətdə yaşamışlar, sonradan aralarında olan münsibətlər pisləşməyə başlamışdır. Aralarında yaranmış narazılığa görə İddiaçı valideynlərinin yaşadığı ünvana qayıtmışdır. İddiaçıya məxsus qızılzinət əşyaları saxlanc üçün daim keçmiş qaynanası cavabdeh2 olmuşdur. İddiaçı evdən çıxarkən ona məxsus qızıl-zinət əşyaları və digər əşyalar cavabdehlərə məxsus evdə qalmışdır. İddiaçının anası Zəminə Orucova, qardaşı Rəhim Orucov və atası Rəhman Orucov cehiz əşyalarının, qızıl-zinət əşyalarının və digər əşyaların götürülməsi ilə əlaqədar ##.##.2023-cü ildə cavabdehlərin yaşadığı Yevlax rayonunun Dəlləklər kəndinə getmişlər. Həmin vaxt cavabdeh1 onları yaşadığı ünvandan qovaraq mübahisə yaratmış və əmlakların həmn evdən çıxarılmasına maneçilik törətmişdir. Bundan osnra cavabdeh1 İmran oğlunun qanınsuz hərəkətləri barədə Yevlax rayon Polis Şöbəsinə şikayət verilmişdir. Yevlax rayon Polis Şöbəsində cavabdeh1 İmran oğlu yazılı izahat verərək, bildirmişdir ki, o qaynatası Rəhman Orucovu, qaynanası Zəminə Orucovanı, qaynı Rəhman Orucovu balta, bıçaqla və silahla hədələməmişdir. Heç vaxt arvadı İddiaçı döyməmiş, işgəncə verməmişdir. Əlavə olaraq izahatında qeyd etmişdir ki, İddiaçı məxsus cehizlərin və qızılzinət əşyalarının götürülməsinə etiraz etmir. Yevlax rayon Polis Şöbəsinin ## ###### 2023- cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarına əsasən X4 müraciəti əsasında toplanmış material üzrə cinayət hadisəsi olmadığından cinayət işinin başlanması rədd edilmiş və cavabdeh1 İmran oğlunun barəsində Azərbaycan Respublikasının İXM-nin 510-cu maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat aparılması üçün qəbul edilmişdir. Təxminən hadisədən 2 gün sonra iddiaçının anası zəminə Orucova, qardaşı Rəhman Orucov, atası Rəhman Orucov və digər şəxslər cehiz əşyalarının və qızıl əşyalarının götürülməsi üçün yenidən yaşadığı ünvana getmişlər.Həmin gün iddiaçıya məxsus cehiz əmlakları, digər əşyalar götürülmüşdür. Cavabdehlərdən qızıl-zinət əşyaları tələb olunmuş, cavabdehlər isə qızılzinət əşyalarını qaytarmamışlar. Həmn vaxt ərazi üzrə xidmət aparan polis əməkdaşı orada olmuş, hətta onun iştirakı ilə Rəhman Orucov ərizə yazmış və ərizədə qeyd etmişdir ki, iddiaçıya məxsus qızıl-zinət əşyalarından başqa əmlaklar götürülmüşdür. Həmin əmlaklar fəhlələrin köməkliyi ilə avtomobilə yığılaraq cavabdehlərə məxsus evdən çıxarılmışdır. Əmlaklar çıxarılarkən cavabdehlər tərəfindən qızıl-zinət əşyalarına məxsus boş qabları evinə içərisinə dağıdılışdır. Cavabdehlər həmn vaxt bildirmişlər ki, qızıl-zinət əşyaları yoxdur, qızıl-zinət əşyalarını maddi ehtiyyacları olduğu üçün 2023-cü ilin avqust ayının əvvəlində girov qoyaraq pul götürmüşlər. Keçən müddət ərzində cavabdehələrə dəfələrlə qızıl-zinət əşyalarının qaytarılması ilə bağlı müraciət olunmuş, lakin bir nəticəsi olmamışdır. Bu səbəbdən də iddiaçı məcbur olub məhkəməyə müraciət etməli olmuşlar. Cavabdehlərdən tələb olunun qızıl-zinət əşyaları 3133 manat dəyərində 24.1 qramlıq 583 əyar qızıl boyunbağı, brilyant qaşlı üzüksırğadan ibarət qızıl dəsti, 800 manat dəyərində 3.5 qramlıq 583 əyar brilyant qaşlı qızıl nişan üzüyü, 270 manat dəyərində 3 qramlıq 583 əyar qızıl üzük, 720 manat dəyərində 583 əyar 8 qramlıq qızıl qolbağı, 225 manat dəyərində 583 əyar 2.5 qramlıq qızıl üzük, 360 manat dəyərində 583 əyar 4 qramlıq qızıl klon (kitab formalı), 180 manat dəyərində 583 əyar 2 qramlıq qızıl üzükdən ibarətdir. İddiaçı tələbinin hüquqi əsası kimi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1, 152.5, 157.2-ci maddələrinə istinad edərək, cavabdehlərdən iddia ərizəsinin təsviri hissəsində göstərilən qızıl-zinət əşyalarının, həmin əşyaların naturada alınması mümkün olmadıqda onların pul ilə dəyərinin, cəmi 5688 (beş min altı yüz səksən səkkiz) manat pulun, hüquqi yardıma görə ödənilmiş 300 manat vəkil xərcinin, 50 manat mediasiya xərcinin, 27 manat dövlət rüsumunun alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiçının nümayəndəsi (vəkil) vəkil2 iddianı müdafi edərək, iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddianın təmn edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh cavabdeh1 İmran oğlu iddanı etiraf etməyərək, verdiyi izahatında göstərmişdir ki, iddiaçı ilə 2022-ci ildə ailə qurmuşlar. Aralrında olan narazılıqlara görə iddiaçı ilə ayrılmışlar. İddiaçıya məxsus cehiz əşyalarını iddiaçı tərəf aparan zaman iddiaçıya məxsus qızıl-zinət əşyaları onlarda (cavabdehlərdə) qalmışdır. İddiaçıya məxsus qızılzinət əşyaları qızıl boyunbağı, brilyant qaşlı üzük-sırğa, qolbağı olmuş, həmn əşyaları o özü almış və dəyəri 1000 manatdan artıq olmuşdur. Həmin əşyaların çəkisini xatırlamır. Qızıl nişan üzüyü də brilyant qaşlı olmuş, həmin üzüyü 430- 440 manat almış, lakin üzüyün çəkisini xatırlamır. 225 manat dəyərində qızıl üzük də olmuş, qızıl klon isə iddiaçının özünə məxsus olmuş və iddiaçı gedərkən özü ilə aparmışdır. Bacısı Rəqsanə tərəfindən də iddiaçıya 150 manat dəyərində qızıl üzük hədiyyə edilmişdir. İddiaçının ayrıca qızıl qolbağısı isə olmamışdır. O (cavabdeh) evdə olmadığı zaman iddiaçının ailə üzvləri onların (cavabdehlərin) yaşadıqları evə gəlmiş və anası (cavabdehin) mövcudluğunu etiraf etdiyi qızıl-zinət əşyalarını həmn şəxslərə vermişdir. İddiaçıya məxsus heç bir qızıl-zinət əşyası onlarda qalmamışdır. Qeyd edilənlərin nəzərə alınaraq, iddianın əsassız olduğundan təmin edilməməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh cavabdeh2 cavabdeh cavabdeh1 İmran oğlunun izahatına uyğun izahat verərək, iddianın əsassız olduğundan təmn edilməməsinə dair qətnamə çıçxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı tərəfin vəsatəti əsasında şahid qismində dindirilmiş şahid X3 verdiyi ifadəsində göstərmişdir ki, iddiaçı İddiaçı onun qızıdır. Avqsut ayında qızına məxsus cehiz əşyalarını gətirmək üçün cavabdehlərin yaşadıqları evə getmişlər. Həmin vaxt qızıl-zinət əşyalarını tələb etsələr də, cavabdeh qızıl-zinət əşyalarını məhkəmədə verəcəklərini bildirmişdir. Cehiz əşyalarını gətiodikdən sonra bir daha cavabdehlərin yaşadıqları evə getməmişdirlər. Məhkəmə iclasında iddiaçı tərəfin vəsatəti əsasında şahid qismində dindirilmiş X2 şahid X3 ifadəsinə uyğun ifadə vermişdir. Məhkəmə iclasında iddiaçı tərəfin vəsatəti əsasında şahid qismində dindirilmiş X4 şahid X3 ifadəsinə uyğun ifadə vermişdir. Məhkəmə iclasında cavabdeh tərəfin vəsatəti əsasında şahid qismində dindirilmiş X6 verdiyi ifadəsində göstərmişdir ki, Yevlax rayonunun Dəlləklər kəndində cavabdehlərlə qonşudurlar. Cavabdeh cavabdeh2 xahişi ilə kömək etmək üçün Gülzadənin evinə getmişdir. Evdə olan zaman maşın dayanmış, lakin o (şahid) maşını görməmişdir. Gülzadə içəri keçmiş və içəridən nəsə götürmüşdür. Gülzadədən nə oldğunu soruşmuş, Gülzadə də qızıl olduğunu, qızılın dalınca gəldiklərini gemişdir. Gülzadəyə qızılları verməməsini, Mahiri gözləməsini demiş, lakin Gülzadə qızılları aparıb gələn şəxslərə vermişdir. Gələn şəxsləri özü görməmiş, Gülzadədən soruşduqda sonuncu ona həmin şəxslərin gəlinin anası və qardaşı olduğunu bildirmişdir. Həmin vaxt qızıllar dəsmalın arasında olmuş, qızıllara baxmaq istəmiş, lakin Gülzadə qızılları ona göstərməmişdir. Dəsmalın arasında hansı qızılların olduğunu görməmişdir. Məhkəmə iclasında cavabdeh tərəfin vəsatəti əsasında şahid qismindi dindirilmiş X11 verdiyi ifadəsində göstərmişdir ki, Mahirin həyətində ağacların budaqlarını kəsən zaman qapının qarşısında maşın dayandığını, maşından xanım və oğlanın düşdüyünü görmüşdür. Gülzadə xanım onun (şahidin) yanından keçən zaman ondan hara getdiyini soruşmuş, Gülzadə də qız tərəfin gəldiyini və qızılları aparıb verəcəyini demişdir. Həmin vaxt qızıllar dəsmalın içində olmuş, lakin o (şahid) həmn qızılları görməmişdir. “X14” MMC tərəfindən verilmiş ##.##.2024-cü il tarixli mütəxəssis rəyindən görünür ki, 24 qramlıq 583 əyar qızıl boyunbağı, brilyant qaşlı üzük-sırğa dəsti 3133 manat, 1 ədəd 3.5 qramlıq 583 əyar brilyant qaşlı qızıl nişan üzüyü 800 manat, 1 ədəd 3 qramlıq 583 əyar qızıl üzük 270 manat, 1 ədəd 8 qramlıq 583 əyar qızıl qolbağı 720 manat, 1 ədəd 2.5 qramlıq 583 əyar qızıl üzük 225 manat, 1 ədəd 4 qramlıq 583 əyar kitab formalı qızıl klon 360 manat, 1 ədəd 2 qramlıq 583 əyar qızıl üzük 180 manat qiymətləndirilmişdir. Yevlax Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-***/**** nömrəli qətnaməsi (hakim: Q.Paşayev) ilə, iddia tələbi qismən təmin edilərək, cavabdehlər cavabdeh1 İmran oğlundan və cavabdeh2 3133 manat dəyərində 24.1 qramlıq 583 əyar qızıl boyunbağı, qolbağı, brilyant qaşlı üzük-sırğadan ibarət qızıl dəsti, 800 manat dəyərində 3.5 qramlıq 583 əyar brilyant qaşlı qızıl nişan üzüyü, 270 manat dəyərində 3 qramlıq 583 əyar qızıl üzük, 225 manat dəyərində 583 əyar 2.5 qramlıq qızıl üzük, 360 manat dəyərində 583 əyar 4 qramlıq qızıl klon (kitab formalı), 180 manat dəyərində 583 əyar 2 qramlıq qızıl üzük, həmin əşyalar olmadıqda onların dəyəri, 50 manat mediasiya xərci, 300 manat vəkil üçün ödənilmiş xidmət haqqı və 27 manat dövlət rüsumu alınıb iddiaçı İddiaçı verilməsi qət edilmişdir. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, məhkəmə iclasında bir ədəd 8 qramlıq 720 manat dəyərində qızıl qolbağı istisna olmaqla digər qızıl-zinət əşyalarının mövcudluğu öz təsdiqini tapmışdır. Həmin əşyaların mövcudluğu işdə olan tərəflərin izahatları, şahid ifadələri, işdə olan foto və video görüntü ilə öz təsdiqini tapmışdır. Məhkəmə mövcudluğu təsdiq edilmiş həmn qızıl-zinət əyşalarının çəkisi, dəyəri və əyarı ilə bağlı iddiaçı tərəfin göstərdiklərini daha inandırıcı, real və işin hallarına uyğun hesab etmişdir. Məhkəmə gəldiyi nəticənin hüquqi əsaslandrması üçün - Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157, 225, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32, 34, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin – 14, 77, 88, 217-ci maddələrinə istinad etmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri Cavabdeh cavabdeh1 İmran oğlu birinci instansiya məhkəməsinin qətnaməsinin qismən ləğv edilərək iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Ayrıldıqdan sonra cehiz əşyalarını aprarkən qızıl-zinət əşyalarınıda özü ilə aparmışdır. Hətda bununla bağlı şahidlər də məhkəmədə dindirilmişdir. Lakin məhkəməyə təqdim etdiyi şahidlərində ifadələrinə düzgün qiymət verməmiş və nəzər almamışdır. Daha sonra, qızıl-zinət əşyalarının qiymətinin müəyyən edilməsi ilə bağlıda şübhələr vardır. Odur ki, birinci instansiya məhkəməsinin qətnaməsi ilə razılaşmır və apellyasiya şikayətinin təmin olunmasını xahiş edir. b) Apellyasiya şikayətinə qarşı etiraz Apellyasiya şikayətinə qarşı etiraz verilməmişdir. Apellyasiya baxışı zamanı keçirilən məhkəmə iclası və məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında cavabdeh cavabdeh1 İmran oğlu və vəkili X9 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdilər. Əlavə olaraq bildirdilər ki, qızılların hamısı iddiaçı tərəfinə verilmişdir. Məhkəmə şahid ifadələrinə və ekspert rəyinə düzgün qiymət verməmişdir. Odur ki, nəzərə alınmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndələri X3 və X4 apellyasiya şikayətini qəbul etməyərək təmin edilməməsini xahiş etdilər. Əlavə olaraq bildirdilər ki, qızılların heç biri onlara verilməmişdir. Odur ki, nəzərə alınmasını xahiş etdi. Digər tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilmişdir. Buna baxmayaraq, onlar məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Belə olan halda məhkəmə kollegiyası işə gəlməyən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası M a d d ə 1 3 . Mülkiyyət İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. M a d d ə 2 9 . Mülkiyyət hüququ I. Hər kəsin mülkiyyət hüququ vardır. II. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsi 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 157.1. Mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 225.1. Ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. 225.2. Nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. 225.3. Daş-qaş və digər zinət şeyləri istisna olmaqla, fərdi istifadədə olan əmlak (paltar, ayaqqabı və i.a.) nikah dövründə ərlə arvadın ümumi vəsaiti hesabına əldə edilmiş olsa da, ondan istifadə etmiş arvadın (ərin) mülkiyyəti sayılır. 225.4. Ər-arvaddan hər birinin əmlakı o halda onların birgə mülkiyyəti sayıla bilər ki, nikah dövründə ərlə arvadın ümumi əmlakı və ya ərin (arvadın) şəxsi əmlakı hesabına həmin əmlakın dəyərini əhəmiyyətli dərəcədə artıran vəsait qoyulduğu (əsaslı təmir, yenidənqurma, yeni avadanlıqla təchizetmə və i.a.) müəyyənləşdirilsin. Əgər nikah kontraktında və ya ərlə arvadın razılaşmasında ayrı qayda nəzərdə tutulubsa, bu qayda tətbiq edilmir. 225.5. Ərin (arvadın) öhdəlikləri üzrə tutma onun mülkiyyətində olan əmlaka, habelə onun ərlə arvadın ümumi əmlakındakı payına bu şərtlə yönəldilə bilər ki, nikah kontraktında ayrı qayda nəzərdə tutulmuş olmasın. 225.6. Daşınmaz əmlaka birgə hüququ olan ərin (arvadın) razılığı olmadan daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış hüquq barədə bağlanmış müqavilə etibarsız hesab edilir. Bu, həmçinin əldə edənin belə hüququn yalnız müqavilə tərəfinə məxsus olması barədə vicdanlı olduğu hallara da aiddir. Əgər müqavilə üzrə tərəf müqavilənin etibarsızlığını bilirdisə və ya bilməli idisə, əldə edən həmin tərəfdən etibarsızlıqdan irəli gələn zərərin əvəzinin ödənilməsini tələb edə bilər. 666.1. Bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. 668.1 və 668.1.3. Daşınar əşyaların bağışlanması zamanı hədiyyə verən əşyanı hədiyyə alana verdikdə bağışlama etibarlıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsi 29.1. Azərbaycan Respublikası Konstitusiyasında təsbit edilmiş qadın və kişinin hüquq bərabərliyinə uyğun olaraq ər və arvad ailə münasibətlərində bərabər şəxsi və əmlak hüquqlarına malikdirlər. 32.1. Nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. 32.2. Ər-arvadın ümumi birgə mülkiyyətinə: 32.2.1. onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (xəsarət, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.); 32.2.2. ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit təşkilatlarına və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. 32.3. Nikah dövründə ev təsərrüfatı ilə, uşaqlara qulluq etməklə məşğul olduğundan və ya digər üzürlü səbəblərə görə müstəqil qazancı olmayan ər (arvad) da ümumi əmlak üzərində hüquqa malikdir. 33.1. Ər-arvadın ümumi əmlakı üzərində sahiblik, istifadə və sərəncam hüququ onların qarşılıqlı razılığı əsasında həyata keçirilir. 33.2. Ər-arvadın rəsmi reyestrdə qeydə alınmalı olmayan ümumi daşınar əmlakı üzərində sərəncam əqdini onlardan biri həyata keçirirsə, bu halda güman edilir ki, o, digərinin razılığı ilə hərəkət edir. 33.3. Ər-arvaddan biri digərinin razılığı olmadan onların ümumi əmlakı üzərində sərəncam əqdi bağlamışsa və əqdin iştirakçısı olan digər tərəf bu cür razılığın olmadığını bilirdisə və ya bilməli idisə, əqd bağlanmasına razılığı olmayan ər (arvad) tərəfindən mübahisələndirilə bilər. 33.4. Ər-arvaddan birinin daşınmaz əmlak üzərində sərəncam vermək barədə notariat qaydasında təsdiq edilən və (və ya) qeydiyyata alınan əqdlər bağlaması üçün digər tərəfin notariat qaydasında təsdiq edilmiş razılığı lazımdır. Ərin (arvadın) bu barədə notariat qaydasında təsdiq olunmuş razılığı olmadıqda, bu əqd Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş müddətdə mübahisələndirilə bilər. 34.1. Nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır).
35. Nikahda olduqları dövrdə ər-arvadın ümumi əmlakı və ya hər birinin əmlakı, yaxud da ər-arvadın hansınınsa əməyi hesabına ər-arvadın hər birinin əmlakının dəyərini xeyli artıran vəsaitin qoyulması (əsaslı təmir, yenidən quraşdırma, avadanlığı dəyişdirmə və s.) müəyyən edilərsə, həmin əmlak onların birgə mülkiyyəti sayıla bilər. 36.1. Ər-arvadın ümumi əmlakının bölünməsi nikah dövründə, eləcə də onlardan birinin tələbi ilə nikah pozulduqdan sonra, habelə kreditor ödəməni ər-arvadın ümumi əmlakında olan onlardan birinin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə həyata keçirilir. 36.3. Mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir. 36.4. Məhkəmə ər-arvadın ümumi əmlakını bölərkən onların tələbi ilə hər birinə çatacaq əmlakı müəyyən edir. Ər-arvaddan birinə, dəyəri ona çatası payın dəyərini aşan əmlak verildikdə, bunun əvəzində digərinə müvafiq məbləğdə pul və ya başqa kompensasiya verilə bilər. 36.5. Məhkəmə, ər-arvadın ailə münasibətlərinə xitam verdiyi və ayrı yaşadığı dövrdə hər birinin qazandığı əmlakı onların hər birinin mülkiyyəti hesab edə bilər. 36.8. Ər-arvadın ümumi əmlakı bölündükdə, nikah dövründə həmin əmlakın bölünməmiş hissəsi, eləcə də nikah dövründə sonradan qazanılmış əmlak onların birgə mülkiyyətini təşkil edir. 37.1. Ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir.
“Ümumdünya İnsan Hüquqları Bəyannaməsi”
17. Hər bir insan təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşınalıqla məhrum edilməməlidir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Konvensiyanın İ saylı Protokolu
1. Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.
“Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## #### 2024-cü il tarixli qərarı: 5.1.Ər-arvadın hər birinin mülkiyyətində olan əmlakın ümumi siyahısı Ailə Məcəlləsinin 34.1-ci maddəsində nəzərdə tutulmuşdur: nikaha daxil olanadək onlara məxsus olan; nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak. 5.10. Nikaha daxil olanadək və nikah dövründə keçirilən mərasimlərdə (elçilik, nişan, toy və sair) tərəflərdən birinə hədiyyə verilən zinət əşyaları onların ayrıca əmlakı sayılır və Ailə Məcəlləsinin 34.2-ci maddəsində müəyyən edilmiş istisnanın təsir dairəsinə düşmür.
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin VII hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 2019-cu il ## #### tarixli qərarında qeyd edilmişdir ki: “....hüquqi həqiqət prinsipinin realizəsi mexanizmi bu cürdür: iş üzrə sübutetmə predmetinə daxil olan halların təqdim edilməsi yükü tərəflərin üzərinə düşür; məhz tərəflər bu halların mövcud olub-olmamasını sübut etməyə borcludurlar; prosesdə həqiqəti isə ədalət mühakiməsi orqanı olaraq məhkəmə müəyyən edir. Nəticədə hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır”.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 119.2. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. 119.5. Apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1-119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür. 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının həddi
Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini araşdırıb, işdə olan sübutlara məcmu halında hüquqi qiymət verərək, apellyasiya şikayətinin dəlillərini əsassız, birinci instansiya məhkəməsinin gəldiyi nəticəni isə əsaslı sayaraq hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini qismən təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasına görə, hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir (Konstitusiyanın 26cı maddəsi və 60-cı maddəsinin İ hissəsi). Hüquq və azadlıqların məhkəmə təminatı yalnız birinci instansiyada məhkəmə müdafiəsinin təmin olunmasını deyil, bu hüququn həmçinin qanunvericilikdə nəzərdə tutulmuş qaydada apellyasiya və kassasiya instansiyalarında həyata keçirilməsini də nəzərdə tutur. Qanunvericilikdə nəzərdə tutulmuş hər hansı məhkəmə instansiyasına şikayət etmək hüququ məhkəmə müdafiəsi hüququnun mahiyyətindən irəli gəlməklə hüququn aliliyinin təmin edilməsi məqsədinə yönəlir. Məhkəmə kollegiyası vurğulayır ki, məhkəmə müdafiəsindən istifadə etmək hüququnun şəxslər üçün o zaman istəklərinə və arzularına uyğun nəticəsi ola bilər ki, bu cür mülki hüquq münasibətləri qurarkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsiplərinə və qanunvericiliyin tələblərinə ciddi riayət etmiş olsunlar. Əks halda qanuna riayət edilmədən yaranan münasibətlərin də mübahisə baş verdiyi halda məhkəmə müdafiəsindən istifadə etmək hüququ şəxsin arzuladığı nəticəni uğurlu etməyəcəkdir. Bu həm də ona görə zəruri və vacibdir ki, mülki dövriyyənin iştirakçıları bu cür mülki hüquq münasibətlərinə girərkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsipləri və qanunvericiliyin tələblərinə riayət etsinlər, intizamlı və vicdanlı olsunlar, hüquqdan başqalarına zərər vurmaq niyyətlə açıq-aşkar suiistifadə etməsinlər. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materiallarına əsasən yoxlayaraq hesab edir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir ki, bununla da gəldiyi nəticə qanuni və əsaslı hesab edilməlidir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla heç bir sübutla təsdiqini tapmır. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, tərəfin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməlidir. İddia tələbinin mahiyyətindən müəyyən edilir ki, tərəflər arasında mübahisə qızıl-zinət əşyaları ilə bağlıdır. Belə ki, iddiaçı İddiaçı cavabdehlər cavabdeh1 İmran oğlu və cavabdeh2 qarşı əmlak tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Daha sonra, iddiaçı iddianın dəqiqləşdirilməsinə dair ərizə verərək, iddia ərizəsində qızılzinət əşyalarının 1-ci siyahısında göstərilmiş qızıl əşyalarının 3133 manat dəyərində 24.1 qramlıq 583 əyar qızıl boyunbağı, qolbağı, brilyant qaşlı üzük-sırğadan ibarət qızıl dəsti kimi qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iş üzrə qətnaməsi ilə iddia tələbi qismən təmin edilmişdir. Apellyator isə birinci instansiya məhkəməsinin qətnaməsini qismən yəni, iddia tələbininm təmin edilməsi hissəsində mübahisələndirmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını şərtləndirən aşağıdakı əsasların qeyd olunmasını zəruri hesab edir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə qiymət verən zaman birinci instansiya məhkəməsinin mübahisələndirilən hissədə iş üzrə gəldiyi nəticə və hüquqi əsaslandırması ilə razılaşır və ilkin olaraq qeyd edir ki, Mülki Məcəllənin 225-ci maddəsinə və Ailə Məcəlləsinin VII fəslinə əsasən nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. Kollegiya daha sonra qeyd edir ki, konstitusion hüquqi təbiəti etibarilə mülkiyyət hüququ nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Azərbaycan Respublikasının qanunvericiliyi də mülkiyyətin toxunulmazlığına və onun dövlət tərəfindən qorunmasına dair konstitusion prinsip və müddəaları inkişaf etdirərək, bu hüququn əldə edilməsi, həyata keçirilməsi və müdafiəsi mexanizmlərini dəqiqləşdirir. Bundan başaqa, Konstitusiya Məhkəməsi Plenumunun mülkiyyət hüququ ilə bağlı formalaşdırdığı hüquqi mövqeyə əsasən, bu hüququn məzmunu Konstitusiyanın 13-cü maddəsinin müddəaları nəzərə alınmaqla başa düşülməlidir. Vətəndaş cəmiyyətinin mühüm institutu olan mülkiyyət iqtisadiyyatın inkişafının əsasını təşkil edən ən vacib amillərdəndir. Buna görə də mülkiyyət Konstitusiyanın 13-cü maddəsi ilə toxunulmaz elan olunaraq dövlət tərəfindən qorunur. Mülkiyyət hüququ isə cəmiyyətdəki hər bir fərdin azadlığının əsası kimi çıxış edir, şəxsiyyətin inkişafı və azad sahibkarlıq üçün zəruri şərtdir. Dövlət mülkiyyət hüququnun səmərəli həyata keçirilməsinə qanunsuz müdaxilələrdən çəkinməli və onların qarşısını almalıdır (“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 107-2.1 və 107-5.1-ci maddələrinin şərh edilməsinə dair” 2011-ci il ## ###### tarixli Qərar). "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Konvensiyanın İ saylı Protokolun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Qeyd olunan normaların məzmunundan görünür ki, mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələblərinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusiya hüququnun mahiyyətini dəyişməməlidir. Avropa İnsan Hüquqları Məhkəməsi “Sporronqun və Lonnrotun İsveçrəyə qarşı” qərarında (A-52-1983) və bundan sonra qəbul etdiyi qərarlarında mülkiyyət hüququ ilə əlaqədar mövqeyini müəyyən edərək izah etmişdir ki, mülkiyyət hüququnun müdafiəsi zamanı işin hallarından asılı olaraq üç məsələ aydınlaşdırılmalıdır: - mülkiyyətçinin mülkiyyət hüququnun mövcud olması; - mülkiyyətçinin öz mülkiyyətindən məhrum olması; - mülkiyyətçinin mülkiyyətindən istifadəyə nəzarətdən məhrum olması. Avropa Məhkəməsinin qərarlarındakı hüquqi mövqeyinə görə, mülkiyyətçinin öz mülkiyyətindən məhrum edilməsinin baş verib-verməməsini müəyyən etmək üçün mülkiyyətin formal cəhətdən özgəninkiləşdirilməsi və ya mülkiyyət hüququnun başqasına keçməsi və həmin halların “de fakto” baş verməsi aydınlaşdırılmalıdır. Həmçinin, “Akimovanın Azərbaycana qarşı” işində “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın * saylı Protokolunun 1-ci maddəsinin pozuntusunu müəyyən edən Avropa Məhkəməsi qeyd etmişdir ki, mülkiyyət hüququnu təmin edən * saylı Protokolun 1-ci maddəsi üç müxtəlif qaydanı ehtiva edir: birinci abzasın birinci cümləsində təsbit olunan birinci qayda ümumi xarakterlidir və mülkiyyətdən maneəsiz istifadə prinsipini bəyan edir; birinci abzasın ikinci cümləsində təsbit olunan ikinci qayda mülkiyyətdən məhrum edilməni əhatə edir və onu müəyyən şərtlərdən asılı edir; ikinci abzasda bəyan edilən üçüncü qayda təsdiq edir ki, Razılığa gələn Yüksək Tərəflər ümumi maraqlara müvafiq olaraq digər tədbirlərlə yanaşı, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək hüququna malikdirlər. İkinci və üçüncü qaydalar mülkiyyətdən maneəsiz istifadə hüququna müdaxilə misalları ilə bağlı olduğundan, birinci qaydada bəyan edilən ümumi prinsip baxımından şərh edilməlidir. Ailə qanunvericiliyinin normalarının mənasından çıxış edərək Konstitusiya Məhkəməsinin Plenumu G.Həsənzadənin şikayəti üzrə 2015-ci il ## ##### tarixli qərarında isə qeyd etmişdir ki, ərlə arvadın mülkiyyəti iki hüquqi rejimdə mövcud olur: ər-arvadın ümumi birgə mülkiyyəti və onların hər birinin şəxsi mülkiyyəti. Ər-arvadın ümumi birgə mülkiyyətinin əldə edilməsinin əsas şərti kimi nikah münasibətləri çıxış etdiyi halda, onların hər birinin şəxsi mülkiyyətinin yaranması əsaslarından biri isə müvafiq payın qanun və ya vərəsəlik üzrə keçməsidir. İşdən görünür ki, hazırda mübahisə əmlak tələbi ilə bağlıdır. Məhkəmə kollegiyası mübahisələndirilən qızıl-zinət tələbi ilə bağlı qeyd edir ki, nikaha daxil olanadək və nikah dövründə keçirilən mərasimlərdə (elçilik, nişan, toy və sair) tərəflərdən birinə hədiyyə verilən zinət əşyaları onların ayrıca əmlakı sayılır və Ailə Məcəlləsinin 34.2-ci maddəsində müəyyən edilmiş istisnanın təsir dairəsinə düşmür. Belə ki, birgə nikaha daxil olarkən arvada verilmiş cehiz əşyaları, habelə birgə nikaha daxil olanadək və ya nikah dövründə onlardan birinə üçüncü şəxslərin hədiyyə etdiyi əşyalar (qızılzinət və s.) ər-arvadın ayrıca əmlakı (mülkiyyəti) hesab edilir. Məhkəmə kollegiyası qızıl-zinət əşyalarının mövcud olub-olmaması ilə bağlı qeyd edir ki, iş üzrə tərəflər qızılların mövcud olmasını mübahisələndirməmişlər. İddiaçı tərəf qızılların onda olmadığını, cavabdeh isə qızılların bir qisminin qaytarıldığı, bir qisminin isə iddiaçının gedən zaman özü ilə apardığını bildirmişdir. İşə baxan birinci instansiya məhkəməsi isə iddia tələbini həmin hissədə təmin etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini qızıl-zinət əşyaları ilə bağlı hissədə qismən təmin etməkdə haqlı olmuşdır. Belə ki, yuxarıda sadalanan hüquq normalarına görə, qızıl-zinət əşyalarını digər şəxsdən məhkəmə qaydasında tələb edən şəxs həmin əşyaların mövcudluğunu və göstərilən dəyərdə olduğunu, əşyaların onun mülkiyyətində olduğunu və hazırda özgəsinin qanunsuz sahibliyində qaldığını sübuta yetirməlidir. Kollegiya eyni zamanda qeyd edir ki, prosessual qanunvericilik sübut etmə yükünün tələb edən tərəfin üzərində olduğu barədə ümumi prinsipi əks etdirsə də, iddia tələbinin qanuni əsasını təşkil edən maddi hüquq normalarında, habelə mübahisəyə tətbiq edilməli olan digər hüquq normalarında tərəflərdən hansının işin hansı hallarını sübut etməli olması barədə fərqli qaydalar müəyyən oluna bilər. Bu baxımdan hər bir mübahisənin qanuni həllinə imkan verən sübutetmə yükünün düzgün müəyyən olunması işin qanuni həlli baxımından vacib əhəmiyyətə malikdir. Hazırki işdə isə qeyd edilən hallar öz təsdiqini tapmışdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin şahid ifadələrinə düzgün hüquqi qiymət verilməməsi ilə bağlı dəlillərinə münasibət bildirərək qeyd edir ki, şikayət həmin hissədə əsaslı hesab edilə bilməz. Belə ki, apellyator şikayətində şahidlərin ifadələrində qızılların qaytarılmasını bildirdiklərini, birinci instansiya məhkəməsinin isə həmin ifadələrə düzgün hüquqi qiymət verilmədiyini bildirmişdir. Kollegiya şikayətin həmin dəlilinə münasibətdə ilkin olaraq qeyd edir ki, mülki prosesdə əsas sübut növlərindən biri də şahid ifadələridir. Şahid iş üçün əhəmiyyət kəsb edən halları bilən və işin nəticəsində maraqlı olmayan şəxs olmalıdır. Hazırki işdə şahid qismində dindirilmiş X8 isə cavabdeh tərəflə yaxın qohumluq münasibətində olan şəxs olmuşdur. Məhkəmə kollegiyası yuxarıda sadalananlara baxmayaraq eyni zamanda qeyd edir ki, birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X6 verdiyi ifadəsində göstərmişdir ki, Yevlax rayonunun Dəlləklər kəndində cavabdehlərlə qonşudurlar. Cavabdeh cavabdeh2 xahişi ilə kömək etmək üçün Gülzadənin evinə getmişdir. Evdə olan zaman maşın dayanmış, lakin o (şahid) maşını görməmişdir. Gülzadə içəri keçmiş və içəridən nəsə götürmüşdür. Gülzadədən nə oldğunu soruşmuş, Gülzadə də qızıl olduğunu, qızılın dalınca gəldiklərini gemişdir. Gülzadəyə qızılları verməməsini, Mahiri gözləməsini demiş, lakin Gülzadə qızılları aparıb gələn şəxslərə vermişdir. Gələn şəxsləri özü görməmiş, Gülzadədən soruşduqda sonuncu ona həmin şəxslərin gəlinin anası və qardaşı olduğunu bildirmişdir. Həmin vaxt qızıllar dəsmalın arasında olmuş, qızıllara baxmaq istəmiş, lakin Gülzadə qızılları ona göstərməmişdir. Dəsmalın arasında hansı qızılların olduğunu görməmişdir. Bundan başqa, birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X11 verdiyi ifadəsində göstərmişdir ki, Mahirin həyətində ağacların budaqlarını kəsən zaman qapının qarşısında maşın dayandığını, maşından xanım və oğlanın düşdüyünü görmüşdür. Gülzadə xanım onun (şahidin) yanından keçən zaman ondan hara getdiyini soruşmuş, Gülzadə də qız tərəfin gəldiyini və qızılları aparıb verəcəyini demişdir. Həmin vaxt qızıllar dəsmalın içində olmuş, lakin o (şahid) həmn qızılları görməmişdir. Göründüyü kimi, cavabdeh tərəfin vəsatəti əsasında birinci instansiya məhkəməsində dindirilmiş hər iki şahid şəxsən qızıl-zinət əşyalarını görmədiklərini, sadəcə hazırki iş üzrə cavabdeh şəxs olan cavabdeh2 əlində dəsmala bükülmüş nəsə görüklərini və yenə cavabdehin dediyinə görə qızılları qaytarmağa getdiklərini bildirmişlər. Kollegiya hesab edir ki, şahidlərin heç biri (hətda dəsmala bükülü əşyaların qızıl olması nəzərə alınsa belə) qızılların olmasını, həmçinin hansı sayda və ya miqdarda olmalarını, ən önəmlisidə qaytarılmasını şəxsən görməmişlər. Bundan başqa, ağac kəsən şəxsə cavabdehin qzıllarla bağlı hansı səbəbdən məlumat verməsidə anlaşılan deyildir. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki işdə şahid ifadələri hər hansı başqa vasitə ilə təsdiqini tapmamışdır. Bu səbəbdən də kollegiya həmin hissədə şahid ifadələrini inandırıcı hesab etmir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin ekspertiza rəyinə düzgün hüquqi qiymət verilməməsi ilə bağlı dəlillərinə münasibət bildirərək qeyd edir ki, şikayətin dəlilləri həmin hissədə də əsaslı hesab edilə bilməz. Belə ki, “X14” MMC tərəfindən verilmiş ##.##.2024-cü il tarixli mütəxəssis rəyindən görünür ki, 24 qramlıq 583 əyar qızıl boyunbağı, brilyant qaşlı üzük-sırğa dəsti 3133 manat, 1 ədəd 3.5 qramlıq 583 əyar brilyant qaşlı qızıl nişan üzüyü 800 manat, 1 ədəd 3 qramlıq 583 əyar qızıl üzük 270 manat, 1 ədəd 8 qramlıq 583 əyar qızıl qolbağı 720 manat, 1 ədəd 2.5 qramlıq 583 əyar qızıl üzük 225 manat, 1 ədəd 4 qramlıq 583 əyar kitab formalı qızıl klon 360 manat, 1 ədəd 2 qramlıq 583 əyar qızıl üzük 180 manat qiymətləndirilmişdir. Kollegiya hesab edir ki, sözü gedən rəy hüquqi qiymət verilərək sübut növü kimi qiymətləndirilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 97.1-ci maddəsinə əsasən, işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. Həmin Məcəllənin 101.3cü maddəsinə əsasən, ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 103.1-ci maddəsinə əsasən, ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsinədə müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Kollegiya qeyd edir ki, hazırki ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksək olmuş olsa da, bu hal həmin rəyin “xüsusi”, “müstəsna” sübut kimi qiymətləndirilməsi üçün əsas ola bilməz. Məhkəmə üçün ekspert rəyi məcburi əhəmiyyətə malik deyil və o, məhkəmə tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 88-ci maddəsi ilə müəyyən edilmiş qaydalar əsasında qiymətləndirilir. Ekspert rəyinin qiymətləndirilməsinə aşağıdakılar daxildir: 1) ekspertizanın hazırlanması, təyini, keçirilməsinin prosessual qaydasına riayət edilməsi; 2) qoyulmuş suallara cavabın uyğunluğunun yoxlanılması; 3) rəyin tamlığının müəyyən edilməsi; 4) rəyin elmi əsaslandırılmasının elmi qiymətləndirilməsi. Kollegiya qeyd edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminatı o vaxt kifayət qədər yüksək ola bilər ki, araşdırma zamanı hazırkı ekspert rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilməsin. Yalnız bu halda və ekspert rəyinin sübut növü kimi qəbul edilməməsinə dair dəlillər ehtimal xarakterli olduqda, həmin rəy mötəbər sübut növü kimi qəbul edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, hazırki ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Bu səbəbdən məhkəmə kollegiyası ekspert rəyini, tədqiq edərək, məhkəmə araşdırması zamanı hazırkı ekspert rəylərində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilmədiyini nəzərə alaraq, həmin rəylə razılaşır və belə nəticəyə gəlir ki, hazırkı iş üzrə ekspert rəyi sübut kimi qəbul edilməlidir. Həmçinin, “X15rşı işi üzrə” ## ###### 2010-cu il tarixli qərarında da İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hesab etmişdir ki, yalnız elmi cəhətdən əsaslandırılmış və məhkəmənin suallarına cavab verən rəy ədalətin gücünə inam yarada və məhkəmənin fəaliyyətinə kömək edə bilər. Kollegiyası daha sonra qeyd edir ki, "Malın (işin, xidmətin) bazar qiymətinin müəyyən edilməsi Qaydaları haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2001-ci il tarixli Qərarının 2.1-ci bəndinə əsasən bazar qiyməti malın (işin, xidmətin) tələb təklifin qarşılıqlı təsiri nəticəsində təşəkkül tapan qiyməti deməkdir. Həmin normativ sənədə görə malın (işin, xidmətin) bazar qiyməti müəyyənləşdirilərkən Dövlət Statistika Komitəsinin bazar qiymətlərinə, Dövlət Gömrük Komitəsinin idxal-ixrac əməliyyatları üzrə tətbiq olunan qiymətlərinə, Azərbaycan Respublikası iqtisadiyyat Nazirliyi və Maliyyə Nazirliyinin, onların yerli orqanlarının bazar qiymətlərinə, Vergilər Nazirliyi və onun yerli orqanlarının bazar qiymətlərinə, digər səlahiyyətli orqanların, hüquqi və fiziki şəxslərin, o cümlədən intizamlı vergi ödəyicilərinin rəsmi məlumatlarına, kütləvi informasiya vasitələrinin, müxtəlif nəşrlərin, "İnternet" sisteminin və digər mənbələrin elanları və reklam məlumatlarına, qanunvericiliklə səlahiyyətə malik olan ekspertin (mütəxəssisin) rəyinə, habelə, nəzarət qaydasında mal alqışının nəticələrinə, xronometraj qaydasında müşahidə aparılmaqla qeydə alınan qiymətlərə, bir-birindən asılı olmayan şəxslər arasında bağlanmış müqavilələr (əqdlər) əsasında onun bağlandığı günə, yaxud həmin dövrdə ərazi üzrə (rayon, şəhər) digər vergi ödəyicilərinin sənədlərində qeydə alınmış qiymətlərə, respublika daxilində, zərurət yarandıqda xarici dövlətlərin birja kotirovkaları haqqında rəsmi və ya kütləvi məlumatlarına dair mənbələrdən istifadə edilir. Nəzərə alınmalıdır ki, iş üzrə tərəfin müvafiq qiymətləndirmə rəyi ilə razı olmaması özüözlüyündə həmin rəyin şübhə altına alınmasına əsas vermir. Tərəf hansı səbəbdən həmin rəylə razı olmamasını əsaslandırmalı və rəyin mötəbərliyini şübhə altına alan zəruri sübutları məhkəmələrə təqdim etməlidir. Lakin qeyd edildiyi kimi, işə mahiyyəti üzrə baxılarkən tərəflər həmin rəyin mötəbərliyini şübhə altına alan hər hansı sübutu məhkəməyə təqdim etməmişlər. Kollegiya mütəxəssis rəyini təhlil edərkən eyni zamanda qeyd ki, rəy mübahisəni tam əhatə etmiş, həmin rəyi şübhə altına alabiləcək sübutlar istər iddiaçı, istərsə də cavabdeh tərəfindən məhkəməyə təqdim edilməmışdir. Belə olan halda, rəy ağlabatan və hazırki real vəziyyəti əks etdirdiyi üçün mötəbər hesab edilərək sübut kimi qəbul edilməlidir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin qızıl-zinət əşyalarının qaytarılması ilə bağlı dəlillərinə münasibət bildirərək qeyd edir ki, şikayətin dəlilləri həmin hissədə də əsassızdır. Belə ki, cavabdeh cavabdeh1 İmran oğlu birinci instansiya məhkəməsində izahat verərək göstərmişdir ki, o (cavabdeh), evdə olmadığı zaman iddiaçının ailə üzvləri onların (cavabdehlərin) yaşadıqları evə gəlmiş və anası (cavabdehin) mövcudluğunu etiraf etdiyi qızılzinət əşyalarını həmn şəxslərə vermişdir. İddiaçıya məxsus heç bir qızıl-zinət əşyası onlarda qalmamışdır. Həmçinin, cavabdeh cavabdeh2 da birinci instansiya məhkəməsində digər cavabdeh cavabdeh1 İmran oğlu ilə eyni məzmunda izahat vermişdir. Kollegiya hesab edir ki, cavabdeh tərəf qızıl-zinət əşyalarının qaytarıldığını bildirdiyi halda həmin əşyaların aparılmadığını sübut etmə vəzifəsi iddiaçı tərəfin üzərində qala bilməz. Hazırki işdən isə görünür kimi, cavabdeh tərəf qızıl-zinət əşyalarının qaytarıldığını bildirdiyi halda bununla bağlı məhkəməyə hər hansı mötəbər sübut təqdim etməmişdir. Məhkəmə kollegiyası sübutetmə ilə bağlı bildirir ki, sübutetmə dedikdə, iddianın əsaslandığı bir hüququn və ya buna qarşı etirazın söykəndiyi halların (hadisələrin) olub-olmadığı haqqında məhkəmənin qənaətə gəlməsi üçün həyata keçirilən prosessual fəaliyyət başa düşülür. Bu baxımdan sübutetmənin predmetini tərəflərin mübahisələndirdikləri hal(lar) təşkil edir. O mübahisəli hallar ki, qanunverici onların mövcud olub-olmamasına hüquqi bir nəticə bağlayır. Başqa sözlə, hansısa halın baş verib-verməməsi şəxsin hüququnun yaranması, itirilməsi və s. kimi hüquqi nəticə yaradır. Məhz bu cür halların sübuta yetirilməsi üçün tərəflərin məhkəməyə dəlil təqdim etmələri zəruridir. Bu baxımdan tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğu və ya olmadığı barədə məhkəmənin əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Yəni, tərəf irəli sürdüyü dəlilləri sübut etməlidir. Məhəkəm kollegiyası qeyd edir ki, sübutetmə yükünün düzgün bölüşdürülməsi işin araşdırılması zamanı mühüm əhəmiyyətə malikdir. Belə ki, mülki məhkəmə icraatının prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə hansı halların sübuta yetirilməli olduğunu təsbit etdikdən sonra həmin halların sübut edilməsi yükünün kimin üzərinə düşdüyünü müəyyən etməlidir. Nəzərə alınmalıdır ki, sübutetmə yükü qanunda xüsusi bir qayda nəzərdə tutulmadığı halda iddia edilən halın mövcud olduğunu və ya olmadığını (baş verib-vermədiyini) sübut etmək hüququ nəticədən xeyir görən tərəfə aiddir. Eyni zamanda, məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Həmçinin nəzərə alınmalıdır ki, prosessual qanunvericilik tərəflərin izahatlarını sübut növlərindən biri kimi qəbul etsə də, MPM-in 106.1-cı maddəsinə əsasən işdə iştirak edən şəxslərin izahatları o halda işin hallarını müəyyən etməyə imkan verən mötəbər sübut kimi hesab oluna bilər ki, həmin izahat iş üzrə toplanmış digər sübutlarla təsdiq olunsun. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, tərəf apellyasiya şikayətində qeyd etdikləri mülahizələri əsaslandırmamış və heç bir sübut və ya dəlil təqdim etməmişlər. İş materiallarında da bununla bağlı heç bir sübut və ya dəlilə rast gəlinmir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfin qeyd etdiklərini əsaslı hesab etmək mümkün deyildir. Kollegiya hesab edir ki, apellyasiya şikayətinin digər dəlilləri şəxsi mülahizələrə əsaslanan fikirlər olmaqla iş materialları ilə öz təsdiqini tapmamışdır. Belə olan halda məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarını nəzərə alınmaqla, mübahisə tam, hərtərəfli və obyektiv araşdırılmaqla düzgün nəticəyə gəlinmiş, qəbul edilmiş qətnamənin nəticə hissəsi ilə işin faktiki halları arasında heç bir uyğunsuzluq olmamış, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Birinci instansiya məhkəməsi tərəfindən faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı, eyni zamanda mahiyyəti üzrə düzgün olan qətnamə qəbul edilmişdir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Məhkəmə kollegiyası onu da vurğulamağı zəruri hesab edir ki, Mülki Prosessual Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikasının Konstitusiyasında təsbit olunmuş məhkəmə müdafiəsi hüququ və hüquqi dövlət prinsipi, şəxsin hüquq və vəzifələri ilə bağlı qərarlar qəbul etmiş məhkəmələrin belə qərarlarını mütləq olaraq lazımi qaydada əsaslandırmalı olduqlarını tələb edir. Bununla hər kəs onun barəsində çıxarılmış qərarın nəinki konkret nəticəsi barədə, həm də səbəbləri və əsasları barədə məlumat əldə etmiş olur. Əsaslandırılmamış, yaxud düzgün əsaslandırılmamış məhkəmə qərarı hüquqi dövlət prinsipi ilə ziddiyyət təşkil edir. Bu, həm də ona görə vacibdir ki, qərarın əsaslandırılması ilə tanış olmadan şikayət etmək hüququnun həyata keçirilməsini təsəvvür etmək mümkün deyildir, çünki şikayət vermək hüququnun həyata keçirilməsi özündə məhkəmənin dəlillərinin və əsaslandırılmasının əks arqumentlər gətirilməklə mübahisələndirilməsini nəzərdə tutur. “S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin ## ### 2006-cı il tarixli qərarında” da göstərilmişdir ki, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir. Məhkəmə kollegiyası eyni zamanda qeyd edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə ## ###### 2011-ci il tarixli Qərarı). İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Hiro Balani İspaniyaya qarşı" iş üzrə 1994-cü il # ###### tarixli qərarında göstərmişdir ki, milli məhkəmələr hər təqdim olunan arqumenti və onunla əlaqəli sübutu cavablandırmaq vəzifəsini daşımasalar da, məhkəmə tərəfindən mühüm arqumentlər cavabsız qaldıqda məhkəmə baxışı ədalətli hesab edilə bilməz. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Apellyatorun verdiyi apellyasiya şikayətinin dəlilləri hazırkı iş üzrə qətnamənin dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsas ola bilməz. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Kollegiya hesab edir ki, apellyatorun ödədiyi dövlət rüsumu onun özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 10-1.3-cü maddəsinə əsasən, kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384, 392, 393, 402 və 405-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏT E T D İ:
Cavabdeh cavabdeh1 İmran oğlunun apellyasiya şikayəti təmin edilməsin. Yevlax Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-***/**** nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu apellyatora aid olunsun. Qətnamədən kassasiya şikayəti verilə bilməz.