Azərbaycan Respublikası adından Qətnamə İş № 2(3-10)-245/2026 16.04.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Şəki Apellyasiya Məhkəməsinin hakimləri - Sadiqov Zülfüqar Əhməd oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Elçin Şirin oğlu və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi X4 qızının katibliyi, iddiaçı İddiaçı, apellyasiya şikayəti vermiş cavabdeh cavabdeh1 iştirakı ilə, iddiaçı İddiaçı cavabdehlər cavabdeh1 və cavabdeh2 qarşı “torpaq sahəsindən çıxarılma” tələbi barədə iddia ərizəsinə dair mülki iş üzrə Ağsu Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli qətnaməsindən cavabdeh cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin inzibati binasında (Şəki Məhkəmə Kompleksində) şifahi icraat qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası M ÜƏYYƏN E T D İ:
1. Işin halları:
Iddiaçı İddiaçı ## ###### 2025-ci ildə cavabdehlər cavabdeh1 və cavabdeh2 qarşı “torpaq sahəsindən çıxarılma” tələbinə dair iddia ərizəsi ilə Ağsu Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər cavabdeh1 və cavabdeh2 ona məxsus torpaq sahəsindən məcburi qaydada çıxarılmaları və torpaq sahəsinə onlar tərəfindən edilən maneələrin aradan qaldırılması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Iddiaçı İddiaçı tərəfindən iddia ərizəsində həmin iddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının özünə məxsus Ağsu rayonu Abasxanlı kəndində 1,70 ha torpaq sahəsi vardır. Torpaq sahəsi tam mülkiyyət hüququ əsasında ##.##.2024-cü il tarixdə iddiaçının öz adına qeydiyyata alınıbdır. Bu yaxınlarda iddiaçıya məlum olmuşdur ki, onun torpaq sahəsinin bir hissəsi, təqribən 0,70 ha hissəsi cavabdehlər cavabdeh1 və cavabdeh2 tərəfindən zəbt olunmuşdur. Bununla bağlı dəfələrlə cavabdehlərə müraciət edərək, torpaq sahəsinin boşaldılmasını xahiş etsə də, heç bir nəticəsi olmamışdır. Cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində iddiaçı mülkiyyətində olan torpaq sahəsindən təyinatı üzrə istifadə edə bilmir. Nəticədə payız, qış mövsümü üçün nəzərdə tutulmuş əkin işləri apara bilmir. Cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində o, xeyli miqdarda xalis gəlirdən məhrum olmuşdur. Halbuki, torpaq sahəsi onun yeganə gəlir mənbəyidir. Hesab edir ki, cavabdehlərin qanunsuz hərəkətlərinin qarşısı alınmalı və cavabdehlər ona məxsus torpaq sahəsindən məcburi qaydada çıxarılmalıdırlar.
2. Birinci instansiya məhkəməsində icraat:
Ağsu Rayon Məhkəməsinin (hakim Babək Qasımov) ## ###### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli qətnaməsi ilə iddiaçı İddiaçı cavabdehlər cavabdeh1 və cavabdeh2 qarşı “torpaq sahəsindən çıxarılma” barədə iddia tələbi qismən təmin edilərək, həmin məhkəmə qətnaməsində qət olunmuşdur ki: -“ Iddia qismən təmin edilsin. Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində olan “xxxx” publik hüquqi şəxsin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ************ nömrəli Çıxarışa əsasən iddiaçı İddiaçı məxsus Ağsu rayonu Abasxanlı kəndi ərazisində yerləşən 1,7043 ha torpaq sahəsinin 0,3546 ha hissəsindən cavabdehlər cavabdeh1 və cavabdeh2 çıxarılsın və onlar tərəfindən yaradılan maneələr aradan qaldırılsın. Iddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Ağsu Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə Informasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.” Ağsu Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli qətnaməsində birinci instansiya məhkəməsinin iddia tələbi ilə əlaqədar mübahisənin həlli üzrə mövqeyi ondan ibarət olmuşdur ki, Əmlak Məsələləri Dövlət Xidməti xxxx Publik Hüquqi Şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, qeydiyyat nömrəsi ********** nömrəli, qeydiyyat tarixi ##.##.2024-cü il tarixli, daşınmaz əmlakın reyestr nömrəsi 409013069102 olan, ümumi sahəsi 1,7043 ha olan, Ağsu rayonu, Abasxanlı kəndində yerləşən torpaq sahəsi İddiaçı tam paylı mülkiyyətindədir. Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti xxxx Publik Hüquqi Şəxsi ** saylı Şamaı Ərazi Idarəsi tərəfindən verilmiş ##.##.2025-ci il tarixli, *-**-*-**/*-****/**** saylı məktubundan və ona əlavə edilmiş mütəxəssis rəyindən görünür ki, Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində olan “xxxx” publik hüquqi şəxsinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ************ nömrəli Çıxarışa əsasən, İddiaçı məxsus Ağsu rayonu Abasxanlı kəndi ərazisində yerləşən 1.7043 ha topaq sahəsinin 0.3546 ha hissəsindən cavabdehlər və kənar şəxslər cavabdeh1 və cavabdeh2 tərəfindən nar bağı kimi istifdə edilir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Dövlət Reyestrindən Çıxarışa əsasən qeydiyyat nömrəsi ********** nömrəli, qeydiyyat tarixi ##.##.2024-cü il tarixli, daşınmaz əmlakın reyestr nömrəsi 409013069102 olan, ümumi sahəsi 1,7043 ha olan, Ağsu rayonunun Abasxanlı kəndində yerləşən torpaq sahəsi İddiaçı tam paylı mülkiyyətindədir. Lakin həmin torpaq sahəsinin 0,3546 ha hissəsindən cavabdehlər və kənar şəxslər cavabdeh1 və cavabdeh2 tərəfindən nar bağı kimi istifadə edilir. Göründüyü kimi, İddiaçı iddiada qeyd olunan torpaq sahələri üzrə mülkiyyət hüququ vardır. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, İddiaçı mülkiyyətçisi olduğu torpaq sahəsindən istifadə edilməsinə yaradılan maneələr aradan qaldırılmalıdır. Qanunvericiliyin mülkiyyət hüququ ilə bağlı normalarının mənasına görə, mülkiyyət hüququ təbiəti etibarilə nəinki mülkiyyətçinin hüquqi cəhətdən təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Mülkiyyət hüququnun subyekti bir şəxs, habelə iki və ya daha çox şəxs ola bilər. Ümumi mülkiyyətin növləri birgə mülkiyyət (nikahda olan ər-arvadın mülkiyyəti) və paylı mülkiyyətdən (iştirakçılardan, ailə üzvlərindən hər birinin müəyyən payı olan mülkiyyət) ibarətdir. Ümumi mülkiyyət hüququnun həyata keçirilməsi üçün onun iştirakçılarının iradələrinin razılaşdırılması və onların qanuni mənafelərinin nəzərə alınması zəruridir. Ümumi əmlak üzərində sərəncam verilməsi isə yalnız birgə mülkiyyətçilərin qarşılıqlı razılığı əsasında həyata keçirilə bilər. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı torpaq sahəsinin mülkiyyətçisi olmaqla, torpaq sahəsindən istifadəyə faktiki maneələrlə üzləşmişdir. Halbuki, qanunvericiliyin sadalanan müddəalarına əsasən mülkiyyətçi digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində olan “xxxx” publik hüquqi şəxsinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ************ nömrəli Çıxarışa əsasən, iddiaçı İddiaçı məxsus Ağsu rayonu Abasxanlı kəndi ərazisində yerləşən 1,7043 ha torpaq sahəsinin 0,3546 ha hissəsindən cavabdehlər cavabdeh1 və cavabdeh2 çıxarılmalı və onlar tərəfindən yaradılan maneələr aradan qaldırılmalı, iddia qalan hissədə təmin edilməməlidır. Birinci instansiya məhkəməsi, həmin qətnamədə gəldiyi nəticənin hüquqi əsaslandırılması üçün Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu maddələrinə, “Insan hüquqlarının və X7 haqqında” Konvensiyanın * nömrəli Protokolunun 1-ci maddəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1, 152.1, 152.2, 152.5, 213.1 və 213.2-ci maddələrinə, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 5-ci maddəsinə və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2 və 217.3-cü maddələrinə istinad etmişdir.
3. Apellyasiya şikayəti və ona etiraz:
- 3.1). Iş üzrə apellyasiya şikayəti və şikayətin dəlilləri
Cavabdeh cavabdeh1 “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Ağsu Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli qətnaməsindən apellyasiya şikayəti verərək, “Ağsu Rayon Məhkəməsinin *(***)- ***/**** saylı iş üzrə 13. 01 2025-cü il tarixli qətnəməsinin ləğv edilməsi, 146 JN nömrəli Dövlət aktı ilə 21 ildir maneəsiz istifadələrində olan torpaq sahəsi üzərində son 6 il ərtzində nar bağı salaraq məhsul vermə halında, 2023-cü ildə yeni xəritəçəkməyə əsasən həmin sahənin 0,35 ha hissəsi xəbərləri olmadan iddiaçıya aid Əmlak Məsələləri Dövlət Xidməti tabeliyində olan xxxx” Publik Hüquqi Şəsin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ************ nömrəli Çıxarışla torpaq sahəsinə aid edildiyindən, mübahisəli sahədə meyvə ağacları yetişdirdiklərinə görə zərmət haqqı və xərclər müqabilində iddiaçının onlara 20.000 (iyirmi min) manat ödəməsi müqabilində həmin torpaq sahəsindən çıxarılmaqları və ya ağlabatan qiymətə mübahisəli torpaq sahəsinin onlara satlmasına, ya da əvəzində başqa torpaq sahəsi verilməsinə dair, razılıq olmadıqda isə mübahisəli 0,35 ha torpaq sahəsi üzərində onların tərəfindən yetişdirilmiş narlıq bağının tam məhv edilərək, həmin sahədən çıxarılmaları” barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir. Həmin apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı İddiaçı ona qarşı Ağsu Rayon Məhkəməsində “torpaq sahəsinin boşaldılması” tələbi ilə iddia ərizəsi verərək, həmin iddiasını onunla əsaslandırmışdır ki, “iddiaçının özünə məxsus Ağsu rayonunun Abasxanlı kəndinin ərazisində 1,70 ha torpaq sahəsi vardır. Torpaq sahəsi tam mülkiyyət hüququ əsasında ##.##.2024-cü il tarixdə iddiaçının adına qeydiyyata alınmışdır. Bu yaxınlarda iddiaçıya məlum olmuşdur ki, onun torpaq sahəsinin bir hissəsi, yəni 0,70 ha hissəsini guya cavabdehlər zəbt etmişlər. Guya cavabdehlərin qanunsuz hərəkətlərim nəticəsində mülkiyyətində olan həmin torpaq sahəsindən təyinatı üzrə istifadə edə bilmir”. Əslində isə işin faktiki halları belədir: o, təxminən 21 il bundan əvvəl Ağsu rayonu Abasxanlı kəndinin sakini olmuş mərhum X2 həmin kənddə məxsus “Torpağa mülkiyyət hüququna dair” KOD 40910058, JN-146 olan Dövlət Aktına əsasən 1,19 ha torpaq sahəsini həmin vaxtdakı məzənnədən də yüksək olan 1000 (bir min) manata satın almışdır. Torpağı alarkən həmin Dövlət Aktı ona verilmiş və aparılıb sənədə uyğun koordinatları ölçülüb ona göstərilmişdir. Torpağı aldığı vaxtdan o, oğlanları ilə orada əkin-becərmə ilə məşğul olmuşdur. Torpağı alarkən onun alqı-satqısına və mülkiyyət hüququna aid çıxarışın alınmasına müəyyən xərc tələb olunurdu və onun həmin xərcə imkanı çatmadığından sənəd ala bilməmişdir. Daha sonra elə oldu ki, Arif Nəsirov rəhmətə getdiyi üçün həmin torpaq sahəsinin sənədləşməsində yeni problemlər yarandığından, torpağın alqı-satqısını edib, mülkiyyət hüququna dair çıxarışını indiyə kimi ala bilməmişdir. Həmin torpaq sahəsinin istifadəsində bu yaxınlara qədər istər torpağı satmış mərhumun vərəsələri ilə, istərsə də qonşu torpaq sahələri sahiblərinin heç biri ilə hər hansı problemi və ya mübahisəsi olmamışdır. Həmin torpaq sahəsində o, oğlanları ilə birgə 6 il bundan əvvəl 1000 (bir min) ədəd nar ağacı əkib becərmişdir. 2024-cü ilin axırlarında həmkəndlisi olan iddiaçı qeyd etdiyi torpaq sahəsinin qonşuluğundakı torpaq sahəsini alaraq, mülkiyyət hüququna dair çıxarışı əldə edəndən sonra müəyyən edib ki, iddiaçının mülkiyyətinə keçmiş torpaq sahəsindən 0,70 ha hissəsi onun faktiki alıb istifadəsində olan və narlıq bağı yetişdirdiyi sahə ilə üst-üstə düşür. Sonradan məhkəmə yolu ilə müəyyən olunmuşdur ki, bu 0,70 ha deyil, 0,35 ha əraziyə aiddir. Hansı ki, hazırda orada artıq nar ağacları məhsul vermə dövründədir. Onu da göstərir ki, bu uyğunsuzluq 2018–2019cu illərdə elektron xəritə (elektron kadastr) tərtib edilərkən, torpaq sahəsinin suvarılmasının çətin olması səbəbi ilə torpaqların şaquli istiqamətdə yenidən bölünməsində yaranıbmış, hansı ki, həmin prosesdən onun xəbəri olmamışdır. Daha sonra əlavə edir ki, istifadə etdiyi mübahisəli torpaq sahəsini onlara pulla satmış mərhum Arif Nəsirovun vərəsələri oğlu X3 ##.##.2025-ci il tarixində həmin torpaq sahələri ilə əlaqədar “etibarnamə” ilə hər cür hüquqlar vermişlər. Çünki həmin torpaq sahəsi üzərində əkin və becərmə işlərini onunla birgə oğlu Nurəli də aparmışdır. Iddiaçı onlardan həmin 0,35 ha ərazidən çıxmaqlarını tələb edəndə, onlar da haqlı olaraq həmin 0,35 ha torpaq sahəsində 350 kök nar ağacları əkmələri, onların vaxtlı-vaxtında bu 6 il ərzində sulanması, gübrələnməsi və s. digər işlərə görə çəkdikləri 20 min manatlıq zəhmət haqqının ödənilməsini, ya da 0,35 ha torpaq sahəsinin onlara satılmasını tələb etmişlər. Lakin iddiaçı buna razılaşmamışdır. Məhkəmə isə iddiaçının razılaşmamasını və həmin torpaq sahəsinə mülkiyyət hüququna aid iddiaçının ##.##.2024cü il tarixli çıxarış əldə etməsinə əsaslanıb iddiaçının tələbini təmin edən qətnamə qəbul etmişdir. Lakin məhkəmə belə bir qərar qəbul etməklə, onların mübahisəli 0,35 ha torpaq sahəsində 20.000 manat dəyərində zəhmətlə əkib-yetişdirdikləri bar verən ağaclara görə çəkdikləri xərci nəzərə almamışdır. Məhkəmə onların vicdanlı istifadəçi olmalarını nəzərə almamışdır. Yəni məhkəmənin qərarı ilə cavabdeh tərəf ziyan çəkməli olur. Pulunu ödəməklə aldığıqları torpaq sahəsi hazırda da etibarnamə əsasında onların istifadəsindədir. Odur ki, qətnamə ləğv edilməlidir. Məhkəmənin qəbul etdiyi qərar maddi hüquq normalarının tələbləri ilə də uyğunsuzluq təşkil edir. Belə ki, cavabdeh tərəf faktiki olaraq satın aldığı torpaq sahəsini ona aid olan dövlət aktında göstərilən ölçülər daxilində 20 ildirki maneəsiz istifadə etməklə, son 6 ildə orada nar ağacları əkib yetişdirmişdir. 2018–2019-cu illərdə onların iştirakı olmadan ölçülüb, elektron xəritə tərtib edilməsindən xəbərləri olmadığından, həmin sahənin 0,35 ha hissəsi başqa mülkiyyətçiyə aid edildiyindən, onların çəkdikləri xərclər zəhmət haqqı ilə birgə 20 min manat xərclərin ödənilməsi halında (hazırkı halda məhkəmənin qərarı ilə) onlar ziyan çəkməli olurlar. Onların zəhmətinin bəhrəsini heç bir xərc çəkmədən başqasının sahib olması isə ədalətsizlik olmaqla, maddi hüquq normalarına uyğunsuzluq təşkil edir. Məhkəmə 0,35 ha mübahisəli torpaq sahəsi üzərində 2024-cü ilin sonlarında iddiaçının mülkiyyət hüququna dair çıxarış əldə etməsini aydınlaşdırdığı halda, cavabdehlərin isə 21 il ərzində həmin torpaq sahəsi üzərində qanuni Dövlət Aktında göstərilən ölçülər daxilində maneəsiz olaraq istifadə etməklə və son 6 ildə nar bağları əkib becərmələrini və 2018–2019-cu illərdə yeni elektron xəritə çəkmə əsasında mübahisəli sahənin başqasının mülkiyyətində olan torpaq sahəsinə aid edilməsini aydınlaşdırmamışdır. Halbuki, iş üçün əhəmiyyətli olan sübut edilməmiş hallar isə bunlardır: 1). Pulla faktiki satın almaqla 21 ildir ki, maneəsiz olaraq istifadə etdikləri torpaq sahəsindəki mübahisəli 0,35 ha torpaq sahəsinin cavabdehlərə qanuni 146 JN-li Dövlət Aktındakı koordinatları, plan-ölçüləri daxilində istifadələrində olması; 2). Orada son 6 ildə 20 min manatlıq məbləğində məhsul vermə halına çatan nar bağı yetişdirmələri; 3). 2023-cü ildə yenidən elektron xəritəçəkmə tərtib edilərkən, torpaq sahəsinin suvarılmasının çətin olması səbəbi ilə sahələrin şaquli istiqamətdə yenidən bölgüsü aparılmasında düzgün olmayaraq qanuni Dövlət Aktında göstərilən ölçülər daxilindəki torpaq sahəsinin 0,35 ha ərazisinin qonşunun torpaq sahəsinə aid edilməsi; 4). Məhkəmənin qəbul etdiyi qərar əsasında qanuni 146 JN-li Dövlət Aktındakı torpaq sahəsindən 0,35 ha torpaq sahəsinin azalması və ya başqasının ərazisi daxilinə keçirilməsi. Birinci instansiya məhkəməsinin qətnaməsində göstərilmiş nəticələrin işin hallarına uyğun gəlməməsi isə ondan ibarətdir ki, pulla faktiki satın almaqla 21 ildir ki, maneəsiz olaraq istifadə etdikləri torpaq sahəsində son 6 ildə nar bağı salmaqla məhsul vermə halında dövlət orqanının torpaqların yeni xəritəçəkmədə torpaq sahələrinin bir mülkiyyətçinin torpaq sahəsinin digər istifadəçinin torpaq sahəsi ilə qarışdırılıb üst-üstə düşməsi dövlət orqanının hərəkətləri nəticəsində baş verməsi səbəbindən birinin varlanması, digərinin isə ziyan çəkməsi halında tərəflərin qarşılıqlı münasibətləri üzrə məhkəmə səhv nəticəyə gəlmişdir.
- 3.2). Apellyasiya şikayətinə qarşı etiraz
Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir.
4. Iş üzrə apellyasiya icraatı:
- 4.1). Apellyasiya baxışı zamanı keçirilən məhkəmə iclası və məhkəmə icraatı iştirakçılarının izahatları
Apellyasiya şikayətinə baxılması ilə əlaqədar mülki iş üzrə təyin edilmiş məhkəmə iclasına iddiaçı İddiaçı və apellyasiya şikayətini vermiş cavabdeh cavabdeh1 gəlmiş olsalar da, həmin məhkəmə iclasının vaxtı və yeri barədə müvafiq qaydada xəbərdar edilməsinə baxmayaraq iş üzrə digər cavabdeh cavabdeh2 isə məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, məhkəmə iclasına gəlmiş proses iştirakçılarının mövqeyini və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 376.2-ci maddəsinin tələblərini nəzərə alaraq, iş üzrə digər cavabdeh cavabdeh2 iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə iclasında apellyasiya şikayəti vermiş cavabdeh cavabdeh1 Ağsu Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli qətnaməsindən verilmiş apellyasiya şikayətini müdafiə edib, apellyasiya şikayətində yazılanlara uyğun izahat verərək, mülki iş üzrə qəbul edilmiş Ağsu Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)- ***/**** nömrəli qətnaməsinin ləğv olunması və iddiaçı İddiaçı cavabdehlər cavabdeh1 və cavabdeh2 qarşı “torpaq sahəsindən çıxarılma” barədə iddia tələbinin rədd edilməsi haqqında yeni qətnamə qəbul olunmasını xahiş etmiş və öz mövqeyini - mübahisəli torpaq sahəsini 21 il ərzində maneəsiz istifadə etmələri, son 6 il ərzində isə həmin torpaqda nar ağacları əkərək, hal-hazırda məhsul verən nar bağı yaratmaları və həmin bağa çəkdikləri xərc ödənmədən onların torpaq sahəsindən çıxarılmalarının düzgün olmaması kimi xüsusatlarla əsaslandırdı. Qeyd etmək lazımdır ki, cavabdeh cavabdeh1 apellyasiya şikayətində “Ağsu Rayon Məhkəməsinin *(***)-***/**** saylı iş üzrə 13. 01 2025-cü il tarixli qətnəməsinin ləğv edilməsi, 146 JN nömrəli Dövlət aktı ilə 21 ildir maneəsiz istifadələrində olan torpaq sahəsi üzərində son 6 il ərtzində nar bağı salaraq məhsul vermə halında, 2023-cü ildə yeni xəritəçəkməyə əsasən həmin sahənin 0,35 ha hissəsi xəbərləri olmadan iddiaçıya aid Əmlak Məsələləri Dövlət Xidməti tabeliyində olan xxxx” Publik Hüquqi Şəsin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ************ nömrəli Çıxarışla torpaq sahəsinə aid edildiyindən, mübahisəli sahədə meyvə ağacları yetişdirdiklərinə görə zərmət haqqı və xərclər müqabilində iddiaçının onlara 20.000 (iyirmi min) manat ödəməsi müqabilində həmin torpaq sahəsindən çıxarılmaqları və ya ağlabatan qiymətə mübahisəli torpaq sahəsinin onlara satlmasına, ya da əvəzində başqa torpaq sahəsi verilməsinə dair, razılıq olmadıqda isə mübahisəli 0,35 ha torpaq sahəsi üzərində onların tərəfindən yetişdirilmiş narlıq bağının tam məhv edilərək, həmin sahədən çıxarılmaları” barədə yeni qətnamə qəbul olunmasını xahiş etmiş olsa da, apellyasiya şikayəti üzrə keçirilən məhkəmə iclasında o, tələbini dəqiqləşdirərək, əslində hazırkı apellyasiya şikayəti ilə müraciət etməkdə məqsədi Ağsu Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli qətnaməsinin ləğv edilməsi və iddiaçı İddiaçı cavabdehlərə qarşı verilmiş “torpaq sahəsindən çıxarılma” barədə iddia tələbinin rədd olunması barədə yeni qətnamə qəbul edilməsi olduğunu bildirmişdir. Məhkəmə iclasında iddiaçı İddiaçı apellyasiya şikayətini qəbul etmədiyini bildirib, iddia ərizəsində yazılanlara uyğun izahat verərək, cavabdeh cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsini və Ağsu Rayon Məhkəməsinin ## ###### 2026cı il tarixli, *(***)-***/**** nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi və məhkəmə iclasında suallara cavab olaraq bildirdi ki, həmin ərazidə 1,7043 ha torpaq sahəsini 2024-cü ilin noyabr ayında almış və həmin torpaq sahəsini aldıqdan sonra torpağın dəqiq sərhədlərinin müəyyən edilməsi üçün Əmlak Komitəsinin mütəxəssislərini dəvət edərək, ölçmə işlərini apartdırmışdır. Ölçmə zamanı müəyyən edilmişdir ki, torpağın təxminən 35 sot hissəsi cavabdehlərin nar bağı kimi istifadə etdikləri əraziyə düşür. Cavabdehlərin həmin yerə heç bir sənədləri olmasa da, onun tələb etməsinə baxmayaraq cavabdehlər könüllü olaraq ona məxsus torpaq sahəsindən çıxmamışlar. Buna görə də, o, 2025-ci ilin yanvar ayında hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
- 4.2). Apellyasiya baxışının hədləri
Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını - onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə - tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə kollegiyası) qeyd edir ki, apellyasiya icraatında şikayət olunan birinci instansiya məhkəməsinin qətnaməsi - cavabdeh cavabdeh1 tərəfindən hazırkı apellyasiya şikayətində “Ağsu Rayon Məhkəməsinin *(***)-***/**** saylı iş üzrə 13. 01 2025-cü il tarixli qətnəməsinin ləğv edilməsi, 146 JN nömrəli Dövlət aktı ilə 21 ildir maneəsiz istifadələrində olan torpaq sahəsi üzərində son 6 il ərtzində nar bağı salaraq məhsul vermə halında, 2023-cü ildə yeni xəritəçəkməyə əsasən həmin sahənin 0,35 ha hissəsi xəbərləri olmadan iddiaçıya aid Əmlak Məsələləri Dövlət Xidməti tabeliyində olan xxxx” Publik Hüquqi Şəsin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ************ nömrəli Çıxarışla torpaq sahəsinə aid edildiyindən, mübahisəli sahədə meyvə ağacları yetişdirdiklərinə görə zərmət haqqı və xərclər müqabilində iddiaçının onlara 20.000 (iyirmi min) manat ödəməsi müqabilində həmin torpaq sahəsindən çıxarılmaqları və ya ağlabatan qiymətə mübahisəli torpaq sahəsinin onlara satlmasına, ya da əvəzində başqa torpaq sahəsi verilməsinə dair, razılıq olmadıqda isə mübahisəli 0,35 ha torpaq sahəsi üzərində onların tərəfindən yetişdirilmiş narlıq bağının tam məhv edilərək, həmin sahədən çıxarılmaları barədə yeni qətnamə qəbul olunmasının” xahiş edilməsi, lakin apellyasiya şikayəti üzrə keçirilən məhkəmə iclasında isə cavabdeh cavabdeh1 tələbini dəqiqləşdirərək, izahatında “Ağsu Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli qətnaməsinin ləğv edilərək, iddiaçı İddiaçı cavabdehlərə qarşı verilmiş “torpaq sahəsindən çıxarılma” barədə iddia tələbinin rədd edilməsi haqqında yeni qətnamə qəbul olunmasının” xahiş etməsi və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372.6 və 372.7-ci maddələrinin tələbləri nəzərə alınmaqla, yoxlanılmışdır.
- 4.3). Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Konstitusiyası: Maddə 13. Mülkiyyət İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. II. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Maddə 29. Mülkiyyət hüququ İ. Hər kəsin mülkiyyət hüququ vardır. II. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. III. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. IV. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. VII. Dövlət vərəsəlik hüququna təminat verir.
Azərbaycan Respublikası Mülki Məcəlləsinin normaları (maddələri): 6.1. Mülki qanunvericiliyin prinsipləri aşağıdakılardır: 6.1.1. mülki hüquq subyektlərinin bərabərliyi; 6.1.2. mülki hüquq subyektlərinin iradə sərbəstliyi; 6.1.3. mülki dövriyyə iştirakçılarının əmlak müstəqilliyi; 6.1.4. mülkiyyətin toxunulmazlığı; 6.1.5. müqavilələr azadlığı; 6.1.6. şəxsi və ailə həyatına kimsənin özbaşına qarışmasının yolverilməzliyi; 6.1.7. mülki hüquqların maneəsiz həyata keçirilməsinə şərait yaradılması; 6.1.8. pozulmuş hüquqların bərpasının təmin edilməsi; 6.1.9. mülki hüquqların məhkəmə müdafiəsi. 27.2. On dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır. 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.3. Istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Istifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. 152.4. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 153.3. Əmlakın fiziki və ya hüquqi şəxsin mülkiyyətində, Azərbaycan Respublikasının və ya bələdiyyələrin mülkiyyətində olmasından asılı olaraq əmlaka mülkiyyət hüququnun, əmlaka sahiblik, ondan istifadə və ona dair sərəncam hüququnun əldə edilməsi və ona xitam verilməsi xüsusiyyətləri yalnız qanunla müəyyənləşdirilə bilər. 153.4. Bütün mülkiyyətçilərin hüquqları eyni bərabərdə müdafiə edilir. 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. 180.2. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. 180.3. Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. 180.4. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. 560.2. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin normaları (maddələri): 84.1. Topaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. 84.3. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin pozulmuş hüquqları qanunvericilikə nəzərdə tutulmuş qaydada bərpa edilir və hüquqların pozulması nəticəsində onlara dəyən zərər tam həcmdə ödənilir.
Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin normaları (maddələri): 2.1. Mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. 2.2. Mülki məhkəmə icraatı qanunçuluğun və ictimai qaydanın bərqərar edilməsinə, vətəndaşların qanunlara dönmədən hörmət ruhunda tərbiyə edilməsinə rəvac verir.
9. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 10-1.1. Elektron qaydada mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatı bu Məcəllə ilə müəyyən edilmiş ümumi prosessual qaydalara uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparılır. 10-1.3. Kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2. Bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1. Işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. 106.3. Tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 217.5. Bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.4. Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır. 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
- 4.4) Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
Məhkəmə kollegiyası hesab edir ki, hazırkı iş üzrə birinci instansiya məhkəməsində iddiaçının iddia tələbinin dəlillərinə, cavabdeh tərəfin iddia tələbinə etirazının dəlillərinə və tərəflərin iddia tələbi üzrə mövqelərinə uyğun araşdırmalar aparılmış və apellyasiya şikayətində mübahisələndirilən xüsusatlar üzrə müəyyən olunmuş hallara düzgün hüquqi qiymət verilərək, yekun nəticəyə gəlinmişdir. Belə ki, iş materialları və məhkəmə araşdırması zamanı işin konkret halları ilə müəyyən olunur ki, Ağsu Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli qətnaməsi ilə iddiaçı İddiaçı cavabdehlər cavabdeh1 və cavabdeh2 qarşı “torpaq sahəsindən çıxarılma” barədə iddia tələbi qismən təmin edilərək, “Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində olan “xxxx” publik hüquqi şəxsin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ************ nömrəli Çıxarışa əsasən iddiaçı İddiaçı məxsus Ağsu rayonu Abasxanlı kəndi ərazisində yerləşən 1,7043 ha torpaq sahəsinin 0,3546 ha hissəsindən cavabdehlər cavabdeh1 və cavabdeh2 çıxarılması və onlar tərəfindən yaradılan maneələrin aradan qaldırılması” qət edilmişdir. Həmin qətnamədən verilmiş hazırkı apellyasiya şikayəti üzrə aparılan məhkəmə araşdırması nəticəsində isə birinci instansiya məhkəməsinin məlum iddia tələbini qismən təmin etməkdə haqlı olduğu və düzgün nəticəyə gəldiyi müəyyən olunmuşdur. Eyni zamanda, məhkəmə kollegiyası, cavabdeh tərəfin apellyasiya şikayətinin dəlilləri ilə əlaqədar qeyd etməyi lazım bilir ki, hazırkı mübahisə predmeti olan torpaq sahəsi iddiaçı tərəfin mülkiyyətində olmaqla, kənd təsərrüfatı təyinatlı torpaq sahəsidir və həmin torpaq sahəsindən təyinatı üzrə istifadə etmək - mülkiyyətçi olaraq iddiaçı tərəfin Azərbaycan Respublikasının Konstitusiyası, Mülki qanunvericilik və Azərbaycan Respublikasının tərəfdar çıxdığı müvafiq beynəlxalq aktlarla tanınan və qorunan mülkiyyət hüququnun, o cümlədən də mülkiyyətindən istifadə, sahiblik və sərəncam vermək kimi hüquqlarının tərkib hissəsidir. Hazırkı mübahisənin bütün halları nəzərə alınmaqla, qeyd etmək lazımdır ki, kənd təsərrüfatı təyinatlı məlum torpaq sahəsi üzərində qanunvericiliyin tələbləri nəzərə alınmadan digər şəxslər tərəfindən əkilmiş ağaclar mülkiyyət sahibinin öz torpağından təyinatı üzrə istədiyi kimi istifadə, sahiblik və sərəncam hüquqlarını, yəni mülkiyyət hüquqlarını məhdudlaşdıra bilməz. Bundan əlavə, hazırkı apellyasiya şikayətinin dəlilləri ilə əlaqədar qeyd etmək lazımdır ki, mülki işlər üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasından ibarət olduğundan və mülki məhkəmə icraatı qanunçuluğun və ictimai qaydanın bərqərar edilməsinə, vətəndaşların qanunlara dönmədən hörmət ruhunda tərbiyə edilməsinə rəvac verməli olduğundan (MPM-nin 2-ci maddəsi), kənd təsərrüfatı təyinatlı məlum torpaq sahəsi üzərində qanunvericiliyin tələbləri nəzərə alınmadan əkilmiş ağacların olması və torpaq sahəsinə qanuni əsaslarla hüququ olmayan şəxs tərəfindən həmin torpaq sahəsində bağ sahəsinin salınması nəzərə alınmaqla hazırkı iddia tələbi ilə əlaqədar mübahisənin həll edilməsi - mülki işlər üzrə məhkəmələr tərəfindən qanunla müəyyən olunmuş qaydada həyata keçirilməli olan ədalət mühakiməsinin mahiyyətinə zidd olardı. Çünki, müəyyən xarakterli iddialar, o cümlədən də hazırkı iş üzrə baxılan iddiaçının mülkiyyət hüququnun müdafiəsi ilə əlaqədar iddia tələbi - qanunvericiliyin tələblərinə uyğun qeydə alınmaqla mülki dövriyyənin obyekti (predmeti) olan daşınmaz əmlakın hüquqi vəziyyəti nəzərə alınmaqla həll edilməlidir. Insan Hüquqlarının və X7 haqqında Konvensiyaya dair * saylı Protokolun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiyasının müddəalarına əsasən Azərbaycan Respublikasında mulkiyyət toxunulmazdır və dovlət tərəfindən mudafiə olunur (13-cü maddə), mulkiyyətin heç bir novunə üstünlük verilmir və mulkiyyət hüququ, o cumlədən xüsusi mulkiyyət hüququ qanunla qorunur (29-cu maddə) və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6-cı maddəsi ilə “mülkiyyətin toxunulmazlığı” Mülki Qanunvericiliyin prinsiplərindən biri kimi müəyyən olunmuşdur. Insan Hüquqları üzrə Avropa Məhkəməsi “Marks Belçikaya qarşı” iş üzrə qərarında qeyd etmişdir ki, öz əmlakına sərəncam vermək mülkiyyət hüququnun adi və əsasını təşkil edən aspektidir və əmlakdan maneəsiz istifadə hüququ mahiyyəti etibarilə mülkiyyət hüququna təminat verir. Insan Hüquqları üzrə Avropa Məhkəməsi “Sporronq və Lonnpot Isveçə qarşı” iş üzrə qərarında qeyd etmişdir ki, mülkiyyətçinin əmlakına hüququ ilə bağlı statusu toxunulmaz qalsa da, mülkiyyət hüququnun həyata keçirilməsi imkanının məhdudlaşdırılması ilə mülkiyyət hüququ “şərti və qeyri-sabit” xarakter almış olur. “Ədalət muhakiməsinin həyata kecirilməsi zamanı “Insan hüquqlarının və əsas azadlıqların mudafiəsi haqqında” Avropa Konvensiyası muddəalarının və Insan Hüquqları uzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## #### 2006-cı il tarixli Qərarının 23-cü bəndində gostərilir ki, mülkiyyət toxunulmazlığı təkcə başqalarının şəxsin subyektiv hüquqlarına qəsd etməməsini tələb etmək hüququnu deyil, həm də dövlətin mülkiyyəti qeyri-qanuni qəsdlərdən mühafizə etmək vəzifəsini nəzərdə tutur. Beləliklə də, məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara, apellyasiya baxışında işin araşdırılmış hallarına və işin digər konkret hallarına əsasən hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gələrək, qanuni və əsaslı qətnamə qəbul etmişdir. Cavabdeh cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri isə əsassızdır, formal mülahizə xarakteri daşıyır və həmin dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin tam və ya qismən ləğv edilməsi, habelə dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də, apellyasiya şikayəti təmin edilməyərək, Ağsu Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalı və apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu apellyasiya şikayətini vermiş cavabdehin özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372, 382, 384-390, 392, 393, 402 və 405-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Q Ə T E T D İ:
Cavabdeh cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Ağsu Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu apellyatora aid edilsin. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet və vəkil vasitəsilə kassasiya şikayəti verilə bilər.