Azərbaycan Respublikası adından Qətnamə Şəki şəhəri İş № 2(3-10)-286/2026 29.04.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Ərizəçi Ərizəçi maraqlı şəxs Maraqlı şəxs qarşı “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin 2.3-cü bəndinin məcburi icra edilməsi üçün təsdiq edilməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: barışıq sazişinin təsdiq edilməsi, ləğv) Hakimlər Musayev Taleh Valeh oğlu (sədrlik edən və məruzəçi), X4 və İsayev Elman Bəhruz oğlundan ibarət tərkibdə, Abdullayeva Aydan Paşa qızının katibliyi ilə, Ərizəçi Ərizəçi, Maraqlı şəxs Maraqlı şəxs iştirakı ilə, Ərizəçi Ərizəçi maraqlı şəxs Maraqlı şəxs qarşı “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin 2.3-cü bəndinin məcburi icra edilməsi üçün təsdiq edilməsi” tələbinə dair ərizəsi üzrə Şəki Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, e-*(*-***)-***/**** nömrəli qətnaməsindən ərizəçi Ərizəçi tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyаsiyа Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə kollegiyası aşağıdakıları müəyyən etdi: İşin halları
1. Ərizəçi Ərizəçi (maraqlı şəxs Maraqlı şəxs) ərizə ilə məhkəməyə müraciət edərək, onunla Maraqlı şəxs ilə aralarında bağlanmış ##.##.2025-ci il tarixli MŞŞ/MT-***/****-***** nömrəli barışıq sazişinin 2.3-cü bəndinin məcburi icra edilməsi üçün təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Ərizə onunla əsaslandırmışdır ki, Maraqlı şəxs ilə aralarında Şəki * saylı Mediasiya Təşkilatında mediasiya prosesi zamanı nikahın pozulması, birgə nikahımızdan anadan olmuş uşaqların himayəsində saxlanılmaları və aliment barədə ##.##.2025-ci il tarixli MŞŞ/MT- ***/****-***** nömrəli mediasiya sazişi bağlanmışdır. Həmin Sazişin 2.3-cü bəndinə əsasən Maraqlı şəxs ilə Ərizəçi birgə nikahdan anadan olmuş və hazırda yetkinlik yaşına çatmayan uşaqları - ## #### 2012-ci il təvəllüdlü X3 və ## ###### 2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün əvvəli ## ##### 2025-ci il tarixdən hesablanmaq şərti ilə hər ay hər uşaq üçün 150 manat, ümumilikdə 300 manat alimentin, hər növbəti ayın ilk 5 günlüyündə Ərizəçi şəxsi bank hesabına ödənilməsinə Maraqlı şəxs öz öhdəsinə götürür və buna hər iki tərəf - Maraqlı şəxs və Ərizəçi qarşılıq olaraq razıdırlar. Lakin Maraqlı şəxs barışıq sazişinin şərtinə əməl etmir, vaxtlı vaxtında razılaşdırılmış aliment məbləğini ödəmir. Bundan başqa sözügedən barışıq sazişinin 2.3- cü bəndində uşaqların yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün 150 manat, ümumilikdə 300 manat ödənilməsi ilə bağlı razılıq əldə edilmişdir. Bu məbləğ isə uşaqların saxlanması üçün həddindən çox azdır. Bundan başqa aralarındabağlanmış mediasiya sazişi olduğundan və həmin saziş məhkəmə tərəfindən təsdiq edilmədiyindən alimentin miqdarının artırılması ilə bağlı məhkəməyə ərizə verə bilmir. Bu səbəbdən də hazırkı ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.
Birinci instansiya məhkəməsində icraat;
3. Maraqlı şəxs Maraqlı şəxs məhkəmə iclasında ərizənin tələbini qəbul etməyərək bildirmişdir ki, o, alimenti vaxtlı-vaxtında ödəyir. O, “AZRİB” MMC-də satıcı işləyir. Onlar arasında barışıq sazişi bağlanandan sonra ərizəçi şəxsi hesab açmamış, alimenti həmişə əlbəəl vermişdir. Hətta ərizəçinin ərizəsi əsasında müvəqqəti təminat tədbiri kimi ondan aliment tutulmasının yarısı onun əmək haqqına yönəlmişdir. İş yerinə bildirib ki, əmək haqqından tutmalar ondan asılı olmayan səbəblərə görə bəzən yubana bilər. O, isə özü hamısını ödəmək istəyir. Qalan pulu özü ərizəçinin sonradan verdiyi karta ödəyir. Onun heç bir aliment borcu yoxdur. ərizəçinin belə bir ərizə ilə məhkəməyə müraciət etməsini başa düşə bilmir. Məhkəmədən ərizənin təmin edilməməsini xahiş etmişdir.
4. Ərizəçi məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılsa da, məhkəmə iclasında iştirak etməmişdir. Məhkəməyə ərizə ünvanlayaraq, onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir.
5. Şəki Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, e-*(*-***)-***/**** nömrəli qətnaməsi ilə (Pərvanə Məmmədova) ərizəçi Ərizəçi “barışıq sazişinin təsdiq edilməsi” tələbinə dair ərizəsinin təmin edilməməsi qət edilmişdir.
6. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, tərəflər mediasiya prosesində barışıq əldə etmişlər, lakin maraqlı şəxs barışıq sazişini könüllü icra etməməsi təsdiq edilmir. Hətta, ərizəçi özü təsdiq edir ki, maraqlı şəxsin aliment borcu qalmamışdır. Ərizəçi bildirmişdir ki, hazırkı ərizə tələbini “alimentin artırılması barədə iddianı qaldırmaq üçün” məhkəmədə irəli sürmüşdür.
Məhkəmə gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır;
7. Məhkəmə qeyd etmişdir ki, alimentin artırılması məqsədi ilə belə bir ərizənin verilməsi barədə mülki prosessual qanunvericilikdə imperativ şərt mövcud deyildir. Ərizəçinin isə nail olmağa çalışdığı barışıq sazişinin məcburi icrası üçün təsdiq edilməsi deyildir.
8. Məhkəmə belə qənaətə gəlmişdir ki, barışıq sazişi borclu tərəfindən icra edildiyindən məcburi icrasına və onun təsdiq edilməsinə hazırda zərurət olmadığından imtina olunmalıdır.
9. Məhkəmə öz mövqeyini Mülki Prosessual Məcəlləsinin 355-23.1, 355-23.2, 355-24, 355-26.1, 355.26.1.1, 355-26.1.2-ci maddələrinə, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci bəndinə istinad etməklə əsaslandırmışdır.
Apellyasiya instansiyası məhkəməsindəki icraat
a)Apellyasiya şikayətinin dəlilləri 10.Qətnamədən narazı qalan ərizəçi Ərizəçi tərəfindən apellyasiya şikayəti verilmişdir.
11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Birinci instansiya məhkəməsi qətnamə çıxararkən maddi və prosessual hüquq normalarının tələblərini pozmuş, işin faktiki hallarını tam, obyektiv və hərtərəfli araşdırmamış, dəlilləri məhkəmə tərəfindən qəbul edilməmiş, qəbul edilməməsinin səbəbləri qətnamədə göstərilməmiş, sübutlar əlaqəli şəkildə qiymətləndirilməmiş, ziddiyyətli məqamlar aydınlaşıdırılmamış, qanunu səhv təfsir etmiş, tətbiq edilməli qanunu tətbiq etməmiş, nəticədə düzgün olmayan qətnamə qəbul etmişdir. 12.Belə ki, iddiaçı Maraqlı şəxs Ərizəçi qarşı “nikahın pozulması” tələbinə dair iddiası ##.##.2025-ci il tarixdə məhkəmənin icraatına daxil olmuş və həmin iş *(***)-****/**** saylı nömrə ilə qeydiyyata alınmışdır (hakim Şəfəq Cəfərova). Şəki Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli 16 (***)-***/**** saylı qərardadı ilə ərizə təmin edilmiş, Şəki Rayon Məhkəməsinin icraatında olan *(***)-****/**** saylı mülki işə baxılıb, iş üzrə çıxarılacaq qərar qanuni qüvvəsini alanadək Maraqlı şəxs hər ay hər uşaq üçün sonrakı artımlar nəzərə alınmaqla ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,45 misli həddində sabit pul məbləğində alimentin tutularaq Ərizəçi verilməsi, ərizənin qalan hissədə təmin edilməməsi, alimentin tutulmasının əvvəlinin ##.##.2025-ci il tarixdən hesablanması qərara alınmışdır. Bundan sonra Maraqlı şəxs icra məmurunun dəfələrlə xəbərdarlıqlarından sonra hissə-hissə aliment borcunu ödəmişdir. Axırıncı dəfə aliment borcunu barışıq sazişinin təsdiqi ilə bağlı tərəfindən məhkəməyə ərizə verilməsi barədə məlumatı olduqdan sonra ödəmişdir. Telefon danışığı zamanı məhkəməyə verdiyi məlumatda da məhz məhkəmə qərardadı ilə müəyyən edilmiş alimentlə bağlı Maraqlı şəxs borcunun olmamasını bildirmişdir.
13. Maraqlı şəxs ##.##.2025-ciiltarixli barışıq sazişinə əsasən əvvəli ## ##### 2025-ci il tarixdən hesablanmaq şərti ilə hər ay hər uşaq üçün 150 manat, ümumilikdə 300 manat alimentin hər növbəti ayın ilk beş günlüyündə onun şəxsi hesabına ödəməli olduğu halda, bunu etməmiş, yalnız Şəki Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli 16 (075)- ***/**** saylı qərardadı ilə müəyyən edilmiş aliment məbləğini icra məmurunun xəbərdarlıqlarından sonra 2025-ci ilin sentyabr ayından hissə-hissə ödəməyə başlamışdır. Göründüyü kimi Maraqlı şəxs sözügedən barışıq sazişinin şərtlərinə əməl etməmiş, ## ##### 2025-ci il tarixdən 2025-ci ilin avqust ayı da daxil olmaqla razılaşdırılmış aliment məbləğini ödəməmiş, üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmişdir. Bu günə onun sazişə əsasən 5 ayın aliment borcu, yəni 5 x 300 = 1500 manat aliment borcu vardır. 14.Maraqlı şəxs “Mediasiya haqqında” Azərbaycan Respublikasının qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən sazişi könüllü qaydada icra etməməsinə baxmayaraq məhkəmə tərəfindən ərizə qanunsuz və əsassız olaraq təmin edilməmişdir.
15. Odur ki, Şəki Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli *(*)-***-***/**** saylı qətnaməsini tamamilə ləğv edilərək Şəki * saylı Mediasiya Təşkilatının ##.##.2025-ci il tarixli MŞŞ/MT***/****-***** nömrəli barışıq sazişinin 2.3-cü bəndinin məcburi icra edilməsi üçün təsdiq edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
16. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
17. Məhkəmə kollegiyasının iclasında iştirak edən ərizəçi Ərizəçi apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin təmin olunmasını, Şəki Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli *(*)-***-***/**** saylı qətnaməsini tamamilə ləğv edilərək Şəki * saylı Mediasiya Təşkilatının ##.##.2025-ci il tarixli barışıq sazişinin 2.3-cü bəndinin məcburi icra edilməsi üçün təsdiq edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
18. Məhkəmə kollegiyasının iclasında iştirak edən maraqlı şəxs Maraqlı şəxs apellyasiya şikayətinə etiraz edərək apellyasiya şikayətinin təmin olunmamasını, Şəki Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli *(*)-***-***/**** saylı qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
Tətbiq edilən hüquq
19. Azərbaycan Respublikasının Konstitusiyası; Maddə 17. II. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Maddə 34. IV. Ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur.
20. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanunu Maddə 33.2. Barışıq sazişi tərəflər və mediator (mediatorlar) tərəfindən imzalanır. Barışıq sazişinin nüsxələri tərəflərin və təqdim ediləcəyi orqanların (qurumların) sayına uyğun olaraq tərtib olunur. Maddə 33.3. Barışıq sazişi qanuna və bu Qanunun 3.3-cü maddəsinin birinci cümləsinin müddəalarına zidd olmamalıdır. Maddə 33.4. Barışıq sazişi imzalandığı gündə tərəflərə təqdim edilməlidir. Barışıq sazişinin müvafiq orqana (quruma) təqdim edilməli olan nüsxəsini tərəflərdən biri həmin nüsxənin ona təqdim edildiyi tarixdən 1 iş günü müddətində müvafiq orqana (quruma) təqdim edir. Maddə 34.1-ci bəndinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Maddə 34.2. Barışıq sazişinin könüllü icrasından boyun qaçırma Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq barışıq sazişində müəyyən olunan məsuliyyətə səbəb olur. Maddə 34.3. Əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə və ya notariusa müraciət edə bilər. Maddə 34.5 Barışıq sazişi bu Qanunun 33.3-cü maddəsinə zidd olduqda, onun təsdiq edilməsindən imtina olunur.
21. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. 355-23.2-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. 355-24-cü maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. 355-26.1-ci maddəsinə əsasən məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: 355-26.1.1. barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; 355-26.1.2. barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. 355-26.2. Barışıq sazişinin bir hissəsinin təsdiq edilməsinə o hallarda yol verilir ki, təsdiq edilməsindən imtina edilən hissənin təsdiq edilən hissədən ayrılması mümkün olsun. 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.2-ci maddəsinə görə, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri
22. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
23. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
24. Apellyator Şəki Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli *(*)-***-***/**** nömrəli qətnaməsinin tam ləğv edilməsini xahiş etdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin tam həcmdə yoxlanılmasını vacib hesab edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
25. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə tam, hərtərəfli və obyektiv araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından düzgün əsaslandırmamış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etməmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə almamışdır. Ona görə də iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, Şəki Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli *(*)-***-***/**** saylı qətnaməsi ləğv edilməli və yeni qətnamə qəbul edilməli, iddia təmin edilməlidir.
26. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il ## ###### tarixli, ** nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.
27. Məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, ərizəçi ilə maraqlı şəxs arasında Şəki * saylı Mediasiya təşkilatında ##.##.2025-ci il tarixli MŞŞ/MT***/****-***** saylı barışıq sazişi bağlanmışdır. Həmin Sazişin 2.3-cü bəndinə əsasən Maraqlı şəxs ilə Ərizəçi birgə nikahdan anadan olmuş və hazırda yetkinlik yaşına çatmayan uşaqları - ## #### 2012-ci il təvəllüdlü X3 və ## ###### 2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün əvvəli ## ##### 2025-ci il tarixdən hesablanmaq şərti ilə hər ay hər uşaq üçün 150 manat, ümumilikdə 300 manat alimentin, hər növbəti ayın ilk 5 günlüyündə Ərizəçi şəxsi bank hesabına ödənilməsi barədə razılıq əldə olunmuşdur. Ərizəçi maraqlı şəxs Maraqlı şəxs tərəfindən sazişin şərtərinə əməl olunmadığını, vaxtlı-vaxtında razılaşdırılmış aliment məbləğini ödəməməsini əsas gətirərək sözügedən barışıq sazişinin 2.3-cü bəndinin təsdiq olunması tələbi ilə məhkəməyə müraciət etmiş, maraqlı şəxs isə tələblə razılaşmamışdır.
28. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və hesab edir ki, birinci instansiya məhkəməsi ərizəni rədd edərək əsassız və reallığa uyğun olmayan nəticəyə gəlmişdir.
29. Birinci instansiya məhkəməsi ərizənin təmin olunmaması barədə mövqeyini onunla əsaslandırmışdır ki, tərəflər mediasiya prosesində barışıq əldə etmişlər, lakin maraqlı şəxs barışıq sazişini könüllü icra etməməsi təsdiq edilmir. Hətta, ərizəçi özü təsdiq edir ki, maraqlı şəxsin aliment borcu qalmamışdır. Ərizəçi bildirmişdir ki, hazırkı ərizə tələbini “alimentin artırılması barədə iddianı qaldırmaq üçün” məhkəmədə irəli sürmüşdür. Alimentin artırılması məqsədi ilə belə bir ərizənin verilməsi barədə mülki prosessual qanunvericilikdə imperativ şərt mövcud deyildir. Ərizəçinin isə nail olmağa çalışdığı barışıq sazişinin məcburi icrası üçün təsdiq edilməsi deyildir. Beləliklə, məhkəmə barışıq sazişi borclu tərəfindən icra edildiyindən məcburi icrasına və onun təsdiq edilməsinə hazırda zərurət olmadığından imtina olunması qənaətinə gəlmişdir.
30. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi həmin nəticə ilə razılaşmır.
31. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, istənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Bunun üçün isə məhkəmələr tərəfindən ilk növbədə işin faktiki halları və hüquqi əsası araşdırılmalıdır. İrəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa rədd edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Ərizəçinin tələbi mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsindən ibarətdir.
32. Qanunverici, prinsip etibarı ilə “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədiyi və ya barışıq sazişinin könüllü icrasından imtina olunduğu hallarda ərizəçinin məhkəməyə müraciət edə biləcəyini nəzərdə tutur. Qeyd olunan halda isə maraqlı şəxs tərəfindən göstərilən şərtlərin əksi sübuta yetirilmədiyi təqdirdə ərizəçinin tələbi təmin oluna bilir.
33. Həmçinin məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Barışıq sazişinin könüllü icrasından boyun qaçırma Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq barışıq sazişində müəyyən olunan məsuliyyətə səbəb olur və tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. (Mediasiya haqqında Qanunun 34.2 və 34.3-cü maddələri)
34. İş materiallarında olan Şəki * saylı Mediasiya təşkilatında təsdiq edilmiş ##.##.2025ci il tarixli MŞŞ/MT***/****-***** saylı barışıq sazişinin 2.3-cü bəndindən görünür ki, Maraqlı şəxs ilə Ərizəçi birgə nikahdan anadan olmuş və hazırda yetkinlik yaşına çatmayan uşaqları - ## #### 2012-ci il təvəllüdlü X3 və ## ###### 2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün əvvəli ## ##### 2025-ci il tarixdən hesablanmaq şərti ilə hər ay hər uşaq üçün 150 manat, ümumilikdə 300 manat alimentin, hər növbəti ayın ilk 5 günlüyündə Ərizəçi şəxsi bank hesabına ödənilməsini Maraqlı şəxs öz öhdəsinə götürmüşdür.
35. Məhkəmə kollegiyası qeyd edir ki, tərəflərin razılşamasından görünür ki, alimentin hər növbəti ayın ilk 5 günlüyündə ödənilməsi nəzərdə tutulmuşdur. Ərizəçi maraqlı şəxs Maraqlı şəxs sözügedən barışıq sazişinin şərtlərinə əməl etməməsini, ## ##### 2025-ci il tarixdən 2025ci ilin avqust ayı da daxil olmaqla razılaşdırılmış aliment məbləğini ödəməməsini, üzərinə götürdüyü öhdəliyi yerinə yetirməməsini, sazişə əsasən 5 ayın aliment borcu, yəni 5 x 300 = 1500 manat aliment borcunun olmasını əsas gətirərək hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Maraqlı şəxs Maraqlı şəxs isə məhkəmə kollegiyasının iclasında vermiş olduğu izahatında ərizəçinin qeyd etdiyi aylar üzrə alimenti ərizəçinin bank hesabı olmadığına görə əlbəəl ödəməsini, hazırda ərizəçiyə heç bir aliment borcunun olmamasını göstərsədə, ərizəçi tərəfindən həmin fakt qəbul olunmamış, maraqlı şəxs Maraqlı şəxs tərəfindən isə ərizəçinin mübahisələndirdiyi aylar üzrə hər hansı məbləğdə ödənişin həyata keçirilməsi ilə bağlı sübut təqdim olunmamışdır.
36. Nəzərə almaq lazımdır ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
37. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» ## ###### 2006-cı il tarixli qərarında göstərilmişdir ki, «məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir».
38. Sübutlar kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Bü cür sübutlar olmadığı və ya kifayət qədər olmadığı halda, məhkəmə iddiaçının istinad etdiyi faktik hallara, yəni iddia tələbinin faktik əsaslarına mövcud olmayan hallar kimi qiymət verə bilər və iddia tələbini rədd edə və ya sübut edilən həddə uyğun qismən təmin edə bilər.
39. Məhkəmə Kollegiyası yuxarıda şərh olunanlara əsasən birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq qeyd edir ki, ərizəçi Ərizəçi “barışıq sazişinin təsdiq edilməsi” tələbinə dair ərizəsinin təmin edilməməsi əsassızdır. İşin müəyyən olunmuş hallarından görünür ki, barışıq sazişi maraqlı şəxs tərəfindən könüllü icra edilmədiyi üçün ərizəçi barışıq sazişinin təsdiq edilməsi üçün müraciət etmiş, lakin maraqlı şəxs tərəfindən barışıq sazişinin könüllü icra edilməsi ilə bağlı hər hansı sübut məhkəməyə təqdim olunmamışdır. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən işin göstərilən faktiki hallarını nəzərə almamış və qəbul edilmiş qətnamə maddi və prosessual hüquq normasının tələblərinin pozulması ilə çıxarılmışdır.
40. Göründüyü kimi birinci insatansiya məhkəməsi maraqlı şəxs Maraqlı şəxs tərəfindən barışıq sazişinin könüllü icra edilib-edilmədiyini tam araşdırmamış və bununla da mülki prosessual qanunvericiliyin tələblərini pozmuşdur.
41. Azərbaycan Respublikasının Konstitusiyasının 125-ci maddəsinin VII bəndində göstərilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir.
42. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın ##.##.2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» ## ### 2006-cı il tarixli qərarında göstərmişdir ki, «mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır».
43. Avropa İnsan Hüquqları Məhkəməsi “Oferta Plus S.R.L. Moldovaya qarşı” ## ###### 2006-cı il tarixli qərarında xatırlatmışdır ki, Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndi məhkəmələrin üzərinə öz qərarlarını əsaslandırmaq vəzifəsini qoyur (96-cı bənd).
44. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin olunmalı, birinci instansiya məhkəməsinin qətnaməsi tamamilə ləğv edilməli və iş üzrə yeni qətnamə çıxarılmaqla ərizə təmin edilməlidir.
45. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 372.1, 382, 384.0.1, 385.2, 392, 393, 402.1-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qət etdi:
Ərizəçi Ərizəçi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Şəki Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli *(*)-***-***/**** nömrəli qətnaməsi tamamilə ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. Ərizə təmin edilsin. Ərizəçi ilə Maraqlı şəxs arasında Şəki * saylı Mediasiya Təşkilatında bağlanmış ##.##.2025-ci il tarixli MŞŞ/MT-***/****-***** nömrəli barışıq sazişinin 2.3-cü bəndi məcburi icra edilməsi üçün təsdiq edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.