Azәrbaycan Respublikası adından Qərardad Şәki şәhәri İş № 2(3-10)-342/2026 01.05.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Şәki Apellyasiya Mәhkәmәsinin hakimlәri Sadiqov Zülfüqar Əhmәd oğlu (mәruzәçi hakim), Hüseynov Elçin Şirin oğlu vә X1 ibarәt tәrkibdә, әrizәçi Ərizәçi xüsusi icraat qaydasında verilmiş “ölüm faktının müәyyәn edilmәsi” tәlәbinә dair әrizәsinin qaytarılması barәdә qәbul edilmiş Balakәn Rayon Mәhkәmәsinin ## #### 2026-cı il tarixli, e-*(*-***)-***/**** nömrәli qәrardadından әrizәçi Ərizәçi tәrәfindәn verilmiş şikayәtә Şәki Apellyasiya Mәhkәmәsinin inzibati binasında (Şәki Mәhkәmә Kompleksindә) apellyasiya qaydasında yazılı icraatda baxaraq, mәhkәmә kollegiyası MÜƏYYƏN ETDİ: Ərizәçi Ərizәçi ## #### 2026-cı ildә “Elektron mәhkәmә” informasiya sistemindә yaradılmış elektron kabinet vasitәsilә xüsusi icraat qaydasında “ölüm faktının müәyyәn edilmәsi” tәlәbinә dair әrizә ilә Balakәn Rayon Mәhkәmәsinә müraciәt edәrәk, әri Haqverdiyev Kamal Ismayıl oğlunun ## ###### 2021-ci ildә Ukraynanın Krım vilayәtindә ölmәsi faktının müәyyәn edilmәsi barәdә qәtnamә qәbul olunmasını xahiş etmişdir. Ərizәçi Ərizәçi tәrәfindәn hәmin әrizә onunla әsaslandırılmışdır ki, o, Balakәn rayonu Püştәtala kәndindә yaşayır, ##.##.1992-ci ildә Haqverdiyev Kamal Ismayıl oğlu ilә evlәnmiş vә onların nikahı hәmin tarixdә 6 nömrә ilә Balakәn rayonu Püştәtala kәnd Icra Nümayәndәliyindә qeydә alınmışdır. Haqverdiyev Kamal Ismayıl oğlu Azәrbaycan Respublikası vәtәndaşı olmuş, ##.##.2021-ci ildә Ukrayna Respublikasının (faktiki Rusiya Federasiyasının) Krım әrazisinin Simferopol şәhәrindә vәfat etmiş vә ##.##.2021-ci ildә Krım Respublikası Simferopol şәhәr vәtәndaşlıq vәziyyәti aktlarının dövlәt qeydiyyatı Idarәsi tәrәfindәn Haqverdiyev Kamal Ismayıl oğlu barәsindә ölüm haqqında şәhadәtnamә verilmişdir. Haqverdiyev Kamal Ismayıl oğlunun cәnazәsi Balakәn rayonuna gәtirilmiş vә Balakәn rayonu Püştәtala kәnd qәbiristanlığında dәfn edilmişdir. Haqverdiyev Kamal Ismayıl oğlu vә onun ailә üzvlәrinә Balakәn rayon Aqrar Islahat Komissiyasının ##.##.2002-ci il tarixli ** saylı qәrarı ilә 2,39 ha kәnd tәsәrrüfatı tәyinatlı torpaq sahәsi verilmiş, hәmin torpaq sahәsinә JN 132 Kod ******** saylı Torpağa mülkiyyәt hüququna dair Dövlәt Aktı tәqdim edilmişdir. Iddiaçı hazırda miras qalmış әmlakı vәrәsәlik qaydasında rәsmilәşdirmәk istәyir. Lakin, Haqverdiyev Kamal Ismayıl oğlunun ölümü Azәrbaycan Respublikası Ədliyyә Nazirliyinin müvafiq qurumlarında qeydiyyata alınmadığından, notariat orqanlarında miras әmlaka vәrәsәlik işi açılması vә miras әmlakı rәsmilәşdirmәk mümkün deyildir. Ərizәçi Rusiya Federasiyası tәrәfindәn ##.##.2021-ci il tarixdә Haqverdiyev Kamal Ismayıl oğlunun barәsindә verilmiş ölüm haqqında Şәhadәtnamәnin qeydiyyata alınması üçün Balakәn Regional “Asan Xidmәt” Mәrkәzi Ədliyyә Nazirliyi Qeydiyyat Şöbәsinә müraciәt etmiş, lakin hәmin Şöbә ölüm haqqında şәhadәtnamәni qeydiyyata almaqdan imtina etmişdir. Buna görә dә, Ərizәçi göstәrilәn tәlәblә cavabdeh inzibati orqana müraciәt etmişdir. X2 Xidmәt Mәrkәzi Ədliyyә Nazirliyi Qeydiyyat Şöbәsindә müraciәtә baxılmış vә Şöbәnin ## ###### 2022-ci il tarixli ** saylı mәktubu ilә müraciәtinә cavab olaraq göstәrilmişdir ki, X4 Respublikasında Ukrayna qanunvericiliyi qüvvәdәdir. Bu sәbәbdәn Krım Muxtar Respublikasında Rusiya Federasiyası hakimiyyәt orqanları tәrәfindәn tәrtib edilәn vә ya verilәn sәnәdlәr vә sorğular qeyri-qanuni vә etibarsızdır. Rusiya Federasiyası hakimiyyәt orqanları tәrәfindәn tәqdim olunmuş sәnәdlәr heç bir hüquqi nәticә yaratmır vә buna görә dә, ölüm haqqında şәhadәtnamәnin qeydiyyata alınması üçün mәhkәmәyә müraciәt edilmәsi tövsiyyә edilir. Odur ki, Ərizәçi cavabdeh Balakәn Regional “ASAN Xidmәt” mәrkәzindә Ədliyyә Nazirliyinin Qeydiyyat şöbәsinә qarşı «iddiaçının әrinin ölümünün qeydә alınması vә ölüm haqqında şәhadәtnamәnin verilmәsi öhdәliyinin cavabdehin üzәrinә qoyulması» tәlәbi barәdә iddia әrizәsi ilә Şәki Inzibati Mәhkәmәsinә müraciәt etmiş vә Şәki Inzibati Mәhkәmәsinin ## #### 2025-ci il tarixli, 2- *(***)-****/**** nömrәli qәrarı ilә hәmin iddia tәmin edilmәmişdir. Birinci instansiya mәhkәmәsi öz qәrarını onunla әsaslandırmışdır ki, iddiaçı Ərizәçi Haqverdiyev Kamal Ismayıl oğlunun ölümü haqqında tibbi şәhadәtnamәni cavabdeh inzibati orqan Balakәn Regional “ASAN Xidmәt” mәrkәzindә Ədliyyә Nazirliyinin Qeydiyyat şöbәsinә tәqdim etmәdiyindәn (bu, işin mübahisә olunmayan hallarına aiddir), cavabdeh Azәrbaycan Respublikası Nazirlәr Kabinetinin ## ####### 2003-cü il tarixli *** nömrәli qәrarı ilә tәsdiq edilmiş Qaydanın 8.5-ci bәndinә istinad etmәklә “ölümün qeydә alınması”ndan vә “ölüm haqqında şәhadәtnamәnin verilmәsi”ndәn imtina etmәkdә haqlı olmuşdur. Hәmçinin nәzәrә alınmalıdır ki, iddiaçının әri 1966-cı il tәvәllüdlü Haqverdiyev Kamal Ismayıl oğlunun ölümü faktı mәhkәmә qaydasında da müәyyәn olunmamışdır vә buna görә dә, cavabdeh Balakәn Regional “ASAN Xidmәt” mәrkәzindә Ədliyyә Nazirliyinin Qeydiyyat şöbәsinin imtinası qanuna zidd qiymәtlәndirilә bilmәz. Ərizәçi hәmin qәrardan apellyasiya şikayәti verәrәk Şәki Inzibati Mәhkәmәsinin ## #### 2025-ci il tarixli 2- *(***)-****/**** nömrәli qәrarının lәğv edilmәsi vә iddia tәlәbinin tәmin olunması barәdә qәrar çıxarılmasını xahiş etsә dә, Şәki Apellyasiya Mәhkәmәsinin ##.##.2026-cı il tarixli, *-*(***)-***/**** saylı qәrarı ilә iddiaçı Ərizәçi tәrәfindәn verilmiş apellyasiya şikayәti dә tәmin edilmәmiş vә Şәki Inzibati Mәhkәmәsinin ## #### 2025-ci il tarixli *-*(***)-****/**** nömrәli qәrarı dәyişdirilmәdәn qüvvәdә saxlanılmışdır. Apellyasiya mәhkәmәsi öz mövqeyini onunla әsaslandırmışdır ki, mәhkәmә kollegiyası tәrәfindәn iddiaya vә Balakәn Regional “ASAN Xidmәt” mәrkәzindә Ədliyyә Nazirliyinin Qeydiyyat şöbәsi tәrәfindәn verilmiş imtinaya qanunvericiliyin tәlәblәrinә uyğun olaraq münasibәt bildirilmәsi mәqsәdilә Azәrbaycan Respublikası Ədliyyә Nazirliyinin Notariat, Qeydiyyat vә Reyestr Baş Idarәsinә sorğu verilmişdir. Hәmin sorğuya cavab olaraq verilmiş ##.##.2025-ci il tarixli mәktubda göstәrilmişdir ki, Ərizәçi әri Kamal Haqverdiyevin ölümü haqqında şәhadәtnamәdә onun öldüyü yer kimi “Rusiya Federasiyasının Krım Respublikasının Simferopol şәhәri” göstәrilmiş vә hәmin sәnәd Krım Respublikası Simferopol şәhәr VVAQ şöbәsi tәrәfindәn verilmişdir. Halbuki, Ukraynanın Ədliyyә Nazirliyindәn respublika Ədliyyә Nazirliyinә daxil olmuş ##.##.2021-ci il tarixli mәktubda Krım Muxtar Respublikası vә Sevastopol şәhәri әrazisindә Ukrayna suverenitetinin vә Ukrayna qanunvericiliyinin qüvvәdә olduğu, “Vәtәndaşların hüquq vә azadlıqlarının tәmin edilmәsi vә Ukraynanın müvәqqәti işğal edilmiş әrazisindә hüquqi Dövlәt rüsumunun ödәnilmәsi haqqında mәlumat rejim barәdә” Ukrayna Qanununun 9-cu maddәsinin ikinci hissәsinә müvafiq olaraq müvәqqәti işğal edilmiş әrazidә qanunda nәzәrdә tutulmayan qaydada yaradılan, seçilәn vә ya tәyin edilәn hәr hansı bir orqanların, onların vәzifәli vә xidmәti şәxslәrinin vә onların fәaliyyәtinin qanunsuz hesab olunduğu, hәmin orqan vә (vә ya) şәxslәr tәrәfindәn verilmiş hәr hansı aktın (qәrar, sәnәd) etibarsız olduğu vә hüquqi nәticәlәr yaratmadığı qeyd edilmişdir. Hәmçinin Rusiya Federasiyası tәrәfindәn işğal edilmiş Krım Muxtar Respublikası vә Sevastopol şәhәri әrazisindә fәaliyyәt göstәrәn orqanlar, onun vәzifәli vә xidmәti şәxslәri tәrәfindәn tәrtib edilәn vә ya verilәn sәnәdlәrin vә sorğuların qeyriqanuni vә etibarsız olduğu vә Rusiya Fedrasiyasının hakimiyyәt orqanları tәrәfindәn bilavasitә vә ya dolayı yolla tәqdim edilmәsindәn asılı olmayaraq heç bir hüquqi nәticә yaratmadığı bildirilmişdir. Göstәrilәnlәrlә әlaqәdar Ərizәçi әri K.Haqverdiyevin ölümü haqqında şәhadәtnamәyә dair mәlumatların Ədliyyә Nazirliyinin informasiya sisteminә daxil edilmәsi ilә bağlı ##.##.2022-ci ildә Balakәn regional “ASAN xidmәt” X5 müraciәt etdiyi zaman müvafiq mәlumatlar Ədliyyә Nazirliyinin informasiya sisteminә daxil edilmәmiş vә ona mәsәlә ilә bağlı mәhkәmәyә müraciәt etmәsi tövsiyә olunmuşdur. Qeyd olunanlara әsasәn Rusiya Federasiyasının Krım Respublikasının Simferopol şәhәri tәrәfindәn verilmiş sәnәdlәrin heç bir hüquqi nәticә yaratmadığı nәzәrә alınaraq, K.Haqverdiyevin ölüm faktının mәhkәmә qaydasında müәyyәnlәşdirilmәsi vә onun öldüyü yerin Ukraynanın Krım vilayәti qeyd olunması mәsәlәsinә baxılması mәqsәdәmüvafiq olardı. Göstәrilәnlәri nәzәrә alaraq, kollegiya hesab edir ki, iddiaçının әrinin ölümü, öldüyü ölkәnin sәlahiyyәtli orqanlarında qeydә alınmadığından vә hazırkı işin hallarına münasibәtdә ölüm haqqında şәhadәtnamәnin qeydә alınması qanunvericilikdә nәzәrdә tutulmadığından, cavabdeh orqanın bu tәlәblә bağlı qәbul etdiyi imtina qәrarı hüquqi cәhәtdәn әsaslı vә qanunauyğun olmuşdur. Göründüyü kimi, Ərizәçi әri Haqverdiyev Kamal Ismayıl oğlunun ##.##.2021-ci ildә ölümünün ##.##.2021-ci il tarixli Rusiya Federasiyası Krım Respublikası Simferopol şәhәr vәtәndaşlıq vәziyyәti aktlarının dövlәt qeydiyyatı idarәsi tәrәfindәn Haqverdiyev Kamal Ismayıl oğlu barәsindә verilmiş ölüm haqqında şәhadәtnamә әsasında qeydә alınması ilә bağlı inzibati mәhkәmә icraatı qaydasında mәhkәmәyә müraciәt etmiş, hәm birinci instansiya mәhkәmәsi, hәm dә apellyasiya instansiya mәhkәmәsi belә qәnaәtә gәlmişdir ki, әrizәçinin hüquqi marağına nail olması üçün qeyd edilәn mәsәlә inzibati icraat qaydasında deyil, Rusiya Federasiyasının Krım Respublikasının Simferopol şәhәri tәrәfindәn verilmiş sәnәdlәrin heç bir hüquqi nәticә yaratmadığı nәzәrә alınaraq, Kamal Haqverdiyevin ölüm faktının mәhkәmә qaydasında müәyyәnlәşdirilmәsi vә onun öldüyü yerin Ukraynanın Krım vilayәti qeyd olunması mәsәlәsinә baxılması mәqsәdәmüvafiqdi. Buna görә Ərizәçi әri Haqverdiyev Kamal Ismayıl oğlunun ölmәsi faktının müәyyәn edilmәsi tәlәbi ilә mәhkәmәyә müraciәt edir. Balakәn Rayon Mәhkәmәsinin ## #### 2026-cı il tarixli, e-*(*-***)-***/**** nömrәli qәrardadı ilә әrizәçi Ərizәçi “ölüm faktının müәyyәn edilmәsi” tәlәbinә dair әrizәsi “Azәrbaycan Respublikası Mülki-Prosessual Mәcәllәsinin tәlәblәrinә uyğun tәrtib olunmaması” әsası ilә Azәrbaycan Respublikası Mülki-Prosessual Mәcәllәsinin 308-ci vә 310-cu maddәlәrinә istinad olunmaqla, hәmin Mәcәllәnin 152.1.1-ci maddәsinә әsasәn geri qaytarılmışdır (hakim Hümbәt Sәlimov). Azәrbaycan Respublikası Mülki-Prosessual Mәcәllәsinin 152.1.1-ci maddәsinә әsasәn, iddia әrizәsinin Mülki-Prosessual Mәcәllәnin 149-cu maddәsi ilә müәyyәn olunmuş formasına vә mәzmununa riayәt edilmәdikdә vә ya bu Mәcәllәnin 150.1.1-ci maddәsindә göstәrilәn sәnәdlәr iddia әrizәsinә әlavә edilmәdikdә - iddia әrizәsi vә ona әlavә edilmiş sәnәdlәr geri qaytarılır. Hәmin qәrardaddan narazı qalan әrizәçi Ərizәçi “Elektron mәhkәmә” informasiya sistemindә yaradılmış elektron kabinet vasitәsilә qәrardaddan şikayәt verәrәk, әrizәçi Ərizәçi “ölüm faktının müәyyәn edilmәsi” tәlәbinә dair әrizәsinin qaytarılması barәdә qәbul edilmiş Balakәn Rayon Mәhkәmәsinin ## #### 2026-cı il tarixli, e-*(*-***)-***/**** nömrәli qәrardadının lәğv edilmәsi vә әrizәnin mәhkәmәyә tәqdim edildiyi gündәn icraata qәbul edilmiş sayılmaqla, iş üzrә mәhkәmә hazırlıq iclasının tәyin edilmәsi haqqında qәrardad qәbul olunmasını xahiş etmişdir (şikayәti nümayәndә (vәkil) – Azәrbaycan Respublikası Vәkillәr Kollegiyasının üzvü Nümayәndә imzalamışdır). Iş üzrә qәbul edilmiş Balakәn Rayon Mәhkәmәsinin ## ##### 2026-cı il tarixli qәrardadı ilә Balakәn Rayon Mәhkәmәsinin ## #### 2026-cı il tarixli, e-*(*-***)-***/**** nömrәli qәrardadından әrizәçi Ərizәçi tәrәfindәn verilmiş şikayәt tәmin edilmәmiş vә hәmin şikayәt Azәrbaycan Respublikası Mülki-Prosessual Mәcәllәsinin 269.3-cü maddәsinin tәlәblәrinә uyğun olaraq işlә birlikdә baxılması üçün Şәki Apellyasiya Mәhkәmәsinә göndәrilmişdir. Azәrbaycan Respublikası Mülki-Prosessual Mәcәllәsinin 269-cu maddәsinin tәlәblәrinә әsasәn, qәrardadan verilmiş şikayәtә - qәrardadı qәbul etmiş birinci instansiya mәhkәmәsi tәrәfindәn 3 gün müddәtindә yazılı icraat qaydasında baxılır (maddə 269.1), şikayәt әsaslıdırsa, hakim qәrardadı dәyişdirir vә ya lәğv edir vә mübahisәyә baxılması üçün tәrәflәrlә birlikdә sonrakı prosessual hәrәkәtlәri yerinә yetirir (maddə 269.2) vә әks tәqdirdә bu şikayәt baxıldıqdan sonra 7 gün müddәtindә işlә birlikdә apellyasiya instansiyası mәhkәmәsinә, bu Mәcәllәnin 32.5-ci maddәsindә nәzәrdә tutulmuş qaydada aidiyyәt haqqında qәrardaddan şikayәt verildikdә isә hәmin şikayәt bu Mәcәllәnin 403- 1.5-ci maddәsinin tәlәblәri izah edilmәklә işdә iştirak edәn şәxslәrә rәsmi qaydada verilir vә iş kasasiya instansiyası mәhkәmәsinә göndәrilir (maddə 269.3). Hәmin Mәcәllәnin 397.1-ci maddәsinә әsasәn, Mülki-Prosessual Mәcәllәnin 269.3cü maddәsindә nәzәrdә tutulmuş әsaslar olduqda mәhkәmәnin qәrardadından verilәn ilkin şikayәt işlә birlikdә apellyasiya instansiyası mәhkәmәsinә göndәrilir. Hәmin Mәcәllәnin 397.2-ci maddәsinin tәlәblәrinә görә, apellyasiya instansiyası mәhkәmәsi qәrardaddan verilәn şikayәtә onun mәhkәmәyә daxil olduğu vaxtdan 20 gün müddәtindә yazılı icraat qaydasında baxır. Şәki Apellyasiya Mәhkәmәsinin Mülki Kollegiyası Azәrbaycan Respublikası Mülki- Prosessual Mәcәllәsinin 397.2-ci maddәsinin tәlәblәrinә uyğun olaraq Balakәn Rayon Mәhkәmәsinin ## #### 2026-cı il tarixli, e-*(*-***)-***/**** nömrәli qәrardadından әrizәçi Ərizәçi tәrәfindәn verilmiş şikayәtә apellyasiya qaydasında yazılı icraatda baxılmasını mümkün saymışdır. Azәrbaycan Respublikası Mülki-Prosessual Mәcәllәsinin 398-ci maddәsinә әsasәn apellyasiya instansiyası mәhkәmәsinin şikayәtә baxıb qәrardad qәbul etdikdә, aşağıdakıları etmәk hüququ vardır: - mәhkәmәnin qәrardadını dәyişdirmәdәn saxlayıb şikayәti tәmin etmәmәk (maddə 398.0.1); qәrardadı tam vә ya qismәn lәğv edib, yaxud dәyişib işi birinci instansiya mәhkәmәsinә göndәrmәk (maddə 398.0.2); qәrardadı tam vә ya qismәn lәğv edib, qәrardadla hәll edilmәli olan mәsәlәni hәll etmәk (maddə 398.0.3); qәrardaddan verilmiş şikayәtdәn imtina olunduqda, apellyasiya icraatına xitam vermәk (maddə 398.0.4). Mәhkәmә kollegiyası, şikayәtin dәlillәrini iş materialları ilә әlaqәli şәkildә araşdıraraq hesab edir ki, Balakәn Rayon Mәhkәmәsinin ## #### 2026-cı il tarixli, e-*(*- ***)-***/**** nömrәli qәrardadından әrizәçi Ərizәçi tәrәfindәn verilmiş şikayәt qismәn tәmin edilmәli vә işin yuxarıda qeyd edilәn konkret halları vә aşağıda tәsvir olunanlara әsasәn әrizәçi Ərizәçi xüsusi icraat qaydasında verilmiş “ölüm faktının müәyyәn edilmәsi” tәlәbinә dair әrizәsinin geri qaytarılmasına dair qәbul edilmiş Balakәn Rayon Mәhkәmәsinin ## #### 2026-cı il tarixli, e-*(*-***)-***/**** nömrәli qәrardadı tam lәğv edilәrәk, әrizәçi Ərizәçi “ölüm faktının müәyyәn edilmәsi” tәlәbi barәdә әrizәsinin icraata qәbulu mәsәlәsinin birinci instansiya mәhkәmәsindә yenidәn müzakirәsi mәqsәdilә e- *(*-***)-***/**** nömrәli mülki iş materialları Balakәn Rayon Mәhkәmәsinә qaytarılmalıdır. Belә ki, Balakәn Rayon Mәhkәmәsinin ## #### 2026-cı il tarixli, e-*(*-***)-***/**** nömrәli qәrardadında әrizәçi Ərizәçi “ölüm faktının müәyyәn edilmәsi” tәlәbinә dair әrizәsinin geri qaytarılması aşağıda sadalanan hallarla әsaslandırılmışdır: “ - ... Ərizəçi əri Haqverdiyev Kamal Ismayıl oğluna Rusiya Federasiyası tərəfindən verilmiş ##.##.2021-ci il tarixli ölüm haqqında şəhadətnamənin qeydiyyata alınması üçün ##.##.2022-ci ildə Balakən Regional “ASAN Xidmət” X5 müraciət etmiş, X3 Muxtar Respublikasında Ukrayna Qanunvericiliyinin qüvvədə olmasını, Krım Muxtar Respublikasında Rusiya Federasiyası hakimiyyət orqanları tərəfindən tərtib edilən və ya verilən sənədlər və sorğuların qeyri qanuni və etibarsız olduğunu, Rusiya Federasiyası hakimiyyət orqanları tərəfindən təqdim olunmuş sənədlərin heç bir hüquqi nəticə yaratmadığını göstərərək Haqverdiyev Kamal Ismayıl oğluna Rusiya Federasiyası tərəfindən verilmiş ##.##.2021-ci il tarixli ölüm haqqında şəhadətnamənin qeydiyyata alınmasından imtina etmişdir. Ərizəçi Balakən Regional “ASAN Xidmət” X5rşı “iddiaçının ərinin ölümünün qeydə alınması və ölüm haqqında şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi ilə Şəki Inzibati Məhkəməsinə müraciət etmiş, Şəki Inzibati Məhkəməsinin **(***)-****/**** nömrəli ##.##.2025-ci il tarixli qərarı ilə iddia təmin edilməmişdir. Ərizəçi məhkəmənin həmin qərarından şikayət vermiş, Şəki Apellyasiya Məhkəməsinin Inzibati kollegiyasının *-*(***)-***/**** nömrəli ##.##.2026-cı il tarixli qərarı ilə onun şikayəti təmin edilməmiş, Şəki Inzibati Məhkəməsinin *-*(***)-****/**** nömrəli ##.##.2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanmışdır. Ərizəçi hüquq müdafiə vasitələri tükənmədən, yəni Şəki Apellyasiya Məhkəməsinin Inzibati kollegiyasının *-*(***)-***/**** nömrəli ##.##.2026-cı il tarixli qərarından Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti vermədən, hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir... - ... Eyni zamanda “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ##### 2019-cu il tarixli, ** saylı Qərarının 4.8-ci bəndində izah olunduğu kimi şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsi halında vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanları ölüm faktını qeydə almaqdan imtina etdikləri təqdirdə məhkəməyə müraciət edilə bilər. Ərizəçi Ərizəçi Qeydiyyat orqanına Haqverdiyev Kamal Ismayıl oğluna Rusiya Federasiyası tərəfindən verilmiş ##.##.2021-ci il tarixli ölüm haqqında şəhadətnamənin qeydiyyata alınması ilə bağlı müraciət etmişdir. O, Haqverdiyev Kamal Ismayıl oğlunun ölümü faktının qeydə alınması üçün Qeydiyyat orqanına müraciət etməmiş, Balakən Regional “ASAN Xidmət” X5 bu əsasla ölümü qeydə almaqdan imtina etməmişdir. Ərizəçi isə Balakən Regional “ASAN Xidmət” X5 ölüm faktını qeydə almaqdan imtina etməsi barədə sənədi almadan hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir.... - ... Bundan başqa, ## ##### 2019-cu il tarixli, ** saylı Qərarın 9.2-ci bəndinə əsasən şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında ərizəyə “xxxx”nin alınması üçün müraciət edilməsi və həmin şəhadətnamənin hansı səbəblərdən alınmaması barədə sübutlar əlavə edilməli, belə sübutlar əlavə edilmədikdə ərizə geri qaytarılmalıdır. Hazırkı işdə ərizəçi Ərizəçi “xxxx”nin alınması üçün müvafiq tibb müəssisəsinə müraciət etmədən, bu barədə sübutu əldə etmədən ölüm faktının müəyyən olunması barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. - Həmçinin sözügedən qərarın 9.3-cü bəndində izah olunmuşdur ki, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair verilən ərizədə şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsini təsdiq edən əsaslı hallar (sübutlar) göstərilməlidir. Ərizəçi Ərizəçi qanunvericiliyin bu tələbinə də əməl etməmiş, əri Haqverdiyev Kamal Ismayıl oğlunun ##.##.2021-ci ildə Ukraynanın Krım vilayətində ölməsinə dair heç bir mötəbər sübutu ərizəsində qeyd etməmiş, bu barədə sübutu məhkəməyə təqdim etməmişdir. Onun ərizəsində qeyd etdiyi və ərizəsinə əlavə etdiyi Rusiya Federasiyası tərəfindən verilmiş ##.##.2021-ci il tarixli ölüm haqqında arayışın və ölüm haqqında şəhadətnamənin hüquqi qüvvəsi olmadığından məhkəmə onları sübut kimi qəbul etmir.” Lakin, apellyasiya instansiyasında iş üzrә aparılan araşdırma zamanı müәyyәn edilmişdir ki, әrizәçi Ərizәçi “ölüm faktının müәyyәn edilmәsi” tәlәbinә dair әrizәsinin geri qaytarılması barәdә qәbul edilmiş Balakәn Rayon Mәhkәmәsinin ## #### 2026-cı il tarixli, e-*(*-***)-***/**** nömrәli qәrardadında birinci instansiya mәhkәmәsinin istinad etdiyi hәmin hallar - Azәrbaycan Respublikası Mülki-Prosessual Mәcәllәsinin tәlәblәri vә әrizәdә müәyyәn edilmәsi tәlәb olunan hüquqi faktla әlaqәdar mövcud olan işin konkret halları baxımından - hazırkı әrizәnin baxılması üçün icraata qәbul edilmәdәn qaytarılması üçün әsas deyildir. Çünki, iş materialları vә elәcә dә, iş üzrә “Elektron mәhkәmә” informasiya sistemindә yaradılmış elektron kabinetdә olan sәnәd vә mәlumatlarla müәyyәn edilir ki, әrizәçinin ölüm faktını müәyyәn etmәk istәdiyi Azәrbaycan Respublikası vәtәndaşı olan әri Haqverdiyev Kamal Ismayıl oğlu beynәlxalq hüquqa görә Ukrayna Respublikasının әrazisi olan Krım Vilayәtindә ölsә dә, bununla bağlı sәnәd Rusiya Federasiyasının müvafiq orqanı tәrәfindәn verilmiş olduğundan - beynәlxalq hüququn prinsiplәri vә Azәrbaycan Respublikasının qanunlarının tәlәblәri baxımından hәmin sәnәd әsasında Azәrbaycan Respublikasının müvafiq dövlәt orqanında onun ölümünün qeydә alınması mümkün olmamış vә buna görә dә, әrizәçi “ölüm faktının müәyyәn edilmәsi” barәdә hazırkı әrizә ilә mәhkәmәyә müraciәt etmişdir. Hәmçinin, әrizәçi hazırkı әrizә ilә Balakәn Rayon Mәhkәmәsinә müraciәt etmәmişdәn әvvәl әri Haqverdiyev Kamal Ismayıl oğlunun ölümünün qeydә alınması üçün aidiyyәti orqan olaraq Balakәn Regional “Asan Xidmәt” X5 müraciәt etmiş vә onun hәmin müraciәtindәn ## ###### 2022-ci il tarixli mәktubla imtina edildikdәn sonra o, әvvәlcә müvafiq iddia әrizәsi ilә Şәki Inzibati Mәhkәmәsinә inzibati icraat qaydasında müraciәt etmişdir. Yalnız bundan sonra, yәni hәmin iddiası Inzibati Mәhkәmә tәrәfindәn rәdd edildikdәn sonra әrizәçi hazırkı әrizә ilә Balakәn Rayon Mәhkәmәsinә müraciәt etmişdir. Eyni zamanda qeyd etmәk lazımdır ki, apellyasiya instansiyasında hazırkı şikayәt üzrә yazılı icraat qaydasında mәhkәmә iclası tәyin edildikdәn sonra әrizәçinin nümayәndәsi tәrәfindәn әrizәçi Ərizәçi әri Haqverdiyev Kamal Ismayıl oğlunun ölümünün qeydә alınmasından imtina edilmәsi barәdә Balakәn Regional “Asan Xidmәt” X5 ## ##### 2026-cı il tarixli mәktubu “Elektron mәhkәmә” informasiya sistemindә yaradılmış elektron kabinet vasitәsilә mәhkәmәyә tәqdim edilmişdir. Azәrbaycan Respublikası Mülki-Prosessual Mәcәllәsinin 307.2 vә 307.2.3-cü maddәlәrinә müvafiq olaraq, mәhkәmә doğumun, övladlığa götürmәnin, nikahın, boşanmanın, ölümün qeyd edilmә faktının müәyyәn edilmәsi barәdә işlәrә baxır. Hәmin Mәcәllәnin 307.2.8-ci maddәsinә әsasәn, mәhkәmә müvafiq icra hakimiyyәti orqanlarının imtina etdiyi hallarda şәxsin müәyyәn vaxtda müәyyәn şәraitdә vәfat etmәsi faktının müәyyәn edilmәsi barәdә işlәrә baxır. Hәmin Mәcәllәnin 308-ci maddәsinә әsasәn, mәhkәmә hüquqi әhәmiyyәti olan faktları o zaman müәyyәn edә bilәr ki, әrizәçi hәmin faktları tәsdiq edәn lazımi sәnәdlәri başqa qaydada ala bilmәsin, yaxud itirilmiş sәnәdlәrin bәrpası mümkün olmasın. Hәmin Mәcәllәnin 309.1-ci maddәsinә әsasәn, hüquqi әhәmiyyәti olan faktların müәyyәn edilmәsi haqqında әrizәlәr әrizәçinin yaşadığı yerin mәhkәmәsinә verilir. Hәmin Mәcәllәnin 310.1-ci maddәsinә әsasәn, әrizәdә hәmin faktın müәyyәn edilmәsinin әrizәçiyә nә mәqsәd üçün lazım olduğu, habelә lazımi sәnәdlәri әrizәçinin ala bilmәmәsini, yaxud itәn sәnәdlәrin bәrpasının mümkünsüzlüyünü tәsdiq edәn sübutlar göstәrilmәlidir. Göründüyü kimi, yuxarıda qeyd olunanlarla müәyyәn olunur ki, әri Haqverdiyev Kamal Ismayıl oğlunun ## ###### 2021-ci ildә Ukraynanın Krım vilayәtindә ölmәsi faktının müәyyәn edilmәsi üçün әrizәçi Ərizәçi müvafiq әrizә ilә Balakәn Rayon Mәhkәmәsinә müraciәt etmәsi üçün kifayәt qәdәr әsasları olmuş vә onun әrizәsinin Balakәn Rayon Mәhkәmәsinin ## #### 2026-cı il tarixli, e-*(*-***)-***/**** nömrәli qәrardadında qeyd olunan әsaslarla geri qaytarılması әsassız olmuşdur. Bundan әlavә, mәhkәmә kollegiyası qeyd etmәyi lazım bilir ki, Azәrbaycan Respublikası Mülki-Prosessual Mәcәllәsinin tәlәblәrinә görә hamıya bәlli olan hallar vә ya faktlar mübahisә edilә bilmәz vә onların sübuta ehtiyacı yoxdur (maddə 82.1.) vә mәhkәmә tәrәfindәn zәruri hallarda iddia әrizәsinin mümkünlüyü haqqında mәsәlәyә çәkişmә prinsipinә riayәt edilmәklә, tәrәflәrin iştirakı ilә baxıla bilәr (maddə 151.2). Azәrbaycan Respublikası Mülki-Prosessual Mәcәllәsinin 2-ci maddәsinin tәlәblәrinә görә mülki işlәr vә kommersiya mübahisәlәri üzrә mәhkәmә icraatının vәzifәlәri hәr bir fiziki vә yaxud hüquqi şәxsin Azәrbaycan Respublikasının Konstitusiyasından, qanunlarından vә digәr normativ hüquqi aktlarından irәli gәlәn hüquq vә mәnafelәrinin mәhkәmәdә tәsdiq olunmasıdır (maddə 2.1) vә mülki mәhkәmә icraatı qanunçuluğun vә ictimai qaydanın bәrqәrar edilmәsinә, vәtәndaşların qanunlara dönmәdәn hörmәt ruhunda tәrbiyә edilmәsinә rәvac verir (maddə 2.2). Hәmin Mәcәllәnin 4.1-ci maddәsinә әsasәn, bütün fiziki vә hüquqi şәxslәr özlәrinin qanunla qorunan hüquq vә azadlıqlarını, elәcә dә maraqlarını qorumaq vә tәmin etmәk mәqsәdi ilә qanunla müәyyәn edilmiş qaydada mәhkәmә müdafiәsindәn istifadә etmәk hüququna malikdirlәr. Hәmin Mәcәllәnin 399-cu maddәsinә әsasәn, birinci instansiya mәhkәmәsinin qәrardadını lәğv edib işi yenidәn baxılmağa göndәrdikdә apellyasiya instansiyası mәhkәmәsinin qәrardadında müәyyәn olunmuş göstәrişlәr işә baxan birinci instansiya mәhkәmәsi üçün mәcburidir. Azәrbаycаn Respublikаsı Mülki-Prosessuаl Mәcәllәsinin 400-cü maddәsinә әsasәn, apellyasiya instansiyası mәhkәmәsinin bu Mәcәllәnin 402-ci maddәsindә nәzәrdә tutulmuş qәrardadlarından kassasiya şikayәti verilmәmişdirsә, hәmin qәrardadlar işdә iştirak edәn şәxslәrә rәsmi qaydada verildiyi gündәn 10 gün sonra, qanunla şikayәt verilmәsi nәzәrdә tutulmayan qәrardadları isә çıxarıldığı andan qаnuni qüvvәyә minir. Hәmin Mәcәllәnin 402.2-ci maddәsinә әsasәn, apellyasiya mәhkәmәlәrinin mülki vә kommersiya kollegiyalarının apellyasiyanın qeyri-mümkün hesab edilmәsi haqqında (maddə 402.2.1), kassasiya şikayәtinin qaytarılması (kassasiya şikayәti kassasiya instansiyası mәhkәmәsinin şikayәtin qeyri-mümkünlüyü barәdә qәrarına әsasәn qaytarıldığı hallar istisna olunmaqla) haqqında (maddə 402.2.2), kassasiya şikayәtinin verilmәsi müddәtinin bәrpasından imtina edilmәsi barәdә (maddə 402.2.3) vә iş üzrә icraata xitam verilmәsi barәdә (maddə 402.2.4) qәrardadlarından kassasiya şikayәti verilә bilәr. Yuxarıda göstәrilәnlәrә әsasәn vә Azәrbaycan Respublikası Mülki-Prosessual Mәcәllәsinin 149-152, 263-264, 395-399, 400 vә 402-ci maddәlәrini rәhbәr tutaraq, mәhkәmә kollegiyası QƏRARA ALDİ: Balakәn Rayon Mәhkәmәsinin ## #### 2026-cı il tarixli, e-*(*-***)-***/**** nömrәli qәrardadından әrizәçi Ərizәçi tәrәfindәn verilmiş şikayәt qismәn tәmin edilsin. Ərizәçi Ərizәçi “ölüm faktının müәyyәn edilmәsi” barәdә әrizәsinin geri qaytarılmasına dair qәbul edilmiş Balakәn Rayon Mәhkәmәsinin ## #### 2026-cı il tarixli, e-*(*-***)-***/**** nömrәli qәrardadı tam lәğv edilsin. Ərizәçi Ərizәçi xüsusi icraat qaydasında verilmiş “ölüm faktının müәyyәn edilmәsi” tәlәbi barәdә әrizәsinin icraata qәbulu mәsәlәsinin birinci instansiya mәhkәmәsindә yenidәn müzakirәsi mәqsәdilә e-*(*-***)-***/**** nömrәli mülki iş materialları Balakәn Rayon Mәhkәmәsinә qaytarılsın. Qәrаrdаd çıxarıldığı andan qаnuni qüvvәyә minir vә qәrardaddan kassasiya şikayәti verilә bilmәz.
Məhkəmə qərarları › İş №2(3-10)-342/2026
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(3-10)-342/2026
01.05.2026 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver