Azərbaycan Respublikası adından Qətnamə Şəki şəhəri İş № 2(3-10)-437/2026 18.06.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Ərizəçi Ərizəçi maraqlı şəxs Maraqlı şəxs qarşı “barışıq sazişinin təsdiq edilməsi” barədə ərizəsi üzrə (Açar sözlər: “barışıq sazişinin təsdiq edilməsi” tələbi, qüvvə) Hakimlər X4 (sədrlik edən və məruzəçi), Mehdiyev Elçin Məhəmməd oğlu və Musayev Taleh Valeh oğlundan ibarət tərkibdə, Isabəyli Ənvər Eldar oğlunun katibliyi ilə, Ərizəçi Ərizəçi maraqlı şəxs Maraqlı şəxs qarşı “barışıq sazişinin təsdiq edilməsi” barədə ərizəsi üzrə Şəki Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qətnaməsindən ərizəçi Ərizəçi tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi Işin halları
1. Ərizəçi Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, onunla maraqlı şəxs Maraqlı şəxs arasında bağlanmış mediasiya prossesi nəticəsində ## ####### 2021-ci il tarixli, ****-****** nömrəli “Barışıq Sazişinin” 2.1.1-ci bəndinin (Maraqlı şəxs hər ayın ilk həftəsi ərzində X2, övladı X1 üçün hər ay 140 (yüz qırx) manat məbləğində aliment ödəyəcək və alimentin ödəmə tarixi 2021-ci ilin oktyabr ayından hesablanacaq) təsdiq edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
2. Ərizəçi Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, maraqlı şəxs Maraqlı şəxs ilə ## ###### 2016-cı il tarixdə Şəki şəhər IHB-nın Böyük Dəhnə kənd IƏD üzrə nümayəndəliyində nikahlarını rəsmi qaydada qeyd etdirməklə ailə qurmuşdurlar. Birgə nikahlarından 2017-ci il tarixdə Elif adlı uşaqları anadan olmuşdur. Ailə qurduqdan sonra fikir ayrılıqları olmuş, xasiyyətləri uyğun gəlməmiş və aralarında söz-söhbət yarandığını bildirmişdir. Sonra nikahlarının pozulması məqsədi ilə mediasiyaya müraciət edilmişdir. Mediasiyada tərəflər arasında qarşılıqlı razılıqla ## ####### 2021-ci il tarixli, ****-****** nömrəli “Barışıq Sazişi” imzalanmışdır. Həmin “Barışıq sazişi”nə əsasən: 2.1.1. Tərəflərin hər ikisi nikahın pozulmasına razr oldular. Maraqlı şəxs hər ayın ilk həftəsi ərzində X2, övladı X1 üçün hər ay 140 (bir yüz qırx) AZN məbləğində aliment ödəyəcək və ödəmə 2021-ci il oktyabr ayından etibarən hesablanacaq. Tərəflərin övladı olan X1, ana X2 himayəsində qalacaq. X2 özünə məxsus şəxsi və gəlinlik əşyalarının Maraqlı şəxs tərəfindən X2 tamamilə qaytarılması da razılaşdırılmışdır. Qızıl-zinət əşyalarının isə X2 özündə olması ilə tərəflər razılığa gələrək heç bir tələbin olmamasını bildirmişdirlər. Evdən istifadə hüququna gəldikdə isə X2 bu tələbini də geri götürərək qarşı tərəflə razılığa gəlmişdirlər. Sonra isə o, Şəki Rayon Məhkəməsinə nikahın pozulması ilə bağlı müraciət etmişdir. Şəki Rayon Məhkəməsinin ## ###### 2021-ci il tarixli, 2(075)- ****/**** nömrəli qətnaməsinə əsasən aralarında bağlanmış nikah pozulmuş, tərəflər arasında qarşılıqlı razılıqla imzalanmış ## ####### 2021-ci il tarixli, ****-****** nömrəli “Barışıq Sazişi”nə əsasən birgə nikahdan olan uşaqları 14.04.20217-ci il təvəllüdlü X1 anası X2 yanında qalması və həmin uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün Maraqlı şəxs X2 hər ay 140 manat alimenti ödəməsi barədə üzərinə öhdəlik götürməsinin razılaşdırılması nəzərə alınması qərara alınmışdır.
3. Şəki Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qətnaməsi ilə (hakim Şəfəq Cəfərova) ərizəçi Ərizəçi onunla Maraqlı şəxs ilə aralarında bağlanmış, mediasiya prossesi nəticəsində ## ####### 2021-ci il tarixli, 2021- ****** nömrəli “Barışıq Sazişinin” 2.1.1-ci bəndinin (Maraqlı şəxs hər ayın ilk həftəsi ərzində X2, övladı X1 üçün hər ay 140 (yüz qırx) manat məbləğində aliment ödəyəcək və alimentin ödəmə tarixi 2021- ci ilin oktyabr ayından hesablanacaq) təsdiq edilməsi tələbinə dair ərizəsinin təmin edilməməsi, ödənilmiş dövlət rüsumunun ərizəçiyə aid edilməsi qət edilmişdir.
4. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Ailə Məcəlləsinin 7.1-ci maddəsinə, Mediasiya Haqqında Azərbaycan Respublikası Qanununun 26 və 34-cü maddələrinə istinad etmişdir.
5. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən aşağıda göstərilən sənədlərə istinad etmişdir: Mediasiya Şurası tərəfindən təsdiq edilmiş ##.##.2020-ci il tarixli, MŞŞ/MT***/****-****** nömrəli mediasiya prosesinə xitam verilməsi haqqında protokoldan görünür ki, mübahisənin tərəflərin qarşılıqlı razılaşması ilə həllinin mümkünsüzlüyü mediator tərəfindən müəyyən edilməsi ilə bağlı mediasiya prosesinə xitam verilmişdir. Maraqlı şəxs ilə X2 arasında bağlanmış ## ####### 2021-ci il tarixli “Barışıq Sazişi”nə əsasən onlar birgə nikahlarından olan uşaqları X1 anası X2 yanında qalması və həmin uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün Maraqlı şəxs X2 hər ayın ilk həftəsi ərzində hər ay 140 manat alimenti ödəməsi barədə üzərinə öhdəlik götürməsi barədə razılaşmışlar. Şəki Rayon Məhkəməsinin ## ###### 2021-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsinə əsasən Maraqlı şəxs ilə X2 arasında ##.##.2016-cı il tarixdə Şəki şəhər IHB-nin Böyük Dəhnə kənd IƏD-si üzrə nümayəndəliyində bağlanmış nikah haqqında qkt qeydləri kitabında 27 nömrə ilə qeyd edilmiş nikahın pozulması qət edilmiş, tərəflər arasında mediasiya qaydasında imzalanmış ## ####### 2021-ci il tarixli, ****-****** nömrəli “Barışıq Sazişi”nə əsasən birgə nikahdan olan uşaqları 14.04.20217-ci il təvəllüdlü X1 anası X2 yanında qalması və həmin uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün Maraqlı şəxs X2 hər ay 140 manat alimenti ödəməsi barədə üzərinə öhdəlik götürməsinin razılaşdırılması nəzərə alınması qərara alınmışdır.
6. Qətnаmədən nаrаzı qаlаn ərizəçi Ərizəçi аpellyаsiyа şikаyəti vermişdir.
Apellyasiya şikayətinin dəlilləri
7. Ərizəçi Ərizəçi apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, qətnamə çıxararkən maddi və prosessual hüquq normalarının tələblərini pozmuş, işin faktiki hallarını tam, obyektiv və hərtərəfli araşdırmamış, dəlillərimiz məhkəmə tərəfindən qəbul edilməmiş, qəbul edilməməsinin səbəbləri qətnamədə göstərilməmiş, sübutlar əlaqəli şəkildə qiymətləndirilməmiş, ziddiyyətli məqamlar aydınlaşıdırılmamış, qanunu səhv təfsir etmiş, tətbiq edilməli qanunu tətbiq etməmiş, nəticədə düzgün olmayan qətnamə qəbul etmişdir. Belə ki, Maraqlı şəxs ilə X2 arasında bağlanmış ## ####### 2021-ci il tarixli “Barışıq Sazişi”nə əsasən onlar birgə nikahlarından olan uşaqları X1 anası X2 yanında qalması və həmin uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün Maraqlı şəxs X2 hər ayın ilk həftəsi ərzində hər ay 140 manat alimenti ödəməsi barədə üzərinə öhdəlik götürməsi barədə razılaşmışlar. Şəki Rayon Məhkəməsinin ## ###### 2021-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsinə əsasən Maraqlı şəxs ilə X2 arasında ##.##.2016-cı il tarixdə Şəki şəhər IHB-nin Böyük Dəhnə kənd IƏD-si üzrə nümayəndəliyindəbağlanmış nikah haqqında akt qeydləri kitabında 27 nömrə ilə qeyd edilmiş nikahın pozulması qət edilmiş, tərəflər arasında mediasiya qaydasında imzalanmış ## ####### 2021-ci il tarixli, ****-****** nömrəli “Barışıq Sazişi”nə əsasən birgə nikahdan olan uşaqları14.04.20217-ci il təvəllüdlü X1 anasıX2 yanında qalması və həmin uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün Maraqlı şəxs X2 hər ay 140 manat alimenti ödəməsi barədə üzərinə öhdəlik götürməsinin razılaşdırılması nəzərə alınması qərara alınmışdır. Bundan sonra Maraqlı şəxs icra məmurunun dəfələrlə xəbərdarlıqlarından sonra hissəhissə aliment borcunu ödəmişdir. Axırıncı dəfə aliment borcunu barışıq sazişinin təsdiqi ilə bağlı tərəfindən məhkəməyə ərizə verilməsi barədə məlumatı olduqdan sonra ödəmişdir. Məhkəmə iclası zamanı məhkəməyə verdiyi izahatda da məhz Maraqlı şəxs borcunun olduğunu bildirmişdir. Maraqlı şəxs öz öhdəliklərini lazımi qaydada icra etməmişdir. Göründüyü kimi Maraqlı şəxs sözügedən barışıq sazişinin şərtlərinə əməl etməmiş, razılaşdırılmış aliment məbləğini vaxtında və lazımi qaydada ödəməmiş, üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmiş, nəticədə aliment borcu yaranmışdır. Məhkəmə tərəfindən isə həqiqətin üzə çıxarılması məqsədi ilə iş tam, obyektiv və hərtərəfli araşdırılmamış, maddi və prosessual hüquq normalarının tələbləri pozulmuş, nəticədə düzgün olmayan qətnamə çıxarılmışdır. Maraqlı şəxs “Mediasiya haqqında” Azərbaycan Respublikasının qanunnunda müəyyən edilmişmüddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən sazişi könüllü qaydada icra etmədiyinə baxmayaraq məhkəmə tərəfindən ərizəm qanunsuz və əsassız olaraq təmin edilməmişdir. Bundan başqa alimentin artırılması məqsədi ilə belə bir ərizənin verilməsi barədə mülki prosessual qanunvericilikdə imperativ şərtin mövcud olmaması ərizənin verilə bilməməsinə səbəb ola bilməz. Tutaq ki, qarşı tərəf razılaşdırılmış 140 manat alimenti hər ay vaxtı-vaxtında ödəyir. Hər il isə “Yaşayış minimumu” Azərbaycan Respublikasının Qanununa əsasən dəyişir. Belə olan halda hər il ölkə üzrə uşaqlarüçün yaşayış minimumu məbləğinin artmasına baxmayaraq tərəflər arasındakı bağlanmış saziş alimentin məbləğinin dəyişdirilməsinin qarşısını almış olur. Onda belə çıxır ki, azyaşlı uşaqlar 18 yaşına çatanadək hər ay hər uşaq üçün 5, 6 il qabaq və yaxud həmin dövr üçün qiymətləri və yaşayış minumumunu, xərcləri nəzərə alaraq razılaşdıqları həmin az aliment məbləği ilə yəni 130, 140 və s. manat eliment məbləği ilə kifayətlənməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Işlər üzrə Məhkəmə Kollegiyasının 28 dekabr2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” ## ### 2006-cı il tarixli qərarında göstərilir ki, “məhkəmə özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir.
8. Ona görə də, Şəki Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qətnaməsinin ləğv edilməsini və ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
9. Verilmiş apellyasiya şikayətinə qarşı etiraz verilməmişdir.
Məhkəmə icraatı iştirakçılarının izahatları
10. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq tərəflər məhkəməyə gəlməmişlər.
11. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
12. Azərbaycan Respublikası Ailə Məcəlləsi: 7-1-ci maddəsinə əsasən ailə münasibətlərindən irəli gələn mübahisələrin mediasiya vasitəsilə həlli “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 26- cı maddəsinə uyğun olaraq ailə münasibətlərindən irəli gələn mübahisələr mediasiya yolu ilə həll oluna bilər. Ailə münasibətlərindən irəli gələn mübahisələrlə bağlı məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur.
13. Mediasiya Haqqında Azərbaycan Respublikası Qanunu: 26.1-ci maddəsinə əsasən Ailə münasibətlərindən irəli gələn aşağıdakı mübahisələr bu Qanuna uyğun olaraq mediasiya vasitəsilə həll oluna bilər: 26.1.1. nikahın davam etdirilməsi şərtləri; 26.1.2. valideynlik hüquq və vəzifələrinin həyata keçirilməsi qaydası; 26.1.3. uşağın yaşayış yerinin müəyyən edilməsi; 26.1.4. uşağın və əmək qabiliyyəti olmayan digər ailə üzvlərinin saxlanılması qaydası; 26.1.5. ailə münasibətlərindən irəli gələn digər mübahisələr. 26.2. Nikah müqaviləsinə mediasiyaya dair şərtlər daxil edilə bilər. 34.2-ci maddəsinə əsasən barışıq sazişinin könüllü icrasından boyun qaçırma Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq barışıq sazişində müəyyən olunan məsuliyyətə səbəb olur. 34.3-cü maddəsinə əsasən əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər.
14. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 4.1-ci mаddəsinə əsаsən bütün fiziki və hüquqi şəxslər özlərinin qаnunlа qоrunаn hüquq və аzаdlıqlаrını, eləcə də mаrаqlаrını qоrumаq və təmin etmək məqsədi ilə qаnunlа müəyyən edilmiş qаydаdа məhkəmə müdаfiəsindən istifаdə etmək hüququnа mаlikdirlər. 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. 355-23.2-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. 355-25-ci maddəsinə əsasən barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. 355-26.1-ci maddəsinə əsasən məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: 355-26.1.1. barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; 355-26.1.2. barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. 355-26.2. Barışıq sazişinin bir hissəsinin təsdiq edilməsinə o hallarda yol verilir ki, təsdiq edilməsindən imtina edilən hissənin təsdiq edilən hissədən ayrılması mümkün olsun.
Apellyasiya baxışının hədləri
15. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
16. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il ## ####### tarixli, ** nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.
17. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” ## ####### 2020-ci il tarixli, **/**** nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilibmübahisələndirilmədiyinə diqqət yetirməlidilər.
18. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır.
19. Ona görə də, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.
20. Ərizəçi Ərizəçi Şəki Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qətnaməsinin tam ləğv edilməsini xahiş etdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam yoxlamışdır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
21. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
22. Belə ki, birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırmışdır ki, məhkəmə iclasında tədqiq olunuş sənədlərdən görünür ki Maraqlı şəxs ilə X2 arasında bağlanmış ## ####### 2021-ci il tarixli “Barışıq Sazişi”nə əsasən onlar birgə nikahlarından olan uşaqları X1 anası X2 yanında qalması və həmin uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün Maraqlı şəxs X2 hər ayın ilk həftəsi ərzində hər ay 140 manat alimenti ödəməsi barədə üzərinə öhdəlik götürməsi barədə razılaşmışlar. Ərizəçi məhkəmə iclasında verdiyi izahatında maraqlı şəxsin alimentlə bağlı barışıq sazişinin şərtlərinə əməl etdiyini, alimenti ödədiyini bildirmiş, lakin həmin razılıqla əldə edilmiş alimentin məbləği ilə razı olmadığını, alimentin artırılmasını istədiyini bildirmişdir. Beləliklə də, işin faktiki hallarından aydınn olur ki, barışıq sazişi üzrə maraqlı şəxs tərəfindən öhdəlik icra edildiyindən, barışıq sazişinin könüllü icrasından imtina olunmadığından həmin sazişin 2.1.1-ci bəndinin təsdiq edilməsi barədə iddia təmin edilməməlidir. Məhkəmə ərizəçinin alimentin artırılması ilə bağlı mövqeyinə münasibətdə bildirir ki, həmin tələbə barışıq sazişinin təsdiqi qaydasında məhkəmə tərəfindən baxıla, qiymət verilə bilməz. Göstərilənlərə əsasən ərizəçi Ərizəçi onunla Maraqlı şəxs ilə aralarında bağlanmış, mediasiya prossesi nəticəsində ## ####### 2021- ci il tarixli, ****-****** nömrəli “Barışıq Sazişinin” 2.1.1-ci bəndinin (Maraqlı şəxs hər ayın ilk həftəsi ərzində X2, övladı X1 üçün hər ay 140 (yüz qırx) manat məbləğində aliment ödəyəcək və alimentin ödəmə tarixi 2021-ci ilin oktyabr ayından hesablanacaq) təsdiq edilməsi tələbinə dair ərizəsi təmin edilməməlidir.
23. Apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verən məhkəmə kollegiyası hesab edir ki, şikayətin dəlilləri əsassızdır.
24. Belə ki, ərizəçi Ərizəçi birinci instansiya məhkəməsinin iclasında iştirak edərək ərizəsinin təmin olunmasını xahiş etmiş, sədrlik edənin sualına cavab olaraq bildirmişdir ki, iş üzrə maraqlı şəxs Maraqlı şəxs barışıq sazişinin 2.1.1-ci bəndi üzrə öhədliklərini yerinə yetirir, aliment pulunu ödəyir. Lakin o, həmin məbləğlə razı deyil, alimentin artırılmasını istəyir.
25. Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər.
26. Qeyd edilən maddənin tələbindən göründüyü kimi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi üçün barışıq sazişi könüllü qaydada icra edilməməsi və ya barışıq sazişinin könüllü icrasından imtina olunması halları mövcud olmalıdır.
27. Hazırki halda isə maraqlı şəxsin barışıq sazişini könüllü qaydada icra etməsi həm iş materialları həmdə ərizəçinin birinci instansiya məhkəməsinin iclasında verdiyi izahatı ilə öz təsdiqini tapır.
28. Məhkəmə kollegiyası hesab edir ki, barışıq sazişi könüllü qaydada icra edilməməsi və ya barışıq sazişinin könüllü icrasından imtina olunması halları mövcud olmadığından apellyasiya şikayətinin dəlilləri əsaslı sayıla, birincisi instansiya məhkəməsinin qətnaməsi isə həmin əsasla ləğv edilə bilməz.
29. Odur ki, birinci instansiya məhkəməsi işə baxarkən qanunvericiliyin tələblərini nəzərə alıb iş üzrə sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, MPM-in 14, 77, 88, 217 və 218-ci maddələrinin tələblərinə riayət edilmişdir.
30. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi iddianı rədd edərkən, düzgün nəticəyə gəldiyindən və qətnаmə həmin fаktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin ləğv edilməsi üçün əsаslаr olmаdığındаn, ərizəçi Ərizəçi tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Şəki Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
31. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403, 404 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Ərizəçi Ərizəçi tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməsin. Iş üzrə Şəki Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qətnaməsi verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən sаxlаnılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə Informasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.