Məhkəmə qərarları › İş №2(3-10)-478/2026

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(3-10)-478/2026

09.06.2026 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Şəki şəhəri İş № 2(3-10)-478/2026 09.06.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “əmlak, qızıl-zinət əşyası, habelə birgə nikah dövründə əldə edilmiş əmlakın bölünməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: apellyasiya şikayəti geri qaytarıldı, qüvvə) Hakim Isayev Elman Bəhruz oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Mehdiyev Elçin Məhəmməd oğlu və Musayev Taleh Valeh oğlundan ibarət tərkibdə, Isabəyli Ənvər Eldar oğlunun katibliyi ilə, Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “əmlak, qızıl-zinət əşyası, habelə birgə nikah dövründə əldə edilmiş əmlakın bölünməsi” tələbinə dair mülki iş üzrə Yevlax Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-**/**** nömrəli qərardadından iddiaçı İddiaçı tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “əmlak, qızıl-zinət əşyası, habelə birgə nikah dövründə əldə edilmiş əmlakın bölünməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Cavabdeh qiyməti 2680 manat olan, Rusiya istehsalı, 583 əyarlı, qızıl çəkisi 28 qram olan 1 ədəd “Mafioz” modelli qızıl boyunbağının və ya onun dəyərinin, qiyməti 650 manat olan, Türkiyə istehsalı, 585 əyarlı, qızıl çəkisi 4.2 qram olan 1 ədəd nazik qızıl boyunbağının və ya onun dəyərinin, qiyməti 4800 manat olan, Türkiyə istehsalı, 583 əyarlı, qızıl çəkisi 50 qram olan 1 ədəd qapaqlı qızıl saatın, qızıl qolbağın və ya onun dəyərinin, qiyməti 720 manat olan, Italiya istehsalı, 750 əyarlı, qızıl çəkisi 4.5 qram olan brilliant qaşlarla bəzədilmiş, tək qaş formasında 1 ədəd qızıl üzüyün və ya onun dəyərinin, qiyməti 550 manat olan, Rusiya istehsalı, 583 əyarlı 5 qram olan 1 ədədbarmaqcıl qızıl üzüyün və ya onun dəyərinin, qiyməti 1120 manat olan, Italiya istehsalı, 750 əyarlı 8.5 qram olan brilliant qaşlarla bəzədilmiş, gül formasında qızıl sırğa-üzük dəstinin və ya onun dəyərinin, qiyməti 390 manat olan, Rusiya istehsalı, 583 əyarlı 2.5 qram olan 1 ədəd qadın üçün qızıl üzüyün və ya onun dəyərinin, qiyməti 517 manat olan, Türkiyə istehsalı, 585 əyarlı 4.7 qram olan klonla birlikdə 1 ədəd boyunbağının və ya onun dəyərinin, qiyməti 260 manat olan, Türkiyə istehsalı, 585 əyarlı 2.5 qram olan klonla birlikdə 1 ədəd qızıl boyunbağının və ya onun dəyərinin, qiyməti 295 manat olan, Rusiya istehsalı, 583 əyarlı 2.8 qram olan 1 ədəd nazik qızıl boyunbağının və ya onun dəyərinin, qiyməti 600 manat olan, Türkiyə istehsalı, 1 ədəd qoşa çarpayının və ya onun dəyərinin, qiyməti 250 manat olan, Türkiyə istehsalı, 1 ədəd termonun və ya onun dəyərinin, habelə, qiyməti 150 manat olan, Türkiyə stehsalı 1 ədəd çilçırağın və yaxud da onun dəyərinin, qiyməti 650 manat olan, Türkiyə istehsalı 1 ədəd qaz sobasının və yaxud da onun dəyərinin, qiyməti 250 manat olan, Türkiyə istehsalı 1 ədəd mikrodalğalı sobanın və yaxud da onun dəyərinin, qiyməti 220 manat olan, Türkiyə istehsalı 1 ədəd aspiratorun və yaxud da onun dəyərinin, qiyməti 450 manat olan, Türkiyə istehsalı 5 gözlü 1 ədəd qaz sobasının və yaxud da onun dəyərinin, qiyməti 450 manat olan, Türkiyə istehsalı 1 dəst mətbəx üçün qab dəstinin və yaxud da onun dəyərinin, qiyməti 150 manat olan, Türkiyə istehsalı 1 ədəd elektrikli ət çəkən maşının və yaxud da onun dəyərinin, habelə ödənilmiş 135.46 manat dövlət rüsumunun və əmlakın qiymətləndirilməsi üçün mütəxəssisə ödənilən 300 manat rüsumun cavabdehdən alınaraq ona verilməsinə dair məhkəmə qətnaməsinin çıxarılmasını xahiş etmişdir. Yevlax Rayon Məhkəməsinin ## ######## 2025-ci il tarixli *(***)-**/**** saylı qətnaməsi ilə, cavabdeh Cavabdeh qiyməti 4800 manat olan, Türkiyə istehsalı, 583 əyarlı, qızıl çəkisi 50 qram olan 1 ədəd qapaqlı qızıl saatın, qızıl qolbağın, qiyməti 600 manat olan, Türkiyə istehsalı, 1 ədəd qoşa çarpayının, qiyməti 250 manat olan, Türkiyə istehsalı, 1 ədəd termonun, qiyməti 150 manat olan, Türkiyə istehsalı 1 ədəd çilçırağın, qiyməti 250 manat olan, Türkiyə istehsalı 1 ədəd mikrodalğalı sobanın, qiyməti 450 manat olan, Türkiyə istehsalı 1 dəst mətbəx üçün qab dəsti qiyməti 150 manat olan, Türkiyə istehsalı 1 ədəd elektrikli ət çəkən maşının, naturada, əmlak naturada olmadıqda əmlakın dəyəri və ödənilmiş 135.46 manat dövlət rüsumu, 150 manat qiymətləndirmə xərci və 50 manat mediasiya xərci alınaraq iddiaçıya verilməsi, cavabdeh Cavabdeh 50 manat ekspertiza xərci tutularaq Dövlət xəzinədarlığı Agentliyi; Kodu 210005; VÖEN 1401555071; Müxbir hesab AZ41NABZ01360100000000003944; SFIFT BIK CTREAZ22; Məhkəmə Ekspertizası Mərkəzi VÖEN 1700326621; Hesab AZ34CTRE00000000000002088501 hesaba ödənilməsi, iddia qalan hissədə rədd edilməsi qət edilmişdir. Qətnamədən iş üzrə iddiaçı İddiaçı nümayəndəsi və vəkili vəkil2 tərəfindən apellyasiya şikayəti verilmişdir. Yevlax Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli *(***)-**/**** saylı qərardadı ilə, iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “əmlak” tələbinə dair iş üzrə Yevlax Rayon Məhkəməsinin ## ######## 2025-ci il tarixli *(***)-**/**** saylı qətnaməsindən verilmiş apellyasiya şikayəti və ona əlavə edilmiş sənədlər iddiaçı İddiaçı qaytarılması, ## ###### 2025-ci il tarixli ********** saylı qəbzlə ödənilmiş 59 manat məbləğində dövlət rüsumunun İddiaçı qaytarılması qərara alınmışdır. Yevlax Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli *(***)-**/**** saylı qərardadından iddiaçı İddiaçı tərəfindən şikayət verilmişdir. Yevlax Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(***)-**/**** nömrəli qərardadı ilə şikayəti təmin edilməmiş və baxılması üçün işlə birlikdə Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. Işə Şəki Apellyasiya Məhkəməsində yazılı icraat qaydasında baxılmışdır. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdırıb hesab edir ki, şikayət təmin edilməməli, Yevlax Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-**/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırmışdır ki, iş materialları ilə müəyyən olunur ki, Yevlax Rayon Məhkəməsinin ## ######## 2025-ci il tarixli, *(***)-**/**** saylı qətnaməsi ## ######## 2025-ci il tarixdə “Elektron Məhkəmə Informasiya” sistemində yaradılmış elektron kabinetə yerləşdirilmiş, həmin gün iddiaçı özünə məxsus elektron kabinet vasitəsilə sözügedən qətnaməni almışdır (əsas: məhkəmə sənədlərinin proses iştirakçılarının Elektron kabinetinə yerləşdirilməsinə dair “AZEMIS” Elektron Məhkəmə Informasiya Sistemindən çıxarış). iddiaçı İddiaçı qətnamədən vermiş olduğu apellyasiya şikayəti ## ###### 2025-ci il tarixdə, yəni 1 ay 24 gün sonra elektron kabinet vasitəsilə məhkəməyə daxil olmuşdur. Bundan başqa apellyasiya şikayətinə əlavə edilmiş qəbzdən məlum olur ki, cavabdeh 135.46 manat dövlət rüsumunu Yevlax Rayon Məhkəməsinə müraciət etmək üçün ödəmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Azərbaycan Respublikası MPM-nin 130.1-ci maddəsinə görə qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Həmin Məcəllənin 130.3-cü maddəsinə görə prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. Həmin Məcəllənin 133.1-ci maddəsinə görə məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Həmin Məcəllənin 133.5-ci maddəsinə görə müddətin bərpasından imtina barədə qərardad çıxarılır. Həmin Məcəllənin 357.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Həmin Məcəllənin 360-cı maddəsinə görə məhkəmə qətnaməsindən apellyasiya şikayəti 01 (bir) ay müddətində verilə bilər. Həmin Məcəllənin 363.1.3-cü maddəsinin tələbinə görə apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən geri qaytarılır. Məhkəmə kollegiyası hesab edir ki, Yevlax Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-**/**** nömrəli qərardadı ilə mübahisənin prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Qərardadın ləğv edilməsinə hüquqi əsaslar yoxdur. Ona görə də, şikayət təmin edilməməli və iş üzrə Yevlax Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)- **/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 398.0.1-ci mаddəsinə əsаsən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Həmin Məcəllənin 400-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Göstərilənlərə əsаsən və Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 153, 263-264, 397-398, 400 və 402-ci mаddələrini rəhbər tutаrаq, məhkəmə kollegiyаsı QƏRARA ALDI: Iddiaçı İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməsin. Yevlax Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-**/**** nömrəli qərаrdаdı dəyişdirilmədən saxlanılsın. Qərаrdаd çıxarıldığı andan qаnuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar