Məhkəmə qərarları › İş №2(3-10)-501/2026

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-10)-501/2026

13.08.2026 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Şəki şəhəri İş № 2(3-10)-501/2026 13.08.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Ərizəçi Ərizəçi maraqlı şəxs Maraqlı şəxs qarşı “barışıq sazişinin təsdiq edilməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: “barışıq sazişinin təsdiq edilməsi”tələbi, qüvvə) Hakimlər X6 (sədrlik edən və məruzəçi), X1 və Musayev Taleh Valeh oğlundan ibarət tərkibdə, Isabəyli Ənvər Eldar oğlunun katibliyi, ərizəçi Ərizəçi və onun nümayəndəsi X8 iştirakları ilə, Ərizəçi Ərizəçi maraqlı şəxs Maraqlı şəxs qarşı “barışıq sazişinin təsdiq edilməsi” tələbinə dair ərizəsi üzrə Şəki Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qətnaməsindən maraqlı şəxs Maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi Işin halları

1. Ərizəçi Ərizəçi maraqlı şəxs Maraqlı şəxs qarşı ərizə ilə məhkəməyə müraciət edərək, Ərizəçi ilə Maraqlı şəxs Nağlı oğlu arasında ## ###### 2026-cıil tarixdə bağlanmış MŞŞ/MT- ***/****-***** nömrəli barışıq sazişinin 2.1-ci bəndinin (Maraqlı şəxs da ## ###### 2026-cı il tarixdən ilkin ödənişə başlamaqla 30 ay müddətində hər ay 500 (beş yüz) manat olmaqla Ərizəçi cəmi 15000 (on beş min) manat ödəməyi öz öhdəsinə götürür hissəsinin) təsdiq edilməsi, həmçinin ödənilmiş 100 manat dövlət rüsumunun, hüquqlarının müdafiəsi üçün vəkillə bağlanmış müqavilə üzrə ödənilmiş 300 (üç yüz) manat pulun Maraqlı şəxs Nağlı oğlundan tutularaq Ərizəçi ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Ərizə onunla əsaslandırmışdır ki, Ərizəçi ilə “xxxx” ASC arasında bağlanmış ## ###### 2024-cü il tarixli, GTKR*******B*** nömrəli kredit müqaviləsi əsasən “xxxx” ASC tərəfindən Ərizəçi 48 ay müddətinə ödənilmək şərti ilə illik 20,9 faizlə 17500 manat kredit verilmişdir. Ərizəçi da kreditə götürdüyü həmin pulu, yəni 17500 manatı tam şəkildə Maraqlı şəxs borc olaraq vermiş və bunun qarşılığında Maraqlı şəxs ## ###### 2024-cü il tarixli, GTKR*******B*** nömrəli kredit müqaviləsi üzrə Ərizəçi “xxxx” ASC qarşısında yaranmış öhdəlikləri tam şəkildə icra edəcəyini, yəni həmin kredit müqaviləsi üzrə aylıq ödənişləri vaxtı-vaxtında ödəməyi öz öhdəsinə görtürmüşdür. Lakin, sonradan Maraqlı şəxs həmin öhdəliklərini yerinə yetirə bilməmiş, ödənişlərdə gecikmələr olmuş və Ərizəçi həmin kredit müqaviləsi üzrə 15877,37 manat əsas borc və 1505,26 manat faiz borcu olmaqla, cəmi 17395 manat borcu qalmışdır. Bu gün Maraqlı şəxs həmin məbləğdən 6000 manat nəğd şəkildə Ərizəçi adından “xxxx” ASC-nə ödəmişdir. Həmin ödəniş edildikdən sonra Ərizəçi həmin kredit müqaviləsi üzrə bu günə, yəni ## ###### 2026-cı il tarixə 11395,66 manat əsas borcu qalmışdır. Dəfələrlə tələb edilməsinə baxmayaraq Maraqlı şəxs Ərizəçi olan borcunu ödəməkdən yayınmış, borcu ödəməmək üçün hər dəfə müxtəlif bəhanələr gətirmişdir. Daha sonra tərəflər arasında borcun ödənilməsi üçün müəyyən razılıq əldə edildiyindən həmin razılığın rəsmiləşdirilməsi üçün hər ikisi tərəfindən mediatora müraciət edilmişdir. Mediator X2 ## ###### 2026-cı il tarixdə təsdiq etdiyi MŞŞ/MT-***/****-***** nömrəli barışıq sazişi ilə “tərəflər ## ###### 2024-cü il tarixli, GTKR*******B*** nömrəli kredit müqaviləsi üzrə qalan bütün öhdəlikləri bu gündən sonra Ərizəçi özünün icra edəcəyi, bunun qarşılığında Maraqlı şəxs da ## ###### 2026-cı il tarixdən ilkin ödənişə başlamaqla 30 ay müddətində hər ay 500 (beş yüz) manat olmaqla Ərizəçi cəmi 15000 (on beş min) manat ödəməyi öz öhdəsinə götürməsi, bu sazişin şərtlərində göstərilən məbləğlərdən (ödənişlərdən) başqa Maraqlı şəxs və Ərizəçi bir-birilərinə qarşı hər hansı bir borcları qalmaması və bununla hər iki tərəf razı olması” barədə razılıqəldə edilmişdir. Lakin həmin tarixdən təxminən 2 aydançox keçməsinə baxmayaraq Maraqlı şəxshər ay 15000 manat pulun ödənilməsi üçünöhdəsinə götürdüyü hər ay 500 manat məbləği ödəməmiş, hər dəfə müxtəlif bəhanələr gətirmişdir. Ərizəçi dəfələrlə sonuncudan üzərinə götürdüyü öhdəliyi icra etməsini xahiş etsə də, hər-hansı bir müsbət nəticə əldə etməyim mümkün olmamışdır Ona görə də hazırkı ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar.

3. Şəki Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qətnaməsi ilə (hakim Kamran Musayev) ərizənin təmin edilməsi, ərizəçi Ərizəçi ilə maraqlı Maraqlı şəxs arasında bağlanmış ##.##.2026-cı il tarixli MŞŞ/MT-***/****-***** saylı barışıq sazişinin 2.1ci bəndinin təsdiq edilməsi, (2.1. Ərizəçi ilə “xxxx” ASC arasında bağlanmış ## ###### 2024-cü il tarixli, GTKR*******B*** nömrəli kredit müqaviləsinə əsasən “xxxx” ASC tərəfindən Ərizəçi 48 ay müddətinə ödənilmək şərti ilə illik 20.9 faizlə 17500 manat kredit verilmişdir. Ərizəçi da kreditlə götürdüyü həmin pulu, yəni 17500 manatı tam şəkildə Maraqlı şəxs borc olaraq vermiş və bunun qarşılığında Maraqlı şəxs ## ###### 2024-cü il tarixli, GTKR*******B*** nömrəli kredit müqaviləsi üzrə Ərizəçi “xxxx” ASC qarşısında yaranmış öhdəlikləri tam şəkildə icra edəcəyini, yəni həmin kredit müqaviləsi üzrə aylıq ödənişləri vaxtı-vaxtında ödəməyi öz öhdəsinə götürmüşdür. Lakin, sonradan Maraqlı şəxs həmin öhdəliklərini yerinə yetirə bilməmiş, ödənişlərdə gecikmələr olmuş və Ərizəçi həmin kredit müqaviləsi üzrə 15877,37 manat əsas borc və 1505,26 manat faiz borcu olmaqla, cəmi 17395 manat borcu qalmışdır. Bu gün Maraqlı şəxs həmin məbləğdən 6000 manat nəğd şəkildə Ərizəçi adından “xxxx” ASC-nə ödəmişdir. Həmin ödəniş edildikdən sonra Ərizəçi həmin kredit müqaviləsi üzrə bu günə, yəni ## ###### 2026-cı il tarixə 11395,66 manat əsas borcu qalmışdır. Hazırda tərəflər razılaşırlar ki, ## ###### 2024-cü il tarixli, GTKR*******B*** nömrəli kredit müqaviləsi üzrə qalan bütün öhdəlikləri bu gündən sonra Ərizəçi özü icra edəcəkdir. Bunun qarşılığında Maraqlı şəxs da ## ###### 2026-cı il tarixdən ilkin ödənişə başlamaqla 30 ay müddətində hər ay 500 (beş yüz) manat olmaqla Məmmədov Elçin Bayram oğluna cəmi 15000 (on beş min) manat ödəməyə razıdır.) maraqlı şəxs Maraqlı şəxs 100 (bir yüz) manat ödənilmiş dövlət rüsumunun əvəzi tutularaq ərizəçi Məmmədov Elçin Bayram oğluna ödənilməsi qət edilmişdir.

4. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən “Mediasiya haqqında” Qanunun 34.1ci və Mülki Prosessual Məcəllənin 355-ci maddələrinə istinad etmişdir.

5. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən aşağıda göstərilən sənədlərə istinad etmişdir: - ##.##.2026-cı il tarixli MŞŞ/MT-***/****-***** saylı barışıq sazişinin 2.1-ci bəndindən görünür ki, Ərizəçi ilə “xxxx” ASC arasında bağlanmış ## ###### 2024-cü il tarixli, GTKR*******B*** nömrəli kredit müqaviləsinə əsasən “xxxx” ASC tərəfindən Ərizəçi 48 ay müddətinə ödənilmək şərti ilə illik 20.9 faizlə 17500 manat kredit verilmişdir. Ərizəçi da kreditlə götürdüyü həmin pulu, yəni 17500 manatı tam şəkildə Maraqlı şəxs borc olaraq vermiş və bunun qarşılığında Maraqlı şəxs ## ###### 2024-cü il tarixli, GTKR*******B*** nömrəli kredit müqaviləsi üzrə Ərizəçi “xxxx” ASC qarşısında yaranmış öhdəlikləri tam şəkildə icra edəcəyini, yəni həmin kredit müqaviləsi üzrə aylıq ödənişləri vaxtı-vaxtında ödəməyi öz öhdəsinə götürmüşdür. Lakin, sonradan Maraqlı şəxs həmin öhdəliklərini yerinə yetirə bilməmiş, ödənişlərdə gecikmələr olmuş və Ərizəçi həmin kredit müqaviləsi üzrə 15877,37 manat əsas borc və 1505,26 manat faiz borcu olmaqla, cəmi 17395 manat borcu qalmışdır. Bu gün Maraqlı şəxs həmin məbləğdən 6000 manat nəğd şəkildə Ərizəçi adından “xxxx” ASC-nə ödəmişdir. Həmin ödəniş edildikdən sonra Ərizəçi həmin kredit müqaviləsi üzrə bu günə, yəni ## ###### 2026-cı il tarixə 11395,66 manat əsas borcu qalmışdır. Hazırda tərəflər razılaşırlar ki, ## ###### 2024-cü il tarixli, GTKR*******B*** nömrəli kredit müqaviləsi üzrə qalan bütün öhdəlikləri bu gündən sonra Ərizəçi özü icra edəcəkdir. Bunun qarşılığında Maraqlı şəxs da ## ###### 2026-cı il tarixdən ilkin ödənişə başlamaqla 30 ay müddətində hər ay 500 (beş yüz) manat olmaqla Ərizəçi cəmi 15000 (on beş min) manat ödəməyi öz öhdəsinə götürür. - ##.##.2026-cı il tarixli, ********** saylı qəbzə əsasən ərizəçi tərəfinən hazırkı ərizə ilə məhkəməyə müraciət etmək üçün 100 manat dövlət rüsumu ödənilmişdir.

6. Qətnаmədən nаrаzı qаlаn maraqlı şəxs Maraqlı şəxs аpellyаsiyа şikаyəti vermişdir.

Apellyasiya şikayətinin dəlilləri

7. Maraqlı şəxs Maraqlı şəxs apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, mediator X2 ## ###### 2026-cı il tarixdə təsdiq etdiyi MŞŞ/MT-***/****-***** nömrəli barışıq sazişi qanunvericiliyə zidd bağlanmışdır. Çünki tərəflərin fikrini soruşmamış, hüquqlarını izah etməmişdir. Iddiaçı tərəf və vəkili ona təsir edərək və onu hədələyərək mediasiya təşkilatına gətirmişlər və həmin təşkilatda mətnini oxumadan ona imza etdirmişdir. Iddiaçının vəkili sənədlərə ona qol çəkdirirdi. Halbuki, bu hüquq mediatora məxsusdur. Bu cür müqavilənin bağlanması qanunvericiliyə ziddir. Qanunvericiliyə zidd olan müqavilənin də təsdiqlənməsi düzgün deyildir. Mediator qərəzli olmuş, bir tərəfin mənafeyini digər tərəfdən üstün tutmuşdur. Onların söhbətində bu qədər, yəni 15000 manat borcun olmasına razılaşmamışlar. Çünki o, pulların xeyli hissəsini iddiaçıya şəxsən əlbəəl ödəmişdir. Lakin ona göstərilmədən və ona deyilmədən sazişə 15000 manat yazılmış və bu yazını da ona oxutmadan imzalatmışlar. Onun həmin şəxsə 15000 manat borcu yoxdur. Bu mübahisə barışıq sazişi ilə yox, məhkəmə mübahisəsi ilə araşdırılmalıdır. Iddiaçı tələsik barışıq sazişini məhkəməyə təqdim edərək təsdiqlətməyə nail olmuşdur. Halbuki, məhkəmə də işi birtərəfli araşdırmışdır. Onun iştirakı təmin edilməmiş, məhkəmə icraatı dayandırmalı idi. Çünki o, hərbi toplanışa çağrılmışdı. Məhkəməyə gələ bilməzdi. Apellyasiya məhkəməsində iş yenidən araşdırılmalıdır. Qətnamədən narazıdır. Belə ki, qətnamə hüquqlarını pozmuşdur. Ona görə də sözügedən qətnamədən apellyasiya şikayəti verir. Hesab edir ki, həmin qətnamə əsassız olduğundan ləğv olunmalıdır. Məhkəmə barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir. Görünən odur ki, məhkəmə barışıq sazişini təsdiq etməməli idi. Çünki qanunvericiliyin tələblərini zidd barışıq sazişidir. Əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Onun isə heç bir öhdəliyim yoxdur və olada bilməz. Məhkəmənin qətnaməsi qanuni və əsaslı deyildir. Hesab edir ki, apellyasiya şikayəti təmin olunmalıdır. Məhkəmə ərizəyə baxılması barədə işdə maraqlı olan şəxslərə məlumat verir, lakin həmin şəxslərin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. Işdə maraqlı olan şəxslər üzrlü səbəblərdən gəlmədiyi hallarda, məhkəmə işin baxılmasını təxirə salır. Məhkəmə onun hərbi toplanışla bağlı çağrılmağını nəzərə almamışdır. Məhkəmə iş üzrə olan sübutları düzgün tədqiq etməmişdir. Çünki məhkəmə ərizəçi tərəfin sübutlarını qəbul etsə də tam olmadığını bildirməmiş natamam sübutlarla işə baxaraq əsassız qətnamə çıxarmışdır. Ümumuyyətlə hər hansı bir möhtəbər sübuta istinad etməmişdir. Iddiaçının təqdim etdiyi sübutlar möhtəbər sübut hesab edilə bilməz. Işdə olan sübutlar və təqdim edəcəyi yeni sübutlar apellyasiya məhkəməsində araşdırılmalıdır.

8. Ona görə də, Şəki Rayon Məhkəməsinin e-*(*-***)-***/**** saylı ##.##.2026-cı il tarixli qətnaməsi ləğv edilməsini, iş üzrə yeni qətnamə qəbul edilməsini və Ərizəçi Ərizəçi maraqlı şəxs Maraqlı şəxs qarşı “barışıq sazişinin təsdiq edilməsinə” dair ərizəsinin təmin edilməməsini xahiş etmişdir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

9. Verilmiş apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

10. Işə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq maraqlı şəxs Maraqlı şəxs məhkəmə kollegiyasının iclasına gəlməmişdir.

11. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti üzrə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi.

12. Məhkəmə kollegiyasının iclasında iştirak edən ərizəçi Ərizəçi və onun nümayəndəsi X8 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini və Şəki Rayon Məhkəməsinin e-*(*-***)- ***/**** saylı ##.##.2026-cı il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər.

Tətbiq edilən hüquq

13. “Mediasiya haqqında” Qanun: 34.1-ci maddəsinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır.

14. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. 355-23.2-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. 355-24-cü maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. 355-25.1-ci maddəsinə əsasən barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. 355-25.2-ci maddəsinə əsasən məhkəmə ərizəyə baxılması barədə işdə maraqlı olan şəxslərə məlumat verir, lakin həmin şəxslərin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. Işdə maraqlı olan şəxslər üzrlü səbəblərdən gəlmədiyi hallarda, məhkəmə işin baxılmasını təxirə salır. 355-25.3-cü maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. 355-25.4-cü maddəsinə əsasən qətnamənin surəti bu Məcəllənin 227.3cü maddəsinə uyğun olaraq tərəflərə verilir. 355-26.1-ci maddəsinə əsasən məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: 355-26.1.1. barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; 355-26.1.2. barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. 355-26.2-ci maddəsinə əsasən barışıq sazişinin bir hissəsinin təsdiq edilməsinə o hallarda yol verilir ki, təsdiq edilməsindən imtina edilən hissənin təsdiq edilən hissədən ayrılması mümkün olsun. 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.1-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpellyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər. 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri

15. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

16. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il ## ####### tarixli, ** nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.

17. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” ## ####### 2020-ci il tarixli, **/**** nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər.

18. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır.

19. Ona görə də, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.

20. Maraqlı şəxs Maraqlı şəxs Şəki Rayon Məhkəməsinin e-*(*-***)-***/**** saylı ##.##.2026-cı il tarixli qətnaməsinin tam ləğv edilməsini xahiş etdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam yoxlamışdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

21. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

22. Belə ki, birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırmışdır ki, barışıq sazişinin təsdiq edilməsi xahiş olunan hissəsi maraqlı şəxs Maraqlı şəxs tərəfindən “Mediasiya haqqında” Qanunun 34.1-ci maddəsində nəzərdə tutulmuş müddət – 10 gün ərzində icra edilməmişdir. Göstərilənlərə və qeyd olunan qanunvericilik normalarına əsasən məhkəmə hesab etmişdir ki, tərəflər arasında imzalanmış barışıq sazişinin 2.1-ci bəndi təsdiq edilməsi barədə ərizə əsaslıdır və təmin edilməlidir.

23. Maraqlı şəxs Maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə hüquqi qiymət verən məhkəmə kollegiyası hesab edir ki, şikayətin dəlilləri əsassızdır. 24.Belə ki, MPM-in 55-26.1-ci maddəsinə əsasən məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: 55-26.1.1. barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; 355-26.1.2. barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda.

25. Göründüyü kimi barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edilməsi üçün hər hansı hal mövcud deyildir.

26. Bundan başqa apellyatorun şikayətində qeyd etdiyi iddiaçı tərəfin və vəkilinin ona təsir edərək və onu hədələyərək mediasiya təşkilatına gətirmələri və həmin təşkilatda mətnini oxumadan ona imza etdirmələrinə dair dəlilinə hüquqi qiymət verən məhkəmə kollegiyası hesab edir ki, şikayətin həmin dəlili də əsassızdır.

27. Belə ki, cavabdeh şikayətində qeyd etdiyi halları təsdiq edən hər hansı sübut təqdim etməmiş və buna görə də məhkəmə kollegiyası hesab edir ki, şikayətin dəlilləri formal xarakter daşıyır və bu səbəbdən təmin edilə bilməz.

28. Odur ki, birinci instansiya məhkəməsi işə baxarkən qanunvericiliyin tələblərini nəzərə alıb iş üzrə sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, MPM-in 14, 77, 88, 217 və 218-ci maddələrinin tələblərinə riayət edilmişdir.

29. Avropa Insan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa Insan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).

30. Bu baxımdan işin hallarına nəzər salındıqda görünür ki, birinci instansiyası məhkəməsi tərəfindən qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddia tələbi ilə bağlı məsələlər lazımi qaydada araşdırılmışdır. Birinci instansiyası məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Odur ki, birinci instansiyası məhkəməsinin qətnaməsində ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

31. Məhkəmə kollegiyası bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan birinci instansiyası məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və iddiaçının dəlillərinə qanunvericiliyə uyğun hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Məhkəmə kollegiyası birinci instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.

32. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi iddianı təmin edərkən, düzgün nəticəyə gəldiyindən və qətnаmə həmin fаktlаr nöqteyinəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin ləğv edilməsi üçün əsаslаr olmаdığındаn, maraqlı şəxs Maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Şəki Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

33. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403, 404 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qət etdi:

Maraqlı şəxs Maraqlı şəxs tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməsin. Iş üzrə Şəki Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qətnaməsi verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən sаxlаnılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə Informasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməzsə, qəbul edildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar