Azərbaycan Respublikası adından Qərardad Şəki şəhəri İş № 2(3-10)-619/2026 10.07.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “əmlakın qaytarılması” tələbinə dair mülki iş üzrə (Açar sözlər: Apellyasiya icraatına xitam) Hakimlər Musayev Taleh Valeh oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Mehdiyev Elçin Məhəmməd oğlundan ibarət tərkibdə, X2 oğlunun katibliyi ilə İddiaçı İddiaçı оğlunun cavabdeh Cavabdeh оğluna qarşı əmlakın qaytarılması tələbinə dаir mülki iş üzrə Göyçay Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(***)- ****/**** nömrəli qərardadından cavabdeh Cavabdeh tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, müəyyən etdi: İşin halları: İddiaçı İddiaçı оğlu cavabdeh Cavabdeh оğluna qarşı «əmlakın qaytarılması» tələbinə dаir iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Cavabdeh qanunsuz sahibliyində olan Hyundai İ30 minik markalı **-XG-*** dövlət qeydiyyat nişanlı avtomobilin cavabdehdən geri qaytarılması bаrədə qətnаmə çıхаrılmаsını хаhiş etmişdir. Cavabdeh Cavabdeh nümayəndəsi (vəkili) Vəkil iddiaçı İddiaçı qarşı qаrşılıqlı iddiа ərizəsi ilə məhkəməyə müraciət edərək, ilkin iddianın rədd edilməsi və Hyundai İ30 minik markalı 77- XG-512 dövlət qeydiyyat nişanlı avtomobilin iddiaçı Cavabdeh satılmasına dair əqdin etibarlı sayılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat Göyçay Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli qərardadı ilə cavabdeh Cavabdeh nümayəndəsi (vəkili) Vəkil iddiaçı İddiaçı qarşı “ilkin iddianın rədd edilməsi və Hyundai İ30 minik markalı **-XG-*** dövlət qeydiyyat nişanlı avtomobilin iddiaçı Cavabdeh satılmasına dair əqdin etibarlı sayılması” tələbinə dаir qаrşılıqlı iddia ərizəsinin cavabdeh Cavabdeh nümayəndəsi (vəkili) Vəkil qaytarılması qərara alınmışdır. Cavabdeh Cavabdeh qeyd olunan qərardadın dəlilləri ilə razılaşmayaraq şikayət vermişdir. Göyçay Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli *(***)-****/**** nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün işlə birlikdə Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. Apellyasiya instansiyası məhkəməsindəki icraat Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları İşə Şəki Apelyasiya Məhkəməsində yazılı icraat qaydasında baxılmışdır. Cavabdeh Cavabdeh nümayəndəsi və vəkili Vəkil Sirac oğlu məhkəmə kollegiyasına göndərdiyi ərizəsində Göyçay Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(***)- ****/**** nömrəli qərardadından verdiyi şikayətindən imtina etdiyini göstərmiş və şikayət üzrə apellyasiya icraatına xitam verilməsini xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 369.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxsin apellyasiya şikayətindən imtina etməsi birinci instansiya məhkəməsi qətnaməsinin qanuni qüvvəyə minməsinə səbəb olur. 369.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti verən şəxs apellyasiya instansiyası məhkəməsində qətnamə qəbul edilənə kimi yazılı formada ondan imtina edə bilər. 369.3-ci maddəsinə əsasən, məhkəmə bu Məcəllənin 191-ci maddəsində nəzərdə tutulan əsaslar olduqda şikayətdən imtinanı rədd edə və işə apellyasiya qaydasında baxa bilər. 369.4-ci maddəsinə əsasən, şikayətdən imtinanın qəbul edilməsi haqqında məhkəmə qərardad qəbul edir və bu qərardadla apellyasiya şikayətindən imtina etmiş şəxslərə münasibətdə apellyasiya icraatına xitam verir. 402.2-ci maddəsinin tələbinə görə Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; . iş üzrə icraata xitam verilməsi barədə; bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında və birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında qərardaddan kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası təqdim olunmuş sənədləri, o cümlədən cavabdehin nümayəndəsinin şikayətindən imtinasına dair ərizəsini iş materialları ilə birlikdə əlaqəli şəkildə nəzərdən keçirərək belə qənaətə gəlir ki, şikayətdən imtina qəbul edilməli və iş üzrə apellyasiya icraatına xitam verilməlidir. Belə ki, yuxarıda sadalanan mülki prosessual qanunvericilik normalarından bu nəticəyə gəlmək olur ki, mülki məhkəmə icraatında tərəflər dispozitivlik prinsipindən çıxış edərək öz pozulmuş hüquqlarının müdafiəsinin zəruriliyi məsələsini özləri həll edirlər. Tərəflərin öz maddi hüquqları üzərində sərəncam vermək imkanları saxlanılır. Prosesin gedişində tərəflər mübahisə predmetinə dair öz mövqelərini müəyyən dərəcədə dəqiqləşdirə və ya ümumiyyətlə mübahisədən imtina edə bilərlər. Sadalanan mülki prosessual qanunvericiliyin tələblərindən göründüyü kimi, apellyasiya şikayəti verən şəxs həm də apellyasiya şikayətindən imtina etmək hüququna malikdir və bu şikayət vermiş şəxsin birtərəfli iradə ifadəsidir. Yəni apellyasiya şikayəti vermiş şəxs işdə iştirak edən digər şəxslərin buna münasibətindən asılı olmayaraq apellyasiya şikayətindən imtina edə bilər. Lakin apellyasiya şikayətindən imtina qanuna zidd olmamalı və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmamalıdır. Həm də apellyasiya şikayətindən imtina üçün apellyasiya şikayəti verən şəxsin yazılı ərizəsi yetərli hesab olunmur, bunun üçün şikayətdən imtinanın məhkəmə tərəfindən qəbul edilməsi tələb olunur. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin nümayəndəsinin şikayətindən imtinası onun sərbəst iradə ifadəsini əks etdirir, şikayətdən imtina qanuna zidd deyil, eləcə də digər şəxslərin qanunla qorunan hüquq və mənafelərini pozmur. Ona görə də şikayətdən imtina qəbul edilməli və apellyasiya icraatına xitam verilməlidir Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261-264, 369, 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh Cavabdeh nümayəndəsi və vəkili Vəkil Sirac oğlunun şikayətdən imtinası qəbul edilsin. İddiaçı İddiaçı оğlunun cavabdeh Cavabdeh оğluna qarşı əmlakın qaytarılması tələbinə dаir mülki iş üzrə Göyçay Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(***)- ****/**** nömrəli qərardadından cavabdeh Cavabdeh nümayəndəsi və vəkili Vəkil Sirac oğlu tərəfindən verilmiş şikayət üzrə apellyasiya icraatına xitam verilsin. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(3-10)-619/2026
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(3-10)-619/2026
10.07.2026 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver