Məhkəmə qərarları › İş №2(3-10)-97/2026

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-10)-97/2026

07.04.2026 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Şəki şəhəri İş № 2(3-10)-97/2026 07.04.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI X5 maraqlı şəxs X6 qarşı "mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi" tələbinə dair mülki iş üzrə (Açar sözlər: mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiqi) Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X7 (sədrlik edən və məruzəçi), X1 və Musayev Taleh Valeh oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X2 oğlunun katibliyi ilə, X5, Ərizəçinin nümayəndəsi və vəkili X4 iştirakları ilə, X5 maraqlı şəxs X6 qarşı "mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi" tələbinə dair mülki iş üzrə Qəbələ Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsindən X5 tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İşin halları

1. X5 maraqlı şəxs X6 qarşı mediasiya prosesi nəticəsində bağlanmış Barışıq sazişinin məcburi icra olunması üçün təsdiq edilməsi tələbi barədə ərizə verərək aralarında mediasiya prosesində bağlanmış ## ###### 2024- cü il tarixli MŞQ/MT***-****-*** nömrəli Barışıq sazişinin “xxxx” ASC-dən götürülmüş kreditin 4100,0 manat məbləğində qalığının X6 tərəfindən ##.##.2024-cü il tarixədək ödənilməsi barədə 5-ci bəndinin məcburi icra olunması üçün təsdiq edilməsini xahiş etmişdir.

Birinci instansiya məhkəməsində icraat:

2. X5 izahatında göstərmişdir ki, X6 ilə birlikdə nikahın pozulması, uşaq, aliment, əmlak tələbi və kredit borcunun ödənilməsinin təmin edilməsi tələbi üzrə keçirilmiş mediasiya prosesində X6 birgə nikahdan doğulmuş ##.##.2022-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanmasından ötrü ayda 120,0 manat məbləğində aliment ödəməsi və birgə nikah dövründə “xxxx” ASC-dən götürülmüş kreditin 4100,0 manat məbləğində qalığını ##.##.2024-cü il tarixədək ödənilməsi barədə Barışıq sazişi bağlanmışdır. X6 “xxxx” ASCdən götürülmüş kreditin 4100,0 manat məbləğində qalığından indiyədək heç bir ödəniş etməyərək Barışıq sazişini üzrə öhdəliyini icra etməmişdir. Ona görə də, ## ###### 2024cü il tarixli MŞQ/MT***-****-*** nömrəli Barışıq sazişinin “xxxx” ASC-dən götürülmüş kreditin 4100,0 manat məbləğində qalığının X6 tərəfindən ##.##.2024-cü il tarixədək ödənilməsi barədə 5-ci bəndinin məcburi icra olunması üçün təsdiq edilməsi haqqında ərizə vermişdir.

3. X5 nümayəndəsi X4 təmsil etdiyi şəxsin izahatında göstərilən xüsusatları eyni ilə təsdiq etmişdir.

4. Qəbələ Rayon Məhkəməsinin (hakim Ü.Qənbərov) ## ###### 2025-ci il tarixli, e- *(***)-****/**** nömrəli qətnaməsi ilə ərizənin təmin edilməməsi, X5 ilə X6 arasında mediasiya prosesində bağlanmış ## ###### 2024-cü il tarixli MŞQ/MT***-****-*** nömrəli Barışıq sazişinin məcburi icra olunması üçün təsdiq edilməsindən imtina edilməsi qət edilmişdir.

Gəldiyi nəticəni isə aşağıdakılarla əsaslandırmışdır;

5. Məhkəmə qeyd etmişdir ki, “Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” AR Ali Məhkəməsi Plenumunun ## #### 2024-cü il tarixli */**** nömrəli Qərarının 6.39-cu bəndində izah edilir ki, ər-arvadın ümumi öhdəliklərinin bölünməsi qaydalarına istinadla kredit müqaviləsi üzrə tərəf olan ərin (arvadın) kreditor (kreditorlar) qarşısında icra edilməmiş öhdəliyinin arvaddan (ərdən) alınaraq, ona verilməsinin qanuni və müqavilə əsası yoxdur. Lakin kredit müqaviləsi üzrə tərəf olan ərin (arvadın) nikah münasibətlərinə faktiki xitam verildikdən və ya nikah rəsmi pozulduqdan sonra kredit müqaviləsi üzrə öhdəliklərin qalan hissəsini ayrıca vəsaiti hesabına tam və ya qismən ödədiyi müəyyən edilərsə, məhkəmə ödənilmiş məbləğin ümumi öhdəlikdəki paya uyğun hissəsinin ərdən (arvaddan) tutularaq, qarşı tərəfə ödənilməsi barədə iddianı təmin edə bilər.

6. AR Ali Məhkəməsi Plenumunun qeyd olunan qərarında ifadə olunan mövqeynə əsaslanaraq məhkəmə hesab etmişdir ki, X8 birgə nikah dövründə bağlanmış kredit müqaviləsi üzrə kreditor Bank qarşısında icra edilməmiş öhdəliyin X6 üzərinə qoyulması haqqında tələbinin qanuni əsası yoxdur. Ona görə də, X8 ilə X6 arasında mediasiya prosesində bağlanmış ## ###### 2024-cü il tarixli MŞQ/MT***-****-*** nömrəli Barışıq sazişi məcburi icra olunması üçün təsdiq edilə bilməz.

7. Həmçinin birinci instansiya məhkəməsi gəldiyi nəticəni “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 3.1.2, 33.1.5, 33.3, 34.3, 34.4, 34.5-cü maddələrinə, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36.1-ci maddəsinə, Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” AR Ali Məhkəməsi Plenumunun ## #### 2024-cü il tarixli */**** nömrəli Qərarının 6.39-cu bəndinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri

a)Apellyasiya şikayətinin dəlilləri

8. Qətnamədən narazı qalan X5 apellyasiya şikayəti vermişdir.

9. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## #### 2024-cü il tarixli */**** nömrəli Qərarının 6.39-cu bəndi, “Mediasiya haqqında” Azərbaycan RespublikasıQanununun 3.1.2-ci maddəsinə əsasən ailə münasibətlərindən irəli gələn mübahisələr üzrə mediasiya tətbiq edilir. Qeyd edilən maddi hüquq norması və digər normalar məhkəmə tərəfindən düzgün tətbiq olunmamışdır. Ərizəçinin birgə nikah dövründə “xxxx” ASC-dən götürdükləri kreditin 4100,0 manat məbləğində qalığın maraqlı şəxs tərəfindən ##.##.2024-cü il tarixədək ödəməsi barədə mediasiya təşkilatında barışıq sazişi ilə razılaşmışlar. Qəbələ Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli e-*(***)-****/**** nömrəli qətnaməsində isə həmin fakt nəzərə alınmadan qanunsuz və əsassız qətnamə qəbul olunmuşdur. Belə ki, məhkəmə heç bir araşdırma aparmamış, ərizəçinin maraqlı şəxsin əvəzinə xeyli miqdarda ödəniş etdiyini və qalıq məbləğin də tam ödənilməsinə razı olduğunu nəzərə almamışdır. Qətnamə qəbul olunduqdan sonra ərizəçi həmin qalıq məbləği də tam ödəmişdir. Lakin məhkəmə onun münasibətini, hüququnu və mənafeyini nəzərə almamışdır.

10. Mülki Prosessual Məcəllənin 14.2-ci, 77.1-ci, 217.3-cü və 217.4-cü maddələrinin tələbinə məhkəmə tərəfindən əməl edilməmişdir. Qeyd edilən prosessual normalarda açıqaşkar göstərilir ki, hər bir tərəf istinad etdiyi halları sübut etməlidir və qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

11. Lakin məhkəmə onun münasibətini, hüququnu və mənafeyini nəzərə almamışdır. Məhkəmə iş üzrə tam və hərtərəfli araşdırma aparmamış, ərizəçinin tələbinə düzgün hüquqi qiymət verməmişdir.

12. Məhkəmə qeyd edilən maddələrin tələbinə əməl etməli olduğu halda heç bir zərurət və əsas olmadığı halda eyni hüquq normalarına əsaslanaraq qanunsuz əsassız və ədalətsiz qətnamə qəbul etmişdir.

13. Məhkəmə yalnız qeyd edilən mülahizələrə əsaslanaraq sözügedən qanunsuz və əsassız qətnaməni qəbul etmişdir. Ərizəçinin tələbi və etdiyi ödənişlər məhkəmə tərəfindən nəzərə alınmamışdır. Ərizəçinin nə qədər ödəniş etdiyi, nə qədər borcun qaldığı, həmin ödənişlərdən ərizəçiyə maraqlı şəxs tərəfindən hansı məbləğin qaytarıldığı və digər hallar məhkəmə tərəfindən araşdırılmamışdır.

14. Məhkəmə ərizəçinin barışıq sazişinin bağlanması barədə qeyd etdiklərinə də hüquqi qiymət verməmişdir.

15. Məhkəmə yalnız mülahizələrlə kifayətlənmiş, işin tam araşdırılması üçün şərait yaratmamışdır.

16. Odur ki, apellyasiya şikayətinin təmin olunması, Qəbələ Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli e-*(***)-****/**** nömrəli qətnamənin tam ləğv edilməsi və ərizənin təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

b)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

17. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

18. Məhkəmə kollegiyasının iclasında iştirak edən X5 apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir.

19. Məhkəmə kollegiyasının iclasında iştirak edən X5 nümayəndəsi və vəkili X4 apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir.

20. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak etmiş maraqlı şəxs X6 apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsi, Qəbələ Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli e-*(***)-****/**** nömrəli qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

21. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, maraqlı şəxs X6 iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

22. Mediasiya Haqqında Azərbaycan Respublikası Qanunun; 33.3-cü maddəsinə əsasən barışıq sazişi qanuna və bu Qanunun 3.3-cü maddəsinin birinci cümləsinin müddəalarına zidd olmamalıdır. 3.3-cü maddəsinə əsasən, Bu Qanunun 3.1-ci maddəsində nəzərdə tutulan mübahisələr mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunduqda belə mübahisələr üzrə mediasiya keçirilə bilməz. Həmin hallar aşkar edildikdə mediator (mediasiya təşkilatı), tərəflər və ya onlardan biri həmin mübahisələr üzrə mediasiya prosesindən imtina edirlər. 34.1-ci maddəsinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. 34.2-ci maddəsinə əsasən barışıq sazişinin könüllü icrasından boyun qaçırma Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq barışıq sazişində müəyyən olunan məsuliyyətə səbəb olur. 34.3-cü maddəsinə əsasən əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. 34.4-cü maddəsinə əsasən barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). 34.5-ci maddəsinə əsasən barışıq sazişi bu Qanunun 33.3-cü maddəsinə zidd olduqda, onun təsdiq edilməsindən imtina olunur.

23. “Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” AR Ali Məhkəməsi Plenumunun ## #### 2024-cü il tarixli */**** nömrəli Qərarının;

6.39-cu bəndinə əsasən ər-arvadın ümumi öhdəliklərinin bölünməsi qaydalarına istinadla kredit müqaviləsi üzrə tərəf olan ərin (arvadın) kreditor (kreditorlar) qarşısında icra edilməmiş öhdəliyinin arvaddan (ərdən) alınaraq, ona verilməsinin qanuni və müqavilə əsası yoxdur. Lakin kredit müqaviləsi üzrə tərəf olan ərin (arvadın) nikah münasibətlərinə faktiki xitam verildikdən və ya nikah rəsmi pozulduqdan sonra kredit müqaviləsi üzrə öhdəliklərin qalan hissəsini ayrıca vəsaiti hesabına tam və ya qismən ödədiyi müəyyən edilərsə, məhkəmə ödənilmiş məbləğin ümumi öhdəlikdəki paya uyğun hissəsinin ərdən (arvaddan) tutularaq, qarşı tərəfə ödənilməsi barədə iddianı təmin edə bilər. Tərəflərin ümumi əmlak üzərində payları daha əvvəl müəyyən edilmədiyi halda, işə baxan məhkəmə öhdəliklərdəki payları bərabər bölməli, iş üzrə Ailə Məcəlləsinin 37.2-ci maddəsində sadalanan şərtlər mövcud olduqda isə kredit müqaviləsi üzrə tərəf olan ərin (arvadın) icra etdiyi öhdəliklər üzrə tərəflərin paylarını qeyri-bərabər bölə bilər.

24. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 305.1.17-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə məhkəmə xüsusi icraat qaydasında baxır. 306.2-ci maddəsinə əsasən Xüsusi icraat işləri ərizəçilər tərəfindən qaldırılır, ərizəçinin və maraqlı şəxsin iştirakı ilə məhkəmədə baxılır. 355-23.1-ci maddəsinə əsasən Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. 355-24-cü maddəsinə əsasən Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. 355-25.1-ci maddəsinə əsasən barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. 355-25.3-cü maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. 355-26-cı maddəsinə əsasən məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: 355-26.1.1. barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; 355-26.1.2. barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. 355-26.2. Barışıq sazişinin bir hissəsinin təsdiq edilməsinə o hallarda yol verilir ki, təsdiq edilməsindən imtina edilən hissənin təsdiq edilən hissədən ayrılması mümkün olsun. 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 402.1.-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri

25. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

26. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

27. Ərizəçi apellyasiya şikayətində Qəbələ Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli e-*(***)-****/**** nömrəli qətnamənin tam ləğv edilməsini, ərizənin təmin olunmasını xahiş etdiyindən kollegiya Qəbələ Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, e- *(***)-****/**** nömrəli qətnaməsinin tam həcmdə yoxlanılmasını vacib hesab edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

28. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə tam, hərtərəfli və obyektiv araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından düzgün əsaslandırmış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə almışdır.

29. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il ## ###### tarixli, ** nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.

30. Kollegiyanın iclasında müəyyən edilmişdir ki, X5 ilə maraqlı şəxs X6 nikahlarını ## #### 2018-ci il tarixdə rəsmi qaydada qeyd etdirməklə ailə qurmuşlar. Onların birgə nikahlarından ##.##.2022-ci il tarixdə bir övladları anadan olmuşdur. Sonradan tərəflərin ailə münasibətləri pisləşmiş və ##.##.2024-cü il tarixdə tərəflər arasında mediasiya qaydasında ailə münasibətlərinin xitamı istiqamətində barışıq sazişi imzalanmışdır. Həmin barışıq sazişinin 5-ci bəndində X6 Bankdan alınmış kreditin qalıq qalan 4100 manat borcunu ## #### 2024-cü il tarixədək tam ödəməyi öhdəsinə götürmüşdür. Qəbələ Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli e-*(***)-***/**** nömrəli qətnaməsi ilə tərəflər arasında bağlanmış nikah pozulmuş, lakinxxxx ASC-dən X5 adına götürülmüş kreditin qalıq hissəsi hazırkı mübahisəyə dair Qəbələ Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, e-*(***)- ****/**** nömrəli qətnaməsinin qəbul edilməsindən sonra ərizəçi Firuzə Qayıblı tərəfindən ödənilmişdir. Ərizəçi tərəfindən ərizədə göstərilən tələb müdafiə edilmiş, maraqlı şəxs ərizədə göstərilən tələbə etiraz etmişdir.

31. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, apellyasiya şikayəti əsassızdır.

32. Belə ki, məhkəmə kollegiyası apellyasiya şikayətinin ərizəçinin birgə nikah dövründə “xxxx” ASC-dən götürdükləri kreditin 4100,0 manat məbləğində qalığının maraqlı şəxs tərəfindən ##.##.2024-cü il tarixədək ödəməsi barədə mediasiya təşkilatında barışıq sazişi ilə razılaşmaları, məhkəmənin heç bir araşdırma aparmaması, ərizəçinin maraqlı şəxsin əvəzinə xeyli miqdarda ödəniş etdiyini və qalıq məbləğin də tam ödənilməsinə razı olduğunu nəzərə almaması, ərizəçinin tələbinin və etdiyi ödənişlərin məhkəmə tərəfindən nəzərə alınmaması, ərizəçinin nə qədər ödəniş etdiyi, nə qədər borcunun qaldığı, həmin ödənişlərdən ərizəçiyə maraqlı şəxs tərəfindən hansı məbləğin qaytarıldığı və digər halların məhkəmə tərəfindən araşdırılmamasına dair dəlillərinə münasibətdə qeyd edir ki, işdə olan, tərəflər arasında ## ###### 2024-cü il tarixdə mediasiya qaydasında bağlanmış MŞQ/MT***- ****-*** nömrəli Barışıq sazişininin 5-ci bəndindən görünür ki, X11 ilə X6 razılaşmışlar ki, X6 “xxxx” ASC-dən alınmış kreditin qalıq qalan 4100,0 manat borcunu ## #### 2024-cü il tarixinədək tam ödəyəcəkdir.

33. “Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## #### 2024-cü il tarixli */**** nömrəli Qərarının 6.37-ci bəndində qeyd edilmişdir ki, həmçinin nəzərə alınmalıdır ki, ümumi öhdəlikdə payların müəyyən olunması zamanı borclunun əvəz edilməsi həyata keçirilmir. Belə ki, Mülki Məcəllənin 522-ci maddəsinə (öhdəliklərin verilməsi əsasları və qaydası) müvafiq olaraq öhdəlik üçüncü şəxsə yalnız kreditorla (kreditorlar) müqaviləyə əsasən verilə bilər. Əgər borclu ilə öhdəliyin üçüncü şəxsə veriləcəyi barədə razılaşma əldə edilərsə, bu, yalnız kreditorun (kreditorların) icazəsi ilə etibarlı olur. Digər tərəfdən kredit təşkilatları məhz borcalan qismində müraciət etmiş şəxsin şəxsiyyətini, maddi imkanlarını, ödəmə qabiliyyətini nəzərə alaraq, həmin şəxslə kredit hüquq münasibətlərinə daxil olduğundan kreditorun iradəsinə zidd olaraq borclunun dəyişdirilməsi kreditorun (kreditorların) mənafelərinə uyğun olmamaqla, onun öz risklərini idarə etmək imkanlarına ciddi təsir edə bilər.

34. Həmin Qərarın 6.38-ci bəndinə əsasən bu baxımdan oxşar mübahisələr üzrə ərarvadın üçüncü şəxslər qarşısında ümumi öhdəliklərinin müəyyən edilməsi heç bir halda kreditorun (kreditorların) razılığı olmadan kredit müqavilələrinin şərtlərinin, o cümlədən kredit müqaviləsi üzrə borcluların və ya onların öhdəliklərinin dəyişməsi kimi başa düşülməməli və mübahisələr bu qaydada həll edilməməlidir.

35. Göründüyü kimi tərəflər arasında ## ###### 2024-cü il tarixdə mediasiya qaydasında barışıq sazişi bağlanarkən X8 ilə “xxxx” ASC arasında X8 bank qarşısındakı öhdəliklərinin X6 veriləcəyi barədə razılaşma mövcud olmamış, lakin mediasiya qaydasında barışıq sazişi imzalanarkən saziş tərəfləri və mediator bu halı diqqətə almamaqla mediasiya prosesində iştiraka cəlb edilməyən bankın hüquqlarına toxunan bir barışıq sazişini imzalamışlar.

36. Məhkəmə kollegiyası apellyasiya şikayətinin qətnamə qəbul olunduqdan sonra ərizəçinin həmin qalıq məbləği də tam ödəməsinə dair dəlilinə münasibətdə qeyd edir ki, tərəflər arasında ## ###### 2024-cü il tarixdə mediasiya qaydasında bağlanmış barışıq sazişinin 5-ci bəndi qanunvericiliyin tələblərinə uyğun olmasa da, bu hal X8 birgə nikah münasibətləri dövründə götürülmüş kreditin ailə münasibətlərinin kəsilməsindən sonra ödənilmiş hissəsinin X6 qarşı məhkəmədə ümumi qaydada iddia qaldırmaqla tələb etməsi imkanlarını istisna etmir.

37. Məhkəmə kollegiyası apellyasiya şikayətinin maddi hüquq norması və digər normaların məhkəmə tərəfindən düzgün tətbiq olunmaması, Mülki Prosessual Məcəllənin 14.2-ci, 77.1-ci, 217.3-cü və 217.4-cü maddələrinin tələbinə məhkəmə tərəfindən əməl edilməməsi, məhkəmənin iş üzrə tam və hərtərəfli araşdırma aparmamasına dair dəlillərini əsaslı hesab etməyərək qeyd edir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır. Məhkəmə işin hallarını tam, hərtərəfli və obyektiv araşdırmış, müəyyən edilmiş hallara uyğun olaraq tərəflər arasındakı münasibətlər üzrə düzgün nəticəyə gəlmiş, iş üzrə gəlinən nəticə işin həqiqi hallarına uyğun olmaqla iş materiallarında olan sübutları MPM-in 88-ci maddəsinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirmişdir.

38. Apellyasiya şikayətində göstərilənlər isə əsassızdır, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, qətnamənin ərizəçinin apellyasiya şikayətinə münasibətdə ləğv edilməsi üçün əsas yoxdur. Ona görə də X5 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Qəbələ Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsi X5 apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır.

39. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384, 385, 392, 393, 402-403 və 400-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:

X5 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Qəbələ Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsi X5 apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar