Məhkəmə qərarları › İş №2(3-6)-1101/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-6)-1101/2026

12.05.2026 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(3-6)-1101/2026 12.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Ərizəçi Ərizəçi maraqlı şəxs * saylı Bakı "ASAN Xidmət” Mərkəzi rayon Qeydiyyat şöbəsi olmaqla şəxsin ölmüş hesab edilməsi barədə ərizəsinə dair iş üzrə Açar sözlər: (“şəxsin ölmüş hesab edilməsi”) hakimlər X15 (sədrliyi və məruzəsi ilə), Abbasova Günel Məhərrəm qızı və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Ağalı Leyla Rasim qızının katibliyi, ərizəçi Ərizəçi və onun nümayəndəsi vəkil Vəkil iştirakı ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(***)-****/**** saylı işi üzrə ## ###### 2025-ci il tarixli qətnaməsindən ərizəçi Ərizəçi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Işin halları və iş üzrə məhkəmə icraat(lar)ı

1. Ərizəçi şəxsin ölmüş hesab edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Əliyev Ağabala (Ağababa) Mirzə Murad oğlunun məhkəmə qaydasında ölmüş hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə belə əsaslandırılmışdır ki, Bakı şəhəri, Səbail rayonu, 1-ci Qəsr döngəsi, ** nömrəli fərdi yaşayış evi Soltan Nurulla qızının mülkiyyətində olmuşdur. Bu şəxs ##.##.1942-ci ildə vəfat etmişdir. Bakı şəhəri asamal Rayon Məhkəməsinin 27.10.202-ci il tarixli ****/**** nömrəli qətnaməsinə əsasən Əliyev Ağabala (Ağababa) Mirzə Murad oğlunun Əliyeva Soltan (Sultan) Nurulla qızının övladı (oğlu) olması faktının müəyyən edilməsi qət edilmişdir. Əliyev Ağabala (Ağababa) Mirzə Murad oğlunun arvadı X9r. X9 Ağabala Əliyeva ilə nikahdan olmayan övladı X1 ##.##.1994-cü il tarixdə ölmüşdür. X1 anası X9 1996-cı il tarixdə ölmüşdür. AR Milli Arxiv Idarəsi tərəfindən verilmiş arayışdan görünür ki, X1 anası X25r. Bakı şəhəri * saylı ASAN xidməti tərəfindən verilmiş arayışdan da görünür ki, Ərizəçih qızının atası X13, anası X2r. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının *(***)-****/**** nömrəli ##.##.2024-cü il tarixli qətnaməsi ilə iddiaçı Ərizəçi cavabdehlər Azərbaycan Respublikası iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin * saylı Bakı Ərazi Idarəsinə, X6 və Bakı şəhəri * saylı Asan Xidmət mərkəzinin notariat ofisinə qarşı (X4 və X5 mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) şəhadətnamənin etibarsız hesab edilməsi, miras əmlak üzərində payların müəyyən edilməsi tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli, e-2(004)- ****/**** nömrəli qətnaməsindən iddiaçı Ərizəçi tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq iddiaçı Ərizəçi apellyasiya şikayəti qismən təmin edilərək Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli, e- 2(004)- ****/**** nömrəli qətnaməsi ləğv edilmiş iş üzrə yeni qətnamə çıxarılmış, iddia qismən təmin edilərək * saylı Bakı "ASAN xidmət” mərkəzində Notariat ofisinin xüsusi notariusu X7 tərəfindən reyestrdə 2V-58 qeydi ilə müəyyən olunan ##.##.2023-cü il tarixli X3 X20 etibarsız hesab edilmiş və onun əsasında cavabdeh X6 ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin hissəsi üzərində mülkiyyət hüququnu təsdiq edən çıxarış (mülkiyyət hüququ haqqında qeyd) ləğv edilmişdir. X6 mübahisəli əmlakdan ^ hissədə irs almaq hüququ verən ##.##.2023-cü il tarixli X3 X20 etibarsızdır. Həmin şəhadətnamədə qeyd edilən əmlakın Soltan Nurulla qızından (X8) miras qaldığı göstərilmişdir. Halbuki, əmlakın onun mülkiyyətində qalması bu məzmunda şəhadətnamənin verilməsi üçün əsas ola bilməz. Artıq müəyyən edildiyi kimi, bu əmlak onun ölümündən sonra faktiki olaraq oğlu Əliyev Ağabala (Ağababa) Mirzə Murad oğlu tərəfindən qəbul edilmişdir. Nəzərə alınmalıdır ki, X6 Ağabala (Ağababa) Mirzə Murad oğlunun nəticəsidir (onun qızı Pikəxanımın oğlu olan Rafiqin qızıdır). iddiaçı isə Əliyev Ağabala (Ağababa) Mirzə Murad oğlunun arvadı olmuş Balacaxanımın qızı Zivərin qızıdır. Bu baxımdan iddiaçı hazırki şəhadətnamənin mübahisələndirilməsi üçün subyektiv hüquqa malikdir. Hər bir halda, iddiaçı hazırki iddianı qaldırmaq üçün, cavabdehin mübahisələndirilən şəhadətnamənin alınması üçün müraciət edib, onu almaq qədər hüquqa malikdir. Hazırki iddianın qaldırılması üçün də Mülki Məcəllə ilə müəyyən edilmiş müddətləri ötürməmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və işin hallarına istinadən ilk növbədə qeyd etməyi zəruri hesab etmişdir ki, mübahisə predmetini təşkil edən Bakı şəhəri, Səbail rayonu, 1-ci Qəsr döngəsində yerləşən ** saylı fərdi yaşayış evi Soltan Nurulla qızının (X8) mülkiyyətində olmuşdur. Bu şəxs ##.##.1942-ci il tarixdə vəfat etmiş və bundan sonra ondan miras qalmış bu əmlak pay həmin vaxt qüvvədə olan qanunvericiliyin (1923-cü ildə qüvvəyə minmiş və 1965-ci il tarixədək qüvvədə olan Mülki Məcəllənin) tələbinə uyğun olaraq faktiki olaraq onun oğlu Əliyev Ağabala (Ağababa) Mirzə Murad oğlu tərəfindən qəbul olunmuşdur. Bu şəxsin Soltan Nurulla (X8) qızının övladı (oğlu) olması faktı Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin qanuni qüvvəsini almış ##.##.2022-ci il tarixli, 2(004)- ****/**** nömrəli qətnaməsi ilə müəyyən edilmişdir. Bununla belə Soltan Nurulla (X8) qızından miras qalmış əmlakı həmin vaxt bu əmlakda yaşayan onun oğlu Əliyev Ağabala (Ağababa) Mirzə Murad oğlu faktiki olaraq qəbul etmiş və həmin ünvanda həyat yoldaşı Balacaxanım, onun başqa nikahdan olan qızı Zivər, habelə onunla birgə nikahdan doğulmuş Pikəxanım və Şəfiqə ilə birlikdə yaşamağa davam etmişdir. Ondan başqa Soltan Nurulla qızının (X8) hər hansı başqa vərəsəsinin olduğu müəyyən edilmir. Lakin bu şəxsin ölməsi (tarixi, yeri, şəraiti, səbəbi və sair) barədə nəinki hər hansı sənəd, ümumiyyətlə məlumat yoxdur. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin yuxarıda göstərilən qətnaməsi ilə də bununla bağlı hər hansı hal müəyyən edilməmişdir. Məhz bu şəxs barəsində zəruri məlumatların olmaması səbəbindən onun Soltan Nurulla (X8) qızının oğlu olması faktı həmin qətnamə ilə müəyyən edilmişdir. Onun məhkəmə tərəfindən ölmüş elan edilməsi də müəyyən edilmir. Bu baxımdan istər ##.##.1965-ci il tarixdə qüvəyə minmiş və ##.##.2000-ci il tarixədək qüvvədə olan Azərbaycan SSR-nin Mülki Məcəlləsinin, istərsə də hazırda qüvvədə olan Mülki Məcəllənin tələbləri baxımından ona məxsus olan əmlaka, yəni hazırda mübahisələndirilən fərdi yaşayış evinə dair miras açılmamışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ##.##.2024-cü il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi qanuni qüvvəsini almışdır.

2. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(***)-****/**** saylı işi üzrə ##.##.2025-ci il tarixli qətnaməsi ilə ərizə təmin olunmamışdır. Qətnamədə Azərbaycan SSR Mülki Məcəlləsinin (1964-cü il) 21-ci maddəsinə; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 41.1, 41.2, 41.3cü; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.1, 14.2, 77.1, 119, 217.1, 305.1, 305.1.2, 313-cü maddələrinə; Insan Hüquqları üzrə Avropa Məhkəməsi "Mahmudov Rusiya Federasiyasına qarşı” iş üzrə ##.##.2007-ci il tarixli Qərarına istinadən qeyd edilmişdir ki, ərizəçinin tələbi Əliyev Ağabala (Ağababa) Mirzə Murad oğlunun məhkəmə qaydasında ölmüş hesab edilməsi barədədir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2022-ci il tarixli, 2(004)- ****/**** nömrəli qətnaməsindən görünür ki, Əliyev Ağabala (Ağababa) Mirzə Murad oğlunun Əliyeva Soltan (Sultan) Nurulla qızının övladı olması faktı müyyən edilmişdir. Ərizəçinin bildirdiyinə görə, Ağabala (Ağababa) Əliyev onun nənəsinin əri olmuş, ərizəçinin anası isə bu nikahdan yox, digər nikahdan doğulmuşdur. Yəni, ərizəçi Ağabala (Ağababa) Əliyevin arvadı olmuş Balacaxanımın qızı Zivəri qızıdır. Bu baxımdan, hazırkı ərizənin təmin edilməsinin ərizəçiyə hansı məqsədlər üçün lazım olduğu müəyyən edilmir. MPM-in 313-cü maddəsinin tələblərinə əsasən ərizədə şəxsi xəbərsiz itkin düşmüş hesab etməyin və onun ölmüş elan edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu göstərilməli, habelə şəxsin xəbərsiz itkin düşməsini təsdiq edən hallar, yaxud xəbərsiz itkin düşənin ölüm təhlükəsi qarşısında olmasını və ya onun müəyyən bədbəxt hadisədən həlak olmasını güman etməyə əsas verən hallar şərh edilməlidir. Hərbi əməliyyatlar zamanı hərbi qulluqçuların və ya digər şəxslərin xəbərsiz itkin düşməsi barədə ərizədə hərbi əməliyyatın qurtardığı vaxt göstərilməlidir. Ərizədə Ağabala (Ağababa) Əliyevin anası Əliyeva Soltan (Sultan) Nurulla qızından miras qalmış əmlaka dair bir sıra faktiki hallar sadalansa da ərizəçinin birbaşa mirasdan irs almaq niyyəti və s. şərh edilməmişdir. Digər tərəfdən, istər 1964-ci il tarixli Mülki Məcəllədə, istərsə də 2000-ci il tarixli və hazırda qüvvədə olan Mülki Məcəllədə şəxsin daimi yaşadığı yerdə onun harada olması barədə məlumat olmaması (Məcəllələrdə müvafiq olaraq 3 il və 5 il ərzində) şəxsin ölmüş elan edilməsi üçün ilkin əsas olaraq təsbit edilmişdir. Hazırkı halda isə şəxsin daimi yaşayış yeri üzrə onun harada olması barədə məlumatların olmaması yönündə hər hansı sübut təqdim edilməmişdir. Məhkəmə qeyd edir ki, məhkəmə tədqiqatının tamlığı mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən və mübahisənin mahiyyətinə aid olan materialların və faktların tədqiqi ilə təmin olunur. Bu kontekstdə mülki mühakimə icraatı qaydasında baxılan mübahisələrdə tərəflərin iştirakı dispozitivlik prinsipinə söykənir. Dispozitivlik prinsipi isə formal həqiqət prinsipinə əsaslanır. Belə ki, MPM-in 14.2-ci maddəsi məhkəməyə öz təşəbbüsü ilə hər hansı sübutu işə əlavə etməyi və araşdırmağı qadağan etmişdir. Eyni Məcəllənin 77.1-ci maddəsində sübutetmə vəzifəsinin ümumi qaydalara əsasən işdə iştirak edən şəxslərin üzərinə qoyulması mülki mühakimə icraatının çəkişmə və tərəflərin bərabərliyi prinsipindən doğur. Tərəflərin hər biri bu qaydadan istifadə edərək öz tələb və etirazlarının əsaslılığını sübut etməlidir. Sübutların qiymətləndirilməsi isə hüquqi proses olub, iş üzrə toplanmış sübutetmə materiallarının qanunun tələblərinə uyğunluğunun, tamlığının, işə aidliyinin, mümkünlüyünün, obyektivliyinin, hərtərəfliliyinin, mötəbərliyinin müəyyən edilməsini və onların əsasında düzgün nəticəyə gəlinməsini ehtiva edir. Sübutların qiymətləndirilməsi prosesi sübutların qəbul edildiyi və araşdırıldığı bütün icraat gedişində həyata keçirilir. Bu prosesdə sübutun məzmununu təşkil edən dəlillər və faktlar qiymətləndirilməlidir. Sübut o halda mötəbər hesab edilir ki, yoxlama nəticəsində onun məzmununu təşkil edən məlumatların həqiqətə uyğun olduğu, habelə bu sübutun qanunun bütün formal tələblərinə cavab verdiyi müəyyən edilsin. Heç bir sübutun əvvəlcədən sübutetmə qüvvəsi yoxdur. Ən mötəbər mənbədən alınmış sübuta da araşdırılıb, digər sübutlarla müqayisə edilərək, məcmu halda qiymət verilməlidir. Insan Hüquqları üzrə Avropa Məhkəməsi "Mahmudov Rusiya Federasiyasına qarşı” iş üzrə ##.##.2007-ci il tarixli qərarında qeyd etmişdir ki, Konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq "affirmanti non neganti incumbit probatio” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan, həmçinin təkzibolunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Beləliklə, məhkəmə hesab edir ki, yuxarıda qeyd edilənlərə əsasən ərizə təmin edilməməlidir. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri:

3. Ərizəçi Ərizəçi apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, ərizəçinin babası Əliyev Ağabala (Ağababa) Mirzə Murad oğlunun məhkəmə qaydasında ölmüş hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayətdə Azərbaycan Respublikası Konstitusiyasınnı 71, 129; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 41.1, 416.1.1; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9, 9.3, 14.2, 77.1, 78.2, 87, 88, 217.2, 217.4, 220.4-cü maddələrinə; “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ##### 2019-cu il tarixli, ** saylı qərarının 9.5-ci bəndinə istinadən qeyd edilmişdir ki, Əliyev Ağabala (Ağababa) Mirzə Murad oğlunun arvadı X9r. X9 Ağabala Əliyeva ilə nikahdan olmayan övladı X1 ##.##.1994-cü il tarixdə ölmüşdür. X1 anası X9 1996-cı il tarixdə ölmüşdür. AR Milli Arxiv Idarəsi tərəfindən verilmiş arayışdan görünür ki, X1 anası X25r. Bakı şəhəri * saylı ASAN xidməti tərəfindən verilmiş arayışdan da görünür ki, Ərizəçih qızının atası X13, anası X2. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi *(***)-****/**** saylı ##.##.2025-ci il tarixli qətnaməsi ilə, ərizəçi Ərizəçi maraqlı şəxs * saylı Bakı “ASAN Xidmət” Mərkəzi rayon Qeydiyyat şöbəsi olmaqla şəxsin ölmüş hesab edilməsi barədə ərizəsinin təmin edilməməsini qət etmişdir. Məhkəmənin müyyən edərək gəldiyi nəticəni qəbul etməyərək aşağıdakı halları qeyd edir. Hakim öz əsaslandırmasını subyektiv mülahizəyə əsaslanaraq qeyd edir ki, ərizəçinin bildirdiyinə görə, Ağabala (Ağababa) Əliyev onun nənəsinin əri olmuş, ərizəçinin anası isə bu nikahdan yox, digər nikahdan doğulmuşdur. Bu baxımdan, hazırkı ərizənin təmin edilməsinin ərizəçiyə hansı məqsədlər üçün lazım olduğu müəyyən edilmir. Ərizədə Ağabala (Ağababa) Əliyevin anası Əliyeva Soltan (Sultan) Nurulla qızından miras qalmış əmlaka dair bir sıra faktiki hallar sadalansa da, ərizəçinin birbaşa mirasdan irs almaq niyyəti və s. şərh edilməmişdir. Digər tərəfdən, istər 1964-ci il tarixli Mülki Məcəllədə, istərsə də 2000-ci il tarixli və hazırda qüvvədə olan Mülki Məcəllədə şəxsin daimi yaşadığı yerdə onun harada olması barədə məlumat olmaması (Məcəllələrdə müvafiq olaraq 3 il və 5 il ərzində) şəxsin ölmüş elan edilməsinin ilkin əsas olaraq təsbit edilmişdir. Hazırkı halda isə şəxsin daimi yaşayış yeri üzrə onun harada olması barədə məlumatların olmaması yönündə hər hansı sübut təqdim edilməmişdir. Hakimin bu əsaslandırılmasının iş materiallarına əlavə edilmiş Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının *(***)-****/**** saylı, ##.##.2024-cü il tarixli qətnaməsi ilə müəyyən edilən hallarla ziddiyət təşkil edir. Iddiaçı Ərizəçi cavabdehlər Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin * saylı Bakı Ərazi Idarəsinə, X6 və Bakı şəhəri * saylı Asan Xidmət mərkəzinin notariat ofisinə qarşı (X11 və X5 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “şəhadətnamənin etibarsız hesab edilməsi, miras əmlak üzərində payların müəyyən edilməsi” tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsindən iddiaçı Ərizəçi tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilərək qətnamə ləğv edilmiş, iş üzrə yeni qətnamə çıxarılmış, iddia qismən təmin edilərək * saylı Bakı "ASAN xidmət" mərkəzində Notariat ofisinin xüsusi notariusu X7 reyestrdə 2V-58 qeydi ilə müəyyən olunan ##.##.2023-cü il tarixli X3 X20 etibarsız hesab edilmiş və onun əsasında cavabdeh X6 ünvan 1 anında yerləşən fərdi yaşayış evinin V hissəsi üzərində mülkiyyət hüququnu təsdiq edən arayış (mülkiyyət hüququ haqqında qeyd) ləğv edilmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və işin hallarına istinadən ilk növbədə qeyd etməyi zəruri hesab etmişdir ki, mübahisə predmetini təşkil edən Bakı şəhəri, Səbail rayonu, 1-ci Qəsr döngəsində yerləşən ** saylı fərdi yaşayış evi Soltan Nurulla qızının (X8) mülkiyyətində olmuşdur. Bu şəxs ##.##.1942-ci il tarixdə vəfat etmiş və bundan sonra ondan miras qalmış bu əmlak pay həmin vaxt qüvvədə olan qanunvericiliyin (1923-cü ildə qüvvəyə minmiş və 1965-ci il tarixədək qüvvədə olan Mülki Məcəllənin) tələbinə uyğun olaraq faktiki olaraq onun oğlu Əliyev Ağabala (Ağababa) Mirzə Murad oğlu tərəfindən qəbul olunmuşdur. Bu şəxsin Soltan Nurulla (X8) qızının övladı (oğlu) olması faktı Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin qanuni qüvvəsini almış ##.##.2022-ci il tarixli, 2(004)- **/**** saylı qətnaməsi ilə müəyyən edilmişdir. Bununla belə Soltan Nurulla (X8) qızından miras qalmış əmlakı həmin əmlakda yaşayan onun oğlu Əliyev Ağabala (Ağababa) Mirzə Murad oğlu faktiki olaraq qəbul etmiş və həmin ünvanda həyat yoldaşı Balacaxanım, onun başqa nikahdan olan qızı Zivər, habelə onunla birgə nikahdan doğulmuş Pikəxanım və Şəfiqə ilə birlikdə yaşamağa davam etmişdir. Ondan başqa Soltan Nurulla qızının (X8) hər hansı başqa vərəsəsinin olduğu müəyyən edilmir. Lakin bu şəxsin ölməsi (tarixi, yeri, şəraiti, səbəbi və sair) barədə nəinki hər hansı sənəd, ümumiyyətlə məlumat yoxdur. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin yuxarıda götərilən qətnaməsi ilə də bununla bağlı hər hansı hal müəyyən edilməmişdir. Məhz bu şəxs barəsində məlumatların olmaması səbəbindən onun Soltan Nurulla (X8) nın oğlu olması faktı həmin qətnamə ilə müəyyən edilmişdir. Onun məhkəmə tərəfindən ölmüş elan edilməsi də müəyyən edilmir. Hakimin Bakı şəhəri Yasamal Rayon Polis Idarəsinə X37 barəsində göndərdiyi sorğuya cavab gəlmədən yekun məhkəmə aktının qəbul edilməsi qətnamənin obyektivliyini şübhə altına alır. Məlum məsələdir ki, hazırkı tələb üzrə mötəbər sübutlar yalnız dövlət orqanları tərəfindən təqdim oluna bilər və həmin sübutlar artıq məhkəmənin sərəncamında olmaqla iş materiallarına əlavə edilmişdir. Məhkəmənin ərizənin təmin edilməməsi barədə gəldiyi nəticə nə işin müəyyən olunmuş hallarına, nə qanunvericiliyin müddəalarına, nə də vahid məhkəmə təcrübəsinə uyğun hesab oluna bilməz. Yasamal rayon məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, babasının ölmüş elan edilməsinin ərizəçiyə vərəsəlik məsələsinin həlli üçün lazım olduğu ərizədə göstərilməmişdir. Ərizədə açıq şəkildə ifadə olunur ki, ərizəçinin məqsədi X8 ölümündən sonra faktiki olaraq oğlu (ərizəçinin babası ) Əliyev Ağabala (Ağababa) Mirzə Muradoğlu tərəfindən qəbul edilmişdir. Digər tərəfdən, Mülki Məcəllənin 41.1-ci maddəsinin mənasına görə əgər şəxsin yaşayış yerində onun harada olması barədə beş il ərzində məlumat olmazsa, habelə o, ölüm təhlükəsi törədən və ya hansısa bədbəxt hadisədən həlak olduğunu güman etməyə əsas verən şəraitdə xəbərsiz itkin düşərsə və ondan altı ay ərzində xəbər çıxmazsa, o məhkəmə qaydasında ölmüş elan edilə bilər. Göründüyü kimi mülki qanunvericilikdə şəxsin ölmüş elan edilməsinin şərtləri dəqiq müəyyən edilib göstərilib və şəxs məhkəmə qaydasında o halda ölmüş elan edilə bilər ki, birincisi, şəxsin yaşayış yerində onun harada olması barədə beş il ərzində məlumat olmasın. Hazırkı iş üzrə ərizəçi, babası Əliyev Ağabala (Ağababa) Mirzə Murad oğlunun ölmüş elan edilməsi ilə bağlı Mülki Məcəllənin 41.1ci maddəsinin tələblərinə istinad edərək, həmin normada müəyyən olunmuş şərtin ödənildiyini bildirir. Həmin normada isə göstərilir ki, şəxsin yaşayış yerində onun harada olması barədə beş il ərzində məlumat olmadıqda, o maraqlı şəxsin ərizəsinə əsasən məhkəmə qaydasında ölmüş elan edilə bilər. Işdən görünür ki, ərizəçinin babasının yaşayış yerində onun harada olması barədə nəinki beş il ərzində, artıq altmış ildən çoxdur ki, heç bir məlumat yoxdur. Yəni, şəxsin yaşayış yerində onun harada olması barədə beş il ərzində məlumat olmazsa, məhkəmə onu ölmüş elan edə bilər. Bu halda şəxsin ölümünü güman etməyə başqa əsaslar tələb olunmur. Eyni hüquqi mövqe “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ##### 2019-cu il tarixli, ** saylı qərarının 9.5-ci bəndində də ifadə olunub və həmin bənddə göstərilir ki, şəxsin müəyyən vaxtda müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsini, şəxsin ölmüş elan edilməsindən fərqləndirmək lazımdır. Belə ki, şəxsin ölmüş elan edilməsi üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 41-cimaddəsində nəzərdə tutulan vaxtın keçməsi zəruridir. Qeyd edilməlidir ki, beynəlxalq hüquqda bu cür hallar “ölüm prezumpsiyası” adlanır. Prezumpsiya-əksi sübut olunmayana qədər hüquqi cəhətdən doğru sayılan faktın qəbul edilməsidir. Digər tərəfdən, istər 1964-ci il tarixli Mülki Məcəllədə, istərsə də 2000-ci il tarixli və hazırda qüvvədə olan Mülki Məcəllədə şəxsin daimi yaşadığı yerdə onun harada olması barədə məlumat olmaması (Məcəllələrdə müvafiq olaraq 3 il və 5 il ərzində) şəxsin ölmüş elan edilməsi üçün ilkin əsas olaraq təsbit edilmişdir. Hazırkı halda isə şəxsin daimi yaşayış yeri üzrə onun harada olması barədə məlumatların olmaması yönündə hər hansı sübut təqdim edilməmişdir. Hakimin bu əsaslandırılmasının iş materiallarına iş materiallarına əlavə edilmiş Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)- 5238/2024saylı ##.##.2024-cü il tarixli qətnaməsi ilə müəyyən edilən hallarla ziddiyət təşkil edir. 32Yasamal rayon məhkəməsinin digər mövqeyinə görə hazırkı halda isə şəxsin daimi yaşayış yeri üzrə onun harada olması barədə məlumatların olmaması yönündə hər hansı sübut təqdim edilməmişdir. Ancaq araşdırmamışlar ki, ərizəçi əldə edilməsi ondan asılı olan hansı sübutları toplaya bilərdi və bunu etməmişdir, hansı sübutlar isə MPM-in 78.2-ci maddəsi anlamında ərizəçinin müstəqil əldə etmək imkanı xaricində olmuşdur. Əksinə məhkəmənin öz sorğusuna Yasamal Rayon Polis Idarəsinin tərəfindən cavablandırılmamışdır. Göstərilənlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 184 və 87-ci Maddəsinin (işə baxılması zamanı vəsatətlərə baxılması) tələblərini pozulması kimi qiymətləndirilməlidir. Işin hallarından görünür ki,məhkəmənin “ Ərizədə Ağabala (Ağababa) Əliyevin anası Əliyeva Soltan (Sultan) Nurulla qızından miras qalmış əmlaka dair bir sıra faktiki hallar sadalansa da ərizəçinin birbaşa mirasdan irs almaq niyyəti və s. şərh edilməmişdir” əsaslandırması ilə yalnış nəticəyə gəlmişdir. Beləliklə, Yasamal Rayon məhkəməsinin qətnaməsi ləğv olunmalı və qeyd olunan hüquqi mövqe nəzərə alınmaqla, işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirlər görülməli, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunması təmin edilməli, araşdırılan sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88, 217.4-cü maddələrinin tələbləribaxımından düzgün hüquqi qiymət verilməlidir. Apellyasiya icraatında müəyyən edilən hallar:

4. Apellyasiya icraatı zamanı məhkəmə kollegiyası tərəfindən Əliyev Ağababa (Ağabala) Mirzə Murad oğlu ilə bağlı müvafiq orqanlara sorğular verilsə də, hər hansı məlumat əldə etmək mümkün olmamışdır.

5. Məhkəmə kollegiyasının iclasında iştirak edən ərizəçinin nümayəndəsi vəkil Vəkil apellyasiya şikayəti ilə eyni məzmunlu izahat verərək, şikayətinin təmin edilməsini xahiş etmişdir.

6. Məlumatlandırılması üçün qanunvericiliklə nəzərdə tutulmuş qaydada müvafiq tədbirlərin görülməsi nəticə vermədiyindən maraqlı şəxslərin iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir. Apellyasiya baxışının hədləri:

7. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ##.##.2011-ci il tarixli Qərarına və Mülki Prosesual Məcəllənin 372-ci maddəsinə əsasən: məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsi baxımından birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı onun barəsində açıq (və dolayısı ilə) mübahisə edilən hissədə yoxlanılmalıdır. Tətbiq edilən hüquq və apelyasiya instansiyası məhkəməsinin mövqeyi

8. Azərbaycan SSRI Mülki Məcəlləsi (1964-cü il): 21. Vətəndaşın ölmüş elan edilməsi Vətəndaşın daimi yaşadığı yerdə onun harada olması barədə üç il ərzində məlumat olmadıqda, habelə o, ölüm təhlükəsi olan və ya müəyyən bir bədbəxt hadisədən həlak olmasını güman etməyə əsas verən şəraitdə altı ay ərzində xəbərsiz itkin düşmüş olduqda o, məhkəmə qaydasında ölmüş elan edilə bilər; Hərbi əməliyyatla əlaqədar olaraq itkin düşən hərbi qulluqçu və ya sair vətəndaş hərbi əməliyyatların qurtardığı gündən ən azı iki il keçdikdən sonra məhkəmə qaydasında ölmüş elan edilə bilər; Məhkəmə tərəfindən ölmüş elan edilən vətəndaşın ölüm günü, onun ölmüş elan edilməsinə dair məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gün hesab olunur. Vətəndaşın ölüm təhlükəsi olan və ya müəyyən bir bədbəxt hadisədən həlak olmasını güman etməyə əsas verən şəraitdə ölmüş olduğu elan edildikdə, məhkəmə həmin vətəndaşın həlak olması güman edilən günü onun ölüm günü saya bilər.

9. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin tələblərinə əsasən: 41.1. Əgər şəxsin yaşayış yerində onun harada olması barədə beş il ərzində məlumat olmazsa, habelə o, ölüm təhlükəsi törədən və ya hansısa bədbəxt hadisədən həlak olduğunu güman etməyə əsas verən şəraitdə xəbərsiz itkin düşərsə və ondan altı ay ərzində xəbər çıxmazsa, o, məhkəmə qaydasında ölmüş elan edilə bilər. 41.3. Şəxsin ölmüş elan edilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi gün onun ölüm günü sayılır. 41.4. Bu Məcəllənin 41.1 və 41.2-ci maddələrində nəzərdə tutulan hallarda məhkəmə şəxsin həlakının güman edildiyi günü onun ölüm günü saya bilər.

10. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin tələblərinə əsasən: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 305.1. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxılır. 305.1.2-ci maddəsinə əsasən şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi və ya şəxsin ölmüş elan edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. 307.2.11.Qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. 308. Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın.

311. Məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. 313. Ərizədə şəxsi xəbərsiz itkin düşmüş hesab etməyin və onun ölmüş elan edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu göstərilməli, habelə şəxsin xəbərsiz itkin düşməsini təsdiq edən hallar, yaxud xəbərsiz itkin düşənin ölüm təhlükəsi qarşısında olmasını və ya onun müəyyən bədbəxt hadisədən həlak olmasını güman etməyə əsas verən hallar şərh edilməlidir. Hərbi əməliyyatlar zamanı hərbi qulluqçuların və ya digər şəxslərin xəbərsiz itkin düşməsi barədə ərizədə hərbi əməliyyatın qurtardığı vaxt göstərilməlidir.

11. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ##### 2019-cu il tarixli, ** saylı qərarının 9.5-ci bəndinə əsasən şəxsin müəyyən vaxtda müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsini, şəxsin ölmüş elan edilməsindən fərqləndirmək lazımdır. Belə ki, şəxsin ölmüş elan edilməsi üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 41-ci maddəsində nəzərdə tutulan vaxtın keçməsi zəruridir, lakin ölüm faktının müəyyən edilməsi üçün belə müddət məhdudiyyəti yoxdur və yalnız ölümün konkret yerdə və konkret şəraitdə baş verməsi zəruri şərt kimi müəyyən edilib.

12. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, şikayətin dəlilləri əsaslıdır. Kollegiya ilk növbədə qeyd edir ki, şəxsin ölmüş elan edilməsi qanunla müəyyən edilmiş müstəsna hallarda tətbiq edilə bilən və ciddi hüquqi nəticələrə səbəb ola biləcək hüquqi vasitədir və yalnız həmin şəxsin axtarışı üzrə bütün mümkün vasitələr tükəndikdən sonra mümkündür. Məhkəmə kollegiyası tərəfindən ünvanlanmış sorğulara gələn cavab məktubları ilə bir daha təsdiq olunur ki, şəxsin axtarışı ilə bağlı bütün mümkün vasitələrdən istifadə edilmiş, lakin hər hansı məlumat əldə etmək mümkün olmamışdır. Artıq qanuni qüvvəsini almış Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2022-ci il tarixli, 2(004)- ******* nömrəli qətnaməsindən görünür ki, Əliyev Ağabala (Ağababa) Mirzə Murad oğlunun Əliyeva Soltan (Sultan) Nurulla qızının övladı olması faktı müəyyən edilmişdir. Həmçinin Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının *(***)-****/**** saylı, ##.##.2024-cü il tarixli qətnaməsi ilə müəyyən edilmişdir ki, mübahisə predmetini təşkil edən Bakı şəhəri, Səbail rayonu, 1-ci Qəsr döngəsində yerləşən ** saylı fərdi yaşayış evi Soltan Nurulla qızının (X8) mülkiyyətində olmuşdur. Bu şəxs ##.##.1942-ci il tarixdə vəfat etmiş və bundan sonra ondan miras qalmış bu əmlak pay həmin vaxt qüvvədə olan qanunvericiliyin (1923-cü ildə qüvvəyə minmiş və 1965-ci il tarixədək qüvvədə olan Mülki Məcəllənin) tələbinə uyğun olaraq faktiki olaraq onun oğlu Əliyev Ağabala (Ağababa) Mirzə Murad oğlu tərəfindən qəbul olunmuşdur. Bu şəxsin Soltan Nurulla (X8) qızının övladı (oğlu) olması faktı Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin qanuni qüvvəsini almış ##.##.2022-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsi ilə müəyyən edilmişdir. Bununla belə Soltan Nurulla (X8) qızından miras qalmış əmlakı həmin vaxt bu əmlakda yaşayan onun oğlu Əliyev Ağabala (Ağababa) Mirzə Murad oğlu faktiki olaraq qəbul etmiş və həmin ünvanda həyat yoldaşı Balacaxanım, onun başqa nikahdan olan qızı Zivər, habelə onunla birgə nikahdan doğulmuş Pikəxanım və Şəfiqə ilə birlikdə yaşamağa davam etmişdir. Ondan başqa Soltan Nurulla qızının (X8) hər hansı başqa vərəsəsinin olduğu müəyyən edilmir. Lakin bu şəxsin ölməsi (tarixi, yeri, şəraiti, səbəbi və sair) barədə nəinki hər hansı sənəd, ümumiyyətlə məlumat yoxdur. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin yuxarıda göstərilən qətnaməsi ilə də bununla bağlı hər hansı hal müəyyən edilməmişdir. Məhz bu şəxs barəsində zəruri məlumatların olmaması səbəbindən onun Soltan Nurulla (X8) qızının oğlu olması faktı həmin qətnamə ilə müəyyən edilmişdir. Onun məhkəmə tərəfindən ölmüş elan edilməsi də müəyyən edilmir. Bu baxımdan istər ##.##.1965-ci il tarixdə qüvəyə minmiş və ##.##.2000-ci il tarixədək qüvvədə olan Azərbaycan SSR-nin Mülki Məcəlləsinin, istərsə də hazırda qüvvədə olan Mülki Məcəllənin tələbləri baxımından ona məxsus olan əmlaka, yəni hazırda mübahisələndirilən fərdi yaşayış evinə dair miras açılmamışdır. Belə olan halda, X6 mübahisəli əmlakdan ½ hissədə irs almaq hüququ verən ##.##.2023-cü il tarixli X3 X20 etibarsızdır. Həmin şəhadətnamədə qeyd edilən əmlakın Soltan Nurulla qızından (X8) miras qaldığı göstərilmişdir. Halbuki, əmlakın bügünədək onun mülkiyyətində qalması bu məzmunda şəhadətnamənin verilməsi üçün əsas ola bilməz. Artıq müəyyən edildiyi kimi, bu əmlak onun ölümündən sonra faktiki olaraq oğlu Əliyev Ağabala (Ağababa) Mirzə Murad oğlu tərəfindən qəbul edilmişdir. Iş materiallarında mövcud olan nikaha daxil olmaq haqqında 1924-cü il tarixli şəhadətnamədən də görünür ki, Ağabala (Ağababa) Əliyev 1927-ci ildə, 35 yaşında ərizəçinin nənəsi Əliyeva Balacaxanımla ailə həyata qurmuşdur. Həmin şəhadətnamə ilə müəyyən edilir ki, ərizəçi 1892-ci ildə anadan olmuşdur. Belə olduğu təqdirdə, habelə başqa məlumatların olmadığı şəraitdə, ağlabatanlıq baxımından da həmin təvəllüdlü şəxsin yaşaması mümkün deyildir. Birinci instansiya məhkəməsinin ərizəçinin öz ərizəsini əsaslandırmaması ilə bağlı mövqeyinə münasibətdə də qeyd edilməlidir ki, kollegiya bu mövqe ilə razı deyil, belə ki, həm iddia ərizəsində, məhkəmə kollegiyasına verdiyi ifadəsində, həm də apellyasiya şikayətinin dəlillərində də ərizəçi bu faktın təsdiq olunmasının onun üçün vərəsəliklə bağlı lazım olduğunu əsaslandırmış və bu hal qanuni qüvvəsini almış məhkəmə aktı ilə təsdiq edilmişdir.

13. Beləliklə, yuxarıda sadalanan hallar nəzərə alınaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(***)-****/**** saylı işi üzrə ##.##.2025-ci il tarixli qətnaməsi ləğv edilməklə iş üzrə yeni qətnamə qəbul edilməli, ərizə təmin edilməli, Əliyev Ağabala (Ağababa) Mirzə Murad oğlu (1892-ci il təvəllüdlü olduğu ehtimal edilən) məhkəmə qaydasında ölmüş elan edilməlidir.

14. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu üzrə məhkəmə xərcləri onu ödəyən şəxsə aid edilməlidir.

15. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 402-406-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət e t d i : Ərizəçi Ərizəçi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin.

Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(***)-****/**** saylı işi üzrə ##.##.2025-ci il tarixli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin.

Ərizəçi Ərizəçi maraqlı şəxs * saylı Bakı "ASAN Xidmət” Mərkəzi rayon Qeydiyyat şöbəsi olmaqla “şəxsin ölmüş hesab edilməsi” tələbinə dair ərizəsi təmin edilsin.

Ehtimalən 1892-ci il təvəllüdlü Əliyev Ağabala (Ağababa) Mirzə Murad oğlu məhkəmə qaydasında ölmüş elan edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi (“Elektron məhkəmə” informasiya sistemi) vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar