Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(3-6)-1122/2026 20.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Ərizəçi Ərizəçi (maraqlı şəxs qismində * saylı Bakı “Asan Xidmət” mərkəzində Ədliyyə Nazirliyinin Qeydiyyat Şöbəsi cəlb edilməklə) tələbinə dair mülki iş (Açar sözlər: «ölüm faktının müəyyən edilməsi») Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Şirinov İkram Sabir oğlu və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Həsənzadə İlahə Novruz qızının katibliyi, Ərizəçi Ərizəçi nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-*(***)-****/**** saylı, ## ###### 2026-cı il tarixli qətnaməsindən ərizəçi Ərizəçi apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İşin halları:
1. Birinci instansiya məhkəməsi tərəfindən işə mahiyyəti üzrə baxarkən təqdim edilmiş sübutlara əsasən işin halları ilə müəyyən edilib ki: Ərizəçi ##.##.1971-ci il tarixdə Bakı şəhərində doğulmuşdur. X2, anası Ələkbərova Zərqələm Əhməd qızıdır.
2. Ələkbərova Zərqələm Əhməd qızı ##.##.2024-cü il tarixdə Bakı şəhəri, Nizami rayonunda ölmüşdür, bu barədə ölüm haqqında akt qeydləri kitabında 931 nömrə ilə qeyd edilmişdir.
3. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsinə əsasən ərizə təmin edilərək, Ələkbərova Zərqələm Əhməd qızının ## ###### 1946cı il tarixdə Ermənistan Respublikası, Krasnoselo rayonunda doğulması faktının müəyyən edilməsi, doğum haqqında akt qeydləri kitabında Ələkbərova Zərqələm Əhməd qızının doğum tarixi ##.##.1946-cı il, doğulduğu yer - “Ermənistan Respublikası, Krasnoselo rayonu”, milliyəti “Azərbaycanlı”, ata qrafasında “X3”, ana qrafasında “Abbasova Gülsüm Mehdi qızı” qeyd edilməklə məlumatların göstərilməsi qət edilmişdir.
4. Bakı şəhəri Yasamal rayon Qeydiyyat şöbəsinin ##.##.2025-ci il tarixli, *-**-*/*-**-****/** nömrəli arayışına əsasən X4 ##.##.1946-cı il tarixdə Ermənistan Çəmbərək rayonunda anadan olmuşdur. Bu barədə ##.##.2025-ci il tarixdə Yasamal rayon Qeydiyyat şöbəsində ** nömrəli doğum haqqında bərpa akt qeydi tərtib olunmuşdur. X1, anası Abbasova Gülsüm Mehdi qızıdır.
5. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin ##.##.2025-ci il tarixli, **/*-***** nömrəli müraciətə cavab məktubuna əsasən sorğu edilən ##.##.1902-ci il təvəllüdlü Abbasova Gülsüm Mehdi qızının ölkə ərazisində yaşayış yeri üzrə qeydiyyatı və sənədləşdirilməsi barədə məlumat aşkar edilməmişdir.
Birinci instansiya məhkəməsində icraat:
6. Ərizəçi Ərizəçi maraqlı şəxs qismində * saylı Bakı “Asan Xidmət” mərkəzində Ədliyyə Nazirliyinin Qeydiyyat Şöbəsi cəlb edilməklə şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ## #### 1902ci il təvəllüdlü nənəsi Abbasova Gülsüm Mehdi qızının ## ###### 1979-cu il tarixdə Ermənistan Respublikası, Krasnoselo rayonunda yaşadığı evdə ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edib.
7. Ərizədə göstərilib ki, yaşadığı və qeydiyyatda olduğu Bakı şəhəri, Yasamal rayonu, 1-ci Alatava ünvanda yerləşən **Q saylı ev MH seriyalı, № ****** nömrəli Qeydiyyat Vəsiqəsinə əsasən anası Ələkbərova Zərqələm Əhməd qızının xüsusi mülkiyyətində olmuşdur. Anası Ələkbərova Zərqələm Əhməd qızı ## ###### 1946-cı il tarixdə Ermənistan Respublikası, Krasnoselo rayonunda anadan olmuşdur. X1, anası Abbasova Gülsüm Mehdi qızıdır. Anası Ələkbərova Zərqələm Əhməd qızı ## ####### 2024-cü il tarixdə Bakı şəhərində ölmüşdür. Anası öldükdən sonra vərəsəliklə bağlı müvafiq notariusa müraciət etmişdir. Lakin anasının doğum haqqında şəhadətnaməsi və nənəsi Abbasova Gülsüm Mehdi qızının ölüm haqqında şəhadətnaməsi olmadığından müraciətinə baxılması mümkün olmamışdır. Anasının doğum akt qeydi müraciəti əsasında məhkəmə qaydasında bərpa edilmişdir. Nənəsi Abbasova Gülsüm Mehdi qızı ## #### 1902-ci il tarixdə Ermənistan Respublikası, Krasnoselo rayonunda anadan olmuş və ## ###### 1979-cu il tarixdə Ermənistan Respublikası, Krasnoselo rayonunda yaşadığı evdə vəfat etmişdir. Məlum səbəblərdən hazırda nənəsinin orada dəfn edilməsi barədə qəbiristanlıqdan arayış və ya foto təqdim etmək mümkün deyil. Bununla bağlı * saylı Bakı Asan Xidmət X10 müraciət etmiş, sonuncu orqan ## ######## 2025-ci il tarixli, *-*/*-****/** saylı imtina məktubu ilə müraciətinin təmin olunmadığını bildirmiş və məhkəməyə müraciət etməyini tövsiyə etmişdir. Hazırda qeyd edilən hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi ilə bağlı ərizənin verilməsi Bakı şəhəri, Yasamal rayonu, 1-ci Alatava ünvanda yerləşən **Q saylı evə dair vərəsəlik işinin açılması üçün nənəsinin ölüm akt qeydinin tələb edilməsi ilə bağlıdır. Bu sənədi məhkəmədən kənar, başqa qaydada almağı mümkün deyil. Belə ki, Qeydiyyat Şöbəsinə müraciət etsə də, ərizəsi təmin edilməmişdir.
8. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-*(***)-****/**** saylı, ## ###### 2026-cı il tarixli qətnaməsi ilə (hakim Aydan Oruclu) ərizənin təmin edilməməsi qət edilmişdir.
9. Birinci instansiya məhkəməsi iş üzrə yekun nəticəyə gələrkən qənaətində göstərib ki, ərizəçi Ərizəçi nənəsi Abbasova Gülsüm Mehdi qızının ## ###### 1979-cu il tarixdə Ermənistan Respublikası, Krasnoselo rayonunda ölməsi faktının müəyyən edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etsə də, bu barədə kifayət qədər sübutları məhkəməyə təqdim edə bilməmişdir.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları:
a) apellyasiya şikayətinin dəlilləri
10. Ərizəçi Ərizəçi (nümayəndəsi və vəkili Nümayəndə) apellyasiya şikayətində qətnamənin ləğv edilərək ərizəsinin təmin edilməsini xahiş edib şikayətində göstərir ki, məhkəmə öz qətnaməsini əsaslandırmamış, yalnız “sübutlar kifayət deyil” ifadəsindən istifadə etmişdir. Məhkəmə onun təqdim etdiyi hansı sübutu niyə yetərsiz hesab etdiyini qeyd etməmiş, işə formal baxış keçirmişdir. Halbuki, iş materiallarında onun təqdim etdiyi kifayət qədər mötəbər sübutlar mövcuddur. Məhkəmə ölüm faktını təsdiq edən üç nəfər şahid dindirmiş, şahid ifadələri bir-birini tamamlamış və ziddiyyətli olmamışdır. İş materiallarında olan sənədlər formal sadalanmış, onlara ümumiyyətlə qiymət verilməmişdir. Onun təqdim etdiyi Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sorğuya cavab məktubundan görünür ki, Abbasova Gülsüm Mehdi qızının adı Ermənistan Respublikasından qaçqın kimi gələn şəxslərin siyahısında mövcud deyil. Eyni zamanda, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin məktublarından görünür ki, ##.##.1902-ci il təvəllüdlü Abbasova Gülsüm Mehdi qızının ölkə ərazisində yaşayış yeri üzrə qeydiyyatı və sənədləşdirilməsi barədə məlumat aşkar edilməmişdir. Yuxarıda qeyd edilən sübutlara məhkəmə tərəfindən məcmu halında qiymət verilmiş olsaydı, Abbasova Gülsüm Mehdi qızının 1979-cu ildə Ermənistan Respublikasında ölməsi faktı öz təsdiqini tapar və iddia təmin edilərdi. Sadalanan hallardan məlum olur ki, Gülsüm Abbasova Azərbaycan Respublikası ərazisinə qaçqın kimi daxil olmamış, Azərbaycan Respublikası ərazisində qeydiyyatı mövcud olmamışdır. Şahidlər isə Gülsüm Abbasovanın Ermənistan Respublikasında vəfatını təsdiq edərək hətta qəbrini ziyarət etdiklərini bildirirlər. Bu halda hansı sübutun kifayət etmədiyi qaranlıq qalır. Bu da məhkəmənin qərəzli mövqe nümayiş etdirdiyini göstərir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə Gülsüm Abbasovanın mövcudluğu tanındığı halda, ölüm faktının müəyyən edilməməsi ardıcıllıq və məntiq prinsipinə ziddir. İş materiallarında mövcud olan sübutlar - şahid ifadələri və dövlət orqanlarının rəsmi arayışları aydın şəkildə göstərir ki, Abbasova Gülsüm Mehdi qızı ## #### 1902-ci il tarixdə anadan olmuş və ## ###### 1979-cu il tarixdə vəfat etmişdir. Buna baxmayaraq məhkəmə qətnaməsində bu sübutlar nəzərə alınmamışdır və məhkəmənin qənaətinə görə Gülsüm Abbasova hazırda 124 yaşında hələ də sağdır və yaşayır. Bu yanaşma reallıqla ziddiyyət təşkil edir. İş materiallarından aydın görünür ki, Gülsüm Abbasovanın övladı Zərqələm Ələkbərova Azərbaycan Respublikası ərazisində qeydiyyatda olmuşdur. Bu onun Azərbaycan Respublikasına qaçqın kimi gəldiyini, lakin Gülsüm Abbasovanın özünün isə Ermənistan SSR ərazisində vəfat etdiyini gösrtərir. Əks halda onun da Azərbaycan Respublikası ərazisində qeydiyyatı mövcud olardı. Çünki Ermənistan SSR ərazisində vəfat etməmiş və Azərbaycan Respublikasına qaçqın kimi gəlmiş şəxslərin qeydiyyatının mövcud olmaması mümkün deyil. Məhkəmə sadə məntiq tələb edən bu halları görməzdən gəlmiş, işə formal baxış keçirərək əsassız qərar qəbul etmişdir. Gülsüm Abbasovanın ölüm faktını təsdiq edən sənədi Ermənistan SSR-dən tələb edə bilmədiyinə görə bu fakt yalnız məhkəmə qaydasında təsdiq oluna bilər. Bakı şəhəri, Yasamal rayonu, 1-ci Alatava ünvanda yerləşən **Q saylı evə dair vərəsəlik işinin açılması üçün Gülsüm Abbasovanın ölüm akt qeydi tələb edilir. Lakin məhkəmə bu prosessual qanunvericilik normasının da tələblərini pozaraq ziddiyyətli mövqe göstərmişdir. Ədalət və bərabərliyin, obyektivliyin təmin edilməsi üçün qətnamədə sübutların qiymətləndirilməsi və məhkəmənin gəldiyi nəticə heç bir şübhə yeri qoymamalıdır. Yəni, iddiaçının tələbləri elə sübutlarla təsdiq edilməlidir ki, burada ehtimal etməyə yer olmasın, başqa sözlə iddia tələbini təmin etməmək mümkünsüz olsun.
b) Apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları.
11. Məhkəmə iclasında ərizəçi Ərizəçi nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətini müdafiə edərək onun məzmununa uyğun izahat verib qətnamənin ləğv və iddianın təmin edilməsini xahiş etdi.
12. İşə baxılmasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə maraqlı şəxs qismində * saylı Bakı “Asan Xidmət” mərkəzində Ədliyyə Nazirliyinin Qeydiyyat Şöbəsinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, mülki işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilməsi nəzərdə tutula bilən maddi və prosessual hüquq normaları:
13. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Maddə 306.1. Məhkəmələr tərəfindən xüsusi icraat işlərinə, bu Məcəllənin 30-40-6cı fəsillərində ikinci bölməsinin üçüncü yarımbölməsində müəyyən edilmiş xüsusiyyətlərlə, iddia icraatı qaydasında baxılır. Maddə 307.1. Məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Maddə 307.2.3. Məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Maddə 308. Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Maddə 309.1. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Maddə 310.1. Ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0. və 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Maddə 385.1., 385.1.1, 385.1.4. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Maddə 386. Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Maddə 387.1. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin və ya qərardadın ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin və ya qərardadın qəbul edilməsinə səbəb olsun. Maddə 390. Məhkəmənin qətnamədə və ya qərardadda göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o hallarda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur.
14. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ##.##.2019-cu il tarixli * nömrəli qərarı:
Bənd 4. Məhkəmələrə izah olunur ki, Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər. 4.1. Hər bir halda məhkəmə, hüquqi faktın müəyyən edilməsini xahiş edən şəxsdən doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın və ya ölümün qeydinin əldə edilməsinin və ya onun bərpasının mümkün olmamasını təsdiq edən sənədləri (məsələn: vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanın müvafiq qeydi verməsinin mümkün olmamasına dair arayışı) tələb etməlidir. Doğum, nikah, boşanma, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər mövcud olduğunu təsdiq edən sənədlər olduqda bərpa edilə bilər. 4.8. Ölümün qeydə alınma faktının müəyyən edilməsi ilə göstərilən şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsini biri-birindən fərqləndirmək lazımdır. Birinci hal onu nəzərdə tutur ki, şəxsin ölümü əvvəllər qeydə alınmışdır, lakin həmin qeyd ərizəçidə, o cümlədən vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanlarında saxlanılmamışdır. İkinci hal isə, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanları ölüm faktını qeydə almaqdan imtina etdikləri təqdirdə mövcud olur. Apellyasiya baxışının hədləri:
15. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər qətnamənin ləğv edilməsi və ərizənin təmin edilməsi üçün əsasdır.
16. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair ## ### 2011-ci il tarixli qərarına əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
17. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının ## ####### 2020-ci il tarixli **/**** nömrəli qərardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin(və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir.
18. Apellyasiya şikayətinin nəticə hissəsində, eləcə də şikayətin məzmunundan görünür ki, ərizə təmin edilmədiyi üçün şikayətin obyektini qətnamənin tam hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır), predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də qətnamənin ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır.
19. Demək, mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin qeyd olunan qərarlarına əsasən qətnamə apellyasiya şikayəti üzrə tam yoxlanılmalıdır.
Apellyasiya instansiya məhkəməsinin mövqeyi:
20. Ərizənin faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olduğundan, yəni dizpozisiya əlamətləri ilə uzlaşdığından iş üzrə birinci instansiya məhkəməsi ərizəni rədd etməklə gəldiyi nəticə düzgün olmamışdır.
21. Əvvəla, hazırki xarakterli hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair işlərə baxılarkən Ermənistan SSR-nin ərazisində yaşamış və orada ölmüş şəxslərlə Azərbaycan Respublikasında yaşamış və ölmüş şəxslər fərqləndirilməlidir. Çünki milli münaqişə nəticəsində qovulmuş və deportasiya olunmuş şəxslərin maraqlı şəxsin arzuladığı və istədiyi formada sübutlar toplaması və təqdim etməsi məlum hadisələrə görə bəzən obyektiv səbəblərdən mümkünsüz sayılır. Ona görə də birinci instansiya məhkəməsi ərizəçi Ərizəçi nənəsi Abbasova Gülsüm Mehdi qızının ## ###### 1979-cu il tarixdə Ermənistan Respublikası, Krasnoselo rayonunda ölməsi faktının müəyyən edilməsi üçün “kifayət qədər sübutları” məhkəməyə təqdim edə bilməmişdir qənaətinə gələrək ərizəni rədd etsə də, kifayət edən sübutlar barədə də hüquqi dəyərləndirmə aparmağa borclu, üstəlik konkret hansı sübutların kifayət edə biləcəyini açıqlamalı idi.
22. Birinci instansiya məhkəməsində dindirilmiş üç şahid ərizəçinin müəyyən edilməsini istədiyi fakt barədə ifadə verib və təsdiq edib. Belə çıxır ki, bu şahidlərin ifadəsini məhkəmə ümumiyyətlə sübut hesab etməyib. Əlbətdə ki, bu milli münaqişə nəticəsində qovulmuş və deportasiya olunmuş şəxslərə, o cümlədən hazırki iş üzrə ərizəçinin müəyyən edilməsini istədiyi fakta münasibətdə açıq-aşkar ədalətsiz yanaşmadır ki, bu da yolverilməz sayılmalıdır.
23. Apellyasiya şikayətində göstərildiyi kimi Abbasova Gülsüm Mehdi qızının adı Ermənistan Respublikasından qaçqın kimi gələn şəxslərin siyahısında mövcud olmayıb, ##.##.1902-ci il təvəllüdlü Abbasova Gülsüm Mehdi qızının ölkə ərazisində yaşayış yeri üzrə qeydiyyatı və sənədləşdirilməsi barədə məlumat aşkar edilməyib. Eyni zamanda Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə Gülsüm Abbasovanın mövcudluğu tanındığı halda, ölüm faktının müəyyən edilməməsi anlaşılan olmayıb. Çünki Gülsüm Abbasovanın övladı Zərqələm Ələkbərova Azərbaycan Respublikası ərazisində qeydiyyatda olmuşdur. Bu onun Azərbaycan Respublikasına qaçqın kimi gəldiyini, lakin Gülsüm Abbasovanın özünün isə Ermənistan SSR ərazisində vəfat etdiyini göstərir. Əks halda onun da Azərbaycan Respublikası ərazisində qeydiyyatı mövcud olardı. Çünki Ermənistan SSR ərazisində vəfat etməmiş və Azərbaycan Respublikasına qaçqın kimi gəlmiş şəxslərin qeydiyyatının mövcud olmaması mümkün deyil.
24. Şərh olunanlara əsasən apellyasiya instansiyası məhkəməsi hesab edir ki: Ərizəçi Ərizəçi apellyasiya şikayəti təmin edilməli; Mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-*(***)-****/**** saylı, ## ###### 2026-cı il tarixli qətnaməsi ləğv edilməli və ərizə təmin edilməli; ## #### 1902-ci il təvəllüdlü Abbasova Gülsüm Mehdi qızının ## ###### 1979-cu il tarixdə Ermənistan Respublikası, Krasnoselo rayonunda yaşadığı evdə ölməsi faktı müəyyən edilməli;
25. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq apellyasiya instansiyası məhkəməsi
q ə t e t d i:
Ərizəçi Ərizəçi apellyasiya şikayəti təmin edilsin. Mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-*(***)-****/**** saylı, ## ###### 2026-cı il tarixli qətnaməsi ləğv edilsin və ərizə təmin olunsun. ## #### 1902-ci il təvəllüdlü Abbasova Gülsüm Mehdi qızının ## ###### 1979-cu il tarixdə Ermənistan Respublikası, Krasnoselo rayonunda yaşadığı evdə ölməsi faktı müəyyən edilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.