Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(3-6)-1980/2026 13.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakim Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi, Babayev Fuad Fikrət oğlu və X2 ibarət tərkibdə, Məhkəmə iclas katibi X5, Ərizəçi Ərizəçi iştirakı ilə, Ərizəçi Ərizəçi maraqlı şəxs Maraqlı şəxs olmaqla "mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi" barədə ərizəsinə dair mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qətnaməsindən maraqlı şəxs Maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları: Ərizəçi ilə Maraqlı şəxs ##.##.2025-ci ildə MŞB/*/****-***** nömrəli barışıq sazişini bağlamışlar. Həmin sazişlə maraqlı şəxs ərizəçiyə olan 3.000 manat məbləğində borcu etiraf edərək ##.##.2026-cı ilədək ödəyəcəyi barədə öhdəlik götürmüşdür. Hazırda ərizəçi barışıq sazişi maraqlı şəxs tərəfindən icra edilmədiyindən barışıq sazişinin təsdiq olunmasını xahiş edir. Birinci instansiya məhkəməsində icraat: Ərizəçi Ərizəçi maraqlı şəxs Maraqlı şəxs olmaqla "mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi" barədə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri * saylı Mediasiya təşkilatında maraqlı şəxslə arasında bağlanmış ##.##.2025-ci il tarixli MŞB/*/****-***** nömrəli barışıq sazişinin təsdiq edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Bakı şəhəri * saylı Mediasiya təşkilatında Ərizəçi ilə Maraqlı şəxs arasında ##.##.2025-ci il tarixli MŞB/*/****-***** nömrəli barışıq sazişi bağlanılmışdır. Barışıq sazişinə əsasən maraqlı şəxs ərizəçiyə olan 3.000 manat pulu sazişin imzalandığı gündən 4 ay müddətində ##.##.2026-cı il tarixində tam şəkildə nağd ödəyəcəyinə dair öhdəlik götürmüşdür. Lakin hal-hazıra kimi qeyd edilən borc ödənilməmişdir. Maraqlı şəxs barışıq sazişini könüllü icra etməmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qətnaməsi ilə ərizənin təmin edilməsi, ərizəçi Ərizəçi ilə maraqlı şəxs Maraqlı şəxs arasında Bakı Şəhəri * saylı Mediasiya təşkilatında ##.##.2025-ci ildə aşağıdakı şərtlərlə bağlanmış MŞB/*/****-***** nömrəli barışıq sazişi təsdiq edilmişdir:
1. Birinci tərəf Ərizəçi ikinci tərəf Maraqlı şəxs ona olan 3.000 (üç min) AZN məbləğində pul borcunu etiraf etdiyini və bu borc məbləğini bu saziş imzalandıqdan sonra ##.##.2026-cı il tarixinədək (4 ay müddətində) ikinci tərəf Maraqlı şəxs tərəfindən ona tam həcmdə nağd şəkildə (akta imza atmaqla) birinci tərəfin bank hesabına (kartına) ödəniləcəyinə dair ikinci tərəf Maraqlı şəxs öz üzərinə götürdüyü öhdəliklə razıdır.
2. İkinci tərəf Maraqlı şəxs birinci tərəf Ərizəçi 3.000 (üç min) AZN məbləğində pul borcunu mübahisəsiz qaydada etiraf edir və bu borc məbləğini bu saziş imzalandıqdan sonra ##.##.2026-cı il tarixinədək (4 ay müddətində) nağd şəkildə (akta imza atmaqla) tam həcmdə birinci tərəfin ona təqdim edəcəyi bank hesabına (kartına) ödəyəcəyinə dair öz üzərinə öhdəlik götürür.
3. Tərəflər razılaşırlar ki, bu saziş üzrə ikinci tərəf Maraqlı şəxs öz üzərinə götürdüyü öhdəliklərini pozduqda (ödənişləri vaxtında və sazişdə göstərilən məbləğdə ödəmədikdə), birinci tərəf Ərizəçi Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada aidiyyəti məhkəməyə müraciət etmək (bu sazişi təsdiq etdirmək) hüququnu öz üzərində saxlayır, ikinci tərəf Maraqlı şəxs isə bununla razı olduğunu bildirir. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, maraqlı şəxs barışıq sazişinin icra edilməsi ilə bağlı hər hansı sübut təqdim etməmişdir. Başqa sözlə Maraqlı şəxs tərəfindən Ərizəçi olan 3.000 manat məbləğində borcun ödənilməsi məhkəmə araşdırılması zamanı öz təsdiqini tapmamışdır. Ona görə də ərizəçinin barışıq sazişinin məcburi icrası üçün təsdiq edilməsi edilməsinə dair tələbi əsaslıdır. Məhkəmə hesab etmişdir ki, ##.##.2025-ci ildə MŞB/*/****-***** nömrəli barışıq sazişi qanuna zidd deyildir, eləcə də mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanılmamışdır. Qətnamədən narazı qalan maraqlı şəxs Maraqlı şəxs apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və ərizəçi Ərizəçi ərizəsinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
Apellyasiya instansiyası məhkəməsində icraat
Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, ##.##.2025-ci ildə Mediator X1 tərəfindən yanlışlıq altında olmaqla həm mediator, həm də guya ona vəkillik etmək məqsədilə ona etibarnamə verməklə oğlu və yoldaşı tərəfindən aldadılaraq, pay müqaviləsi ilə 2 evini və bağını mənimsəmələri faktı ilə bağlı ərizələri yazmaqla məhkəmələrdə təmsil etmədən sadəcə müşayiət etməklə guya məhkəməni udacağını vəd edən ərizəçi Ərizəçi Bakı şəhəri Sabunçu qəsəbəsində yaşayan qardaşı Naibin qonşusudur. Onların məsləhəti ilə etibarnamə vermişdi. ## ######## 2025-ci il tarixdə * saylı mediasiya təşkilatında mediator X1 ilə tanış oldu. Prosesi o aparırdı, yoldaşını isə öz əmisi oğlu Ağamalıyev Hakim Əkbər oğlu təmsil edirdi. ##.##.2025ci il tarixdə ərizəçi Ərizəçi Qaraçuxurda Ağamalıyev Hakim Əkbər oğlu ilə görüşüb, lakin nəticə olmadı, nikahın pozulması barədə ərizə yazmağı da təklif etsə də təklifi qəbul edilməyib. İkinci iş Suraxanı Rayon məhkəməsinə ##.##.2025-ci il tarixdə nikahın pozulması barədə X8 tərəfindən ərizə verildikdən sonra 5.*** nömrəli işlə icraata başlanıldı. İş üzrə iclaslar ##.##.2025-ci il və ##.##.2025-ci il tarixli iclaslarda müşahidəçi qismində Ərizəçi iştirak edərək, Ağamalıyev pəncərə ustasıdı onu “məhv edəcəm” kimi arxayınlaşdırıcı vədlər verərək, nəticə etibarilə faktiki hətta ona təhqiredici ifadələr də işlətdi. İkinci iş X4 isə ona ərizə tərtib edərək, oğlu Mustafayev Rəşada qarşı müqavilələrin ləğvi tələbini irəli sürməklə 5.*** nömrəli iş başlanıldı. Ərizəçi Qarəhmədov ilk ##.##.2025-ci il tarixli məhkəmə iclasına gələndən sonra, cavabdeh oğlu Rəşad Mustafayevə ərizələr yazıb imzaladan Ağamalıyev hakim aşkar surətdə üstünlüyünü göstərdi, bir nəticə əldə edə bilmədi, onun “hüquqi savadsız” olduğundan hüquqdan anlayışı olmadığından onu təmsil etməyə səlahiyyəti olan şəxsə-vəkilə zərurət yarandı. Ərizəçi göstərişi ilə * saylı vəkil bürosundan vəkil seçib onu yönəltdi, lakin məhkəmə iclasında vəkil hakimə göstəriş xarakterli ifadə işlədərək, sübutun tələbinə dair sorğu göndərməsi kimi tələbinə hakimin sübutları onlar tərəfdən təqdim edilməsinin vacib olması bildiriləndən sonra, ona verilən 550 manat pulun Ərizəçi büro müdürü ilə söhbətindən sonra 550 manat qaytarıldı, 50 manatı xidmət haqqı adı ilə əlindən aldı. ## ###### 2025-ci il tarixdə mediasiya keçiriləndə X3 və Ərizəçi birlikdə çay içə-içə prosesi keçirdilər, o da elə bilirdi bu işlə bağlı prosesdi, hətta oğluna və anasına mediasiya olacağını və çağırılacaqlarını da demişdi. Heçnə oxumadan təqdim edilən kağızlara imza atmışdır. 2026-cı il yanvar ayının sonlarında Ərizəçi ilə münasibətləri pozuldu. Mart ayında isə onu məhkəməyə çağırdılar, ## ##### 2026-cı il tarixdə isə qətnaməni aldı. Ona aydın oldu ki, ## ###### 2025-ci il tarixdə çay süfrəsi verilməsinin məqsədi onu etibarından sui-istifadə edərək, aldatma yolu ilə tamamilə uydurma bir əqdə imza atdırmaqla yaranmamış mübahisə, yaranmamış borc münasibətilə bağlı,verilməmiş pul vəsaitinin geri alınması kimi “barışıq sazişi“ adı altında əsassız varlanma kimi əməl dururmuş. Mediator Rzayev öz tələbə yoldaşı olan Suraxanı rayon məhkəməsinin hakimi Səlimə Miriyevadan kömək olacağına dair yalançı vəd də verməklə tamamilə başqa bir saxta sənədə imza atdırmaqları məlum oldu. Qeyd edilən saziş yalançı və uydurma əqddir. Digər tərəfdən qeyd edir ki, əvvəlcə mübahisə yaranmalıdır, sonra həmin mübahisə ilə bağlı proseslər başlanılmalıdır. Əksinə maraqlı şəxs qısmində çıxış edən Ərizəçi adlı şəxs aktiv surətdə 2026-cı il yanvar ayının sonuna kimi məhkəmə proseslərində təmsil etmədən müşayiət etmişdir. Hətta vəkilə verilmiş 550 manat pulun geri alınmasında, mediasiyaya guya cavabdehlərlə bağlı işlə əlaqədar müraciət edilməsini bildirməklə yanlışlıq altında tamamilə başqa uydurma əqd imzalanmışdır. Məhkəmə ərizəçinin sübut etmə vəzifəsini əhəmiyyətə almamış, faktiki onu bu vəzifədən azad etmişdir. Məhkəmə işdə olan subutlar anlayışını düzgün tətbiq etməmiş mübahisənin yaranmasını sübut edən və mediasiyaya qədər hansı yazılı razılaşma olmasına dair heç bir sübut tələb etməmişdir. Məhkəmə izahatlarla sübutlar arasında əlaqə müəyyən etməmişdir. Göründüyü kimi məhkəmə bu nəticəyə gələrkən yəni mediasiyada bağlanmış sazişin nə ilə əlaqəli olmasını, belə bir mübahisənin mövcudluğuna əsaslı dəlillər tələb etmədən, ümumiyyətlə mövcud olmayan mübahisənin necə yarandığı, ərizəçiyə nə üçün etibarnamə verilməsi araşdırma predmeti olmamışdır. Məhkəmə borc münasibətinin mövcud olmasını sübut etməmişdir. Məhkəmə borc məsələsinin yaranması, mövcud olub-olması, kimi halları arardırmamışdır. Məhkəmə barışıq sazişinin bağlanmasının ümumiyyətlə mediasiya predmeti olmasını sübut etməmişdir.
Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları
Məhkəmə Kollegiyasının iclasında iştirak edən maraqlı şəxs Maraqlı şəxs apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə Kollegiyasının iclası barədə lazimi qaydada xəbərdar edilmiş ərizəçi Məhkəmə Kollegiyasının iclasında iştirak etmədiyindən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.
Apellyasiya baxışının hədləri
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin tam yoxlanılması təşkil edir.
Tətbiq edilən hüquq
"Mediasiya haqqında" Qanun: 34.1-ci maddəsinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. 34.3-cü maddəsinə əsasən əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər.
Mülki Prosessual Məcəllə:
14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 305.1.17 Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə məhkəmə xüsusi icraat qaydasında baxır. 355-23.1. "Mediasiya haqqında" Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə məhkəməyə müraciət edə bilər. 355-25.3. Məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. 355-26. Məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: 355-26.1.1. barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; 355-26.1.2. barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. 355-26.2. Barışıq sazişinin bir hissəsinin təsdiq edilməsinə o hallarda yol verilir ki, təsdiq edilməsindən imtina edilən hissənin təsdiq edilən hissədən ayrılması mümkün olsun. 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
405. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər.
Məhkəmə Kollegiyasının mövqeyi: Məhkəmə Kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə Kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materiallarına əsasən yoxlayaraq hesab edir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir ki, bununla da gəldiyi nəticə qanuni və əsaslı hesab edilməlidir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla heç bir sübutla təsdiqini tapmır. Odur ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, apellyasiya şikayətində göstərilən dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, iş materiallarında olan Bakı * saylı Mediasiya təşkilatında bağlanmış ##.##.2025-ci il tarixli MŞB/*/****-***** nömrəli barışıq sazişindən görünür ki, Ərizəçi (birinci tərəf) və Maraqlı şəxs (ikinci tərəf) qəbul etdiyi şərtlər, həmin şərtlərin yerinə yetirilməsinin üsul və müddətləri aşağıdakı kimi müəyyən edilmişdir:
1. Birinci tərəf Ərizəçi ikinci tərəf Maraqlı şəxs ona olan 3.000 (üç min) AZN məbləğində pul borcunu etiraf etdiyini və bu borc məbləğini bu saziş imzalandıqdan sonra ##.##.2026-cı il tarixinədək (4 ay müddətində) ikinci tərəf Maraqlı şəxs tərəfindən ona tam həcmdə nağd şəkildə (akta imza atmaqla) birinci tərəfin bank hesabına (kartına) ödəniləcəyinə dair ikinci tərəf Maraqlı şəxs öz üzərinə götürdüyü öhdəliklə razıdır.
2. İkinci tərəf Maraqlı şəxs birinci tərəf Ərizəçi 3.000 (üç min) AZN məbləğində pul borcunu mübahisəsiz qaydada etiraf edir və bu borc məbləğini bu saziş imzalandıqdan sonra ##.##.2026-cı il tarixinədək (4 ay müddətində) nağd şəkildə (akta imza atmaqla) tam həcmdə birinci tərəfin ona təqdim edəcəyi bank hesabına (kartına) ödəyəcəyinə dair öz üzərinə öhdəlik götürür.
3. Tərəflər razılaşırlar ki, bu saziş üzrə ikinci tərəf Maraqlı şəxs öz üzərinə götürdüyü öhdəliklərini pozduqda (ödənişləri vaxtında və sazişdə göstərilən məbləğdə ödəmədikdə), birinci tərəf Ərizəçi Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada aidiyyəti məhkəməyə müraciət etmək (bu sazişi təsdiq etdirmək) hüququnu öz üzərində saxlayır, ikinci tərəf Maraqlı şəxs isə bununla razı olduğunu bildirir. Göründüyü kimi Ərizəçi ilə Maraqlı şəxs ##.##.2025-ci ildə MŞB/*/****-***** nömrəli barışıq sazişini bağlamışlar. Həmin sazişlə maraqlı şəxs ərizəçiyə olan 3.000 manat məbləğində borcu etiraf edərək ##.##.2026-cı ilədək ödəyəcəyi barədə öhdəlik götürmüşdür. Hazırda ərizəçi barışıq sazişi maraqlı şəxs tərəfindən icra edilmədiyindən barışıq sazişinin təsdiq olunmasını xahiş etmişdir. Maraqlı şəxs isə apellyasiya şikayətində qeyd edir ki, ərizəçi onun etibarından sui-istifadə edərək, aldatma yolu ilə tamamilə uydurma bir əqdə imza atdırmaqla yaranmamış mübahisə, yaranmamış borc münasibətilə bağlı, verilməmiş pul vəsaitinin geri alınması kimi “barışıq sazişi“ adı altında əsassız varlanma kimi əməl olmuşdur. Məhkəmə kollegiyası qeyd edir ki, Mülki Məcəllənin 340.1-ci maddəsinə əsasən uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir. Göründüyü kimi uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanan əqddir, yəni tərəflər ümumiyyətlə hər-hansı bir hüquqi münasibət yaratmaq istəmirlər. Bununla belə əqdin uydurma olmasını sübut etmək vəzifəsi hazırki vəziyyətdə məhz maraqlı şəxsin üzərinə düşür. Belə ki, maraqlı şəxs ərizəçi ilə aralarında hər-hansı bir borc münasibətlərinin olmamasını bildirsə də, barışıq sazişi ilə məhz ərizəçiyə borcu olması faktını təsdiq etmiş və bu barədə barışıq sazişi də imzalanmışdır. Göründüyü kimi, maraqlı şəxs həmin barışıq sazişinin uydurma olması, görüntü üçün bağlanmasına dair hər-hansı mötəbər sübutlar təqdim etməmiş, həmçinin barışıq sazişinin uydurma olması işin faktiki halları ilə öz təsdiqini tapmamışdır. Məhkəmə Kollegiyası qeyd etməyi zəruri sayır ki, cavabdeh borc münasibətinin mövcud olmadığı halda rəsmi sənəd kimi qiymətləndirilən barışıq sazişini imzalayarkən, onun məzmunu və mahiyyətində borc münasibətinin mövcud olmasını aşkar görür və qeyd edilən sazişin bağlanmasını arzulayır. Həmçinin kollegiya qeyd edir ki, barışıq sazişinin məzmunu ona tam aydın olduğu halda onun uydurma və ya digər formada görüntü üçün bağlanmasını cavabdeh hazırki vaxta kimi mübahisələndirməməsi faktı da ona dəlalət edir ki, apellyasiya şikayətinin dəliləri əsassızdır. Kollegiya həmçinin vurğulayır ki, birinci instansiya məhkəməsinin iclası barədə lazimı qaydada məlumatlardırılmış maraqlı şəxs apellyasiya şikayətinin dəlillərində göstərilən əqdin uydurma və ya digər formada görüntü üçün bağlanmasına dair dəlillərini həmin məhkəmədə işə baxılarkən təqdim etmək imkanından yararlanmamışdır. Apellyasiya şikayətində bu halları göstərməsinə də baxmayaraq apellyasiya instansiyası məhkəməsinin iclasında da iştirak etmək hüququndan istifadə etməyərək bu dəlillərin əsassız olmsına dair hüquqi mübarizə aparmaq niyyətini reallaşdırmamışdır ki, bu halların mövcudluğu hər iki məhkəmə instansiyası məhkəməsində işlərə baxılmasına laqeyd yanaşması anlamına gəlməyə kifayət edir. Digər tərəfdən maraqlı şəxs apellyasiya şikayətində qeyd edir ki, birinci instansiya məhkəməsi barışıq sazişinin bağlanmasının ümumiyyətlə mediasiya predmeti olmasını sübut etməmişdir. Məhkəmə Kollegiyası qeyd edir ki, "Mediasiya haqqında" Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən mediasiya aşağıdakılar üzrə tətbiq edilir; 3.1.1. mülki işlər və kommersiya mübahisələri (xarici elementli mübahisələr də daxil olmaqla); 3.1.2. ailə münasibətlərindən irəli gələn mübahisələr; 3.1.3. əmək münasibətlərindən irəli gələn mübahisələr; 3.1.4. inzibati hüquq münasibətlərindən irəli gələn mübahisələr. Göründüyü kimi mülki işlər üzrə mediasiya tətbiq edilməsi məhz qanunun tələblərindən irəli gəlir və hazırki mübahisə də məhz mülki xarakterli olmaqla tərəflərin qarşılıqlı razılaşması hazırki məsələnin mediasiya predmeti olmasına hüquqi şərait yaratmışdır. Başqa sözlə, qanunvericilikdə mülki xarakterli və tərəflərin qarşılıqlı razılığı ilə həll edilməsi mümkün olan məsəllərin məhz medasiya qaydasında həll edilməsinə qadağa qoymayıb. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-23.1-ci maddəsinə əsasən "Mediasiya haqqında" Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə məhkəməyə müraciət edə bilər. Bu isə o deməkdir ki, tərəflər mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişinin təsdiq edilməsi ilə bağlı məhkəməyə müraciət etmək üçün hər-hansı maneə olmamışdır və ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə məhkəməyə müraciət edə bilməsi məhz Mülki Prosessual Məcəllənin tələblərindən irəli gəlmişdir. Qeyd edilənlərə əsasən Məhkəmə Kollegiyası hesab edir ki, hazırki iş üzrə barışıq sazişinin uydurma əqd olması öz təsdiqini tapmadığından, eləcə də "Mediasiya haqqında" Azərbaycan Respublikası Qanununda hazırki mübahisə ilə bağlı barışıq sazişinin bağlanmasına hər-hansı maneə olmadığından apellyasiya şikayətinin dəlilləri əsassız olmuşdur. Eyni zamanda birinci instansiya məhkəməsi düzgün olaraq hesab etmişdir ki, ##.##.2025ci ildə MŞB/*/****-***** nömrəli barışıq sazişi qanuna zidd deyildir, eləcə də mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanılmamışdır. Bu baxımdan Məhkəmə Kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayətinin dəlilləri əsassız olmuşdur. Çünki maraqlı şəxs dəlillərini əsaslı edən müvafiq sübutlarını məhkəməyə təqdim edə bilməmiş, müvafiq sübutlar məhkəmədə araşdırılmış və qarşılıqlı tədqiq edilmiş işin faktiki halları ilə tam olaraq öz təsdiqini tapmamışdır. Beləliklə Məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi ərizənin təmin edilməsi barədə düzgün nəticəyə gəlmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Belə ki, apellyasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilməlidir. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 217, 382, 384-386, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq Məhkəmə Kollegiyası
Qət etdi:
Maraqlı şəxs Maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.